Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1746/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Ələsgər Əli İskəndər oğlu Novruzov və Rəşad Məhərrəm oğlu Abdulovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmranovun, Məhkum, məhkumun müdafiəçisi Müdafiəçi6, zərərçəkmiş şəxsin hüq uqi varisi X9 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli (101)-1557/2022 nömrəli (hakimlər Novruz Kərimovun (sədrlik edən və məruzəçi), Rasim Sadıxov və Leyla Məmmədova) hökmü ilə xx xxxx 1984-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 övladı olan, xırda ticarətlə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.1, 120.2.4, 120.2.6, 120.2.7, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinərək, ona CMin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.7, 120.2.9 və 120.2.11-ci maddələri ilə 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 181.3.3-cü maddəsi ilə 12 (on iki) il 6 (atı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının ilk beş ilini həbsxanada, qalan müddətini ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 10 may 2022-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs1 da təqsirli bilin ərək məhkum olunmuşdur. Təqsirləndirilən şəxs2 ölməsi ilə əlaqədar onun barəsində cinayət təqibinə xitam verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, nənəsi X2 ünvan 2 ünvanında tənha yaşayan rəfiqəsi, xx xxxxxxx 1947-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 Mirzəağa qızının kənar şəxslərə sələmə pul verdiyi üçün yaşadığı mənzildə hər zaman pul və digər qiymətli əşya saxladığını ehtimal edərək maddi imkanlı olmasını, yəni qardaşı, xx xxxx 1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 24 aprel 2004cü il tarixdə Zərərçəkmiş şəxs1 evində olmaqla sonuncudan müəyyən məbləğdə sələmə pul alarkən Zərərçəkmiş şəxs1 həmin dövrün məzənnəsi ilə təxminən 49.190.000 (qırx doqquz milyon yüz doxsan min) AZN dəyərində 10.000 (on min) ABŞ dolları civar ında pul olduğunu müşahidə edib həmin ünvandan ayrıldıqdan dərhal sonra, nənəsi Rəfiqə Aslanova və xalası oğlu, xx xxxxxx 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 yaşadıqları ünvan 3 ünvanında həmin gün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la görüşərkən Zərərçəkmiş şəxs1 yaşadığı mənzilində xeyli miqdarda pulunun olmasını öz gözləri ilə görməsi barədə Təqsirləndirilən şəxs2 məlumat verməsindən sonra, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la həmin pul vəsaitlərini qanunsuz yolla ələ keçirmək kimi tamah niyyətlərini reallaşdırmaq məqsədi ilə Zərərçəkmiş şəxs1 yaşadığı mənzilə, heç kimin onları görməməsindən ötrü axşam saatlarında gedib sonuncuya pul tələbi ilə basqın edərək təfəkkürlərində yaratdıqları tələbatlarını cinayət törətməklə, yəni Zərərçəkmiş şəxs1 özlər i ilə götürəcəkləri bıçaqlarla öldürməklə əmlakını ələ keçirmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs qismində razılığa gəlmiş, hazırladıqları plana əsəsən aralarında rol bölgüsü edib, bölgüyə əsasən Təqsirləndirilən şəxs2 silah qismində qara rəngli plastmas dəstəkli, tiyəsinin ucu iti, kəsici kənarları mişarvari, ümumi uzunluğu 26,5 sm, o cümlədən tiyəsinin uzunluğu 14,5 sm, eni isə dib hissədən 3,5 sm, dəstəyinin uzunluğu 12 sm olan mətbəx bıçağı, o, qəhvəyi rəngli taxta materialdan hazırlanmış dəstəkli, tiyəsinin ucu iti, dəfələrlə itilənməkdən tiyəsi orta hissədən nazikləşmiş, ümumi uzunluğu 29 sm, o cümlədən tiyəsinin uzunluğu 15,5 sm, eni orta hissədən 1,2 sm, digər hissələrdən isə 1,5 sm və 2 sm, dəstəyinin uzunluğu 13,5 sm olan mətbəx bıçağı ilə silahlanmış, Təqsirləndirilən şəx s2 yaşayış sahəsinə ilk olaraq daxil olacağını, digər ikisi də mənzilə daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 kənar şəxslərin kömək məqsədi ilə evə daxil olub onlara mane olmaq, habelə Zərərçəkmiş şəxs1 evdən qaçma risklərinin qarşısını almaq məqsədi ilə evin giriş qapısını içəridən bağlamaq, bıçaqla xəsarətlər yetirilən anda Təqsirləndirilən şəxs1 zərərçəkmişin müqavimətinin qırılmasına yönələn əlqolunu tutmaq kimi hərəkətlər edəcəyi ilə bağlı sövdələşdikdən sonra, qəsdən adam öldürmədə ifadə olunan cinayət əməllərinin baş verməsini planlaşdırmaqla və arzu etməklə özlərində cinayət törətmək qətiyyətini yaradıb, törədəcəkləri əməlin ictimai təhlükəliliyini dərk etməklə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədi ilə əvvəlcə o və Təqsirləndirilən şəxs2 əldə edilmə mənbəyi istintaqla müəy yən olunmayan mətbəx bıçaqlarını əyinlərində olan paltarların cibində gizlədib planlaşdırdıqları cinayətin törədilməsi üçün əlverişli vaxtın, havanın qaralmasını gözləyib həmin gün, yəni 24 aprel 2004-cü il tarixdə saat 18 radələrində o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə ünvan 3 ünvanından çıxıb istintaqa məlum olmayan taksi ilə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 38 №-li evin yaxınlığına gəlib, Təqsirləndirilən şəxs2 öndən olmaqla hərəkət edib 1-ci blokdan 38 №li binaya daxil olaraq 2-ci mərtəbəyə qalxmış, sol tərəfdə yerləşən 3 №-li mənzilin giriş qapısına yaxınlaşaraq öncə qapını döyüb özünü təqdim etmiş, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 tanıdığı üçün qapını açarkən planın icrası məqsədi ilə Zərərçəkmiş şəxs1 it ələyib hər üçü qəflətən yaşayış sahəsinə qanunsuz daxil olmaqla sonuncunun üzərinə basqın etmiş, əvvəlcədən aralarında razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun olaraq bıçaqla silahlanmış Təqsirləndirilən şəxs2 əynində olan paltarın cibində gizlətdiyi həmin bıçağı çıxarıb ayaq üstə olmaqla onlarla üzbə-üz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs1 mənzildə saxladığı pulu tələb etməklə sonuncuya insan həyatı üçün mühüm orqanlarının yerləşdiyi döş qəfəsi istiqamətində ardıcıl ikidən artıq bıçaq zərbələri endirmiş, bundan sonra o da üzərində gətirdiyi mətbəx bıçağını çıxarıb Zərərçəkmiş şəxs1 həyat üçün əhəmiyyətli olan orqanlarına bıçaq zərbələrini endirməyə başlamış, Təqsirləndirilən şəxs1 isə hazırladıqları plana uyğun olaraq dərhal mənzilin giriş qapısını içəridən bağlamış, Zərərçəkmiş şəxs1 almış olduğu bıçaq xəsarətlərindən bir otaqlı mənzilin qonaq otağında yerə yıxılarkən o və Təqsirləndirilən şəxs2 hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs1 çoxsaylı zərbələrlə xüsusi ağrılar verdiklərini və həmin vaxt mənzilin dəhlizində, mətbəxin girişində dayanan, zərərçəkmişin əzizi sayılan, azyaşlı nəvəsi Zərərçəkmiş şəxs2 gözləri qarşısında ona bu əməli ilə xüsusi əzab yaratdığını dərk etməklə və xüsusi qəddarlıq nümayiş etdirib bunu arzulamaqla əllərində olan bıçaqlarla sol böyrü üstə uzanıqlı qalan Zərərçəkmiş şəxs1 ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərurvurmaya aid “boyun üzvlərini (arteriya və traxeyanı) zədələyən boyunun sağ, sol və ön səthinin 3, döş boşluğuna işləyərək ürək kisəsini və ürəyi zədələyən sol süd vəzisinin 1, qarın boşluğuna keçərək qar a ciyəri zədələyən sağ qabırğa qövsü nahiyəsinin 1, ağ ciyərləri zədələyən döş qəfəsinin sağ ön və yan səthinin 4 ədəd yaraları”, həmçinin ümumilikdə canlı şəxslərdə səhhətin qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid “alın nahiyəsinin sağda 1, sağ gözün altının 1, ağız bucağının sağda 1, sifətin sol yan səthinin 1, vidacı çuxurunun 1, sol süd vəzi üzərində 7, sağ süd vəzinin 2, döş qəfəsinin sağ ön səthinin 1, sağ qabırğa qövsünün 3, göbək nahiyəsinin 1, sağ bazunun ön iç səthinin 2, arxa səthinin 3, sol bazunun arxa səthinin 2, sağ mil-bilək oynağının 2, arxadan 2, sağ əlin ovuc səthinin 1, sağ bazu oynağının arxa səthinin 1, sol döş qəfəsinin sağ yan səthinin 1 ədəd yaraları” xəsarətlərini, ümumilikdə 42 ədəd kəskin qanitirmə ilə müşayiət olunan kəsilmiş-deş ilmiş yaralar yetirməklə xüsusi amansızlıqla qəsdən öldürmüş, daha sonra qışqıraraq ağlayan xx xxxxxxx 1989-cu il təvəllüdlü, azyaşlı, aşkar surətdə onlar üçün köməksiz, yəni qorxusundan və özündən dəfələrlə güclü olan üç kişi cinsli şəxsə hər hansı aktiv müqavimət göstərmək iqtidarında olmayan, yəni aşkar surətdə köməksiz vəziyyətdə olan, dəhlizdə mətbəxin girişində dayanan Zərərçəkmiş şəxs2 onların törətdikləri cinayətin şahidi kimi qalmaması, yəni başqa cinayəti gizlətmə məqsədi ilə o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə Zərərçəkmiş şəxs2 yaxınlaşdıqda sonuncu özünü müdafiə etmək məqsədi ilə mətbəxdə olan ağ rəngli plastmas dəstəkli, tiyəsinin ucu küt, kəsici kənarları mişarvari, ümumi uzunluğu 21,5 sm, o cümlədən tiyəsinin uzunluğu 10,4 sm, eni 1,8 sm, dəstəyinin uzunluğu 11,1 sm olan mətbəx bıçağını götürərkən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 müqavimətini qırmaq, eləcə də o və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 asanlıqla bıçaq zərbələri endirmələrini təmin etmək məqsədi ilə cəld şəkildə sonuncunun qollarını tutub saxlamış, bu zaman o və Təqsirləndirilən şəxs2 özləri ilə gətirdikləri bıçaqlarla Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri endirməyə başlamış, daha sonra Təqsirləndirilən şəxs1 mənzilin mətbəx otağından qəhvəyi rəngli taxta materialdan hazırlanmış dəstəkli, tiyəsinin ucu iti, ümumi uzunluğu 31,7 sm, o cümlədən tiyəsinin uzunluğu 20 sm, eni isə orta hissədən 2,4 sm, dəstəyinin uzunluğu 11,7 sm olan mətbəx bıçağını götürüb, Zərərçəkmiş şəxs2 aman diləyən yalvarışlarına baxmayaraq müstəsna dərə cədə rəhimsizlik və qəddarlıq göstərməklə, həmin bıçaqla, o və Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs2 bədəninin həyat üçün əhəmiyyətli olan nahiyələrinə xəsarətlər yetirməyə başlamış, Zərərçəkmiş şəxs2 bıçaq zərbələrinin təsirindən üzü üstə döşəməyə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 ölmədiyini, xırıldadığını görüb boğaz nahiyəsinə iki dəfə bıçaq xəsarətləri yetirdikdə, sonuncu zərbənin təsirindən həmin mətbəx bıçağının tiyəsi sınmaqla iki yerə ayrılmış, beləliklə o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs2 ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “boyun üzvlərini, yəni sağ yuxu arteriyasını və traxeyanı zədələyən boyunun sağ yan və ön səthinin 4, döş boşluğuna işləyən ağ ciyərləri zədələ yən döş qəfəsinin sağ yan və arxa səthinin 8, sol kürək nahiyəsinin 1, qarın boşluğuna işləyən qara ciyəri zədələyən bel nahiyəsinin 1 ədəd yaralar”, həmçinin ümumilikdə canlı şəxslərdə səhhətin qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid “alın nahiyəsinin 3, sol gözün üst qapağının 1, həmin gözün alt kənarının 1, sağ qulaq arxası nahiyənin 2, sağ çiyin qurşağının 1, sağ bazunun arxa səthinin 1, sol bazunun arxa səthinin 1, sağ bazunun ön səthinin 3, arxa səthinin 1, sağ əlin ovuc hissəsinin 1, arxa səthinin 2, sol əlin ovuc səthinin 1, döş qəfəsinin arxa səthinin 9, soldan 6, büzdüm nahiyəsinin 1, sağ sağrının 1 ədəd yaraları” xəsarətlərini, ümumilikdə 49 ədəd kəskin qanitirmə ilə müşayiət olunan kəsilmiş-deşilmiş yaralar yetirməklə iki şəxsi xüsusi amansızlı qla qəsdən öldürmüş, daha sonra hər üçü mənzildə axtarış apardıqda Təqsirləndirilən şəxs1 mənzilin qonaq otağında olan servantda tapdığı qara rəngli üzlüyü olan kitabçanın arasından zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus, həmin dövrün məzənnəsi ilə 2.951.400 (iki milyon doqquz yüz əlli bir min dörd yüz) AZN dəyərində 600 (altı yüz) ABŞ dolları məbləğində pulu tapıb götürməklə ələ keçirib, mənzilin giriş qapısının içəri tərəfdən üzərindən götürdükləri açarla giriş qapısını çöl tərəfdən bağlayaraq hadisə yerini tərk etməklə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq, yəni özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə yaşayış sahəsinə qanunsuz girib silah qismində istifadə edilən əşyalar tətbiq etməklə hücuma məruz qalmış şəxslərin həyatı və sağlamlıqları üçün təhlükəli zorakılıqla bağlı basqın edərək zərərçəkmiş şəxslərin o cümlədən bir nəfər azyaşlı olmaqla köməksiz vəziyyətdə olan şəxsin sağlamlığına ağır zərər vurmuş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xüsusi amansızlıqla və quldurluqla əlaqədar iki şəxsi, o cümlədən aşkar surətdə köməksiz vəziyyətdə olan bir şəxsi başqa cinayəti gizlətmə məqsədi ilə qəsdən öldürmüş, yəni iki şəxsi qəsdən həyatdan məhrum etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), İlqar Murquzov və Anar Tanrıverdiyev) 1(103)-604/2023 nömrəli 20 aprel 2023-cü il tarixli qərarı ilə məhkum olunmuş Təqsirləndirilən şəxs1 və Məhkum müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 1(101)-1557/2022 nömrəli hökmü Təqsirləndirilən şəxs1 və Məhkum aid hissədə verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi6 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2023-ce il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçisi Müdafiəçi6 kassasiya şikayətini onunla əsaslandırır ki, hər iki məhkəmə instansiyası işin hallarının tam və hərtərəfli araşdırılmasında marağı olmamış, birinci instansiya məhkəməsində məhkumların gətirdiyi dəlillərə münasibətdə nəinki tənqidi yanaşılmış, verilmiş ifadələr hökmə düzgün, olduğu kimi qeyd edilməmiş (protokollara qeyd verilmişdir), apellyasiya instansiyası məhkəməsində birinci instansiya məhkəməsinin prosesi apararkən və iclas protokollarını tərtib edərkən etdiyi kobud prosessual pozuntuların aradan qaldırılması üçün verdikləri vəsatətlər baxılmamış, tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası tam, hərtərəfli və obyektiv araşdırma aparmalı olduğu halda bunu etməmiş, müdafiə tərəfinin gətirdiyi əsaslı dəlilləri nəinki araşdırmaq, hətta dinləməkdən belə imtina etmiş, heç bir dəlili araşdırmadan, əsas gətirmədən rədd etmiş və nəticədə düzgün olmayan qərar çıxarmışdır. Kassator şikayətində qeyd edir ki, məhkəmələr işə tam, hərtərəfli və obyektiv tədqiq edilməsi təmin etməmişdir. Müdafiə tərəfi aşağıdakı məsələlərə dair məhkəmə istintaqı aparılmaqla apellyasiya baxışı nın təyin edilməsinə dair vəsatət vermiş və araşdırılmasını xahiş etmişdir. Kassator şikayətində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Məhkum, iş üzrə müstəntiq Taleh Bağırovun, Şahid3 və məhkəmə-genetik ekspertizasını aparan şəxs Pərvin Əliyevin dindirilməsinin zəruri olduğu qeyd etmişdir. Həmçinin (vəfat etmiş) Təqsirləndirilən şəxs2 əllərində də xəsarətlərin olub-olmaması müəyyən etmək zəruri ilə əlaqədar onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müəssisələrinə daxil olarkən tibbi müayinə aktlarını əldə etmək lazımdır. Həmçinin onun əllərində olan xəsarət izləri ilə əlaqədar təkrar məhkəmə-tibbi ekspertizası təyin edilməsi vacib olduğunu şikayətində qeyd edir. Bundan başqa kassator şikayətində göstərmişdir ki, t ədqiqat üçün nümunələrin götürülməsi haqqında protokolu, “4” saylı pambıq tampon maddi sübutun ümumi sübutlar siyahısından çıxarılmalıdır. Bundan əlavə iş üzrə məhkum Təqsirləndirilən şəxs1 qardaşı Şahid2 və digər şəxslərin ifadələri, Təqsirləndirilən şəxs1 ilkin video-çəkilişlə ifadənin yerində yoxlanılması və digər sübutlar Məhkum ümumiyyətlə hadisə yerində olmamasını göstərir. Həmçinin hadisə yerində bir sıra predmetlər üzərindən əl-barmaq izləri götürülmüşdür. Bu əl-barmaq izlərinin heç birində Məhkum əl barmaq izləri aşkar edilməmişdir. Kriminologiya elminin nailiyyətlərini, xüsusilə də cinayət törətmiş şəxsin şəxsiyyətini xarakterizə edən hallara dair elmi nəticələri təhlil etdikdə, Məhkum belə bir cinayət törədə bilmək xarakterinə və şəxsiyyətinə malik olması istisna ediləcəkdir. Be ləliklə ibtidai istintaq orqanının cinayət təqibi üzrə icraat zamanı qeyd olunan hallarla bağlı topladığı sübutlar qanunsuz yolla əldə edilməklə yanaşı, həmçinin bir-biri ilə ziddiyyətli olmuş, cinayət prosesini həyata keçirən orqanın buna məsul şəxsləri müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən toplanmış bu sübutlar cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun yoxlanılmamış və qiymətləndirilməmiş, təqsirləndirilən şəxslərə verilmiş ittihamın sübut olunmasında mövcud olan yuxarıda sadalanan ziddiyyətlər və şübhələr aradan qaldırılmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya ş ikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual nor malara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin əsas dəlili Məhkum hazırkı cinayət işində təqsirsiz olduğuna baxmayaraq barəsində bəraət hökmünün çıxarılmalı olduğu halda qanunsuz olaraq ittiham hökmünün çıxarılmasının qanunsuz olmasıdır. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələr məhkuma qarşı irəli sürülmüş ittihamın tam, obyektiv və hərtərəfli baxılması üçün müdafiə tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız imtina etmiş, sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, Məhkum hazırkı cinayət işində təqsirsiz olduğuna baxmayaraq barəsində bəraət hökmünün çıxarılmalı olduğu halda qanunsuz olaraq ittiham hökmü çıxarmış, məhkumun əməl i CM-in 120.2.1, 120.2.4, 120.2.6, 120.2.7, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif edərək hüquqi səhvə yol vermişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlillərinə qiymət verərək iş materiallarına əsasən qeyd edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.6, 120.2.7, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə özünü təqsirli bilməsə də, onun həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, digər məhkumun, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, məhkəmə-tibbi, məhkəmə-bioloji və məhkəmə-genetik ekspertizalarının rəyləri və digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Belə ki, 15 aprel 2022-ci il tarixdə cinayət işi üzrə ibtid ai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs1 cinayəti Məhkum iştirakı ilə törədilməsini göstərmişdir. Təqsirləndirilən şəxs1 həmin ifadəsi cinayət işində olan hadisə yerinə baxış keçirilməsi haqqında 26 aprel 2004-cü il tarixli protokolu və cinayət işi üzrə keçirilmiş məhkəmə-genetik ekspertizasının 30 aprel 2022-ci il tarixli rəyi ilə təsdiq edilmişdir. Belə ki həmin sənədlərdən görünür ki, hadisə yerinə baxış zamanı divarda və paltar şifonerin üzərində aşkar edilmiş qan ləkələri Məhkum məxsusdur. Həmin sübutlara qiymət verərək məhkəmələr məhkum Təqsirləndirilən şəxs1 15 aprel 2022-ci il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadə düzgün və həqiqətə uyğun ifadə kimi qiymətləndirmişdir. Birin ci instansiyası məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olmaması və digər sübutlarla təkzib edildiyindən Məhkum həmin ifadəsi həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edil miş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qəd ər imkanlar və şərait yaradılmışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin hadisə yerinə baxış keçirilməsi haqqında protokolun əlavəsində şifonerin üzərində aşkar edilmiş qan ləkələrinin fotoşəkilin olmamasına, genetik ekspertizanın tədqiqatının uzun müddət saxlanılmış və bu səbəbdən tədqiqat üçün yararlı olmayan qan nümunələrinin üzərində aparılmasına istinadən həmin sübutların mötəbər olmadığı barədə dəlili əsaslı hesab etmir. Belə ki, kassasiya şikayətində həmin sübutları şübhə altına almaq üçü n hər hansı bir tutarlı əsas gətirilməmiş, məhkəmə kollegiyası tərəfindən həmin sübutların mötəbərliyinə şübhə gətirən hər hansı bir hal müəyyən edilməmişdir. Beləliklə, Məhkum digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq, yəni özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə yaşayış sahəsinə qanunsuz girib silah qismində istifadə edilən əşyalar tətbiq etməklə hücuma məruz qalmış şəxslərin həyatı və sağlamlıqları üçün təhlükəli zorakılıqla bağlı basqın edərək zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vuraraq, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xüsusi amansızlıqla və quldurluqla əlaqədar iki şəxsi, o cümlədən aşkar surətdə köməksiz vəziyyətdə olan bir şəxsi başqa cinayəti gizlətmə məqsədi ilə qəsdən öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi hazırki cinayət işi üzrə sübutlar əsasında təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb hesab edir ki, Məhkum əməli CM-in 120.2.1, 120.2.4, 120.2.6, 120.2.7, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.6, 120.2.7, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əs aslar yoxdur. Məhkum müdafiəçisi Müdafiəçi6 kassasiya şikayətinin dəlillərindən biri də apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sü butlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbayca n Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azər baycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən himayəsində üç uşağının olmasını CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə almış və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.6, 120.2.7, 120.2.9, 120.2.11-ci maddələri ilə 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-in 181.3.3-cü maddəsi ilə 12 (on iki) il 6 (atı) ay müddətə azadlıqdan məhrumetmə cəzası CM-in 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən top lamaq yolu ilə ona 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 10.1-ci maddəsinə əsasən əməlin cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Cinayətin törədildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsində on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası, CM-in 181.3-cü maddəsinin sanksiyasında isə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini kifayət qədər nəzərə almış və ona işin hallarına və onun şəx siyyətinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Məhkum müdafiəçisi Müdafiəçi6 kassasiya şikayətinin digər dəlili məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətlərinin təmin olunmaması və əsassız rədd olunmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, məhkəmə istintaqı zamanı birinci instansiya məhkəməsi verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iş tirakçılarının fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2023-cü il tarixli qərarı Məhkum aid olan hissədə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.6, 120.2.7, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2023-cü il tarixli qərarı Məhkum aid olan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1746/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1746/2023
01.11.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver