Məhkəmə qərarları › İş №1(102)-1786/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1786/2025

24.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1786/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi Məmmədov Səyyad Məhəmməd oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-30/2025 nömrəli, 14 mart 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Səyyad Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxxx xxxx-ci ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, "xxxx" MMC-də satış təmsilçisi işləmiş, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 30 mart 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 26 aprel 2023-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürül müş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum 05 avqust 2022-ci il tarixdə, saat 17 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, “Khazar” markalı, **-KY-*** qeydiyyat nişanlı avtomobil ilə HacıqabulBəhrəmtəpə-Horadiz avtomobil yolunun 130-cu kilometrliyində Beyləqan rayonunun 1-ci Şahsevən kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə əsasən minik avtomobillərini yaşayış məntəqəsindən kənarda 90 km/saat sürətlə hərəkət etdirməyə icazə verilən yolda avtomobili 90 km/saat sürətlə hərəkət etdirməsi şəraitində toqquşma yerinə çatmadan d ayandırmağa texniki imkanı olduğu halda buna əməl etməyib göstərilən yol hərəkəti qaydalarını pozub, avtomobili 120 km/saat sürətdən artıq sürətlə idarə etmiş, həmin vaxt qarşısına əks istiqamətə hərəkətdə olan Şahid1 idarə etdiyi “VAZ 21074” markalı, **-GH-*** qeydiyyat nişanlı avtomobilin qarşısına it çıxdığı üçün sürücünün tormozlama əməliyyatı aparmasından, öz hərəkət zolağında iti vuraraq sürətinin azalmasından sonra həmin avtomobil ilə eyni zolaqda və istiqamətdə arxada hərəkətdə olan “VAZ 21074” markalı, **-NH-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətin təhlükəsizliyi üçün lazımı ara məsafəsi saxlamaması səbəbindən “VAZ 21074” markalı, **-NH-*** qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsinin Şahid1 idarə etdiyi “VAZ 21074” markalı, **-GH-*** dövl ət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə 15-20 dərəcə bucaq altında toqquşması nəticəsində Şahid1 idarə etdiyi “VAZ 21074” markalı, **-GH-*** qeydiyyat nişanlı avtomobil idarəolunmaz vəziyyətə düşərək qarşı sol hərəkət zolağına çıxmış, bu zaman Məhkum 120/km saat süərtədən artıq sürətlə idarə etdiyi “Khazar” markalı, 99-KY166 qeydiyyat nişanlı avtomobilin onun hərəkət zolağına çıxan “VAZ 21074” markalı, **-GH-*** qeydiyyat nişanlı avtomobil ilə toqquşmasının qarşısını almaq üçün 76 metr məsafədə tormoz izi qoymaqla tormozlama aparsa da, (hadisə baş verən yolda icazə verilən 90 km/saat sürətlə idarə etsəydi, 41,7 metr məsafədə avtomobili toqquşma nöqtəsinə çatmadan dayandıra bilərdi) Şahid1 idarə etdiyi avtomobilin qabaq sağ tin hissəsi ilə onun idarə etdiyi “Khazar” markalı, * *-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi 50-60 dərəcə bucaq altında toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Şahid1 idarə etdiyi avtomobilin qabaq oturacağında sərnişin qismində əyləşmiş Beyləqan rayonu, Aşqallar kənd sakini X2 gicgah sümüyünün təpə sümüyünə və kəllə əsası sümüyünə keçən yerini dəyişmiş qəlpəli sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasına, qişaaltına və baş beyin toxumasına qansızma, kəllə əsası sümüyünün yerini dəyişməyən sınığı, təpə nahiyəsində sağda dərialtı hematoma və sıyrıq, sağ gicgah nahiyəsində yara, sifətin sağ yarısında, sol budun orta üçdə birininin ön-iç səthində, sağ orta qoltuq xətti boyunca sağ qalça tini proyeksiyasında qançırlar, sağ baldırın yuxarı üçdə birinin ön səthində, sol baldırın yuxarı üçdə birinin ön səthində, sol çiyin qurşağının ön səthində, döş sümüyünün cismi prokyeksiyasında yuxarı üçdə birində sıyrıqlar xarakterli dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malik xəsarətlər alaraq 05 avqust 2022-ci il tarixdə hadisə yerindən xəstəxanaya aparılarkən ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-24/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 03 iyun 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Məmmədov Səyyad Məhəmməd oğlu apellyasiya şikayəti verib, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

8. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün Təqsirləndirilən şəxs aid hissədə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə əlavə cəza təyin edilməklə, eləcə də təqsirli bilindiy i Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə məhkəmə tərəfindən təyin edilmiş əlavə cəza ilə Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təyin ediləcək əlavə cəzanı qismən toplamaq yolu ilə qəti əlavə cəza təyin edilməklə cinayət qanununun norması düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir.

9. Hökmdən həmçinin Təqsirləndirilən şəxs müdafiəçisi X1 apellyasiya şikayəti verib, təqsirliliyi sübuta yetmədiyindən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-30/2025 nömrəli, 14 mart 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti və apelyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-24/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli hökmünün Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 397.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təyin edilmiş əsas cəzanın 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası həddinədək azaldılması, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, hökm digər məhkum Təqsirləndirilən şəxs aid hissədə cəza təyini hissəsində dəyişdirilmiş, qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Məmmədov Səyyad Məhəmməd oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

12. Müdafiəçi kassasiya şikayətində apelyasiya şikayətində göstərilə nlərlə eyni dəlilləri irəli sürərək, sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyini, əməlində cinayət tərkibi olmadığı və təqsirliliyi sübuta yetirilmədiyi halda Məhkum barəsində əsassız olaraq ittiham hökmünün çıxarıldığını iddia edib, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)30/2025 nömrəli, 14 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi və məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instan siyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hall ara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibi olmadığı, eyni zamanda təqsirliliyinin sübuta yetirilmədiyi iddia edilmiş, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qə rarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir.

19. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-30/2025 nömrəli, 14 mart 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədi lməsi cinayət məsuliyyəti yaradır.

21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün töv sif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haq qında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

24. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası Məhkum əməlində cinayət tərkibi olmadığı, təqsirliliyinin sübuta yetirilmədiyinə dair müdafiəçisinin dəlillərini əsassız hesab edir.

25. Belə ki, Məhkumun müdafiəçisinin və digər proses iştirakçılarının birinci instansiya məhkəməsinin hökmündən verdikləri apellyasiya müraciətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi qismən məhkəmə istintaqı keçirilməklə qəbul etdiyi hazırda mübahisəsi edilən qərar ında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrıayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri hər iki məhkum edilmiş şəxsin ifadələrində göstərdikləri xüsusatlar, şahidlərin məhkəməyədək və məhkəmə qarşısında verdikləri ifadələri, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokol, baxış protokolları, digər istintaq və məhkəmə hərəkəti protokolları, ekspertiza rəyləri və cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdi r.

26. Birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüyünü yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin müvafiq maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eləcə də onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmiş dir.

27. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

28. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

29. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

30. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçi si Məmmədov Səyyad Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-30/2025 nömrəli, 14 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun müdafiəçisi Məmmədov Səyyad Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-30/2025 nömrəli, 14 mart 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar