Məhkəmə qərarları › İş №1(102)-198/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-198/2019

12.02.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-198/2019 12.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nurlan Sahib oğlu Əliyevin, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2017-ci il tarixli qərarından Məhkum2 və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Xəyal Sarıyev) 09 fevral 2017-ci il tarixli hökmü ilə xx xxxxxx 1987-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Bakı şəhəri Xətai rayon Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 iyun 2016-cı ildə “28 May Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016cı il tarixli Qərarının 1.2-ci bəndinə əsasən cəzasının çəkilməmiş qalan 2 ay hissəsindən azad edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan; Məhkum2 Azərbaycan Respublikası CM-in 204.1-ci maddə si ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 iyul 2016-cı il tarixdən hesablanmış; xx xxxx 1989-cu ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olan; Məhkum1 Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 iyul 2016-cı il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhkum1 və Məhkum2 ona görə məhk um edilmişlər ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə saxta pul hazırlamaqla əldə edib və satmışlar. Belə ki, Məhkum1 tanışı Məhkum2 ilə birlikdə satış məqsədi və tamah niyyəti ilə saxta pul hazırlama, əldə etmə və satma barədə razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 04 iyul 2016-ci il tarixdə Məhkum2 kirayə yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzildə bir ədəd BO *******, bir ədəd BO ******* və bir ədəd A ******* seriya nömrəli 100 manatlıq və bir ədəd A *******, bir ədəd B ****** və bir ədəd B ****** seriya nömrəli 50 manatlıq pul əsginaslarından istifadə etməklə “Canon” markalı “PİXMA MG5540” modelli, istifadəyə yararlı, çox funksional print-copy-scan-çap qurğusu vasitəsi ilə eyni 53 ədəd BO ******* seriya nömr əli, 2 ədəd BO ******* seriya nömrəli, 2 ədəd A ****** seriya nömrəli 100 manatlıq, 134 ədəd A *******seriya nömrəli 7 ədəd B ****** seriya nömrəli, 5 ədəd B ****** seriya və nömrəli 50 manatlıq əsginaslar çap edib 13.000 manat məbləğində saxta pullar hazırlayıb əldə edərək həmin evdə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında 05 iyul 2016-cı il tarixdə saat 13.40-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri zamanı Məhkum1 Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən "xxxx" mebel salonunun yaxınlığında tədbirdə şərti alıcı qismində iştirak edən X3 Məhkum2lə hazırladıqları 13.000 manat saxta pulu sataraq ondan həmin dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 3.547,75 manat təşkil edən 2.300 ABŞ dolları məbləğində pul aldıqdan dərhal sonra polis əməkdaşları tərəfindən yaxalanmış, Məhkum1 üstünə keçirilmiş baxış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən əməliyyat-axtarış tədbirində istifadə olunmuş AL ******, BF ********, AB *******L, AH ********B, BE ******H, BF******H, BF*******H, AB *******L, BJ *******H, BJ *******H, AB *******A, AB ******L, BF *******H, AH *******8B, BF******8H, BF******* H, AE *******A, AE******8A, AB *******A, AE*******H, BE *******H, AF*******B və BE *******H seriya və nömrəli 23 ədəd 100 ABŞ dollarlıq pul əsginasları olmaqla ümumilikdə 2.300 ABŞ dolları aşkar olunaraq götürülmüş, şərti alıcı X5 isə Məhkum1 aldığı 53 ədəd BO ******* seriya nömrəli, 2 ədəd BO ******* seriya nömrəli, 2 ədəd A ****** seriya nömrəli 100 manatlıq, 134 ədəd A ******* seriya nömrəli 7 ədəd B ******* seriya nömrəli, 5 ədəd B ******8 seriya və nömrəli 50 manatlıq xüsusi mətbəə nəşriyyatı qaydalarına uyğun olmayaraq hazırlanmış və hazırda standarta uyğun olan eyni növ həqiqi 100-lük və 50-lik manatlıq pul əsginaslarına uyğun olmayan saxta pul əsginaslarını təqdim etmişdir. Qeyd olunan əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 14-50də Məhkum1 yaşadığı Bakı şəhəri ünvan 2 ünvanda yerləşən evə baxış keçirilərkən hamam otağından sonuncu tərəfindən cinayətin izini itirmək üçün gətirib gizlətdiyi, qeyd olunan saxta pul əsginaslarının çap olunduğu bir ədəd “Canon” markalı “PİXMA MG5540” modelli, istifadəyə yararlı, çox funksional print-copy-scan-çap qurğusu və saxta pul əsginazl arın hazırlanmasında istifadə olunan 01 ədəd A4 formatlı “HP copy paper” yarımçıq kağız paçkası, 01 ədəd rezak və 01 ədəd dəmir xətkeş aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əflatun Qasımov (sədrlik edən və məruzəçi), Əmir Bayramov və Vüqar Məmmədovdan ibarət tərkibdə) 21 aprel 2017-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum X6 və Məhkum1 verdikləri kassasiya şikayətlərində xahiş edirlər ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2017-ci il tarixli qərarı ləğv edilsin və onlara təyin olunmuş cəzanın yüngülləşdirilmə si və ya alternativ cəza ilə əvəz olunması barədə qərar qəbul edilsin. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum2 onunla əsaslandırır ki, istintaq zamanı keçirilmiş əməliyyat nəticəsində götürülmüş printerdə çap olunmuş pullar ilə həqiqi pullar arasında böyük fərq vardır və həmin pulların həqiqi pullar olmadığı ilk baxışdan görünür. Həmçinin onun barəsində cəza təyin olunarkən ibtidai istintaq zamanı könüllü olaraq öz təqsirini boynuna alması, cinayətin açılmasına fəal kömək etməsi, törətdiyi əməldən səmimi peşman olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınsa da hökmlə ona ağır cəza təyin olunmuşdur. Kassasiya şikayətinin dəlillərini Məhkum1 onunla əsaslandırır ki, cinayət qanunvericiliyinə edilmiş son dəyişiklikləri nəzərə alınaraq və ya ailəsinin tək övladı olması, tək qazanc mənbəyi olması və ikinci qrup əlil olması nəzərə alınaraq onun barəsində yüngül cəza təyin edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini müvafiq olaraq hökm və qərarda göstərmişdir. Məhkəmə kollegiyası məhkumlar Məhkum2 və Məhkum1 əməllərinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikas ı CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkumlar Məhkum2 və Məhkum1 əməlləri Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum2 kassasiya şikayətinin başlıca dəlili məhkəmələrdə işə baxılarkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi və sübutların kifayət qədər araşdırılmamasıdır. Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsinə əsasən satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma başa düşülür. M əhkum2 birinci instansiyası məhkəməsində verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamda təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməsi ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etiraf edici ifadələri ilə yanaşı, məhkəmə iclasında dindirilərək tədqiq edilmiş digər Məhkum1 və şahidlərin ifadələri ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. İş materiallarında olan “əməliyyat tədbirində istifadə ediləcək pul əsginaslarının verilməsi barədə” 05 iyul 2016-cı il tarixli protokoldan görünür ki, X2 adlı şəxsin ifşa edilməsi üçün X5 şərti alıcı, X6 təlimatlandırılmış şəxs qismində cəlb edilmiş, DİN-nin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən 23 ədəd 10 0 ABŞ dolları pul əsginasları olmaqla, cəmi 2300 ABŞ dollarının kserosurətləri çıxarılaraq, protokolda seriya və nömrələri qeyd olunmaqla, şərti alıcı X5ə verilmişdir. Bundan başqa iş materiallarında olan və məhkəmədə tədqiq edilən “əməliyyataxtarış tədbirinin keçirilməsi və maddi sübutların götürülməsi barədə” 05 iyul 2016-cı il tarixli protokoldan görünür ki, həmin gün saat 13.40-da Məhkum1 saxlanılarkən, onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şərti alıcı X5ə verilmiş 23 ədəd 100 ABŞ dollarlıq pul əsginasları aşkar olunmuşdur. Həmçinin X5 Məhkum1 2300 ABŞ dollarına aldığı 13000 manat saxta pul əsginaslarını təqdim etmişdir. Məhkum1 üzərindən 1 ədəd “LG” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Məhkum1 yaşadığı ünvandan saxta pulun hazırlanması üçün istifad ə olunan 1 ədəd “Canon” markalı printer, 01 ədəd A4 formatlı “HP copy paper” yarımçıq kağız paçkası, 01 ədəd rezak və 01 ədəd dəmir xətkeş götürülmüşdür. Məhkum1 verdiyi məlumat əsasında Məhkum2 metrounun Q.Qarayev stansiyası yaxınlığında saxlanılmış, üzərindən 1 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş, yaşadığı Bakı şəhəri, ünvan 3 ünvandakı mənzil 65-dən isə qeyri-qanuni əşya aşkar edilməmişdir. Məhkum1 və Məhkum2 etiraf etmişlər ki, həmin saxta pulları Məhkum2 yaşadığı mənzildə birlikdə əldə olunacaq gəliri aralarında bərabər paylara bölmək şərti ilə satış məqsədi ilə printer vasitəsi ilə çap edərək hazırlamışlar. Məhkəmə kompüter-texniki ekspertizasının 06 iyul 2016-cı il tarixli, 14461/14462 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 5 ədəd B seriyalı, ********nömr əli, 7 ədəd B seriyalı ******* nömrəli, 134 ədəd A seriyalı ******* nömrəli 50-lik, 2 ədəd A seriyalı ******8 nömrəli, 2 ədəd B seriyalı ****** nömrəli və 53 ədəd B seriyalı *******8 nömrəli Azərbaycan manatı əsginaslarına oxşar pul vahidləri hər hansı texniki qurğusundan (skaner və s.) istifadə etməklə axınlı printer vasitəsi ilə çap olunaraq hazırlanmışdır və eyni növ əsginasları üçün qəbul olunmuş standartlara uyğun deyildir. Tədqiqata təqdim edilmiş 5 ədəd B seriyalı, ******8 nömrəli, 7 ədəd B seriyalı ******* nömrəli, 134 ədəd A seriyalı ******* nömrəli 50-lik, 2 ədəd A seriyalı ******* nömrəli, 2 ədəd B seriyalı ******* nömrəli və 53 ədəd B seriyalı ******8 nömrəli Azərbaycan manatı əsginaslarına oxşar pul vahidləri tədqiq olunan bir ədəd “Canon” markalı « PİXMA MG5540» modelli print -copyscan qurğusu vasitəsi ilə çap olunmaları istisna edilmir. Tədqiqata təqdim edilmiş bir ədəd print-copy-scan qurğusu “Canon” markalı « PİXMA MG5540» modelli olmaqla, hal-hazırda istifadəyə yararlıdır. İş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, Məhkum2 kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Məhkumlar Məhkum2 və Məhkum1 kassasiya şikayətlərinin başlıca dəlilləri təyin edilmiş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbayc an Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İşdən görünür ki, birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum1 cəza təyin edərkən onun gəncliyini, ilk dəfə qəsdən az ağır cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, təqsirləndirilən şəxs Məhkum2 isə cəza təyin edərkən onun etdiyi cinayət əməlini qismən etiraf edib peşman olmasını, gəncliyini, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi və cinayətin residivini isə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alıb ona 6 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsinin sanksiyasında bir cəza növü, yəni beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkumlara da maddənin sanksiyasının aşağı həddində cəza təyi edilmişdir. Bu cür cəzaları isə heç də ağır hesab etmək olmaz. Digər tərəfdən, təyin edilmiş cəza məhkumların törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətlərinə uyğundur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası işə baxan məhkəmələrin təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumların şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, cəza təyini zamanı cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün nəzərə alınmışdır və cəza növünün dəyişdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Odur ki, kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Kassasiya şikayətlərinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2017-ci il tarixli qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2017-ci il tarixli Məhkum2 və Məhkum1 barə sindəki qərar dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar