Məhkəmə qərarları › İş №1(102)-1731/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1731/2025

05.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1731/2025 05.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Məhkum iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2025-ci il tarixli 1(106)-230/2025 nömrəli ilkin baxış qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran Ağır Cinayətl ər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 1(099)546/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim C.C.Nəbiyev, hakimlər C.Ş.Səfərli və M.V.Məmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx 1988-ci ildə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 315-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cə zalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 3 mart 2023-cü il tarixdən hesablanması, narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilməsi və onun ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması qərara alınmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2024-cü il tarixli, 1(099)546/2023 nömrəli qərarı ilə (sədrlik edən hakim C.Ş.Səfərli) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 1(099)-546/2023 nömrəli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış pro sessual müddətin bərpa olunması barədə Məhkum tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2025-ci il tarixli, 1(106)-230/2025 nömrəli ilkin baxış qərarı ilə (sədrlik edən və məruzəçi hakim P.T.Əhmədov, hakimlər P.V.Hacıyev və E.İ.Xasməmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 1(099)-546/2023 nömrəli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsindən imtina olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2024-cü il tarixli 1(099)-546/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilm əmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2025-ci il tarixli 1(106)-230/2025 nömrəli ilkin baxış qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, psixi xəstədir, hüquqi savadı da yoxdur. Hazırki iş üzrə baxılan cinayətlə əlaqədar polislər tərəfindən saxlanılarkən qardaşı onun gözləri qarşısında öldüyü üçün sarsıntı keçirmiş və psixoloji durumunda problemlər yaranmışdır. Həmin hallara görə birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti verə bilməmiş, yəni hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddəti üzrlü səbəblərdən buraxmışdır. Lakin prosessual müddətin buraxılması na üzrlü halların səbəb olmasına baxmayaraq, onun apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün qaldırdığı vəsatət Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2024-cü il tarixli qərarı ilə əsassız və qanunsuz olaraq təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi də həmin qərarı dəyişdirilmədən saxlamaqla birinci instansiya məhkəməsinin yol verdiyi pozuntuları aradan qaldırmamışdır. Məhkum kassasiya şikayətində qeyd olunan həmin hallara görə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2025-ci il tarixli qərarının dəyişdirilməsini və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntulardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum Azərbaycan Respublikası CPM-in 391.3.3-cü maddəsinin nəzərdə tutduğu prosessual müddətin bərpası məsələsi üzrə qərarı mübahi sələndirdiyindən (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.20-ci maddəsində göstərilən hal) məhkəmə kollegiyası onun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2025-ci il tarixli 1(106)-230/2025 nömrəli ilkin baxış qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1 və 384.1.1-ci maddələrinə görə məhkum edilmiş şəxs ittiham hökmündən onun elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti verə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən ap ellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir (CPM, maddə 384.2). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 203.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər (yəni, o cümlədən hökmdən apellyasiya şikayətinin verilməsi və həmin şikayət üzrə apellyasiya icraatının başlanılması) müddət bərpa edilməmişsə, etibarsız sayılır. CPM-in 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386-cı maddəsi də birinci instansiya məhkəməsinin hökmündən və yaxud qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxıldıqda, bu aktlardan şikayət verilməsi imkanını müddətin üzrlü səbəblərdən buraxılması və CPM-in 386.2-ci maddəsində nəzərdə tutulmuş prosedur daxilində bərpa edilməsi ilə şərtləndirmişdir. Cinayət işinin materiallarına görə Məhkum barəsində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ittiham hökmü 25 oktyabr 2023-cü il tarixdə çıxarılmış, hökmün surəti 31 oktyabr 2023-cü ildə məhkəmənin həmin tarixli müşayiətedici məktubu ilə XXX15nda həbsdə olan Məhkum göndərilmiş və onun tərəfindən cinayət işinin materiallarında olan, prosessual müddətin bərpası məsələsi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2024-cü il tarixli və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 202 5-ci il tarixli qərarlarında istinad olunmuş məhkəmə qəbzinə əsasən 8 dekabr 2023-cü ildə bu qəbzə imza edilməklə alınmışdır. Məhkum 16 may 2024-cü ildə apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi haqqında vəsatət tərtib edərək cəza çəkdiyi XXX17nə təqdim etmiş və həmin vəsatət XXX17nin 16 may 2024-cü il tarixli 3-16-17/26/2-1637/2024 nömrəli müşayiətedici məktubu ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Vəsatət apellyasiya şikayəti ona əlavə olunmadan verildiyindən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi C.Nəbiyev 23 may 2024-cü il tarixli, 1(099)-5xx/xx-2023 nömrəli məktubla vəsatəti geri qaytarılmışdır. Məhkum 14 oktyabr 2024-cü ildə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi haqqında yeni vəsatət tərtib edərək c əza çəkdiyi XXX18nə təqdim etmiş və həmin vəsatət apellyasiya şikayəti ilə birlikdə cəzaçəkmə müəssisəsinin 14 oktyabr 2024-cü il tarixli 3-16-17/26/2-3987/2024 nömrəli müşayiətedici məktubu ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkum müddətin bərpasına dair vəsatətində olduğu kimi kassasiya şikayətində də prosessual müddətin üzrlü səbəbdən buraxıldığını göstərən hallar kimi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmünün çıxarılmasından sonra qardaşının ölümü ilə əlaqədar keçirdiyi güclü sarsıntı səbəbindən psixoloji durumunda problemlərin yaranmasına və hüquqi savadının olmamasına istinad etmişdir. Lakin, baxılan işin materialları məhkumun qanunla müəyyən olunmuş prosessual müddət daxilində birinci instansiya məhkəməsinin hökmündən apellya siya şikayəti verməməsinin vəsatətdə və kassasiya şikayətində istinad olunan hallardan irəli gəlmədiyini, ümumiyyətlə prosessual müddətin buraxılmasının üzrlü səbəblərdən baş vermədiyini göstərir. İlk növbədə qeyd olunmalıdır ki, cinayət işinin materiallarına görə Məhkum cinayət işinə baxılması üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin iclaslarında iştirak etmiş, Cinayət - Prosessual Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş, o cümlədən apellyasiya şikayəti vermək, müdafiəçinin hüquqi yardımı ilə təmin olunmaq hüquqları ona izah edilmiş, birinci instansiya məhkəməsində o, XXX14nun vəkili Müdafiəçi1 ixtisaslı hüquqi yardımı ilə təmin olunmuş, hökmün surəti Məhkum 8 dekabr 2023-cü ildə verilməklə yanaşı 31 oktyabr 2023-cü il tarixli məktubla onun müdafiəçisi Müdafiəçi1 da göndərilmişdir. Məhkum hökmün surətini 8 dekabr 2023-cü il tarixli məhkəmə qəbzinə əsasən həmin tarixdə almasından 14 oktyabr 2024-cü ildə müddətin bərpasına dair vəsatət və apellyasiya şikayəti ilə müraciət etməsinədək 10 aydan artıq vaxt keçmişdir. Məhkum prosessual müddətin bərpası məsələsi ilə əlaqədar birinci və apellyasiya instansiyası məhkəməsinə etdiyi müxtəlif müraciətlərində əslində, hökmün surətinin ona vaxtında verilmədiyini və bunun da prosessual müddətin ötürülməsinə gətirib çıxaran hallardan biri olduğunu iddia etmişdir. Belə ki, apellyasiya şikayəti ilə müşayiət olunmadığı üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi C.Nəbiyev tərəfindən geri qaytarılan prosessual müddətin bərpasına dair (16 may 2024-cü il tarixdə cəzaçəkmə müəssisəsinin məktubu ilə məhkəməyə göndərilmiş) vəsatətdə m əhkum edilmiş şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün surətinin ona 26 aprel 2024-cü ildə qəbzə imza edilməklə verildiyini qeyd etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin buraxılmış prosessual müddətin bərpasından imtina olunmasına dair 4 noyabr 2024-cü il tarixli qərarından verdiyi apellyasiya şikayətində isə Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə 2024-cü ilin fevral ayının axırlarında tanış edildiyini qeyd etsə də, apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında həmin apellyasiya şikayətinə baxılarkən yenidən hökmün surətinin ona 26 aprel 2024-cü ildə verildiyini bildirmişdir. Lakin, hətta Məhkum istinad etdiyi tarixlərdən hesablandıqda belə, o cümlədən 26 aprel 2024-cü ildən onun müddətin bərpasına dair vəsatətlə müraciət etdiyi 14 oktyabr 2024-c ü il tarixinədək 5 aydan artıq vaxt keçməklə hökmdən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş (20 gün) müddətin ötürüldüyü müəyyən edilir. Məhkum, həmin müddəti buraxmasını qardaşının ölümü ilə bağlı yaşadığı sarsıntı və bundan irəli gələn psixoloji problemlərlə, eləcə də birinci instansiya məhkəməsinin 4 noyabr 2024-cü il tarixli prosessual müddətin bərpasından imtina olunmasına dair qərardan verdiyi apellyasiya şikayətində və həmin şikayətə baxılması üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında psixi xəstəliyinin olması, yəni sağlamlıq durumunun vaxtında apellyasiya şikayəti verməsinə mane olması ilə izah etsə də, baxılan məsələ üzrə müəyyən edilmiş hallar bu dəlillərin də əsassız olduğunu göstərir. Belə ki, Məhkum hazırda cəza çəkdiyi XXXX19 tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş Məhkum şəxsi işində olan məlumatlara əsasən Məhkum birinci instansiya məhkəməsinin hökmü çıxarıldıqdan sonra səhhətində yaranmış hər hansı bir problemlə əlaqədar XXX20nə keçirilməmiş və yaxud hər hansı digər XX21da stasionar müalicədə olmamışdır (sözügedən şəxsi işə apellyasiya instansiyası məhkəməsində də baxılmış və müvafiq materiallarn surətləri çıxarılaraq apellyasiya instansiyası məhkəməsində aparılan icraatın materiallarına əlavə olunmuşdur). Həmçinin, şəxsi işdə olan (apellyasiya instansiyası məhkəməsi tərəfindən surəti çıxarılaraq cinayət işininin materiallarına əlavə olunmuş) Məhkum 13 noyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, o, XXX15nın rəisi X14a müraciət edərək hökmdən apellyasiya şikayəti vermək fikrində olmadığını bildirmiş və bunu nəzər ə alaraq hökmün qüvvəyə minməsini gözləmədən cəzaçəkmə müəssisəsinə keçirilməsini xahiş etmişdir. Səhhəti ilə bağlı irəli sürdüyü dəlil kimi hüquqi savadının olmamasının ona vaxtında apellyasiya şikayəti verməsinə mane olması barədə dəlil də əsassızdır. Çünki, artıq yuxarıda qeyd olunduğu kimi cinayət işinə mahiyyəti üzrə baxılarkən Məhkum Cinayət - Prosessual Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş, o cümlədən apellyasiya şikayəti vermək, müdafiəçinin hüquqi yardımı ilə təmin olunmaq hüquqları ona izah edilmiş, birinci instansiya məhkəməsində o, XXX14nun vəkili Müdafiəçi1 ixtisaslı hüquqi yardımı ilə təmin olunmuş, ona verilmiş və müdafiəçisinə göndərilmiş hökmün surətində də hökmdən apellyasiya şikayəti vermək hüququ, müddəti və qaydası onlara izah olunmuşdur. Lakin məhkum qanunla m üəyyən olunmuş prosessual müddət daxilində apellyasiya şikayəti vermədiyi kimi, onun müdafiəçisi də apellyasiya şikayəti vermək hüququndan istifadə etməmişdir. Təsvir olunanlardan görünür ki, Məhkum obyektiv olaraq birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir hal mövcud olmamış, yəni onun Azərbaycan Respublikası CPM-in 384.2 maddəsinin tələb etdiyi prosessual müddət daxilində 25 oktyabr 2023-cü il tarixli hökmü apellyasiya qaydasında mübahisələndirməməsinə birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq 4 noyabr 2024-cü il və 10 fevral 2025-ci il tarixli qərarlarda müəyyən etdikləri kimi, üzrlü hallar səbəb olmamışdır. Odur ki, məhkəmə kollegiyası buraxılmış müddətin bərpa olunmasına dair Məhkum vəsa tətinin təmin edilməməsi haqqında Lənkəran Ağır Cinayətər Məhkəməsinin 4 noyabr 2024-cü il tarixli qərarını və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2025-ci il tarixli ilkin baxış qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə CPM-in 416.1.20-ci maddəsində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhku m barəsində olan 10 fevral 2025-ci il tarixli, 1(106)-230/2025 nömrəli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2025-ci il tarixli, 1(106)-230/2025 nömrəli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar