Məhkəmə qərarları › İş №1(102)-1721/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1721/2023

14.12.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1721/2023 14.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum1 müdafiəçisi Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Məhkum2 müdafiəçiləri “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi6 və “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Əlizadə Günel İrziman qızının iştirakları ilə, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 1(103)1107/2022 nömrəli hökmündən Məhkum1 müdafiəçisi Müdafiəçi3 və Məhkum2 müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum edilməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nin Bakı şəhəri X22 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti İdarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamışdır.

2. Məhkum2 xx xxxxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum edilməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi vəzifəsində işləmiş, Bakı şəhəri, Yasamal rayonu, X7, bina 27, mənzil 9 ünvanında yaşamışdır.

3. Məhkum1 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3,1, 311.3.2 və 311.3.3-cü maddələri ilə məhkəməyə verilmişdir ondan ötrü ki, o, vəzifəli şəxs kimi digər vəzifəli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində özü və qeyrisi üçün birbaşa yolla qeyrisi vasitəsilə maddi neməti rüşvət qismində istəməklə almış, təkrarən, vəzifəli şəxs kimi digər vəzifəli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində özü və qeyrisi üçün birbaşa yolla qeyrisi vasitəsilə külli miqdarda maddi neməti rüşvət qismində istəməklə almışdır.

4. Belə ki, verilmiş ittihama əsasən Məhkum1 24 noyabr 2011-ci tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində işə qəbul olunmaqla həmin Nazirlik üzrə 20 yanvar 2019-cu il tarixdən Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X22 Departamentinin (Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2019-cu il tarixli 1340 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Vergilər Nazirinin 7 avqust 2019cu il tarixli əmri ilə Vergilər Nazirliyinin bütün departamentlərinin baş idarə hesab edilməsi nəzərə alınmaqla) Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləməklə, həmin Departamentin baş direktorunun birinci müavininin 24 may 2019-cu il tarixli “müvəqqəti cəlbetmə barədə” **********211600 nömrəli əmrinə əsasən Bakı şəhəri X22 Departamentinin Operativ vergi nəzarəti idarəsinin Monit orinq şöbəsinə 27 may 2019-cu il tarixdən 3 (üç) ay müddətə ezam edilib, Vergilər Nazirliyinin 26 iyul 2019-cu il tarixli “kadr yerdəyişməsi barədə” **********967300 nömrəli əmrinə əsasən isə həmin Departamentin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsinə keçirilməklə həmin vəzifədə işləyərkən qeyd edilən vəzifə üzrə təlimata, Azərbaycan Respublikası Vergilər nazirinin 11 iyun 2019cu il tarixli **********88100 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X22 Departamentinin Əsasnaməsi”nin 7.3-cü və Azərbaycan Respublikası Vergilər nazirinin 26 avqust 2019-cu il tarixli **********083100 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X22 üzrə B aş İdarənin Əsasnaməsi”nin 7.17-ci bəndinə əsasən, idarənin strukturları tərəfindən operativ vergi nəzarəti sahəsində onların fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə əməl olunmasına nəzarətin həyata keçirilməsi, İdarənin səlahiyyətlərinə aid olan nəzarət istiqamətləri üzrə müəyyən edilmiş forma və metodlarla monitorinq aparılması, İdarənin strukturları tərəfindən təhkimçilik bölgüsünə və qaydalarına riayət edilməsi vəziyyəti üzrə monitorinqin həyata keçirilməsi, aşkar edilmiş pozuntularla bağlı İdarənin rəhbərliyinə təqdim edilməsi üçün xidməti məruzə və digər zəruri sənədlərin tərtib edilməsi, aşkar edilmiş pozuntuların aradan qaldırılması vəziyyətinə dair monitorinq aparılması, Vergilər Nazirliyinin ve rdiyi göstəriş və tapşırıqların vaxtında və düzgün şəkildə icrasının təmin edilməsi üçünzəruri tədbirlərin görülməsi, səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərdən, habelə Vergilər Nazirliyinin struktur vahid və bölmələrindən daxil olmuş məktub, sorğu, ərizə, şikayət, təklif və digər sənədlərə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada baxılmasının, araşdırılmasının, cavablandırılması və göndərilməsinin (təqdim edilməsinin) təmin edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi həmin Nazirliyin Bakı şəhəri X22 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfə ttişi vəzifəsində işləyən Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarında olan ümumi cinayətkar sövdələşməyə uyğun olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində, yəni 2019-cu ilin iyul - avqust aylarında Məhkum2la birlikdə Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsində ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi “X30” adlı çörək istehsalı sexinə faktiki rəhbərlik edən Şahid1 ilə həmin sexdə görüşərkən onun həmin sexdəki sahibkarlıq fəaliyyətini vergi qanunvericiliyinə uyğun həyata keçirib-keçirməməsinin yoxlanılmaması və digər vergi qurumu əməkdaşları tərəfindən də səlahiyyətləri çərçivəsində həmin sexdə nəzarət həyata keçirilərkən qanun pozuntusu aşkar edildiyi təqdirdə belə onun məsuliyyətə cəlb olunmasının qarşısını almağa görə Şahid1 özü və qabaqcadan əlbir olduğu Məhkum2 üçün şəxsən birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, Şahid1 həmin pulu verməyə maddi imkanının olmamasını bildirməsi ilə əlaqədar Məhkum2la aralarındakı cinayətkar niyyətə uyğun olaraq, onunla 3.500 manata razılaşıb, yəni həmin məbləğdə pulu rüşvət qismində sonuncu və özü üçün şəxsən birbaşa yolla rüşvət qismində istəyib, həmin niyyətlə 2019-cu ilin iyul - avqust ayları ərzində ilkin olaraq 3.000 manat, bir neçə gündən sonra isə 500 manat olmaqla, cəmi 3.500 manat məbləğində maddi nemət olan pul vəsaitini Şahid1 qabaqcadan əlbir ola n bir qrup şəxs qismində həmin çörək istehsalı sexinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında özü və qabaqcadan əlbir olduğu Məhkum2 üçün birbaşa yolla şəxsən vahid niyyətlə rüşvət qismində almışdır.

5. Bundan başqa, o, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində, təkrarən, həmin Nazirliyin (Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi nəzərə alınmaqla) Bakı şəhəri X22 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müf əttişi vəzifəsində işləyən Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarında olan ümumi cinayətkar sövdələşməyə uyğun olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində, yəni 2020-ci ilin mart ayında Məhkum2la birlikdə Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsində ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi “X30” adlı çörək istehsalı sexinə faktiki rəhbərlik edən Şahid1 ilə həmin sexdə görüşərkən onun həmin sexdəki sahibkarlıq fəaliyyətini vergi qanunvericiliyinə uyğun həyata keçirib-keçirməməsinin yoxlanılmaması və digər vergi qurumu əməkdaşları tərəfindən də səlahiyyətləri çərçivəsində həmin sexdə nəzarət həyata keçirilərkən qanunpozuntusu aşkar edildiyi təqdirdə belə onun məsuliyyətə cəlb olunmasının qarşısını almağa görə Şahid1 özü və qabaqcadan əlbir olduğu Məhkum2 üçün şəxsən birbaşa yolla külli miqdarda maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəyib, Şahid1 həmin pulu verməyə maddi imkanının olmamasını bildirməsi ilə əlaqədar Məhkum2la aralarındakı cinayətkar niyyətə uyğun olaraq, onunla 6.000 (altı min) manata razılaşıb, yəni həmin məbləğdə pulu rüşvət qismində sonuncu və özü üçün şəxsən birbaşa yolla rüşvət qismində istəyib, həmin niyyətlə 4 may 2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında fəaliyyət göstərən həmin çörək istehsalı sexinin yaxınlığında Məhkum2 idarə etdiyi “Kia Sorento” markalı, 90SS737 dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Şahid1 maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini özü və qabaqcadan əlbir olduğu Məhkum2 üçün birbaşa yolla şəxsən rüşvət qismində təkrarən almışdır.

6. Məhkum2 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3,1, 311.3.2 və 311.3.3-cü maddələri ilə məhkəməyə verilmişdir ondan ötrü ki, o, vəzifəli şəxs kimi digər vəzifəli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində özü və qeyrisi üçün birbaşa yolla qeyrisi vasitəsilə maddi neməti rüşvət qismində istəməklə almış, təkrarən, vəzifəli şəxs kimi digər vəzifəli şəxslə q abaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində özü və qeyrisi üçün birbaşa yolla qeyrisi vasitəsilə külli miqdarda maddi neməti rüşvət qismində istəməklə almışdır.

7. Belə ki, Məhkum2 27 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində işə qəbul olunmaqla həmin Nazirlik üzrə 06 mart 2019-cu il tarixli “kadr yerdəyişməsi barədə” **********235900 nömrəli əmrə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X22 Departamentinin (Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2019-cu il tarixli 1340 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Vergilər Nazirinin 7 avqust 2019-cu il tarixli əmri ilə Vergilər Nazirliy inin bütün departamentlərinin baş idarə hesab edilməsi nəzərə alınmaqla) Operativ vergi nəzarəti idarəsinin Nərimanov rayonu üzrə şöbəsinin büdcədənkənar vəsait hesabına saxlanılan müfəttişi vəzifəsində işləməklə qeyriləri üçün hüquq münasibətlərin yaranması, dəyişməsi və xitamına səbəb olan hərəkətlər etmək hüququna malik inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi həmin Nazirliyin Bakı şəhəri X22 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləməklə vəzifə təlimatına, Azərbaycan Respublikası Vergilər nazirinin 11 iyun 2019-cu il tarixli **********88100 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X22 Departamentinin Əsasnaməsi”nin 7.3-cü v ə Azərbaycan Respublikası Vergilər nazirinin 26 avqust 2019-cu il tarixli **********083100 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X22 üzrə Baş İdarənin Əsasnaməsi”nin 7.17-ci bəndinə əsasən, idarənin strukturları tərəfindən operativ vergi nəzarəti sahəsində onların fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə əməl olunmasına nəzarətin həyata keçirilməsi, İdarənin səlahiyyətlərinə aid olan nəzarət istiqamətləri üzrə müəyyən edilmiş forma və metodlarla monitorinq aparılması, İdarənin strukturları tərəfindən təhkimçilik bölgüsünə və qaydalarına riayət edilməsi vəziyyəti üzrə monitorinqin həyata keçirilməsi, aşkar edilmiş pozuntularla bağlı İdarənin rəhbərliyinə təqdim edilməsi üçün xidməti məruzə və digər zəruri sənədlərin tərtib edilməsi, aşkar edilmiş pozuntuların aradan qaldırılması vəziyyətinə dair monitorinq aparılması, Vergilər Nazirliyinin verdiyi göstəriş və tapşırıqların vaxtında və düzgün şəkildə icrasının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi, səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərdən, habelə Vergilər Nazirliyinin struktur vahid və bölmələrindən daxil olmuş məktub, sorğu, ərizə, şikayət, təklif və digər sənədlərə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada baxılmasının, araşdırılmasının, cavablandırılması və göndərilməsinin (təqdim edilməsinin) təmin edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olan Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarında olan ümumi cinayətkar sövdələşməyə uyğun olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində, yəni 2019cu ilin iyul - avqust aylarında Məhkum1lə birlikdə Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsində ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi “X30” adlı çörək istehsalı sexinə faktiki rəhbərlik edən Şahid1 ilə həmin sexdə görüşərkən onun həmin sexdəki sahibkarlıq fəaliyyətini vergi qanunvericiliyinə uyğun həyata keçirib-keçirməməsinin yoxlanılmaması və digər vergi qurumu əməkdaşları tərəfindən də səlahiyyə tləri çərçivəsində həmin sexdə nəzarət həyata keçirilərkən qanun pozuntusu aşkar edildiyi təqdirdə belə onun məsuliyyətə cəlb olunmasının qarşısını almağa görə Şahid1 özü və qabaqcadan əlbir olduğu Məhkum1 üçün sonuncu vasitəsilə birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, Şahid1 həmin pulu verməyə maddi imkanının olmamasını bildirməsi ilə əlaqədar Məhkum1lə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, onunla 3.500 manata razılaşıb, yəni həmin məbləğdə pulu rüşvət qismində sonuncu və özü üçün birbaşa yolla rüşvət qismində istəyib, həmin niyyətlə 2019-cu ilin iyul - avqust ayları ərzində ilkin olaraq 3.000 manat, bir neçə gündən sonra isə 500 manat olmaqla, cəmi 3.500 manat məbləğində maddi nemət olan pul vəsaitini Şahid1 qabaqcada n əlbir olan bir qrup şəxs qismində həmin çörək istehsalı sexinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında özü və qabaqcadan əlbir olduğu Məhkum1 üçün birbaşa yolla sonuncu vasitəsilə vahid niyyətlə rüşvət qismində almışdır.

8. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində, təkrarən, həmin Nazirliyin (Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi nəzərə alınmaqla) Bakı şəhəri X22 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləməklə qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olan Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarında olan ümumi cinayətkar sövdələşməyə uyğun olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində, yəni 2020-ci ilin mart ayında Məhkum1lə birlikdə Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsində ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi “X30” adlı çörək istehsalı sexinə faktiki rəhbərlik edən Şahid1 ilə həmin sexdə görüşərkən onun həmin sexdəki sahibkarlıq fəaliyyətini vergi qanunvericiliyinə uyğunhəyata keçirib-keçirməm əsinin yoxlanılmaması və digər vergi qurumu əməkdaşları tərəfindən də səlahiyyətləri çərçivəsində həmin sexdə nəzarət həyata keçirilərkən qanun pozuntusu aşkar edildiyi təqdirdə belə onun məsuliyyətə cəlb olunmasının qarşısını almağa görə Şahid1 özü və qabaqcadan əlbir olduğu Məhkum1 üçün sonuncu vasitəsilə birbaşa yolla külli miqdarda maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəyib, Şahid1 həmin pulu verməyə maddi imkanının olmamasını bildirməsi ilə əlaqədar Məhkum1lə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, onunla 6.000 (altı min) manata razılaşıb, yəni həmin məbləğdə pulu rüşvət qismində sonuncu və özü üçün birbaşa yolla rüşvət qismində istəyib, həmin niyyətlə 4 may 2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, G əncə prospekti 109 ünvanında fəaliyyət göstərən həmin çörək istehsalı sexinin yaxınlığında şəxsən idarə etdiyi “Kia Sorento” markalı, 90SS737 dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Şahid1 maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini özü və qabaqcadan əlbir olduğu Məhkum1 üçün birbaşa yolla sonuncu vasitəsilə rüşvət qismində təkrarən almışdır.

9. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 1(101)-262/2021 nömrəli hökmü ilə (sədrlik edən X8, hakimlər X16 və X19) Məhkum1 elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri xaric olunmuş və onun əməllərində bu cinayətlərin tərkibi olmadığından, yəni Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsində göstərilən əsaslarla həmin hissəd ə xitam edilmiş, Məhkum1 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətə dövlət orqanlarında rəhbər, nəzarət və təftiş funksiyalarını həyata keçirmək səlahiyyətlərinə malik vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum1 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 04 may 2020-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və Məhkum1 barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökmlə Məhkum2 elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 311.3,1, 311.3.2 və 311.3. 3-cü maddələri xaric olunmuş və onun əməllərində bu cinayətlərin tərkibi olmadığından, yəni Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsində göstərilən əsaslarla həmin hissədə xitam edilmiş, Məhkum2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 29,178.2.1, 29.178.2.2, 29,178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətə dövlət orqanlarında rəhbər, nəzarət və təftiş funksiyalarını həyata keçirmək səlahiyyətlərinə malik vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum2 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 04 may 2020-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

10. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmünün ləğv edilib, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək onlara həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni hökm çıxarılmasını xahiş etmişdir.

11. Eyni zamanda hökmdən narazı qalan məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Məhkum1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Hökmdən narazı qalan digər məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayəti verib, iş üzrə zərərçəkmiş şəxs kimi heç kimin tanınmadığını, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tamamilə ödənilməsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsinin nəzərə alınmaqla, iş üzrə zərərçəkmiş şəxs olmadığı üçün zərərçəkmiş şəxslə barışma tələb olunmadan Məhkum2 cinayət məsuliyyətindən azad edilməsinin zəruri olduğunu, bundan başqa onun himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşağının, xəstə həyat yoldaşının olması və əvvəllər məhkum olunmamasının nəzərə alınaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 i yun 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Məhkum2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2021-ci il tarixli, 1(103)-1364/2021 nömrəli qərarı ilə (sədrlik edən X14, hakimlər X12 və X10) Məhkum1 müdafiəçisi Müdafiəçi3 və Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətləri, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 29,178.2.1. 29,178.2.2, 29,178.2.4-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 1(101)-262/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır.

14. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2022-ci il tarixli, 1(102)-432/2022 nömrəli qərarı ilə (sədrlik edən X2, hakimlər X11 və Rəcəbov İlkin Əbülfəz oğlu) kassasiya protesti təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2021-ci il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə əsasən ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 1(103)-1107/2022 nömrəli hökmü ilə (hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, X21 və X9 ibarət tərkibdə) Məhkum1 müdafiəçisi Müdafiəçi3 və Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 178.2.1, 29,178.2.1, 29.178.2.2, 29,178.2.4-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2021ci il tarixli hökmünün ləğv edilməsi və yeni hökm qəbul edilməsi, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsir li bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum1 04 may 2020-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixədək həbsdə olduğu 01 il 04 ay 13 gün azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanması və ona qəti olaraq 06 il 07 ay 17 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Məhkum1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 10 noyabr 2022-ci il tarixdən hesablanması, Məhkum1 məhkəmə iclas zalından dərhal həbs edilməsi və onun cəzaçəkmə müəssisəsinə göndərilənədək həbsdə saxlanılmasının Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməsi, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum2 04 may 2020-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixədək həbsdə olduğu 01 il 04 ay 13 gün azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanması və ona qəti olaraq 06 il 07 ay 17 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Məhkum2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 12 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

17. Hökmdən Məhkum1 müdafiəçisi Müdafiəçi3 və M əhkum2 müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:

18. Məhkum1 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin dəlilləri qismində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və cəza təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarını düzgün nəzərə almamış və çoxsaylı qanun pozuntularına yol vermişdir.

19. Belə ki, Məhkum1 ali təhsillidir, evlidir, 4 övladı var. 2001-ci ildən Azərbaycan Respublikası Vergilər Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ilin yay aylarından isə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X22 üzrə Baş idarənin operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyir. Kiçik vergi xidməti müşaviridir. Xidməti üzrə vəzifəsi Bakı şəhəri ərazisində monitorinq aparıb sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri vergiyə cəlb etməkdən ibarətdir. İşlədiyi idarədən təyin edilmiş iş qrafiki üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X22 üzrə Baş İdarənin operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin fond hesablı müfəttişi vəzifəsində işləyən Məhkum2 ilə birlikdə 2019-cu ilin yay aylarında dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində monitorinq aparılması zamanı Şahid1 rəhbərliyi ilə fəaliyyət göstərən Gəncə prospekti 109 ünvanında yerləşən qeyriyaşayış sahəsindəki “X30” adlı çörəkbişirmə sexinin fəaliyyət göstərdiyini aşkar edib sahibkar Şahid1 xəbərdarlıq e tmişlər ki, vergisini ödəsin, sonuncu da həmin ərəfələrdə vergisini bank hesabına ödəmişdir. Ancaq Şahid1 həmin vaxt nə qədər məbləğdə vergi ödəməsini bilmir. 2020- ci ilin mart ayında yenə də növbəti dəfə Cahidlə birlikdə Bakı şəhəri ərazisində monitorinq apararkən Şahid1 qeyd olunan ünvandakı çörəkbişirmə sexinin fəaliyyətdə olmasını görüb ona vergi ödəməsinin zəruriliyini bildirmişlər. Şahid1 isə 2020-ci ilin aprel aymadək sexin fəaliyyətini dayandıracağını, nə vaxt fəaliyyətə başlayarsa, vergisini də ödəyəcəyini bildirmişdir. 2 may 2020-ci il tarixdə Cahidlə birlikdə monitorinq zamanı Şahid1 sexinin fəaliyyətdə olduğunu görüb, hər ikisi sexə yaxınlaşıb Şahid1lə görüşərək sexin fəaliyyət göstərdiyinə görə vergi ödəməsinin zəruriliyini izah etmişlər. 4 may 2020-ci il tarixdə saat 13- rad ələrində Cahid istifadəsində olan ********** mobil nömrədən Şahid1 istifadəsində olan mobil nömrəyə zəng edib vergisini ödəməsinin zəruriliyini bildirmiş, sonuncu avtomobilinin olmadığına görə vergini ödəmək üçün gələ bilməyəcəyini deyib ödəməli olduğu vergi məbləğini qəbul etmək üçün sexə gəlmələrini xahiş etmişdir. Bundan sonra, saat 15 radələrində Cahidlə birlikdə sonuncunun istifadəsində olan “Kia-Sorento” markalı, 90SS737 dövlət qeydiyyat nişanlı avtomobillə Şahid1 çörəkbişirmə sexinin qarşısında getmişlər. Şahid1 gəlib avtomobilin arxa oturacağında əyləşib uca səslə sayaraq 3000 manat pul əskinaslarmı açıq şəkildə salona qoyaraq sağollaşıb getmişdir. Həmin anda hüquq mühafizə orqanları əməkdaşları gəlib onları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə aparmışla r.

20. Kassator həmçinin qeyd edir ki, Məhkum1 himayəsində dörd nəfər yetkinlik yaşına çatmayan uşağının, müddətsiz 1-ci dərəcəli əlil olan həyat yoldaşının olması və əvvəllər məhkum olunmamasının nəzərə alınması məqsədəmüvafiq hesab olunur.

21. Kassasiya şikayətinin müəllifi çoxsaylı qanunvericilik aktlarına istinadlar edərək qeyd etmişdir ki, göründüyü kimi apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərini pozaraq təqsirləndirilən şəxsin əməlini düzgün tövsif etməmiş, iş üzrə bütün halları araşdırmamış, əsassız və qanunsuz olaraq sərt cəza təyin etmişdir.

22. Müəllif kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21 və 416.1.22-ci maddələr ində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-1107/2022 nömrəli hökmünün ləğv edilərək, Məhkum1 elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrini xaric edərək, onun əməllərində bu cinayətlərin tərkibi olmadığından, yəni Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsində göstərilən əsaslarla həmin hissədə xitam verilməsi, törədilmiş əmələ Azərbaycan Respublikası CM-in 178-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Həmçinin, Məhkum2 müdafiəçisi Müdafiəçi6 kassasiya şikayətinin dəlilləri qismində qeyd etmişdir ki, birinci i nstansiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum2 elan edilmiş ittihamdan CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri xaric olunması və onun əməllərində bu cinayətlərin tərkibi olmadığından CPM-in 39.1.2-ci maddəsinə əsasən həmin hissədə xitam olunması və onun CM-in 178.2.1, 29,178.2.1, 29.178.2.2, 29,178.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsinə dair gəldiyi nəticəsi iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olduğundan apellyasiya məhkəməsinin Məhkum2 CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübuta yetirilmiş sayması və bunun da nəticəsində apellyasiya protestini təmin etməsi əsassız və qanusuz olmuş, apellyasiya məhkəməsi qeyd olunan nəticəyə gələrkən ittiham orqanı tərəfindən təqd im olunmuş hər hansı bir mötəbər sübutla aradan qaldırılması qeyri mümkün olan şübhələrin olmasını nəzərə almamış, sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir.

24. Kassasiya şikayətinin müəllifi cinayət işi materiallarına və bir sıra qanunvericilik aktlarına istinadlar edərək qeyd etmişdir ki, vergi qanunvericiliyinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalar, monitorinqlər təyin edilib aparılmasına dair sərəncam vermək və ya başqaları tərəfindən təyin edilmiş, keçirilən, keçirilmiş monitorinqlərin gedişinə və nəticələrinə təsir edib vergi ödəyicisini məsuliyyətədən azad etmək Məhkum2 xidməti vəzifə səlahiyyətlərinə aid edilməmiş, o cümlədən «X30» adlı sexə faktiki sahiblik edən Şahid1 onlarla raziaşdığı məbləqdə pulu verdikdə gələcək bir ildə sexdə yox lama aparılmayacağı, aparılsa belə onun məsuliyyətə cəlb olunmayacağı barədə vədlər verməkdə səlahiyyəti olmamışdır. Yəni, Məhkum2 elan edilmiş ittihamda nəzərdə tutulan əməlləri həyata keçirməyə səlahiyyətli olmamış, yəni o, bu əməllərini vəzifəsinin (səlahiyyətələrinin) icrası ilə əlaqədar törətməmişdir. Belə ki, Vergi qanunverciliyinə əsasən vergi yoxlamalarının aparılması, monitorinqlərin keçirilməsi vergi orqanının müvafiq qurumunun rəhbərliyi tərəfindən qəbul edilmiş qərarlar əsasında həyata keçirilir.

25. Bundan əlavə, kassasiya şikayətinin müəllifi qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum2 himayəsində üç nəfər azyaşlı uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, əvvəllər məhkum olunmamışdır, törətdiyi əməldən səmimi peşman olmuşdur, törətdiyi əməllərin törədilməsinin halları, səbəbləri və şəraiti barsində ətraflı ifadələr verib cinayətin açılmasında fəal iştirak etmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, Şahid1 dəymiş ziyan tam ödənilmişdir, o, təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1lə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Kassasiya şikayətinə əlavə olunmuş Yasamal rayon İH MKTB 42 saylı MKİS-in 14 nömrəli, xx.xx.2023-cü il tarixli Arayışından görünür Məhkum2 həyat yoldaşı heç yerdə işləmir və o, Məhkum2 himayəsində olmuşdur. İş materiallarından görünür ki, Məhkum2 CM-in 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

26. Bununla da, müdafiə tərəfi hesab edir ki, yuxarıda qeyd olunan hallar bilavasitə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, c inayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar kimi cəza təyini zamanı CM-nin 59.1.4. 59.1.13 və 59.2-ci maddələrinə əsasən Məhkum2 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir.

27. Müəllif kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2, 416.1.3, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1107/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünün dəyişdirilməsi, məhkum olunmuş şəxs Məhkum2 əməlinin CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü mad dələrindən həmin Məcəllənin 178.2.1, 29, 178.2.1, 29, 178.2.2-ci, 29,178.2.4-cü maddələrinə tövsif olunması və ona həmin maddələrin sanksiyası ilə müəyyən olunmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

28. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir.

29. Hökmdən kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları

30. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum1 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

31. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum2 müdafiəçiləri Müdafiəçi6 və Əlizadə Günel İrziman qızı kassasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xah iş etdilər.

32. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şiayətlərinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər

33. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır.

34. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilm iş hesab edə bilməz.

35. Qanunun bu tələbindən göründüyü kimi kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

36. Məhkəmə kollegiyası Məhkum1 müdafiəçisi Müdafiəçi3 və Məhkum2 müdafiəçisi Müdafiəçi6 kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb aşağıdakıları qeyd e tməyi zəruri hesab edir:

37. Məhkum1 müdafiəçisi Müdafiəçi3 və Məhkum2 müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətlərində məhkumların əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrindən həmin Məcəllənin 178ci maddəsinə tövsif olunması, həmçinin məhkumlar barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə tələb irəli sürmüşlər.

38. Məhkəmə kollegiyası məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərini onların əməllərinin hüquqi tövsifi hissəsində əsassız hesab edərək, bununla bağlı aşağıdakıları qeyd edir.

39. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

40. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

41. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

43. Azərbaycan Respublikası CM-nin 308-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər vəzifəli şəxs hesab olunur. 44. “Korrupsiyaya qarşı mübarizə haqqında” 13 yanvar 2004-cü il tarixli Azərbaycan Respublikası qanununun 2.1.4, 2.1.7-1 və 2.1.8-ci maddələrinə əsasən, dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər, qurumların rəhbərləri və işçiləri, o cümlədən qurumlarda xüsusi səlahiyyət üzrə təşkilati- sərəncamverici və ya inzibati- təsərrüfat funksiyalarını həyata keçirən şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridirlər.

45. Azərbaycan Respublik ası Vergilər nazirinin 11 iyun 2019-cu il tarixli **********88100 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X22 Departamentinin Əsasnaməsi”nin 7.3-cü və Azərbaycan Respublikası Vergilər nazirinin 26 avqust 2019-cu il tarixli **********083100 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X22 üzrə Baş idarənin Əsasnaməsi”nin 7.17-ci bəndinə əsasən, iş üzrə təqsirləndirilən şəxslər qeyriləri üçün hüquq münasibətlərin yaranması, dəyişməsi və xitamına səbəb olan hərəkətlər etmək hüququna malik inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olmaqla, onların idarənin strukturları tərəfindən operativ vergi nəzarəti sahəsində onların fəaliyyətini tənzimləyən Azərbaycan Respublikası nın qanunvericiliyi və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə əməl olunmasına nəzarətin həyata keçirilməsi, İdarənin səlahiyyətlərinə aid olan nəzarət istiqamətləri üzrə müəyyən edilmiş forma və metodlarla monitorinq aparılması, İdarənin strukturları tərəfindən təhkimçilik bölgüsünə və qaydalarına riayət edilməsi vəziyyəti üzrə monitorinqin həyata keçirilməsi, aşkar edilmiş pozuntularla bağlı İdarənin rəhbərliyinə təqdim edilməsi üçün xidməti məruzə və digər zəruri sənədlərin tərtib edilməsi, aşkar edilmiş pozuntuların aradan qaldırılması vəziyyətinə dair monitorinq aparılması, Vergilər Nazirliyinin verdiyi göstəriş və tapşırıqların vaxtında və düzgün şəkildə icrasının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi, səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət, yerli özünü idarəetmə orqanları, hüquqi və fiziki şəxslərdən, habelə Vergilər Nazirliyinin struktur vahid və bölmələrindən daxil olmuş məktub, sorğu, ərizə, şikayət, təklif və digər sənədlərə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qayda baxılmasının, araşdırılmasının, cavablandırılması və göndərilməsinin (təqdim edilməsinin) təmin edilməsi və digər səlahiyyətləri vardır.

46. Məhkumlar Məhkum1 və Məhkum2 əməllərinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrinə tövsif olunmasının mübahisələndirilməsi üzrə məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçiləri tərəfindən irəli sürülmüş dəlillər apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.

47. Apellyasiya instansiya məhkəməsi öz qərarında tamamilə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxslərin və Şahid1 ifadələrini, Şahid1lə Məhkum1 arasında və Şahid1lə Məhkum2 arasında keçirilmiş üzləşdirmə protokollarını, məhkəmə ekspertiza rəylərini, əməliyyat - axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş videogörüntüləri özündə əks etdirən iki ədəd “CD” diskə baxış keçirilməsinə dair 5 may 2020-ci il tarixli protokolunu, mobil operatorlarından əldə edilmiş məlumatları, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməkl ə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum1 və Məhkum2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3,1, 311.3.2 və 311.3.3-cü maddələri ilə düzgün tövsif edilmişdir.

48. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum1 v ə Məhkum2 törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

49. Cəza məsələsini müzakirə edən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumlar Məhkum1 və Məhkum2 münasibətdə cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmır və hesab edir ki, təyin olunmuş cəzalar cinayətin ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarların şəxsiyyətinə uyğun olmamışdır.

50. Kassasiya məhkəmə kollegiyası məhkumlar Məhkum1 və Məhkum2 barələrində olan cəzanı yüngülləşdirən halları nəzərə almaqla, daha az müddətə cəmiyyətdən təcrid edilməklə təyin edilmiş cəzanın daha ədalətli olacağını hesab edir.

51. Belə ki, cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsinin nəzərdə tutduğu (CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin icti mai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunması və cəzanın onun ailəsinin həyat şəraitinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. 52. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqınd a tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.

53. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

54. Qeyd edilən Plenum Qərarının 8-ci bəndinə əsasən “CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəz a təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin iştimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır.

55. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır”.

56. Kassasiya şikayətlərinin iş materialları ilə müqayisəli təhlilindən görünür ki, apellyasiya instansiya məhkəməsi tərəfindən məhkumlara cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumların şəxsiyyəti, cəzalarını yüngülləşdirən hallar, cəzalarını ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitlərinə təsiri kifayət qədər nəzərə alınmamış, məhkumların islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilməmişdir.

57. Belə ki, birinci instansiya məhkəməsi Məhkum1 əvvəllər məhkum olunmamış, himayəsində dörd nəfər yetkinlik yaşma çatmayan uşağının, yəni 21 mart 2008-ci il təvəllüdlü X1, 3 sentyabr 2012-ci il təvəllüdlü X3 və 3 sentyabr 2012-ci il təvəllüdlü X5, X4 və müddətsiz xroniki böyrək xəstəliyi V mərhələ, proqramlı hemodializ diaqnozu ilə 1-ci qrup əlil həyat yoldaşının olmasını, törətdiyi əməldən peşiman olmasını, törətdiyi əməllərin törədilməsinin halları, səbəbləri və şəraiti barsində ətraflı ifadələr verib cinayətin açılmasında fəal iştirak etməsini onun cəzasım yüngülləşdirən hallar kimi nəzərə almışdır.

58. Eyni zamanda, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum2 şəxsiyyətini xarakterizə edən hallardan onun himayəsində üç nəfər az yaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əvvəllər məhkum olunmamasını, törətdiyi əməldən peşiman olmasını, törətdiyi əməllərin törədilməsinin halları,səbəbləri və şəraiti barsində ətraflı ifadələr verib c inayətin açılmasında fəal iştirak etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır.

59. Məhkəmə kollegiyası hər iki məhkum barəsində qeyd edilən halları işin müstəsna halları kimi qiymətləndirərək hesab edir ki, cəzanın məqsədinin təmin edilməsi üçün məhkumlar barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza endirilməlidir. Bu cəza vasitəsi ilə onların islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.

60. Məhkəmə kollegiyası törədilmiş əməllərin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə ye tirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir.

61. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cinayət qanunvericiliyində işin müstəsna halları anlayışını müəyyən edilməmişdir. Ona görə də belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə və qərarda əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir.

62. Qeyd olunanları yuxarıda sadalanan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, apellyasiya instansiya məhkəməsinin məhkumlara cəzanın qeyd edilən normaların tələblərini düzgün nəzərə alınmaması ilə təyin edildiyi müəyyən edilir.

63. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarı məhkumlara cəza təyini ilə bağlı hissədə dəyişdirilməli, məhkumlara CM-in 62-ci maddəsi tətbiq edilməklə onlara istinad olunan maddələrin sanksiyası çərçivəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası qismən azaldılmalı, məhkumlar tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi və təqsirkarların şəxsiyyətinə adekvat olaraq cəza təyin edil məsi məqsədəmüvafiqdir.

64. Bununla yanaşı, iş materiallarından göründüyü kimi Məhkum1 barəsində 06 may 2020-ci il tarixdə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 04 may 2020-ci il tarixdən hesablanmış, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərarı ilə isə Məhkum1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 29,178.2.1, 29.178.2.2, 29,178.2.4-cü maddələri ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad edilmiş və o, məhkəmə iclas zalından azad edilmişdir.

65. Həmçinin, iş materiallarından həmçinin görünür ki, məhkum edilmiş şəxs Məhkum2 barəsində 06 may 2020-ci il tarixdə 04 ay müddətinə həbs qətimkan tədbiri s eçilmiş, həbsetmənin əvvəli tutulduğu 04 may 2020-ci il tarixdən hesablanmış, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərarı ilə isə Məhkum2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 29,178.2.1, 29.178.2.2, 29,178.2.4-cü maddələri ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad edilmiş və o, məhkəmə iclas zalından azad edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2022-ci il tarixli qərarı ilə Məhkum2 barəsində axtarış elan edilərək həbs qismində qətimkan tədbiri seçilmiş, o isə 12 sentyabr 2022-ci il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur.

66. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarla Məhkum1 və Məhkum2 təyin edilmiş cəzanın həddi azaldılarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onların məhkəməyədək icraat və məhkəmə baxışı zamanı tutulduğu, həbsdə saxlanıldığı və cəza çəkdiyi müddət qəti olaraq təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır.

67. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum1 müdafiəçisi Müdafiəçi3 və Məhkum2 müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 1(103)1107/2022 nömrəli hökmü dəyişdirilməlidir.

68. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 1(103)1107/2022 nömrəli hökmü Məhkum1 müdafiəçisi Müdafiəçi3 və Məhkum2 müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilsin. Məhkum1 və Məhkum2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsi tətbiq edilsin və onların barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi 5 (beş) il müddətinə endirilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum1 04 may 2020-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixədək həbsdə olduğu 01 il 04 ay 13 gün azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 03 il 07 ay 17 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum2 04 may 2020-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixədək həbsdə olduğu 01 il 04 ay 13 gün azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 03 il 07 ay 17 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkum1 və Məhkum2 cəzalarını sını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzalarının əvvəli 10 noyabr 2022-ci il tarixdən hesablansın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum1 müdafiəçisi Müdafiəçi3 və Məhkum2 müdafiəçisi Müdafiəçi6 tərəfind

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar