Məhkəmə qərarları › İş №1(102)-1714/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1714/2025

03.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1714/2025 03.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 2025-ci il 6 mart tarixli, 1(103)-676/2025 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Binəqədi Rayon Məhkəməsinin (hakim X6) 2025-ci il 23 yanvar tarixli 1(001)245/2025 nömrəli hökmü ilə, xx xxxxxx 1981-ci ildə Ermənistan Respublikası Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)309/2022 saylı, 16 avqust 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum e dilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda azadlığın məhdudlaşdırılması cəzasını çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 16 avqust 2024-cü il tarixdən 18 avqust 2024-ci ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün cəza müddətinə hesablanaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 23 yanvar 2025-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbi rinin dəyişdirilməsi, onun haqqında həbs qətimkan tədbirinin seçilməsi, bu qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X9 və X1 ibarət tərkibdə), 2025-ci il 6 mart tarixli, 1(103)-676/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2025-ci il 23 yanvar tarixli 1(001)-245/2025 nömrəli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinər ək ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 16 avqust 2024-cü il tarixdən 18 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2025-ci il 23 yanvar tarixli 1(001)-245/2025 nömrəli hökmü ilə həbsdə olduğu 1 (bir) ay 11 (on bir) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə hesablanmaqla 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə bərabər tutulmuş və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 4 (dörd) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum üzərinə yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən ünvanını axşam saat 20:00-d an səhər saat 09:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İŞİN HALLARİ: Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Məhkum naməlum tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,339 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək, əynində olan qara rəngli idman şalvarının sol yan cibində saxlamaqla üzərində daşımış, 16 avqust 2024-cü ildə saat 16:45-də Ba kı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov 99 ünvanda yerləşən həmin Polis Bölməsinə gətirilmiş və həmin tarixdə saat 18:45-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,339 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MƏHKUMUN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmaması nəzərə alınmamışdır. Bununla yanaşı, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024cü il tarixli rəyinə əsasən təqsirləndirilən şəxsdə opioidlər və psixomulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu yaranmış, narkomaniya xəstəliyi aşkar edilməklə məcburi müalicəyə ehtiyacı vardır. Bu rəyə əsasən, belə bir nəticəyə gəlmək olur ki, təqsirləndirilən şəxs cəza çəkərkən, eləcə də daha sonrakı dövrlərdə narkotik vasitələri fasiləsiz olaraq qəbul etmişdir. Göründüyü kimi, 2022-ci ildə təqsirləndirilən şəxsə cəza təyin olunarkən məhkəmə işə humanizm prinsipi ilə yanaşmış və təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə deyil, alternativ cəza təyin etmişdir. Lakin təqsirləndirilən şəxs bunu qiymətləndirməmiş və məhkumluqdan düzgün nəticə çıxarmamışdır. Bundan başqa, Məhkum 2022-ci ilin mart ayından etibarən narkotik vasitələri tanıdığı şəxslərdən əldə edərək istifadə etmiş, ona psixotrop maddəni satan şəxslərin müəyyən edilməsi üçün heç bir məlumat verməmiş və bununla da törətdiyi əməldən peşman olmadığı açıq-aşkar görünmüşdür. Bununla yanaşı, Məhkum cəza təyini zamanı cəzanın fərdiləşdirilməsi prinsipi, yəni məhkum edilmiş şəxsin şəxsiyyəti, o cümlədən yüngülləşdirici və ağırlaşdırıcı hallar, həmçinin cəzanın differensiallaşdırılması kifayət qədər nəzərə alınmamışdır. Dövlət ittihamçısı kassasiya şikayətini əsaslandıraraq Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 2025-ci il 6 mart tarixli 1(103)-676/2025 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 6 mart tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya inst ansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayə tliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində məhkuma təyin edilmiş cəzanın yüngüllüyünü mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm g özləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə məhkumun çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Belə ki, kassasiya protestinin dəlili ondan ibarətdir ki, məhkuma azadlığın məhdudlaşdırılması cəzası deyil, azadlıqdan məhrum etmə cəzası təyin edilməli idi və məhkum yalnız azadlıqdan məhrum etmə növündə cəza çəkmək yolu ilə islah oluna bilərdi. Apellyasiya instansiyası məhkəməsi məhkuma təyin edilmiş cəzanı dəyişərək yüngülləşdirərkən qəbul etdiyi qərarı aşağıdakı kimi əsaslandırmışdır: “...Məhkəmə kollegiyası yuxarıda sadalananları, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmiş hüquqi mövqeyi hazırki iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək Məhkum şəxsiyyətini, ali təhsilli olmasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat ş əraitinə və islah olunmasına təsirini, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü təyin edilməklə də islah olunması mümkündür. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz etməklə də həmin cəzanı məqsədlərinə nail olunmasını mümkün hesab edir...” Göründüyü kimi, apellyasiya instansiyası məhkəmə qərarını kifayət edəcək səviyyədə əsaslandırmışdır. Belə ki, Məhkum təqsirli bilinərək məhkum edildiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında iki alternativ cəza növü nəzərdə tutulmuşdur. Eyni zamanda, Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyini üçün də CM-də heç bir məhdudiyyət (CM-in 64 və 65-ci maddələri üzrə) mövcud deyil. Əksinə, CM-in 58.1-ci maddəsində daha sərt cəzaların təyini üçün Qanun məhdudiyyət müəyyən etmişdir. Belə ki, həmin maddənin 2-ci cümləsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Gör ündüyü kimi, sankiyada nəzərdə tutulan daha yüngül cəzanın deyil, daha sərt cəzanın təyin edilməsinin əsaslandırılması tələb olunur. Şəxsin narkotik vasitələrin istifadəçisi olması və müalicəyə ehtiyacının olması, ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün deyil, həmin şəxsin səmərəli müalicəsinin təşkili üçün əsasdır. Kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə məhkuma təyin edilmiş cəza, növü və həddi baxımından qanuni, əsaslı və ədalətlidir və bu səbəbdən kassasiya protestinin dəlilləri baxımından həmin qərarın ləğv edilməsi üçün qanuni və əsaslı dəlillər mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2025-ci il 23 yanvar tarixli 1(001)-245/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 6 mart tarixli, 1(103)-676/2025 nömrəli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar