Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1740/2022 08.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X4 ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, məhkumlar Məhkum1 və Məhkum2 və müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3 iştirakları ilə, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.4cü maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apel lyasiya Məhkəməsinin 26 may 2022-ci il tarixli qərarından məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon 1(001)143/2022 saylı hökmü ilə, Məhkəməsinin 09 mart 2022-ci il tarixli, xx.xx.1984-cü il tarixdə Sabirabad rayonu, Bulduq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, “Şabalıd” restoranında xidmətçi işləyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Bulduq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Məhkum1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.2-ci ma ddəsindən həmin Məcəllənin 2441.2.4-cü maddəsinə tövsif edilməsi, Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum1 12 iyul 2021-ci il tarixdən 14 iyul 2021ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Məhkum1 cəzaçəkmə müddət inin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum1 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Məhkum1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, xx.xx.1957-ci il tarixdə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 4 ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Məhkum2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.2-ci maddəsindən həmin Məcəllənin 244-1.2.4-cü maddəsinə tövsif edilməsi, Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum2 12 iyul 2021-ci il tarixdən 14 iyul 2021ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə s axlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Məhkum2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum2 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, ünvan 4 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdiril məsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Məhkum2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 1232 manat pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 3 (üç) ədəd kart dəsti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi hökm edilmişdir. Həmin hökmdən narazı qalan Dövlət ittihamçısı1 apellyasiya protesti verərək, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 244-1.2.4-cü maddəsi ilə məhkum olunmalarına dair Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmü dəyişdirilərək, onlara cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Həmin hökmdən narazı qalan Məhkum1 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Məhkum1 və Məhkum2 haqqındakı 1(001)-143/2022 saylı, 09 mart 2022-ci il tarixli hökmü Məhkum1 aid hissədə dəyişdirilməsini və CM-nin 62-ci maddəsi tətbiq edilməklə məhkum Dövlət ittihamçısı1 təqsirli bilindiyi CM-nin 244-1.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddindən də az cəzanın təyin ed ilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin hökmdən narazı qalan Məhkum2 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Məhkum1 və Məhkum2 haqqındakı 1(001)-143/2022 saylı, 09 mart 2022-ci il tarixli hökmü Məhkum2 aid hissədə dəyişdirilməli və CM-nin 62-ci maddəsi tətbiq edilməklə Məhkum2 təqsirli bilindiyi CM-nin 244-1.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddindən də az cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə) 26 may 2022-ci il tarixli, 1(103)-881/2022 saylı qərarı ilə Məhkum2 müdafiəçisi Müdafiəçi3 oğlu tərəfi ndən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 1(001)143/2022 saylı hökmü məhkumlar Məhkum1 və Məhkum2 barəsində dəyişdirilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 1(001)143/2022 saylı hökmü ilə Məhkum1 təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum1 12 iyul 2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (ik i) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 1(001)143/2022 saylı hökmü ilə Məhkum2 təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum2 12 iyul 2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə b ərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 26 may 2022-ci il tarixli, 1(103)-881/2022 saylı qərarından məhkumların müdafiəçiləri tərəfindən kassasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum1 elan edilmiş ittihama əsasən o, tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə ünvan 5 ünvanında fəaliyyət göstərən «Şabalıd» restoranının 6 nömrəli kabinetində müxtəlif şəxslərin qumar oynamaları üçün 2021-ci ilin iyun ayının ortalar ından etibarən qumarxana, yəni pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 iyul 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Şahid4, Şahid6 və Şahid5 həmin restoranın 6 nömrəli kabinetində qumar oynamaları müəyyən edilmiş, eləcə də kabinetdən qumar oyunları üçün nəzərdə tutulmuş 03 ədəd kart dəstləri və qumar oyunları üçün nəzərdə tutulmuş 1232 manat pul vəsaiti aşkar edilib götürülmüşdür. Həmçinin, Məhkum2 elan edilmiş ittihama əsasən o, tanışı Məhkum1 ilə qabaqcadan əl bir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə ünvan 5 ünvanında fəaliyyət göstərən «Şabalıd» restoranının 6 nömrəli kabinetində müxtəlif şəxslərin qumar oynamaları üçün 2021-ci ilin iyun ayının ortalarından etibarən qumarxana, yəni pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 iyul 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Şahid4, Şahid6 və Şahid5 həmin restoranın 6 nömrəli kabinetində qumar oynamaları müəyyən edilmiş, eləcə də kabinetdən qumar oyunları üçün nəzərdə tutulmuş 03 ədəd kart dəstləri və qumar oyunları üçün nəzərdə tutulmuş 1232 manat pul vəsaiti aşkar edilib götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətində 26 may 2022-ci il tarixli, 1(103)-881/2022 saylı qərarının Məhkum1 aid hissədə dəyişdirilməsini, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilərək təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddən də aşağı həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətində 26 may 2022-ci il tarixli, 1(103)-8 81/2022 saylı qərarının Məhkum2 aid hissədə dəyişdirilməsini, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilərək təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddən də aşağı həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli, 1(103)-881/2022 saylı qərarının ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin müəllifi hesab edir ki, məhkumlara apellyasiya instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza qanuni və ədalətli deyildir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasi ya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və məhkumlar, onların müdafiəçilərinin çıxışlarını dinləyib aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti və kassiya protesti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. K assasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkə məsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Apellyasiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından verilmiş kassasiya şikayətlərində və kassasiya protestində əməlin tövsifi mübahisələndirilməmiş, yalnız həmin qərarla əhkuma təyin edilmiş cəzanın ağırlaşdırıması və yüngülləşdirilməsi xahiş edilmişdir Odur ki, kollegiya həmin kassasiya şikayətlərini və kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2022-ci il tarixli, 1(103)-881/2022 saylı qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərp asına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzala rın İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsa slarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prins ipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə kollegiyası belə hesab edir ki, sübu tlar ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, işə birinci instansiya məhkəməsində və apellyasiya məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Məhkum1 və Məhkum2 qeyd edilən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onların həmin əməlləri zərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.4-cü maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətlərində və kassasiya protestində cəza təyini ilə bağlı göstərilən dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416. 0.21-1 maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mü hakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkum1 himayəsində azyaşlı uşağının olmasını və həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, həmçinin Məhkum2 törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlin dən peşman olmasını onların cəzalarını yüngülləşdirici halllar kimi nəzərə almış, onların barəsində ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Odur ki, kassasiya şikayətlərinin və kassasiya protestinin şəxslərin cəzasını ağırlaşdıran və yüngülləşdirən halların düzgün müəyyən edilməməsi barədə dəliləri əsassızdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymə tləndirmiş, CPM-nin 405.1.1 maddəsinə görə haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli, 1(103)881/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxa rıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Kassasiya protesti təmin edilməsin. Məhkum1 və Məhkum2 haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli, 1(103)-881/2022 qərarı kassasiya şikayətlərinə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1740/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1740/2022
08.12.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver