Məhkəmə qərarları › İş №1(102)-1974/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1974/2025

29.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1974/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum və məhkum X9, onların müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum və X9 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3.-cü maddələri ilə tə qsirli bilinib məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 30 oktyabr tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə və Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə və hər iki məhkuma münasibətdə kassasiya şikayətinə əlavəyə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X3 (sədrlik edən), X10 və X4 qızından ibarət tərkibdə) 2024-cü il 11 iyun tarixli, 1(101)-556/2024 nömrəli hökmü ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 59, mənzil 40-da qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi ev 11, mənzil 67-də yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin olunmuş 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona 7 (yeddi) il müddətinə azadlıqdan mərhum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublik asının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş həmin iş üzrə məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduğu 2 gün və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü ilə müəyyən edilmiş şübhəli şəxs qismində tutulduğu 3 gün, ümumilikdə 5 (beş) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəza çəkməsinin əvvəlinin 27 mart 2023-cü tarixdən hesablanması, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ərazi narkoloji dispanserində qeydiyya ta alınması, xx.xx.1995-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 59-da qeydiyyatda olmaqla Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi ev 11, mənzil 67-də yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəlinin 27 mart 2023-cü tarixdən hesablanması, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan müalicəy ə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti və ona əlavə vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X11 və X7 ibarət tərkibdə) 2024-cü il 30 oktyabr tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum və Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə qabaqcadan əl bir olub bir qrup halında birləşərək, istintaqa məlum olmayan şəxsdən və şəraitdə təmiz çəkisi 1500 qram olub külli miqdar təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 3,30 qram olub külli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq Bakı şəhəri ünvan 1 ünvana gətirib yaşadıqları həmin mənzildə nisbətən kiçik hissələrə bölərək satış üçün hazırlamış, 27 mart 2023-cü il tarixdə böldükləri narkotik vasitə və psixotrop maddələrin bir hissəsini götürüb küçəyə çıxandan sonra, onların cinayət törətmələri barədə məlumat almış Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində h əmin tarixdə saat 15:00-da yaşadıqları ünvan 2 ünvanlı evin yaxınlığında saxlanılıb BNMİ-nin inzibati binasına gətirilərək şəxsi axtarışları aparılmış, şəxsi axtarış zamanı Məhkum əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 20,0 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və beş ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,385 qram, 0,752 qram, 0,289 qram, 0,756 qram, 0,366 qram, ümumi təmiz çəkisi 2,548 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,371 qram olan, kimyəvi tərkibinə görə Məhkum götürülmüş psixotrop maddələrlə eyni olan psixotrop maddə metamfetamin aşkar edilib götürülmüş, daha sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 19:30-da onların iştirakı ilə yaşadıqları Bakı şəhəri ünvan 1 ünvana baxış keçirilərək, Məhkum yataq otağı kimi təqdim etdiyi otaqdan dörd ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 265 qram, 365 qram, 420 qram, 430 qram, ümumi təmiz çəkisi 1480 qram olub külli miqdar təşkil edən, şəxsi axtarış zamanı üstündən götürülmüş narkotik vasitə ilə tərkibinə görə eyni olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs yataq otağı kimi təqdim etdiyi otaqdan bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,381 qram, kimyəvi tərkibinə görə şəxsi ax tarış zamanı onların üstündən götürülmüş psixotrop maddələrlə eyni olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ, MƏHKUMLARİN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, hər iki təqsirləndirilən şəxslərin sifət nahiyələrində xəsarət izləri açıq-aşkar müşahidə olunur, həmçinin Məhkum bir qədər halsız vəziyyətdə olmuşdur. Bu da onu göstərir ki, Məhkum və Təqsirləndirilən şəxs zorakı təzyiqlər göstərilmiş və onlar özünün əleyhinə ifadə verməyə məcbur edilmişlər. Bununla yanaşı qeyd olunan videogörüntüdə Təqsirləndirilən şəxs yalnız nazik idman köynəyi olmuş, baxışın bütün digər iştirakçıları isə mövsümə u yğun olaraq gödəkçələrində olublar. Belə olan halda ən azı Təqsirləndirilən şəxs həyatda saxlaması heç cür inandırıcı deyil. «DVD-R» tipli diskdə olan videogörüntüdən çəkilişin əvvəlcə planlaşdırılması ən azı Təqsirləndirilən şəxs hərəkətlərindən də müəyyən olunur. Təqsirləndirilən şəxs sanki polis əməkdaşından əvvəlcə verilmiş əmr gözləyirdi və təklifdən bir qədər tez cibində olan əşyaları baxışa təqdim etmişdir. Bundan başqa, Məhkum saxlanıldığı 3 saylı İstintaq Təcridxanasının 20-12\600 nömrəli 21 oktyabr 2023-сü il tarixli məktubundan məlum olur ki, təqsirləndirilən şəxs Məhkum 30 mart 2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasının TSH-də tibbi müayinədən keçirilmişdir. Sorğu zamanı həbs edilmiş şəxs zədə aldığını bildirmişdir. Baxış zamanı sol bazunun bayır səthində çoxsaylı çapı q toxuma, kürəyin sağ yan səthində təxminən ölçüsü 3 x 2 sm ölçüdə sarımtıl rəngli qançır izi aşkar edilmişdir. Araşdırma zamanı Məhkum bildirmişdir ki, həmin xəsarətləri ona narkotiklərlə mübarizə idarəsinin polis əməkdaşları yetirmişlər, onu rezin dəyənəklə, təpik və yumruqla döymüşlər. Məhkəmə iclasında 12 dekabr 2023-cü il tarixdə isə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid3 və Şahid1 bildirmişlər ki, Məhkum tərəflərindən saxlanılarkən, bədənin üzərində heç bir xəsarət izləri olmamışdır. Polis əməkdaşları eyni zamanda Məhkum döyülməsi faktı üzrə Suraxanı Rayon Prokurorluğunda araşdırmanın aparılmasını etiraf etməmişlər. Halbuki, polis əməkdaşlarının yalan danışmaları həm məhkəməyə təqdim olunmuş Suraxanı Rayon Prokurorluğunun 20 may 2023-cü il tarixli qərarı ilə, həm də yu xarıda qeyd olunan «DVDR> tipli diskdə əks olunan videogörüntü ilə təkzib olunur. Təqsirləndirilən şəxs isə bədən xəsarətlərin yetirilməsi faktı elə cinayət işinin materialları ilə birmənalı şəkildə müəyyən olunmuş, lakin absurd bir əsaslandırma ilə izah verilmişdir. Əməliyyat tapşırığının icrası ilə bağlı cinayət işinin materiallarına əlavə edilmiş və 33cü Polis Bölməsinin rəisi Samir Quliyevin adından yazılmış cavab məktubundan (iş vər: 271) göründüyü kimi, həmin məktub sadə «A4» formatlı kağızda yazılmış, 33-cü Polis Bölməsinin blankında çap edilməmiş, məktubda tarix, qeydiyyat nömrəsi və rəis Samir Quliyevin imzası mövcud deyil. Bununla yanaşı əməliyyat tapşırığına və qeyd olunan «cavab məktubuna nəzər salındıqda açıq-aşkar görünür ki, hər iki sənədlər stilinə görə eyni şəxs tərəfindən, eyni şiriftdə və eyni printerdə çap edilmişdir. Yaranmış bu şübhələrin aradan qaldırılması üçün 33-cü Polis Bölməsinə tərəfindən sorğular göndərilərək, ********* nömrəli 05 may 2023-cü il tarixli əməliyyat tapşırığının və 21015\323 nömrəli 30 iyun 2023-cü il tarixli təqdimatın Polis Şöbəsinə daxil olub-olmaması, daxil olduğu təqdirdə isə hansı tarixdə və hansı nömrə ilə qeydiyyata alınmaları barədə məlumat verilməsi, bu məlumatların 33-cü Polis şöbəsinin müvafiq qeydiyyat jurnallarında (kitablarında) əks olunan qeydlərə istinadən verilməsi xahiş edilmiş, lakin 33-cü Polis bölməsi həmin sorğuların icrasını Suraxanı RPİnin İstintaq şöbəsinin üzərinə atmaqla cavab verməkdən yayınmışdır. Suraxanı RPİ-nin İstintaq şöbəsi isə sorğularına, ümumiyyətlə, heç bir cavab verməmişdir. Göründüyü kimi, ********* nömrəli 05 may 2023-cü il tarixli əməliyyat tapşırığının və 21015\323 nömrəli 30 iyun 2023-cü il tarixli təqdimatın 33-cü Polis şöbəsinə real göndərilməmiş və istintaq orqanı tərəfindən bu barədə sadəcə görünüş yaradılmışdır. Bundan başqa, Məhkum saxlanıldığı 3 saylı İstintaq Təcridxanasının 3-16-17 40\24505\2023 nömrəli 18 sentyabr 2023-cü il tarixli məktubundan məlum olur ki, nə müstəntiq Qasım Abbasov, nə də ki vəkil Rasim Almuradov 3 saylı X5 Camal İlham oğlu ilə görüşməmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs Məhkum bildirmişdir ki, o, vəkil Rasim Almuradovu yalnız 27 - 28 mart 2023-cü il tarixlərdə və artıq istintaqın sonunda Suraxanı rayon Polis idarəsinin MSY-də bir dəfə görmüşdür. Yəni ibtidai araşdırma dövründə Məhkum real müdafiə hüququ təmin edilməmiş və ona h üquqi yardım göstərilməmiş, sadəcə olaraq müdafiə hüququnun təmin olunması barədə görünüş yaradılmışdır. Daha sonra məhkəmə iclasında dindirilən polis əməkdaşları şahid ifadələrində bildirmişlər ki, Məhkum barəsində guya narkotik vasitələrinin satışı ilə məşğul olan şəxs kimi əməliyyat məlumatı daxil olsa da, bununla bağlı hər hansı əməliyyat-qeydiyyat işi açılayıb və başlanmayıb. Təkcə bu hallar kifayətdir ki, həm Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinin, Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenumların qeyd olunan Qərarlarının kobud şəkildə pozulması tam aydın şəkildə və qeyd-şərtsiz olaraq müəyyən olunsun, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində əldə olunmuş nəticələr cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilməz. Məhkəmə istintaqı zamanı anten məlumatların əldə olunması, 33-cü Polis bölməsinə sorğuların göndərilməsi və sair barədə müdafiə tərəfinin tam konkret dəlillərlə əsaslandırılmış vəsatət təmin olunmadığından, eyni zamanda, yuxarıda təsvir olunmuş hallara hüquqi qiymət verilmədiyindən Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirliliyi barədə nəticəyə gəlmək mümkün deyil, çünki, iş üzrə çoxsaylı şübhəli halları müəyyən edilmiş və bu şübhələr aradan qalxmamışdır. Cinayət işin materiallarından və polis əməkdaşlarının cavablarından bəlli olduğu kimi, Məhkum mobil telefon cihazından əldə edilmiş yazışmalarda hər hansı təqsirləndirici və istintaq üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmiş, həmçinin Məhkum narkotik vasitələrinin satışı ilə bağlı hallar da öz təsdiqini tapmamışdır. Mə hkum müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1734\2024 nömrəli 30 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, təqsirli bilindiyi cinayət işi üzrə barəsində məhkəmələr hökm və qərar qəbul edərkən CM-in 3, 5, 7, 8, 9, 29, 48, 53, 58, 59, 60, 62, 70, CPM-in 125, 145, 146, 244, 351, 397, 416-cı maddələrinin, Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il, 23 iyul 2004-cü il, 17 mart 2011-ci il, 17 mart 2011, 12 yanvar 1999, 10 fevral 2012, 2 aprel 2012 tarixli qərarlarını, Ali Məhkəmənin Plenumunun 25 iyun 2003, 24 dekabr 2021 tarixli qərarların ı ciddi şəkildə pozmuşlar. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində göstərilənlərə əsasən barəsində qəbul olunmuş hökm və qərarı tam, hərtərfli və obyektiv araşdırılmasını, qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsini, təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3.-cü maddələrini ittihamdan xaric edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının rəhbər tutularaq CM-in 234.11-ci maddəsinə tövsif etməklə bu maddənin sanksiyasına uyğun cəza təyin edilməsini xahiş etmişdir. Müdafiəçi2 həm məhkum Təqsirləndirilən şəxs həm də Məhkum müdafiəçisidir. Məhkum kassasiya şikayətinin dəlilləri məhkum Təqsirləndirilən şəxs aid hissədə kassasiya şikayətinə əlavədə göstərilənlərlə eynilik təşkil etdiyindən həmin də lillərin təkrar olaraq qeyd edilməsinə zərurət yoxdur. Belə ki, həm Məhkum aid hissədə kassasiya şikayətində, həm də məhkum Təqsirləndirilən şəxs aid kassasiya şikayətinə əlavədə hər iki məhkuma münasibətdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 30 oktyabr tarixli qərarının ləğv edilməsi və cinayət işinin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumlar Məhkum və Təqsirləndirilən şəxs və onların müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin təmin olunmamasını, Məhkum və Təqsirlənd irilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3.-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 30 oktyabr tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan m əhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etm ir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum müdafiəcisi kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə məhkumun əməlinin tövsifini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində və onun müdafiəçisi kassasiya şikayətinə əlavədə əməlinin tövsif edilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kolle giyası kassasiya şikayətlərini və əlavələri CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun un 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hök mü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumların və müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri və kassas iya şikayətinə əlavə qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kassasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi həm məhkumlara bəraət verilməli olmasını, həm də məhkumların əməllərinin tövsifini mübahisələndirmişlər. Məhkumlara bəraət verilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından və məhkumların istintaq zamanı verdikləri ifadələrindən göründüyü kimi məhkumlar qeyd edilmiş narkotik vasitə və psixotrop maddənin məhkumların üzərindən çıxmasını etiraf etsələr də, həmin maddələrin satış üçün olması onlar tərəfindən bütün ifadələrdə təkzib edilmişdir. Birinci və apellyasiya instansiya məhkəmələri cinayət təqibi üzrə toplanmış bütün sübutların m əcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab etmişdir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlayaraq daşıması barədə irəli sürülən ittihamın məhkəmə istintaqı zamanı tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlinir. Lakin məhkəmələrin məhkumların narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi ilə bağlı verilmiş ittihamla razılaşmasına baxmayaraq, bu halın hansı dəlillərlə sübut olunduğunu əsaslandırmamış, satış məqsədinin nədə ifadə olduğunu, satış məqsədinin işin hansı halları ilə təsdiq olunduğunu göstərməmişlər. Narkot ik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitələrin miqdarı deyil, narkotik vasitənin çəkilib xırda bağlama lara bükülməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. Hazırki işin hallarından görünür ki, məhkumlarda olan narkotik vasitə və psixotrop maddə məhkumlar tərəfindən xırda bağlamalara bölünsə də, lakin satışı təsdiq edən digər əlamətlər mövcud deyil və onların yalnız xırda bağlamalara bölünməsi əsası ilə şəxsin narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədinin olması qənaətinə gəlmək mümkün deyil. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (bax, İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Lakin hazırkı iş üzrə narkotik vasitə və psixotrop maddə əldə olunarkən, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi və sair digər hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, məhkumlara məxsus telefonlar istintaq orqanı tərəfindən götürülmüş, lakin həmin telefonlarda olan məlumatlar əsasında satış məqsədini təsdiq edən hər hansı bir məlumat, sms, səs yazısı və s. ittiham tərəfinin sübutu kimi cinayət işinin materiallarına əlavə edilməmişdir. Məhkəmə-narkoloji ekspertizas ının rəylərindən də görünür ki, hər iki məhkumda narkotik vasitələrin və psixotrop maddələrin birgə və qarışıq qəbulu nəticəsində yaranan asılılıq sindromu, narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirkarların narkotik vasitələri və psixotrop maddəni satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından da göründüyü kimi, narkotik vasitənin və psixotrop maddənin xırda bağlamalara bükülməsindən başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadan lığın olması kimi hallara rast gəlinməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, narkotik vasitlərin külli miqdarda olması müəyyən olunsa da, təqsirləndirilən şəxsin həmin maddələri satmaq niyyətində olması sübut olunmamışdırsa, bu hal şəxsin əməlinin CM-in 234.4-cü maddəsi ilə tövsif edilməsinə əsas vermir. Belə ki, təqsirləndirilən şəxslər tərəfindən istintaq zamanı da narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edilməməsi qeyd edilmiş, istintaq orqanı tərəfindən bu halı təkzib edə biləcək mötəbər sübutlar əldə olunmamış, istintaq orqanı təqsirləndirilən şəxslərdən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin sadəcə xırda bükümlərə bölünməsi əsası ilə satış məqsədi ilə saxlaması və daşıması qənaətinə gəlmiş və formal mülahizələrə əsasən CM-in 234.4.1 və 234.4.3 -cü maddələri ilə ittiham irəli sürmüş, birinci və apellyasiya instansiyası məhkəmələri də işin faktiki hallarına düzgün qiymət verməyərək əsasız olaraq, satış məqsədi ilə bağlı kifayətedici səviyyədə əsaslandırma aparmadan məhkumların CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olmalarına dair qənaətə gəlmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi, həmin Məcəllənin 351.2-ci maddəsinin ittiham hökmünün ehtimallara əsaslanmasının yol verilməməzliyi və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanması barədə tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası hesab edir ki, məhkumla r Məhkum və Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmələri və satmaq məqsədlərinin olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Qeyd olunan maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum və Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrlə təqsirli bilinə rkən, cinayət işi üzrə həmin maddələrlə onların təqsirli bilinməsi üçün kifayət qədər sübutlar toplanılmamış və məhkəmə qərarlarında da satış məqsədini təsdiq edən sübutlara istinad edilməmişdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, habelə əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 8-ci maddəsi ilə cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Azərbaycan Respublikası CPM-in 28-ci maddəsi ilə təsbit edilmiş cina yət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız həmin Məcəlləyə uyğun müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət mühakimə icraatı həyata keçirilərkən, şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyulmuşdur. Qeyd edilən Məcəllənin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticədə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda hökm əsaslı hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin bəraətlə bağlı iddiala rı cinayət işi üzrə toplanmış və məhkəmələrin də istinad etdiyi mötəbər sübutların məcmuyu ilə öz təsdiqini tapmır, bu səbəbdən məhkumlar Məhkum və E. Yusibovun cinayət əməlləri Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3.-cü maddələrindən CM-in 234.1-1-ci maddəsinə tövsif olunmalı və onlara həmin maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməli, eyni zamanda Məhkum CM-in 66.5-ci maddəsinin tələbləri qaydasında qəti cəza təyin edilməlidir. Məhkəmə kollegiyası məhkumlar Məhkum və Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət işinin hallarını, törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onlara təqsirli bilindikləri Azərbaycan Re spublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunması ədalətli və qanunamüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə, məhkum X13 tərəfindən verilmiş kassasiya şikayəti və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 30 oktyabr tarixli qərarı, kassasiya şikayətlərinə və əlavəyə münasibətdə dəyişdirilsin. Məhkum cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəl lənin 234.1-1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Məhkum hazırkı qərarla təyin edilmiş 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, ona 5 (beş) il müddətinə azadlıdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum ibtidai istintaq zamanı həbsdə olduğu 5 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 4 il 11 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edişin. Məhkum Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar, kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavəyə münasibətdə, qalan hissədə, dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar