Məhkəmə qərarları › İş №1(102)-1925/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1925/2024

01.10.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1925/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli hökmü ilə X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 1(051)-122/2023 nömrəli (hakim: Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi) hökmü ilə xx.xx.2002-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, x şəhər ünvan 1 ünvanda qeydiyyatda olmaqla xxx nömrəsiz evdə yaşayan X9 qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi, X6 barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, Azərbaycan Respublikası CPM-in 356.5-ci maddəsinə əsasən X9 onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi qaydasının izah edilməsi müəyyən edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli 1(107)96/2024 nömrəli (hakimlər: Eyvazov Akif Məhərləm oğlu (sədrliyi və məruzəsi ilə), Səmədov Xəqani Hacı oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 31 ok tyabr 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona görə məhkəməyə verilmişdir ki, o, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqd arının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə etdiyi 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,462 qram olan narkotik vasitə heroini üzərində saxlayaraq daşımış, 15 may 2023-cü il tarixdə saat 13 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xxx küçəsində saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 13:35-də üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarının arxa sağ cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,462 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə əsasən tədqiq edilməmiş, bunun nəticəsi olaraq X barəsində əsassız olaraq bəraət hökmü çıxarılmışdır. Belə ki, iş materiallarından görünür ki, X15 ibtidai araşdırma zamanı üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, eyni zamanda müdafiəçinin iştirakı ilə verdiyi ilkin izahat və ifadəsində ona hər hansı fiziki və psixoloji təzyiq göstərilməsinə dair barədə heç bir məlumat verməmiş, həm ibtid ai araşdırma, həm də məhkəmə baxışı zamanı onun polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalmasını təsdiq edən hər hansı dəlil təqdim etməmişdir. Qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəmə baxışında verdiyi ifadəsində göstərdiyi xüsusatları təkzib edir. Lakin, məhkəmə təqsirləndirilən şəxs X15 tərəfindən məhkəmə baxışında verilmiş ifadəyə tənqidi yanaşmamış, həmin ifadələrdə göstərdiyi xüsusatları digər sübutlarla müqayisəli təhlil etməmiş və ziddiyyətləri araşdırmamışdır. Bundan başqa, təqsirləndirilən şəxsin doğmaları olan valideynlərinin onu müdafiə etmək üçün verdikləri ziddiyyətli ifadələrə digər sübutlara münasibətdə üstünlük verilmişdir. Halbuki, Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında, evdə olmadığı müddətdə oğlu X -in küçədə polis əməkdaşları tərəfindən saxlanaraq Mingəçevir ŞPŞ-yə aparıldığını və barəsində cinayət işi üzrə istintaq aparılıdığını eşitmişdir. Şahid3 tamamilə sərbəst, öz iradəsinə uyğun verdiyi ifadəni məhkəmə onun məhkəmə baxışında verdiyi ziddiyyətli və oğlunun müdafiəsinə yönəlmiş ifadəsi ilə təkzib etmişdir. X9 elan edilmiş ittihamdan aydın olur ki, o, 15 may 2023-cü il tarixdə saat 13 radələrində saxlanılmışdır. Odur ki, məhkəmənin “əgər əməliyyat müvəkkiləri məhkəmənin axtarış qərarını üzrə əməliyyat tədbiri həyata keçirmişlərsə təqsirləndrilən şəxsi o halda dərhal məhkəməyə təqdim etməli idilər” fikri əsassızdır. Belə ki, qeyd olunanlardan da görünür ki, X1 və MSY-yə təhvil verilməsi barədə elə həmin gün məhkəməyə məlumat verilmişdir. Odur ki, məhkəmənin həmin qiymətləndirməsi əsassız olmaqla qərəzli xarakter daşıyır. X6 qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlaması iş üzrə toplanmış sübutlar-şübhəli şəxsin üzərində şəxsi axtarış keçirilməsi protokolu, şəxsi axtarışın keçirilməsini və maddi sübutun götürülməsini əks etdirən videogörüntü, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri, təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi izahat və ifadələri, şahid ifadələri və digər mötəbər sübutlarla təsdiq olunduğu halda məhkəmə təqsirləndirilən şəxsin və onun valideynlərinin məhkəmə baxışında verdiyi ziddiyyətli və müdafiə xarakterli ifadələrə üstünlük vermişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarının ləğv edilərək işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxar aq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən v erilmiş kassasiya protestində məhkəmələr tərəfindən X9 əsassız olaraq bəraət verildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarının qanuniliyin i və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum X9 verilmiş satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə sübuta yetirilməməsi barədə qənaətə gəlinmiş, təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci insta nsiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş verm ə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götü rməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü madd əsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə hesab etmişdir ki, X3 məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlaması və daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. X6 məhkəməyədək icraat zamanı verdiyi etiraf ifadələrindən fərqli olaraq məhkəmə istintaqı zamanı verdiyi ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “üzərindən aşkar ol unmuş narkotik vasitə heroin ona məxsus deyil. Belə ki, əvvəllər narkotik vasitələrin müxtəlif növlərindən istifadə etmişdir..... xx.xx.2023-cü il tarixdə səhər saatlarından etibarən yaşadığı evdə olmuşdur. Həmin gün saat 13 radələrində anası Şahid3, atası X və o, yaşadıqları evdə olarkən 3 nəfər polis əməkdaşı yaşadıqları evə gəlmişlər. Mənzilə gəldikdən sonra birbaşa onun olduğu otağa gəlib onu tutaraq saxlamışlar.....Polis şöbəsinə gətirildikdən sonra X adlı polis əməkdaşının otağında olarkən və üzərində narkotik vasitə olmadığı halda narkotik vasitə etiraf etməsini bildirib X adlı polis əməkdaşı ona təsir göstərmişdir. Onu döyməsə da lakin narkotik vasitəni götürməyəcəyi təqdirdə döyəcəyi ilə hədələmiş, buna görə də döyülməkdən qorxaraq onun dedikləri ilə razılaşmışdır. Bundan sonra po lis şöbəsində növbətçi hissənin qarşısında videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman üzərimdən aşkar olunan özünə aid olmayan narkotik vasitə heroini təqdim edib qorxduğu üçün özünə məxsus olmasını bildirmişdir. Dövlət hesabına müdafiəçi təyin olunmuş vəkil Mehdiyev Dərgah Hüseyn oğlu təqdim edilərkən onunla söhbət zamanı hər hansı təsirə məruz qalıbqalmaması, döyülüb-döyülməməsini müdafiəçi ondan soruşanda o, polis şöbəsində olduğu üçün qorxaraq müdafiəçiyə heç bir təsir və təzyiqə məruz qalmamasını bildirmişdir. Daha sonra şəxsi axtarış və götürmə zamanı aşkar olunmuş narkotik vasitə zərfə qoyularaq qablaşdırılıb və imzası ilə təsdiq etmişdir. Polis şöbəsində olduğu üçün qorxaraq ilkin izahatında və şübhəli şəxs qismində ifadəsində onun olmadığı halda həmin narkot ik vasitənin özünə məxsus olmasını və taparaq əldə etməsini bildirmişdir. Lakin hazırda sərbəst ifadə verərək həmin kütlənin özünə məxsus olmamasını bildirmişdir.....”. Onun şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ilkin etiraf ifadələrinə qiymət verən məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Belə ki, məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, “onun istintaq vaxtı verdiyi ifadə həqiqətə uyğun deyildir. Belə ki, o əri X7 təkidi əsasında elə ifadə vermişdir. Məqsədləri isə oğlullarının, yəni təqsirləndirilən şəxsin məc buri müalicəyə cəlb olunması olmuşdur. Lakin sonradan onlara məlum olmuşdur ki, oğlu barəsində cinayət iş açılmış və məsuliyyətə cəlb olunmuşdur. Odur ki, bildirir ki, əməliyyat müvəkkilərinin onların yaşadığı ünvana gəlməsi əri X8 müraciəti əsasında olmuşdur. Belə ki, oğlu X15 narkotik maddələrdən istifadə etdiyi üçün möhkəm ağrıları olmuşdur və ağrılara dözməyərək özünə dəfələrlə xəsarət yetirmişdir. O və əri qərara gəlmişlər ki, polisə müraciət etsinlər və polis vasitəsi ilə oğulları məcburi müalicəyə yerləşdirilsin. Lakin məqsədləri bunun olmasına baxmayaraq polis əməkdaşları oğlunun üzərinə narkotik vasitə olmadığı halda onu məsuliyyətə cəlb etmişlər. Belə ki, polis əməkdaşlarının evə gəldiyi vaxt oğlunun üzərində narkotik vasitə olmamışdır. Əgər olsa idi o və əri oğlunun sakitləşməsi üçün ona narkotik vasitədən istifadə etməsinə imkan verərdilər.”. Qeyd olunan halları Şahid3 həyat yoldaşı (təqsirləndirilən şəxsin atası) X16 da məhkəmə iclasında əlavə şahid qismində dindirilərkən təsdiləmişdir. Belə ki, o verdiyi ifadəsində göstərmişdir ki, “X-in heç bir günahı yoxdur. Narkotikin əziyyətini çəkirdi. Müharibədə narkotikdən istifadə etdi. Evə gələndən sonra əziyyət çəkirdi narkotikin vaxtı gələndə narkotik istəyirdi və qışqırırdı. O Şahid3 təkid etmişdir ki, getsin oğlunun ziyanına izahat versin. Çünki polislər onun müraciəti əsasında gəlmişdirlər. Məqsədləri isə oğullarının, yəni təqsirləndirilən şəxsin məcburi müalicəyə cəlb olunması olmuşdur. Lakin sonradan onlara məlum olmuşdur ki, oğlu barəsində cinayət işi açılmış və məsuliyyətə cəlb olunmuşdur. Əlavə olaraq bildir di ki, əməliyyat müvəkkilərinin onların yaşadığı ünvana gəlməsi onun müraciət əsasında olmuşdur. Belə ki, oğlu X15 narkotik maddələrdən istifadə ediyi üçün möhkəm ağrıları olmuşdur və ağrılara dözməyərək özünə dəfələrlə xəsarət yetirmişdir. Həmin gün yəni, xx.xx.2023-cü il qərara gəlmişdir ki, polis müraciət etsin və polis vasitəsi ilə oğlunu məcburi müalicəyə yerləşdirilsin. Lakin məqsədləri bunun olmasına baxmayaraq polis əməkdaşları oğlunun üzərində narkotik vasitə olmadığı halda onu cinayət məsuliyyətə cəlb etmişlər. Belə ki, polis əməkdaşlarının evə gəldiyi vaxt oğlunun üzərində narkotik vastə olmamışdır. Əgər olsa idi o oğlunun sakitləşməsi üçün ona narkotik vasitədən istifadə etməsinə imkan verərdi.” Bundan başqa cinayət işinin materiallarından müəyyən olunur ki, şahid qismində dind irilmiş Şahid1 və Şahid2 istintaqda verdikləri ifadələri ilə məhkəmə istintaqı zamanı verdikləri ifadələrində ziddiyyətli faktlar aşkar edilmişdir. Belə ki, ibtidai istintaq zamanı verdikləri ifadələrində təqsirləndirilən şəxsi barəsində məhkəmə qərarı ilə axtarış verildiyi üçün onun yaşadığı evin qarşısında saxlandığını bildirsələr də, məhkəmə istintaq zamanı verdikləri ifadələrində təqsirləndirilən şəxsi atasının verdiyi məlumat əsasında yaşadığı evdən polis şöbəsinə aparıldığını bildirmişdirlər. Bu da təqsirləndirilən şəxsin, onun atasının və anasının ifadələrinin doğruluğuna şübhələrin olmaması və həqiqətə uyğun olması nəticəsinə gəlməyə əsas verir. Kassasiya məhkəmə kollegiyası həm təqsirləndirilən şəxs X6, həm şahid qismində dindirilmiş Şahid3, həm də əlavə şahid qismində dindirilm iş X7 məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ziddiyyətli ifadələrinə, 13 fevral 2024-cü il tarixli 2-4692/2024 nömrəli məktuba, o cümlədən cinayət işi üzrə toplanılmış digər sübutlara nəzər yetirdikdə, əməliyyat müvəkkilərinin X6 yaşadığı ünvana gəlməsi atası X8 müraciəti əsasında baş verdiyi ilə bağlı faktlar öz təsdiqini tapır. Odur ki, təqsirləndirilən şəxsin axtarış tədbirləri əsasında polis şöbəsinə aparılmasını, vəkilin iştirakı ilə üzərində baxış keçirilməsini və narkotik vasitənin aşkar edilməsini aşağı instansiya məhkəmələri haqlı olaraq inandırıcı hesab etməmiş və tənqidi yanaşmışdır. Bu səbəbdən də, ittiham tərəfinin dəlillərinin söykənmiş olduqları cinayət işinin sübutlarından olan polis əməkdaşlarının ifadələrin in, şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokolun və məhkəmə-kimyəvi ekspertizasının 16 may 2023-cü il tarixli 17/401 nömrəli rəyi mötəbərliyi sual altında qalır. Azərbaycan Respublikası CPМ-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.2-ci maddəsinə əsasən аşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.7. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilə n istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanada istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə, bu qayda əldə edilmiş məlumatların mümkünlüyünün təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş proseduraya əməl etmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən məlumatlar, sənədlər və əşyalar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Odur ki, ittihamın əsasını təşkil edən şəxsi axtarış və götürmə aparılması haqqında 15 may 2023-cü il tarixli protokolun və ona əlavə edilmiş videoçəkilişin (istintaq hərəkətinin) mötəbərliyi şübhə altına alınır və beləliklə də həmin sübutlar istintaq orqanı tərəfindən X9 CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Göstərilənlərə və apellyasiya məhkəməsinin qərarında ətraflı şəkildə sadalananlara əsasən, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, ittiham tərəfi X-in təqsirini mötəbər yolla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericiliyin müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, sübutlar şübhəli və ziddiyyətlidir. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya və apellyasiya insta nsiyası məhkəmələri iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum Qərarlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri mübahisələndirərkən mötəbər sübutların məcmusundan çıxış etməmiş, məhkəmənin deyil, məhz onun mövqeyi ci nayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələbləri ilə uzlaşmır. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Buna uyğun norma CPM-in 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, göstərilənlərə, birinci instansiya məhkəməsinin bəraət hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə apellyasiya məhkəmə kollegiyasının qərarında ətraflı şəkildə sadalananlara əsasən, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli olmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Qeyd edilənlənlərə əsasən, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsi cinayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qay dalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinlə mələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegi yası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli hökmü ilə X9 Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar