Məhkəmə qərarları › İş №1(102)-1868/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1868/2025

16.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1868/2025 16.10.2025 ALİ MƏHKƏMƏ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbulfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X1, Məhkum - Məhkum iştirakları ilə, Şabran Rayon Məhkəməsinin 5 fevral 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cin ayət Kollegiyasının 09 aprel 2025-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şabran Rayon Məhkəməsinin 5 fevral 2025-ci il tarixli, 1(031)-12/2025 nömrəli (hakim sədrlik edən A.S.Məmmədov) hökmü ilə, (xx.xx.1972-ci il tarixdə Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Şabran Rayon Məhkəməsinin 1(031)-18/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin cəzasının 01 (bir) il 04 (dörd) gün müddətində hissəsini çəkməmiş, Şabran şəhəri, X6 küçəsi, ev 7-də qeydiyyatda olmaqla yaşamış, hal-hazırda Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Şabran Rayon Məhkəməsinin 1(031)- 18/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən (azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla) 06 (altı) ay 02 (iki) gün azadlıqdan məhrumetmə cəzasının hesablanması və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 04 (dö rd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, üzərində qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2024-cü il hesablanması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-280/2025 nömrəli 9 aprel 2025-ci il tarixli qərarı ilə (hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və X2 ) Məhkum tərərfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin 5 fevral 2025-ci il tarixli, 1(031)-12/2025 -ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-280/2025 nömrəli 9 aprel 2025 -ci il tarixli qərarında n Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Hüquqi məsələlər: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2025-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2025-ci il tarixli qərarının qərarının ləğv edilib işin yeni apelyasiya baxışına qaytarılması xahiş edilmişdir. Məhkum 16 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında cinayət işinə baxılan zaman məhkəmə iclasında ərizə təqdim edərək tərəfindən verilmiş kassasiya şikayətinə baxılmadan geri götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının verilmiş ərizəyə münasibətdə etirazının olmadığını, məhkumun hüququ olduğunu bildirərək təmin edilməsinə dair çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası Məhkum özü tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətlərin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2025-ci il tarixli qərarından məhkumun özü tərəfindən verilmiş kassasiya şikayəti Məhkum özünün ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar