Məhkəmə qərarları › İş №1(102)-1789/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1789/2025

31.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1789/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin 1(062)-93/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli hökmü ilə Məhkum1, Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər. Tovuz Rayon Məhkəməsinin 1(062) -93/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatətlərin təmin edilməməsinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-215/2025 nömrəli, 17 mart 2025-ci il tarixli ilkin baxış qərarından məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Tovuz Rayon Məhkəməsinin 1(062)-93/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli hökmü ilə (hakim X5 (sədrlik edən və məruzəçi) xx.xx.1994-cü ildə Tovuz rayonu Qovlar olmuş, AzərbaycanRespublikası vətəndaşı, orta təhsilli, işsiz,subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum1 xx.xx.1993-cü ildə Tovuz rayonu Qovlar qəsəbəsin də anadan olmuş, Azərbaycan Respublikası orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, Məhkum2 xx.xx.1991-ci ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Məhkum1 1 (bir) il 8 (səkkiz) ay müddətə, Məhkum2 və Məhkum3 isə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər. Məhkumlar Tovuz Rayon Məhkəməsinin 1(062)-93/2024 nömrəli, 17 sentyabr 2024cü il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəs atətlə məhkəməyə müraciət etmişlər. Tovuz Rayon Məhkəməsinin 1(062)-93/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qərarı ilə Məhkum1, Məhkum2 və Məhkum3 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatətləri əsassız olduğundan təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-215/2025 nömrəli, 17 mart 2025-ci il tarixli ilkin baxış qərarı ilə (hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə) məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin 1(062)-93/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 1(104)-215/2025 nömrəli, 17 mart 2025-ci il tarixli ilkin baxış qərarından məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 kassasiya şikayətləri vermişlər. Onlar, kassasiya şikayətlərində hüquqi savadlarınının olmadığını və bu səbəbdən apellyasiya şikayəti vermə müddətini ötürdüklərini bildirimişlər. Kassatorlar qeyd olunan halın nəzərə alınmasını, kassasiya şikayətlərinin təmin olunmasını və apellyasiya məhkəməsinin müvafiq qərarının ləğv edilərək apellyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən buraxılmasına dair vəsatətlərin təmin edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakıla ra əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir və həmçinin kassasiya şikayətində də apellyasiya şikayəti vermək üçün müddətin bərpa olun masına əsas ola biləcək bir dəlil yoxdur. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Belə ki, iş materiallarından görünür ki, Tovuz Rayon Məhkəməsinin 1(062)-93/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli hökmündən məhkumlar 28 noyabr 2024-cü ildə apellyasiya şikayətləri vermişlər. Bununla da onlar, qanunla müəyyən edilmiş qaydada apellyasiya şikayəti vermə hüququnu 1 (bir) ay 14 ( on dörd) gün müddətə ötürmüşlər. Göründüyü kimi, apellyasiya şikayəti verilmə müddətindən üzrsüz səbəbdən 1 (bir) ay 22 (iyirmi iki) gün müddət keçmiş və məhkumları bu müddət ərzində apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş ma terialları ilə müəyyən olunmamışdır. Apellyasiya şikayəti verilməsi müddəti bitəndən 1 (bir) ay 22 (iyirmi iki) gündən çox zaman keçdikdən sonra, yəni 28 noyabr 2024-cü il tarixdə məhkumlar tərəfindən Tovuz Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 1(062)-93/2024 nömrəli qərarından apellyasiya şikayətləri, eləcə də apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatət vermişlər. Apellyasiya məhkəməsi müddətin bərpasına dair məsələyə baxarkən qeyd etmişdir ki, məhkumlar apellyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzrlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişlər. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3, yəni hökmün elan olunduğu andan 20 gün müddətində məhkumların apellyasiya şikayəti verə bilməməsini və bunun üzrlü səbəbdən baş verməsini təsdiq edən hər hansı bir sübutu vəsatətə əlavə etməmişlər, nə də ki, məhkəmələrə təqdim etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də kassasiya şikayətləri təmin edilməməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinə münasibətdə bildirir ki, c inayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci mad dəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 1(062)-93/2024-cü il tarixli hökmündən, Tovuz Rayon Məhkəməsinin 1(062)-93/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qərarı ilə, apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatətlərin təmin edilməməsinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-215/2025 nömrəli, 17 mart 2025-ci il tarixli qərarı məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar