Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2008/2025 21.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-229/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qərarından xüsusi ittihamçı X3 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. X4 xüsusi ittiham qaydasında məhkəməyə şikayət verərək, Ağdam rayon Baharlı-1 körpələr evi uşaq bağçasında tərbiyəçi işləmiş X5 və X7 məhkəmə məsuliyy ətinə verilməsinə və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM-nin”) 147.2-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalarına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şikayət belə əsaslandırılmışdır ki, X4 2006-cı ildən hazırda işlədiyi Ağdam rayon Baharlı-1 qəsəbəsi körpələr evi uşaq bağçasına müdirə təyin olunmuşdur. X9 “Tiktok” sosial şəbəkəsində olan “Kanal-21 internet tv” səhifədə ona qarşı şər-böhtan xarakterli məlumatlar yayaraq şərəf və ləyaqətini təhqir etmiş, rəhbərlik və iş yoldaşları, onu tanıyan və tanımayan bütün “Tiktok” istifadəçiləri qarşısında nüfuzdan salan yazılarla ləkə atmışdır. X1 “Kanal-21 internet tv” səhifəsində pul mənimsəmədə, bağçay a verilən əmlakı talamaqda və guya yuxarı instansiyalara süni şəkildə uşaqların sayını çox göstərməklə bağçaya verilən ərzaq və əşyaları vəzifəsindən sui-istifadə etməklə talamaqda təqsirləndirərək, onun haqqında həqiqətə uyğun olmayan, yalan və böhtan xarakterli məlumatların ictimai qaydada yayılmasına, şəxsi və işgüzar nüfuzunun ləkələnməsinə, onun üçün işində gərginlik, stress, əsəb yaşamasına səbəb olan hallar ortaya çıxarmış və hal-hazırda da mütəmadi həkim nəzarətində müalicələri davam etdirilir. X2 X1 ilə birgə 24 sentyabr 2024-cü il tarixdə Ağdam rayon prokurorluğuna onun barəsində X1-in “Tiktok” sosial şəbəkəsində olan “Kanal-21 internet tv” səhifəsində bəyan etdiyi eyni məzmunlu fikirlərlə şikayət vərərək, onu bağçada qeyri-qanuni pul mənimsəmədə-məzuniyyətdə olan işçilərin aylıq məzuniyyət pulunu özünə götürməkdə, həmin X1-in sosial şəbəkədə səsləndirdiyi fikirləri təkrarlayan, guya onu bağçanın ərzaq və əşyalarını talayıb mənimsəməkdə ittiham etmişlər. Ağdam rayon prokurorluğu qəbul etdiyi 18 noyabr 2024cü il tarixli qərarla hər iki təqsirləndirilən şəxsin şikayətlərinin əsassız olmasına dair nəticə vermişdir. Hazırki iş üzrə X9 və X10 onu Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.3.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə ittiham edərək, barəsində yalan olduğunu bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar yaymaqla böhtanlar atmışlar. Həmin şəxslər onu nüfuzdan salmağa, şəxsi və iş həyatını ləkələməyə çalışmışlar.
3. Ağdam Rayon Məhkəməsinin 1(013)-12/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli hazırlıq iclasının qərarı ilə X5 və X6 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir.
4. Həmin qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verib, Ağdam Rayon Məhkəməsinin 1(013)-12/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli hazırlıq iclasının qərarının ləğv edilməsi və işin həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-229/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Ağdam Rayon Məhkəməsinin 1(013)-12/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından barəsində xüsusi ittihamçı X3 nümayəndəsi Nümayəndə kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar
7. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir. Xüsusi ittihamçının nümayəndəsi həmin dəlilləri təkrarlamaqla, barəsində xüsusi ittiham qaydasında ittiham verilmiş şəxslərin əməllərində Azərbaycan Respublikası CM-nin 147.2ci maddəsində nəzərdə tutulmuş əməlin tərkibinin olmasına dair sübutların təqdim olunduğunu, buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-229/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsi, X5 və X6 məhkəmə məsuliyyətinə verilmələri, onların Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələri barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
9. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM” və ya “CPM”) 419-cu maddəsi müəyyən edir.
10. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hü quqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
11. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin q ərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
13. Xüsusi ittihamçının nümayəndəsi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsini (dəyişdirilməsini) şərtləndirən Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində təsbit olunmuş əsaslardan hər hansı birinə istinad etmədən, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsinə dair məsələləri tənzimləyən cinayət-prosessual normaların tətbiqi üzrə apellyasiya instansiyası məhkəməsini n hüquqi mövqeyini mübahisələndirib, qəbul edilmiş qərarın ləğv edilməli olduğunu iddia etmişdir.
14. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-229/2025 nömrəli, 21 aprel 2025ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
15. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məh kəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
16. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).
17. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin presedent hüququna görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
18. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya şikayətində bildirilənlərdən fərqlənmir, kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya şikayətində istinad edilən məsələlərə dair artıq müvafiq ətraflı əsaslandırılmış cavablandırma verilmişdir. 1
9. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticə şikayət müəllifinin dəlillərinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.
20. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərara münasibətdə kassasiya şikayətin də irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə təkrar araşdırma aparılmadan həmin qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
21. Odur ki, məhkəmə kollegiyası təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-229/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Xüsusi ittihamçı X3 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-229/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qərarı kassasiya