Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1787/2025 09.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi – X8, Nümayəndə – “Qanunçuluq” Vəkil Bürosunun vəkilinin, Məhkumun, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkilinin iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2. 2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli hökmündən Məhkum və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2024-cü il tarixli 1(099)296/2024 nömrəli (hakimlər: Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxx 1972-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, "xxxx" QSC-nin Şirvan şəhər dəmir yolu xəttində elektrik işləyən, xxx-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, ona 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 4 sentyabr 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən dövlət ittihamçısı Şabanov Valeh İxtiyar oğlu tərəfindən verilmiş apellyasiya protestinə, zərərçəkmiş şəxsin hüquqi varisi X16 və nümayəndəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kolleg iyasının (hakimlər: Həşimov Yaşar Xanoğlan oğlu (sədrlik edən), Əliyev Elşad İbiş oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət məhkəmə tərkibində) 15 yanvar 2025-ci il tarixli 1(106)-55/2025 nömrəli hökmü ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2024-cü il tarixli hökmü apellyasiya protesti və apellyasiya şikayətlərinə əsasən ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 4 sentyabr 2023-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin həmin hökmündən Məhkum və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, 2019-cu ildə ünvan 1 ünvanında, X1 olduğu “Anar” mağazasının sağ tərəfində yerləşən, dövlət mülkiyyətində olan, 188 kvadrat metr ölçüdə, çökəklik, tullantılarla çirkləndirilmiş torpaq sahəsini istifadə etmək məqsədi ilə torla hasarlayıb, avtomobilə müəyyən miqdarda torpaq daşıtdırıb tökdürərək düzəltməklə, həmin sahəyə ağaclar əkərək becərməklə yararlı vəziyyətə gətirmiş, lakin «Anar» mağazanın sahibkarı X13 həmin torpaq sahəsinin mağazasının yanında yerləşməklə ona aid olduğunu bildirməklə Məhkum torpaq sahə sindən istifadə etməsinə maneçilik törətmiş, belə olduqda Məhkum sahibkar X-dən həmin torpaq sahəsinin abadlaşdırılmasına xərcləmiş olduğu 2.000 manat, daha sonra isə 4.000 manat pulu ödəməsi şərtini irəli sürmüş, lakin X23 İslamova heç bir məbləğdə pul ödəməməklə yanaşı onun torpaq sahəsindən istifadə etməsinə maneçilik törətmiş, torpaq sahəsini öz adına rəsmiləşdirmək istəmiş və Məhkum onun mağazasının yanında yerləşən torpaq sahəsini qanunsuz olaraq zəbt etməsi barədə aidiyyəti dövlət orqanlarına müxtəlif vaxtlarda şikayət etmiş, aralarında bu qaydada münaqişə bir neçə il ərzində uzun müddət davam etmiş, nəticədə Məhkum X-i aralarında yaranmış şəxsi münasibətlər zəmnində öldürmək qərarına gəlmiş, bu məqsədlə 4 sentyabr 2023-cü il tarixdə günün ikinci yarısında evində 300 qram spirtli iç ki qəbul etdikdən sonra evindən mətbəx bıçağını polietilen torbada cibinə qoyub saat 19 radələrində X1 olduğu “Anar” mağazasına gələrək mağazaya daxil olduqdan sonra bıçağı çıxararaq həmin vaxt kassa arxasında olan X-in sol boyun nahiyəsinə bir bıçaq zərbəsi vuraraq boyunun sol yan səthinə deşilmiş-kəsilmiş yara, bir neçə qan damarlarının travmasından ibarət, kəskin, massiv qanitirmə ilə müşayiət olunan, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə onu qəsdən həyatdan məhrum edərək öldürmüşdür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilmişdir. Belə ki, təqsirləndirilən şəxsə cinayət hadisəsi ilə bağlı onun hərəkətlərinə obyektiv hüquqi qiymət verilməmiş, əldə edilmiş sübutlar düzgün qiymətləndirilməmiş və bununla da əsassızlığa yol verilmişdir. İş materiallarında Məhkum ona istinad edilən əməli törətməsi barədə heç bir mötəbər sübut mövcud deyildir. Bu səbəbdən də cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin düzgün olmayan nəticəyə əsaslanan məhkəmənin qərarının qanunsuz hesab edilməsi və qərarın kasassiya qaydasında ləğv edilməsi üçün əsaslar yaranmışdır. Cinayət işinin məhkəmə istintaqı zamanı işin bir sıra faktiki əsasları obyektiv araşdırmamış və nəticədə həmin əsaslar məhkəmə istintaqının obyektiv araşdırmasından kənarda qalaraq təqsirləndirilən şəxsin hərəkətlərinə obyekti v hüquqi qiymət verilməmişdir. Həmçinin, Məhkum əməli CM-in 120.1-ci maddəsinə tövsif edildikdən sonra həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməlidir. Belə ki, Məhkum barəsində cəza təyin edərkən CM-in 8.1, 9,41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməllərinin xarakteri, ictimai təhlükəllik dərəcəsi və törədilməsi hallarını, könüllü gəlib təqsirini boyununa alması (CM-in 59.1.10cu maddəsi), himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması, qardaşının şəhid olmasını (Cinayət Məcəlləsinin 59.2-ci maddəsi) cəzanı yüngülləşdirən hallar kimi, cəzanı ağırlaşdıran halı kimi cinayəti odlu silahdan istifadə etməklə törədilməsi (CM-in 61.1.10-cu maddəsi), təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəra itinə təsirini nəzərə alınır. Odur ki, göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 15 yanvar 2025ci il tarixli hökmünün ləğv edərək, Məhkum CM-in 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsi və qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum kassasiya şikayəti ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli hökmünün ləğv edilərək, əməlinin CM-in 120.2.2ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsi barədə qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi və Məhkum çıxış edərək, kassasiya şikayətlərini müdafiə etdiyini bildirib, verilmiş şikayətlərin təmin edilməsini xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində Nümayəndə2 çıxış edərək, əməlin düzgün tövsif olunduğunu, məhkuma ədalətli cəza verildiyini bildirib, verilmiş kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi X16 çıxış edərək, verilmiş kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanıl masını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. M əhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiə tərəfindən verilmiş kassasiya şikayətlərində apellyasiya məhkəməsi tərəfindən məhkumun barəsində qanunsuz və ədalətsiz hökm qəbul edildiyi, əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 120.2.2-ci maddəsi ilə tövsif edildiyi, o cümlədən barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən hökmün ləğv edilməsini və y a dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzər də tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyy ən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin fak tiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düz gün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Kassa siya məhkəmə kollegiyası fikri davam etdirərək qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, m əhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbayc an Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb eyni məzmunlu kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarında göstərilmişdir ki, CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121-123 və 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmad an, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən mün aqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyekti v cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İcti mai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə kollegiyası izah edir ki, qeyd edilən əməl üzrə cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə h ədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Xuliqanlıq niyyətinin mahiyyəti ilə bağlı məhkəmə tərkibi izah edir ki, xuliqanlıq niyyəti ilə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laq eyidlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, eləcə də əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığından, qəddarlığından, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobut hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq niyyəti ilə qəsədən adam öldürmə kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissəsinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Digər motivlər xuliqanlıq niyyəti ilə qəsədən adam öldürmə əməlinin tərkib hissəsi kimi çıxış edirsə, bu zəmində törədilən qəsədən adam öldürmə cinayət əməli kimi tövsif edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın cinayət əməlini törətməmişdən əvvəlki, cinayət əməlini törədən zaman və cinayəti törətdikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. Qeyd olunanlara əsasən, müdafiə tərəfindən verilmiş kasasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayətini törətməsi apellyasiya instansiyası məhkəməsində tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətlərində qeyd edilmiş, qəsdən adam öldürmə cinayətini xuliqanlıq niyyəti ilə törədilməsini təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Belə ki, Məhkum ona CM-in 120.2.2-ci maddəsi ilə ona elan edilmiş it tiham üzrə verdiyi izahat və ifadələri, şahid qismində dindirilmiş Şahid1, Şahid3, Şahid4 və Şahid2 ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında 4 sentyabr 2023-cü il tarixli protokol, 4 sentyabr 2023-cü il tarixli protokol, 4 sentyabr 2023-cü il tarixli tibbi müayinə aktı, 5 avqust 2023-cü il tarixli protokol, maddi sübutların məhkəmə-tibbi bioloji ekspertizasının 27 sentyabr 2023-cü il tarixli 620/2023-MTBŞ nömrəli rəyi, Məhkəmə-tibbi ekspertizasının 3 oktyabr 2023-cü il tarixli 32 nömrəli rəyi və işdə olan digər istintaq hərəkətlərinə dair protokollar və sənədlər apellyasiya instansiyası məhkəməsində Məhkum əməlinin CM-in 120.2.2-ci maddəsi ilə düzgün tövsif olunduğuna şübhə doğurmur. Belə ki, Məhkum birinci instansiya məhkəməsində vermiş olduğu ifadədə bildirmişdir ki, X ümumiyy ətlə ona saymazyana yanaşaraq sualına cavab verməmişdir. Xin söyüş söydüyünü fikirləşmişdir. Aralarında mübahisə yaranmış, X ondan mağazadan çıxmasını tələb etmişdir. X-lə əlbəyaxa olmuşlar. Bu zaman X-ə bıçaq atmış və onun sifətində qan görmüşdür. Bundan sonra mağazadan çıxaraq getmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 120.2.2-ci maddəsi ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar apellyasiya instansiyası məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası bütün sübutları təkrarən sadalamağa zərurət görmür Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərb aycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keç irərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəmə kollegiyaları haqlı olaraq şahid qismində dindirilmiş şəxslərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin is ə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətinin yüngülləşdirilməsi məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Odur ki, cinayət işinin materiallarını, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, ibtidai istintaq hərəkətlərinə dair protokollarını kassasiya şikayətlərinin dəlilləri ilə müqayisəli təhlil edən kassasiya məhkəmə kollegiyası, Məhkum X10 aralarında yaranmış şəxsi münasibətlər zəmnində öldürmək qərarına gəlməsi, bu məqsədlə spirtli içki qəbul etdikdən sonra evindən mətbəx bıçağını cibinə qoyub X7 mağazasına gələrək mağazaya daxil olduqdan sonra sonuncunun ona saymazyana cavab verməməsini əsassız yerə bəhanə edərək bıçağı çıxararıb həmin vaxt kassa arxasında olan X-ə bir bıçaq zərbəsi vuraraq onu qəsdən həyatdan məhrum edərək qəsdən xuliqanlıq niyyəti ilə öldürməsi, daha sonradan heç nə olmamış kimi mağazadan əlində pivə içərək çıxıb getməsi barədə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticə ilə razılaşır. Məhkum ona apellyasiya instansiyası məhkəməsinin hökmü ilə istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətlərində iddia olunanın əksinə olaraq məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya baxışı zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materia llarla təkzib olunması haqqında nəticəyə gələrək ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamın sübuta yetirilməsi ilə bağlı nəticəyə gəlinmişdir. Müdafiə tərəfi kassasiya şikayətlərində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərba ycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 120.2.2-ci maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza məsələsinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törə dilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (cinayət əməlini törətdikdən sonra könüllü gəlib təqsirini boynuna alması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçinin cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutu lar əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda ve rilmiş kassasiya şikayətləri təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli hökmü kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1787/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1787/2025
09.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver