Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1865/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2025-ci il tarixli 1(105)-51/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Hafiz Əliyev (sədrlik edən və məruzəçi), Fəhmin Hümbətov və Aynur Rzayeva) 28 oktyabr 2024-cü il tarixli, 1(124)251/2024 nömrəli hökmü ilə xx xxxx 1987-ci ildə Gürcüstan Respublikası Qardabani şəhərində anadan olmuş, evli, ali təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan seçilmiş Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində ç əkməklə, cəzaçəkmə müddətinin əvvəli 03 may 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, Xaçmaz şəhəri Nəriman Nərimanov küçəsində saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 2 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə 03 may 2023-cü il tarixdə saat 19:30-19:40 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli dəri gödəkcəsinin sol yan cibində saxladığı 01 ədəd sellofan bükümdə 227,1 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan " heroin” aşkar edilib götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman Əhmədov (sədrlik edən və məruzəçi), Məhəmmədəli Rzayev və İlqar Dəmirov) 13 mart 2025-ci il tarixli 1(105)-51/2025 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 1(124)-251/2024 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2025-ci il tarixli 1(105)-51/2025 nömrəli qərarının ləğv edilərək Məhkum Rəfail oğlunun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti ni onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara deyil, işin təhqiqat və istintaq mərhələsinə qanunvericiliklə nəzərdə tutulmamış (döymə, işgəncə məcburetmə) formada əldə edilmiş sübutlara və izahatlara istinad etmiş, dolayısı ilə faktiki olaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Belə ki, məhkəmə hazırkı ədalətsiz və qanunsuz hökmü qəbul edərkən bildirmişdir ki, Məhkum aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndir ərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Hesab edir ki, məhkəmənin bu qənaəti ilə razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsin verdiyi ifadənin həqiqətə uyğun olub olmamasını araşdırmaq üçün müdafiə tərəfinin vəsatətləri əsassız şəkildə təmin etməyərək iş üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmaqdan əsassız olaraq imtina etmişdir, müdafiə tərəfin təqdim etdiyi şahidləri dindirməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs həm birinci instansiya, həm də apellyasiya baxışında cinayət işinin materiallarında olan şübhəli şəxsin dindirilməsi protokolu istisna olmaqla cinayət işinin digər materiallarında olan təqsirləndirilən şəxs qrafasının qarşısında olan bir imza ona məxsus deyil, cinayət işinin materialları saxtalaşdırılmışdır. Bu barəd ə ekspertizanın keçirilməsi barədə vəsatət verilsə də məhkəmə vəsatəti təmin etməmişdir. Məhkəmə “vizual baxarkən imzaların oxşar olduğu bildirmişdir.” Halbuki imzaların eyni şəxs tərəfindən icra edilib edilməməsi barədə qənaətə anacaq məhkəmə xəttşünaslıq ekspertizasının rəyi olduğu halda gəlmək mümkündür. Şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instans iyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilmədiyi halda, barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi bu cinayət iş inə baxarkən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi baxımından yanaşmamış, Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsini, gətirdiyi dəlilləri deyil, ibtidai istintaq zamanı təzyiq, təsir və fiziki zorakılıq altına alınmış şübhəli və heç bir əsası olmayan ifadələri ilə hökmü əsaslandırmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apell yasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respubli kası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, şahidlər X3, X1 və X5 ifadələri, məhkəmə ekspertizalarının rə yləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları məhkəmə iclasında tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Res publikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, Məhkum məhkəmə iclasında verdiyi ifadəsində hər hansı bir cinayət əməli törətmədiyini bildirsə də, onun elan edilmiş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, onun üzərində şəxsi axtarış və götürmə aparılması barədə və digər istintaq hərəkətlərinin protokolları, maddi sübutlar, habelə onun özünün ibtidai istintaq zamanı verdiyi ifadələrlə də təsdiq olunmuşdur. Həmin sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilmiş və qiymətləndirmişdir. Məhkəmə kollegiyası həmin sübutların mötəbərliyinə şübhə gətirən heç bir hal müəyyən etməmişdir. Həm məhku mun məhkəmə iclasında verdiyi ifadədə, həm onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirsizliyi, yəni ittiham olunduğu əməldə qeyd edilən narkotik vasitə olan heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması barədə irəli sürülmüş dəlillər yuxarıda qeyd edilən sübutların məcmusu ilə təkzib olunur. Eləcə də, istintaq zamanı təqsirləndirilən Məhkum təqsirini təsdiq edən ifadə vermiş, o cümlədən öz hüquqlarının pozulması və polis əməkdaşlarının onlara qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya hər hansı bir dövlət qurumuna şikayətlərlə müraciət etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri əsaslı olaraq Məhkum məhkəmə iclası nda verdiyi ifadəni həqiqətə uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmiş, kassasiya şikayətində bu məsələyə dair irəli sürülmüş dəlilləri əsassızdır. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə həmin sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübut un tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları, Məhkum əməlinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə birinci instansiya məhk əməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir. Kassasiya şikayətində göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasına və iş üzrə yeni apellyasiya baxışının təyin edilməsinə hüquqi əsas vermir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2025-ci il tarixli 1(105)-51/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayca n Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2025-ci il tarixli 1(105)-51/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1865/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1865/2025
29.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver