Məhkəmə qərarları › İş №1(102)-1884/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1884/2025

19.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1884/2025 19.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2025-ci il tarixli 1(104)-259/2025 nömrəli ilkin baxış qərarından Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, M ÜƏYYƏNETDİ: Göygöl Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli 1(066)-91/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim M.İ.Məmmədov) Məhkum (xx xxxxxxxx 1979-cu ildə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olmaqla, faktiki ünvan 2ş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanma sı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli 1(066)-91/2024 nömrəli qərarı ilə (sədrlik edən hakim R.M.Mustafayev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə məhkum olunmasına dair Göygöl Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli 1(066)-91/2024 nömrəli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2025-ci il tarixli, 1(104)-259/2025 nömrəli ilkin baxış qərarı ilə (sədrlik edən və məruzəçi hakim S.Ə.Əzizov, hakimlər S.B.Hüseynov və F.N.Mahmudovdan ibarət məhkəmə tərkibi) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə məhkum edilməsinə dair Göygöl Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli 1(066)-91/2024 nömrəli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsindən imtina edilməsinə dair Göygöl Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli 1(066)-91/2024 nömrəli qərarından Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2025-ci il tarixli 1(104)-259/2025 nömrəli ilkin baxış qərarından Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə kassasiya şikayəti vermişdir. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin 13 dekabr 2024-cü il tarixli hökmü ona yalnız 30 dekabr 2024-cü ildə rəsmən çatdırıldığı üçün o, həmin vaxtdan hökmlə tanış olub apellyasiya şikayəti ilə onu mübahisələndirmək imkanı əldə etmiş və 14 yanvar 2025-ci ildə apellyasiya şikayəti tərtib edib rayon məhkəməsinə göndərmişdir. Lakin apellyasiya şikayəti vermə müddətini hökmün surətini vaxtında almaması kimi üzrlü səbəbdən buraxılmasına baxmayaraq, müddətin bərpasına dair vəsatəti məhkəmələr tərəfindən əsassız olaraq təmin edilməmişdir. Həmçinin, Qanuni nümayəndə prosessual müddətin üzrlü səbəbdən buraxıldığı göstərən hal kimi onun cinayət prosesində təmsil etdiyi qardaşı Zərərçəkmiş şəxs Məhkum törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində yataq xəstəsi olmasına və müstəqil surətdə apellyasiya şikayəti vermək iqtidarında olmamasına istinad etmişdir. Həmin hallara görə kassasiya şikayətinin müəllifi Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2025-ci il tarixli ilkin baxış qərarının ləğv edilməsini və Göygöl Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş edir. Lakin, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə verilib-verilməməsi məsələsi lazımınca yoxlanılmadan cina yət işi apellyasiya şikayəti ilə birlikdə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 412.1, 415-ci maddələri kassasiya şikayətinin müvafiq qərarı çıxarmış apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilməsini nəzərdə tutmaqla onun tərəfindən şikayətin cinayətprosessual qanunun 413, 415.1-ci maddəsinin tələblərinə müvafiq surətdə verilibverilməməsinin, o cümlədən CPM-in 410-cu maddəsi ilə müəyyən edilmiş prosessual müddətlərə riayət olunub-olunmamasının yoxlanılmasını tələb edir. CPM-in 203.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət-prosessual qanunun 203.3-cü maddəsində isə tə sbit edilmişdir ki, cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 411-ci maddəsi də apellyasiya instansiyası məhkəməsinin hökmündən və yaxud digər qərarından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxıldıqda, bu aktlardan şikayət verilməsi imkanını müddətin CPM-in 411.2.1 və 411.2.2-ci maddələri ilə ehtiva olunan üzrlü səbəblərdən buraxılması və CPM-in 411.3-cü maddəsində nəzərdə tutulmuş prosedur daxilində bərpa edilməsi ilə şərtləndirmişdir. CPM-in 410.1.1-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında çıxarılan qərarlardan (həmin Məcəllənin 391.3.4-cü maddə sində nəzərdə tutulmuş qərar istisna olmaqla), o cümlədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina olunmasına dair qərardan kassasiya şikayətinin verilməsi üçün zərərçəkmiş şəxs və yaxud onun qanuni nümayəndəsinə münasibətdə 1 ay müddət müəyyən edilmiş və bu müddətin mübahisələndirilən qərar çıxarıldığı gündən hesablanması təsbit edilmişdir. Hazırki işin materiallarından görünür ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə kassasiya şikayəti ilə mübahisələndirdiyi apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasının qərarı 18 aprel 2025-ci ildə çıxarılmış, həmin kassasiya şikayəti isə 21 may 2025-ci ildə, yəni kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 1 ay müddət 19 may 2025-ci ildə bitdikdən 2 gün sonra “Elektron məhkəmə” info rmasiya sistemində Qanuni nümayəndə elektron kabinetinə yerləşdirilməklə apellyasiya instansiyası məhkəməsinə verilmişdir (cinayət işinə isə üzərində sənədin 21 may 2025-ci ildə məhkəməyə daxil olması barədə qeyd aparılmaqla həmin kassasiya şikayətinin kserosurəti əlavə olunmuşdur). Bununla belə, kassasiya şikayətinin verilməsi müddətinin bərpası haqqında vəsatət verilmədiyi və buraxılmış prosessual müddət bərpa olunmadığı halda, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin mümkünlüyünü yoxlayarkən şikayətin verilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunması haqqında işin yuxarıda qeyd olunan halları ilə uzlaşmayan nəticəyə gəlmiş və kassasiya şikayətinə baxılması üçün cinayət işini Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Cinayət-Prosessual Məcə llənin 418.3-cü maddəsinin mənasına görə baxılmağa təyin olunmuş kassasiya şikayəti və ya kassasiya protesti üzrə məhkəmə iclasının gedişində də apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin Məcəllənin 415.1-ci maddəsinin tələblərinin, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda həmin Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən edildikdə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının cinayət işinin apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına qarşı etirazının olmamasına dair rəyini dinləyib, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, CPM-in 418.3-cü maddəsinə müvafiq olaraq CPM-in 415.1-ci maddəsinin tələblərinin yerinə yetirilməsi (kassasiya şikayəti verilməsi müddətinin buraxılmasından irəli gələn məsələlərin həll edilməsi) üçün Məhkum barəsində olan cinayət işi məhkəmə baxışından çıxarılaraq Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 418.3-cü maddəsini rəhbər tutub, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmuş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi Azərbaycan Respublikası Cinayət-P rosessual Məcəlləsinin 415.1-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün baxışdan çıxarılaraq Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar