Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1895/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, Məhkumun, Müdafiəçinin – fərdi qaydada fəaliyyət göstərən vəkilin iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası C inayət Məcəlləsinin 192.1, 193-1.3.2, 206.1, 213.1, 221.2.2, 289.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 aprel 2025-ci il tarixli qərarından Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 1(101)-162/2025 nömrəli (hakimlər: Məmmədov Əli İrfan oğlu (sədrliyi ilə), Məmmədzadə Səbinə Adil qızı və Məcidov Azad Əli Ağa oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxx 1982-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, “X13” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmuş, məhkum luğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında kirayədə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 192.1, 193-1.3.2, 206.1, 213.1, 221.2.2, 289.1, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, ona CM-in 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə CM-in 192.1, 289.1, 320.1 və 320.2-ci maddələri ilə cəza təyin edilməməsi, CM-in 193-1.3.2-ci maddəsi ilə 1 (bir) il müddətinə təlim və tədris sahəsində hüquqi şəxslərdə rəhbər və maddi-məsul vəzifə tutmaq, təlim və tədris fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 206.1-ci maddəsi ilə 1 (bir) il müddətinə a zadlıqdan məhrum etmə cəzasının, CM-in 213.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlqıdan məhrum etmə cəzasının və CM-in 221.2.2-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin edilmiş əsas cəzalar CM-in 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla və əlavə cəza kimi təyin edilmiş təlim və tədris sahəsində hüquqi şəxslərdə rəhbər və maddi-məsul vəzifə tutmaq, təlim və tədris fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə cəzası CMin 66.4-cü maddəsinə əsasən qismən toplanılmış əsas cəzaya birləşdirilməklə qəti olaraq 1 (bir) il müddətinə təlim və tədris sahəsində hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutmaq, təlim və tədris fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun qəti əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 9 dekabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası X Nazirliyi yanında Dövlət X Xidmətinin mülki iddiasının təmin edilməsi və 52.489,44 (əlli iki min dörd yüz səksən doqquz manat qırx dörd qəpik) manat məbləğində pul vəsaitinin mülki cavabdeh Məhkum mülki iddiaçının xeyrinə tutulması, "xxxx" ASC-də təqsirləndirilən şəxs Məhkum adına olan 12.106,32 (on iki min yüz altı avro otuz iki sent) avro və "xxxx" ASC-yə aid bank hesabında saxlanılan 30.963,35 (otuz min doqquz yüz altmış üç avro otuz beş sent) avro, 12.568,29 (on iki min beş yüz altmış səkkiz ABŞ dolları iyirmi doqquz sent) ABŞ dolları və 2.049,83 (iki min qırx doqquz manat səksən üç qəpik) manat məbləğində pul vəsaitlərinin, təqsirləndirilən şəxsin əldə etdiyi və "xxxx" MMC tərəfindən Bakı şəhəri, X rayonu, ünvan 3 ünvanında inşa edilmiş 6 saylı yaşayış binasında 3 otaqdan ibarət, ümumi sahəsi 124,07 kvm. olan 61 nömrəli mənzilin mülki iddianın ödənilməsinə yönəldilməsi, məbləğin və daşınmaz əmlakın qalan hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə edilməsi, bank hesabları və mənzil üzərinə qoyulmuş həbsin hökm icra olunanadək götürülməməsi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onlara vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüquqlarının izah edilməs i müəyyən edilmiş, iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə və apellyasiya şikayətlərinə əlavələrə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 aprel 2025-ci il tarixli 1(103)-643/2025 nömrəli (hakimlər: İbrahimov Zamin Vəliyəddin oğlu (sədrliyi və məruzəsi ilə), Babayev Qədim Xalid oğlu və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri və apellyasiya şikayətlərinə əlavələr təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli hökmü apellyasiya şikayətlərinə və apellyasiya şikayətlərinə əlavələrə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 aprel 2025-ci il tarixli qərarından Məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İttiham aktına əsasən, Məhkum xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan xeyli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, ondan gizli və bəyan etməməklə xeyli miqdarda pul vəsaitlərini ölkə xaricindən qaçaqmalçılıq yolu ilə keçirmiş, hüquq verən və vəzifədən azad edən rəsmi sənədləri istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz hazırlamış, bilə-bilə saxta sənədl ərdən istifadə etmiş, cinayət yolu ilə əldə etdiyini bilə-bilə xeyli miqdarda əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə belə əmlakın konversiyası və köçürülməsi, həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və digər əqdlərin həyata keçirilməsi nəticəsində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırmış, bundan başqa, xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsi üzrə məhkəmə baxışı keçirilərkən məhkəmə baxışı iştirakçısını təhqir etməklə məhkəməyə hörmətsizlik etmiş, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirməklə ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiy yətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə 23 yanvar 2013-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanında kommersiya hüquqi şəxs kimi vergi ödəyicisi olaraq vergi uçotuna alınmış (VÖEN: **********), dövlət qeydiyyatı zamanı fəaliyyət növü “Təhsil sahəsində yardımçı fəaliyyət” olaraq göstərilmiş, nizamnamə kapitalındakı 100 (yüz) faiz paya malik təsisçisi kimi qanuni təmsilçilik funksiyası daşıyan direktor vəzifəsinə özünü təyin etdiyi “X13” Məhdud Məsuliyyətli Cəmiyyətinin adından çıxış edərək ünvan 4 ünvanında yerləşən “X” biznes mərkəzində müqavilə olmadan icarəyə götürdüyü ofisdə xeyli miqdarda gəlirləri, işsizlikdən sığorta və məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınmaqla davamlı gəlir əldə etmək məqsədilə müqavilə bağlanılmadan, maliyyə, vergi və digər hesabatlar tərtib etməyib mühasibat uçotu və sair rəsmiləşdirmə aparılmadan vətəndaşlara ödənişli əsaslarla xarici ölkələrə turizm və işgüzar məqsədlər üçün vizaların alınması, xarici ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrinə tələbə qəbulu, dil kursları və yay məktəblərinin təşkili xidmətlərini göstərmiş, 2016-2018-ci illərdə icarəyə götürdüyü həmin ofisdə qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsini icra etdiyi “X13” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində davamlı fəaliyyət göstərən və gündəlik fəaliyyətinə özünün şəxsən nəzarət və rəhbərlik etdiyi “X15” dil kursunda əmək müqaviləsi bağlanılmadan ayrı-ayrı müddətlərdə xaric i dillərin tədrisi üçün müəllimlər və ofisin fəaliyyəti ilə bağlı digər xidmətlərin yerinə yetirilməsinə işçilər cəlb edərək ödənişli əsaslarla müqavilə bağlanılmadan, maliyyə, vergi və digər hesabatlar tərtib etməyib mühasibat uçotu və sair rəsmiləşdirmə aparılmadan fərdi qaydada və qrup şəklində ingilis, alman, ispan, italyan, fransız və rus dillərinin müxtəlif səviyyələr üzrə tədrisi, “İELTS”, “GRE”, “GMAT” və “SAT” proqramları üzrə hazırlıq dərslərinin keçirilməsini təşkil etmiş, 2016-2022-ci illərdə “X13” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri kimi “X” biznes mərkəzində icarəyə götürdüyü ofisin otaqlarını və zalını ayrı-ayrı şəxslərə dil kurslarının, təlim, seminar və müxtəlif tədbirlərin keçirilməsi üçün aylıq və ya bir neçə saatlıq ödənişli əsaslarla müqaviləsiz subicarəyə vermə klə gəlirlər əldə etmiş və nəticədə Məhkum təsisçisi və direktoru olduğu “X13” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti zamanı mühasibat uçotu qaydalarının, vergi qanunvericiliyinin tələblərini pozmaqla 2016-2018-ci illər üzrə xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən 4 (dörd) faizlik dərəcə ilə sadələşdirilmiş vergi üzrə ödənilməli olan məbləğ 12.520,83 (on iki min beş yüz iyirmi manat səksən üç qəpik) manat olduğu halda, vergi orqanına təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan hasilatı 196,96 (yüz doxsan altı manat doxsan altı qəpik) manat göstərib ödəyərək qalan 12.323,87 (on iki min üç yüz iyirmi üç manat səksən yeddi qəpik) manat məbləğində sadələşdirilmiş vergini, 20162022-ci illərdə subicarədən əldə etdiyi gəlir 50.550 (əlli min be ş yüz əlli) manat, vergiyə cəlb olunan gəlir 8.425 (səkkiz min dörd yüz iyirmi beş) manat, 20 (iyirmi) faizlik dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 1.685 (min altı yüz səksən beş) manat olduğu halda, 2016-2022-ci illər üzrə mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməməklə 1.685 (min altı yüz səksən beş) manat məbləğində mənfəət vergisini, 2016-2018-ci illər üzrə işçilərə ödənilmiş əməkhaqqından 10.160,09 (on min yüz altmış manat doqquz qəpik) manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi ödəməli olduğu halda, 20162018-ci illər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsini vergi orqanına təqdim etməməklə 10.160,09 (on min yüz altmış manat doqquz qəpik) manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini, 2016-2018 -ci illər üzrə əməkhaqqı fondundan 22 (iyirmi iki) faizlik dərəcə ilə 24.428,59 (iyirmi dörd min dörd yüz iyirmi səkkiz manat əlli doqquz qəpik) manat sığorta haqqı ödəməli olduğu halda, 2016-2018-ci illər üzrə ödənilməli olan 24.428,59 (iyirmi dörd min dörd yüz iyirmi səkkiz manat əlli doqquz qəpik) manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə ayırmaları, 2016-2018-ci illər üzrə əməkhaqqı fondundan 3 (üç) faizlik dərəcə ilə 3.331,17 (üç min üç yüz otuz bir manat on yeddi qəpik) manat muzdla işləyənlərin əmək haqlarından sosial ayırmalar ödəməli olduğu halda, 2016-2018-ci illər üzrə ödənilməli olan 3.331,17 (üç min üç yüz otuz bir manat on yeddi qəpik) manat məbləğində muzdla işləyənlərin əmək haqlarından sosial ayırmaları və 2016-2018-ci illər üzrə əməkhaqqı fondundan 560,7 2 (beş yüz altmış manat yetmiş iki qəpik) manat işsizlikdən sığorta haqqı ödəməli olduğu halda, 2016-2018-ci illər üzrə ödənilməli olan 560,72 (beş yüz altmış manat yetmiş iki qəpik) manat işsizlikdən sığorta haqqını ödəməməklə ümumilikdə, 52.489,44 (əlli iki min dörd yüz səksən doqquz manat qırx dörd qəpik) manat məbləğində xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa Məhkum tamah niyyəti ilə 2015-ci ildən etibarən Bakı şəhərində “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” 13 iyun 2000-ci il tarixli, 894-İG saylı Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış “X11 (X17)” adlı qurumun təsisçisi və direktoru kimi özünü təqdim edib şə xsi istifadəsində olan “Elektron ünvan 1” elektron poçt ünvanı əsasında həmin təşkilatın “www.***.az” adlı internet səhifəsini yaratmaqla oraya təşkilatın missiya və məqsədləri, tədqiqat sahələri, redaksiya heyəti, qurumun tədqiqat koordinatoru vəzifəsinə iş elanı, layihələr üzrə yazı müsabiqəsi, qonorarın ödənilməsi şərtləri barədə və sair formal xarakterli məlumatlar daxil edib paylaşmaqla “X11” adlı quruma qanuni əsaslarla fəaliyyət göstərən qeyri-hökümət təşkilatı görüntüsü yaratmış, sonrakı müddətdə, yəni 2020-2022ci illərdə iqtisadi maraqlarını təmin etmək məqsədilə ünvan 4 ünvanında yerləşən “X” biznes mərkəzində icarəyə götürdüyü və “X” adı altında fəaliyyət göstərən ofisdə təşkil etdiyi, həmçinin Azərbaycan ərazisində və xarici ölkələrdə, digər ünvanlarda keçirilmiş müxtəlif təd birlərdə faktiki olaraq dövlət qeydiyyatına alınmamış, rəsmi şəkildə təsisçiləri, üzvləri və köməkçilərdən ibarət iştirakçıları mövcud olmayan “X11” adlı təşkilatın rəhbəri kimi özünü təqdim etmiş, “Qrant haqqında” 17 aprel 1998-ci il tarixli, 483-İQ saylı Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2015-ci il tarixli, 216 saylı Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın tələblərini kobudcasına pozaraq xarici donor təşkilatlarının təmsilçiləri ilə birbaşa görüşlərində və təhlükəsizlik məqsədilə “Elektron ünvan 2” elektron poçt ünvanından istifadə etməklə apardığı yazışmalarında xeyli miqdarda pul vəsaitlərinin məbləğləri, “əməkhaqları”, “məsləhət və xidmətlər”, “səyahət və gündəlik”, “ofis sahəsi və kommunal xidmətlər”, “rabitə və poçt”, “digər birbaşa xərclər (fəaliyyətlər və görüşlər)” və “digər xərclər (vergilər, inzibati xərclər və sair)” kateqoriyaları üzrə gələcək xərc istiqamətlərinə dair özünün tərtib etdiyi həqiqətə uyğun olmayan məzmunlu hesabatları və sair layihə sənədlərini təqdim edərək və göndərərək qeydiyyata alınmamış müqavilələr (qərarlar) əsasında xeyli miqdarda pul vəsaitlərinin qrant layihəsi adı altında resipiyent kimi özünə ayrılması barədə danışıqlar aparıb razılıq əldə etmiş, bu məqsədlə Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 oktyabr 2015-ci il tarixli, 339 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əld ə edilməsi Qaydası”nın tələblərinə görə konkret qrant müqavilələri (qərarları) üzrə Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququ əldə etməmiş “X6 Fondu (European *******)” adlı qeyri-hökümət təşkilatı ilə 1 sentyabr 2020-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək olan dövrü əhatə edən BPP199/2020/1248 saylı qrant müqaviləsi üzrə 29.000 (iyirmi doqquz min) avro, 1 fevral 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixədək olan dövrü əhatə edən BPP349/2022/1736 saylı qrant müqaviləsi üzrə 16.528,67 (on altı min beş yüz iyirmi səkkiz avro altmış yeddi avrosent) avro olmaqla, ümumilikdə, 45.528,67 (qırx beş min beş yüz iyirmi səkkiz avro altmış yeddi avrosent) avro, ümumilikdə həmin dövrün məzənnəsilə xeyli miqdar təşkil edən 81.360 (səksən bir min üç yüz altmış) manat pul vəsai tinin qrant adı ilə xarici bank hesablarına köçürülməsinə nail olmuş və xeyli miqdar təşkil edən həmin pul vəsaitinin nağdlaşdırılmasını və Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar, ondan gizli və bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirməklə Azərbaycan ərazisinə gətirilməsini təmin etmiş, “Mühasibat uçotu haqqında” 29 iyun 2004cü il tarixli, 716-İİQ saylı Azərbaycan Respublikası Qanununun 3.1- ci maddəsinə əsasən bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun “Mühasibat uçotu haqqında” 29 iyun 2004-cü il tarixli, 716-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılmasının məcburi olmasına və “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında ” 13 iyun 2000-ci il tarixli, 894-İG saylı Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən qeyri-hökümət təşkilatlarının qanunvericiliyə müvafiq olaraq, mühasibat uçotu aparmalı olmasına baxmayaraq, qanunvericiliyin tələblərini kobud şəkildə pozub mühasibat uçotunun aparılmasını, mühasibat uçotu sənədlərinin tərtib edilməsini, habelə ayrı-ayrı maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsini təmin etmədiyi halda, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmayan “X11” adlı qurumun adından xarici donor olan “X6 Fondu” təşkilatından müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmayan müqavilələr (qərarlar) üzrə qrant adı ilə maliyyə vəsaitləri alaraq 81.360 (səksən bir min üç yüz altmış) manat təşkil edən 45.528,67 (qırx beş min beş yüz iyirmi səkkiz avro altmış yeddi avrosent) avro məbləğində xeyli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, sonrakı müddətdə hüquqazidd əməllərini gizlətmək məqsədilə qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdiyi və qaçaqmalçılıqla ölkəyə gətirdiyi xeyli miqdarda pul vəsaitinin xərc istiqamətləri barədə xarici donor təşkilatına həqiqətə uyğun olmayan məzmunlu hesabatlar vermək üçün əmək (xidmət) müqaviləsi və digər hüquqi əsaslar olmadığı halda, 2022-ci ilin fevral-may aylarında Bakı şəhərində dövlət qeydiyyatına alınmamış “X11” adlı təşkilatın Layihə meneceri qismində çıxış edərək xidmət göstərən tərəf olaraq faktiki şəkildə özünə 637,5 (altı yüz otuz yeddi avro əlli avrosent) avro aylıq əməkhaqqının ödənilmə sinə dair 1 fevral 2022-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixədək etibarlı olması qeyd edilmiş ingilis və Azərbaycan dillərində 1 fevral 2022-ci il tarixli, 01/22 saylı xidmət müqaviləsini, növbəti aylarda göstərdiyi xidmətlərə görə aylıq 637,5 (altı yüz otuz yeddi avro əlli avrosent) avro nağd pul vəsaitini qəbul etməsinə dair 28 fevral 2022-ci il tarixli, 01/2022 saylı, 28 mart 2022-ci il tarixli, 02/2022 saylı, 28 aprel 2022-ci il tarixli, 03/2022 saylı və 28 may 2022-ci il tarixli, 04/2022 saylı qəbzləri, əmək müqavilələri bağlanılmadan, guya layihə direktoru, layihə meneceri, layihə koordinatoru, layihə köməkçisi, sosial media meneceri, mühasib və sair vəzifələri icra edən şəxslərə müxtəlif məbləğlərdə aylıq əməkhaqlarının verilməsinə, guya göstərilmiş müəyyən xidmətlərə, o cüml ədən ofisin və iclas zalının icarəsinə, işçilər üçün yerli səyahətlərin və tədbirlər zamanı qəhvə fasiləsinin təşkilinə, kommunal və rabitə xidmətlərinə, kompüterlər, kameralar, monitor, mikrofon, yaddaş kartı və digər avadanlıqların alınmasına görə ödənişlərin edilməsinə dair məzmunu həqiqətə uyğun olmayan məlumatlar daxil edilmiş hüquq verən və vəzifədən azad edən rəsmi sənəd hesab edilən hesabatları qanunsuz hazırlayıb bilə-bilə həmin saxta sənədlərdən istifadə etməklə xarici donor təşkilatının təmsilçilərinə təqdim etmiş, qanunsuz sahibkarlıq fəaliyyəti və qaçaqmalçılıq yolu ilə əldə etdiyi 81.360 (səksən bir min üç yüz altmış) manat təşkil edən 45.528,67 (qırx beş min beş yüz iyirmi səkkiz avro altmış yeddi avrosent) avro məbləğində xeyli miqdarda pul vəsaitini, habelə vergiləri, işsi zlikdən sığorta və məcburi dövlət sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınma nəticəsində əldə etdiyi 52.489,44 (əlli iki min dörd yüz səksən doqquz manat qırx dörd qəpik) manat pul vəsaitini, ümumilikdə isə 133.849,44 (yüz otuz üç min səkkiz yüz qırx doqquz manat qırx dörd qəpik) manat məbləğində xeyli miqdarda pul vəsaitinin cinayət yolu ilə əldə etdiyini bilə-bilə əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə həmin vəsaiti 2016-2022-ci illərdə Bakı şəhərində “X25 Azerbaycan” Qapalı Səhmdar Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətində öz adına olan cari hesablarına hissə-hissə olmaqla, nağd şəkildə mədaxil edib sonradan digər hesablara köçürərək konversiya etməklə nağd şəki ldə hesabdan məxaric edib, həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X prospekti, məhəllə X ünvanında inşa edilmiş 6 (altı) saylı yaşayış binasında 3 (üç) otaqdan ibarət, ümumi sahəsi 124,07 (yüz iyirmi dörd tam yüzdə yeddi) kv/m olan 61 (altmış bir) saylı təmirsiz mənzilin 18 may 2022-ci il tarixdə 6-00080 saylı alqı-satqı müqaviləsi əsasında öz adına 155.000 (yüz əlli beş min) manata alınmasına sərf etməklə həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş əmlakdan istifadə edib maliyyə əməliyyatlarının və digər əqdlərin həyata keçirilməsi nəticəsində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırmışdır. Bundan başqa Məhkum 15 oktyabr 2021-ci il tarixdə, saat 15:00-dan saat 16:51dək olan müddət ərzində ünvan 6 ünvanında yerləşə n Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08-ci məhkəmə iclas zalında Zərərçəkmiş şəxs2 sosial şəbəkələrdə onu ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atması və təhqir etməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmasına dair xüsusi ittiham qaydasında verdiyi şikayəti üzrə 1(004)-361/2021 saylı işin məhkəmə hazırlıq iclası keçirilərkən məhkəmə iclas zalında qəsdən əsəbi şərait və gərginlik yaradaraq işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən şikayəti ilə bağlı qarşı tərəfin dəlillərinin və sübutlarının irəli sürülməsinə mane olmaq, məhkəmə iclasının tərbiyəvi təsirini və nüfuzunu aşağı salmaq məqsədilə hakimin, Zərərçəkmiş şəxs2 nümayəndəsi olan Azərbaycan Respublikası Vəkillər Kol legiyasının üzvü, “Kermur” Vəkil Bürosunun vəkili Şahid2, məhkəmə iclas katibi Şahid1 və Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Zərərçəkmiş şəxs1 gözləri qarşısında, hakim tərəfindən saat 16:39-da elan olunmuş fasilə zamanı isə qeyd olunan şəxslərin yanında məhkəmə prosesi iştirakçısı Zərərçəkmiş şəxs2 “cinayətkar” adlandırıb onun özünün, valideynlərinin və digər yaxın qohumlarının ünvanlarına dəfələrlə “debil”, “küçük”, “birhüceyrəli amöb” və digər nalayiq ifadələr işlədib onu təhqir edərək məhkəməyə hörmətsizlik etmiş, eyni zamanda hüquqazidd hərəkətlərini davam etdirərək hakimin müşavirəyə getməsi ilə əlaqədar olaraq saat 16:39-da fasilə elan etməsindən sonra ictimai yer olan məhkəmənin iclas zalında əsaslı səbəb olmadan qəsdən ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarında ifadə olunan ictimai qaydanı və məhkəmənin normal iş rejimini kobud surətdə pozub Zərərçəkmiş şəxs2 və valideynlərinin ünvanlarına təkrarən ucadan nalayiq ifadələr işlədib orada olan nümayəndə Şahid2, məhkəmə iclas katibi Şahid1 və icra məmuru Zərərçəkmiş şəxs1 üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq və insanların mənafeyinə toxunmaqla ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək “Mən bilirəm nə etmək lazımdır və edəcəyəm”, “Mən onu məhkəmədə vuracağam”, “Sənin başını əzərəm” kimi sözlərlə Zərərçəkmiş şəxs2 zor tətbiq etməklə və sağlamlığına zərər v urmaqla hədələyib üzərinə hücum etmiş, əlindəki yumrulanmış kağız bükülüsü ilə qəsdən başına vuraraq əlilə qolundan tutub dartmış, həmin vaxt məhkəmədə proses iştirakçılarının təhlükəsizliyini, məhkəmə iclas zalının mühafizəsini və ictimai qaydanı təmin etmək, qanun pozuntularının qarşısını almaq və onları aradan qaldırmaq üzrə vəzifələrini xidməti geyim formasında yerinə yetirməklə hakimiyyət nümayəndəsi hesab edilən icra məmuru Zərərçəkmiş şəxs1 müdaxiləsilə Zərərçəkmiş şəxs2 kənarlaşdırılarkən məhkəmə iclas zalının arakəsmə hissəsinin qapısını təpiklə vurub açaraq giriş qapısına doğru hərəkət edib nalayiq ifadələr işlətməyi davam etdiyindən, Zərərçəkmiş şəxs2 etirazını bildirmək üçün onun arxasınca gedərkən məhkəmə iclas zalının giriş hissəsində o, yenidən nalayiq ifadələrini davam etdi rərək Zərərçəkmiş şəxs2 doğru gedərkən onun qanunazidd hərəkətlərini dayandırmaq məqsədilə qarşısına keçib icra məmuru kimi nizam-intizama dəvət edən, onu Zərərçəkmiş şəxs2 kənarlaşdırmaq istəyən icra məmuru Zərərçəkmiş şəxs1 hər 2 (iki) əlilə qəsdən sinəsindən vurub itələyərək fiziki zor tətbiq etməklə müqavimət göstərib yumruqla qəsdən Zərərçəkmiş şəxs2 başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə və itələyərək başını məhkəmə iclas zalının giriş qapısına vurmaqla ona sol bazunun və sol körpücükaltı nahiyənin qançırları, baş-beyin silkələnməsilə müşayiət olunan başın sol təpə-gicgah nahiyəsinin şişkinlik halında əzilməsindən ibarət, dərəcəsinə görə ümumilikdə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirməklə ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi Zərərçəkmiş şəxs1 müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, eyni zamanda, məhkəmə prosesi iştirakçısını təhqir edərək məhkəməyə hörmətsizlik etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiəçi kassasiya şikayəti onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi 48 vəsatəti dinləsə də, heç bir əsas gətirmədən israrla vəsatətləri təmin etməmiş, apellyasiya baxışın məhkəmə istintaqı aparmadan və əlavə sübutlar təqdim edilmədən keçirmiş Bakı Ağır Cinayətlər Məhkə məsinin səhvlərini təkrarlamaqla 7 aprel 2025-ci il tarixli qərarı ilə verilmiş apellyasiya şikayətini təmin etməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli hökmünü dəyişdirmədən qüvvəsində saxlamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 7 aprel 2025-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli Məhkum qarşı irəli sürülmüş bütün ittihamlar üzrə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməli, xüsusi müsadirə hökmdən xaric edilməli və Məhkum İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü, 5-ci, 6-cı, 10-cu, 14-cü, 18-ci və 1 saylı Əlavə Protokolun 1-ci maddəsinin pozuntusunun tanınması barədə qərar qəbul edilməlidir. Belə ki, məhkəmə iclaslarında ittiham tərəfi cinayətlərlə b ağlı təkzibedilməz sübutları ortaya qoymamış məhkəmədə dindirilən şahidlər bu cinayəti törətməsi barədə ifadələr verməmişdir. Məhkəmə müdafiə tərəfi üçün bərabər şərait yaratmamış, müdafiə tərəfinin təqdim etdiyi şahidləri dindirməmiş, sübutları araşdırmamış, həqiqəti üzə çıxarmamışdır. Müdafiə tərəfi olaraq ilk iclasdaca bütün ittihamlar tamamilə darmadağın edilmişdir. Növbəti iclaslarda isə istintaq orqanının özünün kibercinayətləri, ədalət mühakiməsi əleyhinə törədilmiş cinayətlər ifşa edildi, təkzibedilməz sübutlarla ifşa təsdiqləndi. Məhkəmə iclaslarında sübut olunmuşdur ki, cinayət işinin ilk vərəqindəki qərardan başlayaraq istintaq orqanı öz şahidlərinin ifadələrini və imzalarını saxtalaşdırılmışdır. Həkim-ekspertlər də daxil olmaqla bir çox şahid ifadələri BŞBPİ-də eyni adam tərəfi ndən kompüterdə yığılmış, eyni şəxsin əl yazısı ilə ifadələr təsdiqlənmiş, həmin şəxslərin əvəzinə tamamilə başqa imzalar atılmışdır. Anten məlumatları və təkzibedilməz sübut olan təhlükəsizlik kamerası görüntüsü ilə ‘’zərərçəkmiş şəxs’’ və ‘’şahid’’ ifadələrinin bilə-bilə verilmiş yalan ifadə olduğu sübut edildi. Məhkəmə heç bir mənbəyi məlum olmayan Elektron ünvan 3 email ünvanından götürülmüş məlumatları sübut kimi qəbul etsə də, həmin sübutun təkzib edilməsinə dair heç bir vəsatəti, yəni həmin emailin kimə məxsus olması, həmin emailin həqiqətən DİN-ə daxil olması barədə məlumatı həqiqiliyinin yoxlanılması üçün DİN-in email ünvanına baxış keçirilməsi, emaildən göndərilmiş sənədin görünməyən hissələrinin necə tərcümə edilməsi ilə bağlı tərcüməçinin dindirilməsi, qeyd edilən sənədlərin əsllərinin olmaması, istənilən sənədə istənilən şəxsin imzasının kompüter vasitəsilə qoyulmasının mümkünlüyünün yoxlanılması, həmin sənədlərdəki imzaların hansı üsulla qoyulması, sənədlərin nə vaxt hazırlanmasının müəyyən edilməsi və.s. ilə bağlı vəsatətləri təmin etməmişdir. Halbuki, həmin vəsatətlər təmin edildiyi təqdirdə qeyd edilən anonim sənədlərin kim tərəfindən hazırlandığı tam təsdiqini tapacaqdır. Məhkəmə heç bir vəsatəti təmin etməməklə ittiham tərəfinin sübutlarına etiraz etmək imkanından müdafiə tərəfini tamamilə məhrum edib və ona görə də, məhkəmə prosesinin özü bütövlükdə ədalətsiz olmuşdur. Məhkum qanunsuz sahibkarlıqla məşğul olması ilə bağlı heç bir sübut yoxdur. Digər tərəfdən ona verilmiş qaçaqmalçılıq ittihamının da nə vaxt, harada, hansı üsulla, hansı məbləğlə edilməs i barədə ittihamın özündə belə bir kəlmə söz yoxdur. Onun ölkədən giriş-çıxış sənədindən görünür ki, ittiham verildiyi vaxtda ümumiyyətlə o ölkəni tərk etməmişdir. Gürcüstan Respublikasının hüquqi yardım əsasında verdiyi sənədlərdən görünür ki, Məhkum Gürcüstan gömrük sərhəddini keçərkən də üzərində heç bir pul məbləği olmamışdır. İstintaq qanunsuz olaraq bunu “vahid” niyyət kimi abstrakt bir ifadə ilə ittiham etməyə çalışmışdır. Hansı ki, vahid niyyətin hissələrini təşkil edən epizodların ən azı bir neçəsi cinayət hesab edilməlidir. Belə ki, bir şəxs üçün bəyan edilmədən ölkəyə 10.000 ABŞ dollarına qədər pulu gətirməsi heç bir hüquq pozuntusu deyildir. Həmçinin məhkumun vergidən yayınması sübut edilməmişdir. Vergi ittihamı da saxtadır. İkincisi məhkəmə Məhkum vergidən yayınma ittihamına m üddət tətbiq etməmişdir. Halbuki, qanunsuz olaraq vergilər 2016-cı ilin dördüncü rübündən hesablanıb və yeddi illik dövr 2023-cü ilin dördüncü rübündə bitib. Məhkum olunduğu gündən yeddi il arxaya hesablandıqda belə 50000 məbləğ, yəni cinayət məsuliyyətinə cəlb edilməli məbləğ yaranmır. Beləliklə də, məhkəmə Məhkum etmədiyi cinayətə görə məhkum etməsi, hələ üstəlik dövlətə 52.489,44 manat ödəməli olduğunu deməsi, heç bir faktiki və hüquqi əsas gətirmədən Məhkum bütün əmlakını dövlət nəfinə xüsusi müsadirə etməsi onun mülkiyyət hüququna müdaxilədir. Bu müdaxilə cinayət təqibi ilə pərdələnsə də, müdaxilənin özü qanunda nəzərdə tutulmamış, 1 saylı protokolun 1-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmamış və müdaxilə demokratik cəmiyyətdə zəruri deyil. Məhkəmənin xüsusi müsadirə tətbiq e tdiyi əmlakların cinayət yolu ilə əldə edilməsinə deməyə əsas verə biləcək heç bir əsaslandırma mövcud deyildir. Həmin əmlakların cinayət yolu ilə əldə edilməsi ilə bağlı heç bir sübut mövcud olmadığından qeyd edilən əmlaklar barəsində xüsusi müsadirə tətbiq edilə bilməz. Ona görə ki, məhz CPM-in 99-1.1.1-ci, 99-1.1.12-ci və 99-1.1.3-cü maddəsi yalnız cinayətin törədilməsində istifadə edilən və ya cinayət yolu ilə əldə edilmiş əmlakın xüsusi müsadirəsinə yol verir. Qeyd edilməlidir ki, məhz həmin əmlakın cinayət yolu ilə əldə edilməsini təsdiq edən heç bir sübut mövcud deyildir. Ona görə də, məhkəmənin tətbiq etdiyi xüsusi müsadirə açıq-aşkar qanunsuzdur və mülkiyyət hüququna müdaxilədir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 aprel 2025-ci il tarixli qərarının ləğ v edilərək, Məhkum qarşı irəli sürülmüş bütün ittihamlar üzrə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, xüsusi müsadirənin hökmdən xaric edilməsi və Məhkum İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü, 5-ci, 6-cı, 10-cu, 14-cü, 18-ci və 1 saylı Əlavə Protokolun 1-ci maddəsinin pozuntusunun tanınması barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi1 kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Nümayəndə1 çıxış edərək, kassasiya şikayətinin hüquqi şəxsə münasibətd ə olan hissədə təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 aprel 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzg ünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində ona elan edilmiş ittiham üzrə işin hallarının tam, hərtərəf li və obyektiv araşdırılmadığı və nəticədə maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımında n səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 aprel 2025ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cin ayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirl əndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sü butetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5 -ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 aprel 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci insta nsiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi və əməllərinin düzgün tövsif edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətrafl ı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində ibtidai istintaq orqanı tərəfindən cinayət prosessual qanunvericiliyin çox saylı kobud pozuntularını yol verilməsinə, həmin pozuntuların məhkəmələr tərəfindən nəzərə alınmamasına dair dəlillərinə qiymət verərək qeyd edir ki, cinayət prosessual qanunvericilik işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarının yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilməsini yol verilməz hesab edir. (mad.399.3) Bu baxımdan kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası düzgün olaraq işi n bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökmünün qeyd edilən prossesual pozuntulara əsasən ləğv edilməsini mümkün hesab etməmişdir. Müdafiə tərəfinin kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-in 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-in 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassas iya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Bundan əlavə məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının bəraətverici əsaslarla ləğv edilməsi barədə tələblərin əsaslılığını yoxlayarkən müəyyən olunur ki, müdafiəçi kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutlardan əlavə yeni sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kass asiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş fakti ki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qəna əti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərinə təsir göstərə biləcək hər hansı bir kobud pozuntu aşkar etməmişdir. Müdafiə tərəfi kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir, lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sür ülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 192.1, 193-1.3.2, 206.1, 213.1, 221.2.2, 289.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gəl ən sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Apellyasiya məhkəməsinin qərarını kassasiya müraciətinin dəlilləri ilə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu üçün kassasiya şikayətinin dəlilləri məhkəmənin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, zərərçəkmiş hüquqi şəxs X Nazirliyi yanında Dövlət X Xidmətinin nümayəndəsi Nümayəndə3, şahid qismində dindirilmiş Şahi d12, Şahid24, Şahid1, Şahid13, Şahid15 və sairin ifadələri, xx.xx.2021-ci il tarixli raportlar, ərizələr, izahat, və akt, xx.xx.2021-ci il tarixli baxış keçirilməsi barədə protokol və protokola əlavə edilmiş fotoşəkillər, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” publik hüquqi şəxsinin məhkəmə-tibbi ekspertizasının 1036 nömrəli rəyi, xx.xx.2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş fotoşəkillər, xx.xx.2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş fotoşəkillər, xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolu, xx.xx.2022-ci il tarixli Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsindən daxil olmuş 22 avqust 2022-ci il tarixli, 043-39731222 nömrəli məktub, xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol və protokola əlavə edilmiş fotoşəkillər, xx.xx.2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş fotoşəkillər, xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş sənədlər, xx.xx.2023-cü il tarixli üzləşdirilmə haqqında protokol, xx.xx.2023cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş kompleks məhkəmə-fonoskopik və məhkəmə-linqvistik ekspertizasının 4/37-4/38 nömrəli rəyi, xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş kompleks məhkəmə-fonoskopik ekspertizasının 4/325 nö mrəli rəyi, xx.xx.2023-cü il tarixli sənədlərə baxış keçirilməsi haqqından protokol və protokola əlavə edilmiş sənədlər, xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokol, 2 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 4/1773 nömrəli rəyi, xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş məhkəmə-mühasibat ekspertizasının 9/8097 nömrəli rəyi, həmçinin iş üzrə həyata keçirilmiş bir çox istintaq hərəkətlərinə dair protokollar və toplanmış bir çox digər sənədlər ilə öz təsdiqini tapdığını müəyyən edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Re spublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq zərərçəkmiş şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, o cümlədən şahid qismində dindirilmiş şəxslərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli ol ması, Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunması məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Odur ki, kassasiya məhkəmə kollegiyası da Məhkum özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilmədiyi barədə verdiyi ifadələrini, işin faktiki hallarına uyğun hesab edilməməli olması barədə aşağı instansiya məhkəmələrinin gəlmiş olduğu nəticə ilə razılaşır. Kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qarşı CM-in 192.1, 193-1.3.2, 206.1, 213.1, 221.2.2, 289.1, 320.1 və 320.2-ci maddələri ilə irəli sürülmüş ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur və məhkəmələr tərəfind ən düzgün tövsif edilmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (ali təhsilli olması, qaçqın statusuna malik olması və Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbinin olmaması) və ağırlaşdıran (cinayət əməllərini tamah məqsədi ilə törətməsi) halların olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah o lunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayə tini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1, 193-1.3.2, 206.1, 213.1, 221.2.2, 289.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 aprel 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1895/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1895/2025
18.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver