Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1749/2025 30.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumlar X, X1 və onların müdafiəçisi Vəliyev Nicat Malik oğlunun iştirakları ilə, xx xxxxxx 1951-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" ASC-nin Tədris Mərkəzində kafedra müdirinin müavini işləyən, məhkum olunmamış, ünvan 1 ünv anında yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə və xx xxxxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" ASC-nin Maştağa İdarəsində baş mühəndis vəzifəsində işləyən, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin mənzildə yaşayan Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2025-ci il tarixli, 1(103)-910/2025 nömrəli hökmündən məhkumların müdafiəçisi Vəliyev Nicat Malik oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə, həmçinin Məhkum1 münasibətdə müdafiəçi Nicat Vəliyev tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə açıq məhkəmə ic lasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 1(008)-23/2025 nömrəli hökmü (sədrlik edən hakim E.H.Rəcəbova) ilə Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilmiş, Məhkum1 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat cərimə cəzasına məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin həmin hökmündən Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2025-ci il tarixli hökmü ilə, (hakimlər: Z.V.İbrahimov (sədrlik edən), Q.X.Babayev və M.A.Məmmədov) apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsin in 21 fevral 2025-ci il tarixli, 1(008)-23/2025 saylı hökmü apellyasiya protestinə münasibətdə ləğv edilmiş, Məhkum2 və Məhkum1 ayrı ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Məcəllənin 46-cı maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2000 (iki min) manat cərimə cəzasına məhkum edilmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2025-ci il tarixli hökmündən məhkumların müdafiəçisi Vəliyev Nicat Malik oğlu tərəfindən kassasiya şikayətləri, həmçinin Məhkum1 münasibətdə müdafiəçi Nicat Vəliyev tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. İşin halları: Apellyasiya i nstansiyası məhkəməsinin hökmünə əsasən Məhkum2 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-nin Maştağa ETSİ-nin İstismar şöbəsinin rəisi işlədiyi dövrdə texniki təhlükəsizlik və istismar qaydalarına tam riayət olunması, əməyin təhlükəsizliyini qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində saxlanılmasının təmin edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın tələblərinə əsasən fəaliyyətdə olan qurğularda, şəbəkə və avadanlıqlarda işlərin yalnız yazılı naryad-buraxılışlar və sərəncamlar ilə icra olunmalı olmasına və elektrik qurğularında gərginliyi çıxarmaqla yerinə yetirilən işlərin icrasının təhlükəsizliyini təmin etmək üçün texniki tədbirlərin yerinə yetirilməli olmasına cavabdeh şə xs olmasına baxmayaraq, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.1.2-ci bəndinin tələblərini pozmaqla naryad-buraxılış tərtib olunmadan, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 3.1.1.1-ci bəndinin tələblərini pozmaqla elektrik qurğularında gərginliyi çıxarmaqla yerinə yetirilən işlərin icrasının təhlükəsizliyini təmin etmək üçün yerinə yetirilməli olan texniki tədbirlər (zəruri açılmalar aparılmalısı, torpaqlanmaların qoyulmalısı və s.) həyata keçirilmədən "xxxx" ASC-nin Maştağa ETSİ-nin İstismar şöbəsinin baş növbətçisi işləyən Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən keçən 10kV-luq Zabrat-571 nömrəli hava elektrik xəttində təmir işlərini aparmasına göstəriş verdiyinə görə, xx. xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən keçən 10kV-luq Zabrat-571 nömrəli hava elektrik xəttini təmir edən zaman naqilin qırılaraq onu elektrik cərəyanı vurması nəticəsində sol əlin İİ, İİİ, İV və V barmaqlarının amputasiyası ilə nəticələnən sol əlin, sol mil-bilək oynağının və sol diz oynağı nahiyəsinin İV dərəcəli elektrik yanıq yaraları, yəni ümumi əmək qabiliyyətinin 1/3-dən çox (50%) hissəsinin daimi itirilməsi ilə nəticələnən, ümumilikdə sağlamlığa ağır zərərvurmaya aid olan xəsarət almış, yəni texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmuşdur. Hökmlə əsasən Məh kum1 xx.xx.2022-ci il tarixdən "xxxx" ASC-nin Maştağa ETSİ-nin İstismar şöbəsinin baş mühəndisi işlədiyi dövrdə tabeçiliyindəki idarələr arasındakı fəaliyyəti və bu şöbələrin xidmətinin koordinasiyasının vaxtında vəməhsuldar səviyyədə təmin edilməsi, illik qrafiklər üzrə hava xətlərinin əsaslı və cari baxım təmir işlərinin aparılmasına nəzarət və kömək edilməsi, hava xəttinə baxış keçirilməsini təşkil edilməsi, hava, kabel xətlərinin normal vəziyyətdə olmasının təmin edilməsi, güc avadanlıqlarının yüklərinin tənzimlənməsinin təşkil edilməsi, qəzanın aradan qaldırılması zamanı sərbəst tədbirlərin görülməsi, elektrik avadanlıqlarının normal, saz vəziyyətdə olmasının təmin edilməsi, məsul olduğu sahədəki bina və qurğuların vəziyyətinə nəzarət edilməsi, vaxtında nasazlıq aktlarının tərtib ed ilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın tələblərinə əsasən hava xətlərinə dövri və növbədənkənar baxışlar keçirilməsinə, hava xəttinin və cərəyan naqillərinin yoxlanılması zamanı yoxlanılmalı olan vəziyyətlərə cavabdeh şəxs olmasına baxmayaraq, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın 1.2.3.8ci bəndinin tələblərini pozmaqla hava xətlərinə dövri və növbədənkənar baxışlar keçirmədiyinə, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın 1.2.3.11-ci bəndinin tələblərini pozmaqla hava xəttinin və cərəyan naqillərinin yoxlanılması zamanı yoxlanılmalı olan vəziyyətləri yoxlamadığına görə (izolyatorların vəziyyəti) xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Maştağa ETSİ-nin İstismar şöbəsinin baş növbət çisi işləyən Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən keçən 10kV-luq Zabrat-571 nömrəli hava elektrik xəttini təmir edən zaman naqilin qırılaraq onu elektrik cərəyanı vurması nəticəsində sol əlin İİ, İİİ, İV və V barmaqlarının amputasiyası ilə nəticələnən sol əlin, sol mil-bilək oynağının və sol diz oynağı nahiyəsinin İV dərəcəli elektrik yanıq yaraları, yəni ümumi əmək qabiliyyətinin 1/3-dən çox (50%) hissəsinin daimi itirilməsi ilə nəticələnən, ümumilikdə sağlamlığa ağır zərərvurmaya aid olan xəsarət almış, yəni texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmuşdur. Kassasiya şikayətlərinin d əlilləri: Məhkumların müdafiəçisi Vəliyev Nicat Malik oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən hüquqlarını müdafiə etdiyi şəxslərin törətmiş olduqları əmələ düzgün qiymət verilməmiş, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Müraciət müəllifi iddia edir ki, bəraət və ittihamedici hökmündən verilmiş apellyasiya protestinə baxan apellyasiya instansiyası məhkəməsi işdə olan ziddiyyətli məqamları Məhkum2 və Məhkum1 ziyanına şərh etmiş, məhkəmə yekun məhkəmə aktında yolverilməz sübutlara əsaslanmış və mövcud sübutlara düzgün qiymət verməmişdir. Kassator iddia edir ki, Məhkum2 və Məhkum1 heç bir cinayət törətmədikləri halda əsassız olaraq CM-in 162.1ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşlar. Həmçinin müdafiəçi Nicat Vəliyev Məhkum1 münasibətdə verilmiş kassasiya şikayətinə əlavədə hüquqlarını müdafiə etdiyi şəxsə təyin edilmiş əlavə cəzanın Məhkum1 ailə vəziyyətinə mənfi təsir göstərdiyini, ağır maddi vəziyyətini daha da çətinləşdirdiyini bildirir. Müdafiəçi kassasiya şikayətlərində və əlavədə göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2025-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya i nstansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyas ı məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Vəliyev Nicat Malik oğlunun kassasiya şikayətlərində apellyasiya məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə cinayət təqibini istisna edən halların olmasına baxmayaraq, Məhkum2 və Məhkum1 əsassız olaraq Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirli bilindiklərini, eləcə də Məhkum1 münasibətdə verilmiş kassasiya şikayətinə əlavədə hüquqlarını müdafiə etdiyi şəxsə təyin edilmiş əlavə cəzanın onun ailə vəziyyətinə mənfi təsir göstərdiyini iddia etməklə faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və dəyişdirilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.11, 4 16.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, müdafiəçi Vəliyev Nicat Malik oğlunun kassasiya şikayətlərini (əlavə ilə birlikdə) CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görərək, bu şikayətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2025-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğ u əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasın ın dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyə n edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Müdafiəçi Vəliyev Nicat Malik oğlu tərəfindən verilmiş kassasiya şikayətlərindən görünür ki, o, Məhkum2 və Məhkum1 ittiham olunduqları cinayət əməlini törətmədiklərini, apellyasiya məhkəməsinin yolverilməz sübutlara əsaslandığını, mövcud sübutlara düzgün qiymət vermədiyini iddia etməklə, faktiki olaraq hüquqlarını müdafiə etdiyi şəxslərin əsassız olaraq Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş ittiham hökmünün ləğv edilməsi və cinayət işinə bəraətverici əsas larla xitam verilməsi haqqında tələbini hazırkı iş üzrə apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halların inkar edilməsi və özünün işin faktiki hallarına verdiyi fərqli təsvirlər üzərində qurmuşdur. Bu isə onu göstərir ki, məhkumların müdafiəçisi kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəs inə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-pro sessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumların müdafiəçisinin kassasiya şikayətlərində irəli sürülmüş apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş ittiham hökmünün ləğv edilməsi və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqqında tələbin əsaslılığını yoxlayarkən apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müəllifin ittiham hökmünün mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən hökmün ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz ittiham hökmündə işin həqiqi halları kimi təsvir edilmiş faktiki məlu matlardan, bu faktlardan apellyasiya məhkəməsinin hasil etdiyi hüquqi nəticələrdən çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, apellyasiya məhkəməsində məhkəmə dinləmələri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən Məhkum1 və Məhkum2 prosessual hüquqları gözlənilməklə həyata keçirilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 1 45-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum2 və Məhkum1 Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Apellyasiya instansiya məhkəməsinin hökmündə hazırkı iş üzrə keçən məhkum edilmiş şəxslər Məhkum2 və Məhkum1, zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs, şahidlər Şahid1, X1 ifadələri, "İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” xx/xx-2024 nömrəli akt, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əlavə təkrar komisyon məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2025-cü il tarixli, 1 0/9898 nömrəli rəyi, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 13-13/3-1-058/2023 saylı “Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına cavabdeh şəxslərin təyin edilməsi haqqında” əmri, istintaq hərəkətlərinin protokolları və digər sənədlər ətraflı təsvir edilib, hökmdə müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan dəlillərin yoxlanılması üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından, həm də kassasiya şikayətlərində apellyasiya instansiya məhkəməsinin çıxardığı nəticəni təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətlərinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum2 və Məhkum1 Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirli və cəzalandırılmalı olması haqqında yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Apellyasiya məhkəməsi Məhkum2 və Məhkum1 təyin edilmiş əsas və əlavə cəzaya münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbi t edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən “törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalarda n daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci mad dəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də CPM-in 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müfaviq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır. Qeyd olunan cinayət – hüquqi normaların fonunda kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. B elə ki, Məhkum2 və Məhkum1 Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirli bilindikləri cinayət əməlləri – texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurma Cinayət Məcəlləsinin 15.2ci maddəsində böyük ictimai təhlükə törətməyən cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi məhkumların hər birinə əsas cəza növü kimi 2000 (iki min) manat məbləğində cərimə cəzasını və əlavə cəza növü kimi 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməni təyin etmişdir. Apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş əsas cəza ilə bağlı kollegiya bildirir ki, məhkəmə Məhkum2 və Məhkum1 təqsirli bilindikləri Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə bu maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan ən yüngülünü – cərimə cəzasını təyin etmişdir. Apellyasiya məhkəməsi öz nəticəsini cəzanın təyini məsələsinə təsiri ola biləcək bütün halların məcmusundan, uyğun sübutlardan hasil etmiş, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, törədilmə hallını kifayət qədər nəzərə almış, təqsirkarların şəxsiyyətini düzgün qiymətləndirmiş, o cümlədən məsələni lazımınca araşdırmaqla Məhku m2 və Məhkum1 müsbət xarakterizə olunmalarından çıxış etmiş, düzgün olaraq təqsirli şəxslərin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, vurulmuş zərəri ödəməklə zərərçəkmişlə barışığın əldə olunmasını cəzanı yüngülləşdirən hallar (ağırlaşdıran hallar mövcud deyil) kimi qiymətləndirmişdir. Bununla yanaşı apellyasiya məhkəməsi Məhkum2 və Məhkum1 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-in 162-ci maddəsinin sanksiyasında nəzərdə tutulmayan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq etsə də, həmin cəzanın təyin edilməsinin motivlərini hökmündə əsaslandırmamışdır. Bunla bağlı ilk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsində təsbit olunmuş müəyyən vəzifə tutma v ə ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə - dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-nin 46.2-ci maddəsinə görə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əla və cəza kimi təyin edə bilər. Eyni mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında öz əksini tapmış, belə ki, qərara görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulması, təqsirkara başqa növ əsas cəza təyin olunduğu halda onun barəsində CM-in 46.2-ci maddəsinə müvafiq olaraq əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını istisna etmir. Yalnız şəxsə əsas cəza qismində təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının həm də əlavə cəza qismində təyin edilməsinə yol verilmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 noyabr 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, əlavə cəzalar – müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin, əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinin mənasına görə, Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində əlavə cəza nəzərdə tutulmayan hallarda məhkəmələr tərəfindən qeyd olunan cəza növü təyin edilərkən təqsirkar şəxsin təyin olunmuş cəza vasitəsilə islah olunacağına dair inam CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, təqsirləndirilən şəxsə təyin olunmuş əlavə cəza ədalətli hesab edilə, sosial ədalətin bərpasını təmin edə, cəzanın tənbeh təsirinin gücləndirə, təqsirkara münasibətdə - islahedici, digər şəxslərə münasibətdə isə xəbərdaredici rolunu oynaya bilər. Apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş yekun məhkəmə aktında diqqət etdikdə Məhkum2 və Məhkum1 münasibətdə əlavə cəzanın təyin edilməsini şərtləndirən 3 əsas olmuşdur - cinayət əməlinin xarakteri, ictimai təhlükəliliyi və təqsirkarların şəxsiyyəti. Halbuki yuxarıda qeyd olunduğu kimi Məhkum2 və Məhkum1 Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirli bilindikləri cinayət əməlləri – təqsirin ehtiyatsızlıq formasında törədilən əməldir. Həmçinin Məhkum2 və Məhkum1 tərəfindən törədilmiş cinayət əməli cinayətlərin təsnifatı (CM 15-ci maddə) baxımından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Baxılan işdə Məhkum2 hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi apellyasiya məhkəməsi tərəfindən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, eyni zamanda sonuncunun cəzasını ağırlaşdıran hallar da, müəyyən edilməmişdir. Eyni ilə Məhkum1 münasibətdə - onun hadisənin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallar kimi dəyərləndirilmiş, Məhkum2 olduğu kimi onun da cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Digər tərəfdən öyrənilmiş cinayət işi materiallarınd a müəyyən olunur ki, Məhkum2 və Məhkum1 müsbət xarakterizə olunmaqla ailəli və ali təhsillidirlər, Məhkum2 "xxxx" ASC-nin Tədris Mərkəzində kafedra müdirinin müavini vəzifəsində, X isə "xxxx" ASC-nin Maştağa İdarəsində baş mühəndis vəzifəsində çalışır, hadisə baş verdiyi günədək vəzifələrinin icrası zamanı hər hansı cinayət və ya inzibati xəta əməllərinə yol verməmişlər. Kollegiyanın qənaətinə görə cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkarın şəxsiyyətini səciyyələndirən, həmçinin sadalanmış cəzanı yüngülləşdirən hallar fonunda apellyasiya məhkəməsinin Məhkum2 və Məhkum1 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-in 162-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cərimə cəzasını təyin etməsi və eyni halları formal olaraq sadalayıb daha sonra adı çəkilən şə xslərə Məcəllənin 46-cı maddəsini tətbiq edərək onlara 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasını təyin etməsi özü özlüyündə təzad təşkil edir. Əslində göstərilən bu hal - təqsirkar şəxslər barəsində qeyd olunan əlavə cəza təyin olunarkən məhkəmə tərəfindən həmin cəzanın təyin edilməsinin motivlərinin göstərilməməsinə bununla da, cinayət prosessual qanunvericiliyinin tələblərinin pozulmasına dəlalət edir. Halbuki əlavə cəza növünün təyin edilməməsinin motivlərinin ittiham hökmündə göstərilməsi cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmadığı halda, onun təyin edilməsinin zəruriliyi məhkəmə tərəfindən müzakirə edilməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivləri göstərilməlidir (CPM-i n 353.2.8-ci maddəsi). Digər tərəfdən məhkumlar Məhkum2 və Məhkum1 əməllərinə şamil edilmiş Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə müvafiq maddənin tövsifedici əlamətləri ilə müqayisə etdikdə müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 162.2 və 162.3-cü maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, həmin maddənin birinci hissəsində yəni CM-162.1ci maddəsində sözügedən cəzanın əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi qanunvericilik hətta əmək mühafizəsi qaydalarını pozmanın ağırlaşdırıcı tərkib əlamətlərinin (CM-nin 162.2 və 162.3-cü) törədilməsi zamanı müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilib edilməməsi məsələsinin məhkəmə tərəfindən müzakirə edilməsini zəruri hesab etdiyi halda, eyni maddənin əsas tərkibinə münasibətdə buna lüzum duymamış, bu cəza olmadan da cəzanın məqsədlərinə nail olmanı mümkün görmüşdür. Lakin, apellyasiya məhkəməsi tərəfindən "xxxx" ASC-də işləmiş, vəzifələrinin icrası zamanı hər hansı cinayət və ya inzibati xəta əməllərinə yol verməmiş Məhkum2 və Məhkum1 Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə cərimə cəzası ilə yanaşı əlavə cəzanın təyin edilməsi onu göstərir ki, Məhkum2 və Məhkum1 əlavə cəzanı təyin edərkən məhkəmə kollegiyası işin obyektiv hallarından deyil daha çox özünün müəyyən etdiyi subyektiv baxışlarından çıxış etmişdir. Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2 003-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin tələbləri baxımından məhkəmələr tərəfindən cəzaların təyini və ya digər cinayət hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi, yaxud da təyin olunmuş cəzaların apellyasiya və ya kassasiya qaydasında yüngülləşdirilməsi və ya ağırlaşdırılması (tətbiq olunmuş cinayət hüquqi xarakterli tədbirin dəyişdirilməsi) zamanı maddi hüquq normalarında nəzərdə tutulmuş əsasların, Azərbaycan Respublikası Konstitusiya Məhk əməsi Plenumunun hüquqi mövqeyinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrin nəzərə alınması tələb olunur. Lakin öyrənilmiş cinayət işi materiallarından apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə uzlaşan, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrindən irəli gələn nəticəni müəyyən etmək mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsinin Məhkum2 və Məhkum1 Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təyin etdiyi əlavə cəza Cinayət Məcəlləsinin 58.3, 59-cu maddələrinin tələblərinə cavab verən, ədalət prinsipi ilə (CM, maddə 8 ) uzlaşan cəza kimi qəbul edilə bilməz. Belə olan halda Məhkum2 və Məhkum1 törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, həm də yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, habelə iş üzrə onların cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 və Məhkum1 Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasının təyin edilməsinə dair müddəalar hökmdən xaric edilməli və bu əsasla da apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilməlidir. Qeyd olunan səbəblər üzündən kollegiya baxılan işdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsind ə nəzərdə tutulmuş əsasın mövcudluğu, həmin əsasa görə mübahisələndirilən hökmünün dəyişdirilməli, kassasiya şikayətlərinin (əlavə ilə birlikdə) isə qismən təmin edilməli olması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin və əlavənin təmin edilməsinə dair məhkumlar Məhkum2 və Məhkum1 və onların müdafiəçisinin, habelə kassasiya şikayətlərinin və əlavənin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumların müdafiəçisi Vəliyev Nicat Malik oğlunun kassasiya şikayətləri (əlavə ilə birlikdə) qismən təmin edilməli Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2025-ci il tarixli, 1(103)-910/2025 nömrəli hökmü yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlər ə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisi Vəliyev Nicat Malik oğlu tərəfindən verilmiş kassasiya şikayətləri, həmçinin Məhkum1 münasibətdə müdafiəçi Nicat Vəliyev tərəfindən verilmiş kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2025-ci il tarixli, 1(103)-910/2025 nömrəli hökmü məhkumlar Məhkum2 və Məhkum1 münasibətdə təyin olunmuş əlavə cəza hissəsində dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2025-ci il tarixli, 1(103)-910/2025 nömrəli hökmündən Məhkum2 və Məhkum1 Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə dövlət və yerli özünüi darə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasının təyin edilməsinə dair müddəalar xaric edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1749/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1749/2025
30.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver