Məhkəmə qərarları › İş №1(102)-1798/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1798/2025

23.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1798/2025 23.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5, onun nümayəndəsi Nümayəndə və bəraət almış şəxs X2 iştirakları ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1 aprel 2025-ci il tarixli hökmü ilə X6 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmaması ə sası ilə bəraət verilməsinə dair xüsusi ittiham qaydasında şikayətə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2025-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş X5 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1 aprel 2025-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Axundov Fuad Aydın oğlu) X6, 13 yanvar 1966-cı il tarixdə Salyan rayonunun Xalac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, dul qadın, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, İlqar Abbasov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan, əməlində CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutu lmuş cinayətin tərkib əlamətlərinin olmaması əsası ilə bəraət verilmişdir. İşin halları: 26 fevral 2025-ci il tarixdə X10 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X2 CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini və həmin maddə əsasında cəzalandırılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsində 2(011)-333/2025 nömrəli mülki işə baxılarkən 31 yanvar 2025-ci il tarixdə məhkəmə tərəfindən mübahisəli tikililərin olduğu ünvanda - ünvan 3n zaman həmin ünvanda lövhənin quraşdırlımasının səbəbi barədə sədrlik edən hakimin sualına cavab olaraq X2 onun - X5nın əri X11 göstərərək sonuncunun arvadının, yəni xüsusi itiham qaydasında şikayət vermiş şəxsin evə kişilər gətirməsini bildirmiş, bu ifadələri isə o, hakimlə yanaşı məhkəmə iclas katibinin, baxışda iştirak etmiş özünün vəkili Şərifov Vaqif İskəndər oğlunun, X11in, sonuncunun vəkili Nümayəndə, baldızı X3, ərinin əmisi X7 və digər şəxslərin - ümumilikdə təxminən 10 nəfərin yanında ucadan işlətmiş, bununla da ona bilərəkdən böhtan atmışdır. Eyni zamanda, X2nin ona böhtan atmaqda, onun şərəf və ləyaqətini alçaltmaqda və cəmiyyət arasında nüfuzdan salmağa cəhd göstərməkdə məqsədi ondan qisas almaq olmuş, çünki bundan əvvəl əri X11 X2nin və qızlarının faktiki olaraq yuxarıda göstərilən ünvanda yerləşən evdə yaşamadıqlarına görə onların həmin evdən çıxarılmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən aparılmış məhkəmə araşdırmaları nəticəsində X2nin əməlində CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması müəyyən edilmədiyindən sonuncunun haqqında yuxarıda göstərilən 1 aprel 2025-ci il tarixli bəraət hökmü çıxarılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1 aprel 2025-ci il tarixli hökmündən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 apellyasiya şikayəti verərək həmin hökmün ləğv edilməsini və X2nin CM-in 147.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: İbrahimov Zamin Vəliyəddin oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə) 13 may 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2025-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və xüsusi ittiham qaydasında şikayət üzrə cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstiusiyanın) 24, 25, 26 və 46-cı maddələrinə, CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair”, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Re spublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh ədilməsinə dair” və "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il tarixli, 17 mart 2011-ci il tarixli və 02 aprel 2012-ci il tarixli Qərarlarına, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” və "Məhkəmə hökmü haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq 21 fevral 2014-cü il tarixli və 24 dekabr 2021-ci il tarixli Qərarlarına, əsasən də xüsusi ittiham qaydasında verdiyi şikayətində göstərilən hallara istinad edən X5 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Xətai Rayon Məhkəməsinin i craatında olan mülki işə baxılması ilə əlaqədar məhkəmə tərəfindən yerə baxış keçirilərkən X2 çoxsaylı şəxslərin yanında hakimin sualına cavab olaraq onun evə kişilər gətirməsini bildirməklə ona böhtan atmış, bununla onun şərəf və ləyaqətini alçaltmış və ümumiyyətlə onu tanıyan və tanımayan şəxslərin yanında onu nüfuzdan salmışdır. Xüsusi ittiham qaydasında şikayətə baxan məhkəmələr isə araşdırılmış sübutlara düzgün qiymət verməyərək həm CM-in 147.1-ci maddəsinin tələblərinə, həm də Ali Məhkəmənin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrə zidd olaraq X6ya həmin maddə ilə bəraət verilməsi haqqında yanlış nəticəyə gəlmişlər. Bu haqda məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarını qanunsuz və əsassız hesab edən xüsusi ittiham qaydasında şikayə t vermiş X5 kassasiya qaydasında mübahisələndirdiyi apellyasiya instansiyası məhkəməsinin 13 may 2025-ci il tarixli qərarının ləğv edilməsini və kassasiya şikayətində irəli sürdüyü tələbə uyğun olan qərarın qəbul olunmasını xahiş edir. Hüquqi məsələlər: Xüsusi ittiham qaydasında şikayət vermiş X5nın kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin müəllifi öz müraciətində məhkəmələrin X2ya əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsi haqda qənaətə gələrkən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanununun tələblərinin pozulmasına yol verdiklərini iddia edir və öz kassasiya tələbini CPM-in 416.1.2-ci maddəsində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini, yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hal larla əlaqələndirir. CPM-in 416.1.2-ci maddəsinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası xüsusi ittiham qaydasında şikayət vermiş X5nın kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar xüsusi ittiham qaydasında şikayət üzrə cinayət işinin materiallarını, o cümlədən kassasiya qaydasında mübahisələndirilən 13 may 2025-ci il tarixli qərarın qanuniliyini və əsaslılığını yoxlayıb, bu yoxlamanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Az ərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-i n 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunma sı, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2025-ci il tarixli qərarından X5 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 24-cü maddəsinin I-III hissələrinin tələblərinə əsasən insan ləyaqati qorunur və ona hörmat edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar har kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini da ahatə edir. Hüquqlardan suiistifadəya yo verilmir. Konstitusiyanın 26-cı maddəsinin I və II hissələrində göstərilmişdir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarını n müdafiəsinə təminat verir. Konstitusiyanın 46-cı maddəsinin I və II hissələrinə görə isə, hər kəsin öz şərəf və layaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin layaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiyanın 63-cü maddəsinin I-IV hissələrinin tələblərindən görünür ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirl i bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin I hissəsində deyilir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsini n VII hissəsində qeyd olunur ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsin də, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və pri nsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin m üvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət tör ətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız tö rətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Konstitusiyanın 63-cü maddəsinin I-III hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında bu icraatın təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilə n şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun bu normalarının mənasına görə, xüsusi ittiham qaydasında şikayətlərə dair işlər üzrə bu vəzifə xüsusi ittihamçıya aid edilmişdir. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış süb utları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.7-ci maddəsinin müddəalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatla rdan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri- mümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının (o cümlədən xüsusi ittihamçının-m.k.) üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində işt irak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi ü çün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində gö stərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əs aslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiy a Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və y a) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsas şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidi r. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəz ifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qəra rlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraa tı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avro pa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 6 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan süb utlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Xüsusi ittiham qaydasında şikayət üzrə işin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı yoxlanıldıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosess ual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların K.Q.Məmədovanın öz ərizəsində irəli sürdüyü ittihamın qiymətləndirilməsi üçün kifayət etməsi, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X5in, yəni ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı və həm ittiham, həm də müdafiə tərəfinin məhkəmə iclasında təqdim etdikləri əlavə sübutlar birinci instansiya məhkəmə sinin məhkəmə iclasında tam, hərtərəfli, obyektiv və qərəzsiz olaraq araşdırılmış, iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1 aprel 2025-ci il tarixli hökmündə məhkəmə məhz həmin sübutlara istinad etmiş və kassasiya şikayətinin dəlillərinin əksinə olaraq bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirilərək X2nin əməlində CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmaması barədə mötəbər nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasını zəruri hesab etməyərək, digər tərəfdən apellyasiya şikayətinə məhkəmə baxışı zamanı xüsusi ittiham qaydasında şikayət vermiş X5 Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına hər hansı əlavə sübutlarını təqdim etmədiyindən və belə sübutların da araşdırılm ası barədə vəsatət qaldırmadığından apellyasiya instansiyası məhkəməsi işə əlavə sübutlar tələb edilmədən və məhkəmə istintaqı aparılmadan baxaraq, şikayətə birinci instansiya məhkəməsində baxılarkən məhkəməyə təqdim olunmuş sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək X2yə yuxarıda göstərilən əsasla düzgün olaraq bəraət verilməsi barədə qənaətə gəlmiş, bu haqda olan hökmün isə dəyişdirilmədən qüvvədə saxlanılması haqqında yekun qərar qəbul etmişdir. Məhkəmə kollegiyası da iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə, habelə cinayət qanunu normalarının tələblərinə və “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəm ə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmış və bu nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Belə ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət işinin materiallarından görünür ki, həmin şikayətə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən bu şikayəti vermiş X5 öz ifadələrində məhkəməyə ünvanladığı ərizəsində əks etdirdiyi eyni halları təkrarlamış və sonda məhkəmədən X2nİn CM-in 147.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 isə özünü ona qarşı CM-in 147.1-ci madd əsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, həmin ittiham ona görə əsassızdır ki, o, 31 yanvar 2025-ci il tarixdə Xətai Rayon Məhkəməsində baxılan mülki iddia üzrə işlə əlaqədar həm özünün, həm də X5in öz ailələri ilə birlikdə yaşadıqları evin ərazisinə yerli baxış keçirilən zaman barəsində verilmiş şikayətdə göstərilən ifadələri işlətsə də, X5ə böhtan atmaq niyyəti izləməmiş, bundan əvvəl isə yaşadığı evin həyətinə həqiqətən tanımadığı kişilər gəlib orada təmir işləri aparmışlar. Bəzi hallarda, yəni havalar isti olarkən o, və qızları yüngül üst paltarlarında olduqları vaxtlarda həyətə gələn tanımadığı şəxslərin onları görə bilməmələri üçün onun tərəfindən həyətdə keçid hissəyə dəmir lövhə quraşdırılmış, bu hal isə X5in və onun əri X11in narazılıqlarına səbəb o lmuş, özləri isə hətta həyətdə kamera quraşdıraraq onları izləmişlər. Mülki işə baxılması ilə əlaqədar yerə baxış keçirilərkən hakim ona lövhənin quraşdırması səbəbini soruşduqda, o, bunun səbəbini yuxarıda göstərdiyi qaydada izah etmiş və əlavə olaraq X11i göstərərək onun arvadının həyətə kənar kişilər gətirməsini bildirmiş, bu ifadəni işlədərkən isə heç bir pis niyyət, o cümlədən X5ə böhtan atmaq və ya onu təhqir etmək niyyəti izləməmiş, buna görə o, ittiham olunduğu cinayət əməlini törətməmişdir. Həqiqətdə isə, onların yaşadıqları evin həyətində təmir işləri aparılmış və bu işləri oraya dəvət olunmuş tanımadıqları şəxslər görmüş, lakin həmin şəxslərin usta və ya fəhlə olmalarını o, dəqiqliklə bilməmişdir. X2nin verdiyi ifadələr, yəni yaşadığı evin həyətində təmir işlərinin aparılması, o nunla X5in və onun ailə üzvləri arasında mülki mübahisənin olması, bu zəmində onların arasında münaqişəli vəziyyətin yaranması, həmin mübahisəyə Xətai Rayon Məhkəməsi tərəfindən baxılarkən 31 yanvar 2025-ci il tarixdə saat 12 radələrində yerə baxış keçirilməsi, bununla bağlı məhkəmə iclasında X5nin xüsusi ittiham qaydasında verdiyi şikayətdə göstərilən şəxslərin iştirak etmələri, X6nın isə hakimin sualına cavab olaraq həmin şikayətdə istinad olunan ifadələri işlətməsi müvafiq olaraq materiallara əlavə edilmiş fotoşəkillərlə, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunmuş məlumatla və X5 tərəfindən məhkəməyə təqdim olunmuş videogörüntülərlə təsdiq edilir. Həmin videogörüntülərlə müəyyən edilir ki, X2 xüsusi ittiham qaydasında verilmiş şikayətdə göstərilən ifadələri işlətməzdən əvvə l həyətdə lövhənin quraşdırılması səbəbini hakimin sualına cavab olaraq ona izah edir, sonra isə X5in böhtan xarakterli ifadələr hesab etdiyi ifadələri işlədir. Lakin X2nin bu ifadələri X5ə böhtan atmaq, yaxud da onu təhqir etmək məqsədilə işlətməsi, yəni onun istər birbaşa, isətərsə də dolayısı ilə qəsdinin sonuncunun şərəf və ləyaqətinin ləkələnməsinə və ya onun nüfuzdan salınmasına yönəlməsi araşdırılmış sübutlarla müəyyən edilməmiş, onun belə qəsdinin olmasını isə X6 özü də qəti şəkildə inkar etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda X2nin əməlində CM-in 147.1ci maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətlərinin olması haqda nəticəyə gəlmək mümkün deyil və buna görə də sonuncuya bəraət verilməsi haqda birinci instansiya məhkəməsinin 1 aprel 2025-ci il t arixli hökmü və həmin hökmün dəyişdirilmədən saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin 13 may 2025-ci il tarixli qərarı tam qanuni və əsaslıdır. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası cinayət qanunvericiliyi normalarının tələblərinə və “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrə müraciət etməyi zəruri bilir. Belə ki, CM-in 147.1-ci maddəsində böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaym ağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun bu normasının mənasına görə, ilk növbədə şəxsin CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi həll olunarkən onun yaydığı məlumatların həqiqətdən uzaq, yəni yalan olması və özünün də bu haqda bilməsi, həmin yalan məlumatların qeyd olunan maddədə göstərilən üsullarla yaymaqla qəsdinin zərər çəkmiş şəxsin şərəf və ləyaqətinin ləkələnməsinə və ya onun nüfuzdan salınmasına yönəlməsi, əməlin isə birbaşa və ya dolayı qəsdlə törədilməsi müəyyən edilməldir. Bu baxımdan şəxsin digər şəxs haqqında həqiqətə uyğun olan, müvafiq qaydada yoxlanılmış məlumatları hətta kütləvi şəkildə yayması belə onun tərəfindən böhtan cinayətinin törədilməsi barədə nəticəyə gəlmək üçün əsas vermir. Bundan başqa, bilə-bilə yalan məlumatla rı kütləvi şəkildə yaymış şəxsin CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün həmçinin həmin şəxsin bu əməli törətməklə digər şəxsin şərəf və ya ləyəqətinin ləkələnə biləcəyini və onun nüfuzdan salınmasını qabaqcadan görərək belə nəticələrin baş verməsini arzulaması (birbaşa qəsd, CM-in 25.2-ci maddəsi), yaxud da bu nəticələrin baş verməsinə şüurlu surətdə yol verməsi (dolayı qəsd, CM-in 25.3-cü maddəsi) müəyyən edilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb ola n əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Adə çəkilən Qərarın 4-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələ rlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet in formasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatl arın müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarın 6-cı bəndində izah olunmuşdur ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilm iş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 vəLingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Həmin Qərarın 7-ci bəndində isə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Məhkəmə kollegiyası cinayət qanunvericiliyin tələblərindən, CM-in 147.1-ci maddəsinə verdiyi təfsirdən və Ali Məhkəmənin göstərilən Qərarında əksini tapmış izah və tövsiyələrdən çıxış edib yenə də məhkəmə iclasında araşdırılmış sübutlara müraciət edərək işin faktiki hallarının belə müəyyən edilmiş hesab edir ki, X2 31 yanvar 2025-ci il tarixdə mülki işə baxılması ilə əlaqədar yerə baxış keçirilməsi zamanı hakimin sualına verdiyi cavabında X5in evə kişilər gətirməsi barədə ifadələri işlədərkən, bunun həqiqətə uğun olmasını hesab etmiş və iş üzrə araşdırılmış sübutlarla bundan əvvəl naməlum şəxslər tərəfindən yaşadığı evin həyətində həqiqətən müəyyən edilməmiş şəxslər tərəfindən müxtəlif təmir işlərinin aparılması, sonuncuların isə X6nın və onun qızlarının həyətdə sərbəst şəkildə hərəkət etmələrini görə bilmələri və məhz bunun qarşısını almaq məqsədilə sonunc u tərəfindən evin qarşısında lövhənin quraşdırılması müəyyən edilmiş, barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs isə müşaiyət etdiyi hallara görə şikayətdə istinad olunan ifadələrin həqiqətə uyğun olmasını hesab edərək onları işlətmişdır. Həmçinin müəyyən olunmuşdur ki, bu ifadələri X2 kütləvi şəkildə, yəni yerli baxışda iştirak edən digər şəxslərin (iki nəfərdən çox) eşidə biləcəkləri şəraitdə işlətsə də, onun qəsdi istər birbaşa, istərsə də dolayısı ilə X5ə böhtan atmağa, yəni onun şərəf və ləyaqətini ləkələməyə və ya onu nüfuzdan salmağa yönəlməmiş və bu zaman o, yalnız baş vermiş fakt barəsində hakimin diqqətinə çatdıraraq bununla bağlı hər hansı başqa mənfi fikir bildirməmiş və X5 haqqında heç belə fikirdə də olmamışdır. Sonuncu isə X6nın xüsusi ittiham qaydasında verdiyi şikayətdə göstərilən ifadələri işlətməsini ona böhtan atması kimi qiymətləndirsə də, bu qiymətləndirmə yalnız onun mülahizələrinə əsaslanmış, bunu təsdiq edən mötəbər sübutlar isə X5 tərəfindən məhkəmələrə təqdim olunmamışdır. Halbuki, təqsirsizlik prezumpsiyası prinsipinə görə, şəxsin hər hansı cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilməsi ittiham tərəfinin üzərinə düşür, digər tərəfdən isə cinayət mühakimə icraatını tənzimləyən normaların (yuxarıda təsvir edilmiş) tələblərinə əsasən, cinayət prosesinin hər hansı iştirakçısının irəli sürdüyü versiyanın həqiqət kimi qəbul edilməsi üçün belə versiyalar müvafiq sübutlarla təsdiq edilməlidir. Hazırki işin materiallarından isə belə sübutların əldə edilərək məhkəmələr tərəfindən araşdırılması müəyyən edilmir. Bu baxımdan məhkəm ə kollegiyası belə qənaətə gəlir ki, X2nin hərəkətlərində CMin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin, eyni zamanda həmin cinayətin subyektiv cəhətinin olması müəyyən edilmədiyindən ona qanuni və əsaslı olaraq əməlində cinayət tərkibinin olmamasına görə bəraət verilmiş və bu haqda qəbul edilmiş yekun məhkəmə aktları qanuni və əsaslıdır. Buna görə məhkəmə kollegiyası xüsusi ittiham qaydasında şikayət vermiş X5in kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayaraq həmin şikayətin təmin edilərək apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsini və xüsusi ittiham qaydasında şikayət üzrə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə bir daha təhlil edib həmin şikayətin təmin edilməsi barədə xüsusi ittiham qaydasında şikayət vermiş X5in və onun nümayəndəsi Nümayəndə, kassasiya şikayətinin təmin edilməməsi haqda isə - bəraət almış şəxs X2nin çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və X6ya CM-in 147.1-ci maddəsi ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsinə dair xüsusi ittiham qaydasında şikayətə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edi lməsin. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə əməlində həmin maddədə nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmaması əsası ilə bəraət verilməsinə dair xüsusi ittiham qaydasında şikayətə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar