Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1790/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, məhkumun Müdafiəçi2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-232/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1964-cü il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi sahibkarlıqla məşğul olan, Daşkəsən rayonu Bayan kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 02 dekabr 2022-ci il tarixli ittiham aktı ilə Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür ona görə ki, o, xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla X3 qəsdən öldürmüş yəni, qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, gəlini X2 mütəmadi olaraq anasına məxsus İmişli rayonu, Aranlı kəndində yerləşən yaşayış evinə gedə rək anası və bacısı ilə birlikdə bir müddət yaşamaqla əri Şahid2 yalanlar danışaraq xəyanət etməsindən əsassız şübhələnib yaşadığı kənd sakinlərinin arasında utanc hissi keçirdiyini bəhanə gətirərək heç bir səbəb olmadan sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürməklə həyatdan məhrum etmək qərarına gələrək həmin niyyətini gerçəkləşdirmək üçün 19 avqust 2022ci il tarixdə oğlu Şahid2 və gəlini Nəzakət Həsənovanı Bakı şəhərindən yaşadığı Daşkəsən rayonu Bayan kəndində gətizdirmiş, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində özünə məxsus Daşkəsən rayonu, Bayan kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında Nəzakət Həsənovanın mütəmadi olaraq anasına məxsus yaşayış evinə getməsini bəhanə edərək sonuncunun əxlaqsızlıq edərək oğlu Şahid2 xəyanət etməsindən şübhələndiyini və Nəzakət Həs ənovaya əsassız olaraq anası və bacısı ilə əlaqələrini kəsməsini bildirmiş, sonuncunun ailə işlərinə qarışmaması barədə haqlı iradından sonra ictimai qaydalara və cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə öz şəxsiyyətini Nəzakət Həsənovanın şəxsiyyətinin fövqündə qoyub üstünlüyünü nümayiş etdirmək məqsədilə heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıjq niyyəti ilə Nəzakət Həsənovanı qəsdən öldürmək qərarına gələrək həmin evin yataq otağındakı masanın üzərindən götürdüyü bir ədəd soyuq silah hesab edilməyən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə əvvəlcə sonuncunun boğazını kəsməyə cəhd edib Nəzakət Həsənovaya sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəc əsi təyin olunqıayap boyunun səthi yarası və alt çənənin qançırı xəsarətini yetirmiş, bıçağın sonuncunun boğazını kəsmədiyini gördükdən sonra onu qəsdən öldürmək niyyətini başa çatdırmaq üçün həmih vaxt sonuncunun qışqırıq səslərinə otağa daxil olmuş Nəzakət Həsənovanın yaxını, yetkinlik yaşına çatmayan Şahid4 gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, işgəncə və xüsusi ağrılar verdiyini dərk etməklə, yəni xüsusi amansızlıqla 10 ədəd bıçaq zərbələri vuraraq ona sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsinin, sol bazunun və sağ saidin yaraları, dərəcəsinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid, boyunun, döş qəfəsinin, bel və kürəyaltı nahiyyələrinin, traxeyanın, qara ciyərin və mədəaltı vəzin hər biri həyati olan, daxilə keçən və traxeyanın, qara ciyərin və mədaltı vəzin yaralanması ilə müşayət olunan, daxili və xarici qanaxma ilə nəticələnərək ölümünə səbəb olan xəsarətlər yetirib onu xuliqanlıq niyyətilə və xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. 3. 13 dekabr 2022-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 22 avqust 2022-ci il tarixdə, saat 10 radələrində özünə məxsus Daşkəsən rayonu, Bayan kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında gəlini X2 mütəmadi olaraq anasının yaşadığı İmişli rayonu, Aranlı kəndində yerləş ən evə gedərək anası və bacısı ilə birlikdə bir müddət yaşamasını, sonuncuya anasına məxsus evə getməsini irad bildirdiyi üçün aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Nəzakət Həsənovanın onu təhqir edərək söyüş söyməsindən əsəbiləşərək masanın üzərindən götürdüyü bir ədəd soyuq silah hesab edilməyən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə əvvəlcə sonuncunun boğazını kəsməyə cəhd edib Nəzakət Həsənovaya sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmayan boyunun səthi yarası və alt çənənin qançırı xəsarətini yetirmiş, bıçağın sonuncunun boğazını kəsmədiyini gördükdən sonra onu qəsdən öldürmək niyyətini başa çatdırmaq üçün həmin vaxt sonuncunun qışqırıq səslər inə otağa daxil olmuş yetkinlik yaşına çatmayan nəvəsi Şahid4 gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, işgəncə və xüsusi ağrılar verdiyini dərk etməklə, yəni xüsusi amansızlıqla 10 ədəd bıçaq zərbəsi vuraraq ona sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsinin, sol bazunun və sağ saidin yaraları, dərəcəsinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid, boyunun, döş qəfəsinin, bel və kürəyaltı nahiyələrinin, traxeyanın, qara ciyərin və mədəaltı vəzin hər biri həyati olan, daxilə keçən və traxeyanın, qara ciyərin və mədəaltı vəzin yaralanması ilə müşayiət olunan, daxili və xarici qanaxma ilə nəticələnərək ölümünə səbəb olan xəsarətlər yetirib onu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir.
5. Gəncə Ağ ır Cinayətlər Məhkəməsinin 1(100)-146/2023 nömrəli,18 yanvar 2023cü il tarixli hökmü ilə Məhkum оğlunun Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 16 (on altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 avqust 2022-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə digər məsələlər də həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək, hökmün ləğv edilməsini və Məhkum CM-nin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində daha ciddi cəza təyin olunması barədə yeni ittiham hökmün ün çıxarılmasını xahiş etmişdir. Kassasiya protesti belə əsaslandırmışdır ki, ilkin ibtidai istintaq zamanı Məhkum verdiyi bütün ifadələrində göstərmişdir ki, gəlini Nəzakət Həsənovanın bacısı Təhminənin bir neçə dəfə ərə getməklə normal əxlaqda olmamış, N.Həsənovanın da tez-tez ərinin razılığı olmadan anası və bacısı gilə gedib onlarda qalması, Təhminəyə görə onun da ərinə xəyanət edə biləcəyi səbəbindən əsəbiləşib N.Həsənovanı qəsdən öldürmüşdür (Məhkum ifadələri). Hətta əri olduğu halda Məhkum qaynatma kimi Nəzakət Həsənovanın anası gilə getməyinə görə sonuncunu öldürməsi özü-özlüyündə xuliqanlıq niyyətini ehtiva edir. Məhkum özünü oğlunun ailəsində olan məsələlərlə bağlı digər ailə üzvlərinin fövqündə qoyması, ona birbaşa aidiyyəti olmayan mübahisəyə görə cüzi səbəbi bəhanə edərək gəli nini öldürməsindən ibarət xarakteri həmçinin onun barəsində yaşayış yeri üzrə verilmiş xasiyyətnamə ilə də təsdiq edilir. Bundan başqa, məhkəmənin gəldiyi qənaət digər hər hansı bir sübutla təsdiq edilmir. Məhkum ibtidai istintaq zamanı bir neçə dəfə verdiyi ifadəsində cinayətin motivi ilə bağlı başqa xüsusatlar göstərməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmçinin, məhkəmə həmin ifadələri hökmündə qeyd etməklə onun sonuncu ifadəsi ilə qarşılıqlı təhlilini aparmamış, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini nəyə görə əsas ifadə kimi qəbul etməsini, əvvəlki ifadələrinin hansı sübutlarla təkzib edilməsini hökmündə göstərməmiş, bir sübutun qəbul, digərinin rədd edilməsinin səbəbini əsaslandırmamış, özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstə rən sübutları nəzərə almamışdır.
7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-232/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)146/2023 nömrəli,18 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
9. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş, bunun nəticəsi olaraq törədilən cinayətin tövsifində səhvə yol verilmişdir. Dövlət ittihamçısı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-232/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq e dilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq etmədiyini və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verdiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.1 5ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-232/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
17. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilm əsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
18. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmeti nı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
19. Bu baxımdan məhkəmə kollegiyası nəzərə alır ki, kassasiya protestində istinad edilən hallar dövlət ittihamçısının əvvəllər apellyasiya instansiyası məhkəməsi qarşında qaldırdığı dəlillərlə eynilik təşkil edir, həmin dəlillərə hər iki aşağı instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarlarda müvafiq cinayət qanunvericiliyi normalarına və məhkəmə təcrübəsini tənzimləyən Azərbaycan Respublikası Konstitusiya və Ali Məhkəməsi Plenumlarının qərarlarına istinad edi lməklə artıq ətraflı, dolğun, qanuni və əsaslı cavablandırma verilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticə işin obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə, formalaşmış məhkəmə təcrübəsinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə aşağı instansiya məhkəmələrinin gəldiyi yekun nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini şübhə altına almaq üçün əsas görmür.
21. Kassasiya protestinin müəllifi apellyasiya instansiyası məhkəməsinin q ərarında gəlinən və hazırda mübahisələndirilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı da kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir.
22. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
23. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-23 2/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-232/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.