Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1897/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair B akı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 21 sentyabr tarixli, 1(103)-1379/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İradə Həsənzadə (sədrlik edən və məruzəçi), Səbuhi Hüseynov və Əhməd Quliyevdən ibarət tərkibdə) xx.xx.2023-cü il tarixli, 1(101)-675/2023 nömrəli hökmü ilə, xx xxxxxx 1997-ci il tarixdə Rusiya Federasiyasının Volqoqrad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, heç yerdə işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, haz ırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-675/2023 nömrəli hökmündən məhkum olunmuş şəxs, həmçinin müdafiəçisi, Zərərçəkmiş şəxs3 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Fərid Əyyubovdan ibarət tərkibdə) 2023-cü il 21 sentyabr tarixli, 1(103)-1379/2023 nömrəli qərarı ilə məhkum olunmuş şəxs və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, həmin hökmlə Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 1 (bir) il endirilməklə, cəza 6 (altı) il müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs3 apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2023-cü il 21 sentyabr tarixli, 1(103)-1379/2023 nömrəli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3, Məhkum tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri və məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən və məruzəçi), Rəşad Abdulov və Ələsgər Novruzovdan ibarət tərkibdə) 2024-cü il 12 mart tarixli, 1(102)-525/2024 nömrəli qəra r ilə Məhkum ərizəsi təmin edilmiş, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əlavə geri qaytarılmış və həmin müraciətlər üzrə icraata isə xitam verilmiş, Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 21 sentyabr tarixli, 1(103)-1379/2023 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti və məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum etibardan sui - istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi i lə dostu Zərərçəkmiş şəxs1 adına kreditə mobil telefon götürərək özü istifadə edib bir ay ərzində krediti tam şəkildə ödəyəcəyini, əks halda telefonu Zərərçəkmiş şəxs1 qaytaracağı barədə yalan vəd verməklə aldatmış, 2022ci il iyunun 17-də Bakı şəhəri Xətai rayonunun Sarayevo küçəsindəki «Kontakt Home» mağazasında Zərərçəkmiş şəxs1 adına altı ay krediti ödəmək şərti ilə ayrılan 3805 manat dəyərində «İphone 13 pro max» markalı mobil telefonu alaraq verdiyi vədə əməl etməmiş, mobil telefonu Zərərçəkmiş şəxs1 xəbərsiz başqa dükana satıb pulunu özünə götürməklə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 ilə ailə həyatı quracağına dair yalan vəd verib inandırmaqla özünü hüquq-mühafizə orqanlarında işləyən şəxs kimi təqdim edərək və xidməti işində yaranmış problemlərin aradan qaldırılması üçün pul və yaxud digər əmlak verməsini xahiş edib qısa zamanda qaytaracağına söz verərək aldatmış, bu adla Zərərçəkmiş şəxs2 2022-ci il iyunun 12-də Bakı şəhəri Nərimanov rayonunun ərazisindəki «Nəriman Nərimanov» metrostansiyasının qarşısında 1800 manat dəyərində «Samsung S21» markalı mobil telefon, 2022-ci il iyunun 22-də Bakı şəhəri Nərimanov rayonunun ərazisindəki «Gənclik» metrostansiyasının qarşısında 5000 manat, 2022-ci il iyunun 23-də Bakı şəhəri Nərimanov rayonunun ərazisindəki «Nəriman Nərimanov» metrostansiyasının qarşısında 1.900 manat, 2022-ci il iyunun 25-də eyni ünvanda bir ədəd 4.000 manat dəyərində «Samsung S22» markalı ULTR A modelli telefon və bir ədəd 589 manat dəyərində «Samsung» markalı qulaqcıq, 2022-ci il iyunun 30-da eyni ünvanda 3.000 manat dəyərində «İphone 13 pro» markalı mobil telefon, 2022-ci il iyul ayının əvvəllərində Bakı şəhəri Nərimanov rayonunun ərazisində yerləşən «Baku Elektronics» dükanının yanındakı «E-Manat» terminalı vasitəsi ilə bank kartına köçürülən 250 manat olmaqla ümumilikdə 16.539 manat pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 ilə ailə həyatı quracağına inandırıb və özünü uğurlu iş adamı kimi təqdim etməklə avtomobillərin alınar aq icarəyə verilməsi sahəsində birgə iş qurmalarına dair yalan vəd verib aldatmış, bu adla Zərərçəkmiş şəxs3 2022-ci ilin may ayında Bakı şəhəri Nizami rayonunun ərazisindəki «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığında 10000 manat, 2022-ci il iyun ayının ortalarında eyni ünvanda 10000 manat, 2022-ci il iyun ayının axırlarında ünvan 4 ünvanının qarşısında manat, 2022-ci il iyul ayının ortalarında Bakı şəhəri Nizami rayonunun ərazisindəki «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığında 12.600 manat, 2022-ci il iyul ayının axırlarında eyni ünvanda 3000 manat, 2022-ci il avqust ayının əvvəllərində eyni ünvanda manat, bundan 2 gün sonra isə eyni ünvanda əlavə olaraq 4000 manat olmaqla ümumilikdə 53600 manat pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərər çəkmiş şəxs Z ərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN, MƏHKUMUN VƏ MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini, müdafiəçisi isə kassasiya şikayətinə əlavəni əsaslandıraraq qeyd etmişlər ki, məhkəmələr sübutları düzgün qiymətləndirməmişlər. Belə ki, məhkumun barəsində elan edilmiş ittiham onun əməlinin ağırlıq dərəcəsinə uyğun deyildir. Onun əməli CM-in 178.2.4-cü maddəsi ilə tövsif edilməli idi. Lakin istintaqda ona zor tətbiq edilmiş və sənədlər imzalatdırılmışdır. Bundan başqa o, dəymiş ziyanla bağlı etdiyi ödənişlərə dair sübutları məhkəməyə təqdim etsə də məhkəmə onları sübut kimi qəbul etməmişdir. Məhkum göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 21 sentyabr tarixli, 1(103)-1379/2023 nömrəli qərarının ləğv edilməsini, məhkumun müdafiəçisi isə məhkumun əməlinin CM-in 178.2.4-cü maddəsi ilə tövsif edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində məhkum və müdafiəçisi məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsini xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 21 sentyabr tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansi yası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətlil iyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiə tərəfi məhkumun əməlinin düzgün tövsif edilmədiyini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələblərini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutu lan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiy a Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və müdafiəçisnin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasi ya şikayəti və əlavə təmin edilməməlidir. Belə ki, müdafiə tərəfi dələduzluq yolu ilə mənimsənilmiş pulun məbləğini mübahisələndirərək daha az miqdarda olduğunu iddia etmiş və məhkumun əməlinin daha yüngül maddə ilə tövsif edilməli olduğunu bildirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs3 istintaq orqanına izahat verərək Məhkum 53600 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir. (bax: cild 1, i.v.16-18). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs3 ilə təqsirləndirilən şəxs Məhkum arasında keçirilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Məhkum suala cavab olaraq göstərir: “Mən Zərərçəkmiş şəxs3 barəmdə dedikləri i lə razıyam. Həqiqətən də mən Zərifədən hissə-hissə olmaqla ümumilikdə 53600 manat pul alıb Orxana vermişəm. Orxan da pula avtomobillər alıb icarəyə verirdi. Sonradan Orxanla əlaqəm kəsildiyindən Zərifə ilə aramızda narazılıq yarandı. Mən 3 ay müddətində Zərifənin pulunu ödəyəcəyimə söz verirəm.” Üzləşdirmə protokolu Məhkum və onun müdafiəçisi tərəfindən imzalanmışdır. (bax: cild 1, i.v. 115-117). Məhkum ibtidai istintaq zamanı etiraf ifadəsini işgəncə təsiri altında verdiyini iddia etmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı məhkum ona işgəncə verilməsi ilə bağlı heç bir orqana müraciət etməmişdir. Məhkum ona işgəncə verilməsi ilə bağlı işə birinci instansiya məhkəməsində baxılarkən bildirmiş, həmin məsələ məhkəmə tərəfindən hərtərəfli araşdırılmış, isti ntaq təcridxanasına sorğu verilərək cavab alınmış, lakin məhkumun istintaq təcridxanasına ilk dəfə daxil olarkən bədəni üzərində işgəncə verilməsinə xarakterik heç bir xəsarət, iz aşkar olunmadığı bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum tərəfindən CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsini təsdiq edən sübutların mötəbərliyini şübhə altına ala biləcək hər hansı bir qanun pozuntusu aşkar edilməmiş və cinayət işi üzrə qiymətləndirilmiş sübutların məcmuyu məhkəmə kollegiyasında belə bir inam formalaşdırır ki, Məhkum qarşı irəli sürülmüş ittihamda əks olunan əməllər məhz onun tərəfindən törədilmişdir və məhkumun özünü müdafiə etmək hüququndan istifadə edərək irəli sürdüyü dəlillər ittiham tərəfinin dəlilləri ilə əsaslı şəkildə təkzib edilir. Qe yd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün tövsif edilmiş və onun əməlinin daha yüngül maddəyə tövsif edilməsi üçün əsaslar mövcud deyil. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza da həm növü, həm də həddi baxımından onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur və təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün hər hansı faktiki və hüquqi əsaslar yoxdur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı müdafiə tərəfinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 1 may tarixli, 1(101)-675/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 21 sentyabr tarixli, 1(103)-1379/2023 nömrəli qərarı məhkumun kassasiya şikayətinə və məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1897/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1897/2024
11.10.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver