Məhkəmə qərarları › İş №1(102)-1965/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1965/2025

12.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1965/2025 12.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Zaur Nazim oğlu Hüseynovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 yanvar 2025-ci il tarixli, 1(103)-169/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Cavid Hüseynov (sədrliyi və məruzəsi), Eldar İsmayılov və Səbuhi Hüseynov) 27 sentyabr 2024-cü il tarixli, 1(101)-788/2024 nömrəli hökmü ilə xx xxxxxxx 1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabunçu rayonu, ünvan 1 ünvanda yaşamış, 16 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 may 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətinə az adlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Məhkum naməlum vaxtda, naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 2500,322 qram təşkil edən külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə edib üzərində və yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi, ev 30, mənzil 15-də saxlayaraq daşımış, 16 may 2023-cü il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Po lis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-nə aparılmış və üzərinə Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasında şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcəsinin sağ döş cibindən 1 ədəd bükümdə, təmiz çəkisi 0,322 qram olan narkotik vasitə qurudulmuş marixuana, eləcə də əməliyyataxtarış tədbirlərinin davamı olaraq yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi ev 30, mənzil 15-də olan qonaq otağındakı divanın altından satış məqsədi ilə saxladığı 01 ədəd qara rəngli sellofan torbanın içərisində ümumi çəkisi 2500 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirzəli Abbasov (sədrlik edən və məruzəçi), Ramin Qaraqurbanlı və Anar İbrahimov) 08 yanvar 2025-ci il tarixli, 1(103)-169/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)788/2024 nömrəli, 27 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 yanvar 2025-ci il tarixli, 1(103)-169/2025 nömrəli qərarının ləğv edilməsi və işin təkrar apellyasiya baxışına qaytarılmasını və ya barəsində çıxarılmış hökm və ya qərarın dəyişdirilərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlil ləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işi üzrə ibtidai istintaq düzgün aparılmamış, lakin məhkəmələr buna göz yumaraq onun barəsində ədalətsiz hökm çıxarmışlar və şəxsiyyətə uyğun olmayan ağır cəza təyin etmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 yanvar 2025-ci il tarixli, 1(103)-169/2025 nömrəli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiy ası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. İstintaq orqanı Məhkum Azərbaycan Respublikasının CM-in 2 34.4.3-cü maddəsi ilə ittiham elan etmiş və cinayət işini baxılması üçün məhkəməyə göndərmişdir. İstintaq orqanı Məhkum elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək məqsədilə məhkəməyə onun ibtidai istintaq zamanı verdiyi ifadəni, şəxsi axtarışda iştirak etmiş polis əməkdaşları Şahid1 və Şahid2 şahid ifadələrini, şəxsi axtarış, eləcə də mənzildə axtarış və götürmə aparılması haqqında tərtib edilmiş 16 may 2023-cü il tarixli protokolları, telefon məlumatlarından çıxarışı, həmçinin məhkəmə-bioloji ekspertizasının rəyini təqdim etmişdir. Birinci instansiya məhkəməsi ittiham tərəfinin sübutlarını məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişdir ki, həmin sübutlar Məhkum ona elan edilmiş ittihamda təqsirli olmasını təsdiq edir. Həmin sübutlara əsaslanaraq, məhkəmə Məhkum barəsində Azərb aycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham hökmü çıxarmışdır. Apellyasiya instansiya məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmələr işin hallarının tam və hərtərəfli araşdırılmamış və onun barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham hökmü çıxarmışlar. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsindən görünür ki, cinayət mühakimə icraatın vəzifələrindən biri cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və oby ektiv araşdırmaqdan ibarətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbay can Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən cinayət işi üzrə halların tam, obyektiv və hərtərəfli araşdırılması və sübutların tədqiq edilməsi və qiymətləndirilməsi barədə yuxarıda sadalanan qanun normalarının riayə t edilməsini yoxlayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların təhlili onu göstərir ki, təqsirləndirilən şəxs Məhkum barəsində ittiham hökmü yalnız maddi sübuta, yəni təhqiqatçı tərəfindən Məhkum üzərində şəxsi axtarış və onun yaşadığı mənzildə axtarış nəticəsində üzərində və onun yaşadığı mənzildə narkotik vasitənin tapılmasına əsasən çıxarılmışdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib- verilmədiyini araşdırılmalıdır. Məhkəmə iclasında Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində belə bildirmişdir ki, nə onun üzərində, nə də yaşadığı mənzildə narkotik vasitə olmamışdır. Onun sözlərinə görə, narkotik vasitələr polis əməkdaşları tərəfindən onun üzərinə və yaşadığı mənzilə qoyulmuşdur. İttihamda göstərilən hallar həqiqətə uyğun deyildir. O, küçədə saxlanılmamış, polis əməkdaşları onun yaşadığı mənzilə daxil olub onu polis idarəsinə aparmışlar. Həmin vaxt mənzildə onun qaynanası və tanışı Şahid4 olmuşdur. Polis əməkdaşları Şahid4 də polis idarəsinə aparmışlar. Onların mənzildən aparılmasını həmin vaxt işdən nahar fasiləsinə gəlmiş arvadı Şahid3 da görmüşdür. Polis bölməsində polis əməkdaşları ona və Şahid4 fiziki təsir göstərərək üzəril ərində narkotik vasitələrin olması və guya şəxsi axtarış zamanı aşkar edilməsi barədə videoçəkiliş aparmışlar. Mahirin üzərində aşkar edilmiş narkotik vasitənin ondan alındığını və yaşadığı mənzildə narkotik vasitə olmasını deməyə onu məcbur etmişlər. Polis əməkdaşlarının Mahiri incitdiyini görüb, Mahirə həmin narkotik vasitəni ondan aldığını deməsini özü də bildirmişdir. Bundan sonra onu yaşadığı mənzilə aparmışlar. Mənzilə giriş qapısının açarı onda olmamış, videoçəkilişdən əvvəl polis əməkdaşları ona açarı vermişlər. Narkotik vasitələrin mənzildə, otaqdakı divanın altında olması barədə də polis əməkdaşları ona əvvəlcədən məlumat vermişlər. Onun üzərində şəxsi axtarış və yaşadığı mənzildə aparılmış axtarış müdafiəçinin iştirakı olmadan həyata keçirilmişdir. Birinci və apellyasiya instans iya məhkəmələri nəticəyə gəlmişlər ki, məhkumun üzərində və onun yaşayış mənzilində qurudulmuş marixuananın aşkar edilməsi faktı onun üzərində şəxsi axtarış aparılması haqqında və onun yaşadığı mənzilində axtarış aparılması haqqında 16 may 2023-cü il tarixli protokollarla təsdiq olunur. Həmin sübutların mötəbərliyi ilə heç bir şübhə yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin həmin sübutların qiymətləndirilməsi ilə əlaqədar mövqeyi Azərbaycan Respublikasının Konstitusiyasının və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin İİİ-cü hissəsinə əsasən hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyi ndən istifadə etmək hüququ vardır. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə cəmiyyətinin hər bir üzvünün insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinə təminat yaradır. Bu hüquq dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldimiş hərəkətlərinin qaşısının alınmasına zəmanət verir. Ona görə də müdafiə hüququ ədalətli mühakiməsi maraqlarının təminatı kimi çıxır edir. Azərbaycan Respublikası CPM-in 90.1.2-ci maddəsinə əsasən cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs tanınır. Həmin Məcəllənin 90.7.5-ci maddəsinə əsasən şübhəli şəxs tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 92.3.9-cu maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Həmin Məcəllənin 92.9.3-cü maddəsinə əsasən müdafiəçi müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilən hər hansı istintaq və ay digər prosessual hərəkətlərdə iştirak etmək hüququna malikdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum üzərində şəxsi axtarış cinayət işi başlanılmadan onun şübhəli şəxs qismində tutulması ilə əlaqədar keçirilmişdir. Azərbaycan Respublikası CPM-in 92.3.1-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə c inayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Azərbaycan Respublikası CPM-in 86.2.3-ci maddəsinə əsasən təhqiqatçı şəxsin tutulduğu andan müdafiəçinin yardımından istifadə hüququnu təmin etməlidir. Həmin Məcəllənin 90.6-cı maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır. Həmçinin CPM-in 90.7.2-ci maddəsinə əsasən şübhəli şəxs tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 92.6-cı maddəsinə əsasən cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata k eçirən orqan təmin edir. Cinayət işinin materiallarından görünür ki, tutularkən Məhkum ona dövlət hesabına müdafiəçinin təyin edilməsini xahiş etmiş və təhqiqatçının qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. İşə əlavə edilmiş sənədlərdən həmçinin görünür ki, 16 may 2023-cü il tarixdə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X5 Məhkum təqdim edilmiş və sonuncu hüquqlarının Aydın Kərimov tərəfindən müdafiə edilməsinə etiraz etməmişdir. Məhkum müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona müdafiəçinin iştirakı ilə hüquqları izah edilmiş və digər prosessual hərəkətlər aparılmışdır. Bundan dərhal sonra təhqiqatçı şübhəli şəxsə onun üzərində şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan aparılması barədə kompüterdə çap edilmiş ərizə ni imzalatdırmış və həmin ərizəyə əsasən Məhkum üzərində şəxsi axtarışı müdafiəçinin iştirakı olmadan həyata keçirmişdir. Şəxsi axtarışdan sonra təhqiqatçı həmin tarixdə şübhəli şəxsin yaşadığı mənzildə axtarış aparılması barədə qərar qəbul etmiş, lakin bu barədə müdafiəçiyə məlumat verməmiş və şübhəli şəxsin müdafiəçisinin istintaq hərəkətlərində iştirakına dair mövqeyini aydınlaşdırmadan Məhkum mənzilində axtarış aparmışdır. Məhz yuxarıda qeyd edilən şəxsi axtarış və mənzildə aparılan axtarış nəticəsində Məhkum qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlar – narkotik vasitələr aşkar edilmiş və müvafiq protokollar tərtib edilmişdir. Axtarışların aparılmasından sonra tədqiqatçı həmin gün Məhkum müdafiəçinin iştirakı ilə izahat almış və digər prosessual hərəkətlər aparmışdır. Göründüyü kimi Məhkum üzərində şəxsi axtarış və onun yaşadığı mənzildə axtarış aparıldığı zaman müdafiəçinin iştirakı məcburi olmuş, lakin təhqiqatçı tərəfindən qanunun normalarının tələblərinə zidd olaraq şübhəli şəxsin üzərində şəxsi axtarış müdafiəçinin iştirakı olmadan, yəni müdafiə hüququnun pozulması ilə keçirmişdir. Azərbaycan Respublikası 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməs inə yol verilmir. Məhkumun üzərində şəxsi axtarışın və onun yaşadığı mənzildə axtarışın aparılması ilə bağlı sual doğuran növbəti məqam ondan ibarətdir ki, mənzildə axtarış aparılmasından əvvəl Məhkum mənzilin qapısını özündə olan açarla açmış və polis əməkdaşları ilə birlikdə mənzilə daxil olmuşdur. Bu hal həmin istintaq hərəkətlərinin videoçəkilişi ilə müəyyən olunur. Yuxarıda qeyd edildiyi kimi, Məhkum məhkəmə iclasında ifadə vermişdir ki, polis idarəsinə aparıldığı zaman onun üzərində mənzilin açarı olmamışdır. Məhkum bu ifadəsi onun üzərində şəxsi axtarış aparılması barədə tərtib edilmiş protokolla da təsdiq olunur. Belə ki, şəxsi axtarış zamanı Məhkum üzərində açarın olması müəyyən edilməmişdir. İşin bu halı, mənzildə axtarış aparılmasından əvvəl mənzil açarının məhkuma polis əməkdaş ları tərəfindən verilməsi barədə Məhkum ifadəsinin həqiqətə uyğun olmasını göstərir və açarın axtarışa qədər polis əməkdaşlarının sərəncamında olduğunu təsdiq edir. Məhkəmə kollegiyasının qənaətinə görə, işin bu halının araşdırılması həm ittiham sübutlarına, həm də müdafiə tərəfinin məhkumun təqsirsizliyi barədə irəli sürdüyü dəlillərə obyektiv qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Lakin məhkəmələr bu istiqamətdə heç bir araşdırma aparmamışdır. Məhkəmələr şübhəli şəxsin üzərində şəxsi axtarış və onun yaşayış mənzilində axtarış aparılması barədə tərtib olunmuş protokolları qiymətləndirərkən, işin yuxarıda sadalanan halları ilə bağlı həmin sübutların mümkünlüyünə hüquqi münasibət bildirməmiş, bu protokolların mötəbər və yol verilən sübutlar qismində qəbul edilməsinin meyarları b arədə hər hansı izahat verməmişdir. Polis əməkdaşları Şahid1 və Şahid2 şahid ifadələri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin sübutlar cinayət işi üzrə məhkəmədə tədqiq edilmiş digər sübutlarla ziddiyyət təşkil edir. Belə ki, Şahid1 və Şahid2 məhkəmə iclasında verdikləri ifadələrində əvvəlcə Şahid4 saxladıqlarını, onun üzərində narkotik vasitə aşkar olunduğunu, Şahid4 isə narkotik vasitəni Məhkum aldığını bildirdiyini göstərmişlər. Həmçinin öz ifadələrində şahidlər qeyd etmişlər ki, Şahid4 tərəfindən verilmiş məlumata əsasən onlar bir neçə saat sonra Məhkum küçədə saxlamışlar. Lakin yuxarıda göstərildiyi kimi, Məhkum məhkəmə iclasında ifadə verərək bildirib ki, polis əməkdaşları həm onu, həm də Şahid4 birlikdə onun yaşadığı mənzildə saxlamışlar. Məhkumun bu ifadəsi məhkəmə ic lasında şahid qismində dindirilmiş Şahid4 və məhkumun həyat yoldaşı Şahid3 ifadələri ilə təsdiq edilmişdir. Bundan əlavə, cinayət işinə əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəxs Şahid4, şahidlər Məhkum, X1 (Məhkum qayınanasıdır) və Şahid3 ifadələri və digər sübutlar əsasında müəyyən etmişdir ki, polis əməkdaşları Şahid4 və Məhkum 16 may 2023-cü il tarixdə birlikdə, sonuncunun yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi, ev 30, mənzil 15-də saxlamışlar. Bu səbəbdən, Sabunçu Rayon Məhkəməsi polis əməkdaşları Şahid1 və Şahid2 Şahid4 guya tək küçədə saxlanılması barədə ifadələrini mötəbər sübut kimi qəbul etməmiş və Şahid4 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi üzrə bəraət vermi şdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli hökmündən verilmiş apellyasiya və kassasiya protestləri təmin edilməmiş, bəraət hökmü dəyişdirilmədən saxlanılmışdır. Birinci və apellyasiya instansiya məhkəmələri şahidlər Şahid1 və Şahid2 ifadələrinə şübhə yaradan yuxarıda göstərilən işin hallarına heç bir hüquqi qiymət verməmiş, habelə həmin şahidlərin ifadələrini təkzib edən Məhkum, eləcə də şahidlər Şahid4 və Şahid3 ifadələrinin mötəbər sübut kimi qəbul edilməməsinin motivlərini müvafiq olaraq hökm və qərarlarında göstərməmişlər. Məhkəmə kollegiyası Məhkum ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrlə bağlı qeyd edir ki, o, yalnız istintaqın ilkin mərhələsində – 17 və 18 may 2023-cü il tarixlərində tərtib edilmiş şübhəli və təqsirləndirilən şəxs qismind ə dindirmə protokollarını imzalamışdır. İbtidai istintaqın sonrakı mərhələsində tərtib edilmiş protokollarda Məhkum əvvəlki protokollarla eyni məzmunlu ifadələri qeyd edilsə də, o, həmin protokolları imzalamaqdan imtina etmişdir. Bundan əlavə, cinayət işinə əlavə edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 20 may 2023-cü il tarixli rəyindən görünür ki, Məhkum ekspertlərin suallarını cavablandırarkən, ekspertizanın keçirilməsindən iki gün əvvəl, habelə ekspertizadan sonra tərtib olunmuş və onun tərəfindən imzalanmamış dindirmə protokollarında göstərilən ifadələrdən fərqli olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman onun üzərində heç bir narkotik vasitə olmamışdır. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası süb utlara qiymət verərkən, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum təqsirini təsdiq edən sübutların Azərbaycan Respublikası Konstitusiyasının və cinayət-prosessual qanunvericiliyinin tələblərinin pozulması ilə əldə edilməsinə hüquqi qiymət verməmiş, sübutlar arasındakı bariz ziddiyyətləri araşdırmamış, məhkumun təqsirsizliyinə işarə edən sübutların qəbul edilməməsinin motivlərini və əsaslarını məhkəmə aktlarında göstərməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən sübutların tədqiq edilməsi və yoxlamasına dair Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələri ilə üzərilərinə qoyulmuş vəzifə yerinə yetirməmişdir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinay ət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Respublikası CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. İşdən görünür ki, birinci instansiyası məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş və xahiş edilmişlər ki, hökm ləğv edilsin və cinayət işi üzrə sübutlar təkrarən araşdırılsın. Apellyasiya instansiyası məhkəməsinin qərarından isə görünür ki, məhkəmə yuxarıda qeyd edilmiş prosessual pozuntulara əhəmiyyət verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zərur i halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın qurama olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirdikdə məhz apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərini tədqiq etməməklə, gəldiyi nəticəni əsaslandırmamaqla Azərbaycan Respublikası CPM-in 349-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayəti üzrə işə baxarkən həmçinin süb utların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv ” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum və onun müdafiəçisinin apellyasiya şikay ətlərinin dəlillərinin əsassız olduğuna dair gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 yanvar 2025-ci il tarixli Məhkum barəsindəki qərarı prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlid ir. Məhkəmə kollegiyası bildirir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı keçirməklə tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 yanvar 2025-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar