Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1803/2023 17.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-209/2023 saylı, 13 aprel 202 3-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I.İşin halları
1. Məhkum xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2.Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Məhkum, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Yəhya» adlı şəxs və qeyriləri ilə əvvəlcə dən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Yəhya» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Yəhya» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 11979,823 qram olan narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 10025 qram olan psixotrop maddə metamfetamini istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə ona və Məhkum məlumat verdikdən sonra sonuncular birlikdə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qoyulduğu ünvandan «Yəhya» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin külli miqdarda 20,274 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs öz üzərində, külli miqdarda 9,549 qram çəkidə hissəsin i isə Məhkum öz üzərində saxlamaqla daşımış, qalan külli miqdarda 11950 qram narkotik vasitə heroini, və külli miqdarda 10025 qram psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs Məhkum ilə birlikdə sonuncunun idarə etdiyi «Toyota prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobilin salonunun arxa hissəsində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs və Məhkum 01 yanvar 2022-ci il tarixdə saat 23:15-də Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Qazax-Bakı magistral yolunun 485-ci kilometrliyin yaxınlığında saxlanılaraq Məhkum idarə etdiyi «Toyota prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtom obili ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 20,274 qram, Məhkum üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan qəhvəyi rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 9,549 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroinlər aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 02 yanvar 2022-ci il tarixdə saat 02:20-dən etibarən Təqsirləndirilən şəxs və Məhkum öz könüllü razılıqları və birlikdə iştirakları ilə Məhkum idarə etdiyi «Toyota Prius» markalı, **HM-*** qeydiyyat nişanlı avtomobilinə Baş Narkotiklərlə M übarizə İdarəsinin həyətində baxış keçirilən zaman avtomobilin salonun arxa hissəsində olan bir ədəd polietilen kisənin içərisindən on bir ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda çəkiləri 2000 qr, 990 qr, 1000 qr, 990 qr, 990 qr, 1000 qr, 990 qr, 1000 qr, 990 qr, 1000 qr və 1000 qr olmaqla ümumi təmiz çəkisi 11950 qram öz aralarında və Məhkum və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və altı ədəd bükümdə külli miqdarda ayrıayrılıqda çəkiləri 1000 qr, 995 qr, 2005 qr, 2010 qr, 1990 qr və 2025 qr olmaqla ümumi təmiz çəkisi 10025 qram öz aralarında kimvəyi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ku star üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Məhkum satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxl ama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Yəhya» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Yəhya» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Yəhya» adlı şəx s və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 11979,823 qram olan narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 10025 qram olan psixotrop maddə metamfetamini istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə ona və Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncular birlikdə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qoyulduğu ünvandan «Yəhya» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin külli miqdarda 20,274 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs öz üzərində, külli miqdarda 9,549 qram çəkidə hissəsini isə Məhkum öz üzərində saxlamaqla daşımış, qalan külli miqdarda 11950 qram narkotik vasitə heroini, və külli miqdarda 10025 qram psixotrop maddə metamfetamini Məhkum Təqsirləndirilən şəxs ilə birlikdə idarə etdiyi «Toyota Prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobilin salonunun arxa hissəsində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs və Məhkum 01 yanvar 2022-ci il tarixdə saat 23:15-də Bakı şəhəri, Qaradağ ray onu ərazisindən keçən Qazax-Bakı magistral yolunun 485-ci kilometrliyin yaxınlığında saxlanılaraq Məhkum idarə etdiyi «Toyota prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobili ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 20,274 qram, Məhkum üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan qəhvəyi rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 9,549 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroinlər aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 02 yanvar 2022-ci il tarixdə saat 02:20-dən etibarən Məhkum və T əqsirləndirilən şəxs öz könüllü razılıqları və birlikdə iştirakları ilə Məhkum idarə etdiyi idarə etdiyi «Toyota prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobilinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman avtomobilin salonun arxa hissəsində olan bir ədəd polietilen kisənin içərisindən on bir ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda çəkiləri 2000 qr, 990 qr, 1000 qr, 990 qr, 990 qr, 1000 qr, 990 qr, 1000 qr, 990 qr, 1000 qr və 1000 qr olmaqla ümumi təmiz çəkisi 11950 qram öz aralarında və Məhkum və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və altı ədəd bükümdə külli miqdarda ayrıayrılıqda çəkilər i 1000 qr, 995 qr, 2005 qr, 2010 qr, 1990 qr və 2025 qr olmaqla ümumi təmiz çəkisi 10025 qram öz aralarında kimvəyi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 1(101)-981/2022 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismın toplamaq yolu ilə Məhkum qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2023-cü il tarixli, 1(103)209/2023 saylı qərarı ilə məhkumun apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 1(101)-981/2022 saylı hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə ittiham olunduğu əməli CM-in 32.5, 206.2-ci maddəsinə tövsif edilərək Məhkum 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin (101)-981/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli hökmü ilə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq onun üzərində qəti olaraq 14 (on dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması qərara alınmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri
6. Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində qeyd edir ki, iş üzrə hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı ədalətsiz olmuşdur Belə ki, ortada heç bir İran vətəndaşı yoxdur, bunu məhkuma fiziki və psixoloji təsiri altında istintaq orqanı yazdırmışdır və məhkum edilən şəxslərin zorla alınan ifadəsindən başqa iran vətəndaşı Yəhya adlı şəxsin mövcudluğu və ya ondan narkotik alınması barədə heç bir sübut yoxdur. Məhkəmə iclasında çıxış mərhələsində vəkillər bu haqda ətraflı qeyd edilmişdir. Bunları nəzərə alaraq, məhkumun müdafiəçisi Müdafiəçi1 Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2023-cü il tarixli, 1(103)-209/2023 saylı qərarının ləğv edilməsini və ona daha yüngül həddə cəzanın təyin edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər
7. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə ba xaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz.
8. Kassasiya şikayətində məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə ona bəraət verilməsini və həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə olan əməlinin AR CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını xahiş etmişdir.
9. Kassasiya məhkəməsi cinayət işinin materiallarını, birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiya məhkəməsinin qərarında qeyd edilən mövqeləri tədqiq e dərək hesab edir ki, məhkum edilmiş şəxs Məhkum əməllərində Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsinin tərkib elementlərinin mpvcudluğu sübuta yetirilmir.
10. Belə ki, Məhkum əməllərində Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsinin tərkibinin yaranması onun və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrə və sonuncunun telefon danışıqlarına, həmçinin telefon vasitəsilə yazışmalarına əsaslanmışdır.
11. Belə ki, Təqsirləndirilən şəxs ilkin izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində özünü Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək bildirmişdir ki, o, təxminən bir neçə ildir ki, narkotik vasitənin heroin növündən istifadə edir. Heroindən istifadə etdiyi üçün tanımadığı şəxslərdən narko tik vasitə heroin alıb istifadə etmişdir. Lakin son bir ildir ki, narkotik vasitə lazım olanda İran İslam Respublikasında yaşayan Yəhya adlı şəxs ilə danışıb ondan narkotik vasitə göndərməsini xahiş etmişdir. O isə pul qarşılığında narkotik vasitəni göndərmişdir. Belə ki, İnstagram sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı Yəhya adlı şəxs ilə tanış olmuşdur. Həmin Yəhya adlı şəxs ona narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. Buna görə İranlı Yəhya adlı şəxsdən özü istifadə etmək məqsədi ilə narkotik vasitə istəmişdir. İranlı Yəhya adlı şəxs ilk öncə ona kart şəkli göndərmiş və karta pul yükləməyini bildirmişdir. Həmin karta pul yükləmişdir. Daha sonra isə o narkotik vasitəni qoyduğu yeri bildirmişdir. Gedib həmin narkotik vasitəni götürüb istifa də etmişdir. Lakin son zamanlar maddi vəziyyəti yaxşı olmamışdır. Buna görə də asan yolla pul qazanmağın yollarını axtarmışdır. İran İslam Respublikasının vətəndaşı Yəhya adlı şəxslə sosial şəbəkədə danışan zaman o bildirmişdir ki, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğuldur, əgər istəsə onu da öz işinə şərik edə bilər. Belə ki, Yəhya adlı şəxs ona demişdir ki, Azərbaycan Respublikasında narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olan adamları vardır. Onun deməsinə görə işi narkotik vasitəni onun dediyi ünvandan götürüb, onun deyəcəyi ünvana qoymaq olmuşdur. Bunun müqabilində isə pul əldə edəcəkdir. Yəhya adlı şəxslə narkotik vasitənin qanunsuz dövriyyəsində əlbir olmaq üçün razılıq vermişdir. Yəhya adlı şəxsdə narkotik vasitə göndərəcəyini bildirmişdir. Yəhya adlı şəxs nar kotik vasitəni Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisin qoyduracağını bildirmişdir. 01 yanvar 2022-ci il tarixdə saat 21 radələrində tanışı Məhkum zəng etmişdir. Çünki Məhkum taksi sürməklə məşğul olmuşdur. Röyala Ələt qəsəbəsinə getmək lazım olduğunu bildirmişdir. Röyal isə Binəqədiyə onun yaşadığı ünvana gələcəyini bildirmişdir. Təxminən 15-20 dəqiqə sonra Röyal onun yaşadığı ünvanın yaxınlığına gəlmişdir. Həmin yerdə onun idarə etdiyi «Toyota Prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobilinə minmişdir. Maşına mindikdən sonra ona iranlı Yəhya adlı şəxsin narkotik vasitə göndərdiyini, həmin narkotik vasitəni götürməyə getdiyini bildirmişdir və narkotik vasitəni Ələt qəsəbəsindən götürüb yaşadığı ünvana gətirmək üçün 25 manat pul verəcəyini, əlavə olaraq iranlının göndərd iyi narkotik vasitənin üzərindən götürüb istifadə etmək üçün ona verəcəyini bildirmişdir. Məhkum onunla razılaşmışdır. Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsində pul olub-olmadığını soruşmuşdur. Bu işdən qazanc əldə etdiyini bildirmişdir. Narkotik vasitəni götürməmişdən əvvəl Röyala bu barədə demişdir ki, sonra birdən narazı qalar. Onun xəbəri ola-ola narkotik vasitə götürməyə getmişdir. Bu işdəndə onun 25 manat qazancı olacaqdır. Ələt qəsəbəsinə çatandan sonra narkotik vasitənin harada olmasını öyrənmiş və həmin ünvandan bir ədəd sintetik ağ kisədə narkotik vasitələri və psixotrop maddələri götürmüş və maşının salonunun arxa hissəsinə qoymuşdur. Narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürüb salona qoyduqdan sonra həmin narkotik vasitə heroinin üzərindən bir büküm götürüb Röyala vermişdir ki, istifadə etsin, bir bükümüdə götürüb öz üzərində saxlamışdır ki, lazım olanda istifadə edər. Bundan sonra isə hərəkətə başlamışdır. Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Qazax-Bakı magistral yolunun 485-ci km-nin yaxınlığında «Toyota Prius» markalı, 99-HM184 qeydiyyat nişanlı avtomobili saxlayıb söhbət edən zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim etmişdirlər.
12. İbtidai istintaq zamanı Məhkum ilkin izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində özünü Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək bildirmişdir ki, 01 yanvar 2022- ci il tarixdə saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəyə zəng edərək Ələt qəsəbəsinə getmək istədi yini bildirmişdir. Onu Ələt qəsəbəsinə apara biləcəyini bildirmişdir. Dayandığı yerdən Suracın yaşadığı ünvanın yaxınlığına gəlmişdir. Surac evlərinin yaxınlığında onun idarə etdiyi Toyota Prius markalı **-HM-*** qeydiyyat nişanlı avtomobilə minmişdir. Maşına mindikdən sonra Surac ona demişdir ki, iranlı Yəhya adlı şəxs ona narkotik vasitə göndərir, həmin narkotik vasitəni götürməyə gedir və narkotik vasitəni Ələt qəsəbəsindən götürüb yaşadığı ünvana gətirəcək, müqabilində isə ona 25 manat pul və bir bükümdə istifadəsi üçün narkotik vasitə heroin verəcəkdir. Pul qazanacağı və eyni zamanda istifadə etmək məqsədi ilə narkotik vasitə almaq üçün razılıq vermişdir. Ancaq bilmişdir ki, narkotik vasitəni daşımaq qanunsuz bir hərəkətdir. 25 manat pulu və narkotik vasitə ona verəcəyi üçün bu işə razı olmuşdur. Maşında Ələt qəsəbəsinə gedərkən Suracdan narkotik vasitənin qanunsuz dövriyyəsində pul olub-olmadığını soruşmuşdur. Surac isə bu işdən qazanc əldə etdiyini bildirmişdir. Ələt qəsəbəsinə çatandan sonra narkotik vasitənin harada olmasını öyrənmiş və həmin ünvandan bir ədəd sintetik ağ kisədə narkotik vasitələri və psixotrop maddələri birlikdə götürmüş və maşının salonunun arxa hissəsinə birlikdə qoymuşdur. Narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürüb birlikdə salona qoyduqdan sonra həmin narkotik vasitə heroinin üzərindən Surac bir büküm götürüb istifadə üçün ona vermiş, bir bükümüdə götürüb öz üzərində saxlamışdır ki, lazım olanda istifadə edər. Bundan sonra isə hərəkətə başlamışdır. Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Qazax-Bakı magistral yolun un 485-ci km-nin yaxınlığında «Toyota Prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobili saxlayıb söhbət edən zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Suracın narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və Suracı Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişdirlər. Etiraz etmədən polis əməkdaşları ilə birlikdə baş idarəyə getmişdir. İdarə etdiyi avtomobili də baş idarəyə gətirmişdirlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra Suracın üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Suraca və daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, na rkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra Surac əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Daha sonra Suracın üzərinə şəxsi axtarış keçirilmişdir.
13. Hər iki şəxsin ifadələrindən görünür ki, Məhkum Suracla İİR vətəndaşı Yəhya adlı şəxslə əlaqəyə girməsində heç bir iştirakı və rolu olmamışdır.
14. Məhkum subyektiv cəhətdən qəsdi yalnız Təqsirləndirilən şəxs narkotik vasitəni gizli saxlanc yerindən götürüb daşımasında iştiraka yönəlmişdir.
15. Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə baxış zamanı xx-xx2021-ci il tarixdə saat 19:59:48-də +**********63 saylı mobil nömrədən +**********73 saylı nömrəsinə “Atam yanımda idi danışa bilmədim 2 dene ayrı ayrı kola 15 m pati 40 m pul var 25 kola 15 p”, xx-xx-2021-ci il tarixdə saat 20:24:54-də +**********63 saylı nömrədən +**********73 saylı nömrəyə “Qaqaş 50 m pul düzəltdim 2 dene ayrı ayrı kola yarıda pati”, xx-xx-2021-ci il tarixdə saat 21:33:12-də +**********63 saylı nömrədən +**********99 saylı nömrəyə “Kimin dollarıdır ? Brat pati geldi ?” 04-07- 2021-ci il tarixdə saat 18:49:29-da +**********63 saylı nömrədən +**********55 saylı nömrəyə “Qaqaşım neceSen 15manat var yarım sot torpaq olar” tipli mesajlar aşkar edilmişdir.
16. Bu mesajların mətnindəndən də Məhkum Suracla İİR vətəndaşı Yəhya adlı şəxslə əlaqəyə girməsində iştirakı və rolu müəyyən olunmur.
17. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Məhkum İİR vətəndaşı Yəhya adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olmasında heç bir iştirakı, yəni onun əməlində Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsinin tərkibinin olması sübuta yetirilmir.
18. Lakin Məhkum əməllərində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin olması birinci instansiya və apellyasiya məhkəmələri tərəfindən hərtərəfli araşdırılmış, hüquqim qiymət verilmiş, onun şəxsiyyəti, əməlin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınaraq ədalətli cəza təyin edilmişdir.
19. Hökmdə və apellyasiya məhkəməsinin qərarında əməlin tövsifi və cəza ilə bağlı kifayət qədər əsaslandırılmış mövqe əksini tapdığından kassasiya məhkəməsi əlavə izah verməyə ehtiyac görmür.
20. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, digər hissədə apellyasiya instansiyası məhkəməsində məhk əmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
21. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum oğlu tərəfindən verilən kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2023-cü il tarixli, 1(103)-209/2023 saylı qərarı Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsinə aid hissədə ləğv edilməli və bəraətverici əsaslarla xitam edilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 13 aprel 2023-cü il tarixli qərarı Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsinə aid hissədə ləğv edilsin və həmin hissədə cinayət işinə xitam verilsin. Qərardan və hökmdən Məhkum aid hissədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə aid müddəalar xaric edilsin, onun üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın və qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin.