Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1861/2024 27.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, habelə Məhkum və onun müdafiəçisi - XXX15nun vəkili Müdafiəçi2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 mart 2024-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜ ƏYYƏNETDİ: Salyan Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim A.H.Səmədov) Məhkum (xx xxxx 1984-cü ildə ünvan2unda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “XXX16” X6 Cərrahiyyə Şöbəsində həkimcərrah vəzifəsində işləməklə yanaşı həqiqi hərbi xidmətə çağırılan çağırışçıların tibbi müayinədən keçirilməsi üçün yaradılmış həkim komissiyanın üzvü (cərrah) işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan4ndə yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqdan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Məhkum üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, ünvan5nun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzaçəkmə müddətinin Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiy a Məhkəməsinin Cinayət Kollegiyasının 27 mart 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.Ə.Bağırov, hakimlər İ.H.Əhmədov və E.Zərərçəkmiş şəxs ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 mart 2024-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişlər. İşin halları: Hökmə əsasən, Məhkum vəzifəli şəxs olaraq işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olmaqla səhlənkarlıq etmişdi r. Belə ki, o, 2010-cu ildən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “XXX16” X4 Cərrahiyyə şöbəsinin həkim-cərrahı vəzifəsində işləməklə Salyan Rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 2018-ci il tarixli, 182 saylı 2003 və 2004-cü il təvəllüdlü gənclərin ilkin hərbi qeydiyyata alınması haqqında və 28 iyun 2022-ci il tarixli, 89 saylı çağırış yaşına çatmış gənclərin 2022-ci ilin iyul ayının 01-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması tədbirlərinin keçirilməsi haqqında sərəncamları əsasında yaradılmış həkim komissiyasının üzvü-cərrah kimi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, 13.2 və 15.1-ci maddələrinə əsasən komissiyanın işində iştirak etməklə istər ilkin hərbi qeydiyyata alındıqları, istərsə də, müddətli həqiqi hərbi xidmətə çağırıldıqları zaman çağırışçıları tibbi müayinə etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 1.8-ci bəndinə əsasən verdiyi rəyin əsaslılığına və obyektivliyinə görə məsuliyyət daşımaq, XXX18nin rəisinin 25 iyul 2014-cü il tarixli 65 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması işinin təşkili və aparılması qaydaları haqqında Təlimat”ın 39-cu bəndinə əsasən çağırışçılara ayrıayrılıqda fərdi baxışın nəticəsində onların qeydiyyat kartasına və tibbi şəhadətləndirilmə kartasına diaqnozu, hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəyi, hərbi xidmət keçmək üçün təyinat göstəricisini və tibbi şəhadətlənd irilmənin tarixini yazmaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs olaraq tibbi şəhadətləndirilməsi məqsədi ilə çağırışçıları tibbi müayinə zamanı soyunmuş şəkildə tibbi baxışdan keçirməli, onların bütün bədən qurluşunun xarici görnüşünə baxılmalı olduğu halda, həmin vəzifələrinə laqeyd münasibət göstərib öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək, istər xx xx xx 2019-cu il tarixində ilkin hərbi qeydiyyata alınması, istərsə də, 01 iyul 2022-ci il tarixində müddətli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar qeyd olunan tarixlərdə, ünvan 3 ünvanında yerləşən XXX18nin XXX20nin inzibati binasında təşkil edilmiş komissiya zamanı ünvan6 sakini, xx xxxx 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs hər iki ayağının pəncəsini obyektiv vizual müayinə etməyərək, Zərərçəkmiş şəxs mövcud olan və əsaslı obyektiv vizual müayinə ilə aşkar edilməsi mümkün olan sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı rəyinə əsas olan “Aşıq-qayıqvari oynaqların İ (birinci) mərhələ osteoartrozu ilə fəsadlaşmış, hər iki ayağın İİİ (üçüncü) dərəcəli boylama yastılığı” dioqnozlu xəstəliyini aşkar etməyərək, sonuncuya hərbi xidmətə yararlı diaqnozunu qoyması nəticəsində Zərərçəkmiş şəxs qanunsuz olaraq hərbi xidmətə göndərilməklə hüquqlarına və qanunla qorunan mənafelərinə, həmçinin 04 iyul 2022-ci il tarixindən 21 iyun 2023-cü il tarixinədək keçən dövr ərzində həqiqi hərbi xidmətdə olduğu zaman ərzaq, əşya və tibb təminatına görə ümumilikdə 4.250,04 manat pul vəsaitinin dövlət büdcəsindən ayrılması ilə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına sə bəb olaraq səhlənkarlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum və müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutlar düzgün tədqiq edilibqiymətləndirilməmiş, nəticədə Məhkum əməlində səhlənkarlıq cinayətinin tərkibinin olması, o cümlədən Məhkum birbaşa qəsdi, yəni təqsiri, vəzifəli şəxs olması, Zərərçəkmiş şəxs hərbi xidmətə çağırılması ilə cinayət qanununun qoruduğu obyektə mühüm zərərin vurulması müəyyən edilmədiyi halda o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilmiş, eləcə də məhkəmələr Məhkum təqsirli və cəzalandırılmalı olması haqqında nəticəyə gələrkən onun 44 günlük Vətən Müharibəsi dövründə XXX16nda, XXX27nda yaralı əsgərlərə tibbi yardım göstərm əsi, çoxsaylı cərrahiyə əməliyyatları həyata keçirməsi nəzərə alınmamışdır. Məhkum və müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkə məsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum və müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində məhkəmələrin sübutları Azərbaycan Respublikası Cinayət-Prosess ual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edib-qiymətləndirdikləri üçün əsassız olaraq Məhkum əməllərində Cİnayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulmuş səhlənkarlıq cinayətinin tərkib əlamətlərinin və təqsirliliyinin müəyyən edilməsi və onun cəzalandırılmalı olması haqqında nəticəyə gəldiklərini iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Odur ki, məhkəmə kollegiyası məhkum və müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə n əticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gə lməyə imkan versin (CPM, maddə 146.1). Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsinə əsasən “Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına səbəb olduqda” bu əməl min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Müdafiə tərəfi Məhkum əməlində CM-in 314.1-ci maddəsinin dispozisiyasında göstərilən tərkibyaradıcı əlamətlərin olmadığına dair iddiasını aşağıdakı dəlillərə istinad etməklə əsaslandırmışdır: _ Məhkum birbaşa qəsdi, yəni təqsiri müəyyən edilməmişdir; _ Məhkum çağırışçıların tibbi müayinədən keçirilməsi üçün yaradılmış həkim komissiyasında bu komissiyanın həkim-cərrah üzvü, yəni mütəxəssis kimi iştirak etdiyi üçün vəzifəli şəxs (cinayətin xüsusi subyekti) hesab edilə bilməz; _ cinayət qanunu ilə qorunan ictimai münasibətlərə (CM-in 314.1-ci maddəsi ilə ehtiva olunan cinayətin obyektinə) mühüm zərər vurulmamışdır. Lakin CM-in 25.1-ci maddəsinə əsasən birbaşa və dolayı qəsd qəsdən törədilən cinayətlərə münasibətdə təqsirin formaları kimi çıxış etdikləri üçün, şəxsi məhz qəsdən törədilmiş cinayətdə təqsirli bilmək üçün əməlin birbaşa və y a dolayı qəsdlə törədilməsinin müəyyən edilməsi tələb olunur. Məhkum ittiham olunduğu və məhkəmələr tərəfindən ittihama uyğun olaraq təqsirli bilindiyi səhlənkarlıq əməli isə CM-in 314.1-ci maddəsində CM-in 26-cı maddəsinə uyğun olaraq təqsirin ehtiyatsızlıq formasını ehtiva edən (yalnız ehtiyatsızlıqdan törədilə bilən) cinayət kimi təsbit edilmişdir. Odur ki, müdafiə tərəfinin sözügedən (birbaşa qəsd müəyyən edilmədiyi üçün əməldə cinayət tərkibinin olmaması barədə) dəlili əsassızdır. Müdafiə tərəfinin Məhkum çağırışçıların tibbi müayinədən keçirilməsi üçün yaradılmış həkim komissiyasında cərrah-həkim olaraq iştirak etdiyinə görə vəzifəli şəxs deyil, sadəcə mütəxəssis kimi qiymətləndirilməli olmasına, müvafiq olaraq da cinayətin subyekti sayılmamasına dair iddiası da əsassız olduğundan, m əhkəmə kollegiyası tərəfindən qəbul edilmir. Belə ki, CM-in 314.1-ci maddəsində bu cinayətin xüsusi subyekti kimi təsbit edilən “vəzifəli şəxs” dedikdə, hansı əlamətlərə malik olan şəxslərin nəzərdə tutulduğu CM-in 308-ci maddəsinin “Qeyd”indəki “vəzifəli şəxs” anlayışının izahı, eləcə də bu “Qeyd”in təfsirinə həsr olunmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli Qərarı, habelə Məhkum hərbi xidmətə çağırışla bağlı təşkil olunmuş komissiyaların işində yerinə yetirdiyi vəzifələrin həyata keçirilməsini tənzimləyən normativ hüquqi akt və başqa sənədlərin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 9 fevral 2008-ci il tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin və XXX18nin rəisinin 25 iyul 2014-cü il tarixli 65 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması işinin təşkili və aparılması qaydaları haqqında Təlimat”ın) tələbləri nəzərə alınmaqla müəyyən edilməlidir. CM-in 308-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən “hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları” CM-in XXXİİİ fəslinin maddələrində (o cümlədən 314-cü maddəsində) təsbit edilmiş “vəzifəli şəxs” anlayışı ilə ehtiva olunan şəxslərin dairəsinə aiddirlər. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsində Vətəni müdafiə hər bir vətəndaşın borcu kimi təsbit edilmişdir. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Vətəndaşların qeyd olunan konstitusion vəzifəsindən irəli gələrək bu sa hədə dövlət hakimiyyətinin səmərəli şəkildə həyata keçirilməsini (konstitusion vəzifənin yerinə yetirilməsini) təmin etməli olan orqanlar sistemi yaradılmış, onların müvafiq (dövlət hakimiyyətinin həyata keçirilməsi üzrə) funksiyaları nəzərdə tutulmuş, bu funksiyaların realizə edilməsinə xidmət edən hüquq və vəzifələri müəyyən edilmişdir. O cümlədən, Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunun 5-ci maddəsində həkim üzvlərdən və sədrdən (müvafiq icra hakimiyyəti orqanının, yəni XXX18nin yerli idarə, şöbə və bölməsinin rəhbərindən) ibarət olan rayon, şəhər, şəhərdə rayon ilkin hərbi qeydiyyata alma komissiyasının, 13-cü maddəsində isə rayonda, şəhərdə, şəhərdə rayon çağırış komissiyalarının təşkil olunması nəzərdə tutulmuş, Qanunun 13.2-ci maddəsində çağırış komissiyasının işində də həkim mütəxəssislərin, o cümlədən cərrahın iştirak etməsi təsbit edilmişdir. Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunun 6.2. və 6.5-ci maddələrinə əsasən 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları həkim mütəxəssislər tərəfindən hökmən tibbi müayinə edilir və yalnız bundan sonra ilkin hərbi qeydiyyata alma komissiyasının qərarı ilə ilkin hərbi qeydiyyata alınırlar və məhz bu hal Konstitusiyanın 76-cı maddəsinin İ hissəsindən irəli gələn spesifik, o cümlədən hərbi xidmətə hazırlığın keçilməsi üzrə hüquq və vəzifələrin yaranmasının əsası kimi çıxış edir. Eynilə, Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunun 14.1.1-ci maddəsi çağırışçıların tibbi müayinəsinin təşkil edilməsini rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifələri sırasında göstərir, 15.1-ci m addəsi isə müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşların müvafiq icra hakimiyyəti orqanında (yəni, XXX18nin yerli idarə, şöbə və bölmələrində) həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilməsini tələb edir. Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunun 15.2-ci maddəsi də rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən 15.2.1-15.2.4-cü maddələrdə göstərilən (“müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında”, “sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında”, “sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında”, “dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqınd a”) qərarlardan birinin qəbul edilməsini məhz tibbi müayinənin nəticələrindən asılı etmişdir (həmin normaya görə bu qərarlardan biri tibbi müayinənin nəticələrinə uyğun olaraq qəbul edilir). Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunun 5.2-ci maddəsinə əsasən rayon, şəhər, şəhərdə rayon ilkin hərbi qeydiyyata alma komissiyasının fərdi tərkibi müvafiq icra hakimiyyəti orqanı (rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti orqanları) tərəfindən müvafiq icra hakimiyyəti orqanı (XXX29) ilə razılaşdırmaqla, 13.3-cü maddəsinə əsasən isə rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibi müvafiq icra hakimiyyəti orqanı (rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti orqanları) tərəfindən müvafiq icra hakimiyyəti orqan ı (XXX29) ilə razılaşdırmaqla təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “Hakimiyyət nümayəndəsinin funksiyasının və fəaliyyətinin xarakteri onun təmsil etdiyi orqan qarşısında duran vəzifələrlə müəyyən olunur. Hakimiyyət nümayəndəsinin fəaliyyəti onun inzibati tabeliyində olan və olmayan qeyri-müəyyən həddə şəxslərin dairəsi ilə qarşılıqlı əlaqə üzərində qurulur”. Həmin Qərara əsasən “qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fi ziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar”. Təsvir edilənlər onu deməyə əsas verir ki, vətəndaşların ilkin hərbi qeydiyyata alınması və hərbi xidmətə çağırılması məsələləri üzrə dövlət hakimiyyətinin həyata keçirilməsi sahəsində qanunla müəyyən edilmiş vəzifələr daşıyan (icrası məcburi olan qərarlar qəbul etmək səlahiyyətinə malik olan) istər İlkin qeydiyyata alma komissiyasının həkim üzvü, istərsə də Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssis həmin təsisatların funksiyalarına aid edilmiş (onların fəaliyyət istiqamətləri üzrə) Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunla müəyyən edilmiş (eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də və XXX18nin rəisinin 25 iyul 2014-cü il tarixli 65 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması işinin təşkili və aparılması qaydaları haqqında” Təlimat”da göstərilən) vəzifələri yerinə yetirməklə onların adından vəzifəli şəxs kimi çıxış edirlər və belə həkim üzvlərin və ya həkim mütəxəssislərin xəstəxanalarda, poliklinikalarda, başqa tibb müəssisələrində peşə fəaliyyətini həyata keçirən həkimlərlə eyniləşdirilməsi əsassızdır. Kassasiya şikayətində irəli sürülmüş Məhkum əməli nəticəsində mühüm zərərin vurulmam ası, yəni səhhətinə görə hərbi xidmətə yararsız olan bir nəfər çağırışçının hərbi xidmətə çağırılmasının və müəyyən müddət ərzində hərbi xidmət keçməsinin mühüm zərər təşkil etməməsi barədə dəlil də əsaslı sayıla bilməz. Belə ki, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan şəxslərin müddətli həqiqi hərbi xidmətə çağırılmasının silahlı qüvvələrin yüksək döyüş qabiliyyətinin təmin edilməsi baxımından əhəmiyyəti olduğu kimi, həmin şəxslərin sağlamlığının və bununla bağlı olan hüquqlarının təmin edilməsi baxımından da xüsusi əhəmiyyəti var. Hərbi xidmət dövlət qulluğunun xüsusi növü olmaqla bundan irəli gələn öznəməxsus vəzifələrin yerinə yetirilməsi üçün hərbi xidmətə çağırılan şəxsin sağlam olmasını, bu cəhətdən qeyd edilən vəzifələri daşımaq qabiliyyətində olmasını həm də ona gö rə tələb edir ki, hərbi xidmət üzrə vəzifələrin hərbi xidmətə yararlı olmayan şəxsin üzərinə qoyulması onun sağlamlıq vəziyyətinin daha da pisləşməsinə, başqa xəstəliklərlə fəsadlaşmasına, xəstəliyin geridönməz xarakter almasına və digər ağır nəticələrə gətirib çıxara bilər. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında sübut qismində istinad olunmuş sənəddən Azərbaycan Respublikası Müdafiə NazirliyininXXX26nin 30 avqust 2023-cü il tarixli, 11591 nömrəli məktubundan isə görünür ki, Zərərçəkmiş şəxs 4 iyul 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb XXX30də xidmət keçdiyi dövrdə 22 aprel 2023-cü ildən N iyul 2023cü il tarixədək, yəni 3 aya yaxın müddət ərzində 230 nömrəli Hərbi Hissədə (Hərbi Hospitalda) “aşıq-qayı qvari oynaqların birinci mərhələ osteartrozu ilə fəsadlaşmış hər iki ayağın İİİ (üçüncü) dərəcəli boylama yastıayaqlığı, kəskin bronxit yüngül gedişli. OUAlternəedici ekzotropiya” diaqnozu ilə stasionar müalicədə olmuş və bununla əlaqədar Hospital hərbi həkim komissiyası tətəfindən “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək bu qərar XXX25 tərəfindən təsdiq edildikdən sonra qərarın icra edilməsindən ötrü N iyul 2023-cü ildə öz hərbi hissəsinə yazılmışdır. Hərbi xidmət keçərkən səhhətindəki problemlərin kəskinləşməsini və bununla bağlı hərbi hospitalda stasionar şəraitdə müalicə almasını zərərçəkmiş Zərərçəkmiş şəxs da ifadəsində təsdiq etmişdir. Mühüm zərərin vurulması ilə bağlı hüquqi nəticənin əsasına qoyulmuş faktiki hallar CPM-in 143-146-cı m addələrinin tələblərinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslandığı kimi, yuxarıda şərh edilən digər hüquqi məsələlərə, eləcə də CM-in 314.1-ci maddəsinin dispozisiyası ilə ehtiva olunan başqa hüquqi şərtlərə (Məhkum işə laqeyd münasibət göstərməklə öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi və bununla zərərçəkmiş şəxsin hüquqlarının pozulması (mühüm zərərin vurulması) kimi ictimai-təhlükəli nəticə arasında səbəbli əlaqənin olması və s. məsələlərə) aid faktiki hallar da eyni qaydada tədqiq edilərək mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusuna, o cümlədən Məhkum İlkin qeydiyyata alma komissiyasının həkim-cərrah üzvü olmasına və Rayon çağırış komissiyasının işinə həkimcərrah kimi cəlb edilməsinə dair Salyan Rayon İ cra Hakimiyyəti başçısının 27 dekabr 2018-ci il tarixli 182 nömrəli və 28 iyun 2022-ci il tarixli 89 nömrəli sərəncamlarının surətlərinə, məhkəmə-xətşünaslıq ekspertizasının 2 noyabr 2023-cü il tarixli 4/1674 nömrəli rəyinə, təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 30 oktyabr 2023-cü il tarixli KEŞ-734 nömrəli rəyinə əsaslanır. Belə ki, məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən Zərərçəkmiş şəxs aid “çağırışçının uçot kartası”nın “İlkin hərbi qeydiyyata alma komissiyasının qərarı” hissəsində “cərrah” qrafasının qarşısındakı “yararlı” yazısı və imza, habelə “Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı” hissəsində “cərrah” qrafasının qarşısındakı “yararlı” yazısı və imza Məhkum tərəfindən icra olunmuşdur. Təkrar komisyon məhkəmə tibbi ekspertizasının rəyinə görə i sə XXX25 tərəfindən Zərərçəkmiş şəxs aşkar edilmiş “aşıq-qayıqvari oynaqların İ (birinci) mərhələ osteartrozu ilə fəsadlaşmış, hər iki ayağın İİİ (üçüncü) dərəcəli boylama yastıayaqlılığı. Alteməedici ekzotropiya” xəstəlikləri Zərərçəkmiş şəxs həqiqi hərbi xidmətə göndərilməmişdən əvvəl yerli hərbi həkim komissiyası tərəfindən müayinə olunarkən onda müəyyən edilməli idi. Zərərçəkmiş şəxs hər iki ayaqda İİİ (üçüncü) dərəcəli boylama yastıayaqlılıq rentgenoloji müayinə əsasında təyin edilir. Zərərçəkmiş şəxs hər iki ayaqda İİİ (üçüncü) dərəcəli boylama yastıayaqlılıq obyektiv (vizual) müayinə əsasında şübhə yaratmalı və rentgenoloji müayinə aparılaraq təyin edilməli idi. Zərərçəkmiş şəxs hər iki ayağın İİİ (üçüncü) dərəcəli boylama yastıayaqlılıq xəstəliyinin 5 ay müddətində hərbi xidmət döv ründə yarana bilməsi istisna edilir. Bu və digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilərək onların həqiqi məzmunlarına uyğun olaraq şərh edilmiş, apellyasiya instansiyası məhkəməsi də yuxarıda qeyd olunan məsələlər üzrə (əməlin faktiki əsasını təşkil edən hallar, onların hüquqi qiymətləndirilməsi, təqsirlilik və Məhkum cəzalandılmalı olubolmaması barədə) gəldiyi nəticələri həmin sübutların üzərində qurmuşdur. Odur ki, məhkəmə kollegiyası hazırkı qərarda sübutların yuxarıda təsvir edildiyindən daha ətraflı şəkildə təsvir olunmasını zəruri saymayaraq, şərh olunan məsələlərə dair məhkəmələrin gəldikləri nəticələri şübhə altına almaq üçün də əsas görmür. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə CPM-in 416.1.21ci maddəsində nəzərdə tutulmu ş hal mövcud olduğundan bu əsasla Məhkum əlavə cəzanın təyin edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin qərarı və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Belə ki, Məhkum təqsirli bilindiyi CM-in 314.1-ci maddəsinin sanksiyasında müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəza qismində nəzərdə tutulmamış və birinci instansiya məhkəməsi CM-in 46.2-ci maddəsinə istinad etməklə Məhkum barəsində iki il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutmaq hüququndan məhrum etmə şəklində əlavə cəza təyin etmişdir. Lakin, CM-in 46.2-ci maddəsi bu qaydada əlavə cəzanın təyin edilməsi məsələsi həll olunarkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkarın şəxsiyyət ini nəzərə almağı tələb etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qeyd olunan məsələlərə aid halları nəzərə almamış, ümumiyyətlə bu məsələ üzrə qərarının motivlərini hökmdə göstərmədən, sadəcə cinayət-hüquqi normaların məzmununu təkrarlamaqla Məhkum əlavə cəza təyin etmişdir. Halbuki, Məhkum evlidir, ali təhsilli həkimdir, əvvəllər məhkum olunmamışdır. O, ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən əməlin törədilməsində təqsirli bilinmişdir. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, himayəsində azyaşlı uşaqlarının olması – CM-in 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışığın əldə olunması – CM-in 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Məhkum vəzifəli şəxs olaraq cinayət əməli törətsə də, birinci instansiya məhkəməsi tərəfindən onun əməlinin xüsusiyyətinə (İlkin qeydiyyata alma komissiyanın tərkibində və çağırış komissiyasının işində həkim-cərrah kimi fəaliyyət göstərərkən ehtiyatsızlıq üzündən cinayət törətməsinə) əhəmiyyət verilməmiş, Məhkum 2 il müddətində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələrdə işləməsini ümumi şəkildə qadağan edən əlavə cəza təyin olunmuşdur. Həm də birinci instansiya məhkəməsi hökmün təsviri-əsaslandırıcı hissəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə cəzasının cərimə cəzasına əlavə cəza olaraq təyin edilməli olduğunu yuxarıda qeyd edilən tərzdə əsaslandırmış, halbuki Məhkum CM-in 314.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə, bu cəzanın ən yuxarı həddində (2 il müddətə) cəza təyin etmişdir. Əlav ə cəzanın qeyd olunan pozuntularla təyin olunmasına baxmayaraq, bu qüsur apellyasiya instansiyası məhkəməsi tərəfindən də aradan qaldırılmamışdır. Odur ki, məhkəmə kollegiyası Məhkum əlavə cəzanın təyin edilməsinə dair müddəaların məhkəmə qərarlarından xaric edilməsini (onun üzərində yalnız hökmlə təyin olunmuş əsas cəzanın saxlanılmasını) məqsədəuyğun sayır və hesab edir ki, əlavə cəza təyin edilmədən də Məhkum münasibətdə CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və onun müdafiəçisinin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 27 mart 2024cü il tarixli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və onun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 27 mart 2024-cü il tarixli qərarı dəyişdirilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2024-cü il tarixli qərarından və Salyan Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli hökmündən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi nə əsasən əlavə cəza qismində 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutmaq hüququndan məhrum edilmə cəzasının təyin edilməsinə dair müddəalar xaric edilsin, Məhkum üzərində yalnız 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Qalan hissədə qərar və hökm dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1861/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1861/2024
27.09.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver