Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2001/2025 23.09.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və müdafiəçi Cabbarlı Rəşad Rafiq oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 aprel 2025-ci il tarixli, 1(107)-55/2025 nömrəli qərarından Məhkum və müdafiəçisi Cabbarlı Rəşad Rafiq oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə, həmçinin dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya prot estinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 1(063)-4/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim H.İ.Xəlilov) xx xxxx 1981-ci ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunda şöbə müdiri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, X-də qeydiyyatda olan və X-də yaşayan, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin məntəqə tipli cəzaçəkmə müəssisəsind ə qeydiyyata alındığı vaxtdan hesablanması, mülki iddiaçı X3 mülki cavabdeh Məhkum qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X, Məhkum və müdafiəçisi Cabbarlı Rəşad Rafiq oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı İsayeva Gülər Əlhəsən qızı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən: İ.H.Şükürov, hakimlər A.M.Eyvazov və Z.C.Tahirovdan ibarət tərkibdə) 08 aprel 2025ci il tarixli, 1(107)-55/2025 nömrəli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Ucar Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədə n saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 aprel 2025-ci il tarixli qərarından Məhkum və müdafiəçisi R.R.Cabbarlı tərəfindən birgə kassasiya şikayəti, həmçinin dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum 11 noyabr 2020-ci ildə, saat 12-20 radələrində yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “X” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə Qazax istiqamətində yolun sağ zolağı ilə 80-90 km/saat surətlə hərəkət etdirərkən həmin yolun Ucar rayonu, Müsüslü kənd ərazisindən keçən 217-ci kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bə ndinin tələblərini pozmuş, yəni yol hərəkətinin iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkət və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və özündən qabaqda yolun sağ zolağı ilə düzünə hərəkətdə olan Şahid3 idarə etdiyi “X” yük markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili keçən zaman ehtiyatsızlıqdan idarəetməni itirmiş və avtomobil yolun sağına doğru istiqamətlənərək yolun sağ kənarındakı qoruyucu metal səddə dəyərək aşmış vəhəmin vaxt avtomobildə olan sərnişin X8 avtomobilin arxa şüşəsi sındığı üçün oradan yerə düşmüş, “X” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunmaz vəziyyətdə təkrar hərəkət yoluna qayıdıb qabağa gedərək təkərləri üstünə durduqdan sonra eyni istiqamətdə hərəkətdə olan “X” yük markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq hissəsi ilə “X” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa və sol yan hissəsi toqquşmuş və “X” minik markalı avtomobil metal səddə dəyib aşan zaman yerə düşmüş sərnişin X baş beyinin yumuşaq toxumalarına qansızma, sol gicgah nahiyyəsinin əzilmiş yarası, sol təpə gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağ bazu sümüyünün qapalı sınığı ilə müşaiyət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə həmin gün Göyçay Rayon Mərkəzi Xəstəxanasında ölmüşdür. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri: Məhkum və müdafiəçisi Cabbarlı Rəşad Rafiq oğlu birgə verilmiş kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmələr tərəfindən Məhkum törətmiş olduğu əmələ düzgün qiymət verilməmiş, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinin müəllifləri iddia edirlər ki, Məhkum yol nəqliyyat hadisəsinin baş verməsində heç bir günahı yoxdur, ittiham yol avtomobilin sürücüsü Şahid3 ifadəsi əsasında qurulmuş, ekspert rəyləri natamam olmuş və ümumiyyətlə işdə olan sənədlər saxtalaşdırılmışdır. Məhkum və müdafiəçisi R.R.Cabbarlı kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsini, işə bəraətverici əsaslarla xitam verilməsini v ə ya işə yenidən baxılması üçün Məhkum barəsində olan cinayət işini apellyasiya baxışına təyin edilməsini xahiş edirlər. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Məhkum şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan, cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etməyən həddindən artıq yüngül cəza təyin etmiş, bununla da məhkəmə tərəfindən cinayət qanununun cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamaqla eyni pozuntulara yol vermişdir. Kassasiya protestində xüsusilə ona istinad olunur ki, Məhkum əməlindən peşman olmamış, zərərçəkmiş şəxslə bar ışıq əldə olunmamışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum və müdafiəçisi R.R.Cabbarlı birgə vermiş olduqları kassasi ya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum cinayət təqibini istisna edən halların olmasına baxmayaraq əsassız olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi və ya işin yeni apelyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Dövlət ittihamçısı kassasiya protestində Məhkum məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzə rə alınmadan, şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkum və müdafiəçisinin birgə verilmiş kassasiya şikayətini, eyni ilə dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görərək, bu şikayətlərlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 aprel 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan R espublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməlini törətməsi, məhkumun kassasiya şikayətin də iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarının pozulması haqqında ittihamın mübahisələndirilməsi üzrə dəlilləri – müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu – o cümlədən şahid qismində dindirilmiş Şahid3, X5 və digərlərinin, ekspertlər X11 və X6 ifadələri, meyitin məhkəmə-tibbi ekspertizasının 05 dekabr 202 0-ci il tarixli, 18 nömrəli ekspert rəyi, məhkəmə-trasoloji ekspertizasının 12 fevral 2021-ci il tarixli, 3\138 nömrəli rəyi, məhkəmə-trasoloji (nəqliyyat vasitələri üzərində və yolnəqliyyat hadisəsi yerində izlərin tədqiqi) ekspertizasının 20 aprel 2021-ci il tarixli, 8/644 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X17 01 noyabr 2021-ci il tarixli 726/2021-MTBŞ nömrəli ekspert rəyi, məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 08 may 2021-ci il tarixli, 8/882 nömrəli rəyi, məhkəmə- xətşünaslıq ekspertizasının 17 may 2023-cü il tarixli, 4/781 nömrəli rəyi, məhkəmə yolnəqliyyat hadisələri və məhkəmə fiziki-kimyəvi ekspertizasının 26 oktyabr 2023-cü il tarixli, 8/2748-6/4871 nömrəli rəyi, yol-nəqliyyat hadisələri ekspertizasının 03 may 2024-cü il tarixli, 8/521-8/1257 nömrəli rəyi, maddi sübutlar və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkum və müdafiəçinin apellyasiya şikayətlərində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci və apellyasiya instansiyası məhkəmələrində CPM-in tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə tövsif edilməsi, onun bu maddə ilə təqsirl i bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən ətraflı təsvir və şərh edilməsini zəruri saymır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası məhkum və müdafiəçinin birgə verilmiş kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Qeyd olunanlar apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiy a şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestində Məhkum həddindən artıq yüngül cəzanın təyin edilməsi ilə bağlı iddialara cavab olaraq aşağıdakıları bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyə n edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə mü əyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPMin 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. Lakin, kassasiya protestində və kassasiya şikayətində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum təyin olunmuş cəzanın açıq-aydın yüngül olması barədə nəticəyə gəlmək üçün əsas vermədikləri müəyyən olunur. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozma cinayəti Cinayət Məcəlləsinin 15.3cü maddəsində az ağır cinayət kimi təsbit edilmiş təqsirin ehtiyatsızlıq formasında törədilən əməldir. Həmin maddənin sanksiyasında əsas cəza kimi 2 (iki) ildən 6 (altı) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və əlavə cəza kimi 3 (üç) ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkum isə CM-in 263.2-ci maddəsi ilə 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, yəni sanksiyada müəyyən edilmiş azadlıqdan məhrum etmənin aşağı həddindən 3 (üç) il çox, yuxarı həddən 01 (bir) il az cəza təyin edilmişdir (eynilə əlav ə cəzanın da müddəti sanksiyada göstərilən yuxarı həddindədir). Məhkum təqsirli bilindiyi cinayətin törədilmə hallarından görünür ki, hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilən nəticəyə (zərərçəkən şəxsin ölməsinə) səbəb olmuş yol-nəqliyyat hadisəsi Məhkum cinayətkarcasına etinasızlığı nəticəsində baş vermişdir. Baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Baxılan işdə məhkəmələr tərəfindən cəza təyini zamanı cəzanı yüngülləşdirən hallar Məhkum himayəsində iki azyaşlı uşağının olması (CM-in 59.1.4-cü maddəsinə əsasən), iş yeri üzrə müsbət xarakterizə edilməsini və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini (CM-in 59.1.1-ci maddəsinə əsasən), həmçinin cəzanı ağırlaş dıran halların olmamasını nəzərə alınmışdır. Həmçinin məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlardan görünür ki, Rəşad Həsənovun ailəsinə 282 619 manat məbləğində sığorta vəsaiti ödənmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum iş yeri üzrə müsbət xarakterizə edilməsini və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması kimi qiymətləndirilmiş yüngülləşdirici hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində birbaşa qeyd olunmamasına baxmayaraq, Cinayət Məcəlləsinin 59.2-ci maddəsi məhkəmələrə belə halları cəzanı yüngülləşdirən hallar qismində nəzərə almağa hüquq verir. Məhkum himayəsində azyaşlı uşaqlarının olması isə CM 59.1.4-cü maddəsinin tələbləri baxımından mütləq nəzərə alınmalı yüngülləşdirici haldır. Bundan başqa məhkəmə kollegiyasının fikrincə təqsirkar şəxsin ilk dəfə məhkum olunması (ehtiyatsızlıqdan törədilmiş əmələ görə) onu kriminal meyilli, əvvəllər məhkum olunmuş və yaxud cinayətə görə özünü məzəmmət etməyən şəxslərdən fərqləndirmək üçün ağlabatan əsaslardır. Cinayət Məcəlləsinin 59.2-ci maddəsi isə məhkəmələrə belə halı, onun CM-in 59.1.1-59.1.14-cü maddələrində birbaşa qeyd olunmamasına baxmayaraq, cəzanı yüngülləşdirən hallar qismində nəzərə almaq hüququnu verir. Rəşad Həsənovun ailəsinə ödənilmiş 282 619 manat məbləğində sığorta vəsaiti isə cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərərçəkmişin maraqları qismən də kompensasiya olunmasına dəlalət edir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanmış hallar müvafiq sübutlara əsaslandığından, məhkəmələrin onları cəzanı yüngülləşdirən hallar qismin də nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Məhkəmələrin baxılan işdə cəzanı ağırlaşdıran halların olmamasına dair qənaətləri də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Kassasiya protestində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar da CM-in 61-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər. Kassasiya protestində göstərilən – Cinayət Məcəlləsinin 263.2-ci maddəsində təsbit edilən cinayətin obyektini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən hallar b u maddənin sanksiyası müəyyən olunarkən qanunvericinin nəzərə aldığı xüsusiyyətlərdir və onun tərəfindən həmin xüsusiyyətlərlə törədilmiş əməllərə görə nəinki 05 il müddətə azadlıqdan məhrum etmə cəzası, hətta bundan da az müddətə (02 il azadlıqdan məhrum etmədən və 01 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmədən başlayan) cəzanın təyin edilməsi mümkün görülmüşdür. Qeyd olunan halların fonunda (həmçinin, cinayətin törədilmə halları nəzərə alındıqda) Məhkum təyin olunmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilmə sinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halın müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası məhkum və müdafiəçinin birgə verilmiş kassasiya şikayətinin təmin edilməsinə və eyni zamanda kassasiya protestinin təmin edilməməsinə dair müdafiəçinin, kassasiya protestinin təmin edilməsinə və birgə verilmiş kassasiya şikayətinin təmin ed ilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti və kassasiya protesti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 08 aprel 2025-ci il tarixli, 1(107)-55/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum və müdafiəçisi Cabbarlı Rəşad Rafiq oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 aprel 2025-ci il tarixli, 1(107)-55/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2001/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2001/2025
23.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver