Məhkəmə qərarları › İş №1(102)-1912/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1912/2025

05.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1912/2025 05.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2025-ci il tarixli, 1(106)-246/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Oruc Cəlilov (sədrlik edən və məruzəçi), Xamməd Nuriyev və Əli Əliyev ) 31 oktyabr 2024-cü il tarixli 1(099)-341/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1969-cu ildə Yardımlı rayonun Alçabulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, Yardımlı rayon Uşaq-gənclər idman-şahmat məktəbinin direktoru vəzifəsində işləmiş, Yardımlı rayonun Alçabulaq kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2, 178.2.3, 179.2.2, 179.2.3, 179.2.4, 311.1 və 313-cü maddələri ilə təqsirli bilinib, CM-in 178.2.2 və 178.2.3 -cü maddələri ilə CM-in 46.2-ci maddəsi tətbiq edilərək 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-in 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə CM-in 46.2-ci maddəsi tətbiq edilərək 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-in 311.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və CM-in 313-cü maddəsi ilə 1 (bir) il müd dətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 17 dekabr 2023-ci il tarixdən hesablanmışdır. İşin halları: Hökmə əsasən Mənsimov X5 rayon Uşaq-gənclər idman-şahmat məktəbinin direktoru vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etmək lə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə təkrar talamış və vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün maddi nemət əldə etməklə rüşvət almış və rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etmişdir. Məhkum tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə təsvir olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elçin Xasməmmədov (s ədrlik edən və məruzəçi), Pərviz Hacıyev və Pərviz Əhmədov) 05 mart 2025-ci il tarixli, 1(106)-246/2025 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 1(099)-341/2024 nömrəli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 1(099)-341/2024 nömrəli hökmündən, Məhkum CM-in 313-cü maddəsi ilə cəza (əsas və əlavə) təyin edilməsinə dair müddəalar xaric edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 179.2.2, 179.2.3, 179.2.4 və 311.1-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrumetmə və müəyyən vəzifə tutma hüququndan məhrumetmə növündə əsas və əlavə cəzalar CM-in 66.3 və 66.4-cü maddəl ərinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla, onun üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2025-ci il tarixli, 1(106)-246/2025 nömrəli qərarının dəyişdirilməsini, həmin qərarda ona münasibətdə CM-in 311.1-ci maddəsini həmin məcəllənin 178.2.3-cü maddəsinə tövsif edilməsini, həmin maddə ilə ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hər iki instan siya məhkəməsi sübutları hərtərəfli araşdırmamış və əməlin tövsifi məsələsində yanlışlığa yol vermişdirlər. Onun hər hansı bir şəxsi məktəbə məşqçi-müəllim kimi işə qəbul etmək və ya işdən azad etmək səlahiyyəti olmamışdır. Belə ki, Təhsil Nazirliyinin tabeliyində olan Təhsil Şöbəsinin və Maliyyə Nazirliyinin tabeliyində olan 14 saylı Maliyyə-Hesablaşma Mərkəzinin təqdimatı əsasında Yardımlı rayonu, Uşaq-gənclər İdman Şahmat Məktəbinə məşqçi kimi işə qəbul edilə bilər. Məhz bu səbəbdən də, yəni onun direktoru olduğu məktəbə işçi təyin etmək səlahiyyətinin olmamasına görə Şahid2 işə qəbulu üçün onun atasından aldığı 3000 manat pul vəsaitinə münasibətdə əməli CM-in 311-ci maddəsinə rüşvət kimi deyil, həmin Məcəllənin 178-ci maddəsinə əsasən dələduzluq əməli hesab edilməlidir. Məhkəmə kolle giyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Məhkum kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətindən görünür ki, məhkum ona qarşı irəli sürülmüş ittihamda və birinci instansiya məhkəməsinin hökmündə təsvir edilmiş əməllərin onun tərəfindən törədilməsini və həmin əməllərin Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə tövsif edilməsini mübahisələndirilmir. Kassasiya şikayətinin əsas dəlilli ondan ibarətdir ki, onun Şahid2 idman-şahmat məktəbinə müəllim vəzifəsinə təyin edilməsinə görə sonuncunun atası N.Ə.Rəhimovdan 3000 manat məbləğində pul götürülməsi epizodu üzrə əməli məhkəmələr tərəfindən əsassız və qanunsuz olaraq rüşvət alma kimi qiymətləndirilmişdir. Məhkumun fikrincə onun işə qəbul edilməsi səlahiyyəti olmadığından işə qəbula görə onun tərəfindən pul alınması CM-in 311-ci maddəsi ilə deyil, qulluq mövqeyindən istifadə etməklə törədilmiş dələduzluq kimi CM-in 178.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlili cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin bu barədə irəli sürülmüş dəlilləri də əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əl amətlərini özündə ehtiva edən əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində dələduzluq etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Rüşvət almaya görə cinayət məsuliyyəti isə CM-in 311-ci maddəsində nəzərdə tutulur. Həmin maddəyə əsasən, rüşvət alma - vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və ya üçün cü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçi vasitəsilə maddi və digər neməti, imtiyazı və ya güzəşti istəməsi, alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi kimi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələbləri nə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Mənsimov X5 rayon Uşaq-gənclər idman-şahmat məktəbinin direktoru vəzifəsində işəyərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”-ilə təsdiq edi lmiş əmək funksiyası və vəzifə təlimatı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 oktyabr 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Uşaq-Gənclər İdman məktəbləri və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Nizamnaməsinin” 6-cı maddəsi əsasən, ümumi təhsil məktəbinə rəhbərlik etmək, dövlət orqanlarında və ictimai təşkilatlarda rəhbərlik etdiyi məktəbi və onun mənafeyini təmsil etmək, məktəbdə kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılması, kadrların seçilib yerləşdirilməsi, işçilərə verilən tapşırıqları əmək qanunvericiliyinə uyğun nəzarətdə saxlanılması, məktəbin maddi-tədris bazasının möhkəmləndirilməsi, kadr təminatı və sair səlahiyyətlərə malik vəzifəli şəxs kimi 2020-ci ilin sent yabr ayında Şahid2 həmin məktəbə məşqçi müəllim kimi işə götürməsi müqabilində onun atası, mərhum X7 ilə sövdələşib sonuncudan 3000 manat məbləğində pul vəsaitini onun kürəkəni Şahid3 Məmmədhüseyn oğlunun vasitəsi ilə 2020-ci ilin sentyabr ayında Yardımlı rayonun Gavran kəndinin ərazisində almışdır. Göründüyü kimi, həmin epizod üzrə cinayət əməli törədildiyi zaman Mənsimov X5 rayon Uşaq-gənclər idman-şahmat məktəbinin direktoru vəzifəsində çalışmış, yəni vəzifəli şəxs olmuşdur. Yuxarıda göstərilən normativ aktlara əsasən, məktəbdə kadrların seçilməsi və yerləşdirilməsi məsələləri onun xidməti səlahiyyətlərinə daxil edilmişdir. V.D. Mənsimov tərəfindən həmin epizod üzrə pulun alınması məhz onun xidməti vəzifələrinin icrası ilə birbaşa əlaqədar olmuşdur. İşin bu halları birmənalı şəkildə məh kumun əməlində rüşvət alma cinayətinin bütün tərkib əlamətlərinin mövcud olduğunu göstərir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən E.N. Əliyevanın rəhbərlik etdiyi məktəbdə müəllim vəzifəsinə təyin edilməsinə görə məhkumun 3000 manat məbləğində pulu almasının rüşvət kimi qiymətləndirilməsi və bu əməlin Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsi ilə tövsif edilməsi əsaslı və qanunidir. Məhkum tərəfindən mübahisələndirilən əməlin CM-in 178.2.3-cü maddəsi ilə tövsif edilməsinə dair kassasiya şikayətlərində göstərilən dəlillər isə əsassızdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübu tlar Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 179.2.2, 179.2.3, 179.2.4, 311.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Birinci və apellyasiya instansiyası məhkəmələri məhkum edilmiş şəxs Məhkum Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsi ilə təqsirli bilməməsi, ifadəsində işin hallarını şübhə altına alan digər xüsusatları göstərməsi cinayət işi üzrə sübutların məcmusu ilə təkzib olduğundan onun daha ağır cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirmişlər. Məhkəmə kollegiyası məhkəmələrin bu barədə gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları düzgün qiymətləndirmişdir. Məhkəmə kollegiyası birinci və apellyasiya məhkəmələrinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum təqsirinə və əməlinin tövsifinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul ed ilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə yanaşı CM-in 311.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və onun CM-in 311.1-ci maddəsi ilə tövsif edilmiş əməlinin CM-in 178.2.3-cü maddəsinə tövsif edilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin məhkumun əməlinin CM-in 311.1-ci maddəsi ilə qanunsuz tövsif edilməsi barədə dəlilləri əsassızdır. Bandan başqa, məhkəmələr tərəfindən məhkuma cəza t əyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət edilmiş və təqsirli bilindiyi maddələrlə ona ədalətli, cəza məqsədlərinə uyğun cəza təyin etmişdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2025-ci il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Məhkumun kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar