Məhkəmə qərarları › İş №1(102)-185/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-185/2019

12.02.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-185/2019 12.02.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-185/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 12 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun iştirakı ilə, Gəncə şəhər Nizami rayon məhkəməsinin 15 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi və məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə şəhər Nizami rayon (hakim:X18 ) 15 may 2018-ci İl tarixli hökmü ilə, Məhkum- xx.xx.1986-cı il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Busi-do döyüş növləri idman klubunda karate idman bölməsində işləmiş, ünvan 1 ünvanda yaşayan Azərbaycan Respublikası CM-nin 263.2-ci m addələri ilə təqsirli bilinərək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, 22 noyabr 2017-ci il tarixdə saat 18 radələrində idarə etdiyi “Mersedes Benz C-280” minik markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri H.Əliyev Prospekti ilə Gəncə şəhəri dəmiryolu vağzalı istiqamətindən Gəncə şəhəri Asan xidmət mərkəzi istiqamətində hərəkətdə olarkən Gəncə şəhər beynəlxalq xəstəxanasının qarşısında “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkətin intensivliyini, yol və meteroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə ş əraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə idarə etməli və təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyib yolu soldan sağa keçən piyada X7 idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə ehtiyyatsızlıqdan vurub ona kəllə tağı sümüklərinin sınığı, baş beyinə qansızma,(hematoma) başın yumşaq toxumalarına təpə-ənsə nahiyyələrinə uyğun hissələrdə qansızma, sil İİ-İİİ-İV-V-Vİ qabırğaların məmə xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, sol plevranın zədələnməsi, sol tərəfli pnevmatorak, hər iki ağ ciyərdə kontuziya osaqları, dalağın və sol böyrəyin cırılması, qasıq oturaq və oma sümüklərinin qapalı sını qları, sınıq ətrafı yumşaq toxumalarda qansızma, sol təpə-gicgah nahiyyəsinin yarası, alın, burun, hər iki yanaq nahiyyələrinin sıyrıqları, sol qalça nahiyyəsinin qançırı ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə açıq küt kəllə beyin travması nəticəsində kəllə tağı sümüklərinin sınığı, baş beyinə qansızma nəticəsində ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: X8 (sədrlik edən və məruzəçi), hakimlər: X3 və X2) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhər Nizami ray on Məhkəməsinin 15 may 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmiş, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 5 ilə artırılmışdır. Qalan hissədə hökm dəyişdirilmədən saxlanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi və məhkumun müdafiəçisi kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə sadəcə 6 ay müddətinə cəzanı artırmaqla təqsirləndirilən şəxsi formal olaraq cəzalandırmışdır. Əlbəttə işdə olan sənədlərdən də görünür ki, Məhkum onun anasının ölümü ilə bağlı ona aid heç bir tibbi yardım göst ərməmişdir. Belə olan halda işdə olan şahidlərin ifadəsi düzgün qiymətləndirilməmişdir. Məhkəmə qərarında Məhkumyə birinci instansiya məhkəməsi tərəfindən yüngül cəza təyin edildiyini göstərsə də niyə məhz beş ildən yuxarı həddə deyil yalnız 5 (beş) il müddətinə cəza təyin etməkdə haqlı olmasını əsaslandırmamışdır. Məhkumın 5 il müddətinə məntəqə tipli cəza çəkmə müəssisəsində cəza çəkməsi sosial ədalətin bərpası deyil. Əgər Məhkum zərərçəkmiş şəxsə kömək etmiş olsaydı onun bu günkü gündə yaşamasına zəmin yaratmış olardı. Onun bu zəminin yaranmamasına addım atmaması və barışıq əldə etmək üçün heç bir tədbir görməməsi onun cəzaya olan münasibətini və cinayət təqibində cəza ilə bağlı bu günkü gündə azadlıqda qalmasına səbəb olur. Gəncə Apellyasiya Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarı Məhkum təqsirli bilindiyi maddə üzrə yüngül cəza olduğundan ədalətsiz və əsassızdır. Məhkum barəsində ona daha da ağır cəza təyin edilməli, həmçinin ona cəza təyin edilməsində cəzanın onun qoca, ahıl qadına (anaya) qarşı cinayət törətməsinə baxmayaraq, yüngül cəza alması zərərçəkmiş şəxsin hüquqi varisi olaraq onu çox kədərləndirir və təqsirləndirilən şəxsin azadlıqda qalması ədalətsizdir və təyin edilmiş cəzanın məqsədlərinə nail olmaq olmaz. Belə ki, məhkəmə işin faktiki halı kimi anasının üzərində olan xəsarətlərin miqdarına və avtomobilin həqiqətdə nə sürətdə idarə olunmasını düzgün qiymətləndirməmişdir. Həmçinin məhkəmə iclası zamanı məhkum şəxsin idman müəllimi olaraq şəxsiyyətini səciyyələndirmək istəsə də həmin hal yalandır və buna dair müvafiq sübutu Gəncə Apellyasiya Məh kəməsinə təqdim etsə də məhkəmə bu təqsirləndirilən şəxsin hər bir halda cəzadan yaxa qurtarması üçün nə qədər yalanlara əl atmasını və formal olaraq şəxsiyyətini məhkəməyə düzgün bir insan kimi təqdim etmək istəyini biruzə çıxarır. İş materiallarında olan və məhkəmənin sübut növü kimi qiymətləndirdiyi avtotexniki ekspertizanın rəyi və şahid ifadələri ilə müəyyən olunur ki, Məhkumidarə etdiyi «Mersedes Benz C 280» markalı avtomobili qeyd etdiyi kimi aşağı sürətlə idarə etməmiş və əgər belə olsaydı 40 sürətlə hərəkət edən avtomobil anasının bütün bədəni boyu o, cür çox sayda xəsarətləri yaratmağa müfəssəl olmazdı. Həmçinin məhkəmənin yüngülləşdirici hal kimi Məhkumın onunla barışıq əldə etməsinə cəhd etməsi düzgün qiymətləndirilməmişdir. X15 barışıq əldə etməyə cəhd göstərsə idi bugünkü gün də o hazırki apellyasiya və kassasiya şikayətini tərtib etməzdi. Məhkəmə hökmündə müdafiə tərəfi olaraq təqsirləndirilən şəxsin qohumlarının onunla barışmağa cəhd etməsinə dair təqdim etdiyi şahidlərin heç bir ifadəsi mötəbər sayıla bilməz və bu qədər uzun müddətdən sonra məhkumun cəzadan yaxa qurtarmaq məqsədi ilə təqsirləndirilən şəxsin qohumlarının barışığını heç zaman qəbul etməz. Məhkəmə hökmdə qeyd etdiyi şahidlərin yas mərasiminə gəlməsini və oğluma hər hansı fikir bildirməsi barədə onda heç bir məlumat yoxdur, o, cümlədən Məhkumun qohumlarının onun iş yerimə gəlməsi və guya hansısa polis nəfəri vasitəsi ilə onu çağırtması və 7 mərasimində qapısına gəlməsi və qapıda onları gözlətməyi tam əsassızdır. Məhkəmə tərəfindən cəza təyini zamanı işdə olan yüngülləşdirici və ağırlaşdırıcı hal lar, Məhkumun şəxsiyyəti və hərəkəti düzgün qiymətləndirilməmişdir. O, cümlədən X10 məntəqə tipli cəza çəkmə müəssisəsində cəza çəkməsi onun törətdiyi əmələ qarşılıqlı olaraq necə ədalətli hesab edilə bilər. Əgər cəzanın məqsədi Məhkumun özünün etdiyi əməlinə qarşı psixi münasibətidirsə onda məntəqə tipli cəza çəkmə müəssisəsində cəza çəkməklə və istədiyi vaxt özünün ailə üzvləri ilə istədiyi vaxt görüşməklə və azadlıqda gəzməklə bu məqsədə nail olunması mümkün deyil və ona görə də Məhkuma sanksiya həddində daha ağır cəza təyin edilməlidir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin dəliləri heç bir fakta söykənməmiş əksinə işdə olan faktlara ilə tam təkzib edilmişdir. Belə ki, işdə olan Şahid1 ifadəsindən görünür ki, məhkum hadisə baş verdikdən sonra zərərçəkmiş şəxsi qucağına götürüb maşına aparmış və bu zaman o da ona yardım göstərmiş və məhkum zərərçəkmiş şəxsi xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs ilə barışmağa cəhd göstərilməməsi də işdə olan şahid ifadələri ilə tam təkzib olunur. İşdə olan şahid ifadələrinə diqqət yetirdikdə məhkum edilmiş şəxsin yaxınları dəfələrlə zərərçəkmiş şəxsin yas mərasimində iştirak etmiş məhkumun anası zərərçəkmiş şəxsin hüquqi varisi qarşısında diz çökərək yalvararaq ondan oğlunun bağışlanmasını istəmişdir. Lakin zərərçəkmiş şəxsin hüquqi varisi onun yalvarışlarına heç bir reaksiya verməmişdir. Göründüyü kimi əslində məhkum tərəfindən barışmağa cəhd edilmiş lakin qarşı tərəf bununla razılaşmamışdır. Digər bir xüsusat isə təyin edilən cəzanın məhkumun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olmamasıdır ki, müdafiə tərəfi bu dəlil ilə də razı deyildir. Belə ki, işin hallarından görünür ki, məhkum əvvəllər məhkum edilməmiş onu mənfi xarakterizə edən başqa bir fakt isə müəyyən edilməmişdir. Bundan başqa o idmançıdır və himayəsində 2 azyaşlı uşağı vardır. Onun himayəsində iki azyaşlı uşağının olması, törədilən cinayəti səmimi olaraq etiraf etməsi onun cəzasını yüngülləşdirən hallardandır. Eyni zamanda zərərçəkmiş şəxs ilə barışmağa cəhd etməsi və zərərçəkmiş şəxsə yardım edib xəstəxanaya aparması cəzasını yüngülləşdirən haldır. Törədilən cinayətin ağırlığına gəldikdə isə müdafiə tərəfi qeyd edir ki, törədilən cinayət az ağır cinayətlər kateqoriyasına aiddir və ehtiyatsızlıqdan törədilən cinayətlər kateqor iyasına aiddir. Göründüyü kimi zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilən apellyasiya şikayəti əsaslı olmamışdır. Apellyasiya məhkəməsinin qərarına diqqət yetirdikdə həmin qərarın təsviri əsaslandırıcı hissəsində uyğunsuzluq olduğu aşkar sürətdə görünür. Belə ki, apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkum edilmiş şəxsin zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına dair hərəkətlər etməsi bəzi şahid ifadələri istisna olmaqla digər sübutlarla öz əksini tapmır. Onun yardım göstərməməsi zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi ilə tam təkzib olunduğu göstərilir. Şahid1 zərərçəkmiş şəxsin qonşusudur. Məhkum edilmiş şəxs ilə isə heç bir yaxınlığı yoxdur. Onun verdiyi ifadəsi ilə məhkum edilmiş şəxsin ifadəsi b ir-birini təsdiq edir. Zərərçəkmiş şəxsin hüquqi varisi işdə maraqlı olmaqla yanaşı həmin vaxt hadisə yerində olmadığından və hadisənin baş vermə halını görmədiyindən və onun ifadəsi hər hansı bir başqa fakt ilə təsdiq edilmədiyindən əsaslı sayıla bilməz. Bundan başqa apellyasiya məhkəməsi Yol Hərəkəti Haqqında 37-ci maddəsinin 4-cü bəndinə istinad etmişdir. Həmin maddənin məhkum edilmiş şəxs tərəfindən pozulması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Həmin maddənin tələblərindən irəli gələn öhdəlikləri məhkum edilmiş şəxs tam olaraq yerinə yetirmişdir. Məhkəmə qərarına diqqət yetirdikdə qeyd edilir ki, şəxsin xəstəxanaya aparılması hadisəni törədən şəxsin vəzifəsi kimi müəyyən edilmişdir. Doğrudur məhkum edilmiş şəxs öz vəzifəsini yerinə yetirmişdir və şəxsə dəyə biləcək zərərin azaldıl ması üçün onu xəstəxanaya aparmışdır. Belə olan halda məhkum edilmiş şəxsin zərərçəkmiş şəxsə yardım göstərilməsi ilə bağlı yüngülləşdirci halın mövcud olmaması ilə bağlı qənaətə gəlmək üçün heç bir əsas yoxdur. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin təmin edilməsi və məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti təmin edilməməli, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 sentyabr 2018-ci il tar ixli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, zərər çəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti təmin edilmədən saxlanmalı, müdafiəçinin kassasiya şikayəti qismən təmin edilərək, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 il 6 ay müəyyən edilməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkumun 5 il müddətinə məntəqə tipli cəza çəkmə müəssisəsində cəza çəkməsi sosial ədalətin bərpası deyil. Əgər Məhkum zərərçəkmi ş şəxsə kömək etmiş olsaydı onun bu günkü gündə yaşamasına zəmin yaratmış olardı. Məhkum barəsində ona daha da ağır cəza təyin edilməli, həmçinin ona cəza təyin edilməsində cəzanın onun qoca, ahıl qadına (anaya) qarşı cinayət törətməsinə baxmayaraq, yüngül cəza alması zərərçəkmiş şəxsin hüquqi varisi olaraq onu çox kədərləndirir və təqsirləndirilən şəxsin azadlıqda qalması ədalətsizdir və təyin edilmiş cəzanın məqsədlərinə nail olmaq olmaz. Cinayət işinin materiallarından görünür ki, Məhkum ehtiyyatsızlıqdan törətdiyi zərərçəkmiş şəxsin ölümü ilə nəticələnmiş əməli Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət tərkibi nəzərdə tutulmuşdur. Həmin maddənin sanksiyasındaüç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün —məntəqə tipli cəzaçəkmə müəssisələrindəçəkilməsi müəyyən edilmişdir. Eyni zamanda qanunverici cinayət törətmiş şəxsin cəzasını yüngülləşdirən bəzi halların mövcudluğu halında onun cəzasının yuxarı həddini impera tiv olaraq müəyyən etmişdir. Məhkəmələr həmin yüngülləşdirici halların mövcudluğunu cinayət işinin materialları üzrə müəyyən etdikdə cəzanın yuxarı həddinin azaldılması barədə həmin imperativ normaları tətbiq etməlidirlər. Azərbaycan Respublikası CM-nin 59.1.11-ci maddəsində cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən hal nəzərdə tutulmuşdur. Yol-nəqliyyat hadisələri zamanı hadisə törətmiş sürücünün zərərçəkmiş şəxslərə ilkin tibbi və ya digər yardım göstərməsi zərərçəkmiş şəxsin həyat və sağlamlığına dəyə biləcək zərərin yalnız azaldılmasını nəzərdə tutur. Göstərilənlərə əsasən və Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azaldılması üçün əs aslar olduğundan məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti təmin edilməməlidir. Məhkum birinci instansiya məhkəməsi iclasında ifadəsində göstərmişdir ki, hadisə zamanı adını sonradan bildiyi X12nin idarə etdiyi avtomobilin ön sol tərəfindən kapot hissəsinə dəyib yerə yıxılmışdır. Dərhal avtomobildən düşərək piyadaya yaxınlaşıb yerdən qaldırıb qucağına götürmək istəyəndə ayağı sürüşmüş və bu zaman oraya gəlmiş tanımadığı şəxs ona kömək edərək birlikdə vurduğu piyadanı köməkləşib avtomobilinin arxa oturacağına qoymuş və X16nı idarə etdiyi avtomobillə tez Gəncə beynəlxalq Xəstəxanasına aparmış, həmin ona kömək edən tanımadığı şəxs isə piyada onun arxasınca xəstəxanaya gəlmişdir. Orada xəstəxananın adlarını bilmədiyi həkimlərinə və məlumat bürosu nda oturan şəxsə yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumat verib onlardan xəstəyə lazım olan bütün tibbi yardımları göstərməyi xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum X12 ilə uzun müddət qonşuluqda yaşamışlar. 22 noyabr 2017-ci il tarixdə saat 18 radələrində Gəncə şəhər Beynəlxalq Xəstəxanasının yaxınlığında yolun kənarında dayanmış və həmin vaxt avtomobilin tormoz səsini eşidib, həmin maşının olduğu yerə gedəndə Mersedes Benz C280 minik markalı avtomobilin yaşlı bir qadını vurduğunu görmüşdür. Oraya yaxınlaşanda qadının qonşusu X12 olduğunu görmüşdür. Bundan sonra adını sonradan bildiyi sürücü X16nı qucaqlayıb qaldırmaq istədiyini görüb ona kömək edərək X16nı idarı etdiyi avtomobilin arxa oturacağına uzandırmış, sü rücü avtomobili idarə edib X16nı xəstəxanaya aparmış, o isə yaxın olduğu üçün xəstəxanaya piyada getmişdir. Xəstəxanada olan zaman Məhkum həkimləri çağırmış və həkimlər gəlib X16nı götürüb tibbi yardın göstərmək üçün xəstəxananın əməliyyat otağına aparmışlar. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən təqsirləndirilən şəxsin və bilavasitə hadisə yerində olmuş Şahid1 ifadələrinə, polis əməkdaşları Şahid2 və Şahid3 şahid ifadələrinə istinad edərək belə nəticəyə gəlmişdir ki, Məhkum bu hərəkətləri Azərbaycan Respublikası CM-nin 59.1.11-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması halına uyğun gəlir. Bu halı cəzanı yüngü lləşdirən hal kimi tanıyaraq məhkəmə Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin müddəalarını tətbiq etməklə məhkuma CM-nin 263.2-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən çox olmayan 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının qərarında göstərilmişdir ki, Məhkum zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına dair hərəkətlər etməsi bəzi şahid ifadələri istisna olmaqla digər sübutlarla öz təsdiqini tapmır. Əksinə zərərçəkmiş şəxsin hüquqi varisi Məhkum zərərçəkmiş şəxsə tibbi yardım göstərməsini tamamilə inkar etmişdir. Apellyasiya instansiya məhkəməsi bu nəticəyə gələrkən Məhkum zərərçəkmiş ş əxsə tibbi və ya digər yardım göstərməsinin hansı digər konkret sübutlarla öz təsdiqini tapmadığını qərarında göstərməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi isə həmin vaxt hadisə yerində və xəstəxanada olmadığından, oraya sonradan gəldiyindən onun ifadəsi təqsirləndirilən şəxsin mərhum zərərçəkmiş şəxsə ilkin yardım göstərməsi, onu xəstəxanaya çatdıraraq tibbi yardım göstərilməsinə kömək göstərməsi faktını təsdiq və ya təkzib edən mötəbər sübut kimi qəbul edilə bilməzdi. Bundan başqa Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyası qərarında göstərmişdir ki, “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndində qeyd edilmişdir ki, Mexaniki nəqliyyat vasitəsinin sürücüsünün zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli və sair kimi vəzifələri müəyyən edilmişdir. Qanunun mənasından da göründüyü kimi zərərçəkmişə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirlərin görülməsi nəqliyyat vasitəsi sürücüsünün vəzifəsi kimi müəyyən edilmişdir. Bununla da məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 399.1.4-cü maddəsinə istinad edərək cinayət qanununun birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsi nəticəsinə gələrək, həmin əsasla qərarın dəyişdirilməsi və Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin qaydalarının tətbiqi barədə müddəaların hökmdən xaric edilməsi barədə qə rar qəbul etmişdir. Lakin, nəzərə alınmamışdır ki, sürücünün qanunda nəzərdə tutulmuş vəzifələrini vicdanla yerinə yetirməsi halı onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmasını istisna etmir. Digər tərəfdən bu hal cəzanı yüngüllşdirən hal kimi CM-nin 59.1.11-ci maddəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 28.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 28.4.1. cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək; 28.4.2. şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq; 28.4.3. şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq; 28.4.4. cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq; 28.4.5. cinayət prosesi iştirakçılarının iştirak etmək hüququnu təmin etmək. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59.1.11-ci maddəsində nəzərdə tutulmuş əsaslar cəzanı yüngülləşdirən halı düzgün müəyyən edib nəzərə alaraq, CM-nin 60-cı maddəsinin müddəalarını tətbiq edilməsi barədə nəticəyə gəldiyi halda, apellyasiya instansiya məhkəməsi CM-nin 60-cı maddəsinin tətbiqinə dair müddəaların hökmdən xarıc edilməsi barədə əsaslandırılmamış və qanunun tələbinə uyğun olmayan nəticəyə gəlmişdir. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının cinayət işi üzrə qərarı dəyişdirilməli və Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin müddəaları tətbiq edilərək məhkuma təyin edilmiş cəza yüngülləşdirilməlidir. Hadisə baş verdikdən dərhal sonra Məhkum zərərçəkmiş şəxsi götürüb xəstəxanaya çatdırması və ona vaxtında tibbi yardım göstərilməsinə kömək etməsi kimi hərəkətləri Azərbaycan Respublikası CM-nin 59.1.11-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hala uyğundur. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasənbu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər c əzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin (6 il) dörddə üçü 4 il 6 aydır. Ona görə də bu hal nəzərə alınmaqla cəzanın müddəti azaldılmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azə rbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməli və Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 il 6 aya endirilməli, müdafiəçinin kassasiya şikayəti təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Müdafiəçinin kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilsin. Qərarla məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) il 6 (altı) aya endirilsin. Qalan hissədə qərar dəyişdirilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar