Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1744/2024 30.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bak ı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 1(101)-1696/2023 nömrəli hökmü ilə (X5-Məmmədova (sədrliyi və məruzəsi), Rasim Sadıxov və Novruz Kərimovdan ibarət tərkibdə) xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən narazı qalan məhkum edilmiş şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Anar İbrahimovdan ibarət tərkibdə) 12 dekabr 2023-cü il tarixli 1(103)-2241/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 023-cü il tarixli 1(101)-1696/2023 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi olmadan, qanunsuz olaraq kül li miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan külli miqdarda təmiz çəkisi 7,503 qram kustar üsulla hazırlanmış narkotik vasitə «heroini qanunsuz olaraq əldə edib saxlayaraq Bakı şəhəri, Xətai rayonu 8 Noyabr prospekti 23 ünvanında yerləşən “Amay” ticarət mərkəzinə qədər daşımış, xx.xx.2023-cü il tarixdə, saat 13:40 radələrində Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ticarət mərkəzində saxlanılaraq ünvan 4 ünvanında yerləşən 9-cu Polis bölməsinin inzibati binasına gətirilmiş, həmin gün saat 16:10-dan etibarən üzərinə keçirilmiş şəxsi axtarış zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan əldə edib özündə saxlayara q daşıdığı 1 ədəd şəffaf selofan kəsiyindən olan bükümün içərisində təmiz çəkisi 7,503 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, PROKURORUN VƏ MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkum ilkin etirafedici ifadəsində narkotik vasitənin guya özünə məxsus olması barədə verdiyi ifadənin polis əməkdaşları tərəfindən psixoloji zorakılığa məruz qalması ilə əsaslandırıb. O, bu barədə ibtidai istintaq zamanı 09 iyun 2023- cü ildə təqsirləndirilən şəxsin əlavə dindirmə protokolunda geniş izahat verib və həqiqətən də polis əməkdaşları tərəfindən psixoloji zorakılığa məruz qalmasını, dindar olduğuna görə həbs olunduğunu, barəsində 2 dəfə şəxsi axtarışı n keçirildiyini qeyd edib. Müstəntiq onun göstərdiyi bu xüsusatları araşdırmayıb, sadəcə bunu vəsatət kimi nəzərə alaraq onu hər hansı əsaslandırma olmadan rədd edib. Məhkum ibtidai istintaq zamanı, eyni zamanda məhkəmə baxışında da narkotik vasitənin ona məxsus olmadığını, onun polis əməkdaşları tərəfindən ona verildiyini, psixoloji zorakılığa məruz qaldığına görə ibtidai istintaqın ilkin mərhələsində etirafedici ifadə verməyə məcbur olduğunu qeyd edib. Apellyasiya Məhkəməsi şikayətçinin həmin ifadəsinin nəyə görə nəzərə alınmadığını, ilkin ifadəni növbəti ifadədən üstün tutmasını əsaslandırmamışdır. Müdafiəçi qeyd etmişdir ki, məhkumun arqumentlərinin məhkəmə tərəfindən nəzərə alınmaması, iş üzrə əsas sübut olan baxış protokolunun qanunvericiliyə zidd yolla əldə edilməsinə baxmayaraq məh kəmənin onu əsas sübut hesab edərək onun barəsində ittiham hökmünü çıxarması onun Avropa İnsan Hüquqları Konvensiyasının 6.1-ci maddəsində nəzərdə tutulan hüquqlarını pozub. Eyni zamanda təqsirləndirilən şəxsin dindar olması, onun həbsinin məhz dindar olması səbəbindən həyata keçirilməsi Konvensiyanın 9-cu maddəsini pozmuşdur. Məhkumun müdafiəçisi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 12 dekabr 2023-ci il tarixli, 1(103)-2241/2023 saylı qərarının ləğv edilməsini əməldə cinayət tərkibi olmadığına görə Məhkum münasibətdə cinayət təqibinə bəraətverici əsaslara xitam verilməasini xahiş etmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi2 məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2023-cü il tarixli qərarın ləğv edilməsini və əməlində cinayət tərkibi olmadığına görə Məhkum münasibətdə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilmsəi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı X2 çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışla rını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəşi məhkumun qanunsuz məhkum olunmasını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası kassasiya şikay ətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Müdafiəçi kassasiya şikayətində irəli sürdüyü dəlilləri həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsində irəli sürmüş və müdafiə tərəfinin dəlilləri hərtərəfli, tam və obyektiv yoxlanılaraq əsaslandırılmış cavab verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun ona qarşı irəli sürülən ittihamda təqsirli olması məhkəmələr tərəfindən qiymətləndirilmiş mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası, bununla bərabər, hesab edir ki, məhkuma təyin edilmiş cəza da həm növü, həm də həddi baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilk dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə tam uyğundur və təyin edilmiş cəz anın da yüngülləşdirilməsi üçün əsaslar mövcud deyil. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirimədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 1(101)-1696/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2023-cü il tarixli 1(103)-2241/2023 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirimədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1744/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1744/2024
30.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver