Məhkəmə qərarları › İş №1(102)-2013/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2013/2025

30.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2013/2025 30.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X4 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2024-cü il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi ü zrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X6, hakimlər X8 və X2 ibarət tərkibdə) 27 mart 2024-cü il tarixli hökmü ilə xx.xx.1997-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, halhazırda 02 saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 1 0 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 21 fevral 2023-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə) 1(103)-1015/2024 saylı 13 iyun 2024-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-677/2024 saylı, 27 mart 2024-cü il tarixli hökmü olduğu kimi saxlanmışdır. Həmin qərardan məhkumun müdafi əçisi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə qarşı etiraz və dövlət ittihamçısı tərəfindən kassasiya protesti daxil olmamışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan Sahil adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum Sahil adlı şəxsin sifarişi ilə gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Bak ı şəhəri, Qaradağ rayonu ərazisində gizlətdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda - 06 kq 875,271 qram çəkidə narkotik vasitə heroini və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr"-in İİ siyahısına daxil olan külli miqdarda - təsiredici maddəsinin ümumi miqdarı 180 qram olan 4500 ədəd metadon həbini həmin yerdən qanunsuz əldə etmiş, əldə etdiyi narkotik vasitə heroinin bir hissəsini və metadon həblərini yaşadığı ünvan 2 ünvanına daşıyaraq həmin mənzildə saxlamış, narkotik vasitə heroinin qalan hissəsini isə üzərində saxlamaqla, yaşadığı mənzilin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 21 fevral 2023-cü il tarixdə, saat 01:30-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 03:40-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 7,071 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 21 fevral 2023-cü il tarixdə, saat 05:40-dan Məhkum razılığı və iştirakı ilə yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman evin mətbəxindəki saxlanc yerindən satış məqsədi ilə qanunsuz olaraq ə ldə edib saxladığı 08 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 788,7 qram, 985,7 qram, 993,0 qram, 852,9 qram, 959,3 qram, 961,6 qram, 647,3 qram və 679,7 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 6868,2 qram olan narkotik vasitə heroin, 450 ədəd konvalyutda ümumi sayı 4500 ədəd olan, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda - 180 qram olan narkotik vasitə metadon həbi və üzərində heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da o, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi6 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətində B akı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarının qərarının ləğv edilməsini və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş edilmişdir. Məhkum 30 oktyabr 2025-ci il tarixdə cəza çəkdiyi 2 saylı Cəzaçəkmə Müəssisəsindən Azərbaycan Respublikası Ali Məhkəməsin Cinayət kollegiyasına ərizə ilə müraciət edərək müdafiəçisi Müdafiəçi6 Səfərəli qızı tərəfindən verilmiş kassasiya şikayətinə baxılmadan geri götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının verilmiş ərizəyə münasibətdə etirazının olmadığını, məhkumun hüququ olduğunu bildirərək təmin edilməsinə dair çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, A zərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayəti Məhkum özünün ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar