Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-196/2025 18.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 oktyabr 2021-ci il tarixli hökmü il ə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və həmin şikayətə edilmiş əlavəyə əsasən işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Quliyev Əhməd Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə) Məhkum, 6 may 1982-ci il tarixdə Masallı rayonunun Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azya şlı uşaqları olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8 dekabr 2004-cü il tarixli hökmü ilə CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “İkinci dünya müharibəsində faşizm üzərində qələbənin ildönümü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 6 may 2003-cü il tarixli Qərarının 2.3-cü bəndinə əsasən cəzadan azad olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4 mart 2005-ci il tarixli hökmü ilə CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 11 may 2006-cı il tarixli qərarı ilə CM-in 77-ci maddəsinə əsasən çəkilməmiş qalan 1 (bir) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 9 fevral 2011-ci il tarixli hökmü ilə CM-in 178.2.2ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2011-ci il tarixli hökmü ilə CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 6 noyabr 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) il 1 (bir) ay 4 (dörd) gün müddətə hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmü ilə CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumlutu ödənilməmiş, Masallı rayonunun Çaxırlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 6 (altı) ay müddətə, CMin 66.3-cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İ şin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum oğlu Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, 22 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma cinayətini törətmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «X» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan b ir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «X» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «X» adlı şəxsin və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşımaqla göndərdiyi külli miqdarda ümumi təmiz çəkisi 24896,93 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan he roini, külli miqdarda ümumi təmiz çəkisi 1870 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəki və külli miqdarda ümumi təmiz çəkisi 3275 qram psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirdikdən və narkotik vasitə və psixotrop maddəni qoyduğu yer barədə Məhkum əvvəlcədən məlumat verdikdən sonra Məhkum Masallı rayonunun Sarı Cəfərli kəndi ərazisində yerləşən Sarı Cəfərli kənd əsas məktəbinin yaxınlığından 2 iyun 2020-ci il tarixdə 1 ədəd boz rəngli çantada götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq bir hissəsini üzərində, qalan hissəsini isə yaşadığı ünvan 1 ünvanında mənzilin giriş qapısından sol tərəfdə yerləşən dolabda saxlamış, 6 iyun 2020-ci il tarixdə Məhkum qanunsuz olaraq narkoti k vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum 6 iyun 2020-ci il tarixdə, saat 13:00-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 11,9 30 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Məhkum yaşadığı ünvan 1 ünvanına öz razılıq ərizəsi ilə baxış keçirilən zaman yaşadığı mənzilin giriş qapısının sol tərəfində yerləşən dolabda olan 1 (bir) ədəd boz rəngli çantanın içərisindən 5 ədəd qara rəngli bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 3145 qram, 4280 qram, 6280 qram, 6020 qram və 5160 qram olmaqla ümumi təmiz çəkisi 24885 qram üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd qara rəngli bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 910 qram və 960 qram olmaqla ümumi təmiz çəkisi 1870 qram xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 2 ədəd qara rəngli sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1960 qram və 1315 qram olmaqla ümumi təmiz çəkisi 3275 qram xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan psixotrop maddə metamfetamin və üzərində heroinin izləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 oktyabr 2021-ci il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Qasımov Faiq Adil oğlundan ibarət tərkibdə) 12 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hö km isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mövsümov Nazim Rasim oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilərək həmin qərar ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin olunmuşdur. Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 oktyabr 2021-ci il tarixli hökmündən verdiyi apellyasiya şikayətinə əsasən işə təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə) 18 mart 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü isə dəyişdirilərək Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 11 (on bir ) ilədək endirilmiş, CM-in 66.3-cü maddəsinə əsasən isə həmin cəza sonuncuya CM-in 32.5, 206.3.2-ci maddəsi ilə təyin olunmuş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 14 (on dörd) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona bəraət verilməsini, onun təqsirli bil indiyi ittihamın əsassızlığının müəyyən edilməsi üçün cinayət işinin bu hissədə yeni apellyasiya baxışına təyin olunmasını və həmin ittihamda göstərilən narkotik vasitələrdən başqa digər narkotik vasitələrin və elektron tərəzilərin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yoxa çıxarılması faktının araşdırılması üçün cinayət işinin materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinə əlavəsində də Məhkum qısa şəkildə eyni dəlillərə (özünün məhkəmə iclaslarında verdiyi ifadələrə) əsaslanaraq eyni tələblər irəli sürmüşdür. Kassasiya şikayətinin və ona edilmiş əlavənin dəlilləri: Kassasiya şikayətində və ona edilmiş əlavədə Azərbaycan Respublik ası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) və “Əməliyya-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra maddələrinə, işin müəyyən edilmiş faktiki hallarına, iş üzrə toplanmış və araşdırılmış bir çox sübutlara, əsasən də özünün məhkəmə iclaslarında verdiyi ifadələrə və telefon danışıqlarının aparılması barədə məlumatlara, habelə barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum həmin müraciətlərini belə əsaslandırmışdır ki, o, təqsirli bilindiyi ittiham üzrə heç bir cinayət əməlini törətməmiş, ittihamda göstərilən narkotik vasitələr, psixotrop maddə və elektron tərəzi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına məxsus olmuş və onun üzərinə və guya kirayə etdiyi mənzilə də sonuncular tərəfindən qoyularaq həmin əşyaların o na məxsus olması, bunların İran İslam Respublikasının vətəndaşı X və digər şəxslər tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin təmin olunması, onun isə bunları Masallı rayonunda qəbul edərək satışını həyata keçirmək barədə həmin şəxslərlə sövdələşməsi barədə etiraf edici ifadələr verməyə məcbur edilmişdir. Halbuki, iş materialları ilə təkzib edilməz şəkildə müəyyən edilir ki, o, qanunsuz tutulduqdan sonra polis əməkdaşları onu Masallı rayonuna aparmış, orada tanımadığı sərhədçilərdən külli miqdarda və müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr olan bağlamaları götürüb Bakı şəhərinə gətirmiş və ona təzyiq və təsir göstərərək həmin narkotik vasitələrin və psixotrop maddənin bir hissəsini onun adına rəsmiləşdirilmiş, qalanını isə faktiki olaraq gizlətmişlər. Kassas iya şikayətinin müəllifi həmçinin qeyd etmişdir ki, o, ittihamda göstərilən X adlı şəxsi ümumiyyətlə tanınmamış, onunla heç bir cinayət əlaqəsinə girməmiş, sonuncu isə törətdiyi cinayətə görə Azərbaycanda məhkum olunaraq cəzasını çəkdikdən sonra 2017-ci ildə cəzaçəkmə müəssisəsindən buraxılmışdır. Kassasiya şikayətində qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsinə və məhkum olunmasına dair ətraflı göstərdiyi bütün halların telefon anten məlumatları ilə, telefon danışıqlarının aparılmasına dair məlumatlarla və toplanmış digər sübutlarla tam təsdiq edilməsinə baxmayaraq məhkəmələr bu sübutlara qanuna müvafiq qaydada qiymət verməmiş, onun təqsirsizliyinə dəlalət edən sübutları nəzərə almamış, ona qarşı qanunsuz hərəkətlər törətmiş polis əməkdaşlarının barəsində heç bir tədbir görülm əmiş, o, isə tam əsassız və qanunsuz olaraq irəli sürülmüş ittiham üzrə təqsirli bilinərək ağır cəzaya məruz qalmış, onun barəsində qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Şərh olunan dəlillərə əsaslanaraq Məhkum onun kassasiya şikayətinin və ona edilmiş əlavənin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin və ona edilmiş əlavənin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr iş üzrə toplanmış və araşdırılmış sübutları qanuna müvafiq qaydada tədqiq etməmiş, o, təqsiri sübuta yetirilmədiyi və onun hüquqları kobud şəkildə pozulduğu halda əsassız və qanunsuz olaraq məhkum edilmiş, bu haqda qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını isə yolve rilməz sübutlar təşkil etmişdir. Bununla da, kassasiya müraciətlərinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya də yişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum tərəfindən verilmiş kassasiya şikayətini və ona edilmiş əlavəni kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını həmin materiallarla əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmay an faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların tə yin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi həm ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş, həm də müdafiə tərəfinin vəsatətləri əsasında əldə olunmuş sübutları tam, hərtərəfli və obyektiv araşdırmaqla və onları CPM-in 145. 1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların bir qismini, həbelə təkrar apellyasiya baxışı zamanı əldə etdiyi əlavə sübutları araşdırıraraq, araşdırılmış sübutların isə Məhkum məhz CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündü r, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində və ona edilmiş əlavədə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 138-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum ibtidai araşdırmanın ilkin mərhələsində müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri ilə yanaşı hazırki iş üzrə dindirilmiş şahidlər Şahid1, Şahid2, Şahid3 ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, şəxsi axtarış və götürmə aparılması, yaşayış sahəsinə baxış və götürmə aparılması haqqında 6 iyun 2020-ci il tarixli və bir sıra digər istintaq hərə kətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Kassasiya şikayətində onun barəsində aparılmış əməliyyat-axtarış tədbirlərinin qanun pozuntusu ilə aparılması, onun azadlıq və müdafiə hüquqlarının pozulması iddia olunsa da, Məhkum bu iddiaları iş üzrə toplanmış və araşdırılmış sübutlarla tam təkzib edilir, göstərilən tədbirlərin həyata keçirilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 6 iyun 2020-ci il tarixli qərar isə Xətai Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərarı ilə qanuni hesab edilmişdir. Cinayət işinin materiallarından görünür ki, istər ilkin, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, Məhkum etirafedici ifadələri ona qarşı edilmiş zorakılıq, işgəncələr və qeyri-insani rəftar nəticəsində verməsi, üzərindən və kirayə etdiyi mənzildən götürülmüş narkotik vasitələrin, psixotrop maddənin və elektron tərəzinin polis əməkdaşları tərəfindən ona verilməsi müəyyən edilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma cinayətini törətmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «X» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «X» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «X» adlı şəxsin və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşımaqla göndərdiyi külli miqdarda ümumi təmiz çəkisi 24896,93 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda ümumi təmiz çəkisi 1870 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəki və külli miqdarda ümumi təmiz çəkisi 3275 qram psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirdikdən və narkotik vasitə və psixotrop maddəni qoyduğu yer barədə Məhkum əvvəlcədən məlumat verdikdən sonra Məhkum Masallı rayonunun Sarı Cəfərli kəndi ərazisində yerləşən Sarı Cəfərli kənd əsas məktəbinin yaxınlığından 2 iyun 2020-ci il tarixdə 1 ədəd boz rəngli çantada götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq bir hissəsini üzərin də, qalan hissəsini isə yaşadığı ünvan 1 ünvanında mənzilin giriş qapısından sol tərəfdə yerləşən dolabda saxlamış, 6 iyun 2020-ci il tarixdə Məhkum qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Məhkum 6 iyun 2020-ci il tarixdə, saat 13:00-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli cins şalv arının sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 11,930 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyataxtarış tədbirlərinin davamı olaraq Məhkum yaşadığı ünvan 1 ünvanına öz razılıq ərizəsi ilə baxış keçirilən zaman yaşadığı mənzilin giriş qapısının sol tərəfində yerləşən dolabda olan 1 (bir) ədəd boz rəngli çantanın içərisindən 5 ədəd qara rəngli bağlamada ayrıayrılıqda təmiz çəkiləri 3145 qram, 4280 qram, 6280 qram, 6020 qram və 5160 qram olmaqla ümumi təmiz çəkisi 24885 qram üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd qara rəngli bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 910 qram və 960 qram olmaqla ümumi təmiz çəkisi 1870 qram xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 2 ədəd qara rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1960 qram və 1315 qram olmaqla ümumi təmiz çəkisi 3275 qram xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan psixotrop maddə metamfetamin və üzərində heroinin izləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, işin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araş dırılmış sübutlar həm birinci instansiya məhkəməsinin hökmündə, həm də apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarında ətraflı təsvir edildiyindən məhkəmə kollegiyası onların hazırki qərarda təkrarən təsvirinə ehtiyac görmür və eyni zamanda vurğulamağı lazım bilir ki, məhkəmələr iş üzrə yekun nəticəyə gələrkən bu sübutlara həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət vermiş, bu qiymətləndirmə nəticəsində onun törətdiyi əməllərə münasibətdə maddi hüquq normasını düzgün tətbiq etmişlər. Məhkum həm ibtidai araşdırmanın sonrakı mərhələsində, həm də işə məhkəmələrdə baxılarkən özünü hökmlə təqsirli bilindiyi əməli törətməməsini, yəni ümumiyyətlə narkotik vasitələri və psixotrop maddəni əldə etməməsini, saxlamamasını və daşımama sını bildirsə də, işdə olan sübutların təhlili göstərir ki, onun bu haqda verdiyi ifadələrdən fərqli olaraq məhkum olunmuş şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadələri həm şahidlərin ifadələri ilə, həm də müxtəlif istintaq hərəkətlərinin nəticələri tam üst-üstə düşür. Buna görə məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Məhkum sonradan verdiyi ifadələrinin özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirilməsində heç bir qanun pozuntusu görmür və bununla bağlı kassasiya müraciətlərinin də dəlillərini qəbul edilməz sayaraq məhkum olunmuş şəxsin özünü cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi dəyərləndirir. Belə qənaəti ilə əlaqədar məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının əsasına qoyulmuş sübutların yol verilməz olmasını təsdiq edən mötəbər sübutlar Məhkum tərəfindən məhkəmələrə təqdim olunmamış, onun iddiaları isə yalnız özünün müdafiə xarakterli ifadələrinə əsaslanmışdır. Halbuki, CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Eyni zamanda məhkəmə kollegiyası Məhkum ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələrinin məhkəmələr tərəfindən onun təqsirliliyinə dəlalət edən əsas sübutlardan biri kimi qəbul edilməsində və həmin ifadələrin qəbul olunmuş yekun məhkəmə aktlarının əsasına qoyulmasında da heç bir qanun pozuntusunu müəyyən etmir, çünki, CPM-in 126.6-cı maddəsinin tələb etdi yi kimi, məhkumun bu ifadələri, iş üzrə qanuni yolla toplanmış və araşdırılmış digər bütün sübutların məcmusu ilə təsdiq edilir. Kassasiya şikayətinin Məhkum polis əməkdaşları tərəfindən ittihamda göstərilən ünvanda və tarixdə deyil, 5 iyun 2020-ci il tarixdə ailə üzvləri ilə birlikdə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində tutulması, sonradan isə Masallı rayonuna aparılması və oradan həmin əməkdaşların özləri tərəfindən narkotik vasitələrin və psixotrop maddənin götürülərək Bakı şəhərinə qayıtmaları barədə dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərardan, şübhəli şəxsin saxlanılması barədə polis əməkdaşı Şahid1 6 iyun 2020-ci il tarixli raportundan, Məhkum şübhəli şəx s qismində tutulması haqqında eyni tarixli protokoldan görünür ki, o, məhz 6 iyun 2020-ci il tarixdə saat 13:00-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, və orada şübhəli şəxs qismində tutulmuş, onun polis əməkdaşları ilə birlikdə Masallı rayonuna getməsi və sonuncuların ittihamda göstərilən miqdarlardan da artıq miqdarlarda və müxtəlif növdə narkotik vasitələri və psixotrop maddələri guya hansısa hərbi qulluqçulardan qəbul edərək Baş İdarəyə gətirmələri barədə ifadələri və bu ifadələrə uyğun məhkumun irəli sürdüyü dəlilləri toplanmış və araşdırılmış mötəbər sübutlarla təsdiq olunmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Məhkum ailə üzvü olan arvadı X12 qeyd olunan halların bir qismini təsdiq etsə də, məhkəmələr onun da ifadələrinə qiymət verərək sonuncunun Məhkum yaxın qohumu olmasını və bu səbəbdən işin nəticəsində marağı olan şəxs kimi təqsirləndirilən şəxsin müdafiəsi məqsədi ilə həmin məzmunda ifadə verməsini qeyd edib haqlı olaraq bu ifadələrin nəzərə alınmasının mümkün olmaması barədə nəticəyə gəlmişdir. İş materiallarının təhlili göstərir ki, Məhkum həm ibtidai araşdırmanın sonrakı mərhələsində, həm də işə birinci və apellyasiya instansiyası məhkəmələrində baxılarkən verdiyi ifadələrə (kassasiya şikayətinin dəlilləri də məhz bu ifadələr üzərində qurulmuşdur), məhkəmələr iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında müvafiq sübutlara istinad etməklə ətraflı cavab vermiş, araşdırılmış hər bir sübutu və onların məcmusunu qanuna müvafiq qaydad a qiymətləndirmiş və buna görə, məhkəmə kollegiyası həmin cavablandırma və qiymətləndirmə ilə razılaşaraq məhkəmələrin bunlara əsasən gəldikləri nəticələri bir daha hazırki qərarında təkrarlamağı zəruri hesab etmir. Toplanmış və araşdırılmış sübutlara əsaslanıb həm bu sübutlarla müəyyən edilmiş işin faktiki hallarından çıxış edən məhkəmə kollegiyası Məhkum əsassız və qanunsuz olaraq məhkum olunması barədə nəticəyə gəlmək üçün heç bir əsas görmür və buna görə onun kassasiya şikayətinin və ona edilmiş əlavənin dəlillərini qəbul edilməz sayaraq həmin kassasiya müraciətlərinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının mübahisələndirilən 18 mart 2024-cü il tarixli qərarının isə ləğv edilərək cinayət işinin icraatına hər hansı, o cümlədən bəraətverici əsaslarla xitam verilməsini mümkün bilmir. Polis əməkdaşlarının ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittihamda göstərilən miqdarlardan daha çox miqdarlarda narkotik vasitələr və psixotrop maddələr əldə etmələri və həmin əşyaların bir qisminin onlar tərəfindən gizlədilməsi barədə Məhkum kassasiya müraciətlərində istinad etdiyi dəlillərə və bu ehtimal xarakterli dəlillərə əsasən müəyyən edilmiş halların araşdırılması üçün cinayət işinin materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə məhkumun irəli sürdüyü tələbə gəldikdə isə, məhkəmə kollegiyası əvvəla qeyd edir ki, onun bu dəlilləri də toplanmış və araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır, digər tərəfdən isə CPM-nin 419.1-ci maddəsinə əsaslanaraq vurğulamağı lazım bilir ki, kassasiy a instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə baxaraq həmin müraciətlərin dəlillərinə cavab verməklə yanaşı onlardan asılı olmayaraq həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə düzgün əməl edilib-edilməməsini də yoxlayır və bu baxımdan məhkəmənin təqsirkara qarşı irəli sürülmüş ittihamdan kənara çıxaraq başqa cinayət xarakterli əməlləri üzrə araşdırma aparmaq, bununla bağlı hansısa nəticəyə gəlmək, yaxud da bu haqda cinayət işinin materiallarını baxdığı işdən ayıraraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək səlahiyyətində deyil. Kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində cinayət prosesi iştirakçılarının hüquqlarının əhəmiyyətli dər əcədə pozulmasını müəyyən etdikdə bu haqda xüsusi qərar qəbul etmək hüququna malikdir ki, hazırki iş üzrə məhkəmə kollegiyası Məhkum hər hansı hüququnun, o cümlədən azadlıq və müdafiə hüquqlarının pozulmasını müəyyən etmir və bununla bağlı da onun dəlillərini qəbul edilməz sayır. Məhkəmə kollegiyasının qənaətinə görə, işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməyən apellyasiya instansiyası məhkəməsi Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsini həll edərkən və onun törətdiyi əməllərə maddi hüquq normalarının tətbiqi barədə ibtidai araşdırma və birinci instansiya məhkəməsinin gəldikləri nəticələrlə razılaşarkən qanunvericiliyin aşağıdakı tələblərinə də əməl etmiş və bu zaman Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenum Qərarlarında əksini tapmış izah və tövsiyələri nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ə dalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmalarını və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları ta m, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən büt ün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. CPM-in 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstər ilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qa nunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-in 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-in 138.1-ci maddəsinə görə, sübutetm ə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərt ərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əs asən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 349.5-ci maddəsində “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən, zərər çəkmiş şəxslərin və şahidlərin təkcə məhkəmə iclaslarında deyil, həmçinin onların məhkəməyədək icraat zamanı verdikləri ifadələrin də sübut kimi qəbul edilməsini və onlara əsaslanmasını nəzərdə tutur o halda ki, həmin ifadələr qanuni yolla, yəni CPM-in 125.2-ci maddəsində göstərilən pozuntulara yol verilməməklə əldə edilsin və məhkəmə iclasla rında həmin ifadələr tədqiq olunaraq onlara müqayisəli şəkildə qiymət verilsin. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təs diqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəala r (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-in 397.1 və 3 97.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışd ırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətlər i üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məh kəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi və ya təqsirsizliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yet irilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-in 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-in 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində arad an qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə x arakteri daşımamalıdır. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr çəkişmə prinsipinə uyğun olaraq məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq nor malarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifələrin qanuna uyğun qaydada yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkum törətdiyi cinayət əməllərinə münasibətdə cinayət qanunun normalarının tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, onun həmin əməllərinin CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarına, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psix otrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq 2 iyun 2016-cı il tarixli və 14 iyun 2024-cü il tarixli Qərarlarında əksini tapmış izah və tövsiyələrə tam uyğundur. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Qa çaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətndə GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar Cinayət Məcəlləsinin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və CM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Bu baxımdan qaça qmalçılıq cinayətinin obyektini hər hansı malların və digər əşyaların dövriyyəsi yox, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları ilə tənzimlənən dövlətin normal xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Bundan başqa, məhkəmələrin nəzərinə çatdırılmışdır ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildi yi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında ” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndində adı çəkilən Qanunun 1.0.11-ci maddəsinə istinadən məhkəmələrə izah edilmişdir ki, həmin maddədə “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların q anunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Plenum Qərarının 9-cu bəndində isə göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən o lan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Kassasiya şikayətində mübahisələndirilməyərək bununla bağlı heç bir tələbə irəli sürülməsə də, məhkəmə kollegiyası Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini də yoxlamış və bu yoxlamanın nəticəsində belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum birinci instansiya məhkəməsi tərərfindən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə və cinayət lərin məcmusu üzrə təyin olunmuş cəzaların nisbətən yüngülləşdirilməsi barədə qərar qəbul edərkən CM-in 8, 41, 58 və 59cu maddələrinin tələblərinə əməl edərək onun törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsi və xarakterini, şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən bütün halları, o cümlədən CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran kimi sonuncunun əməllərində cinayətlərin residivinin müəyyən edilməsini, CM-in 59.1.4-cü maddəsinin tələbinə uyğun olaraq isə cəzanı yüngülləşdirən hal qismində məhkumun himayəsində iki azyaşlı uşaqlarının olmalarını kifayət qədər nəzərə almış və ona bütün bu halların məcmusuna əsasən qanuni və ədalətli cəzalar təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasi ya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-in 416.1-ci maddəsində nəzərdə tutumuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin və ona edilmiş əlavənin təmin edilməsi haqda Məhkum, kassasiya müraciətlərinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti və ona edilmiş əlavə təmin edilməməli və Məhkum CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2024-cü il tarixli qərarı həmin kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllə sinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti və ona edilmiş əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2024-cü il tarixli qərarı həmin kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-196/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-196/2025
18.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver