Məhkəmə qərarları › İş №1(102)-1862/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1862/2025

11.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1862/2025 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2024-cü il tarixl i 1(104)-66/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Dadaş İmanov (sədrlik edən və məruzəçi), Roman Ələkbərli və Elmin Rüstəmov) 22 sentyabr 2023-cü il tarixli 1(100)47/2023 nömrəli hökmü ilə xx xxxx 1996-cı il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ( bundan sonra mətndə CM-in) 178.2.2 və 310-ci maddələri ilə təqsirli bilinərək, CM-in 178.2.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 310-cu m addəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən həmin cəza və Gəncə Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 1(104)-211/2023 nömrəli qərarı ilə ona təyin edilmiş 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplamaqla ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmənin başlanğıcı 25 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum aldatma və etibardan suii stifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmişdir. Belə ki, Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin noyabr ayında Şahid6 vasitəsi ilə tanıdığı Tovuz rayonu, Qovlar şəhər sakini Şahid3 işə düzəlməsində köməklik göstərilməsi üçün özünə müraciətindən sonra aralarında olan telefon danışıqları zamanı sonuncuya özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) səlahiyyətli şəxsi kimi təqdim edərək özünün geniş əlaqələrə malik olduğunu ona yalandan bildirib, Şahid3 Dövlət Neft Şirkətində aylıq 930 manat əmək haqqı olmaqla sürücü kimi işə götürüləcəyinə nail olacağını yalandan vəd verib, bunun üçün verilməli olan 968 manat pul vəsaitindən 68 manatının guya dövlət rüsumu kimi, 400 manatının şirkət tərəfindən 1 illik sürücü stajı olan şəxslər işə götürüldüyünə görə “Azərsu” idarəsində tanıdığı vəzifəli şəxsə staj yazılmasına görə, qalan 500 manatının isə Dövlət Neft Şirkətində tanıdığı vəzifəli şəxsə rüşvət qismində verilməsinin zəruri olmasını Şahid3 yalandan bildirməklə sonuncu ilə razılaş, həmin adla 14 noyabr 2020-ci il tarixdə Tovuz rayonu, Qovlar şəhərində yerləşən “Qovlar” marketində yerləşdirilmiş “Milli ön” aparatı vasitəsi ilə əvvəlcədən Şahid3 verdiyi özünə məxsus olan "xxxx" ASC-yə aid debet kartın “************ ********” hesab nömrəsinə 568 (beş yüz altmış səkkiz) manat, Şahid3 qardaşı Şahid4 17 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Mansurov küçəsi, “Dad” marketin içərisində yerləşdirilmiş “Milli ön” aparatından qeyd olunan “********************” hesab nömrəsinə 400 (dörd yüz) manat köçürməsi nəticəsində cəmi 968 (doqquz yüz altmış səkkiz) manat pul vəsaitini əldə edərək, eyni zamanda inandırmaq məqsədi ilə Şahid3 istədiyi sənədlərin, yəni şəxsiyyət vəsiqəsi, əmək kitabçasının şəkillərinin sonuncu tərəfindən istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinin “Whatsapp” proqramına göndərilməsinə nail olmaqla, əldə etdiyi 968 manat pul vəsaitini Tovuz rayonu ərazisində ayrı-ayrı bankomatlardan çıxararaq həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid3 məxsus cəmi 968 (doqquz yüz altmış səkkiz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib dələduzluq etmiş, həmin hərəkətləri ilə qurumların cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin yanvar ayının sonlarında internet resurslarından istifadə etməklə əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Sumqayıt şəhər Təhsil şöbəsinin rəhbərliyinin 018-64-2-00-88 saylı xidməti telefon nömrəsi ilə əlaqə saxlayaraq özbaşına özünü və zifəli şəxs, yəni Azərbaycan Respublikasının Baş Prokurorluğunun əməkdaşı və “X4” kimi təqdim edib rəhbərliyin onunla əlaqə saxlaması üçün özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsini verdikdən sonra, Sumqayıt şəhər Təhsil şöbəsinin cinayətdən xəbərsiz müdiri Şahid2 qızının istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi vasitəsi ilə onunla telefon əlaqəsi saxlaması nəticəsində sonuncuya eyni niyyətlə özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı və “X4” kimi təqdim edərək, guya Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətinin yeni yaradılan regional idarələrinə Bakı şəhəri, Sumqayıt şəhəri və digər bölgələr üzrə işləmək üçün işçilər tələb olunduğunu, müəllimlər sırasından da namizədlər seçildiyini yalandan bildirmə klə, ona uyğun namizədlər verilməsini xahiş etməsi ilə əlaqədar 1 fevral 2022-ci il tarixdə Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Şahid2 qızının vasitəsi ilə tanıdığı Şahid1 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi vasitəsilə özü ilə əlaqə saxlayan zaman sonuncuya eyni niyyətlə bir daha özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı və “X4” kimi təqdim edərək, Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətinin yeni yaradılan regional idarələrinə Bakı şəhəri, Sumqayıt şəhəri və digər bölgələr üzrə işləmək üçün işçilər tələb olunduğunu yalandan bildirdikdən sonra sonuncunun, övladı Şahid5 işə qəbul edilməsində köməklik göstərilməsi ilə bağlı müraciəti ilə əlaqədar həmin şəxsə guya işlədiyi Baş Prokurorluğun daxilində fəali yyət göstərən “İmtahan mərkəzi”ndə yüksək vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək, Şahid1 övladı Şahid5 Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətinin Sumqayıt şəhərində yeni yaradılan regional idarəsinə mətbuat işçisi kimi imtahanda iştirak etmədən işə götürülməsinə nail olacağını yalandan vəd verib,, həmin adla 2 fevral 2022-ci il tarixdə Şahid1 Sumqayıt şəhəri, 26-cı məhəllə, “Oba Sumqayıt” marketin içərisində yerləşdirilmiş “Milli ön” aparatı vasitəsi ilə əvvəlcədən verdiyi özünə məxsus olan "xxxx" ASC-nin “52136*******8373” saylı debet kart hesabına, “********************” hesab nömrəsinə 2.500 manat pul vəsaitini göndərməsinə nail olub həmin pul vəsaitini əldə edərək, habelə inandırmaq məqsədi ilə Şahid1 qızı Şah id5 aid istədiyi sənədlərin, yəni şəxsiyyət vəsiqəsi, diplomun, əmək kitabçasının və kompüter təlim kursu ilə bağlı sertifikatın şəkillərinin sonuncu tərəfindən istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinin “Whatsapp” proqramına göndərilməsinə də nail olmaqla, əldə etdiyi 2.500 manat pul vəsaitini Tovuz rayonu ərazisində ayrı-ayrı bankomatlardan çıxararaq şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus cəmi 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə dövlətin qurumlarının cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli ş əxsin səlahiyyətlərini təkrarən mənimsəmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rafiq Cəfərov (sədrlik edən və məruzəçi), Əlizamin Abdullayev və Faiq Mahmudov) 15 may 2024-cü il tarixli 1(104)-66/2024 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 1(100)-47/2023 nömrəli hökmü dəyişdirilmiş, dövlət ittihamçısının imtinası qəbul edilməklə, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Məhkum barəsində CM-in 178.2.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 1(100)-47/2023 nömrəli hökmündən Məhkum CM-in 178.2.2-ci maddəsi ilə cəza təyin olunmasına və CM-in 66.2-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Məhkum CM-in 310-cu maddəsi ilə tə yin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 1(102)-405/2024 nömrəli qərarı ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum kassasiya şikayəti verərək onun barəsində çıxarılmış hökmlərin məcmusu üzrə qəti cəzanın müəyyən edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixl i, 1(100)-47/2023 nömrəli hökmü nəzərə alınmayıb ki, o, Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli hökmü ilə CMin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilmiş və CM-in 66.5-ci maddəsinə əsasən həmin hökmlə və Gəncə Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti cəza təyin edilmişdir. Hər iki hökm qanuni qüvvəsini alıb və icra olunur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419- cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hök m və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinin tövsifinə və təqsirinin sübuta yetirilməsinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkum kassasiya şikayətində hazırkı cinayət işi üzrə onun barəsində çıxarılmış məhkəmə aktları - Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli 1(100)-47/2023 nömrəli hökmünü və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2024-cü il tarixli 1(104)-66/2024 nömrəli qərarını mübahisələndirmir. Məhkumun kassasiya şikayəti onu n barəsində çıxarılmış məhkəmə aktları üzrə ona vahid qəti cəzasının təyin edilməsi ilə əlaqədardır. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, Məhkum barəsində aşağıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Abşeron Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü ilə Məhkum CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlandığı 2 ay 22 gün cəzadan çıxılmaqla üzərində çəkilməsi üçün 2 il 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum CM-in 178.2.2, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 178.2.2-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 310-cu maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Abşeron Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 16 (on altı) gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 25 günü CM-in 68.1.1-1-ci maddəsinin tələblərinə əsasən 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutmaqla CMin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzaçəkmənin başlanğıcı 25 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərarı ilə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, CM-in 32.4,312.2-ci maddəsinə dair müddəalar hökmdən xaric edilmiş, CM-in 178.2.2 və 310-cü maddələri ilə təyin edilmiş cəzaları CM-in 66.2-ci maddəsinə əsasən qismən toplamaqla Məhkum 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Abşeron Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 16 (on altı) gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) günü CM-in 68.1.1-1-ci maddəsinin tələblərinə əsasən 11 (on bir) ay 27 (iyirmi yeddi) güm azadlıqdan məhrum etmə cəzasına bərabər tutmaqla CM-in 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəza ilə qismən toplamaqla ona qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli hökmü ilə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən həmin cəza və Gəncə Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 1(104)-211/2023 nömrəli qərarı ilə ona CM-in 66.2-ci maddəsinə əsasən CM-in 178.2.2 və 310-cü maddəsi ilə təyin edilmiş təyin edilmiş 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məh rumetmə cəzası qismən toplamaqla ona qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmənin başlanğıcı 25 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Hazırki cinayət işi üzrə Məhkum Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli 1(100)-47/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 310-ci maddələri ilə təqsirli bilinərək, CM-in 178.2.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 310-cu maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən həmin cəza və Gəncə Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 1(104)-211/2023 nömrəli qərarı ilə ona təyin edilmiş 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplamaqla ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmənin başlanğıcı 25 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmiş, qərardan Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə cəza təyininə dair müddəalar xaric edilmiş, CM-in 310-cü maddəsi ilə təyin edilmiş 1 (bir) il müdd ətinə azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalmış 1 il 11 ay 25 günü CM-in 68.1.1-1-ci maddəsinin tələblərinə əsasən 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutmaqla qismən toplamaq yolu ilə ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum apellyasiya şikayətinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 1(100)-47/2023 nömrəli hökmünə apellyasiya qaydasında yenidən baxılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2024-cü il tarixli 1(104)-66/2024 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2023cü il tarixli, 1(100)-47/2023 nömrəli hökmü dəyişdirilmiş, dövlət ittihamçısının imtinası qəbul edilməklə, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Məhkum barəsində CM-in 178.2.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 1(100)-47/2023 nömrəli hökmündən Məhkum CM-in 178.2.2-ci maddəsi ilə cəza təyin olunmasına və CM-in 66.2-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Məhkum CM-in 310-cu maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 1(102)-405/2024 nömrəli qərarı ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlı qdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, məhkumun apellyasiya şikayəti qismən təmin edilmişdir. Göründüyü kimi Məhkum barəsində olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli hökmlərində həmin hökmləri ilə təqsirli bilindiyi maddələrlə ona təyin edilmiş cəzalara CMin 66.5-ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 1(104)-211/2023 nömrəli qərarı ilə ona təyin edilmiş 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplamaqla ona qəti cəza təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2024-cü il tarixli 1(104)-66/2024 nömrəli qərarında, qərarın çıxarıldığı vaxt Gəncə Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 1(104)-211/2023 nömrəli qərarının Ali Məhkəmə tərəfindən dəyişdirilməsi nəzərə alıb, CM-in 66.5-ci maddəsinə əsasən hökmlə yeni təyin edilmiş cəza Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 1(102)-405/2024 nömrəli qərarı ilə təyin edilmiş cəza ilə toplanılmışdır. Ali Məhkəmə tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərarının dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Şəhər Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli qərarında əmələ gəlmiş anlaşılmazlıq həll edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəza ilə qismən topla nılmaqla Məhkum qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hal-hazırda Məhkum barəsində yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmiş hər iki hökm (Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli hökmü və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli 1(100)47/2023 nömrəli hökmü) qanuni qüvvəyə minmiş və hal-hazırda müstəqil olaraq icra olunur. Göründüyü kimi kassasiya şikayəti məhkum tərəfindən verilməsinə baxmayaraq, həmin şikayətdə məhkumun vəziyyətinin faktiki olaraq pisləşməsi məsələsi qoyulur. Belə ki, hazırkı cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsi Məhkum barəsində 22 sentyabr 2023-cü il tarixli 1(100)-47/2023 nömrəli hökmü çıxarılarkən onun haqqında Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli hökmü qüvvədə minmiş və həmin hökmdə Gəncə Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərarı ilə Məhkum təyin edilmiş cəza CM-in 66.5-ci maddəsinə əsasən yeni təyin edilmiş cəza ilə qismən toplanıb ona vahid qəti cəza təyin edilmişdir. Beləliklə, Gəncə Ağır Cinayətlər Məhkəməsi Məhkum barəsində 22 sentyabr 2023cü il tarixli 1(100)-47/2023 nömrəli hökmü çıxarılarkən Gəncə Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəza ilə əhatə olunmuş və müstəqil cəza kimi CM-in 66.5-ci maddəsinə əsasən toplanıla bilməzdi. CM-in 66.5-ci maddəsinin tələblərinə görə Məhkum vahid qəti cəzanın təyin edilməsi üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli 1(1 00)-47/2023 nömrəli hökmü ilə onun təqsirli bilindiyi maddə ilə ona təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəza ilə toplanılmalı idi. Bu isə məhkum S.H.X3 Məhkəməsinin 15 may 2023-cü il tarixli qərarı ilə dəyişdirilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli 1(100)-47/2023 nömrəli hökmü ilə təyin edilmiş cəzadan daha ağır cəzanın təyin edilməsi, yəni məhkumun vəziyyətinin pisləşməsinə gəlib çıxaracaq. Belə olan halda məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq Məhkum kassasiya şikayətinin aşağıda göstərilən səbəblərə görə təmin edilməsini mümkün saymır. Belə ki, CPM-in 420-ci maddəsi isə kassasiya instansiyası məhkəməsi tərəfindən hökm və ya qərar tam və ya qismə n ləğv edildikdən sonra cinayət işinin apellyasiya instansiyasında yenidən baxılması qaydasını müəyyən edir. Həmin maddəyə əsasən “Məhkəmənin hökmü və ya qərarı kassasiya qaydasında ləğv edildikdən sonra apellyasiya instansiyası məhkəməsində cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin yenidən baxılması bu Məcəllənin 381 - 407-ci maddələrinə müvafiq olaraq aparılır.” (maddə 420.1). “Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına göndərilərkən məhkumun vəziyyətini pisləşdirən qərar yalnız hökmün dövlət ittihamçısının kassasiya protesti və ya zərər çəkmiş şəxsin, yaxud onun nümayəndəsinin kassasiya şikayəti əsas ında ləğv edildiyi halda qəbul edilə bilər.” (maddə 420.2). CPM-in 91.7-ci və 122.9-cu maddələri də baxılan məsələnin həllinə təsiri olan normalar kimi nəzərdən keçirilməlidir. Cinayət-prosessual qanunun 91.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. CPM-in 122.9-cu maddəsində isə nəzərdə tutulmuşdur ki, şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyi naminə onun özü və ya başqa şəxs tərəfindən verilmiş şikayətdən cinayət prosesini həyata keçirən orqan bu şəxsin əleyhinə istifadə etməyə haqlı deyil. Burada vurğulanmalıdır ki, CPM-də ittiham tərəfini təmsil olunan şəxslərin məhkəmə qərarlarından verdikləri şikayətlərə, o cümlədən dövlət ittihamçısının apellyasiya və ya kassasiya protestinə münasibətdə analoji tələb irəli sürülməmişdir. Yuxarıda qeyd edilən hüquqi normalarla yananşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında əksini tapmış hüquqi yanaşmalar da şərh edilən sualın düzgün cavablandırılması üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, həmin qərarın təsviri-əsaslandırıcı hissəsində məhkəmənin gəldiyi nəticələr əsaslandırılarkən xüsusilə qeyd olunmuşdur ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin yekun qərarından (hökmdən) apellyasiya qaydasında şikayət vermək hüququ və pisləşməyə doğru çevrilmənin yolverilməzliyi prinsipi şəxsiyyətin və ədalət mühakiməsinin maraqla rının qarşılıqlı münasibətlərinin problemini uğurlu şəkildə həll edir. Cinayət prosesində bu prinsipin üstünlüyü təqsirləndirilən şəxsin ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasının real təminatı kimi çıxış edir. Pisləşməyə doğru çevrilmənin yolverilməzliyi prinsipinin mahiyyəti ondan ibarətdir ki, məhkum edilmiş şəxsin birinci instansiya məhkəməsinin hökmündən yuxarı məhkəməyə verdiyi şikayət onun üçün arzuolunmaz nəticələr doğura bilməz. Bu fikrin davamı olaraq Konstitusiya Məhkəməsinin qərarında qeyd olunmuşdur ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin və Avropa Konvensiyasının 7-ci Protokolunun 2-ci maddəsinin 1-ci bəndinin mənalarına görə məhkum edilmiş şəxsi hökmdən apellyasiya şikayəti verməkdən çəkindirən təhlükənin yaranmasına yol vermək olmaz. Əks hal da “refermatio in pecus” imkanı bu şəxsin şikayətini nəticə etibarı ilə cəzanı ağırlaşdıra biləcək bir prosedura, apellyasiya icraatını isə ilkin məhkəmə araşdırması ilə müqayisədə daha ağır nəticələrə səbəb olan prosesə çevirə bilər. Yuxarıda təsvir olunanlar onu deməyə əsas verir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edildikdə, yalnız CPM-in 397.1 və 397.2-ci maddələri yeni apellyasiya baxışının hədlərini müəyyənləşdirən normalar kimi nəzərdən keçirilməməli, bu məsələlər CPM-in 420-ci maddəsində yeni apellyasiya baxışına münasibədə irəli sürülən tələblər nəzərə alınmaqla təfsir olunmalı və artıq yeni apellyasiya baxışı əvvəlki apellyasiya icraatının davamı və ya hədləri müstəsna olaraq CPM-in 3 97.1 və 397.2-ci maddələrinə əsasən müəyyən edilən prosessual mərhələ kimi deyil, həm də əvvəlki qərarın kassasiya qaydasında ləğv edilməsindən törəyən xüsusi (CPM-in 420-ci maddəsindən irəli gələn) tələblərlə şərtləndirilmiş icraat kimi nəzərdən keçirilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, əgər apellyasiya instansiyası məhkəməsinin qərarı mahiyyətcə məhkumun mənafeyi üçün verilmiş kassasiya şikayəti və ya kassasiya protesti əsasında ləğv edilirsə, (nə qədər ki, məhkumun mənafeyi üçün verilmiş kassasiya müraciəti onun əleyhinə qərarın çıxarılmasına və apellyasiya instansiyası məhkəməsinin əvvəlki qərarı ilə müqayisədə vəziyyətinin pisləşməsinə gətirib çıxara bilməz) yeni apellyasiya baxışında əvvəlki apellyasiya baxışının predmeti olmuş bütün apellyasiya müraciətlərinə bu fundamental tələb nəzərə alınmaqla baxılmalıdır. Yuxarıda qeyd edilən prosessual normalardan və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən aydın olur ki, məhkumun kassasiya müraciəti əsasında apellyasiya instansiyası məhkəməsinin qərarının tam ləğv edilməsi yeni apellyasiya baxışının məhkumun əleyhinə olan nəticələrlə sonlanmasını (pisləşməni) qadağan edir. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayəti ilə əlaqədar həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkum tərəfindən mübahisələndirilən Gəncə Apellyasiya Məhkəməsinin 15 may 2024-cü il tarixli 1(104)-66/2024 nömrəli qərarı ilə ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı 25 oktyabr 2022-ci il tarixdən hesablandığından, hazırkı vaxta həmin cəza faktiki olaraq məhkum tərəfindən çək ilmiş hesab edilməlidir. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinə əsasən onun barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2024-cü il tarixli, 1(104)66/2024 nömrəli qərarının ləğv edilməsini və ya dəyişdirilməsini mümkün və qanuna uyğun hesab etmir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 310-cu maddəsi ilə məhkum olunmasına dar cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2024cü il tarixli 1(104)-66/2024 nömrəli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar