Məhkəmə qərarları › İş №1(102)-1788/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1788/2024

15.10.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1788/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 1(107)-160/2024 nömrəli qərarından dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Mü əyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 1(091)-183/2023 saylı hökmü ilə (hakimlər: X7 (sədrlik edən), B.M.Məmmədov və T.Q.Əfəndizadə) xx xxx 1989-cu ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı Mirzəyev Tofiq Mais oğlu tərəfindən apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 1(107)-160/2024 qərarı ilə (hakimlər: X.H.Səmədov (sədrlik edən), A.M.Eyvazov və X.H.Şükürov) verilmiş apellyasiya protesti təmin edi lməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 1(091)-183/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti vermişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum CM-in 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkoti k vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” İ Siyahısına əsasən külli miqdar hesab edilən 3,394 qram çəkidə narkotik vasitə olan heroin əldə edib satış məqsədi olmadan həmin narkotik vasitəni 01 ədəd sellofan bükümdə qablaşdırıb üzərində daşıyaraq saxlamış, 01 fevral 2023-cü il tarixdə saat 18 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhəri ərazisində saxlanılıb Göyçay Rayon Polis Şöbəsinə gətirilərək həmin tarixdə saat 18:10-da şöbənin növbətçi hissəsində üzərində şəxsi axtarış aparılarkən əynində olan pencəyin ön sağ cibindən 01 ədəd həmin sellofan bükümdə qablaşdırılmış külli miqdar hesab edilən, ümumi təmiz çəkisi 3,394 qram narkotik maddə heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi Məhkum tərəfindən yuxarıda təsvir edilən külli miqdarda narkotik vasitənin satış məqsədi olmadan qanunsuz olaraq əldə edilməsinin, üzərində saxlamaqla daşınmasının sübuta yetirilməməsi barədə nəticəyə gəlib, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət vermiş, həmin nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrlə, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və sair sənədlərlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli üzrə təqsirliliyi kifayət qədər sübut olunduğu halda, məhkəmələr sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə müstəsna olaraq Məhkum özünümüdafiə xarakterli ifadəsi əsasında təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib ona bəraət vermişdir. Dövlət ittihamçısı A.M.Abdullayev kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciət lərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Pro sessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndiril ən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsb it olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayətprosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübut a yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçir ilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, möt əbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət - Prosessual Qanunun 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onu n tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin. Kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, birinci və apellyasiya instansiyasında məhkəmə baxışının, çıxarılmış bəraət hökmünün bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə baxışları qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, məhkəmə tərəfindən cinayət prosesi tərəflərinin təqdim etdikləri hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Xüsusi ilə nəzərə alınmalıdır ki, ittiham tərəfinin Məhkum Cinayət Məcəlləsinin 234.11-ci maddə si ilə bəraətin verilməsinin mübahisələndirilməsi üzrə dəlilləri (hazırkı kassasiya protesti ilə eyni olan) onun barəsində (bəraət almış şəxsin vəziyyətinin pisləşməsinə münasibətdə) verilmiş apellyasiya protestinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən bəraət almış şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edil miş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum 3,394 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroinin satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, üzərində saxlamaqla daşınması sübuta yetirilməməsi əsası ilə ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verməsi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, ittiham tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhk əməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protesti ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya məhkəməsinin təqdim olunmuş sübutların Məhkum ona istinad edilən Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi cinayət əməlini törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi, beləliklə Məhkum təqsirliliyinin sübuta yetirilməsi haqqında nəticəyə gəlməsi yuxarıda qeyd edilən CPM-in prinsip və normalarının, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir, kollegiya isə apellyasiy a məhkəməsinin gəldiyi bu nəticələrlə razılaşır. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə gör ə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il). Məhkəmə kollegiyası Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyindən çıxış edərək belə qənaətə gəlir ki, apellyasiya protesti ilə eynilik təşkil edən kassasiya protestində göstərilən dəlillərə apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edili b ittiham tərəfinin iddiaları ilə müqayisə edilməklə tam, hərtərəfli və obyektiv qiymət verildiyindən, kassasiya protestində apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, hazırkı kassasiya müraciətində irəli sürülmüş dəlilərə geniş şərh vermədən, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşaraq onların təsdiqi ilə kifayətlənmək mümkündür. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təm in olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı X2 çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 1(107)-160/2024 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində olan Şəki Apellyasiy a Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 1(107)-160/2024 nömrəli qərarı verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar