Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1739/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum müdafiəçisi Həsənova Sevinc Eldar qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-781/2025 nömrəli, 08 aprel 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Həsənova Sevinc Eldar qızı t ərəfindən verilmiş kassasiya şikayəti və ona əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 01 (bir) azyaşlı və 01 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, X ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 10 sentyabr 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 27 sentyabr 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmü ş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən qeyrisi ilə gələcəkdə müxtəlif ünvanlara və ya ayrı-ayrı “müştərilərə” çatdırılması üçün şəxsiyyəti müəyyən edilməyən şəxs və ya şəxslər tərəfindən naməlum tarixdə, vaxtda və şəraitdə Bakı şəhəri Suraxanı rayonu Yeni Ramana qəsəbəsi Mərkəzi küçəsi ərazisində yerləşdirilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitəl ərin” İ siyahısına daxil olan külli miqdarda 10.105,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qeyrisi ilə birlikdə əldə etmiş, cinayətkar razılaşmaya əsasən həmin narkotik vasitəni üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Məhkum 12 iyun 2024-cü il tarixdə, saat 22:30 radələrində yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 4 Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada 13 iyun 2024-cü il tarixdə, saat 00:14-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman onun sağ əlində saxladığı 1 (bi r) ədəd sellofan torbanın içərisindən qeyrisi ilə birlikdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı ümumi təmiz çəkisi külli miqdarda 10.105,0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
5. Bakı Ağır Cinayətlər Rayon Məhkəməsinin 1(101)-574/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 12 iyun 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökm ündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Həsənova Sevinc Eldar qızı apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-781/2025 nömrəli, 08 aprel 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Rayon Məhkəməsinin 1(101)-574/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilərək, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhk əməsinin həmin qərarından Məhkum müdafiəçisi Həsənova Sevinc Eldar qızı kassasiya şikayəti və ona əlavə vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum və qeyrisi barəsində cinayət işinin başlanmasına əsas “Laçın” barəsində əməliyyat məlumatının daxil olması olmuşdur. Məhkum kiminləsə narkotik vasitənin alınması və yaxud ittihamda qeyd olunduğu kimi qoyulduğu yerdən götürülməsi barədə danışıqları olmamış, ittiham orqanın özünün də qəbul etdiyi kimi Məhkum Şahid4 ona müraciətindən sonra onu olduğu yerdən götürərək narkotik vasitənin qoyulduğu yerə getmiş, hətta qeyd olunan yerin koordinatını da Şahid4 Məhkum (taksi sifarişi qaydasında) saat 22:11-də göndərmişdir. Digər tərəfdən, əməliyyat məlumatı əsasında olduqları yer barədə qabaqcadan məlumatları olmuş əməliyyat qrupunun üzvlərinin hadisə yerinə Məhkum öncə düşən Şahid4 tutmamaları, bundan sonra Şahid4 maşına qayıtdıqdan sonra onun təkidi ilə maşından düşən Məhkum tutmaları, həmin vaxt Şahid4 maşını sürərək hadisə yerindən uzaqlaşa bilməsi və hadisənin baş verdiyi tarixdən 9 aya yaxın müddət keçməsinə baxmayaraq Şahid4 axtarışda olması suallar yaradır. L.A.Muxtafayevin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməsi, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən müxtəlif ünvanlara və ya ayrı-ayrı “müştərilərə” çatdırılması üçün ittiham sübut olunmamış, apellyasiya instansiyası məhkə məsi ehtimallar əsasında qəbul edilmiş hökmü qüvvəsində saxlamışdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-781/2025 nömrəli, 08 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsi və məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Daha sonra kassasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, məhkumun işsiz arvadı, həmçinin biri ödənişli əsaslarla təhsil almaqla yetkinlik yaşına çatmayan və digər azyaşlı olmaqla uşaqlarına baxan anası da vəfat etdiyindən ailənin vəziyyəti daha da pisləşmişdir. Odur ki, kassasiya şikayətində qeyd etdiyi hallar məhkuma bəraət verilməsinə kifayət etmədikdə, onun cəzasını yüngülləşdirən halları nəzərə alaraq, təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. K assasiya şikayətinə və ona əlavəyə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar ( ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Müdafiəçi kassasiya şikayətində sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmədiyini, Məhkum təqsirliliyinin sübuta yetirilmədiyini iddia edərək, ona bəraət verilməsini xahiş etmiş, daha sonra kassasiya şikayətinə əlavə təqdim edərək, bəraət verilməsi mümkün olmadıqda təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Odu r ki, məhkəmə kollegiyası kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)781/2025 nömrəli, 08 aprel 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
17. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş ver mə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləş dirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair müdafiəçinin dəlillərini əsassız hesab edir.
22. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən məhkumun müdafiəçisinin eyni dəlillər üzrə verdiyi apellyasiya şikayətini araşdıran apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib qeyd etmişdir ki, məhkəmə istintaqı zamanı məhkum özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilməsə də, lakin o, videoçəkilişdən istifadə olunmaqla keçirilmiş şəxsi axtarış zamanı narkotik vasitəni könüllü təqdim etmiş, daha sonra təqdim etdiyi bükülünün içərisində olan maddənin narkotik vasitə marixuana olduğunu, həmin narkotiki bibisi oğlu Şahid4 tapşırığı əsasında sonuncunun onun mobil telefonuna göndərdiyi məkana (Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi) gedərək əldə etdiyini, həmin kütləni Şahid4 təhvil verəcəyi təqdirdə sonuncunun ona 150 manat pul ödəyəcəyinə dair söz verdiyini, habelə sözügedən ünvana onunla birgə gələn Şahid4 narkotik vasitənin yerləşdirilmiş ünva nda bir qədər aralıda ona məxsus avtomobilin içərisində gözlədiyini, lakin polis tərəfindən saxlanıldığı üçün Natiqin harada olması barədə məlumatının olmadığını bildirmiş, daha sonra ibtidai istintaqın sonrakı mərhələlərində, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçilərinin iştirakı ilə verdiyi ifadələrində eyni məzmunlu etirafedici məlumatlar vermişdir. Odur ki, Məhkum ittiham edildiyi cinayət əməllərini törətməkdə təqsiri özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, həmçinin məhkəməyədək və məhkəmə qarşısında verdikləri bir-biri ilə uzlaşan ifadələri, “mobil telefona baxış keçirilməsi barədə” protokol, digər istintaq və məhkəmə hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, eləcə də cinayət işinin materiallarında olan baş qa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
23. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlayan və həmin nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini isti sna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.
25. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məh kum təqsirli bilinməsinə dair gəldiyi nəticəsi ilə razılaşır və hesab edir ki, hazırda mübahisələndirilən qərar maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də məhkəmə təcrübəsinə uyğundur.
26. Məhkəmə kollegiyası kassasiya şikayətinə verilmiş əlavə üzrə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair xahişə münasibətdə məhkəmələrin cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edərək bununla bağlı aşağıdakıları qeyd edir.
27. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəzasını yüngülləşdirən hallar olaraq himayəsində bir azyaşlı və bir yetkinlik ya şına çatmayan olmaqla iki uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailənin yeganə gəlir gətirən şəxsi olmaqla övladının ödənişli əsaslarla təhsil almasını, məhkəməyədək icraat zamanı cinayət hadisəsi haqqında ətraflı məlumat verməklə ibtidai araşdırma orqanı ilə əməkdaşlıq etməsini, əməlindən peşman olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasının orta həddində (həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) - 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir.
28. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti ilə cəzanın ağır olması əsası ilə razı laşmayan apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxsə təyin edilmiş cəzanı 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirməklə, yüngülləşdirmişdir.
29. Məhkum daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyininə dair mövqeyi ilə razılaşır və hesab edir ki, bu hissədə gəlinən nəticə də cəza təyininə dair maddi və prosessual cinayət-hüquqi normalara, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə, eləcə də narkotik maddələr, vasitələr və prekursorların qanunsuz dövriyyəsinə aid baxılmış cinayət işləri üzrə cəza təyininə dair formalaşan vahid məhkəmə təcrübəsinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası C M-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir.
30. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.
31. Qeyd olunanlar apellyasiya instansiyası mə hkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti və ona əlavə təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-781/2025 nömrəli, 08 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Həsənova Sevinc Eldar qızı tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 1(103)-781/2025 nömrəli, 08 aprel 2025-ci il tarixli qərarı kassasiya şikayəti və ona əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.