Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1715/2024 30.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakları ilə, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 18 yanvar 2024-cü il tarixli, 1(103)-40/2024 nömrəli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi7 və Məhkum2 özü tərəfindən verilmiş kassasiya şikayətlərinə və dövlət ittihamçısı Abbas Abbaslı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli hökmü ilə (Hakimlər E.İsmayılov (sədrlik edən), C.Hüseynov və S.Əliyev) xx xxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ış, hal-hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələr i ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 22 avqust 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin 03 may 2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 1 ay 15 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 18 iyun 2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götü rülməmiş, ünvan 3 ünvanında qeydiyyatda olan, hal-hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Həmin hökmdən məhkumlar Məhkum1 və Məhkum2 Zahid oğlu tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Hakimlər: M.Abbasov (sədrlik edən), E.Qaraqurbanlı və H.Məmmədov) 01 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışd ır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)1909/2022 nömrəli qərarından məhkumlar Məhkum2 və Məhkum1 kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)-984/2023 nömrəli qərarı ilə məhkumlar Məhkum2 və Məhkum1 kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum2 və Məhkum1 barələrində olan 01 noyabr 2022-ci il tarixli, 1(103)-1909/2022nömrəli qərarı ləğv edilmiş, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (X4 (sədrlik edən), Elmar Rəhimov və Fərid Əyyubovdan ibarət tərkibdə) xx.xx.2024-cü il tarixli, 1(103)-40/2024 nömr əli qərarı ilə məhkum olunmuş şəxslər Məhkum1 və Məhkum2 tərəfindən ayrıaryılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 1(101)-678/2022 nömrəli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 -ci və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs Məhkum1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 -ci maddəsinə tövsif edilmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinmiş, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 -ci və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs Məhkum2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 -ci maddəsinə t övsif edilmiş, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinmiş, ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını ələ keçirmə məqsədi ilə, 12 avqust 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan yolu, 32 ünvanında yerləşən ictimai çimərliyin dayanacağında olan Zərərçəkmiş şəxs1 məxsus "Qaz 3302-388 yük” markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna qoyulmuş, sonuncuya məxsus 3.000 manat nağd pulu, hər birinin qiyməti 5 manat olan cəmi 10 manat dəyərində iki ədəd 077-539-53- 99 və ***-***-**-** saylı nömrələrlə istifadə etdiyi 6 00 manat dəyərində bir ədəd "Redmi Note7” markalı, dəyəri 5 manat olan ***-***-**** saylı nömrə ilə işlətdiyi 500 manat dəyərində bir ədəd "Redmi Note9” markalı mobil telefonlarını, habelə Zərərçəkmiş şəxs1 tanışları Zərərçəkmiş şəxs2 məxsus 350 manat nağd pulu və hər birinin qiyməti 5 manat olan cəmi 10 manat dəyərində iki ədəd ***-***-**** və ***-***-**-** saylı nömrələrlə istifadə etdiyi 250 manat dəyərində bir ədəd işlənmiş "Samsung A3” markalı mobil telefonu və Zərərçəkmiş şəxs3 məxsus cəmi 150 manat nağd pulu gizli talayıb ələ keçirdikdən sonra gəldikləri "Tofaş- Şahin” markalı 99XU512 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdikdə, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 onların əmlaklarının Məhkum1 və Məhkum2 tərəfindən ələ keçirilmələrindən şübhələnib, sonuncunun idarə etdiyi "Tofaş- Şahin” markalı avtomobilin qabaq oturacağında əyləşmiş Məhkum1 yaxınlaşaraq taladıqları pul və mobil telefonları geri qaytarmalarını tələb etdikdə, sonuncu, avtomobildən götürdüyü mətbəx bıçağından silah qismində istifadə edib hücum edərək gözləri önündə nümayiş etdirib fırlatmaqla, ələ keçirdikləri özgə əmlaklarını özlərində saxlamaq məqsədi ilə həyat və sağlamlıqları üçün təhlükəli zorakılıq, belə zorakılıq tətbiq edəcəyi hədəsi İlə müşayiət olunan basqın etmiş, həmin vaxt Məhkum2 onunla həmrəylik nümayiş etdirməklə yanaşı, idarə etdiyi "TofaşŞahin” markalı avtomobili hərəkətə gətirib sürətlə oradan uzaqlaşmış, onların cinayət əməllərinin qarşısını almaq üçün dayanacağın nəzarətçisi çıxışda avtomobilin önünü dəmir zəncir maneə ilə bağlasa da, Məhkum2 idarə etdiyi av tomobilin ön hissəsi ilə zəncirə vurub qıraraq oradan uzaqlaşmaqla, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 4.115 manat, Zərərçəkmiş şəxs2 məxsus 610 manat və Zərərçəkmiş şəxs3 məxsus 150 manat məbləğində əmlaklarını ələ keçirib, bu hərəkətləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROKURORUN ÇİXİŞİ: Məhkum2 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iş materiallarından görünür ki istintaq tamamən yalnış istiqamətdə və uydurma ifadələrə əsaslanmış və bunun nəticə si olaraq o azadlıqdan məhrum edilmişdir. Belə ki, Belə ki, Şahid1 apellyasiya məhkəməsində verdiyi ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslərin əlində bıçaq olmamış və onların zərərçəkmiş şəxsləri bıçaqla hədələdiklərini görməmişdir. Məhkum2 kassasiya şikayətinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-40/2024 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkum1 müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmənin təqsirləndirilən şəxslərlə bağlı nəticəyə gələrkən istinad etdiyi yeganə sübut zərər çəkmiş şəxslərin verdikləri ifadələri olmuşdur. Halbuki, zərər çəkmiş şəxslərin ifadələri iş üzrə sübutların məcmusu ilə təsdiq edilmir, ziddiyyətli və təqsirləndirlən şəxslərin təqsirini b irbaşa göstərən məlumatlardan ibarət deyil. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, “Biz birlikdə bir qədər çimdikdən sonra dənizdən çıxıb su içmək üçün mənə məxsus avtomaşına yaxınlaşan zaman Nəriman kiminsə avtomobilin yanından qaçdığını bildirdi. Həmin vaxtı biz yaxında dayanmış “Tofaş” markalı avtomobildə olan iki nəfər şəxs tərəfindən ələ keçirildiyindən şübhələndiyimizə görə həmin avtomobilə tərəf qaçdıq” (1 -ci cild iş vərəq 26-37). Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ““Biz birlikdə bir qədər çimdikdən sonra dənizdən çıxıb su içmək üçün Ruhidə məxsus avtomobilə tərəf addımlamağa başladıq. Həmin vaxt mən kiminsə avtomobilin yanından qaçıb uzaqlaşdığını gördüm. Biz yaxında dayanmış “ Tofaş” markalı avtomobildə olan iki nəfər şəxs tərəfindən ələ keçirildiyindən şübhələndiyimizə görə həmin avtomobilə tərəf qaçdıq” (1 -ci cild iş vərəq 44-45). Zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələrdən görünür ki, onlar iddia etdikləri əşyaların birbaşa olaraq təqsirləndirilən şəxslər tərəfindən ələ keçirildiyini görməmişlər. Zərərçəkmiş şəxs3 bildirir ki, avtomobilin yanından “kiminsə” qaçdığını görmüşdür. Həmin naməlum şəxsin təqsirləndirilən şəxslərdən biri olması yalnız ehtimala əsaslanır. Nəzərə almaq lazımdır ki, Zərərçəkmiş şəxs3 məhz təqsirləndirilən şəxslərin avtomobilin yanında olmasını görməmişdir. Günorta saatlarında çimərlikdə avtomobilin ətrafında insanların olması tamamilə normal haldır. Zərər çəkmiş şəxslərin ifadələrindən müəyyən olunur ki, təqsirlə ndirilən şəxslərin yaxınlıqda olması onlarda şübhə yaradıb. Lakin bu şübhə heç bir mötəbər dəlilə əsaslanmır. O bildirmişdir ki, işə təkrar apellyasiya qaydasında baxan Məhkəmə, Məhkum2 və O.Hənifəyin əməlinə səhv hüquqi qiymət vermişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-40/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və təqsirləndirilən şəxs Məhkum1 bəraət verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq təqsirləndirilən şəxslərin əməllərinin tövsifində səhvə yol verildiyindən, həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Şıx qəsəbəsində yerləşən ictimai çimərlikdə təmizlik işləri ilə məşğuldur, həmçinin oraya gəlmiş avtomobillərə nəzarət edir. 12 avqust 2021 -ci il tarixdə saat 18 radələrində o, çimərlikdə olduğu zaman qırmızı rəngli “Tofaş” markalı avtomobilin yüksək sürətlə çimərliyin çıxışı istiqamətində hərəkət etdiyini, bu zaman tanımadığı üç nəfər cavan oğlanın həmin avtomobilin arxasınca qaçdıqlarını görmüşdür. Həmin vaxt oğlanlardan biri çimərliyin girişində dayanmış Həsrət adlı nəzarətçiyə qışqıraraq giriş qapısını bağlamasını demişdir. Həsrət qapını bağlamağa çalışsa da, bunu çatdırmamış, girişdə olan zənciri qald ıraraq yolu bağlamışdır. Lakin həmin “Tofaş" markalı avtomobili idarə edən sürücü buna məhəl qoymadan avtomobilin hərəkətini davam etdirmiş, maşının qabaq hissəsi ilə çimərliyin girişində bərkidilmiş dəmir zəncirə vurub qıraraq oradan uzaqlaşıb getmişdir. Sonradan həmin tanımadığı üç nəfər oğlan ona yaxınlaşıb “Tofaş” markalı avtomobildə olan iki nəfər cavan oğlanın onların gəldikləri və çimərlikdə saxladıqları “Qazel" markalı avtomobilin salonundan özlərinə məxsus nağd pul və mobil telefonlarını oğurladıqlarını, onları bıçaqla hədələyərək qaçıb getdiklərini bildirmişlər. Sonra oraya polis əməkdaşları gəlmiş və onlarla hadisə barədə sorğu-sual aparmışlar. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid3 ifadəsində Şıxov qəsəbəsində yerləşən ictimai çimərliyin ərazisindəki dayanacaqda nəz arətçi qismində işlədiyini, 12 avqust 2021-ci il tarixdə saat 18 radələrində işdə olduğunu bildirərək, Şahid2 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Dövlət ittihamçısı bildirmişdir ki, zərərçəkmiş şəxslər 3 nəfər, təqsirləndirilən şəxslər isə 2 nəfərdir. Say üstünlüyü ilə zərərçəkmiş şəxslər əminliklə təqsirləndinlən şəxslərə yaxınlaşıb talanmış əmlaklarını tələb etməklə onları tutub saxlamağa çalışmışlar. Məhz təqsirləndirilən şəxslərin həmin əmlakı özlərində saxlamaq məqsədi ilə onların üzərinə bıçaq çıxardaraq zorakılıq hədəsindən sonra zərərçəkmiş şəxslər qorxaraq geri çəkilib Məhkum1 və S. Aydınovun hadisə yerindən uzaqlaşmasına göz yummaq məcburiyyətində qalmışlar. Beləliklə, Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyası tərəfindən yekun qərar qəbul edilər kən işin faktiki hallan nəzərə alınmamış, cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum1 və Məhkum2 əməllərinin tövsifində səhvə yol verilmişdir. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı X2 çıxış edərək kassasiya şikayətlərinin təmin olunmamasını, kassasiya protestinin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 1(103)40/2024 nömrəli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin və kassasiya protestlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunmaması, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri və kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəll ənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edil mişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiə tərəfinin kassasiya şikayətlərinin məzmunundan görünür ki, müdafiə tərəfi məhkumlara bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısının kassasiya protestindən görünür ki, protestdə məhkumların əməlinin tövsifi mübahisələndirilərək məhkəmə qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya müraciətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası kassasiya şikayətilərinin və kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kassasiya müraciətlərindən görünür ki, məhkumlar cinayət əməli törətmədiklərini iddia edərək onlara bəraət verilməsin i, dövlət ittihamçısı isə məhkumların əməlinin CM-in 181.2.1 və 181.2.5-ci maddəsindən CM-in 180.2.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişlər. Kassasiya protestinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkumların silah tətbiq etmələri, ümumiyyətlə, hadisə zamanı onlarda soyuq silah olması mötəbər sübutlarla sübuta yetirilməmişdir. Məhkumlar ibtidai istintaq dövründən hadisə zamanı silah tətbiq etdiklərini etiraf etməmişlər. İttiham tərəfi yalnız zərərçəkmiş şəxslərin ifadəsi əsasında məhkumlara qarşı onların silahdan istifadə etməsinə görə ittiham irəli sürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumların əməlini CM-in daha yüngül maddəsinə tövsüf edərkən qanuni və əsaslı nəticəyə gəlmiş, gəldiyi nəticəni qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandılrmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək belə hesab edir ki, kassasiya şikayətlərinin təmin edilməsi, məhkumlara bəraət verilməsi üçün hər hansı hüquqi və faktiki əsas mövcud deyil və məhkumların CM-in 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilir və həmin əsaslandırma apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilmişdir. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri və kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 1(103)-40/2024 nömrəli qərarı kassasiya şikayətlərinə və kassa siya protestinə münasibətdə dəyişdirimədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 müdafiəçisi Müdafiəçi7 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri və dövlət ittihamçısı Abbas Abbaslı tərəfindən verilən kassasiya protesti təmin edilməsin. Məhkumlar Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 1(103)-40/2024 nömrəli qərarı məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətlərinə və dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirimədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1715/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1715/2024
30.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver