Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1713/2025 05.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum1, Məhkum2 müdafiəçisi Quliyeva Nigar Ülfət qızının, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-303/2025 nömrəli, 03 fevral 2025-c i il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi Musayev Nazim Cəlal oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 xx xxxxxx-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşayır. Məhkum2 xx xxxxxxxx-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, x məktəbin 11-ci sinif şagirdi, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2. 12 fevral 2024-cü il tarixli ittiham aktına görə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 3. 18 mart 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 və Məhkum2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmişlər və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, yetkinlik yaşına çatmayan Məhkum1 05 avqust 2023-cü il tarixdə, saat 23:30 radələrində tanışları Təqsirləndirilən şəxs və X3 ilə bir qrup şəxs halında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsində yerləşən poçt məntəqəsinin, daha sonra isə ünvan 4 ünvanın yaxınlığında heç bir əsaslı səbəb olma dan ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, ümum qəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqasının fövqündə qoymaqla Zərərçəkmiş şəxs ayağından qəsdən təpiklə vuraraq yerə yıxmış və sonuncuya qarnının küt travması ilə müşayiət olunan hemoturiya, bel nahiyəsinin, sol dirsək oynağının, sağ saidin depiqmentasiya sahələri - sıyrıq izləri ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-215/20 24 nömrəli, 30 oktyabr 2024-cü il tarixli hökmü ilə: Məhkum1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi; Məhkum2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, üzərilərinə vəzifələrin qoyulması, mülki iddianın qismən təmin edilməsi, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Məhkum1, Məhkum2 və Təqsirləndirilən şəxs müştərək qaydada maddi zərər görə 1500 (min beş yüz) manat və mənəvi zərərə görə 3000 (üç min) manat, cəmi 4500 (dörd min beş yüz) məbləğində pul vəsaitinin tutularaq mülki iddiaçı Qanuni n ümayəndə1 ödənilməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 müdafiəçisi Musayev Nazim Cəlal oğlu apellyasiya şikayətləri verib, hökmün ləğv edilməsi və təqsirləndirilən şəxslər barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-303/2025 nömrəli, 03 fevral 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-215/2024 nömrəli, 30 oktyabr 2024-cü il tar ixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi Musayev Nazim Cəlal oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
10. Məhkum1 aid kassasiya şikayətində işin faktiki halları müdafiəçinin fərdi mülahizələrinə uyğun təhlil edilərək qeyd edilmişdir ki, Məhkum1 Zərərçəkmiş şəxs vurmamış, sonuncunu döyən Təqsirləndirilən şəxs olmuşdur. Lakin məhkəmə Zərərçəkmiş şəxs və digər məhkum Təqsirləndirilən şəxs ziddiyyətli ifadələrini əsas götürərək Məhkum1 barəsində ittiham hökmü çıxarmışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətinə əlavə sübutlar tələb edilmədən, məhkəmə i stintaqı aparılmadan baxıldığından, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmədiyi iddia edilir, bu səbəblərə görə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-303/2025 nömrəli, 03 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsi, işin faktiki hallarına uyğun qərarın qəbul edilməsi üçün işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş edilir.
11. Məhkum2 aid kassasiya şikayətinin dəlilləri Məhkum1 aid kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir, eyni əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-303/2025 nömrəli, 03 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
12. Kassasiya şikayətlərinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcə llələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiy ası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Müdafiəçi hər iki kassasiya şikayətində sübutların düzgün tədqiq edilmədiyini, nəticədə hər iki məhkum edilmiş şəxs barəsində əsassız ittiham hökmünün çıxarıldığı iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(10 3)-303/2025 nömrəli, 03 fevral 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olm ayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
23. Bilavasitə xuliqanlıq cinayətlərinə aid maddi hüquq normaların şərhinə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası CM-n in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarı, 20 may 2011-ci il).
24. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsinin təhlili nəticəsində müvafiq vahid məhkəmə praktikasının formalaşdırılması məqsədi ilə qəbul etdiyi qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu isə qeyd etmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyəti müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. (“Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı, № 1, § 2, 23 mart 2004-cü il).
25. Eyni məqsədlə qəbul etdiyi digər sənəddə Azərbaycan Respublikası Ali Məhkəməsi müəyyən etmişdir ki, xuliqanlıq formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətl ərinin (digər şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəldiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni özü-özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xul iqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur) (“Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin İcmalı).
26. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyələrini rəhbər tutan məhkəmə kollegiyası, məhkumlar Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi üzrə təqsirliliyinin sübuta yetirilmədiyinə dair kassasiya şikayətlərinin dəlillərini əsassız, məhkəmələrin gəldiyi qənaəti isə əsaslı hesab edir.
27. Belə ki, məhku mlar Məhkum2 və Məhkum1 müdafiəçisi Musayev Nazim Cəlal oğlunun birinci instansiya məhkəməsinin hökmündən eyni dəlillərlə verdiyi apellyasiya şikayətləri üzrə araşdırma aparmış apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum2 və Məhkum1 özünü Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilməsə də, lakin onların həmin cinayətin törədilməsində təqsiri digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və zərə rçəkmiş şəxsin bir-biri ilə uzlaşan ifadələri, şahid ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyləri, üzləşdirmə istintaq hərəkəti protokolları, məhkəmə protokolları, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
28. Nəticədə apellyasiya şikayətində qaldırılan məsələlərə aid birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüyünü yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum2 və Məhkum1 hərəkətlərinin tədqiqindən, təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hiss əsinin müddəalarından çıxış edərək, onların əməlində Cinayət Məcəlləsinin ittiham edildikləri maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eləcə də onların təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum2 və Məhkum1 cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.
30. Kassasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassatorun istinad etdikləri ilə bağlı əvvəl birinci instansiya məhkəməsi, daha sonra isə apellyasiya şikayəti üzrə baxış keçirən apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmış, sübutların müqayisəli təhlili həyata keçirilmiş və nəticədə sübutlara düzgün hüquqi qiymət verilmişdir.
31. Habelə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərinin məzmunundan göründüyü kimi, şikayət müəllifi Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə əsassız olaraq məhkum edildiklərini iddia etməklə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğ v edilməsi barədə xahişini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkarı üzərində qurmuşdur. Bu yanaşma onu göstərir ki, şikayət müəllifi kassasiya instansiyası məhkəməsini aşağı instansiya məhkəmələrinin qəbul etdikləri məhkəmə aktlarında əks olunmuş faktiki halların mövcudluğuna münasibət bildirməyə, iş üzrə toplanmış sübutları yenidən tədqiq və qiymətləndirməklə işin faktiki hallarını təkrar müəyyən etməyə dəvət edir. Halbuki hazırkı qərarın 13–15-ci paraqraflarında göstərildiyi kimi, qanunverici kassasiya instansiyası məhkəməsinə belə səlahiyyət verməmişdir.
32. Yekunlaşaraq məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkum lara müdafiələrini əlverişli qaydada təşkil etmələri və öz mənafelərini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.
33. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
34. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-303/2025 nömrəli, 03 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi Musayev Nazim Cəlal oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-303/2025 nömrəli, 03 fevral 2025-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.