Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1853/2023 17.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-894/2023 saylı, 28 aprel 202 3-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan), işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2.Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əhəmiyyətli əmlakı gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Məhkum dövlət əhəmiyyətli əmlakı gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ci nayət əlaqəsinə girərək 19 noyabr 2021-ci il tarixdə saat 00:15-də Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Yamaha-55” markalı asma mühərriklə, 1 ədəd lövbər ilə, 2 ədəd alüminium materialdan olan avarla, içərisində 1 ədəd kəlbətin və 3 ədəd açar olan 1 ədəd açar ləvazimatları üçün nəzərdə tutulmuş plastik materialdan olan qutu və 2 ədəd plastik materialdan olan yanacaq qabları ilə təchiz edilmiş bort nömrəsi “AMA 50-15” olan alüminium materialdan hazırlanmış özüüzən qayıqdan istifadə edib, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən Hərbi şəhərcik istiqamətində Xəzər dənizinə girərək özləri ilə gətirdikləri bir ədəd kabel kəsən qayçı və iki ədəd kəndirdən istifadə etməklə Azneft İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 2 saylı Neft və Qazçıxarm a sahəsinin (NQÇS) “Ələt” yatağında yerləşən 17-23 saylı Stasionar dəniz özülləri arasında olan meydançadan bir metrəsi 26 manat 56 qəpik dəyərində, istifadəyə yararlı, uzunluğu 6,683 metr olan “PK-6” markalı sualtı elektrik xətti kimi istifadə olunan, elektrik ötürücü kabel xəttini kəsərək, meydançaya bərkidildiyi yerdən qopardıb qayığa çıxarmış, həmin qayıqda kabeli izolyasiya olunduğu tellərdən təmizləyərək içindən 3 ədəd uzunluqları 6.60, 6.65 və 6.80 metr təşkil edən kabel damarlarını dairə formasında bükərək qayığa yerləşdirib, həmin tarixdə saat 06:00-da sahilə çıxmış və Azneft İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə ümumilikdə 178 (yüz yetmiş səkkiz) manat dəyərində maddi ziyan vurmaqla qəsdən oğurluq etmişdir.
3. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsini n 11 may 2021-ci il tarixli, 1(002)-134/2022 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törədilməsində təqsirli bilinərək ona 2 (iki) il 6 (altı) ay müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. 4.Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyul 2022-ci il tarixli, 1(103)1307/2022 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin Məhkum AR CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə məhkum edilməsinə dair 11 may 2022-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyul 2022-ci il tarixli, 1(103)1307/2022 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. 7.Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli, 1(102)-246/2023 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilərək Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. 8.Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2023-cü il tarixli, 1(103)894/2023 saylı qərarı ilə döv lət ittihamçısının apellyasiya protesti təmin edilmiş, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(002)-134/2022 saylı hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.302-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri
10. Məhkum kassasiya şikayətində qeyd edir ki, iş üzrə məhkəmə qərarları ədalətsiz olmuşdur. Belə ki, məhkum barəsində məhkəmələr qərar qəbul edərkən cinayət işinin materalları, iş üzrə toplanmış sübutlar tam, hər tərəfli və obyektiv araşdırılmamış, apellyasiya instansiya məhkəməsi işin faktiki hallarına uyğun olmayan qərar qəbul edilmişdir. Bunları nəzərə alaraq, Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2023-cü il tarixli, 1(103)-894/2023 saylı qərarının ləğv edilməsini və ona daha yüngül həddə cəzanın təyin edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər 11.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməs ində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. 12.Məhkum kassasiya şikayətində barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmiş, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. 13.Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəala rı nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları). 14.Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu hal ında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. 15.Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə gör ə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. 16.Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. 17.Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. 18.Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-m əqbul hesab edilə bilər. 19.Məhkumun istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırıl mamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. 20.Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq daha böyük, pozuntu isə daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. 21.Apellyasiya məhkəməsinin istinad etdiyi cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ idarəsindən alınmış tələbnamədə göstərilən məlumatlardan, hökmün surətindən və Bakı şəhəri Probasiya İdarəsinin məktubundan görünür ki, Məhkum Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1 və 69.3-ci maddələrinə əsasən, ona təyin olunmuş cəza Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 (üç m in) manat cərimə cəzası ilə tam birləşdirilərək, ona qəti olaraq 7 ay 29 gün müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzası təyin edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə hökmdə olan yanlışlıq aradan qaldırılaraq, Məhkum Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş cəza dəyişdirilərək, ona qəti olaraq 7 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası və 1500 manat cərimə cəzası təyin edilmiş və o, xx.xx.2019-cu il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmişdir. Bundan sonra, ”8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən, o, xx.xx.2022-ci il t arixdə yuxarıda qeyd olunan cərimə cəzasından azad edilmişdir. 22.İş materiallarından da göründüyü kimi Məhkum Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını xx.xx.2019-cu il tarixdə çəkib qurtarmış, "8 noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı ilə həmin hökmlə təyin edilmiş yalnız cərimə cəzasından azad edilmişdir. 23.Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə görə Məhkum “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarına əsasən yalnız cərimə cəzasından azad edildiyinə görə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzrə üzərində olan məhkumluğunun ödənilmə müddətinin axımının əvvəli, qeyd olunan cərimə cəzasından azad edildiyi gündən hesablanmalı idi. 24.Kassasiya məhkəməsi qeyd edir ki, apellyasiya məhkəməsi məhkumun əməlində cinayətlərin residivini müəyyən edərkən heç bir yanlışlığa yol verməmişdir. 25.Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, məhkəmələr tərəfindən məhkuma təyin edilən cəza onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin müvafiq maddələrinin sanksiyasının orta həddində olmuşdur və məhkəmənin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Mahiyyət etibar ı ilə kassasiya şikayətində apellyasiya məhkəməsinin cəza təyini ilə bağlı qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarını Məhkum oğlunun cəzasının yüngülləşdirilməsinə əsas verən hallar kimi qiymətləndirmək üçün əsas müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər. 26.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 27.Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum oğlu tərəfindən verilən kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2023-cü il tarixli, 1(103)894/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. 28.Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10. 1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 28 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.