Məhkəmə qərarları › İş №1(102)-1987/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1987/2025

13.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1987/2025 13.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 08 may 2024-cü il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120. 2.4-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyul 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-370/2024 nömrəli, 08 may 2024-cü il tarixli hökmü ilə (sədrlik edən N.N.Hüseynli, hakimlər E.Q.Məmmədov və N.N.Mirzəyev ibarət tərkibdə) xx xxxxxx 1988-ci ildə Rusiya Federasiyası, Həştərxan vilayəti, Xarabali rayonu, Zavoljye şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Xaçmaz rayonu Hacılar kəndində daimi qeydiyyatda olmaqla yaşamış, hal-hazırda 11 saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 06 yanvar 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə) 1(105)-415/2024 saylı 02 iyul 2024-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-370/2024 saylı, 08 may 2024-cü il tarixli hökmü o lduğu kimi saxlanmışdır. Həmin qərardan məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə qarşı etiraz və dövlət ittihamçısı tərəfindən kassasiya protesti daxil olmamışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Hüquqi məsələlər: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyul 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyul 2024-cü il tarixli qərarının qərarının ləğv edilməsini, əməlinin Cinayət Məcəlləsinin 126-cı maddəsinə tövsif edilməsini və cəza müddətinin aşağı salınması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkum 14 oktyabr 2025-ci il tarixdə cəza çəkdiyi 11 saylı Cəzaçəkmə Müəssisəsindən Azərbayc an Respublikası Ali Məhkəməsin Cinayət kollegiyasına ərizə ilə müraciət edərək özü tərəfindən verilmiş kassasiya şikayətinə baxılmadan geri götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının verilmiş ərizəyə münasibətdə etirazının olmadığını, məhkumun hüququ olduğunu bildirərək təmin edilməsinə dair çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakç ılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyul 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti Məhkum özünün ərizəsinə ə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar