Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1815/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin X4 oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxsin nümayəndəsinin, Məhkumun və onun müdafiəçisi Səfərov Rubayıl Hətəməli oğlunun iştirakı ilə, xx xxxxxxxx ildə Lerik rayonun Kəlvəz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Ağır Cinayətlərə dair işlər Üzrə Azərbaycan Respublikası məhkəməsinin 25 noyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 228.2.2-ci maddələri ilə təqsirli bilinib 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 03 dekabr 2020-ci il tarixli qərarı ilə 25 noyabr 2010-cu il tarixli hökmlə təyin olunmaqla çəkilməmiş 1 il 2 ay 13 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, x qeydiyyatda olan və yaşayan, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134 və 180.2.5-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 1(106)-211/2023 nömrəli qərarı ndan məhkumun müdafiəçisi Səfərov Rubayıl Hətəməli oğlu və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lerik Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 1(048)-01/2023 nömrəli hökmü ilə (hakim A.Q.Kiçibəyov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 180.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 134-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 180.2.5-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxla nılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 18 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum və onun müdafiəçisi Səfərov Rubayıl Hətəməli oğlu və zərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2023cü il tarixli qərarı ilə, (hakimlər: K.S.Bəşirov (sədrlik edən), E.İ.Xasməmmədov və İ.Q.Abdulov) apellyasiya şikayəti təmin edilməmiş, Lerik Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi R.H.Səfərov və zərərçəkmişin nümayəndəsi Nümayəndə tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Bakı şəhəri, Nizami rayon məhkəməsinin 03 dekabr 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 02 ay 13 gün hissəsindən vaxtından əvvəl şərti azad olunaraq qeydiyyatda olduğu Lerik rayonunun Kəlvəz kəndinə gəldikdən sonrakı müddətdə həmkəndlisi Zərərçəkmiş şəxs ilə rastlaşıb söhbət etdiyi zaman ona «türmədən çıxmışam, hamı mənə hörmət edir, sən də mənə hörmət etməlisən, mənə pul lazımdır inək almaq istəyirəm, mənə kömək et, sən bu qədər torpaq əkmisən, imkanın genişdir, pulun çoxdur, mən reketəm mənə haqq verməlisən» demiş, Zərərçəkmiş şəxs Məhkum tələbi ilə razılaşmadığına görə sonuncu onu kənddən köçmədiyi təqdirdə başını kəsəcəyi ilə hədələmiş, 27 iyul 2022-ci il tarixdə, saat 17 radələrində Lerik rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid5 və icra məmuru Şahid6 Kəlvəz kənd sakinləri X17 arasında mübahisə yaranmış torpaq sahəsinə gəlib tələbkar və cavabdehi həmin əraziyə dəvət edib icra işini başa çatdırdıqları zaman Məhkum at üstündə əlində xəncər Zərərçəkmiş şəxs üzərinə gələrək ona «sən kənd sakinlərin torpaqlarını əkib onları istismar edirsən, kənddən köçməsən sənin başını kəsərəm torpaqlardan istifadə etməyinizə imkan vermərəm kimi sözlər deyərək ünvanına yazılışı və deyilişi mümkün olmayan söyüşlər söyüb onu öldürəcəyi ilə hədələmiş, Zərərçəkmiş şəxs həmkəndlisi Məhkum onu öldürmək istədiyinin real olduğunu bilərək məcbur olub avtomobilinə oturub ərazini tərk etmişdir. Bundan əlavə Məhkum 28 iyul 2022-ci il tarixdə həmkəndl isi Zərərçəkmiş şəxs Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 44 saylı qərarı ilə Lerik rayonunun Kələxan kənd sakinləri X13 və qeyrilərinə (21 təsərrüfat başçısı) rayonunun Kəlvəz kəndinin yaxınlığında, İran İslam Respublikası ilə olan dövlət çəpər xəttinin daxilində, N saylı hərbi hissəsinin 4-cü sərhəd zastavasının mühafizəsində olan ərazidə verilmiş kənd təsərrüfat təyinatlı pay torpaq sahələrində 2021-ci ilin payız aylarında payçıların şifahi razılıqlarına əsasən əkdiyi 20,0 ha çovdar sahəsindən zərər çəkmiş şəxsin əmlakını açıq talamaq məqsədilə bir hissəsinin ona və qardaşlarına məxsus olduğunu iddia edərək oğlu X2yə çovdarı biçmək üçün Zərərçəkmiş şəxslə razılaşdığını bildirməklə onu kombayınçı Cəlilabad rayon sakini X16 ilə birlikdə həmin sahəyə göndərib 1 0,0 hektarını zərərçəkmiş şəxsin gözü qarşısında biçdirərək tədarük edilmiş 110 sentner çovdar dənini və 28000 kiloqram samanı evinə daşıtdıraraq öz istifadəsinə keçirdikdən sonra bir hissəsini sataraq qazanc əldə etməklə Zərərçəkmiş şəxs ümumilikdə 11060,00 (on bir min altmış) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Səfərov Rubayıl Hətəməli oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum ibtidai istintaq zamanı özünü 134 və 180.2.5-ci maddələrlə təqsirli bilməmiş, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayətprosessual qaydalar pozulmuş, sübutlar müqayisəli formada təhlil edilməmiş, yalnız formal mülahizələrə əsaslanan ittiham irəli sürülmüş, nəticədə Məhkum əsassız və qanunsuz olaraq törətmədiyi cinayətlərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 180.2.5-ci maddəsi ilə təqsirli bilinərək, məhkum edilmişdir. Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsə CM-in 134-cü maddəsi ilə ittihamın irəli sürməsi əsası zərərçəkmiş şəxsin yalan və ziddiyyətli ifadələri təşkil etmiş, Məhkum zərərçəkmiş şəxsi konkret olaraq hansı ifadələri söyləməklə öldürməkdə hədələməsini, həmçinin bu hədənin real qəbul edilə bilməsi üçün təqsirləndirilən şəxsin əlində konkret olaraq hansı predmet və ya vasitə olmasını məhkəmələr tərəfindən aydınlaşdırımamışdır. Həmçinin Şahid5 və X3nin birinci instansiya məhkəməsində ifadələri alınsa da nədənsə hadisənin digər şahidi olan X4 nə ibtidai istintaq orqanında nə də birinci instansiya məhkəməsin də 27 iyul 2022-cİ il tarixli hadisə ilə bağlı ifadəsi alınmamışdır. Soyğunçuluq epizodu üzrə hazırkı iş üzrə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş olan ittihamın əsasını yalnız zərərçəkmiş şəxsin verdiyi ifadələr təşkil etmiş, belə ki, şahidlər (Şahid7 və Şahid2) tərəfindən verilmiş ifadələrdən də göründüyü kimi hazırkı iş üzrə təqsirləndirilən Məhkum dənli bitkilərin biçilməsi, yığılması, daşınması zamanı hadisə yerində orada olmamışdır. Müdafiəçi Səfərov Rubayıl Hətəməli oğlu kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini, X4 barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayən də kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr əsassız olaraq qeyri-müəyyən halları Məhkum cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişlər, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları düzgün nəzərə almayıb, Məhkum şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəza təyin etmişlər, bununla da Cinayət Məcəlləsinin 8, 58.3, 41.2-ci maddələrinin, Cinayət-Prosessual Məcəllənin 139.0.5-ci maddəsinin tələblərini pozmuşlar. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normaların ın tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Səfərov Rubayıl Hətəməli oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə X4 təqsirliliyi sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 134 və 180.2.5-ci maddələri ilə təqsirli bi lindiyini iddia edib, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarılması haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə isə kassasiya şikayətində Məhkum məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təy in edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPMin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun müdafiəçisi R.H.Səfərovun və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətlər kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Əvvəla, kassasiya şikayətlərinə məhkəmə baxışı iclasında müəyyən edilmişdir ki, işə kassasiya instansi yası məhkəməsində baxılan zaman zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə zərərçəkmiş şəxsin notarial qaydada təsdiq edilmiş ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizədə zərərçəkmiş şəxs X11 Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarından nümayəndəsi tərəfindən tərtib olunmuş və verilmiş kassasiya şikayətində göstərilən tələblərdən imtina etdiyini və kassasiya şikayətinin geri götürdüyünü bildirərək həmin şikayətin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ərizəsi ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 414.1ci maddəsinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.7-ci maddəsinin müddəalarınd an göründüyü kimi, kassasiya instansiyası məhkəməsində zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsi yalnız zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) və onun qanuni nümayəndəsinin razılığı ilə öz kassasiya şikayətini, habelə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatda apellyasiya instansiyası məhkəməsində iştirak etmiş zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsində isə təsbit edilmişdir ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayə tinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs ərizəsini nəzərdən keçirib, Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması haqda dövlət ittihamçısı A.Hüseynlinin, Nümayəndə, Məhkum və müdafiəçi R.H.Səfərovun çıxışlarını dinləyərək və qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum CM-in 134 və 180.2.5-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, həmin kassasiya şikayəti üzrə icraata xitam verilməli, məhkumun müdafiəçisinin kassasiya şikayətinə isə mahiyyəti ü zrə baxılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-in 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respubl ikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləc ə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Proses sual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Bu normalarla müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və hökmü dəyişdirilmədən saxlamış, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 134 və 180.2.5-ci maddələri ilə təqsirli bilinməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq e dilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi, ittihamın sübut olunmasında yaranan, digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 134 və 180.2.5-ci maddələri ilə məhkum edilmələrinə dair birinci instansiya məhkəməsinin hökmünə və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarına baxdıqda, aydın olur ki, işin faktiki hallarının yuxarıda - hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş qaydada müəyyən edilməsinə məhz Zərərçəkmiş şəxs və şahidlər Şahid1, Şahi d5, Şahid6 həm ibtidai istintaq dövründə həmdə birinci instansiya məhkəməsində, X3, Şahid2 və X7 isə ibtidai istintaq dövründə vermiş olduqları ifadələri və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 oktyabr 2022-ci il tarixli, 19/1108 saylı rəyi əsas olmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət etməklə ilk növbədə Məhkum 27 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs öldürmək hədələməsinə görə verilmiş ittiham üzrə sübutlara məhkəmələr tərəfindən qiymət verilərkən cinayət və cinayətprosessual qanunvericiliyinin tələblərinə riayət olunub-olunmamasına münasibət bildirməyi zəruri hesab edir. Cinayət Məcəlləsinin 134-cü maddəsində “Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə” cinayəti aşağıdakı şəkildə təsbit edilmişdir: “Öldürməklə və ya sağlamlığa ağır zərə r vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda...” Bu təsbitdən hasil olan tələb ondan ibarətdir ki, şəxsin törətdiyi əməlin CM-nin 134-cü maddəsi ilə tövsif edilməsi üçün əvvəla təqsirkar şəxs həmin maddənin dispoziyasında göstərilən hədəni söyləməli, hədənin gerçəkdən icra edilə bilməsinə əsaslar müəyyən edilməsi, bu hədənin icra ediləcəyinə zərər çəkmiş şəxs də inandırılmalı, yəni hədə real olmalı, digər tərəfdən isə zərər çəkmiş şəxs də həmin hədənin reallaşa biləcəyinə əmin olmalıdır. Belə əminlik isə təqsirkarın öldürməklə və ya sağlamlığa zərər vurmaqla hədəqorxu söyləməsi zamanı müəyyən üsullardan və ya predmetlərdən istifadə etməsi, nümayiş etdirməsi nəticəsində yarana bilər. Yalnız sözdə ifadə olunmuş bu xarakterli hədənin real hədə kimi qəbul edilməsi üçün heç bir əsas müəyyən edilmədikdə əməl CM-nin 134-cü maddəsinin dispozisiyası baxımından həmin maddədə nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilə bilməz. Hazırki iş üzrə məhkəmələrin müəyyən etdikləri faktiki halları, həmin faktiki hallardan hasil etdikləri hüquqi nəticələrlə müqayisə etdikdə, məhkəmələrin Məhkum əməlinin öldürmək hədələmə kimi Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə tövsif edilməsi haqqında qənaətlərinin müəyyən edilmiş saydıqları faktiki hallarla uzlaşdığını söyləmək, beləliklə də bu qənaəti mötəbər, inandırıcı nəticə kimi qəbul etmək mümkün deyil. Belə ki, Məhkum həm ibtidai istintaq zamanı həmdə məhkəmədə vermiş olduğu ifadələrində göstərilən halı inkar edərək Zərərçəkmiş şəxs öldürməklə hədələmədiyini bildirdiyi halda, Zərərçəkmiş şəxs hadisənin baş verməsini hazır kı qərarın “İşin halları” bölməsində təsvir edilmiş qaydada yəni Məhkum at üstündə əlində xəncər onun üzərinə gələrək ona “sən kənd sakinlərin torpaqlarını əkib onları istismar edirsən, kənddən köçməsən sənin başını kəsərəm torpaqlardan istifadə etməyinizə imkan vermərəm” kimi sözlər deyərək ünvanına yazılışı və deyilişi mümkün olmayan söyüşlər söyüb onu öldürəcəyi ilə hədələdiyini göstərmişdir. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, X14 ilə mübahisəli torpaq sahəsinə tərəf gedib yaxın məsafədə dayanaraq söhbət etdikləri zaman Zərərçəkmiş şəxs onlardan təxminən 40-45 metr kənarda avtomobilinin yanında dayanmışdır. Bu zaman adını və şəxsiyyətini sonradan bildiyi Kəlvəz kənd sakini Məhkum at üstündə Zərərçəkmiş şəxs üzərinə hücum etməsini görmüş, icra məmuru Şahid6 ilə bir likdə onlara tərəf addımlamağa başlamış, Zərərçəkmiş şəxs surətlə qaçaraq idarə etdiyi avtomobilə oturub ərazini tərk etmiş, bundan sonra Məhkum at üstündə onlara tərəf özləri də ona tərəf gedib bir-birinə yaxınlaşmışlar. Məhkum onlara işlərinə maneçilik törətmək fikrinin olmadığını, ancaq Zərərçəkmiş şəxs kəndin torpaqlarını mənimsəyib istifadə etdiyini üçün bunu onun yanına qoymayacağı kimi ifadələr işlədərək at üstündə onlardan uzaqlaşmış, Məhkum icra prosesi ilə bağlı onlara heç bir maneçilik törətməmiş, lakin onlarla söhbət etdiyi zaman əlində qamçı və kəmərində isə dəmir parçasını görmüşdür. Həmçinin 27 iyul 2022-ci il tarixdə saat 17 radələrində Kəlvəz kəndində icra prosesi ilə İnqilabla söhbət etdiyi zaman Zərərçəkmiş şəxs onlardan təxminən 40-45 metr kənarda avtomobilinin yaxınlığ ında dayanmış, Məhkum atla əraziyə gəlib X üzərinə getmiş, ona nəsə deyəndən sonra sonuncu qaçaraq avtomobilinə oturub ərazini tərk etmişdir. X4 at üstündə onlara yaxınlaşaraq yaxın məsafədən söhbət etmiş, onun əlində qamçı olmuş, belində olan kəmərə rəngini xatırlamadığı kaburanın taxıldığını, həmin kaburada dəmir parçasının başlıq hissəsini yuxarıdan, yəni bayırda qalan hissəsini görmüşdür. Məhkəmə iclası zamanı şahid qismində dindirılmiş Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru, Şahid6 Lerik rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid5 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Şahid6 və Şahid5 ifadələrinə diqqət etdikdə müəyyən olunur ki, şahidlər ifadələrində yalnız Məhkum hadisə yerinə atla gəlməsini, onun zərərçəkmiş şəxsə yaxınlaşmasını və sonuncunun avtomobilə minər ək ərazini tərk etdiyini göstərməklə, Məhkum at üstündə əlində xəncərlə zərərçəkmiş şəxsin üzərinə getməsi, onun Zərərçəkmiş şəxs öldürməsi ilə bağlı zərərçəkmiş şəxsin israr etdiyi ifadələri işlətməsi kimi halların görmədiklərini və eşitmədiklərini bildirmişlər. Belə olan halda məhkəmələrin yalnız zərərçəkmiş şəxsin ifadələrindən çıxış etməklə, Məhkum zərərçəkmiş şəxsi hansı ifadələr işlətməklə öldürməkdə hədələməsini, həmçinin bu hədənin real qəbul edilə bilməsi üçün hansı hərəkətlərin edilməsini müəyyən etmədən (öldürməklə hədə-qorxu gəlməsinin hansı üsullardan və ya predmetlərdən istifadə etməsi, nümayiş etdirməsi), yəni faktiki olaraq Məhkum təqsirliliyi ilə bağlı gəldikləri yekun nəticəni təsdiq edən mötəbər sübutlara istinad etmədən Məhkum CM-nin 134-cü maddəsi ilə məhkum etmələri k assasiya müəllifinə aydın olmadığı kimi məhkəmə kollegiyasına aydın deyil. Digər tərəfdən öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, məhkumun müdafiəçisi apellyasiya instansiyası məhkəməsinin ilkin məhkəmə baxışı iclasında, cinayət işinin tam, obyektiv və hərtərəfli araşdırılması təmin edilməsi məqsədi ilə, ifadələri mühüm əhəmiyyətə malik olan X5 əlavə şahid qismində dindirilməsi barədə yazılı şəkildə vəsatət qaldırsa da, məhkəmə həmin vəsatətə heç bir münasibət bildirməmişdir. İş üzrə dindirilmiş məhkumun, şahidlərin və zərərçəkmiş şəxsin özünün ifadəsindən müəyyən olur ki, hadisə baş verən zaman X5 hadisə yerində olmuş, lakin buna baxmayaraq, o nə ibtidai istintaq zamanı, nə də ki, məhkəmədə şahid qismində dindirilməmiş, həmçinin sonuncunun ifadəsinin nəyə görə alınmadığ ı məhkəmələr tərəfindən araşdırılmamışdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatı zamanı vəsatətlər və xahişlər cinayət prosesi iştirakçılarının, habelə cinayət prosesində iştirak edən digər şəxslərin hüquq və vəzifələrinin həyata keçirilməsinin ən mühüm vasitələrindən biridir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 14-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin b ərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-nin 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır. Avropa Məhkəməsi “Kuznetsov və digərləri Rusiyaya qarşı” işi üzrə qəbul etdiyi Qərarında qeyd etmişdir ki, əsaslandırılmış qərarın funksiyalarından biri – tərəflərə onların dəlillərinin eşidildiyini nümayiş etdirməkdir... Ədalət mühakiməsinin həyata keçirilməsinə ictimai nəzarət yalnız əsaslandırılmış qərarlar vasitəsilə yerinə yetirilə bilər. Beləliklə, göründüyü kimi məhkəmə tərəfindən qəbul edilmiş istənilən qərarın əsaslandırılması milli qanunvericiliklə yanaşı Avropa Məhkəm əsinin qərarlarında da əks etdirilmişdir. Göründüyü kimi apellyasiya məhkəməsi yuxarıda təsvir edilən, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar üzrə açıq-aydın görünən şübhələr ortada olduğu halda, qeyd olunan halların X4 məhkəmədə, o cümlədən apellyasiya baxışında şahid qismində dindirilməsinin əhəmiyyətini artırdığı bir şəraitdə, müdafiə tərəfinin adı çəkilən şəxsin şahid qismində dindirilməsi ilə bağlı dəlilinə laqeyd yanaşaraq ümumiyyətlə heç bir münasibət bildirməmiş, baxılmış sübutların ittihama dair (CM-nin 134-cü maddəsi ilə bağlı) yekun qənaətə gəlmək üçün kifayət etməsi haqqında yanlış nəticə gəlmişdir. Cinayət işinin digər epizoduna gəldikdə yəni Məhkum Zərərçəkmiş şəxs ümumilikdə 11060,00 (on bir min altmış) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla soyğunçulu q cinayətinin törətməsinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir. Soyğunçuluq Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən özgənin əmlakını açıq talamadır. Cinayət Məcəlləsinin 180.2.5-cü maddəsində təsbit edilmiş soyğunçuluq isə (əsas tərkibi təsbit edən Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin dispozisiyası ilə birlikdə götürülməklə) zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakının açıq talanmasını ehtiva edir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 saylı Qərarının 3-cü bəndinə görə, CM-in 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq, təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar onun əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Cinayət işinin materiallarından, o cümlədən birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, ibtidai istintaq orqanı və onun mövqeyi ilə razılaşmış məhkəmələr belə qənaətə gəlmişlər ki, Məhkum 28 iyul 2022-ci il tarixdə 20,0 ha çovdar sahəsindən zərər çəkmiş şəxsin əmlakını açıq talamaq məqsədilə bir hissəsinin ona və qardaşlarına məxsus olduğunu iddia edərək oğlu X2yə çovdarı biçmək üçün Zərərçəkmiş şəxslə razılaşdığını bildirməklə onu kombayınçı Cəlilabad ra yon sakini X16 ilə birlikdə həmin sahəyə göndərib 10,0 hektarını zərərçəkmiş şəxsin gözü qarşısında biçdirərək tədarük edilmiş 110 sentner çovdar dənini və 28000 kiloqram samanı evinə daşıtdıraraq öz istifadəsinə keçirdikdən sonra bir hissəsini sataraq qazanc əldə etməklə Zərərçəkmiş şəxs ümumilikdə 11060,00 (on bir min altmış) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmişdir. İbtida istintaq və məhkəmələrin gəlmiş olduğu gənaətdən belə nəticə hasil olur ki, 28 iyul 2022-ci tarixdə bilavasitə hadisə yerində Məhkum, oğlu X2, kombayınçı X və Zərərçəkmiş şəxs olmuşlar, X3 və Şahid8 Məhkum zərər çəkmiş şəxsin əmlakını açıq talamaq məqsədindən xəbərləri olmamış, Məhkum isə 20,0 ha torpaq sahəsinin bir hissəsinin ona və qardaşlarına məxsus olduğunu bəhanə edərək məhz Zərərçəkm iş şəxs gözü qarşısında sonuncuya məxsus əmlakı talamışdır. Məhkəmə kollegiyası bir daha xatırladır ki, soyğunçuluq cinayətinin xarakterik cəhəti ondan ibarətdir ki, təqsirkar cinayəti açıq şəkildə, yəni zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir və qeyd olunan əmlakı tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürür və bu əmlakın özünün və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər edir. Lakin nə ibtidai istintaq zamanı, nədəki məhkəmə istintaqında Zərərçəkmiş şəxs 28 iyul 2022-ci tarixdə bilavasitə hadisə yerində olması, yol verilmiş qanuna zidd hərəkətlərin onun gözü qarşısında baş verməsi ilə bağlı hərtərəfli, tam və obyektiv araşdırılma aparılmadığından, həmçinin ü mumiyyətlə Məhkum qeyd olunan torpaq sahəsinin biçdirməkdə məqsəd və motivinin nədən ibarət olması ilə bağlı keyfiyyətli məhkəmə araşdırılması həyata keçirilmədiyindən Məhkum yol vermiş olduğu hərəkətlərinin işin gerçək hallarını əks etdirib-etdirmədiyini müəyyən etmək mümkün deyil. Belə ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara diqqət etdikdə məhkəmə istintaqı zamanı 28 iyul 2022-ci tarixdə 10,0 hektar torpaq sahəsinin biçilməsi zamanı hadisə yerində olması ehtimal olunan şəxslərdən yalnız Məhkum və Zərərçəkmiş şəxs ifadə verdikləri halda, digər iki şəxsdən X məhkəmə iclasında iştirakları lazımı qaydada təmin edilmədən sonuncunun ibtidai araşdırma dövründə vermiş olduğu ifadəsi elan edilmiş, X2 isə ibtidai araşdırma dövründə ifadə versə də, ümumiyyətlə məhkəmə baxışı za manı məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısında olmamışdır. Məhkum həm ibtidai araşdırma dövründə, həmdə məhkəmə iclasında oxşar ifadə verərək qeyd olunan torpaq sahəsinin onun özünə və qardaşlarına məxsus olduğunu, həmin torpaq sahələrini təxminən 10 il həmkəndlisi Zərərçəkmiş şəxs əkib becərib və məhsulunu istifadə etdiyini, X ilə söhbət edib ona haqsızlıq edib torpaqlarını əkdiyini, torpağı əkdiyinə görə çəkdiyi xərcləri və toxumun dəyərini ödəyəcəyini bildirib torpaqdan çıxmalı olduğunu, X isə ona bir neçə ildir torpaqlardan istifadə etdiyini, hazırda da torpağı əkdiyini, biçin vaxtı məhsulunu biçib aparmalı olması barədə halallığını verdiyini bildirmişdir. İbtidai araşdırma dövründə dindirilmiş şahid X8 atası Məhkum ifadəsinə oxşar ifadə vermişdir. Zərərçəkmiş şəxs qismin də dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Məhkum Teyyub oğlu əvvəllər türmə həyatını birlikdə yaşayan, hazırda 1 saylı Kələxan sərhəd kamendaturasının komendantı işləyən, zabit X9 ilə əlbir olub 28 iyul 2022-ci il tarixdə səhər saatlarında Cəlilabad rayon sakini X10 idarə etdiyi kombayınla 4-cü sərhəd zastavasının mühafizə olunan ərazisinə ona məlum olmayan yollarla keçirərək 2021-ci ilin oktyabr ayında həmin ərazidə əkdiyi 20,0 ha çovdarı biçdirməsini uzaqdan görüb onların yanına getmək üçün dərhal 4 zastavaya gedib X zastavanın yaxınlığında çəpərin dibində çöldə qalıb kombayına tamaşa etdiyini, atını və itini yanında görmüş, X4 da onu görmüş, Zastavaya gəlib adlarını bilmədiyi hərbçilərə əkdiyi sahəni X4ın biçdirdiyini və onu da içəri buraxmalarını demiş, hərbçilər müxt əlif bəhanələr gətirib onu çovdar əkdiyi sahəyə buraxmamışlar. Kələxan komendaturasında işləyən zabit soyadını bilmədiyi X5 adlı baş əməliyyat müvəkkilinə zəng edərək ona sahələrini biçdirildiyini demiş, X5 ona komendantın səlahiyyətində olduğuna görə heç nə edə bilmədiyini demişdir. Əkdiyi çovdardan həmin gün X4 12,0 ha-nı biçdirmiş, əkdiyi çovdar sahəsinin Məhkum oğlu X6ın vasitəsi ilə biçdirməsini uzaqdan görmüş, hərbçilər həmin sahəyə getməsinə ona məlum olmayan səbəbdən icazə verməmişlər. Lakin əkdiyi çovdarın biçilməsini yaxın məsafədən sərhəd çəpərinin kənarından izləmiş, Məhkum onun əkdiyi çovdar sahəsində biçdirdiyi çovdardan əldə etdiyi dəni və küləşdən bağlatdırdığı kipləri 2-3 gün ərzində onun gözü qarşısında Kəlvəz kənd sakini Şahid1 idarə etdiyi “X” markalı və Anburdərə kənd sakini Şahid2 idarə etdiyi “X” markalı avtomobil ilə daşıyaraq satmış, Məhkum onun əkdiyi çovdarı açıq-aşkar formada onun gözü qarşısında biçdirib dəni və küləşini daşıtdırmışdır. Onların hərəkətlərini tam şəkildə izləmiş və görmüşdür. Məhkum onun əkdiyi çovdarı biçdirməsini anbaan kənardan izləmiş, Məhkum ona qarşı soyğunçuluq etmişdir. Məhkum əkdiyi 20,0 ha çovdardan 12.0 ha-nı özbaşına biçdirib məhsulunu və samanı aparmaqla ona ümumilikdə 14.400 (on dörd min dörd yüz) manat məbləğində ziyan vurmuşdur. Məhkum əkdiyi çovdarı biçib aparmasına görə onunla heç bir söhbəti olmamışdır. Şahid X7 ibtidai istintaqı zamanı vermiş olduğu və birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı elan olunmuş ifadəsindən müəyyən olunur ki, o, 2022-ci ilin yay aylarında taxıl biçini ilə əlaqədar serv isdən götürdüyü kombaynla 2022-ci ilin iyul ayının ortalarında Lerik rayonunun Kəlvəz kənd sakini X adlı şəxsin xahişi ilə bir hektarını 50 manata olmaqla Kəlvəz kəndin ərazisində olan çovdar sahələrini biçdikdən sonra onu sərhəd xəttindən içəri saldırmış və sərhəd çəpərinin daxilində əkilmiş çovdar sahələrini bir neçə gün ərzində biçmişdir. Lerik rayonunun Kəlvəz kənd sakinləri Məhkum və Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onlarla heç bir əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs üçün çovdar biçməmiş, 2022-ci ilin iyul ayının təxminən 28-də səhər saatlarında 4-cü sərhəd zastavasının girişində saxladığı kombaynı işə saldığı zaman sonradan adını bildiyi Məhkum ona yaxınlaşaraq «çəpərin daxilində çovdarım vardır, həmin sahəni mənim üçün biç», ona «sahəni göstər biçərəm» demiş, X4 ona «məni sərhə ddən içəri buraxmırlar oğlum X6 səninlə gəlib sahəni göstərəcəkdir» demiş, X4la razılaşmış və həmin gün X6ın çəpərin daxilində ona göstərdiyi əkilmiş çovdarı biçmiş, X6ın göstərdiyi sahədə onu üçün 9,60 ha çovdar biçmiş, həmin sahədə təxminən 4 bunker dən yığılmışdır. Həmin gündə dəni “X” markalı avtomobil daşımış, küləş isə yerdə qalmışdır. X6ın ona göstərdiyi sahənin kim tərəfindən əkildiyini və torpağın kimə məxsus olduğunu bilməmiş, həmin gün axşam çağı işdən sonra Kələxan kəndinə X adlı şəxsin dükanına yanacaq üçün gəlmiş, X adlı şəxslə rastlaşmış, sonuncu ona «əkdiyim sahəni başqası üçün biçmisən» demiş, Xə «mənə deyiblər və sahəni X6 göstərib biçmişəm, kim tərəfindən əkildiyi ilə maraqlanmamışam» demişdir. İstifadə etdiyi kombayının taxıl çəni biçin zamanı buğda ilə nisbətdə 2,0 ton taxıl çənində saxlaya bilir. X4ın xahişi ilə oğlu X6ın göstərdiyi sahəni biçdiyi zaman kim tərəfindən əkildiyini və kimə məxsus torpaqlar olduğunu bilməmiş, lakin 9,60 ha torpağı X4ın xahişi ilə oğlunun yanında biçmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Məhkum, şahidlər X26 və X8 vermiş olduqları ifadələrində Zərərçəkmiş şəxs 28 iyul 2022-ci tarixdə hadisənin baş verdiyi yerdə olması və ya görmələri ilə bağlı hər hansı məlumat verməmişlər, ümumiyyətlə göstərilən xüsusatla bağlı onlara nə ibtidai araşdırma dövründə, nədə ki, məhkəmə istintaqı zamanı sual belə verilməmişdir. Digər tərəfdən Zərərçəkmiş şəxs həm ibtidai araşdırma dövründə, həm də birinci instansiya məhkəməsində 10,0 hektarın torpaq sahəsinin 28 iyul 2022-ci tarixdə Məhkum tərəfindən onun gözü qarşısında biçdirildiyini bildir sə də, Lerik rayon prokuroru X və Lerik rayon Polis Şöbəsinə ünvanladığı 29 iyul 2022-ci tarixli (hadisədən bir gün sonra ) və 17 avqust 2022-ci tarixli ərizələrində yalnız Məhkum onu 27 iyul 2022-ci tarixdə hədələdiyini və təhqir etdiyini göstərmişdir. Həmçinin zərərçəkmiş şəxs hadisə yerində olduğu qəbul edildiyi halda, onun Məhkum qanunsuz hərəkətlərinin qarşısının alınması ilə bağlı heç bir hərəkət etməməsi özü-özlüyündə inandırıcı deyil. Sadalanmış ziddiyyətlər hallar, nə birinci instansiya məhkəməsində, nədə ki, apellyasiya məhkəməsində təhlil edilərək obyektiv qiymət verilmədiyindən məhkəmələr tərəfindən aparılmış araşdırılma tam, hərtərəfli və obyektiv məhkəmə araşdırması olaraq qəbul edilə bilməz, əksinə göstərilən xüsusatlar məhkəmələr tərəfindən natamam və səthi araşdırmanın apa rılmasının göstərici kimi çıxış edir. Həmçinin qeyd olunmalır ki, nəzəriyyədə və məhkəmə təcrübəsində talama cinayəti tamah və faydalanmaq məqsədi olmadan törədilməsi istisna olunur, başqa sözlə, talama cinayətlərində məsuliyyət həll edilərkən qanunsuz faydalanmaq məqsədinin olub-olmaması aydınlaşdırılmalıdır. Əgər əmlak qanunsuz götürülərkən şəxs belə məqsədi güdməmişdirsə, əməl talama kimi qiymətləndirilə bilməz. Verilmiş ittiham diqqət etdikdə müəyyən olunur ki, hadisənin baş verdiyi torpaq sahəsi Zərərçəkmiş şəxsa deyil, Lerik rayonunun Kələxan kənd sakinləri X13 və 21 təsərrüfat başçısına məxsus olmuşdur. Məhkum ifadələrində hadisənin baş verdiyi torpaq sahəsinin bir hissəsinin (həmçinin verilmiş ittihamda öz əksi tapmış) ona və qardaşlarına məxsus olması bildirməklə yanaşı, cinayət işi materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 iyul 2022-ci tarixli məhkəmə “Qərardad”-dan və eyni tarixli “İcra vərəqəsi”-dən müəyyən olunur ki, Zərərçəkmiş şəxs kənd sakini Xlə hadisənin baş verdiyi yerdə yerləşən torpaq sahəsi ilə bağlı mülki mübahisə olmuşdur. Göstərilən hallar özü özlüyündə Zərərçəkmiş şəxslə Məhkum arasında yaranmış münaqişənin səbəbi kimi çıxış etməklə ətraflı araşdırma tələb etdiyi halda, məhkəmələr həmin hallara müxtəsər qiymət verməklə Məhkum 28 iyul 2022-ci tarixdə özgənin əmlakının əldə edilməsinə yönəlmiş hərəkətlərinin tamah məqsədi ilə və ya həmin əmlaka ehtimal olunan hüquqla bağlı olmasına aydınlıq gətirməmişlər. Göründüyü ibtidai araşdırma orqanı tərəfindən qəsdin baş verməsi üçün hərəkətverici kriminal motivin və icti mai təhlükəli məqsədin talama olmasını təsdiq edən heç bir dəlil və fakt göstərilməmiş, cinayətin motiv və məqsədi ilə bağlı istinad edilmiş və məhkəmələrin bununla bağlı razılaşdığı hallar isə ziddiyyətli olmaqla, hər hansı mötəbər sübuta əsaslanmamışdır. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassa siya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəy yən edilməsi üzrə nəticələri proses iştirakçıları tərəfindən mübahisələndirildiyi halda (bununla bağlı tələbləri), həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri ayd ın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irəli gələn araşdırmanın həyata keçirmələri öyrənilmiş cinayət işi materiallarından müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya şikayətinə onun məzmununa və irəli sürülmüş apellyasiya tələbinin xarakterinə adekvat olan prosedurda – ətraflı məhkəmə istintaqı aparılmaqla təkrarən baxılmalıdır. Odur ki, məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən əsaslı hesab edilməli, onun dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3 maddələrində nəzərdə tutulmuş əsaslarla mübahisləndirilən qərar ləğv edilməli, apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum və onun müdafiəçisi Səfərov Rubayıl Hətəməli oğlunun, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə kassasiya şikayətinin təmin və ya rədd edilməsinin məhkəmənin mülahizəsinə buraxılmasına, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi Səfərov Rubayıl Hətəməli oğlunun kassasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının olan 19 aprel 2023-cü il tarixli 1(106)-211/2023 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiy a məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs ərizəsi təmin edilsin. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin. Məhkum müdafiəçisi Səfərov Rubayıl Hətəməli oğlunun kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 19 aprel 2023-cü il tarixli 1(106)-211/2023 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1815/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1815/2023
14.11.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver