Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1767/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 1(103)123/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 8 may 1974-cü ildə Abşeron rayonu Novxanı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, Abşeron rayonunun Novxanı kəndində qeydiyyatda olmaqla yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən cinayətlərin residivi formasında, 2019-cu ilin may ayında şəxsiyyəti istintaqla müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu il ə keçirilərək realizə edilməsi üçün ona göndərilməsi barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun Türkiyə Respublikasında olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş və istintaqa «Bobili» adı ilə məlum olan üzvünün göstərişi ilə cinayətkar qrupun İran İslam Respublikasının Aslandüz şəhərində olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş və istintaqa «Nasir» adı ilə məlum olan digər üzvü istintaqla müəyyən edilməmiş vaxtda və istintaqla müəyyən edilməmiş mənbədən 6 bükümdə, ayrıayrılıqda 44,984 qram, 48,297 qram, 46,951 qram, 38,721 qram, 37,199 qram və 47,754 qram olmaqla ümumilikdə külli miqdarda, 263,906 qram heroin narkotik vasitəsini satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə hərəsində 1 büküm olmaqla 6 ədəd mobil telefonlar üçün nəzərdə tutulan enerji yükləyicinin (adapterin) içərisində şəffaf sellofana qablaşdırıb gizlədərək ona göndərilməsi üçün 8 iyun 2019-cu il tarixdə İran İslam Respublikasından tranzit keçməklə Naxçıvandan Bakıya gələn «X10» markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü, cinayətdən xəbərsiz Azərbaycan Respublikası vətəndaşı X1 təhvil vermiş, Şahid14 öz növbəsində qeyd olunan külli miqdarda heroin narkotik vasitələrinin gizlədildiyi 6 ədəd mobil telefonlar üçün nəzərdə tutulan enerji yükləyicilərini «Nasirdən» 50 manat daşıma haqqı müqabilində qəbul edərək idarə etdiyi nəqliyyat vasitəsilə həmin tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş və beləcə o, həmin gün saat 16 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin «Biləsuvar» gömrük postunda ona göndərilmiş həmin narkotik vasitələrin cinayətdən xəbərsiz Şahid14 vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, qeyd olunan tarixdə həmin narkotik vasitələr gömrük əməkdaşları tərəfindən aşkar edilib götürülmüş, o isə keçirilmiş istintaqəməliyyat tədbirləri nəticəsində 7 avqust 2019-cu il tarixdə tutulmuşdur.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2022-ci il tarixli, 1(101)-104/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətm əkdə təqsirli bilinmiş., ona CM-nin 206.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
4. Həmin hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 1(103)123/2022 nömrəli qərarı ilə məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş. Məhkum Azərbaycan Respublikası CMnin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 1(101)-104/2021 nömrəli hökmü məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilərək Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsinə tövsif edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 il müddə tinə azadlıqdan məhrum etmə cəzaları ilə qismən toplanılaraq onun üzərində qəti olaraq 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır..
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2022-ci il tarixli qərarından məhkum X6 tərəfindən kassasiya şikayəti verilmişdir II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar
7. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsini və yenidən məhkəmə araşdırılması aparılmaqla digər maddələrə tövsif olunmasını xahiş etmişdir.
8. Şikayətə qarşı etiraz daxil olmadı. III. Hüquqi məsələlər
8. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdu dlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
9. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
10. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir fa ktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
11. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
12. Məhkum kassasiya şikayətində əməlinin hüquqi tövsifini mübahisələndirmiş, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və ya xud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
13. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 1(103)-123/22 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissə sinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
17. Məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
18. Belə ki, Məhkum əməlinin tövsifinin dəyişdirilərək mübahisələndirilməsi üzrə onun tərəfindən irəli sürülmüş dəlillər apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə müqayisəli şəkildə tədqiq edərək ədalətli, qanuni və əsaslı qərar qəbul etmişdir.
19. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
20. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılm ası barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
21. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
22. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 20 22-ci il tarixli, 1(103)-123/22 nömrəli dəyişdirilmədən saxlanılmalıdır.
23. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyasİ Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 28 yanvar 2022-ci il tarixli, 1(103)-123/22 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.