Məhkəmə qərarları › İş №1(102)-2025/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2025/2025

30.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2025/2025 30.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X18 iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağdam Rayon Məhkəməsinin 4 aprel 2023-cü il tarixli, 1(013)-06/2023 nömrəli hökmü ilə (hakim Mahir Niftəliyev) 9 fevral 1962-ci ildə Ağdam rayonunun Umudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, cinayət hadisəsi vaxtı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Ağdam Rayon Məşğulluq Mərkəzinin direktoru işləmiş, hazırda işləməyən, məhkum olunmamış, Ağdam rayonunun Umudlu kəndində qeydiyyatda olan, Bərdə rayonu 588 saylı qəsəbə bina 13 mənzil 13-də yaşayan, Məhkum Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən bir il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə t utma hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzanın saxlanılması, ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi, davranışına nəzarətin icra və probasiya şöbəsinə həvalə edilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hökmün icrasının Ağdam Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Gəncə Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X45 (sədrlik edən və məruzəşi), X32 və X1 ibarət tərkibdə) 1(104)-15/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Ağdam Rayon Məhkəməsinin 4 aprel 2023- cü il tarixli hökmü dəyişdirilməklə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar Ağdam Rayon Məhkəməsinin 4 aprel 2023-cü il tarixli, 1(013)-06/2023 nömrəli hökmündən və həmin hissə Məhkum ittihamından xaric edilmişdir. Ağdam Rayon Məhkəməsinin 4 aprel 2023-cü il tarixli, 1(013)-06/2023 saylı hökmündən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cəza təyin edilməsi və Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən həmin cəzanın Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə qəti cəzanın müəyyən edilməsi barədə müddəalar çıxarılmışdır. Ağdam Rayon Məhkəməsinin 4 aprel 2023-cü il tarixli, 1(013)-06/2023 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 1 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsi, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təyin edilmiş 2 ( iki) il azadlıqdan məhrum etmə cəzasına münasibətdə nəzərə alınması qərara alınmışdır. İşin halları: Hökmə əsa sən Məhkum Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 28 aprel 2011-ci il tarixli, 09/11-417 saylı əmrlə Ağdam Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilməklə 7 fevral 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanununun 6, 22, 36.7 və 40-2-ci maddələrinə əsasən satınalan təşkilatın rəhbəri kimi dövlət büdcəsi vəsaitləri hesabına malların alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı satınalmanın şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında keçirilməsini, təsdiq edilmiş satınalma planına uyğun olaraq iddiaçıların təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqələrin (te nder və kotirovka sorğusu) müəyyən olunmuş prosedura uyğun təşkil olmasını təmin etmək, satınalmanın təşkil olunması üçün tender komissiyasını formalaşdırmaq, tenderin əsas şərtlər toplusunun hazırlanmasını, tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanının dərc olunmasını və malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvətlər göndərilməsini təmin etmək, iştirakçılar tərəfindən verilmiş təkliflərin öyrənilməsi, müqayisəli qiymətləndirilməsi ilə ixtisas göstəriciləri uyğun gəlməyən, yəni satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmayan iddiaçıların tende rdə iştirakdan edilməsini təmin etmək, tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli və ən aşağı qiymət təklif edən malgöndərənlə müqavilə bağlamaq, müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlamaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu Dövlət Məşğulluq Xidmətinin şəxsiyyətləri istintaqa məlum olmayan rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus olmaqla onlara etibar e dilmiş əmlakı israf etmə yolu ilə talamaq və xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib həmin şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində Ağdam Rayon Məşğulluq Mərkəzində iş axtaran şəxs kimi qeydiyyata alınmış 30 nəfər şəxsin biznes planlarının həyata keçirilməsi üçün «Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016- cı il tarixli 1941 nömrəli sərəncamına əsasən Ağdam Rayon Məşğulluq Mərkəzinə ayrılmış 143371 (bir yüz qırx üç min üç yüz yetmiş bir) manat məbləğində pul vəsaiti həmin vaxt Azərbaycan Respublikası Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin istintaqla şəxsiyyəti araşdırılan vəzifəli şəxsləri tərəfindən 2017-ci ilin fevral ayında Bakı şəhərində istintaqla müəyyən edilməyən ünvanda tamah və üçüncü şəxslər qarşısında nüfuz qazanmaq, özünü rəhbərlik qarşısında işgüzar və bacarıqlı işçi kimi göstərmək niyyəti ilə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədlər hesab edilən 47905 (qırx yeddi min doqquz yüz beş) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Ağdam Rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC, 47170 (qırx yeddi min bir yüz yetmiş) manat məbləğində maddi aktivlərin alınm ası üzrə guya Ağdam Rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC, 48296 (qırx səkkiz min iki yüz doxsan altı) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Ağdam Rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC olması barədə 2017-ci ilin fevral ayında Ağdam Rayon Məşğulluq Mərkəzinə yuxarıda adları göstərilən hüquqi şəxslərlə özü arasında bağlanaraq göndərdiyi xx.xx.2017 və xx.xx.2017ci il tarixli müqavilələri, kotirovka sorğusunun nəticələri haqqında xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli yekun protokolları və digər sənədləri şəxs iyyətləri istintaqla araşdırılan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin vəzifəli şəxslərinin yanında özünü sədaqətli işçi kimi göstərib hörmət qazanmaqla özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə guya özünün 25 noyabr 2016-cı il tarixli, 269 nömrəli əmri ilə həmin mərkəz üzrə yaradılmış satınalma komissiyasının cinayətdən xəbərsiz olan üzvləri X28, X29 və X19 tərəfindən Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Ağdam Rayon Məşğulluq Mərkəzinin inzibati binasında həmin kotirovka sorğuları üzrə təkliflərin müzakirə olunması və "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin həmin kotirovka sorğularının qalibi olmaları barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş həmin saxta sənədlərin imzalanmasını təşkil etdikdən sonra, xidməti otağında öz imzası və Mərkəzin möhürü ilə təsdiq edərək faktiki olaraq maddi aktivlərin alınması ilə bağlı heç bir kotirovka sorğusu keçirmədən, yuxarıda adı qeyd edilən hüquqi şəxslərin faktiki olaraq satınalma müqavilələrində göstərilən maddi aktivləri vermək imkanını, o cümlədən, əmlakının olubolmamasını, texniki və maliyyə imkanlarını və digər ixtisas dərəcələrini yoxlamadan xx.xx.2017-ci iltarixli ödəniş tapşırığı ilə "xxxx" MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan AZ10AMRA******************** nömrəli hesabına 47170 (qırx yeddi min bir yüz yetmiş) manat, 06 mart 2017-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan AZ26AMRA******************** nömrəli hesabına 47905 (qırx yeddi min doqquz yüz beş) manat, xx.xx.20 17-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan AZ76AMRA******************** nömrəli hesabına 48296 (qırx səkkiz min iki yüz doxsan altı) manat, ümumilikdə üç hüquqi şəxsin hesabına cəmi 143371 (bir yüz qırx üç min üç yüz yetmiş bir) manat məbləğində pul vəsaitinin köçürülməsini təmin edib, faktiki olaraq satınalma müqavilələrində göstərilən üç nəfər şəxsə 14584 manat məbləğində maddi aktivlərin tam verilməsini təmin etməsinə baxmayaraq, 27 nəfərə nəzərdə tutulmuş maddi aktivlərin tam verilməsini təmin etməyən, qeyd edilən hüquqi şəxsin adından heç bir səlahiyyəti olmadığı halda X8, X36 və X9 2017-ci ilin mart ayı ərzində Bərdə, Tərtər və Ağcabədi rayonları ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazardan, fərdi satıcıla rdan aldıqları mal-qaranı, arıçılıqla və quşçuluqla məşğul olmaq üçün zəruri olan ləvazimatları Ağdam Rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyata alınmış X3 3650 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4950 manat dəyərində maddi aktivlər verilməsi, X2 4200 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4940 manat dəyərində maddi aktivlər verilməsi, X10 3600 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4940 manat dəyərində maddi aktivlər verilməsi, X20 4000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5025 manat dəyərində maddi aktivlər verilməsi, X11 3200 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4422 manat dəyərində maddi aktivlər verilməsi, X4 3000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4422 manat dəyərində maddi aktivlər ve rilməsi, X5 1600 manat dəyərində maddi aktivlər verildiyi halda guya 2000 manat dəyərində maddi aktivlər verilməsi, X30 4200 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4952 manat dəyərində maddi aktivlər verilməsi, X6 3500 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4952 manat dəyərində maddi aktivlər verilməsi, X21 3600 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4952 manat dəyərində maddi aktivlər verilməsi, X12 3430 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4952 manat dəyərində maddi aktivlər verilməsi, X13 3600 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4952 manat dəyərində maddi aktivlər verilməsi, X22 3800 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4952 manat dəyərində maddi aktivlər verilməsi, X23 3300 manat dəyərində maddi aktivl ər verildiyi halda guya 4952 manat dəyərində maddi aktivlər verilməsi, X41 3950 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4952 manat dəyərində maddi aktivlər verilməsi, X7 3600 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4952 manat dəyərində maddi aktivlər verilməsi, X33 3600 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4952 manat dəyərində maddi aktivlər verilməsi, X14 4600 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4952 manat dəyərində maddi aktivlər verilməsi, X46 4800 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4816 manat dəyərində maddi aktivlər verilməsi, X15 3600 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4816 manat dəyərində maddi aktivlər verilməsi, X34 3500 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4816 manat dəyərində maddi aktivlər verilməsi, X31 4000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4816 manat dəyərində maddi aktivlər verilməsi, X24 4000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4816 manat dəyərində maddi aktivlər verilməsi, X16 4300 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4816 manat dəyərində maddi aktivlər verilməsi, X25 4350 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4816 manat dəyərində maddi aktivlər verilməsi, X37 3500 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4952 manat dəyərində maddi aktivlər verilməsi, X35 4600 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4952 manat dəyərində maddi aktivlər verilməsi barədə şəxsi niyyətlə, yəni törətdiyi cinayəti pərdələmək, cinayətin iştirakçılarını məsuliyyətdən kənarlaşdırmaq məqsədilə məz mununa Ağdam Rayon Məşğulluq Mərkəzinin inzibati binasında bilə-bilə yalan məlumatlar daxil etdiyi aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi barədə 05 aprel 2018-ci il tarixli aktların öz imzası və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Peşə hazırlığı üzrə sektor müdiri vəzifəsində işləyən X17 imzası ilə təsdiqlənməsini təşkil edib həmin hərəkətləri ilə 27 iş axtaran şəxsə maddi aktivlərin verilməsi üçün ayrılmış 128787 (bir yüz iyirmi səkkiz min yeddi yüz səksən yeddi) manat məbləğində vəsaitdən faktiki olaraq 101080 (bir yüz bir min səksən) manat məbləğində maddi aktivin verilib qiymətlərin şişirdilməsi ilə 27707 (iyirmi yeddi min yeddi yüz yeddi) manat məbləğində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə məxsus olmaqla onlara etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olduğu qeyriləri ilə bir qrup şəxs qismində vahid niyyətlə israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında həmin hərəkətləri ilə məşğulluğun müəyyən olunmuş standartlar üzrə təmin edilməsi, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərlə (podratçılarla) bərabər rəqabət mühitinin yaradılması sahəsində dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərir ki, istə r ibtidai istintaqda, istərsə də məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, cinayət işi materiallarında olan işin faktiki hallarına və bir sıra qanunvericilik aktlarına istinadlar edilərək göstərilmişdir. Məhkum CM-nin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutlmuş cinayət əməlini törətməsini məhkəmə araşdırması zamanı təsdiqlənmədiyini və məhkəmə qərarlarının heç bir mötəbər sübuta əsaslanmadığını bildirmişdir. Şərh olunanlara əsasən, Məhkum Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-15/2024 nömrəli, 21 may 2024 tarixli qərarının ləğv edilməsini və əməlində cinayət tərkibi olmadığından onunla bağlı cinayət işinə bəraət verici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını əlaqəli şəkildə öyrənib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellya siya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərba ycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli, məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm v əzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əl amətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadl ıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edil miş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və t əqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində Məhkum CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirlilik məsələsi mübahisələndirildiyindən məhkəmə kollegiyası həmin əmələ münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntuya yol verməmiş, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bi linməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında əsaslı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3 və 179.2.4-ci maddələri ilə tövsif edilməsi və onun bu maddə il ə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların, həmçinin məhkəmə istintaqı ilə keçirilməməklə toplanmış sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda həmin sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb hesab etmişdir ki, apellyasiya şikayətində irəli sürülm üş iddianın əksinə olaraq, Məhkum təsvir edilmiş cinayətkar hərəkəti törətməsi, yəni mənimsəmə və israf etmə, təqsirkara etibar edilmiş özgə əmlakını talama Cinayət-Prosessual Məcəlləsinin 143-146cı maddələrinə uyğun şəkildə tədqiq və təhlil edilmiş, yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Mehman Həsənovun Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4 -ci maddələri ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli düzgün olaraq Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-ci maddələri ilə tövsif edilmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Məhkum Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə məxsus olmaqla onlara etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olduğu qeyriləri ilə bir qrup şəxs qismində vahid niyyətlə israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında həmin hərəkətləri ilə məşğulluğun müəyyən olunmuş sta ndartlar üzrə təmin edilməsi, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərlə (podratçılarla) bərabər rəqabət mühitinin yaradılması sahəsində dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş sübutlarla təsdiq olunmuş, müdafiə tərəfi onların qəbul olunmasının yolverilməzliyini iddia etsə də, bunu hər hansı bir halla əsaslandıra bilməmişdir. Məhkumun müvafiq məzmunlu iddiası hər hansı sübuta və fakta deyil, yalnız bəsit formalı subyektiv mülahizəyə əsaslanmışdır. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasə n qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum mənimsəmə və ya israf etmə əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyinin tam sübuta yetirilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların, o cümlədən şahid ifadələrinin müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-ci maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötə bərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi aşağı instansiya məhkəmələri tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, onun əməlini Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kolle giyası apellyasiya instansiyası məhkəməsinin şəxsin CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli olması barədə mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkumun Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün toplanmış sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, düzgün hüquqi nəticəyə gəlmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu nun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Məhkumun ona qarşı CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyil, kassasiya şikayətinin bu barədə dəlilləri hər hansı hüquqi əsasa toxunmayan dəlillər olmaqla, cinayət işi üzrə qanuni surətdə toplanaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam təkzib olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar hazırki iş üzrə mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər t utaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar