Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1734/2025 02.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 1(100)-32/2024 nömrəli (hakimlər: Ələkbərli Roman Nəriman oğlu (sədrliyi), İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2a yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə nəzərdə tutu lan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, onun CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə, CM-in 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən onun 16 oktyabr 2022-ci il, saat 18:30-dan 17 oktyabr 2022-ci il, saat 18:30-a qədər tutulduğu 1 (bir) gün müddətin ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 30 oktyabr 2023-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət məhkəmə tərkibində) 15 aprel 2024-cü il tarixli 1(104)-196/2024 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli hökmü verilmiş apellya siya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin dekabr ayında cinayətdən xəbərsiz Göygöl rayonu, X kənd sakinləri Şahid8 və Şahid1 vasitəsi ilə tanıdığı Göygöl rayonu, X kəndində yaşayan Zərərçəkmiş şəxs1 övladı – xx.xx.1999-cu il təvəllüdlü Şahid1 barəsində Gəncə Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.6-cı maddəsi ilə başlanmaqla istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqı zamanı sonuncuya köməklik göstərilməsi üçün Zərərçəkmiş şəxs1 yaşadığı Göygöl rayonu, X kəndində yerləşən evində görüşləri zamanı sonuncunun bu barədə özünə müraciətindən sonra, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidməti Taborunda işləyib, xx.xx.2011-ci il tarixdə daxili işlər orqanlarından xaric olunmasına baxmayaraq, sonuncuya guya özünün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsind ə işlədiyini, bütün hüquq mühafizə orqanlarında yüksək vəzifədə çalışan tanışlarının olduğunu yalandan bildirib, həmin tanış vəzifəli şəxslərin köməkliyi ilə Şahid1 köməklik göstərə biləcəyini, yəni onun barəsində Gəncə Hərbi Prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin daha yüngül maddələrinə tövsif edilərək işin Gəncə Hərbi Məhkəməsinə göndəriləcəyini, məhkəmənin isə qısa müddətə qeyd edilən cinayət işinə baxaraq sonda iş üzrə icraata xitam verəcəyini, həmçinin bundan sonra Şahid1 Gəncə hərbi prokurorunun sürücüsü kimi işə düzəldəcəyini ona yalandan vəd verib, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə qeyd edilən məsələlərin müsbət həlli üçün yaxın münasibətdə olduğu Gəncə Hərbi Prokurorluğunun yüks ək səlahiyyətli vəzifəli şəxsinin Şahid1 xeyrinə edəcəyi hərəkətə görə 15.000 manat məbləğində pul vəsaitinin verilməsinin, eyni zamanda, yaxın münasibətdə olduğu Gəncə Hərbi Məhkəməsinin yüksək səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə 8.000 manat məbləğində pul vəsaitinin verilməsinin, cəmi 23.000 manat pul vəsaitinin özünün tanışı olan vəzifəli şəxslərə verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs1 yalandan bildirməklə, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 2020-ci ilin dekabr ayının ortalarında x ünvanında yerləşən Gəncə Hərbi Prokurorluğunun inzibati binasının yaxınlığında cinayətdən xəbərsiz Şahid10 idarə etdiyi “Nissan” markalı avtomobildə Zərərçəkmiş şəxs1 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini almaqla, həmçinin eyni niyyətlə, 16 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 onu əlaqə saxlayıb çağırması ilə əlaqədar ünvan 5 ünvanında yerləşən "xxxx" QSC-nin Gəncə filialına gələrək sonuncunun həmin bankdan kredit qismində götürdüyü 12.000 (on iki min) manat pul vəsaitini sonuncudan orada almaqla, həmçinin, eyni niyyətlə, 2020-ci ilin dekabr ayında Gəncə şəhəri, Kəpəz rayonu, Nizami Gəncəvi prospekti 23 ünvanında yerləşən Gəncə Hərbi Prokurorluğunun inzibati binasının yaxınlığında cinayətdən xəbərsiz Şahid10 idarə etdiyi “Nissan” markalı avtomobildə 3.000 (üç min) manat pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb ələ keçirməklə, ümumilikdə qeyd edilən qaydada cəmi 23.000 (iyirmi üç min) manat məbləğində pul vəsaitini əldə edərək şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-ist ifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 23.000 (iyirmi üç min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2020-ci ildən tanıdığı Göygöl rayonu, X kəndində yaşayan Zərərçəkmiş şəxs2 bibisi oğlu Şahid1 barəsində Gəncə Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.6-cı maddəsi ilə başlanmaqla istintaqı aparılmış və Gəncə Hərbi Məhkəməsinin icraatında olan ********* nömrəli cinayət işinin icraatına xitam verilib sonuncunun azadlığa buraxılmasında köməklik göstərilməsi üçün Zərərçəkmiş şəxs2 Gəncə şəhərində özü ilə müntəzəm görüşləri zamanı sonuncunun bu barədə özünə müraciətindən sonr a ona xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidməti Taborunda işləyib, xx.xx.2011-ci il tarixdə daxili işlər orqanlarından xaric olunmasına baxmayaraq, guya özünün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsində işlədiyini, bütün hüquq mühafizə orqanlarında yüksək vəzifədə çalışan tanışlarının olduğunu Göygöl rayonu, X kənd sakini Zərərçəkmiş şəxs1 eyniməzmunlu müraciəti əsasında yalandan bildirməklə, nəticədə 2020-ci ilin dekabr ayında sonuncudan aldığı 23.000 manat pul vəsaitini qaytaracağına dair Zərərçəkmiş şəxs2 yalandan söz verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin sədri kimi təqdim etdiyi, cinayətdən xəbərsiz Gəncə şəhəri Nizami Rayon Məhkəməsində böyük məsləhətçi vəzifəsində işləyən Şahid11 vasitəsi ilə Şahid1 köməklik göstərə biləcəyini, belə ki, sonuncu barəsində Gəncə Hərbi Məhkəməsində baxılan cinayət işinin icraatına xitam verilməsi və bir ay ərzində Şahid1 azad olunacağına nail olacağını ona yalandan vəd verib, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə qeyd edilən məsələnin müsbət həlli üçün özünün yaxın münasibətdə olduğu Gəncə Hərbi Məhkəməsinin yüksək səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə 15.000 manat pul vəsaitinin verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs2 yalandan bildirməklə, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla Zərərçəkmiş şəxs2 11 avqust 2021-ci il tarixdə saat 20:15-də ünvan 7 ünvanında yerləşən “Araz Market”in içərisinə yerləşdirilmiş “e Manat” elektron ödəmə sistemi vasitəsi ilə 1.000 (bir min) manat, “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə 1.000 (bir min) manat pul vəsaitini özünün rekvizitlərini təqdim etməsi əsasında, "xxxx" ASC tərəfindən əri X8 adına verilmiş 409809******5659 nömrəli özünün istifadəsində olan kart hesabına göndərməsinə nail olmaqla, həmçinin, eyni niyyətlə, Zərərçəkmiş şəxs2 12 avqust 2021-ci il tarixdə "xxxx" elektron ödəmə sistemi vasitəsi ilə “Plastik kartın nağd pulla artırılması xidməti”ndən istifadə edilməklə, saat 07:11-də 2.000 (iki min) manat, saat 07:13-də 2.000 (iki min) manat, saat 07:17-də 5.000 (beş min) manat, saat 07:21-də 2.800 (iki min səkkiz yüz) manat pul vəsaitini özünün rekvizitlərini təqdim etməsi əsasında "xxxx" ASC tərəfindən əri X8 adına verilmiş, özünün istifadəsində olan 409809******5659 nömrəli kart hesabına göndərməsinə nail olmaqla, habelə, eyni niyyətlə Zərərçəkmiş şəxs2 1 sentyabr 2021-ci il tarixdə, saat 00:55də Göygöl rayonu, X kəndində yerləşən “Rəvan market”in içərisində yerləşdirilmiş “Milli ön” elektron ödəmə sistemi vasitəsi ilə 450 (dörd yüz əlli) manat pul vəsaitini özünün rekvizitlərini təqdim etməsi əsasında "xxxx" ASC tərəfindən əri X8 adına verilmiş 409809******5659 nömrəli özünün istifadəsində olan kart hesabına göndərməsinə nail olmaqla, qeyd edilən qaydada həmin kartdan Gəncə şəhərində yerləşən müxtəlif bankomatlarda həmin müddətdə istifadə edərək nağdlaşdırma yolu ilə cəmi 14.250 (on dörd min iki yüz əlli) manat pul vəsaitini əldə edərək, habelə bir müddət sonra Zərərçəkmiş şəxs2lə Gəncə şəhərində görüşərək 500 (beş yüz) manat və sonradan 250 (iki yüz əlli) manat olmaqla, cəmi 750 (yeddi yüz əlli) manat pul vəsaitini ondan şəxsən alıb, ümumilikdə 15.000 (on beş min) manat pul vəsaitini əldə edərək şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 15.000 (on beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2018-ci ildən tanıdığı Gəncə şəhər sakini Şahid2 barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin icraatında olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə sonuncuya aşağı həddə cəza təyin edilməsinə k öməklik göstərilməsi üçün 2021-ci ilin noyabr ayında özünə müraciətindən sonra Şahid2lə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən çay evində görüşləri zamanı sonuncuya guya özünün müxtəlif hüquq mühafizə orqanlarında, o cümlədən Şəki Ağır Cinayətlər Məhkəməsində yüksək vəzifədə çalışan tanışlarının olduğunu, həmin vəzifəli şəxslər vasitəsilə, həmçinin Gəncə şəhəri Nizami Rayon Məhkəməsində işləyən tanış vəzifəli şəxs kimi təqdim etdiyi, cinayətdən xəbərsiz Gəncə şəhəri Nizami Rayon Məhkəməsində böyük məsləhətçi vəzifəsində çalışan Şahid11 vasitəsi ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin icraatında Şahid2 Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə sonuncuya məhkəmənin şərti məhkum etmə tətbiq edib və ya aşağı həddə azadlıqdan məhrum etmə cəzası tə yin edilməklə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə köməklik göstərə biləcəyini, həmin məsələni həll etmək imkanında olduğunu Şahid2 yalandan bildirib özünə qarşı inam yaratdıqdan sonra, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Şəki Ağır Cinayətlər Məhkəməsinin yüksək səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə 7.000 manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını Şahid2 yalandan bildirməklə, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla Şahid2 24 noyabr 2021-ci il tarixdə, saat 21:51-də Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində yerləşən “Araz market”in içərisinə yerləşdirilmiş “eMan at” elektron ödəmə sistemi vasitəsi ilə sonuncunun atası Zərərçəkmiş şəxs3 məxsus 1.000 (bir min) manat pul vəsaitini özünün rekvizitlərini təqdim etməsi əsasında, "xxxx" ASC tərəfindən cinayətdən xəbərsiz əri X8 adına verilmiş 409809******5659 nömrəli özünün istifadəsində olan kart hesabına göndərməsinə nail olmaqla, həmçinin, eyni niyyətlə, Şahid2 25 noyabr 2021-ci il tarixdə, saat 21:59-da Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində yerləşən “Araz Market”in içərisinə yerləşdirilmiş “Milli ön” elektron ödəmə sistemi vasitəsi ilə sonuncunun atası Zərərçəkmiş şəxs3 məxsus 3.600 (üç min altı yüz) manat pul vəsaitini özünün rekvizitlərini təqdim etməsi əsasında, "xxxx" ASC tərəfindən cinayətdən xəbərsiz əri X8 adına verilmiş həmin nömrəli özünün istifadəsində olan kart hesabın a göndərməsinə nail olmaqla, habelə, eyni niyyətlə, Şahid2 29 noyabr 2021-ci il tarixdə, saat 20:09-da Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində yerləşən “Araz Market”in içərisinə yerləşdirilmiş “Milli ön” elektron ödəmə sistemi vasitəsi ilə sonuncunun atası Zərərçəkmiş şəxs3 məxsus 1.250 (bir min iki yüz əlli) manat pul vəsaitini özünün rekvizitlərini təqdim etməsi əsasında, "xxxx" ASC tərəfindən cinayətdən xəbərsiz əri X8 adına verilmiş həmin nömrəli özünün istifadəsində olan kart hesabına göndərməsinə nail olmaqla, qeyd edilən qaydada həmin kartdan Gəncə şəhərində yerləşən müxtəlif bankomatlarda həmin müddətdə istifadə edərək nağdlaşdırma yolu ilə cəmi 5.850 (beş min səkkiz yüz əlli) manat pul vəsaitini əldə edərək şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan s ui-istifadə etmə yolu ilə Şahid2 atası Zərərçəkmiş şəxs3 məxsus cəmi 5.850 (beş min səkkiz yüz əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Şahid2 aldadılmasını müəyyən edib qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, həmin pul vəsaitini ondan ala bilməyib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 atası Zərərçəkmiş şəxs3 məxsus 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayə ti ilə ailə vəziyyətini, himayəsində 4 uşağın olmasını, atasının İ Qarabağ müharibəsində qazi olaraq İ dərəcəli əlil olmasını, məhkum olunduqdan sonra atasının vəfat etməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, özünün səhhəti ilə bağlı narahatlıqlarını nəzərə alaraq, barəsində təyin edilmiş cəzanın qismən yüngülləşdirilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, uzun illər Daxili İşlər orqanlarında işlədiyini, daha sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, əməlindən peşman olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsin də dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbayc an Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsind ə nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmə, o cümlədən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddə lərində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum vermiş olduğu kassasiya şikayətində cinayət əməllərinin hüquqi tövsifini mübahisələndirilməmiş olsa da, ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edərək, təyin edilmiş cəzanın yüngülləşdiril məsini xahiş etmişdir. Bununla bağlı kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqs ədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüng ül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və ya xud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Cinayət işinin materiallarında olan AA0415 905 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məhkum himayəsində bir nəfər az yaşlı uşağı var İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (himayəsində bir nəfər azyaşlı uşağının olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Halbuki Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya də yişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq m əhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1734/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1734/2025
02.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver