Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1740/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayhan Məhəmməd oğlunun, tərcüməçi Rzayeva Zeynəb Azad qızının, məhkumun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2023-cü il tarixli, 1(103)-67/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyy ən etdi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 1(005)-59/2022 nömrəli hökmü ilə (sədrlik edən hakim V.Qurbanov) xxxxx il tarixdə Qazaxstan Respublikasının İsıq şəhərində anadan olmuş, Qazaxstan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, xxxx müvəqqəti qeydiyyatda olan və x yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 08 fevral 2015-ci il təvəllüdlü övladı X7 14 (on dörd) yaşına çatanadək təxirə salınmışdır. Hökmdən Məhkum, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs7, X8, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs11 tərəfindən verilmiş apellyasiya şikayətlərinə, habelə dövlət ittihamçısı tərəfindən verilmiş protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən İ.M.Murquzov, hakimlər H.H.Əhmədov və H.Ş.Məmmədovdan ibarət tərkibdə) 14 aprel 2023-cü il tarixli, 1(103)-67/2023 nömrəli qərarı ilə apellyasiya şikayətləri və apelyasiya protesti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azər baycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən İ.Ə.Rəcəbov, hakimlər İ.S.Qılıcov və V.C.Cəfərovdan ibarət tərkibdə) 14 mart 2024-cü il tarixli, 1(102)-32/2024 nömrəli qərarı ilə kassasiya protesti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum şəxsiyyəti ibtidai istintaqla araşdırılan şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən "şəbəkə biznesi” qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikas ında dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən "X15 LTD” adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra, ilkin sistem proqramı əsasında 81 manat yatırım edəcəyi və şəbəkəyə eyni şərtlərlə iştirak etmək üçün, əlavə iki nəfər adam cəlb edəcəyi halda bir ay ərzində şirkətdən 300 ABŞ dolları, habelə yeni layihəyə əsasən, şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 ABŞ dolları yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə olunacağı, investisiyanın daha artıq olduqda qazancın 9.000 ABŞ dollarına kimi yüksələcəyi barədə tanışı Şahid1 vasitəsi lə Zərərçəkmiş şəxs13 yalan vəd verib 2019-cu ilin sentyabr ayının sonunda 405 manat, 07 fevral 2020-ci ildə Azərbaycan manatın həmin dövrdə məzənnəsi ilə 510 manat olan 300 ABŞ dolları, 14 fevral 2020-ci ildə Azərbaycan manatının həmin dövrə aid məzənnəsi ilə 2.040 manat təşkil edən 1200 ABŞ dolları, 15 fevral 2020-ci ildə Azərbaycan manatın həmin dövrə olan məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dolları, 19 fevral 2020-ci il tarixdə isə Azərbaycan manatının həmin dövrə aid məzənnəsi ilə 1020 manat olan 600 ABŞ dollarını ünvan 2-də olan ofisdə vahid niyyətlə əhatə olunan qəsdlə müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alaraq etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə cəmi 4.995 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum şəx siyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmə məqsədilə özünü Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən "X15 LTD” adlı etibarlı beynəlxalq şirkətin ölkədə rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra ilkin sistem proqramı əsasında 81 manat yatırım edəcəyi və şəbəkəyə eyni şərtlərlə iştirak etmək üçün əlavə iki nəfər cəlb edəcəyi halda bir ay ərzində şirkətdən 300 ABŞ dolları, hab elə yeni layihəyə əsasən şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şəbəkəyə 300 ABŞ dolları yatırım edəcəyi halda 23 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə ediləcəyi barədə tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs9 yalan vəd verib 2019-cu ilin oktyabr ayının əvvəllərində 81 manat, 24 fevral 2020- ci ildə Azərbaycan manatın həmin dövrə aid məzənnə ilə 510 manat olan 300 ABŞ dolları Nərimanov rayonu N.Hacıyev küçəsi 4 ünvanında olan ofisdə vahid niyyətlə əhatə edilən qəsdlə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmişə cəmi 591 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan əlavə, Məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X15 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edərək, təşviqat işləri aparmış və belə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra ilkin sistem proqramı əsasında 81 manat yatırım edəcəyi və şəbəkəyə eyni şərtlərlə iştirak etmə üçün əlavə iki nəfəri cəlb edəcəyi halda bir ay ərzində şirkətdən 300 ABŞ dolları, habelə yeni layihəyə əsasən, şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti il ə şəbəkəyə 300 ABŞ dolları yatırım edəcəyi halda 23 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə ediləcəyi barədə tanışı Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs3 yalan vəd verib sistemdə bir neçə şəxsin adına qeydiyyatdan keçib şəxsi kabinet açaraq hər birinin nəzərdə tutulan mənfəəti götürəcəyinə inandırıb 2019-cu ilin oktyabr ayında 81 manat, 10 fevral 2020-ci ildə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dolları, 14 fevral 2021-ci il tarixdə isə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dollarını ünvan 1 ünvanında olan ofisdə vahid niyyətlə əhatə olunan qəsdlə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə cəmi 1.101 (min yüz bir) manat ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra, Məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X15 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra 860 ABŞ dolları yatırım edəcəyi və şəbəkəyə eyni şərtlərlə iştirak etmələri üçün əlavə iki nəfərin cəlb edə cəyi halda 2-3 ay ərzində şirkətdən 19200 ABŞ dolları, eyni şərtlərlə şəbəkəyə 300 ABŞ dolları yatırım edəcəyi halda, 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə ediləcəyi barədə Zərərçəkmiş şəxs2 yalan vəd verib 29 noyabr 2019-cu ildə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 1.462 manat təşkil edən 860 ABŞ dolları, 22 yanvar 2020-ci ildə isə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 510 manat olan 300 ABŞ dolları, 2020- ci ilin mart ayının əvvəlində Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 1.020 manat olan 600 ABŞ dollarını ünvan 2 ünvanda olan ofisdə vahid niyyətlə əhatə olunan qəsdlə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən almaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə cəmi 2.992 manat məbləğində m addi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Eləcə də, Məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan birqrup şəxs halında tamah niyyətilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən "şəbəkə biznesi” qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X15 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədə olan rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqda hər bir iştirakçı üçün 872 ABŞ dolları yatırım edəcəyi və şəbəkəyə eyni şərtlərlə iştirak etmələri üçün əlavə iki nəfərin cəlb edəcəyi h alda qısa müddətdə şirkətdən 19.200 ABŞ dolları, eyni qaydada digər layihə üzrə hər istifadəçinin adından 272 ABŞ dolları yatırım edəcəyi halda, on gün ərzində şirkətdən 1.000 ABŞ dolları qazanc əldə ediləcəyinə, habelə şirkətin hesabına 1.320 ABŞ dolları əlavə ödəniş etməklə ilkin yatırıma görə mükafat kimi nəzərdə tutulan 1920 ABŞ dollarından daha qısa zaman kəsiyində əldə olunacağına dair Zərərçəkmiş şəxs16 yalan vəd verib sistemdə bir neçə şəxsin adına qeydiyyatdan keçib şəxsi kabinet açaraq hər birinin nəzərdə tutulan mənfəəti götürəcəyinə inandırmaqla 2019cu ilin dekabr ayının sonlarında Azərbaycan manatının həmin dövrə məzənnəsi ilə 2.964,8 manat olan 1744 ABŞ dolları, 2020-ci ilin yanvar ayının əvvəlində Azərbaycan manatının həmin dövrə məzənnəsi ilə 3.236,8 manat təşkil edən 1.904 ABŞ dolları, 2020-ci ilin mart ayının əvvəlində Azərbaycan manatın həmin dövrə məzənnəsi ilə 2.244 manat olan 1.320 ABŞ dollarını ünvan 2 ünvanında yerləşən ofisdə vahid niyyətlə əhatə olunan qəsdlə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 8.445,6 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Eyni zamanda, Məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X15 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olandan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 250 ABŞ dolları yatırım edəcəyi halda on gündə 1.000 ABŞ dolları, eyni şərtlərlə 800 ABŞ dolları yatırım edəcəyi halda iki ayda 14.000 ABŞ dolları qazanc əldə edəcəyi barədə Zərərçəkmiş şəxs1 yalan vəd verib pulun köçürülməsi xərclərini də hesablayaraq, hər iki şəbəkə layihəsində iştirak edəcəyini göstərməklə, 28 yanvar 2020-ci ildə 1.948 manat pulu Nərimanov rayonu N.Hacıyev küçəsi 04 ünvanında olan ofisdə sonuncudan heç bir müqavilə və ödəniş qəbzi tərt ib edilmədən alaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bununla yanaşı Məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X15 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına inam qazanmağa nail olduqdan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 ABŞ dolları yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə edəcəyi, vəd verilən müddətdə göstərilən qazanca yiyələnə bilməyəcəyi halda isə, bank xərcləri istisna olmaq şərti ilə ödənilən əsas yatırım məbləğini istənilən vaxt geri ala biləcəyi barədə tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs4 yalan vəd verib 29 yanvar 2020-ci ildə manatın həmin dövrə olan məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dollarını Nərimanov rayonu N.Hacıyev küçəsi 4 ünvanında olan ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrar dələduzluq etmişdir. Daha sonra, Məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sx em üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X15 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olandan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə hər bir iştirakçı üçün 300 ABŞ dolları yatırım edəcəyi halda, 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə edəcəyi vəd verilən müddətdə göstərilən qazanca yiyələnə bilməyəcəyi halda bank xərcləri istisna olmaq şərti ilə ödənilən əsas yatırım məbləğini istənilən vaxt geri ala biləcəyi barədə Zərərçəkmiş şəxs8 yalan vəd verib sistemdə bir neçə şəxsin adına qeydiyyatdan keçib şəxsi kabinet açıb hər birinin nəzərdə tutulan mənfəəti götürəcəyinə inandırmaqla 2020-ci ilin yanvar ayında manatın həmin dövrə məzənnəsi ilə 1.530 manat olan 900 ABŞ dollarını Nərimanov rayonu N.Hacıyev küçəsi 4 ünvanındakı ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrar dələduzluq etmişdir. Həmçinin, Məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən "şəbəkə biznesi” qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X15 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədə olan rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra, şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 272 ABŞ dolları yatırım edəcəyi halda on gündə 1.000 ABŞ dolları qazanc əldə edəcəyi barədə tanışı Şahid2 vasitəsilə X4 yalan vəd verib sistemdə iki nəfər adına qeydiyyatdan keçib şəxsi kabinet açıb hər birinin nəzərdə tutulan mənfəəti götürəcəyinə inandırmaqla, 2020-ci ilin fevral ayının əvvəlində Azərbaycan manatın həmin dövrə məzənnəsi ilə 924,8 manat təşkil edən 544 ABŞ doll arını ünvan 2 ünvanındakı ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən zərərçəkmiş şəxsdən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Habelə, Məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan birqrupşəxs halında tamah niyyətilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən "şəbəkə biznesi” qurub cəlb edəcəyi çoxsaylı nüştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X15 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 272 ABŞ dolları yatırım edəcəyi halda on gün ərzində 1.000 ABŞ dolları, eyni qaydada digər layihə üzrə 860 ABŞ dolları yatırım edəcəyi halda isə bir ay ərzində şirkətdən 14.000 ABŞ dolları qazanc əldə olunacağı barədə Zərərçəkmiş şəxs5 yalan vəd verib sistemdə iki nəfər şəxsin adına qeydiyyatdan keçib şəxsi kabinet açaraq, hər birinin nəzərdə tutulan mənfəəti götürəcəyinə inandırmaqla 09 fevral 2020-ci ildə Azərbaycan manatın həmin dövrə məzənnəsi ilə 924,8 manat olan 544 ABŞ dolları, daha sonra həmin gün Azərbaycan manatının qeyd edilən dövrə məzənnəsi ilə 1.462 manat olan 860 ABŞ dollarını ünvan 1 ünvanında yerləşən ofisdə vahid niyyətlə əhatə olunan qəsdlə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxsə ümumilikdə 2.386,8 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq, cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X15 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail o lduqdan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 ABŞ dolları yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə edəcəyi, vəd verilən müddətdə göstərilən qazanca yiyələnə bilməyəcəyi halda isə, bank xərcləri istisna olmaq şərti ilə ödənilən əsas yatırım məbləğini istənilən vaxt geri ala biləcəyi barədə tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs7 yalan vəd verib 22 fevral 2020-ci ildə Azərbaycan manatının həmin dövrə məzənnəsi ilə 510 manat olan 300 ABŞ dollarını ünvan 2 ünvanında olan ofiscə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə, Məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir q rup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X15 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olandan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 ABŞ dolları yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə edəcəyi, vəd verilən müddətdə göstərilən qazanca yiyələnə bilməyəcəyi halda bank xərcləri istisna olm a şərti ilə ödənilən əsas yatırım məbləğini istənilən vaxt geri ala biləcəyi barədə tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs12 yalan vəd verib 24 fevral 2020-ci ildə Azərbaycan manatının həmin dövrə məzənnəsi ilə 510 manat olan 300 ABŞ dollarını ünvan 3 ünvanında olan ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan sonra, Məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyes trinə daxil edilməyən «X15 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olandan sonra 300 ABŞ dolları yatırımını təmin edəcəyi və şəbəkəyə eyni şərtlərlə iştirak etmələri üçün əlavə iki nəfər cəlb olanacağı halda 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə edəcəyinə dair tanışı Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs6 yalan vəd verib 25 fevral 2020-ci ildə Azərbaycan manatın həmin dövrə olan məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dollarını ünvan 2 ünvanda olan ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən, zərərçəkmiş şəxsdən alıb etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə, t əkrarən dələduzluq etmişdir. Daha sonra, Məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X15 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olandan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 ABŞ dolları yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 ABŞ do lları qazanc əldə edəcəyi, vəd verilən müddətdə göstərilən qazanca yiyələnə bilməyəcəyi halda bank xərcləri istisna olmaq şərtilə ödənilən əsas yatırım məbləğini istənilən zaman geri ala biləcəyi barədə Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs14 yalan vəd verib 29 fevral 2020-ci ildə manatın həmin dövrə məzənnəsi ilə 510 manat olan 300 ABŞ dolları ünvan 2 ünvanındakı ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə, təkrarən dələduzluq etmişdir. Eyni zamanda, Məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X15 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olandan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 ABŞ dolları yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə edəcəyi, vəd verilən müddətdə göstərilən qazanca yiyələnə bilməyəcəyi halda bank xərcləri istisna olmaq şərtilə ödənilən əsas yatırım məbləğini istənilən vaxt geri ala biləcəyinə dair tanışı Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs11 yalan vəd verib 29 fevral 2020-ci ildə Azərbaycan manatının dövrün məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dolları ünvan 2 ünvanda ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bununla yanaşı Məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X15 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, eti barlı və səmərəli olmasına dair inam qazanmağa nail olandan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 ABŞ dolları yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə edəcəyi, vəd verilən müddətdə göstərilən qazanca yiyələnə bilməyəcəyi halda bank xərcləri istisna olmaq şərtilə ödənilən əsas yatırım məbləğini istənilən zaman geri ala biləcəyi barədə Zərərçəkmiş şəxs15 yalan vəd verib 2020-ci ilin fevral ayının sonlarında Azərbaycan manatının həmin dövrə məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dollarını ünvan 1-də ofisdə tanışı Zərərçəkmiş şəxs8 vasitəsilə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatmaqla ələ keçirib təkrar dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Mə hkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun törətmiş olduğu əməllərə düzgün qiymət verilməmiş, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinin müəllifi iddia edir ki, o dələduzluq əməlini törətməmiş, onun zərərçəkmiş şəxsləri aldatmaq niyyəti olmamışdır. Əslində zərərçəkmiş şəxslər könüllü olaraq şirkətinin hesabına müxtəlif məbləğlərdə pul köçürmüşlər. O, heç kimlə əlbir olmamış və onun heç bir təqsiri yoxdur. Məhkum öz kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2023-cü tarixli qərarının ləğv edilməsini, işə bəraətverici əsaslarla xitam verilməsini xahi ş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdir ilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələrin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduqlarını, o cümlədən onun dələduzluq cinayətində təqsirli olması, əməlinin Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə hüquqi tövsifi barədə nəticələrini hərtərəfli araşdırılmayan, qeyri-mötəbər sübutlarla əsaslandırdıqlarını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, ona Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü madd ələri ilə bəraət verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, Məhkum kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayə tin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməli dir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkumna hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi, məhkumun kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların mə cmusu ilə müəyyən edilmişdir. Məhkum Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri (əməllərində cinayət tərkibinin əlamətlərinin olmaması barədə iddiaları) onun barəsində verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) birinci instansiya məhkəməsində baxılmış sübutların məcmusu ilə, yəni o cümlədən çoxsaylı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar, sənədlər, istintaq hərəkətlərinin protokolları və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr ap ellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməllərinin Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməsi, onun bu maddələrlə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfin in dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6, 41 6.1.11 və 416.1-ci maddələrinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2023-cü il tarixli, 1(103)-67/2023 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azər baycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2023-cü il tarixli, 1(103)-67/2023 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1740/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1740/2024
30.07.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver