Məhkəmə qərarları › İş №1(102)-1747/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1747/2025

03.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1747/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, Məhkum müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X11 oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan son ra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 iyun 2024-cü il tarixli, 1(103)-1134/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və onun müdafiəçisi X11 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.1982-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin in 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. İbtidai istintaq orqanının mövqeyinə görə Məhkum təqsirləndirilir ona görə ki, o, istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq, 17 ədəd olan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,438 qr, 0,497 qr, 0,473 qr, 0,480 qr, 0,453 qr, 0,407 qr, 444 qr, 0,434 qr, 0,456 qr, 7,624 qr, 2,288 qr, 11,105 qr, 18,339 qr, 14,050 qr, 10,194 qr, 158,830 qr, 165,975 qr, ümumi təmiz çəkisi 402,547 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdar narkotik vasitə heroini, ümumilikdə 8 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,451qr, 0,940 qr, 0,986 qr, 0,961qr, 0,954 qr, 0,936 qr, 2,724 qr, 3,634 qr, ümumi 11,586 qram olan ağ rəngli kristallik hissəcik lərdən ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini əldə edib, əynindəki boz rəngli idman şalvarının sağ yan cibində sarı rəngli fəhlə əlcəyinin və plastik qutunun içərisində, sarı rəngli uşaq maykasına bükülmüş vəziyyətdə daşıyaraq üzərində saxlamış, 27 may 2023-cü il tarixdə, saat 17 radələrində, ünvan 2 ünvanın qarşısında, Bakı şəhəri, Səbail RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşlarının birgə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı şübhəli şəxs qismində saxlanılıb, ünvan 4 ünvanında yerləşən Səbail RPİ-nin inzibati binasına gətirilib, xidməti otaqların birində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, əynindəki boz rəngli idman şalvarın sağ yan cibində sarı rəngli fəhlə əlcəyinin və plasti k qutunun içərisində, sarı rəngli uşaq maykasına bükülmüş vəziyyətdə, həmin 17 ədəd olan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,438 qr, 0,497 qr, 0,473 qr, 0,480 qr, 0,453 qr, 0,407 qr, 0,444 qr, 434 qr, 0,456 qr, 7,624 qr, 12,288 qr, 11,105 qr, 18,339 qr, 14,050 qr, 10,194 qr, 158,830 qr, 165,975 qr, ümumi təmiz çəkisi 402,547 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, ümumilikdə 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,451 qr, 0,940 qr, 0,986 qr, 0,961 qr, 0,954 qr, 0,936 qr, 2,724 qr, 3,634 qr, ümumi 11,586 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini aşkar edilib götürülmüşdür.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X15 və X2 ibarət məhkəmə tərkibində) 19 mart 2024-cü il tarixli, 1(101)-833/2024 nömrəli hökmü ilə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 27 may 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən Məhkum barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Həmin hökmdən narazı qalan məhkum olunmuş şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün ləğv edilməsini və məhkum edilmiş şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət məhkəmə tərkibində) 4 iyun 2024-cü il tarixli, 1(103)1134/2024 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdı r.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 iyun 2024-cü il tarixli, 1(103)-1134/2024 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti və onun müdafiəçisi X11 oğlu tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. II. Kassasiya şikayətinin, kassasiya şikayətinə əlavənin dəlilləri və etirazlar:

7. Məhkum və müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri qismində cinayət işinin faktiki hallarına, sübutlar siyahısına, birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin gəldikləri qənaətlərə və çoxsaylı qanunvericilik normalarına istinadlar edilərək, apellyasiya şikayətinin dəlilləri təkrarlanmaqla qeyd edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən hərtərəfli, obyektiv, ədalət li və qərəzsiz araşdırma aparılmamış, iş üzrə məhkəmə baxışları zamanı verilmiş ifadələrə və toplanmış sübutlara düzgün hüquqi qiymət verilməmiş, heç bir araşdırma aparmadan məhkum barəsində formal olaraq yekun qərar qəbul edilmişdir.

8. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin müəllifi müraciətlərinin dəlilləri qismində qeyd etdikləri halların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: CPM) 416.1.1, 416.1.2, 416.1.3, 416.1.11 və 416.2-ci maddələrində nəzərdə tutan halları yaradan pozuntu kimi qiymətləndirərək, məhkəmə kollegiyasından Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 iyun 2024-cü il tarixli, 1(103)-1134/2024 nömrəli qərarının ləğv edilməsini və CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə qərar qəbul ed ilməsini xahiş etmişlər.

9. Kassasiya şikayətinə, kassasiya şikayətinə əlavəyə qarşı etiraz verilməmişdir.

10. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi X11 oğlu kassasiya şikayəti və kassasiya şikayətinə əlavəni müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından müraciətlərinin təmin edilməsini xahiş etdi.

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdu dlarını Azərbaycan Respublikası CPM-in (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apelly asiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Müdafiəçi və məhkum sonuncunun təqsirli bilindiyi AR CM-in 234.4.3-cü maddəsi ilə olan əməlinin hüquqi tövsifinin doğruluğunu mübahisələndirmiş, onun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsini, lakin birinci instansiya və apellyasiya instansiyalarında sübutların tədqiqindən əsassız imtina olunduğunu mübahisələndirərək, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.11 və 416.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

18. Odur ki, kollegiya məhkum və müdafiəçinin kassasiya şikayətini və kassasiya şikayətinə əlavənin CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 iyun 2024-cü il tarixli, 1(103)-1134/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

20. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət tör ədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.

21. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.

22. Məhkəmə kollegiyası Məhkum müdafiəçisinin hüquqlarını müdafiə etdiyi şəxsin barəsində cinayət işi üzrə sübutların məhkəmələr tərəfindən Cinayət-Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olun mamasına dair arqumentini əsassız hesab edir.

23. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

24. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

25. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissə sinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

26. Cinayət işi materiallarından və apellyasiya instansiya məhkəməsinin qərarından müəyyən edilir ki, Məhkum barəsində bəraət hökmünün çıxarılması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 1(101)-833/2024 nömrəli hökmü ilə təqsirli bilinərək məhkum edilməsini qanuni və ədalətli hesab etmişdir.

27. Apellyasiya instansiya məhkəməsi cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları təhqiq edərək hesab etmişdir ki, b irinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.

28. Bununla yanaşı məhkəmə kollegiyası məhkumun kassasiya şikayətin də və onun müdafiəçisinin kassasiya şikayətinə əlavəsində göstərdiyi dəlilləri ilə əlaqədar olaraq bildirir ki, həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir, hansı ki, həmin dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlarla əlaqəli şəkildə bir-bir təhlil edilərək araşdırılıb qiymət verilmişdir.

29. Belə ki, qeyd edilən dəlilləri apellyasiya məhkəmə kollegiyası əsassız hesab edərək qeyd etmişdir ki, “Şəxsi axtarış və götürmə haqqında” protokoldan və şəxsi axtarışın qeydə alındığı videogörüntüdən də Məhkum üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin həm Məhkum, həm müdafiəçisi, həm də digər iştirakçılar tərəfindən imzalanmması və möhürlənərək qablaşdırılması müəyyən edilmişdir. Ekspert rəyində isə maddi sübutun tamlığının pozulması qeyd olunmamışdır. Belə olduğu təqdirdə maddi sübuta kənar müdaxilənin edilməsi öz təsdiqini tapmamışdır. Hadisənin şahidi olmuş polis əməkdaşları Məhkum saxlanılmasından beş ay sonra məhkəmədə dindirilmişdir. Bu müddət ərzində isə həmin polis əməkdaşları xeyli sayda başqa əməliyyat-axtarış tədbirlərində iştirak etmişdir. Birinci instansiya icraatında məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları demək olar oxşar və eyni məzmunlu ifadələr vermişdir. Buna baxmayaraq, şahid qismində dindirilmiş polis əməkdaşlarından birinin digər şahidlərdən fərqli olaraq məhz Məhkum “qandalsız” aparılması ilə bağlı ifadəsini sonuncunun əməlinin tövsifinə hər hansı təsir etməməsini, habelə aradan keçən xeyli müddət ər zində bu kimi ziddiyyətlərin olmasını mümkün hesab edərək məhkəmə kollegiyası apellyasiya şikayətinin bu hala istinad edərək bəraət verilməsinə dair dəlilləri əsassız hesab etmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin bir-biri ilə ziddiyyət təşkil edən ifadələrini, eləcə də barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun mötəbərliliyinin, istintaq zamanı verilmiş etirafedici ifadələrini Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi halları iş üzrə mövcud olan şahid ifadələri, istintaq protokolları ilə birgə müqayisə edərək qiymətləndirməklə təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən narkotik vasitələri və psixotrop maddələrin ona aid olmaması barədə məh kəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab etmişdir ki, üzərindən aşkar edilərək götürülən külli miqdarda olan narkotik vasitələr və psixotrop maddələrin ona məxsus olması və bunları satış məqsədi ilə əldə edib saxlaması və daşıması tam sübuta yetirilmişdir.

30. Məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri qismində məhkəmələr tərəfindən qanunsuz və əsassız ittiham hökmü çıxarılmasını qeyd etsə də, mübahisələndirdiyi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 iyun 2024-cü il tarixli, 1(103)-1134/2024 nömrəli qərarının qanunsuzluğuna və ya əsassızlığına dəlalət edən dəlil və əsasları izah edə bilməmişdir.

31. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

32. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayət inin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

33. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən müdafiəçinin və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 iyun 2024-cü il tarixli, 1(103)-1134/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏR ARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 iyun 2024cü il tarixli, 1(103)-1134/2024 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və onun müdafiəçisi X11 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar