Məhkəmə qərarları › İş №1(102)-1721/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1721/2025

17.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1721/2025 17.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Babayev Zəki Baba oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Məhkum və onun müdafiəçisi X10 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2, 233, 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilm əsinə hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 27 fevral tarixli, 1(103)-694/2025 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətin əlavəyə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 23 sentyabr tarixli 1(101)-79/2024 saylı hökmü ilə (Hakimlər: X4 qızı (sədrlik edən), X12 və X5 ibarət tərkibdə), xx xxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının Cina yət Məcəlləsinin 178.3.2, 233, 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə yükdaşıma fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməmş, Cinayət Məcəlləsinin 178.3.2 və 233-cü maddələri ilə təyin olunmuş cəzala rı həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplamaqla ona qəti olaraq 2 (iki) il müddətinə yükdaşıma fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcının 17 fevral 2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Məhkəmənin qeyd edilən hökmündən Məhkum apellyasiya şikayəti vermiş və eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Bakı Ağır Cinayətlər Məhkəməs inin (Hakim X4 qızı) 2024-cü il 28 dekabr tarixli qərarı ilə Məhkum apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Həmin qərardan narazı qalan Məhkum apellyasiya şikayəti verərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X17 və X1 ibarət tərkibdə) 2025-ci il 27 fevral tarixli 1(103)-694/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərar apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayəti və kassasiya şikayətinə əlavəni əsaslandıraq, təcrid xana daxilində onun iradəsindən asılı olmayan səbəblərdən istədiyi zaman, istədiyi şəkildə hərəkət edə bilmədiyini və bağlı kamera şəraitində saxlanıldığını qeyd etmişdir. Bununla yanaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 23 sentyabr tarixli 1(101)-79/2024 nömrəli hökmünü əməkdaşlar tərəfindən xx.xx.2024-cü il tarixində elə saxlanıldığı kamerada qəbzə imza edərək təhvil almışdır. Bu və digər hüquq və azadlıqlarının pozulduğunu görüb xx.xx.2024-cü ildən etibarən yuxarı orqanlara və rəhbərlərə etibarnamə üzrə nümayəndələri tərəfindən şikayətlər ünvanlanmışdır. Bundan başqa o qeyd etmişdir ki, hakim Habil Məmmədov formal-şablon mülahizələrlə qərarını əsaslandırarkən cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini, məhkumun şəxsi işini araşdırıb, proses iştirakçıl arını çıxarışlarını dinləyərək qəbul etdiyini bildirsə də, bu heç də belə olmamışdır. Əgər hakim bütün mövcud materialları araşdırsaydı, müəssisədə onun hüquq və azadlıqlarının pozulmasının nə vaxtdan və nəyə görə başladığının əyani şahidi olardı. Belə ki, hakim onun şikayətlərindəki yazıları oxuyub araşdırsaydı, o zaman biləcəkdi ki, o heç saxlanıldığı kameradan çölə çıxaraq məktubları qeydiyyat şöbəsinə təqdim edə bilməmişdir. Müəssisəyə gələn gündən hüquq və azadlıqlarının pozulmasıyla bağlı çoxsaylı teleqram və məktubların gəldiyini görən müəssisə rəisi Rauf Nəbivev onu müəssisədə saxlamaq istəmirdi. Çünki onun apellyasiya şikayəti verəcəyi zaman apellyasiya icraatının sonuna qədər həmin müəssisədə saxlanılmağı vacib idi və bu hal da adı çəkilən rəisə sərf etmirdi. Bunun üçün hansısa " addımların atılması" zərurəti yaranırdı. Bu səbəbdən, köçürməni həyata keçirmək üçün ona ərizə yazdırılmışdır. Bu ərizəyə əsasən, guya o, adıçəkilən şəxsə cəzaçəkmə müəssisəsinə köçürülməsi barədə müraciət edərək xahiş etmişdir. Bundan sonra onu xx.xx.2024-cü il tarixində 17 saylı Cəzaçəkmə müəssisəsinə köçürmüşlər. Buna baxmayaraq, xx.xx.2024-cü il tarixində köçürüldüyü 17 saylı Cəzaçəkmə müəssisəsində də hüquq və azadlıqları pozulmağa davam etmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü xx.xx.2024-cü ildə qanuni qüvvəsini almışdır. xx.xx.2024-cü ildə müəssisəyə daxil olan kimi onu 7 günlük cərimə təcridxanasına yerləşdirmiş və xx.xx.2024-cü ildə cərimə təcridxanasından çıxarmışdırlar. Bunun ardınca isə o, karantin bölməsinə, xx.xx.2024-cü ildə səhhəti ilə əlaqədar müəssisən in tibb hissəsinə yerləşdirilmişdir. Tibb bölməsində xəstə olduğu halda xx.xx.2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmişdir. Beləliklə, birinci instansiyada hakimin ona zəruri şərait yaradılmaması və apellyasiya instansiyasında hakimin şəxsi işini və digər materialları araşdırmadan tələbini rədd etməsi onun hüquq və azadlıqlarını pozmuşdur. Məhkum kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 27 fevral tarixli 1(103)-694/2025 nömrəli qərarının ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və müdafiəçisi kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsini xahiş etdilə r. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin və kassasiya şikayətin əlavənin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 27 fevral tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, ba rəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, müddətin bərpası ilə bağlı məsələyə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, cinayət-prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, pr osessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 384.1-ci maddəsinə əsasən ittiham və ya bəraət hökmündən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hök mündən apellyasiya şikayəti verilməsi müddəti hökmün elan olunduğu vaxtdan hesablanır. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apellyasiya şikayəti verilməsi müddətini hökm elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2024cü il tar ixli hökmü elan olunarkən Məhkum müdafiəçisi ilə birlikdə məhkəmə iclasında iştirak etmişlər, hökmdən apellyasiya şikayəti verilmə müddəti və qaydası onlara izah olunmuşdur. Həmçinin iş materiallarında olan məhkəmə qəbzindən görünür ki, məhkəmənin adı çəkilən hökmü 11 oktyabr 2024-cü il tarixdə Məhkum qəbzə imza etdirilməklə təqdim olunmuşdur. Göründüyü kimi, Məhkum hökmün surəti 11 oktyabr 2024cü il tarixdə təqdim edildiyindən ona münasibətdə prosessual müddətin axımı elə həmin tarixdən başlanmış və 1 noyabr 2024-cü il tarixdə başa çatmışdır. Lakin Məhkum apellyasiya şikayətini və buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti xx.xx.2024-cü il tarixdə vermişdir. Bununla da, məhkum tərəfindən hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən 25 gün keçmiş, nəticədə qanunvericilikdə nəzərdə tutulan müddət üzrlü səbəblər olmadan ötürülmüşdür. Həmçinin, Məhkum məhkəmə prosesi zamanı bütün hüquqları, hökm elan edildikdən sonra apellyasiya şikayəti verilməsi qaydası və müddəti ona izah edilmiş, eyni zamanda, məhkuma təqdim olunan hökmdə də bu barədə göstərilmiş, lakin qanunvericilikdə müəyyən edilmiş müddətdə məhkum apellyasiya şikayəti verməklə hökmü mübahisələndirməmişdir. Məhkəmə iclasında da məhkumun müdafiəçisi iştirak etmiş, məhkumun hüquqlarını müdafiə etmiş və apellyasiya şikayəti verilməsi qaydası və müddəti müdafiəçiyə də izah edilmişdir. Bundan başqa, iş materialları ilə də müəyyən edilir ki, Məhkum apellyasiya şikayəti verə bilməsinə mane ola biləcək hər hansı bir hal mövcud olmamış və bu halların mövcudluğu barədə iş m ateriallarında heç bir sübut yoxdur. Cinayət işinin materiallarından da görünür ki, barəsində ittiham hökmü çıxarılandan sonra Məhkum dəfələrlə cinayət işinin materialları ilə tanış olmaq üçün Bakı Ağır Cinayətlər məhkəməsinə özünün xahişi əsasında gətirilmiş, lakin heç vaxt ona vaxtında şikayət verilməsinə maneələr yaradılmasına dair məhkəmə orqanlarına heç bir müraciət etməmişdir. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.9.2024-cü il tarixli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o, bu hüquqlarından istifadə etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şi kayəti vermə müddətinin buraxılmasına gətirib çıxaran üzrlü səbəblərin təsdiq olunması üçün məhkum edilmiş şəxsin istinad etdiyi dəlillər əsaslı və ağlabatan deyil. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şik ayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün q orunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X13rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxılmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əs assızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 27 fevral tarixli, 1(103)-694/2025 nömrəli qərarı məhkum un kassasiya şikayətinə və kassasiya şikayətinə əlavasinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar