Məhkəmə qərarları › İş №1(102)-201/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-201/2023

16.05.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-201/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum1 və onun müdafiəçisi İsayev Samir Nadir oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 178.2.3, 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 311.3.2, 311.3.3, 32.4,312.2, 313 və 32.4,313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi S.N.İsayev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Musayev Aqil Əlisa oğlu (sədrlik edən və məruzəçi), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə) Məhkum1, xx xxxxxx 1956-cı il tarixdə Masal lı rayonunun Kürdəbaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Masallı Rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş, Masallı rayonu, Kürdəbaz kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 178.2.3, 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 311.3.2, 311.3.3, 32.4,312.2, 313 və 32.4,313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 29,178.2.1, 29,178.2.2, 29,178.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 46.2ci maddəsi tətbiq olunmaqla CM-nin 178.2.3-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkil ati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla CM-nin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla CM-nin 311.3.2, 311.3.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəz asına, CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla CM-nin 32.4,312.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən isə əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirilməsi yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Məhkum2 CM-nin 29,178.2.1, 29,178.2.3 və 32.4,312.2-ci maddələri ilə və Məhkum3 CM-nin 179.2.1, 179.2.3, 32.5,311.2 və 313-cü maddələri təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər. Bununla yanaşı hökmlə CM-nin 99-1.1.2 və 99-2-ci maddələrinə əsasən Məhkum1 rüşvət cinayətini törətməklə əldə etdiyi cəmi 170000 (bir yüz yetmiş min) manat məbləğində pul vəsaitinin sonuncu tərəfindən sərf edilməsi səbəbindən dövlət nəfinə alına bilinmədiyinə görə iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli qərarı ilə üzərilərinə həbs qoyulmuş və məhkuma məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilin, “Hyundai Sonata” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, 189499 mühərrik nömrəli, KMHEU41FP9A591709 ban nömrəli minik avtomobilinin, habelə 23 iyul 2020-ci il tarixdə Məhkum1 üzərindən çıxarıb təqdim etdiyi və Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan bank (depozit) hesabına 06 avqust 2020-ci il tarixli, 08 nömrəli ödəniş tapşırığı əsasında ödənilmiş 814 (səkkiz yüz on dörd) manat məbləğində pulun xüsusi müsadirə edilməklə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 Masallı rayon İcra Hakimiyyəti başçısının (bundan sonra – Masallı RİHB) 31 mart 1992-ci il tarixli, 49 nömrəli əmri ilə təyin edildiyi Masallı RİHB-nın Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi (bundan sonra Qarğalıq KİƏDÜN-si) vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə, Masallı RİHB-nın Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin (bundan sonra - Qarğalıq KİƏDÜN və ya rəhbərlik etdiyi nümayəndəlik) inzibati ərazisinə daxil olan Masallı rayonu, Xallıcallı kəndində Masallı rayonu Qarğalıq bələdiyyəsinin mülkiyyətində olan 61,42 ha ərazini əhatə edən sututarın (gölün) yaxınlığında yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 03 aprel 2018-ci il tarixli, ******* nömrəli və ******* nömrəli reyestrdən çıxarışlara əsasən üzərilərində müvafiq olaraq X11 və X8 icarə hüquqları dövlət qeydiyyatına alınmış hər biri 7 ha olmaqla, cəmi 14 ha olan torpaq sahəsindən 2006-cı ildən 2017-ci ilədək faktiki olaraq istifadə etmiş sonuncuların dayısı Şah id5 bunun müqabilində 2006-cı ildə Masallı rayonu, Qarğalıq kəndində görüşləri zamanı icarə haqqı kimi bir il ərzində hər hektara görə 20 manat olmaqla, cəmi 280 manat məbləğində pulu bələdiyyənin hesabına ödəyəcəyini vəd verib aldatmaqla, özü barəsində formalaşdırdığı inam və etibardan istifadə etməklə, 2006-cı ildən 2017-ci ilədək hər il müxtəlif tarixlərdə rəhbərlik etdiyi nümayəndəliyin Masallı rayonu, Qarğalıq kəndində yerləşən inzibati binasındakı (bundan sonra - rəhbərlik etdiyi nümayəndəliyin inzibati binası) xidməti otağında 280 manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf etməklə, qulluq mövqeyindən istifadə edib Şahid5 məxsus cəmi 2800 (iki min səkkiz yüz) manat məbləğində pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirməklə dələduzluq etmişd ir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”-nin 4.7.10, 4.7.11 və 5-ci bəndlərinə əsasən rayon icra hakimiyyəti başçısının səlahiyyətlərinin, xüsusilə də müvafiq ərazidə ətraf mühitin mühafizəsini təşkil etmək, hüquqi və fiziki şəxslərin hərəkətləri nəticəsində ətraf mühitə vurulan ziyanın qarşısının alınması üçün tədbirlər görmək, su obyektlərinin istifadəsi və mühafizəsi ilə bağlı tədbirlər görməkdən ibarət səlahiyyətlərinin həyata keçirilməsinə kömək göstərmək, onun tapşırıqlarını həyata keçirmək, vəzifə və səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər vermək, nümayəndəliyin fəaliyyətini təsdiq edilmiş perspektiv iş planları əsas ında təşkil etmək, ərazidə fəaliyyət göstərən dövlət qurumları, habelə bələdiyyələrlə nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etmək, vətəndaşların qəbulunu həyata keçirmək, onların şikayət, ərizə və təkliflərinə baxmaq, müvafiq ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyəti, ailə vəziyyəti və qanunvericiliklə nəzərdə tutulmuş digər hallar üzrə arayışlar vermək, eləcə də digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs kimi, 2008-ci ildə rəhbərlik etdiyi nümayəndəliyin inzibati ərazisinə daxil olan Masallı rayonu, Qarğalıq kəndində yerləşən, Masallı rayonu Qarğalıq bələdiyyəsinin mülkiyyətində olan, 18 ha ərazini əhatə edən sututar və ya gölün (bundan sonra – sututar) balıqçılıq fəaliyyətinin həyata keçirilməsi məqs ədilə istifadəsinə verilməsinə köməklik göstərilməsi barədə özünə müraciət etmiş Masallı rayonu, Qarğalıq kənd sakini Şahid3 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkət və xidmət üzrə ümumi himayədarlıq, yəni vəzifə səlahiyyətlərindən yararlanmaqla sututarın müvafiq hüquqi prosedurlar gözlənilmədən yalnız sonuncunun istifadəsinə verilməsi və kənar şəxslərin bu işə müdaxilə etməsinə yol verilməməsi müqabilində 2008-ci ildə rəhbərlik etdiyi nümayəndəliyin inzibati binasındakı xidməti otağında Şahid3 külli miqdarda maddi nemət olan 16000-20000 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində istəmiş, 2008-2015-ci illər və 2017-ci ildə, hər ilin əvvəlində xidməti otağında, 2016-cı ilin əvvəlində isə həmin sututarın yaxınlığın da hər il üçün 16000 manat məbləğində olmaqla, ümumilikdə 10 il ərzində vahid niyyətlə külli miqdarda maddi nemət olan 160000 (bir yüz altmış min) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən vahid niyyətlə rüşvət qismində almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs kimi, 2012-ci ildə rəhbərlik etdiyi nümayəndəliyin inzibati ərazisinə daxil olan Masallı rayonu, Xallıcallı kəndində yerləşən, Masallı rayonu Qarğalıq bələdiyyəsinin mülkiyyətində olan, 61,42 ha ərazini əhatə edən sututar və ya gölün (bundan sonra – sututar) balıqçılıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə istifadəsinə verilməsinə köməklik göstərilməsi barədə özünə müraciət etmiş Masallı rayonu, Xallıcallı kənd sakini Şahid5 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkət və xidmət üzrə ümumi himayədarlıq, yəni vəzifə səlahiyyətlərindən yararlanmaqla sututarın müvafiq hüquqi prosedurlar gözlənilmədən yalnız sonuncunun istifadəsinə verilməsi və kənar şəxslərin bu işə müdaxilə etməsinə yol verilməməsi müqabilində 2012-ci ilin aprel ayının əvvəllərində Masallı rayonu, Kürdəbaz kəndində Şahid5 təkrarən rüşvət qismində istədiyi 10000 (on min) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edib özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən talamaq qararına gələrək, 2015-ci ilin yanvar ayında rəhbərlik etdiyi nümayəndəliyin inzibati binasındakı xidməti otağında həmin nümayəndəliyin inzibati ərazisinə daxil olan Masallı rayonu, Qədirli kəndinin sakini Şahid1 həmin kəndin çıxışında, yol kənarında yerləşən, Masallı rayon Qarğalıq kənd bələdiyyəsinin mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin mülkiyyətinə verilməsi, orada yaşayış evi tikməsinə həmin bələdiyyə və Masallı RİH-nın səlahiyyətli qurumlarında müvafiq sənədləşdirmə aparılmaqla icazə verilməsinə köməklik göstərilməsi barədə özünə etdiyi müraciətlə əlaqədar göstərilən vəzifədə işləməsinə görə Masallı rayon Qarğalıq bələdiyyəsinin rəhbər vəzifəli şəxsi ilə yaxın münasibətinin olmasından istifadə edib həmin torpaq sahəsinin mülkiyyətinə verilməsi və orada tikinti işləri aparmasına dair Masallı RİH-da sənədləşdirmə aparılmas ını həll edəcəyinə dair yalan vəd verdikdən, bu məsələlərin xeyrinə müsbət qaydada həll edilməsi üçün özünə və həmin bələdiyyənin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar biləbilə edəcəkləri qanunsuz hərəkətə, yəni sonuncudan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2 və 9.1-ci maddələrinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı olmasına görə həmin Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla, müvafiq torpaq sahəsinin fərdi yaşayış evi tikməsi məqsədilə bələdiyyə qərarı əsasında mülkiyyətinə ayrılmasından sonra bələdiyyə ilə alqı-satqı müqaviləsi bağlaması, eləcə də Azə rbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74 və 75-ci maddələrinə əsasən orada tikintisinə icazə tələb olunan fərdi yaşayış evi tikməsi üçün aidiyyəti qurumlardan qabaqcadan müsbət rəylər alması tələb edildiyi halda, Şahid1 həmin prosedurlara əməl edilmədən müvafiq torpaq sahəsinin mülkiyyətinə verilib orada fərdi yaşayış evi tikməsinə görə özü və həmin bələdiyyənin rəhbər vəzifəli şəxsi üçün birbaşa yolla şəxsən 1000 manat məbləğində pul vəsaitini rüşvət qismində verməsinin zəruri olmasını aldatmaqla bildirdikdən və Şahid1 ona 1000 manat məbləğində pulu müəyyən müddət ərzində hissəhissə ödəyəcəyi ilə razılaşdığına görə həmin torpaq sahəsində 2015-ci ilin yanvar ayından başlayaraq 4 mişar daşı hündürlüyündə hasar və yaşayış evinin tikinti-quraşdırma işlərini həyata keçirsə də, sonradan uzun müddət tikinti işlərini davam etdirə bilmədiyi halda, 2020-ci ilin yanvar-iyun ayları ərzində tikinti işlərini davam etdirmək üçün kərpic yığması barədə məlumatlandıqdan sonra 16 yanvar 2020-ci il tarixdə Masallı rayon Qarğalıq kənd bələdiyyəsinin sədr müavini, 8 iyul 2020-ci il tarixdə isə həmin bələdiyyənin sədri vəzifəsində seçilmiş Məhkum2 ilə öz qulluq mövqelərindən istifadə edib özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, o, 2020-ci ilin iyun ayında rəhbəri olduğu nümayəndəliyə çağırdığı Şahid1 göstərilən torpaq sahəsinin mülkiyyətinə verilməsi və orada tikinti işləri aparmasına dair bələdiyyə və Masallı RİH-nın səlahiyyətli qurum ları tərəfindən müvafiq sənədləşdirmə aparılmaqla icazə verilməsi müqabilində özü və həmin bələdiyyənin rəhbər vəzifəli şəxsi üçün xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə xeyrinə ediləcək eyni xarakterli qanunsuz hərəkətlərə görə maddi nemət olan 1000 manat məbləğində pul vəsaitini şəxsən rüşvət qismində istəmiş, Şahid1 ona maddi vəziyyətinin yaxşı olmadığını bildirməsindən sonra Şahid1 həmin işləri 800 manata görəcəklərini yalan vəd edib razılığını almış, bu barədə Məhkum2lə sövdələşmiş, sonuncu ilə Şahid1 qanunvericilikdə müvafiq müraciəti ilə əlaqədar bələdiyyəyə yazılı qaydada ərizə verməsi, göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına dair lazımi sənəd əldə edilməsi, müvafiq məsələnin bələdiyyə iclasına çıxarılması, bələdiyyə tərəfində n müvafiq sorğular göndərilməsi, torpaq sahəsinin satış dəyərinin bələdiyyənin bank hesabına ödəməsi tələb edildiyi halda, bu tələblərə əməl edilmədiyini demədən, göstərilən ad və niyyətlə sonuncudan Məhkum2 vasitəsilə 01 iyul 2020-ci il tarixdə rəhbərlik etdiyi nümayəndəliyin inzibati binasındakı xidməti otağında 300 manat və 23 iyul 2020-ci il tarixdə həmin binanın qarşısında 500 manat məbləğində pul vəsaitini almış, bundan dərhal sonra 23 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum2 cinayət başında yaxalanıb üzərinə baxış keçirilərkən, Şahid1 göstərilən niyyətlə aldığı c əmi 800 manat məbləğində pul vəsaiti üzərindən aşkar olunub götürüldüyünə, beləliklə də həmin pul vəsaiti üzərində sərəncam verə və ya ondan istifadə edə bilmədiklərinə görə bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməllərini öz iradələrindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqelərindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə dələduzluq yolu ilə, yalnız ona münasibətdə təkrarlıq yaradan talamağa cəhd etmiş və vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 vahid niyyətlə bilə-bilə xeyrinə edəcəkləri qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən və qeyrisi vasitəsilə madd i nemət olan 1000 (bir min) manat məbləğində pul vəsaitini rüşvət qismində verməyə təhrik etmişlər. Bundan başqa, o, həmin vəzifədə işləyərkən göstərilən səlahiyyətlərə, eləcə də “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Masallı RİH-nın 15 yanvar 2015-ci il tarixli protokoluna əsasən rəhbərlik etdiyi nümayəndəliyə verilən yerli gəlir və xərclərin tənzimləməsi üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitin rüblük bölgüsünə nəzarəti həyata keçirmək səlahiyyətinə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən maddi məsul vəzifəli şəxs olduğu halda, ona etibar edilmiş özgə əmlakını qulluq mövqeyindən istifadə edib mənimsəmə yolu ilə təkrarən talamaq qərarına gələrək, 2015-ci ildə rəhbə rlik etdiyi nümayəndəliklə “Toğrul-M” firması arasında bağlanmış müqaviləyə əsasən həmin nümayəndəlikdən maliyyələşmiş, aşağıda göstərilən orta məktəblərdə qış mövsümündə binanın qızdırılması üçün yanacaq sobaları olmadığı, bu işin odun sobaları vasitəsilə təmin edildiyi halda, həmin məktəblərin direktorlarına göstərilən məqsəd üçün lazım olmuş dizel yanacağının alınmasına dair sənədlərin onlar tərəfindən qabaqcadan imzaları və məktəblərin möhürləri ilə təsdiq olunmasından sonra ayrılacaq pul vəsaitləri hesabına özü tərəfindən alınıb onlara veriləcəyini yalan deməklə Xallıcallı kənd ümumi orta məktəbinə 920 manat dəyərində 1533,3 litr dizel yanacağının verilməsi barədə 02 fevral 2015-ci il tarixli, “BQB 224513” nömrəli, ayrı-ayrılıqda 690 manat dəyərində 1150 litr dizel yanacağının verilmə si barədə 02 mart 2015-ci il tarixli, “BQB 233659” nömrəli və 10 noyabr 2015-ci il tarixli, “BQB 233747” nömrəli, Qədirli kənd ümumi orta məktəbinə 960 manat dəyərində 1600 litr dizel yanacağının verilməsi barədə 02 fevral 2015-ci il tarixli, “BQB 224508” nömrəli, ayrı-ayrılıqda 720 manat dəyərində 1200 litr dizel yanacağının verilməsi barədə 02 mart 2015-ci il tarixli, “BQB 233661” nömrəli və 10 noyabr 2015-ci il tarixli, “BQB 233746” nömrəli, Qarğalıq kənd tam orta məktəbinə 977 manat dəyərində 1618,3 litr dizel yanacağının verilməsi barədə 02 fevral 2015-ci il tarixli, “BQB 224511” nömrəli, 583 manat dəyərində 971,66 litr dizel yanacağının verilməsi barədə 02 mart 2015-ci il tarixli, “BQB 233663” nömrəli, 1040 manat dəyərində 1733,3 litr dizel yanacağının verilməsi barədə 10 noyabr 2015 -ci il tarixli, “BQB 246702” nömrəli və Eminli kənd tam orta məktəbinə 400 manat dəyərində 666,6 litr dizel yanacağının verilməsi barədə 10 noyabr 2015-ci il tarixli, “BQB 246703” nömrəli qaimə-fakturaların müvafiq qaydada həmin məktəblərin direktorları olmuş cinayətdən xəbərsiz Şahid10, Şahid8, Şahid7 və Şahid9, Kürdəbaz kənd ümumi orta məktəbinə 920 manat dəyərində 1533,3 litr dizel yanacağının verilməsi barədə 02 fevral 2015-ci il tarixli, “BQB 224512” nömrəli, 690 manat dəyərində 1150 litr dizel yanacağının verilməsi barədə 02 mart 2015-ci il tarixli, “BQB 233658” nömrəli qaimə-fakturaların həmin məktəbin direktoru olmuş cinayətdən xəbərsiz X4, 690 manat dəyərində 1150 litr dizel yanacağının verilməsi barədə 10 noyabr 2015-ci il tarixli, “BQB 246701” nömrəli qaimə-fakturanın həmin mə ktəbin direktoru olmuş cinayətdən xəbərsiz Şahid11 tərəfindən imzaları və məktəblərin möhürləri ilə təsdiq olunmasına, rəhbərlik etdiyi nümayəndəliyin "xxxx" ASC-də olan bank hesabından 03 fevral 2015-ci il tarixdə 4794,07 manat və 12 mart 2015-ci il tarixdə 2324,57 manat məbləğində pulun Masallı rayonu, Təzə-Alvadı kəndində yerləşən “ToğrulM” firmasının "xxxx" ASC-də olan bank hesabına, 11 oktyabr 2015-ci il tarixdə 3084,74 manat məbləğində pulun “Toğrul-M” firmasının "xxxx" ASC-də olan bank hesabına köçürülməsinə nail olduqdan sonra həmin firmadan təhvil aldığı cəmi 10203,38 manat dəyərində olan 16996,46 litr dizel yanacağının 203,38 manat dəyərində olan 340 litrinin rəhbərlik etdiyi nümayəndəliyin inzibati binasının isidilməsində istifadə edilməsini təmin etsə də, qalan 10000 manat dəyə rində olan 16656,46 litrini müəyyən edilməyən ayrı-ayrı Masallı rayon sakinlərinə satması nəticəsində əldə etdiyi 10000 manat məbləğində pulu, 2015-ci ildə rəhbərlik etdiyi nümayəndəliklə Masallı "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin nümayəndəlikdən maliyyələşmiş, aşağıda göstərilən orta məktəblərdə içməli suyun saxlanması üçün müvafiq qablar, su çənləri olmadığı halda, həmin məktəblərin direktorlarına içməli suyun alınmasına dair sənədlərin onlar tərəfindən qabaqcadan imzaları və məktəblərin möhürləri ilə təsdiq olunmasından sonra ayrılacaq pul vəsaitləri hesabına özü tərəfindən alınıb onlara veriləcəyini yalan deməklə müvafiq olaraq Xallıcallı, Kürdəbaz və Qədirli kənd ümumi orta məktəblərinə 199,87 manat, 300 manat və 220 manat dəyərində içməli suyun təhvil verilməsi bar ədə qaimə-fakturalar və aktların həmin məktəblərin direktorları olmuş cinayətdən xəbərsiz Şahid10, Şahid8 və Şahid11 tərəfindən qabaqcadan imzaları və məktəblərin möhürləri ilə təsdiq olunmasına, 23 sentyabr 2015-ci il tarixdə rəhbərlik etdiyi nümayəndəliyin "xxxx" ASC-də olan bank hesabından 740 manat məbləğində pulun "xxxx" MMC-nin “Muğanbank”da olan bank hesabına köçürülməsinə nail olduqdan sonra həmin firmadan təhvil aldığı içməli suyun cəmi 719,87 manat dəyərində olan hissəsini, 2015-ci ildə rəhbərlik etdiyi nümayəndəliklə "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və fiziki şəxs X18 arasında bağlanmış müqavilələrə əsasən həmin nümayəndəlikdən maliyyələşmiş, aşağıda göstərilən orta məktəblərə müvafiq mətbəə malları, inventar və avadanlıqların təhvil verilmədiyi halda, həmin məktəblərin direkt orlarına müvafiq əmlakların alınmasına dair sənədlərin onlar tərəfindən qabaqcadan imzaları və məktəblərin möhürləri ilə təsdiq olunmasından sonra ayrılacaq pul vəsaitləri hesabına özü tərəfindən alınıb onlara veriləcəyini yalan deməklə müvafiq olaraq Xallıcallı və Qədirli kənd ümumi orta məktəblərinə ayrı-ayrılıqda 75 manat dəyərində 3 adda mətbəə mallarının verilməsi barədə 25 may 2015-ci il tarixli, “BQB 240404” və “BQB 240408” nömrəli qaimə-fakturaların həmin məktəblərin direktorları olmuş cinayətdən xəbərsiz Şahid10 və Şahid8, Qarğalıq kənd ümumi orta məktəbinə 200 manat dəyərində 3 adda mətbəə mallarının verilməsi barədə 25 may 2015-ci il tarixli, “BQB 237700” nömrəli, Eminli kənd ümumi tam orta məktəbinə 172 manat dəyərində 3 adda mətbəə mallarının verilməsi barədə 25 may 2015-ci il tarixli, “BQB 240407 nömrəli qaiməfakturaların müvafiq qaydada həmin məktəblərin direktorları olmuş cinayətdən xəbərsiz Şahid7 və Şahid9 tərəfindən imzaları və məktəblərin möhürləri ilə təsdiq olunmasına, 26 may 2015-ci il tarixdə rəhbərlik etdiyi nümayəndəliyin "xxxx" ASC-də olan bank hesabından 522 manat məbləğində pulun "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına köçürülməsinə nail olduqdan sonra həmin MMC-dən təhvil aldığı cəmi 522 manat dəyərində mətbəə mallarını, Qarğalıq kənd tam orta məktəbinə 172 manat dəyərində 3 adda mətbəə mallarının verilməsi barədə 06 iyul 2015-ci il tarixli, “BQB 242206” nömrəli, Eminli kənd tam orta məktəbinə 200 manat dəyərində 3 adda mətbəə mallarının verilməsi barədə 06 iyul 2015-ci il tarixli, “BQB 242243” nömrəli qaiməfakturaların müvafiq qaydada həmin məktəblərin direktorları olmuş cinayətdən xəbərsiz Şahid7 və Şahid9 tərəfindən imzaları və məktəblərin möhürləri ilə təsdiq olunmasına, 07 iyul 2015-ci il tarixdə rəhbərlik etdiyi nümayəndəliyin "xxxx" ASC-də olan bank hesabından 521 manat məbləğində pulun "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına köçürülməsinə nail olduqdan sonra həmin MMC-dən təhvil aldığı 372 manat dəyərində mətbəə mallarını, Kürdəbaz kənd ümumi orta məktəbinə 73 manat dəyərində mətbəə mallarının verilməsi barədə 21 sentyabr 2015-ci il tarixli, “BQB 245962” nömrəli qaiməfakturanın məktəbin direktoru olmuş cinayətdən xəbərsiz Şahid11 tərəfindən imza və məktəbin möhürü ilə təsdiq olunmasına, 23 sentyabr 2015-ci il tarixdə rəhbərlik etdiyi nümayəndəliyin "xxxx" ASC-də olan bank hesabından 73 manat məbləğində pulun "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına köçürülməsinə nail olduqdan sonra həmin MMC-dən təhvil aldığı 73 manat dəyərində mətbəə mallarını, beləliklə də cəmi 967 manat dəyərində mətbəə mallarını, Xallıcallı kənd ümumi orta məktəbinə 180 manat dəyərində 1 ədəd stolun verilməsi barədə 29 may 2015-ci il tarixli, “BQB 240752” nömrəli, bir ədədinin dəyəri 50 manat olmaqla, cəmi 300 manat dəyərində 6 ədəd stulun verilməsi barədə 02 iyul 2015-ci il tarixli, “BQB 240771” nömrəli, 200 manat dəyərində 1 ədəd printerin verilməsi barədə 19 oktyabr 2015-ci il tarixli, “BQB 246024” nömrəli, Qədirli kənd ümumi orta məktəbinə 180 manat dəyərində 1 ədəd stolun verilməsi barədə 29 may 2015-ci il tarixli, “BQB 240754”nömrəli, 180 manat dəyərində 1 ədəd stol və bir ədədinin dəyəri 50 manat olmaql a, cəmi 750 manat dəyərində 15 ədəd stulun verilməsi barədə 02 iyul 2015ci il tarixli, “BQB 240774” nömrəli, Qarğalıq kənd tam orta məktəbinə 50 manat dəyərində 1 ədəd stul verilməsi barədə 29 may 2015-ci il tarixli, “BQB 240756” nömrəli, bir ədədinin dəyəri 50 manat olmaqla, cəmi 1000 manat dəyərində 20 ədəd stulun verilməsi barədə 02 iyul 2015-ci il tarixli, “BQB 240773” nömrəli, Eminli kənd tam orta məktəbinə bir ədədinin dəyəri 180 manat olmaqla, cəmi 360 manat dəyərində 2 ədəd stol verilməsi barədə 29 may 2015-ci il tarixli, “BQB 240755” nömrəli, bir ədədinin dəyəri 50 manat olmaqla, cəmi 1000 manat dəyərində 20 ədəd stul verilməsi barədə 02 iyul 2015-ci il tarixli, “BQB 240772” nömrəli qaimə-fakturaların müvafiq qaydada həmin məktəblərin direktorları olmuş cinayətdən xəbərsiz Şahid10, Şahid8, Şahid7 və Şahid9 tərəfindən imzaları və məktəblərin möhürləri ilə təsdiq olunmasına, rəhbərlik etdiyi nümayəndəliyin "xxxx" ASCdə olan bank hesabından fiziki şəxs X12 "xxxx" ASC-də olan bank hesabına 03 iyun 2015ci il tarixdə 3949 manat, 07 iyul 2015-ci il tarixdə 4889 manat məbləğində pulun köçürülməsinə nail olduqdan sonra sonuncudan təhvil aldığı cəmi 8838 manat dəyərində inventar və avadanlıqların 4200 manat dəyərində olan hissəsini, Kürdəbaz kənd ümumi orta məktəbinə 740 manat dəyərində 1 ədəd kompüter dəstinin verilməsi barədə 19 oktyabr 2015-ci il tarixli, “BQB 246025” nömrəli qaimə-fakturanın həmin məktəbin direktoru olmuş cinayətdən xəbərsiz Şahid11 tərəfindən imza və məktəbin möhürü ilə təsdiq olunmasına, rəhbərlik etdiyi nümayəndəlik tərəfindən "xxxx" MMC-yə 740 manat məbləğində pulun nağd şəkildə ödənilməsinə nail olduqdan sonra həmin kompüter dəstini hər hansı sənədləşmə olmadan təhvil alıb şəxsi məqsədlərinə istifadə etməklə, cəmi 4940 manat dəyərində inventar və avadanlıqları, ümumilikdə isə rəhbərlik etdiyi nümayəndəliyə məxsus olan, ona etibar edilmiş 16626,87 manat (on altı min altı yüz iyirmi altı manat səksən yeddi qəpik) dəyərində əmlakı vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək təkrarən talamışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən maddi məsul vəzifəli şəxs kimi, 01 oktyabr 2013-cü il tarixdən Masallı RİHB-nın Qarğalıq KİƏDÜN-də baş məsləhətçi-baş mühasib vəzifəsində işləyərkən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 15 noyabr 2005-ci il tarixli, 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid-Tarif-İxtisas Sorğu kitabcasına”na əsasən müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarəti, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edən, daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotu, mühasibat uçotu hesablarında onların hərəkəti, istehsal dövriyyəsini və xərcləri, xərclər smetasının hazırlanması, məhsulun satışı, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edən, maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edən məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, ilkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat u çotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edən, pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edən, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edən, ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görən, mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edən, mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edən səlahiyyət lərə malik olduğuna görə maddi məsul vəzifəli şəxs olan Məhkum3 ilə öz qulluq mövqelərindən istifadə edib onlara etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə, yalnız ona münasibətdə təkrarlıq yaradan talamaq qərarına gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, onun Məhkum3 verdiyi müvafiq tapşırıq əsasında sonuncunun hər hansı şəxsə demədən, onun rəhbərlik etdiyi nümayəndəliyin inzibati binasındakı öz xidməti otağında tamah niyyətilə informasiya resursu olan nümayəndəliyin işçilərinin elektron qaydada hazırlanmış əmək haqqı cədvəllərinin məzmununa bilə-bilə yalan məlumatlar daxil edib müvafiq sənədləri elektron imza əsasında "xxxx" ASC-nin Masallı filialına göndərməsi yolu ilə, 2015-ci ilin mart ayında nümayəndəlikdə xadimə işləmiş X5 son haqq-hesab kimi ödənilməli ola n, "xxxx" ASC-də öz adına olan plastik əmək haqqı kartının hesabına köçürülməsinə nail olduğu 45,87 manat, 2017-ci ilin dekabr ayında nümayəndəlikdə müavin vəzifəsində işləmiş Nümayəndə1 hesablanmış əmək haqqının bir hissəsini təşkil edən, nümayəndəlikdə xadimə işləmiş cinayətdən xəbərsiz Şahid12 "xxxx" ASC-də adına olan plastik əmək haqqı kartının hesabına köçürülməsinə nail olduğu 100 manat (sonuncudan plastk əmək haqqı kartını almaq və şifrəsini öyrənməklə), “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli, 774 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət Qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin 4-cü maddəsinə əsasən ona “Beynəlxalq Əlillər günü” ilə əl aqədar bir vəzifə maaşı həddində yardım verilməsinin Masallı RİHB-nın sərəncamı ilə həyata keçirilməli olduğu və belə sərəncam vermədiyi halda, 2019-cu ilin dekabr ayında özünün İİ qrup əlil olmasını əsas götürərək özünə həmin günlə əlaqədar yardım qismində verilməsinə dair imzaladığı əmrə əsasən "xxxx" ASC-də öz adına olan plastik əmək haqqı kartının hesabına köçürülməsinə nail olduğu 454,4 manat, 2017-ci ilin mart ayından 2019cu ilin iyun ayınadək olan müddət ərzində nümayəndəlikdə xadimə işləmiş Şahid12 hesablanmış mükafat kimi ödənilməli olan, "xxxx" ASC-də öz adına olan plastik əmək haqqı kartının hesabına 2017-ci ilin mart ayında 102,95 manat, 2018-ci ilin mart ayında 108,07 manat, 2018-ci ilin dekabr ayında 117,75 manat, 2019-cu ilin mart ayında 117,75 manat, 2019-cu ilin iyun ayınd a 140 manat olmaqla, köçürülməsinə nail olduğu cəmi 586,52 manat, 2015-2020-ci illər ərzində müxtəlif vaxtlarda Şahid12 hesablanmış mükafat kimi ödənilməli olan, "xxxx" ASC-də sonuncunun adına olan plastik əmək haqqı kartının hesabına köçürülməsinə nail olduğu cəmi 1325,82 manat (sonuncudan plastk əmək haqqı kartını almaq və şifrəsini öyrənməklə) olmaqla, rəhbərlik etdiyi nümayəndəliyə məxsus olan, ümumilikdə ona və Məhkum3 etibar edilmiş 2512,61 manat (iki min beş yüz on iki manat altmış bir qəpik) məbləğində pul vəsaitini sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə öz qulluq mövqelərindən istifadə edib, qeyd edilən plastik kartlar vasitəsilə "xxxx" ASC-nin Masallı rayonunda yerləşən bankomatlarından çıxardıqdan sonra aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə mənimsəyərək təkrarən talamış, Məhkum3lə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edib Masallı rayonu Qarğalıq bələdiyyəsinin (bundan sonra – bələdiyyə) sədri olmuş Şahid16 ilə həmin bələdiyyəyə məxsus əmlakı mənimsəmə və israf etmə yolu ilə talamaq qərarına gələrək, qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, onun təhriki üzrə Şahid16 onun rəhbərlik etdiyi nümayəndəliyin inzibati binasında yerləşən xidməti otağında aşağıda göstərilən rəsmi sənədlərin məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edib müvafiq sənədləri imzası və bələdiyyənin möhürü ilə təsdiq etməsi ilə, Masa llı rayonu Qarğalıq bələdiyyəsinin zərərçəkmiş olduğu cinayət işi üzrə nümayəndəsi qismində çıxış etməsi üçün 20 iyun 2017-ci il tarixdə Şahid16 bələdiyyənin adından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X13 ilə bağladığı 73 nömrəli müqavilə üzrə xidmət haqqı kimi Masallı rayon hüquq məsləhətxanasına 20 iyun 2017-ci il tarixli, “BQÇ 245009” nömrəli mədaxil orderi qəbzinə əsasən 150 manat məbləğində pulun ödənilməsinə baxmayaraq, 2017-ci il üzrə xəzinə memorial orderində müqaviləyə görə guya 300 manat məbləğində pulun ödənildiyi göstərilməklə qalan 150 manat, mexanizator işləyən Masallı rayonu, Qarğalıq kənd sakini Şahid18 pay torpaq sahələrinə gedən yolların təmirinə görə ödəniş edilmədiyi halda, 23 iyul 2017-ci il tarixli əmək müqaviləsi və 25 iyul 2017-ci il tarixli kassa məxaric orderində sonuncuya guya 586 manat məbləğində pulun ödənilməsi göstərilməklə 586 manat, 2017-ci il üzrə mətbuat yayımına bələdiyyənin bank əməliyyatlarına dair yığım cədvəlinin məxaric qrafasında 740 manat məbləğində pulun ödənilməsi göstərildiyi halda, 31 may 2017-ci il tarixli, “ƏYİ 014471” nömrəli qaimə ilə 650 manat məbləğində pul köçürülməklə qalan 90 manat və təyinatı üzrə xərclənməyən əlavə 1102,1 manat məbləğində pul vəsaitlərindən ibarət olmaqla, 2017-ci il ərzində bələdiyyənin büdcəsinə torpaq vergisi, torpaq icarəsi və dotasiyadan mədaxil olunmuş cəmi 6274,5 manat məbləğində pulun 1928,1 manat hissəsini, 2018-ci ildə bələdiyyənin büdcəsinə torpaq vergisi, torpaq icarəsi və dotasiyadan mədaxil olunmuş cəmi 2873,79 manat məbləğində pulun 2580 manat hissəsini və 2019-cu ild ə bank əməliyyatlarına dair yığım cədvəlinin məxaric qrafasına və 30 may 2019-cu il tarixli, “ƏYƏ 039606” nömrəli kassa mədaxil orderinin qəbzinə müvafiq ödənişin həyata keçirilməsi göstərilmədiyi halda, 30 may 2019-cu il tarixli kassa məxaric orderi əsasında guya 2 saylı Masallı Mətbuat Yayımı İdarəsinə 490 manat məbləğində pulun ödənilməsi göstərilməklə bələdiyyə büdcəsinə dotasiyadan mədaxil olunmuş 2520 manat məbləğində pulun 490 manat hissəsini, beləliklə də cəmi 4998,1 manat məbləğində bələdiyyə pul vəsaitlərini mənimsəmə yolu ilə, eləcə də 30 may 2019-cu il tarixdə Şahid16 bələdiyyənin adından Masallı "xxxx" MMC arasında bağladığı müqavilə üzrə Masallı rayonu, Qarğalıq kəndində qum-çınqıl örtüklü torpaq yolunun profilinin düzəldilməsi barədə edilmiş sifariş iş icra edilmədiyi və müq avilə üzrə 2000 manat məbləğində pul 30 may 2019-cu il tarixli, "xxxx" nömrəli mədaxil qəbzi ilə bələdiyyə tərəfindən həmin MMC-yə nağd şəkildə ödənildiyi halda, guya həmin işin görüldüyü və qəbul edildiyi haqqında 2 saylı forma təsdiq edilməklə 2000 manat məbləğində bələdiyyə pul vəsaitini israf etmə yolu ilə, ümumilikdə isə Masallı rayonu Qarğalıq bələdiyyəsinə məxsus 6998,1 manat məbləğində pul vəsaitlərini qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən talamışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə edəcəyi qanunsuz hərəkətə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləş dirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 03 iyul 2020-ci il tarixli, 236 nömrəli və 17 iyul 2020-ci il tarixli, 256 nömrəli Qərarlarına əsasən koronavirus (COVİD- 19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə, həmçinin Masallı rayonu ərazisində 05 avqust 2020-ci il tarixədək şənbə və bazar günlərində bəzi hərəkət məhdudiyyətlərinin tətbiq edildiyi şəraitdə Şahid2 Biləsuvar rayon sakini olmaqla, Masallı rayonu ərazisində fərdi qaydada işləməsi üçün sərbəst hərəkət edə bilməsinə lazım olması səbəbindən Masallı rayonu, Qədirli kəndi ərazisinə qeydiyyata alınması üçün tələb olunan, səlahiyyətinə aid olan “təsərrüfatbaşına uçot” kitabından çıxarış və ya arayışın verilməsi müqabilində 23 iyul 2020-ci il tarixdə sonuncunun tanışı Şa hid1 vasitəsilə, rəhbərlik etdiyi nümayəndəliyin inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla maddi nemət olan 50 (əlli) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəmiş, həmin gün Masallı rayonu ərazisində “Seybətin dairəsi” adlandırılan yerin yaxınlığında həmin nümayəndəlikdə baş məsləhətçi-baş mühasib vəzifəsində işləyən Məhkum3 vasitəsilə, konkret olaraq sonuncunun həmin pul vəsaitini Şahid2 alıb, sahiblik edərək ona təqdim edəcəyini qabaqcadan vəd etməsində ifadə olunan köməkçiliyi ilə özü üçün birbaşa yolla Şahid2 maddi nemət olan 50 (əlli) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almış, Məhkum3 isə Şahid2 Məhkum1 üçün birbaşa yolla maddi nemət olan 50 (əlli) manat məbləğində pul vəsaitini rüşvət qismində alıb sonuncuya təqdim etməklə, hə min cinayətin törədilməsinə köməkçilik etmişdir. Hökmdən Məhkum1 müdafiəçisi S.N.İsayev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 25 may 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi S.N.İsayev kassasiya şikayəti verərək apellyasiya həmin qərarının ləğv edilməsini və cinayət işini yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayə tində CM-nin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 11 iyun 2015-ci il tarixdə qəbul edilmiş Qərarına, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasnda araşdırılmış bir çox sübutlara, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarınaistinad edən və işin müəyyən edilmiş faktiki hallarını mübahisələrindən müdafiəçi S.N.İsayev kassasiya şikayətini belə əsaslandırmışdır ki, Məhkum1 heç kimi aldatmaq niyyəti olmamış, heç kimdən pul tələb etməmişdir. Müdafiəçinin fikrincə, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız, heç bir mötəbər sübutlara əsaslanmadan çıxarılmışdır. Belə ki, Məhkum1 cinayət işi üzrə ibtidai istindaq zamanı düzgün aparılmamış, sənədlər saxtalaşıdırılmış, Məhkum1 hüquqları kobud pozulmuş, birinci instansiya məhkəməsi həm hazırlıq iclasında, həm də məhkəmə baxışı zamanı kobud qanun pozuntularına yol vermiş, həmin pozuntular apellyasiya instansiyası məhkəməsi məhkəməsi tərəfindən araşdırılmamış və aradan qaldırılmamışdır. Müdafiəçi S.N.İsayev bildirir ki, iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələri sübut olaraq qəbul edilmiş, lakin onların məhkəmə iclasında sual-cavab zamanı verdiyi ifadələri ilkin ifadələrlə ziddiyyət təşkil etmiş, məhkəmələr isə bu ziddiyyətləri aradan qaldırılması üçün heç bir tədbir görməmişlər. İş üzrə araşdırılmış sübutlarla müəyən edilmişdir ki, Masallı rayon icra ha kimiyyətindən Məhkum1 verilən tapşırıq əsasında o, göldən istifadə ilə bağlı pulun alınmasında yalnız vasitəçilik funksiyasını yetirmiş, məhkəmələr isə bu halı təsdiq edən sübutları da nəzərə almamışlar. Beləlikə Məhkum1 qarşı irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökmündə qanunda göstərilən qaydada müvafiq sübutlarla təsdiq edilməmiş və məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarının əsasını mötəbər olmayan, ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlar təşkil etmiş, Məhkum1 əməlləri düzgün tövsif edilməmiş, ona ədalətsiz cəza təyin olunmuş və bu zaman onun ikinci qrup əlil və xəstə olması nəzərə alınmamışdır. Müdafiəçi həmçinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 və 80.2-ci ma ddələrini, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 12, 15-17 və 21-ci maddələrinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”Azərbaycan Respublikası Qanununun 6.2 və 9.1-ci maddələrinə istinad edərək Məhkum1in əməlində CM-nin 32.4, 312.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığını da xüsusi olaraq vurğulamışdır. Bundan başqa, müdafiəçinin fikrincə məhkəmə əsassız olaraq Məhkum1in əmlakının xüsusi müsadirə olunması barədə qərar qəbul etmiş, lakin bunun da əsasları yekun məhkəmə aktlarında göstərilməmişdir. Cinayət işinin materiallarından və məhkəmə baxışı zamanı araşdırılmış sübutlardan görünür ki, Məhkum1 rüşvət almamış, ona verilən vəsaiti isə o, İcra Hakimiyyəti Başçısının göstərişi ilə Ye rli icra hakimiyyətinin məsul şəxslərinin tələbi ilə toplayaraq onlara vermişdir. Kassasiya şikayətində daha ətraflı təsvir edilmiş dəlillərə əsaslanaraq müdafiəçi S.N.İsayev hüquqlarını müdafiə etdiyi şəxslə birlikdə kassasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmışlar, lakin zərər çəkmiş hüquqi şəxslərin - Masallı Rayonu Qarğalıq Bələdiyyəsinin və Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı rayon inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin nümayəndələri naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası proses iştir akçılarınn bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi S.N.İsayevin kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlil ləri ondan ibarətdir ki, məhkumun ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmiş, ona cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan həddindən artıq ağır cəza təyin edilmişdir. Bununla da, müdafiəçi S.N.İsayev apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.2 və 416.1.11, 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət təqibini istisna edən ha lların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçisi S.N.İsayevin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum1 barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası əvvəlki qərarlarında olduğu kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya ins tansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyy ətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həm in hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişd irilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və C PM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin h ər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Şirvan Apellyasya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegyiası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdl ərdən qorunmasını və müdafiə olunmasını, bu və ya digər cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, sonuncuların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakimə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilm əsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı z amanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan i barətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbayca n Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qəra rların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sa ir materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməl də cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə ci nayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tər əfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Sübutların mümkünlüyünə dair qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin mü dafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini t ələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət t əqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə topla nmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanunu nun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilə r. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məhkum1 barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum1 təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gə ldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum1 təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum1 ibtidai araşdırma zamanı heç bir təsir göstərilmədən müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrlə yanaşı, hazırki iş üzrə məhkum olunmuş Məhkum2, Məhkum3, çoxsaylı şahidlərin ifadələri, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə prosessual sənədlərlə və həmin tədbirin keçirilməsini özündə əks etdirən videogörüntülərlə və səs yazıları i lə, cinayət işinə əlavə edilmiş çoxlu sayda sübut əhəmiyyətli sənədlərlə və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla tam təsdiq edilir. İş üzrə hər hansı qanun pozuntusuna yol verilmədən, Məhkum1 bütün hüquqları gözlənilməklə ibtidai araşdırma zamanı toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış bu sübutların hər birisi ayrıayrılıqda 29 dekabr 2021-ci il tarixli hökmdə ətraflı şərh edildiyindən məhkəmə kollegiyası təkrarən həmin sübutların hazırki qərarda təsvirinə ehtiyac görmür. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsindən, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhk əmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması, işin faktiki hallarının başqa cür müəyyən edildməsi deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının, məhkəmə araşdırılmaları zamanı isə prosessual qanunvericiliyin düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Odur ki, müdafiəçi S.N.İsayevin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və həmin qərarın ləğv edilməklə cinayət işini ye ni apellyasiya instansiya baxışına təyin edilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İşə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Məhkum1 öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən is tifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə təkrarən cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vuraraq mənimsəmə yolu ilə təkrarən talamış, vəzifəli şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi neməti rüşvət qismində təkrarən istəməklə almış, vəzifəli şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi neməti qeyrisinin köməkçiliyi ilə təkrarən rüşvət qismində istəməklə almış, vəzifəli şəxsə xidməti v əzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə özü və qeyrisi üçün şəxsən və qeyrisi vasitəsi ilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrisini vahid niyyətlə təhrik etmiş, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində informasiya resursunun məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxsi rəsmi sənədlərin məzmununa tamah niyyət i ilə bilə-bilə yalan məlumatlar daxil etməyə təkrarən təhrik etmişdir. İş materiallarından göründüyü kimi, bu faktiki halların əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum1, digər məhkum olunmuş şəxslərin, zərər çəkmiş hüquqi şəxslərin nümayəndəsilərin, şahidlərin dindirilmələri, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə başqa sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməz liyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin həmin nəticəsi dələduzluq cinayətlərinə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 11 iyun 2015-ci il tarixdə qəbul edilmiş “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarında əksini tapmış tövsiyələrlə də uzlaşır. Belə ki, həmin qərarda məhkəmələrə nəzərə almaları tövsiyə olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-is tifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüqu qlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmaya n və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyr inə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçinin irəli sürdüyü əsas dəlil ondan ibarətdir ki, Məhkum1 heç kimi aldatmaq niyyəti olmamış, heç kimdən rüşvət almamış və o, rüşvət qismində müxtəlif məbləğlərdə pulların alınmasında yalnız vasitəçilik funksiyasını ye rinə yetirmişdir. Lakin, yuxarıda qeyd olunduğu kimi, Məhkum1 CM-nin 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 178.2.3, 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 311.3.2, 311.3.3, 32.4,312.2, 313 və 32.4,313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi onun özünün ibtidai araşdırma zamanı verdiyi ifadələri, məhkumlar Məhkum2, Məhkum3, şahidlərin və zərər çəkmiş hüquqi şəxslərin nümayəndələrinin ifadələri ilə və kifayət qədər çoxsaylı digər sübutların məcmusu ilə təsdiq olunur. İş materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı Şahid1 və Məhkum2 videoçəkiliş aparılmaqla, Məhkum3, Şahid5, Şahid3, Şahid16, Şahid9, Şahid8, Şahid10, Şahid7, Şahid11, Şahid15, Şahid13 və Şahid14 ilə Məhkum1 arasında üzləşdirmə aparılarkən də həmin şəxslər əvvəllər verdikləri ifadələri bir daha təsd iq edərək həmin ifadələrində göstərdikləri halları, yəni sonuncunun ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsini onun üzünə qarşı bildirmişlər. Bununla yanaşı, 10 iyun 2020-ci il tarixli təqrirdən görünür ki, Şahid3 həmin tarixdə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə Masallı RİHB-nın Qarğalıq KİƏDÜN-si vəzifəsində işləmiş Məhkum1 ondan Masallı rayonu, Qarğalıq kəndində 18 ha ərazidə yerləşən göldən balıqçılıq məqsədilə istifadə etməsi müqabilində 2008-ci ildən 2018-ci ilədək cəmi 160000 manat məbləğində pul aldığı barədə məlumat vermişdir. 22 iyun 2020-ci il tarixli təqrir və 29 iyun 2020-ci il tarixli ərizədən görünür ki, Şahid1 Azər oğlu müvafiq olaraq Azərbaycan Respublikası Baş Pr okuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək Masallı RİHB-nın Qarğalıq KİƏDÜN-si vəzifəsində işləmiş Məhkum1 ondan Masallı rayonu, Qədirli kəndində yerləşən torpaq sahəsində fərdi yaşayış evi inşa etdirməsi müqabilində 1000 manat və ya 800 manat məbləğində pul istədiyi barədə məlumat vermişdir. Baxış keçirilməsi haqqında 23 iyul 2020-ci il tarixli protokolla və ona əlavə edilmiş “DVD” diskin yaddaşına yazılmış videogörüntülərlə, onlara baxış keçirilməsi barədə 26 iyul 2020-ci il tarixli protokol, “Pulun depozit hesaba verilməsi haqqında” 23 sentyabr 2020 və 30 iyul 2020-ci il tarixli qərarlarla, 06 avqust 2020-ci il tarixli, 08 nömrəli ödəniş tapşırığı və 25 sentyabr 2020-ci il tarixli, 132773 nömrəli kassa mədaxil orderinin qəbzi ilə müəyyən edilir ki, baxışda iştirak etmiş Məhkum1 üzərində olmuş 5 ədəd 100 manatlıq, 6 ədəd 50 manatlıq, bir ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, 6 ədəd 5 manatlıq və 4 ədəd bir manatlıq pul əskinaslarını, yəni cəmi 864 manat məbləğində pulu çıxarıb təqdim etmiş, onlara ultrabənövşəyi işıqla baxıldıqda əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə əlaqədar Şahid2 təhvil verilmiş B05788595 nömrəli bir ədəd 50 manatlıq əskinasın üzərində “Rüşvət 2020” sözünün yazıldığı aşkar edilmişdir. Məhkum1 izahatında həmin pul əskinasını Şahid2 Masallı rayonu, Qədirli kəndi ərazisində qeydiyyata alınması üçün “Təsərrüfatbaşına uçot” kitabından çıxarış verilməsi müqabilində nümayəndəliyin baş məsləhətçisi Məhkum3 aldığını göstərmişdir. Baxışda iştirak etmiş Məhkum2 2020-ci ilin iyun ayının sonlarında Məhkum1 tapşırıq ilə Masallı rayonu, Qədirli kənd sakini Şahid1 yaşayış evinin inşa olunmasına iczə verilməsi müqabilində 01 iyul 2020-ci il tarixdə 300 manat, 23 iyul 2020-ci il tarixdə 500 manat pul aldığını göstərmiş və üzərində olmuş 2 ədəd 100 manatlıq, 10 ədəd 50 manatlıq, B70344542, B36245477, A91016893, B23235838, B26392007 nömrəli 5 ədəd 20 manatlıq pul əskinaslarını təqdim etmişdir. Həmin pul əskinazlarına baxıldıqda əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə əlaqədar Şahid1 təhvil verilmiş A65891602, A12303153, A51178948, B02457092, A62937286, A94675767 B02247947, B28972301 nömrəli 8 ədəd 50 manatlıq pul əskinaslarının üzərində “Rüşvət 2020” sözünün yazıldığı və 5 ədəd 20 manatlıq pul əskinaslarının da əməliyyat-axtarış tədbiri nin keçirilməsi ilə əlaqədar Şahid1 təhvil verilmiş pul əskinasları olması müəyyən olunmuşdur. Baxışda iştirak etmiş Məhkum3 23 iyul 2020ci il tarixdə Məhkum1 tapşırığı ilə Biləsuvar rayon sakini Şahid2 Masallı rayonu, Qədirli kəndi ərazisinə qeydiyyata alınması üçün “Təsərrüfatbaşına uçot” kitabından çıxarış verilməsi müqabilində sonuncudan 50 manat məbləğində pul alıb Məhkum1 verdiyini demişdir. Baxış zamanı əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə əlaqədar Şahid1 və Şahid2 təhvil verilmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətinə aid olan cəmi 850 manat, Məhkum1 məxsus olmuş cəmi 814 manat məbləğində pul vəsaitləri və Məhkum2 üzərindən aşkar edilmiş bir ədəd “Fly” markalı mobil telefon aparatı qablaşdırılaraq götürülmüşdür. İş üzrə cinayətin predmeti olduğuna gö rə Məhkum1 və Məhkum2 götürüldüyü göstərilmiş cəmi 850 manat pul Azərbaycan Respublikası Baş Prokurorluğunun kassasına, digər zərurətlə bağlı Məhkum1 götürülmüş, sonuncuya məxsus 814 məbləğində pul vəsaitləri isə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit bank hesabına qoyulmuşdur. Göründüyü kimi, Məhkum1 ona elan olunmuş ittiham üzrə təqsirliliyi təkcə ona qarşı verilmiş ifadələrlə deyil, həmçinin obyektiv olaraq əməliyyat tədbirinin həyata keçirilməsinə dair müvafiq sənədlərlə və maddi sübutlarla təsdiq edilir. İşə əlavə olunmuş çoxsaylı mühasibatlıq və hesabat sənədləri ilə də Məhkum1 rüşvət alma cinayəti ilə yanaşı, onun həm də qulluq mövqeyindən istifadə etməklə dövlət əmlakını xeyli miqdarda mənimsəmə yolu ilə talama cinayətini, habelə təkrarən dələduzluq, dələduzluğa cəhd, rüşvət almağa təhrik etmə və vəzifə saxtakarlığı cinayətlərini törətməsi də sübuta yetirilir. Məhkəmə kollegiyası bu sübutların da təkrarən təsvir edilməsini zəruri hesab etməyərək belə qənaətə gəlir ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən araşdırılmış sübutlara əsasən maddi hüquq normalarını tətbiq edən Məhkum1 onun cinayət əməllərini törətdiyi dövrdə əməlləri CM-nin 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 178.2.3, 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 311.3.2, 311.3.3, 313 və 32.4,313-cü maddələri ilə düzgün tövsif edilmiş və belə tövsif cinayət qanunvericiliyinin tələbləri ilə yanaşı həmçinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələr də uyğun olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həmin Qərarın 36-cı bəndində məhkəmələrin diqqəti dələduzluq cinayətlərinə dair işlərə baxarkən bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilmişdir. Məhkəmələrə izah edilmişdir ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətləri nin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Həmçinin izah edilmişdir ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymət ləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi n emətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Lakin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul tarixli 2022-ci il Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178- ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023-cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqelərə görə, təqsirkarın, yəni başqalarına rüşvət vermə adı ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş və heç kimə rüşvət vermək niyyəti olmayan şəxsin əməli CM-nin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin y aranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul tarixli 2022-ci il Qərarının təsviriəsaslandırıcı hissəsində həmçinin qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsn a olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 17 aprel 2023cü il tarixli Qərardadında da vurğulamışdır ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır. Hazırki işin materiallarından göründüyü Məhkum1 digər cinayətlərlə yanaşı həmçinin CM-nin 29,178.2.2, 29, 1 78.2.3 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, Masallı rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən talamaq qararına gələrək, 2015-ci ilin yanvar ayında rəhbərlik etdiyi nümayəndəliyin inzibati binasındakı xidməti otağında həmin nümayəndəliyin inzibati ərazisinə daxil olan Masallı rayonu, Qədirli kəndinin sakini Şahid1 həmin kəndin çıxışında, yol kənarında yerləşən, Masallı rayon Qarğalıq kənd bələdiyyəsinin mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin mülkiyyətinə verilməsi, orada yaşayış evi tikməsinə həmin bələdiyyə və Masallı RİH-nın səlahiyyətli qurumlarında müvafiq sənəd ləşdirmə aparılmaqla icazə verilməsinə köməklik göstərilməsi barədə özünə etdiyi müraciətlə əlaqədar göstərilən vəzifədə işləməsinə görə Masallı rayon Qarğalıq bələdiyyəsinin rəhbər vəzifəli şəxsi ilə yaxın münasibətinin olmasından istifadə edib həmin torpaq sahəsinin mülkiyyətinə verilməsi və orada tikinti işləri aparmasına dair Masallı RİH-da sənədləşdirmə aparılmasını həll edəcəyinə dair yalan vəd verdikdən, bu məsələlərin xeyrinə müsbət qaydada həll edilməsi üçün özünə və həmin bələdiyyənin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə edəcəkləri qanunsuz hərəkətə, yəni sonuncudan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2 və 9.1-ci maddələrinə əsasən bələdiyyənin ərazisində daimi yaşay an və ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı olmasına görə həmin Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla, müvafiq torpaq sahəsinin fərdi yaşayış evi tikməsi məqsədilə bələdiyyə qərarı əsasında mülkiyyətinə ayrılmasından sonra bələdiyyə ilə alqısatqı müqaviləsi bağlaması, eləcə də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74 və 75-ci maddələrinə əsasən orada tikintisinə icazə tələb olunan fərdi yaşayış evi tikməsi üçün aidiyyəti qurumlardan qabaqcadan müsbət rəylər alması tələb edildiyi halda, Şahid1 həmin prosedurlara əməl edilmədən müvafiq torpaq sahəsinin mülkiyyətinə verilib orada fərdi yaşayış evi tikməsinə görə özü və həmin bələdiyyənin rəhbər vəzifəli şəxsi üçün birbaşa yolla ş əxsən 1000 manat məbləğində pul vəsaitini rüşvət qismində verməsinin zəruri olmasını aldatmaqla bildirdikdən və Şahid1 ona 1000 manat məbləğində pulu müəyyən müddət ərzində hissə-hissə ödəyəcəyi ilə razılaşdığına görə həmin torpaq sahəsində 2015-ci ilin yanvar ayından başlayaraq 4 mişar daşı hündürlüyündə hasar və yaşayış evinin tikinti-quraşdırma işlərini həyata keçirsə də, sonradan uzun müddət tikinti işlərini davam etdirə bilmədiyi halda, 2020-ci ilin yanvar-iyun ayları ərzində tikinti işlərini davam etdirmək üçün kərpic yığması barədə məlumatlandıqdan sonra 16 yanvar 2020-ci il tarixdə Masallı rayon Qarğalıq kənd bələdiyyəsinin sədr müavini, 8 iyul 2020-ci il tarixdə isə həmin bələdiyyənin sədri vəzifəsində seçilmiş Məhkum2 ilə öz qulluq mövqelərindən istifadə edib özgə əmlakını aldatm a və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, o, 2020-ci ilin iyun ayında rəhbəri olduğu nümayəndəliyə çağırdığı Şahid1 göstərilən torpaq sahəsinin mülkiyyətinə verilməsi və orada tikinti işləri aparmasına dair bələdiyyə və Masallı RİH-nın səlahiyyətli qurumları tərəfindən müvafiq sənədləşdirmə aparılmaqla icazə verilməsi müqabilində özü və həmin bələdiyyənin rəhbər vəzifəli şəxsi üçün xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə xeyrinə ediləcək eyni xarakterli qanunsuz hərəkətlərə görə maddi nemət olan 1000 manat məbləğində pul vəsaitini şəxsən rüşvət qismində istəmiş, Şahid1 ona maddi vəziyyətinin yaxşı olmadığını bildirməsindən sonra Şahid1 həmin işləri 800 manata görəcəklərini yalan vəd edib razılığını almış, bu barədə Məhkum2lə sövdələşmiş, sonuncu ilə Şahid1 qanunvericilikdə müvafiq müraciəti ilə əlaqədar bələdiyyəyə yazılı qaydada ərizə verməsi, göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına dair lazımi sənəd əldə edilməsi, müvafiq məsələnin bələdiyyə iclasına çıxarılması, bələdiyyə tərəfindən müvafiq sorğular göndərilməsi, torpaq sahəsinin satış dəyərinin bələdiyyənin bank hesabına ödəməsi tələb edildiyi halda, bu tələblərə əməl edilmədiyini demədən, göstərilən ad və niyyətlə sonuncudan Məhkum2 vasitəsilə 01 iyul 2020-ci il tarixdə rəhbərlik etdiyi nümayəndəliyin inzibati binasındakı xidməti otağında 300 manat və 23 iyul 2020-ci il tarixdə həmin binanın qarşısında 500 manat məbləğində pul vəsaitini almış, bundan dərhal sonra 23 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum2 cinayət başında yaxalanıb üzərinə baxış keçirilərkən, Şahid1 göstərilən niyyətlə aldığı cəmi 800 manat məbləğində pul vəsaiti üzərindən aşkar olunub götürüldüyünə, beləliklə də həmin pul vəsaiti üzərində sərəncam verə və ya ondan istifadə edə bilmədiklərinə görə bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməllərini öz iradələrindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqelərindən istifadə edib aldatma və etibardan sui-istifadə e tmə yolu ilə Şahid1 məxsus 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə dələduzluq yolu ilə, yalnız ona münasibətdə təkrarlıq yaradan talamağa cəhd etmiş və vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 vahid niyyətlə bilə-bilə xeyrinə edəcəkləri qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən və qeyrisi vasitəsilə maddi nemət olan 1000 (bir min) manat məbləğində pul vəsaitini rüşvət qismində verməyə təhrik etmişlər. Bu epizod üzrə toplanmış və araşdırılmış sübutlara görə, Məhkum1 Şahid1dan ona torpaq sahəsində ev inşa etdirməsi üçün razılığın alınması müqabilində başqa vəzifəli şəxslərə rüşvət vermək adı ilə 1000 (min) manat məbləğində pul istəyərkən, yəni sonuncunu həmin məbləğdə pul şəklində rüşvət verməyə təhrik edərkən, hər hansı vəzif əli şəxsə rüşvət vermək niyyəti izləməmiş və onun məqsədi bu üsulla, yəni rüşvət verməyə təhrik etmə yolu ilə Şahid1un əmlakını dələduzluq yolu ilə ələ keçirmək olmuş, lakin ittihamın təsvirində göstərilmiş səbəblərdən iradəsindən asılı olmayaraq bu cinayəti başa çatdıra bilməmişdir. Məhkəmə kollegiyası işin müəyyən olunmuş bu hallarından, araşdırılmış sübutlardan və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul tarixli 2022-ci il tarixli Qərarında və 23 aprel 2023-cü il tarixli Qərardadında əksini tapmış hüquqi mövqedən çıxış edərək belə nəticəyə gəlir ki, Məhkum1 təhlil olunan epizod üzrə törətdiyi cinayət əməlində qanunsuz əmələ görə rüşvət verməyə təhrik etmə cinayətinin tərkibi olmadığından onun CM-nin 32.4,312.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair h issədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 202-ci il tarixli qərarı və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarı ləğv edilməli və CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata həmin hissədə xitam verilməlidir. CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkum1 barəsində xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbirin tətbiq olunması ilə bağlı kassasiya şikayətinin dəlilinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, bu tədbir CM-nin 99-1.1.2 və 99-2-ci maddələrinə əsasən ona görə tətbiq edilmişdir ki, araşdırılmış sübutlara görə Məhkum1 ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi rüşvət alma cinayətini törətməsi nəticəsində cəmi 170000 (bir yüz yetmiş min) manat məbləğində pul vəsaiti əldə etmiş, lakin həmin vəsaiti öz ehtiyaclarına sərf etdiyi üçün bu məbləğdə pul onda aşkar edilməmiş və cinayət yolu ilə əldə olunmuş həmin əmlak dövlət nəfinə alına bilinmədiyi üçün ibtidai araşdırma zamanı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli qərarı ilə onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilin və “Hyundai Sonata” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, 189499 mühərrik nömrəli, KMHEU41FP9A591709 ban nömrəli minik avtomobilinin üzərinə həbs qoyulmuş, 23 iyul 2020-ci il tarixdə isə Məhkum1 üzərindən çıxarıb təqdim etdiyi 814 (səkkiz yüz on dörd) manat məbləğində pul 06 avqust 2020-ci il tarixli, 08 nömrəli ödəniş tapşırığı əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan bank (depozit) hesabına qoyulmuş, birinci instansiyası məhkəməsinin 29 dekabr 2021-ci il tarixli hökmü ilə isə həmin əmlaklar xüsusi müsadirə edilməklə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. Məhkəmə kollegiyası Məhkum1 barəsində bu cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsində hər hansı qanun pozuntusu görmür və vurğulayır ki, CM-nin 99-1.1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət-hüquqi xaraktrli tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiy i alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olu nan əmlak. CM-nin 99-1.2-ci maddəsinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. CM-nin 99-2-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Məhkəmənin dövlət nəfinə alına bilinməyən əmlakın əvəzinə təqsirləndirilən şəxsə məxsus digər əmlak barəsində xüsusi müsadirənin tətbiq edilməsi vəzifəsi BMT-nin 27 fevral 2004-cü il tarixli “Korrupsiya əleyhinə” Konvensiyasının, “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə və müsadirəsinə dair” Avropa Şurasının 8 noyabr 1990-cı il tarixli Konvensiyasının, “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə, və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurasının 2005-ci il 16 may tarixli Konvensiyasının (bundan sonra – 2005-ci il Varşava Konvensiyası) müddəalından da irəli gəlir. CPM-nin 38.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. CPM-nin 248.2 və 248.3-cü maddələrində göstərilmişdir ki, cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəbdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak üzərinə (onun nədən ibarət və kimdə olmasından asılı olmayaraq) həbs qoyulur. Odur ki, CM-nin 99-1.1-ci maddəsində göstərilən yalnız cinayət prosesində müəyyən olunmuş (məsələn, maddi sübut kimi tanınmış) əmlakın deyil, həmin əmlakı (məsələn, oğurlanmış əmlakı) onun istifadə edilməsi, özgəninkiləşdirilməsi və s. səbəblərdən aşkar etmək mümkün olmadıqda ona bərabər dəyərdə təqsirləndirilən şəxsə məxsus digər əmlakın (bu əmlakın nədən ibarət olmasından və kimdə olmasından asılı olmayaraq) müsadirə edilməsini təmin etmək üçün cinayət-prosessual qanunla müəyyən edilmiş tədbirlərin g örülməməsinə və bunun nəticəsi kimi şəxsin cinayət yolu ilə əldə etdiyi gəlirlərdən məhrum edilməməsinə cinayət mühakimə icraatının məqsədləri ilə bir araya sığmayan hal kimi baxılmalı, cinayət təqibi orqanının təqsirləndirilən şəxsə məxsus digər əmlakın müəyyən edilməsi və üzərinə həbs qoyulması üçün kifayət qədər səy göstərməməsi onun bu məsələdə fəaliyyətsizliyi kimi qiymətləndiriməli və məhkəmə tərəfindən belə hallara xüsusi qərar çıxarılmaqla münasibət bildirilməlidir. Həmçinin, belə hallarda məhkəmə əmlakın xüsusi müsadirəsini təmin etmək üçün müvafiq tədbirlər görməli, o cümlədən təqsirləndirilən şəxsə məxsus müsadirə edilməsi nəzərdə tutulmuş başqa əmlakın üzərinə həbs qoymalı, həmin əmlakın dəyəri ilə istifadə edilmiş, özgəninkiləşdirilmiş və ya sair səbəbdən dövlət nəfinə alına b ilinməyən əmlakın dəyəri arasında bərabərliyi gözləmək üçün zəruri olduğu hallarda müsadirə olunmalı əmlakın dəyərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə ekspertizası təyin etməlidir. Xüsusi müsadirə cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun izah və tövsiyələr həmçinin “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 70-84-cü bəndlərində verilmişdir. Bu Qərarda həmçinin nəzərdə tutulur ki, cinayət-hüquqi tədbir kimi xüsusi müsadirə tətbiq edilməzdən əvvəl buna əsas ola bilən bütün sübutlar tam, hərətərfli və obyektiv araşdırılmalı, həmin sübutlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilməli, xüsusən müsadiryə mər uz qalası əmlakın əldə edilməsi, özgəninkiləşdirilməsi halları, yoxlanılmalı və yalnız bundan sonra qeyd edilən tədbirin tətbiq edilib-edilməsi barədə qanuni və əsaslandırılmış qərar qəbul edilməlidir. Hazırki cinayət işinin materiallarından, o cümlədən birinci və apellyasiya instansiyası məhkəmələrinin apardıqları araşdırmaların nəticələrindən və bu iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından mübahisəli əmlakın - ünvan 2 ünvanında yerləşən mənzil və “Hyundai Sonata” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, 189499 mühərrik nömrəli, KMHEU41FP9A591709 ban nömrəli minik avtomobilin xüsusi müsadirəsi ilə bağlı yuxarıda şərh olunan tələblərə, hüquqi mövqeyə, izah və tövsiyələrə əməl olunmaması görünmür. Məhkum1 barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə və cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan işin digər hallara uyğun olmaması barədə müdafiəçi S.N.İsayevin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalıdır. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında əksini tapmış hüquqi mövqeyi və Azərbaycan Respublikas ı Ali Məhkəməsi Plenumunun məhkəmələrə ünvanlanmış tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmadan təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətsiz və qanunsuz hesab edilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhru miyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsi n islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müs təsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 349.5-ci maddəsinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci madd əsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət hüquqi tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağ ırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olar aq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəti cəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzaslarından görünür ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəli liyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021- ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkum1 barəsindəki birinci instansiyası məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyas ı məhkəməsinin yekun məhkəmə aktlarından görünür ki, məhkəmə Məhkum1 həm ayrı-ayrılıqda CM-nin 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 178.2.3, 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 311.3.2, 311.3.3, 32.4,312.2, 313 və 32.4,313-cü maddələri ilə, həm də cinayətlərin məcmusu üzrə cəza təyin edərkən, onun törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ikinci qrup əlil olmasını CM-nin 59.2-ci madəsinin tələblərinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirməklə həm bu halları, həm də iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi kifayət qədər humanstlik və ədalətlilik nümayiş etdirərək Məhkum1 onun təqsirli bilindiyi maddələr lə həmin maddələrin sanksiyaları hədlərində cəza təyin etmiş, təyin olunmuş cəzaları qismən toplayarkən və qəti cəzanın müddətini müəyyən edərkən isə ağlabatan hədləri aşmamışdır. Bununla belə, məhkəmə kolleiyası yuxarıda göstərilən əsaslarla Məhkum1 əməlində rüşvət verməyə təhrik etmə cinayətinin tərkibinin olmamasını, onun CM-nin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair hissədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayə Kollegiyasının 25 may 2022-ci il tarixli qərarının və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli hökmünün ləğv edilərək cinayət işi üzrə icraata bu hissədə xitam verilməli olmasını nəzərə alaraq kassasiya şikayətinin qismən təmin edilməklə ona CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmi ş azadlıqdan məhrum etmə cəzasının da müddətinin azaldılmasını mümkün bilir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqqında müdafiəçi S.N.İsayevin və Məhkum1, həmin şikayətinin təmin edilməməsi haqqında isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib yuxarda göstərilənlərə əsaslanaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum1 CM-nin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair hissədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli qərarı və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli hökmü ləğv edilməli və həmin hissədə CPM-nin 39.1.2-ci maddəsinə əsasən, yəni əməlində rüşvət verməyə təhrik etmə cinayətinin tərkibi olmadığına görə cinayət işi üzrə icraata xitam verilməli, Məhkum1 CM-nin 66.3-cü maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti isə azaldılmalıdır. Şərh oluanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.3 və 419.10.4-cü maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kasassiya şikayəti qismən təmin edilsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 178.2.3, 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 311.3.2, 311.3.3, 32.4,312.2, 313 və 32.4,313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci i il tarixli qərarı də yişdirilsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair hissədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci i il tarixli qərarı və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli hökmü ləğv edilsin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, yəni onun əməlində bu rüşvət verməyə təhrik etmə cinayətinin tərkibi olmadığına görə barəsindəki cinayət işi üzrə icraata həmin hissədə xitam verilsin. Məhkum1 CM-nin 66.3-cü maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti isə 8 (səkkiz) il 6 (altı) ayadək endirilsin. Qərar kassasiya şikayətinə münasibətdə qa

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar