Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1880/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və bəraət almış şəxs X6 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 11 mart 2025-ci il tarixli 1(103)-438/2025 nömrəli hökmündən Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Hüseyn Hüseynli) 06 noyabr 2024cü il tarixli 1(003)-650/2024 nömrəli hökmü ilə, 15 iyun 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli h ökmü ilə CM-in 234.1-ci maddəsinə əsasən A.T.Dadaşova təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən A.T.Dadaşovun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 4 (dörd) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaç əkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 6 dekabr 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: İttihama əsasən X9 təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə ünvan 2 ünvanında yerləşən və içərisindəki əmlaklar Zərərçəkmiş şəxsd Zahid oğluna məxsus olan “Fədək" adlı marketdən oğurluq etmək üçün 26 sentyabr 2023-cü il tarixdə saat 23 radələrindən 27 sentyabr 2023-cü il tarixdə saat 08:00 radələrinədək olan müddət ərzində marketin nəfəslik hissəsindən saxlanc yeri olan marketin ticarət zalına qanunsuz olaraq daxil olmaqla oradan dəyəri 500 manat olan 01 ədəd dəst formada videomüşahidə qeydiyyatı aparatını, bir ədədinin qiyməti 5,00 manat olmaqla ümumi dəyəri 25 manat təşkil edən 5 ədəd "Vinston ” markalı, bir ədədinin qiyməti 5,00 manat olmaqla ümumi dəyəri 25 manat təşkil edən 5 ədəd “LD” markalı, bir ədədinin qiyməti 4,00 manat olmaqla ümumi dəyəri 20 manat təşkil edən 5 ədəd “Sobranie” markalı siqaretləri, həmçinin marketin ticarət zalında yerləşməklə pul vəsaitinin saxlandığı digər saxlanc yeri olan kassa aparatının xəzinəsini açıb oradan 500 manat məbləğində pulu götürərək marketin salonundan çıxardıb aparmaqla əldə edib Zərərçəkmiş şəxs ümumilikdə 1.070 (min yetmiş) manat məbləğində maddi ziyan vurub saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əfqan Ələkbərov (sədrlik edən və məruzəçi), Faiq Qəniyev və İbrahim İbrahimli) 11 mart 2025-ci il tarixli, 1(103)-438/202 5 nömrəli hökmü ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 1(003)-650/2024 nömrəli hökmü ləğv edilmiş, X7 CM-in 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, apellyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı4 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2025-ci il tarixli, 1(103)-438/2025 nömrəli qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı4 kassasiya protestini onunla əsaslandırmışdır ki, oğurluq cinayəti əmlakın gizli olaraq talanması üsulu ilə törədildiyindən təbii olaraq cinayət əməlini törədən şəxsin təqsirliliyi ma ddi sübut kimi əmlakın yerinin müəyyən edilməsi, oğurluq hadisəsinin kamera görüntüsünün olub-olmamasının dəqiqləşdirilməsi, təqsirləndirilən şəxsin özünün ifadəsi və ya digər şəxslərin ifadələri ilə sübuta yetirilir. Ancaq hazırkı cinayət işi üzrə yuxarıda qeyd olunan sübutların hər hansı birinin mövcud olmamasına baxmayaraq, iş üzrə çox vacib sübutlardan biri kimi əl-barmaq izlərinin eyniləşdirilməsi nəticəsində tədqiqat üçün götürülmüş nümunələrlə konkret şəxsin əl-barmaq izləri (ovuc) üst-üstə düşmüşdür. Aşkar edilmiş həmin izlərin oğurluq baş verən marketin qapısında mövcud olması faktını məhkəmə kollegiyası təqsirləndirilən şəxsin yaxınlıqda yaşaması və gündəlik olaraq həmin marketə gedib-gəlməsi ilə izah etmişdir. Ancaq məhkəmə kollegiyasının diqqətindən yayınan fakt odur ki, yuxarı da da qeyd edildiyi kimi təqsirləndirilən şəxs Azad Dadaşov apellyasiya baxışındakı ifadəsində qeyd olunan marketdə oğurluq faktından əvvəl sonuncu dəfə təxminən 15 gün əvvəl olduğunu bildirmişdir. Oğurluq faktının 26 sentyabr tarixində, yəni kifayət qədər mülayim, isti hava şəraitində törədilməsi və kriminalistik ədəbiyyatda əl-barmaq izlərinin isti hava şəraitində 15 gün müddətində predmet üzərində qala bilməsinin istisna edilməsini nəzərə alsaq, təqsirləndirilən şəxsin verdiyi ifadəsi ilə iş üzrə müəyyən edilmiş faktlar arasında ziddiyyətlər mövcuddur. Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş və kriminal keçmişə sahibdir. Eyni zamanda, zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs qonşudurlar. Ona görə də, zərər çəkmiş şəxsin məhkəmə istintaqında təqsirləndirilən şəxsin əleyhinə ifadə verməməsi anlaşılandır. Ancaq məhkəmə kollegiyası bir daha diqqətindən qaçırmışdır ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxsd Zahid oğlu bildirmişdir ki, təqsirləndirilən şəxs oğurluq hadisəsi baş verməmişdən bir neçə gün qabaq marketin içərisində şübhəli hərəkətlər etmiş, yəni marketin içərisini diqqətlə nəzərdən keçirmiş və bu səbəbdən də sonuncuya irad bildirərək onun çölə çıxmasını təkid etmişdir. A.T.Dadaşov əvvəllər dəfələrlə məhkum edilməsinə baxmayaraq, islah olunmamış, onda kriminal qətiyyət formalaşmış, eyni zamanda hazırda törətdiyi cinayət əməli də cinayətlərin residivini yaradır. Birinci instansiya məhkəməsi hökmündə tamamilə əsaslı olaraq məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, zərərçəkmiş ş əxs və şahid ifadələrinə, ekspert rəyinə, hadisə yerinə baxış protokoluna və digər sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, cinayət hadisəsinin məhz A.T.Dadaşov tərəfindən törədilməsi qənaətinə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının müvafiq hökmü ilə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinə görə cəzadan kənarda qalması sosial ədalətin bərpasına xələl gətirməklə, cəzasızlıq mühitinin yaradılmasına zəmin hazırlamaqla, təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran halların nəzərə alınmamasına, onlara düzgün hüquqi qiymət verilməməsinə səbəb olmaqla, nəticədə isə digər məhkəmələrin icraatında olan, eyni qəbildən olan cinayət işləri üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına, ədalətli cəza siyasətinin həyata keçirilməsi istiqamətində düzgün mövqe nümayiş etdirilməsinə, yekunda isə ədalət məhkəməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə bax ışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili apellyasiya instansiya məhkəməsi tərəfindən X7 Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətl əndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İstintaq orqanı tərəfindən X5 elan edilmiş ittihamda təqsirini təsdiq etmək üçün məhkəməyə onun özünün, Zərərçəkmiş şəxsd Zahid oğlunun, şahid X2 ifadələri, baxış keçirilməsi və götürmə haqqında protokol və məhkəmə-daktiloskopik ekspertizasının 15 fevral 2024cü il tarixli 24/352 nömrəli rəyi təqdim edilmişdir. Birinci instansiya məhkəməsi X7 irəli sürülmüş ittihamı təsdiq etmək məqsədilə ittiham tərəfindən məhkəməyə təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq etmiş və nəticəyə gəlmişdir ki, həmin sübutlarla təqsirləndirilən şəxsin ittihamda göstərilən cinayət əməlini törətməsi təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi isə cinay ət işinə məhkumun apellyasiya şikayətinə əsasən baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış, iş üzrə toplanmış sübutların məhkumun elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün yetərli olmadığı qənaətinə gələrək onun barəsində bəraət hökmü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi hökmdə qeyd etmişdir ki, ittihamın təqdim etdiyi sübutlar X5 ona elan edilmiş ittiham üzrə təqsirli olmasına dair mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Məhkəmə kollegiyası ittiham tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salıb aşağıda göstərilən səbəblərə görə hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. İstintaq orqanı və birinci instansiya məhkəməsi X5 oğurluq cinayətini törətməsi barədə nət icəyə yalnız məhkəmə-daktiloskopik ekspertizasının 15 fevral 2024-cü il tarixli, 24/352 nömrəli rəyinə əsasən gəlmişlər. İttihamın digər sübutları - A.T.Dadaşovun, zərərçəkmiş Zərərçəkmiş şəxs və şahid L.L.Lətifovun ifadələri, habelə hadisə yerinə baxış protokolu A.T.Dadaşovun cinayət hadisəsi ilə əlaqəsini təsdiq etmir. Belə ki, iş üzrə təqsirləndirilən şəxs X9 ibtidai istintaqın ilk günündən sonuna qədər, həmçinin birinci instansiya və apellyasiya baxışları üzrə məhkəmə istintaqlarında eyni məzmunlu ifadələr verərək həmin cinayət əməlini törətmədiyini bildirmişdir. Həm ibtidai istintaq zamanı, həm işə birinci və apellyasiya məhkəmələrində baxılarkən X9 CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, oğurluq cinayəti törətməmişd ir. Polislər cinayəti üzərinə götürməyə məcbur etmək məqsədi ilə onu döysələr də o, cinayəti öz üzərinə götürməmişdir. Hesab edir ki, məhkumluğu olduğu üçün bu cinayət də onun üzərinə qoyulmasını istəmişlər. O, Ziyadın mağazasının daimi müştərisi olmuş, lakin oradan oğurluq etməmişdir. Cinayətin baş verdiyi gün o, səhər işə getmiş və axşam da evdə olmuşdur. Hadisə yerinə baxış protokolundan görünür ki, mağazanın giriş qapısının qarşısındakı divarda plastik materialdan hazırlanmış nəfəslik yerləşir və baxış zamanı onun açıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Mağazanın sahibi Ziyad Məmmədbəyli oğurluğun həmin nəfəslikdən daxil olan şəxs tərəfindən törədildiyini bildirmişdir. Hadisə yerindən əl-barmaq izləri götürülmüş, lakin izlərin konkret olaraq hansı səthlərdən götürüldüyünə dair proto kolda qeyd aparılmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Kriminalist Tədqiqatlar İdarəsinin rəisi polis polkovniki E.Nəsibovun 05 oktyabr 2023-cü il tarixli məktubunda qeyd edilir ki, Xəzər RPİ-in 28 sentyabr 2023-cü il tarixli 3-13-45/2-21834/2023 nömrəli məktub vasitəsi ilə 27 sentyabr 2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən vətəndaş Zərərçəkmiş şəxsd Zahid oğluna məxsus “Fədək” marketdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 29 sentyabr 2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl-barmaq izləri KTİ-in Avtomatlaşdırılmış eyniləşdirmə sisteminin məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl-barmaq izlərindən biri X1 əlinin ovucu ilə e ynilik təşkil etmişdir. Məhkəmə iclaslarında dindirilmiş kriminalist X8 ifadəsində göstərmişdir ki, məlumat verilən kimi hadisə yerini müayinə etməyə getmişdir. Mağazaya daxil olmaq üçün ön qapı, arxa tərəfdə isə nəfəslik var idi. Oğurluq törədən şəxs mağazaya qapıdan deyil, nəfəslikdən daxil olmuşdur. Hadisə yerini müayinə edən zaman bir neçə yerdən, o cümlədən də mağazanın giriş qapısının çərçivə hissəsindən də əl barmaq izlərinin nümunəsini götürmüşdür. Nəfəslikdən izlərin götürülməsi mümkün olmamış və ya yarasız olmuşdur. Həmçinin mağazadakı siqaret və digər əşyalardan izlər götürülmüşdür. Əlbarmaq izləri onun tərəfindən götürülərək səhəri gün KTİ-yə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Kriminalist Tədqiqatlar İdarəsi tərəfindən apa rılmış kriminalistik ekspertizasının 15 fevral 2024-cü il tarixli, 24/352 nömrəli rəyindən görünür ki, tədqiqata 5 ədəd əl-barmaq izi təqdim edilmiş, onlardan siqaret qutusundan və giriş qapısından götürülmüş əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Mağazanın giriş qapısından götürülmüş əl izləri X5 DİN-in KTİ-nin ADİS məlumat bankında olan sol əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir. Mağazanın içində olan siqaret qutusundan götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə şəraitdə A.T.Dadaşovun elan edilmiş ittiham üzrə təqsirli hesab edilməsi üçün istintaq və məhkəmənin əsaslandığı həmin yeganə sübutun mötəbərliyinə xüsusi diqqət yetirilməli, b u sübut cinayətin məhz A.T.Dadaşov tərəfindən törədilməsi barədə şübhə doğurmadan birmənalı nəticə çıxarmağa imkan verməlidir. Yuxarıda göstərilən sübutlardan aydın olur ki, oğurluğu törədən şəxs mağazaya giriş qapısından deyil, qapı ilə üzbəüz divarda yerləşən nəfəslikdən daxil olmuşdur. Mağazadan 15 qutu siqaret oğurlanmış, lakin mağazanın içində bilavasitə oğurluq əməlinin baş verdiyi rəflərdə olan siqaret qutularından götürülmüş izlər A.T.Dadaşova məxsus olmamışdır. A.T.Dadaşovun sol əlinin barmaq və ovuc hissəsinin izləri isə mağazanın giriş qapısının çərçivəsində aşkar edilmişdir. A.T.Dadaşov ifadəsində göstərmişdir ki, o, mağazanın yaxınlığında yaşayır, həmin mağazanın daimi müştərisidir və sol əlinin ovuc hissəsinə məxsus izlərin mağazanın giriş qapısında olması onun hadisədən əvvə l mağazaya gəlməsi ilə əlaqədar mümkün ola bilər. Apellyasiya məhkəməsi işin bu hallarını nəzərə alaraq, əsaslı şəkildə nəticəyə gəlmişdir ki, mağazanın giriş qapısında A.T. Dadaşovun sol ovucunun izlərinin aşkar olunması oğurluq cinayətinin məhz onun tərəfindən törədilməsini şübhəsiz təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Bu izlər yalnız A.T. Dadaşovun cinayətdə iştirak etməsi ehtimalını yaradır və digər sübutlarla təsdiq edilmədiyi halda, təkcə həmin sübuta əsaslanmaqla A.T.Dadaşovun cinayəti törətməsi barədə nəticə ehtimala əsaslanmış olur. Məhkəmə kollegiyası yuxarıda göstərilən sübutlara nəzər salaraq, apellyasiya instansiya məhkəməsinin X5 zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs məxsus olan “Fədək" adlı mağazadan 26 sentyabr 2023-cü il tarixdə saat 23:00 radələrindən 27 sentyabr 202 3cü il tarixdə saat 08:00 radələrinədək olan müddət ərzində oğurluq həmin mağazanın nəfəslik hissəsindən mağazanın ticarət zalına qanunsuz olaraq daxil olmaqla oğurluq etməsi mötəbər sübutlarla təsdiq olunmadığına dair gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxili ndə ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinin tələblərinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunv ericilik normalarına əsaslanaraq, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X7 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham sübuta yetmir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X5 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. Kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X9 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2025-c i il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: X5 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1880/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1880/2025
29.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver