Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2041/2025 19.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Zaur Nazim oğlu Hüseynovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 1(106)-1055/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətin ə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Esmira Məmmədova (sədrlik edən və məruzəçi), Nahid Hüseynov və Neymət Məmmədov) 4 oktyabr 2024-cü il tarixli, 1(099)586/2024 nömrəli, hökmü ilə xx xxx 1968-ci ildə Bərdə rayonunun Darğalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, fərdi qaydada əməklə məşğul olan (usta-fəhlə), Bərdə rayonu, Darğalar kəndində qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.3-cü maddəsi ilə təqsirli bilinərək, ona 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkm əsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, Məhkum 15 yanvar 2024-cü il tarixdə, saat 19:30 radələrində idarə etdiyi “Vaz-21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə stansiyası Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu, Qaravəlli kəndi ərazisindən keçən 82- ci kilometrliyində 80 km/saat sürətlə Mingəçevir şəhəri istiqamətində hərəkətdə olarkən "Yol Hərəkəti Haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni, sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqə ti daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, qarşıda yolun hərəkət hissəsində dayanmış piyadaları və qarşıdan əks istiqamətdə avtomobilin yaxınlaşmasını nəzərə alaraq avtomobili piyadalara çatmadan saxlamalı olduğu halda bunu etməyərək, avtomobilinin qabaq sağ tərəfi ilə yolun sağ kənarından ortaya doğru 0,6 metr məsafədə dayanmış X4 vurmuş, daha sonra ondan iki metr qarşıda yolun sağ kənarından sola doğru 1,6 metr məsafədə dayanmış X1 avtomobilinin qabaq tərəfi ilə vurmuş, avtomobil istiqamətini dəyişərək əks hərəkət yoluna çıxıb, qabaq sol tərəfi ilə qarşıdan gələn Şahid1 Bəxtiyar oğlunun idarə etdiyi “Mercedes-Benz Actros yük” markalı, 99- TN-798 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol təkərindən yolun orta xəttindən sola doğru 0.4 metr məsafədə t oqquşmuş, nəticədə ehtiyatsızlıqdan Elşən Abdullayevin baş beyin sağ yarımkürəsi üzərinə yayılmış qansızma, sağ təpə və ənsə sümüklərinin xətti sınığı, sağ bud sümüyünün orta üçdə birinin qapalı sınığı, sol baldır sümüklərinin yuxarı üçdə birinin qapalı sınığı, başın sağ təpə nahiyəsində əzilmiş yara, sol üst göz qapağında qançır, sağ iç topuqda səthi əzilmiş yara, sağ budun arxa səthində qançır, sağ əlin arxa səthində sıyrıqlar ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən həmin gün Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında ölməsinə, Rəfael Kərimovun baş beyin sağ və sol yarımkürəsinin üzərində yayılmış qansızmalar ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, aldığı xəsarətlər dən 24 fevral 2024-cü il tarixdə yaşadığı evdə ölməsinə, yəni iki nəfər şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Pərviz Hacıyev (sədrlik edən və məruzəçi), Elçin Xasməmmədov və Aytən Novruzova) 19 dekabr 2024-cü il tarixli, 1(106)-1055/2024 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 oktyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 1(106)-1055/2024 nömrəli qərarının ləğv edilməsi və ona təyin olunmuş cəza müddətinin endirilməsi və məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar qə bul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, baş verən yol-nəqliyyat hadisəsinin törədilməsinin qarşısını almaq üçün əlindən gələn qədər çalışmış, hətta idarə etdiyi avtomobilin sol hissəsini qarşıdan gələn yük avtomaşınına tərəf çevirmiş, hadisə zamanı yük avtomobilinin və təcili yardım avtomobilinin sürücülərinin də onunla birlikdə təqsirləri olduqlarını qeyd etmişdir. O, hər iki zərərçəkmiş şəxslərin (mərhumların) hüzur mərasimlərində iştirak etmiş, məzar daşlarının düzəldilməsində və Rafael Kərimovun müalicəsinə əlindən gəldiyi qədər kömək etmişdir. Həmçinin, hər iki zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışıq ərizəsi olduğunu, barəsində zərərçəkmiş şəxslərin hüquqi varislərinin ona qarşı şikayət və tələblər inin olmadığını bildirmişdir. Hadisədən sonra psixi sarsıntı keçirdiyini, 57 yaşı olduğunu, əvvəllər məhkum olunmadığını, fəhləlik edərək ailəsinin və övladlarının təminatını ödədiyini, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunduğunu qeyd etmişdir. Baş verən hadisə barədə 102 qaynar xəttinə özü məlumat verdiyini, hadisəni ehtiyatsızlıqdan törətdiyini, hadisənin baş verməməsi üçün əlindən gələn bütün tədbirləri gördüyünü və ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunduğu üçün ailəsinin durumunun aşağı vəziyyətə düşdüyünü, ailə üzvlərinin psixoloji sarsıntı keçirdiklərini bildirmişdir. Həmçinin, Qarabağ torpaqlarında gedən quruculuq işlərində usta və fəhlə kimi əlindən gələni əsirgəmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillər ini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Məhkum əməlinə dai r məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə iləı tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində əməlin tövsifi mübahisə predmeti olmamışdır. Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası öz ağırlığına görə onun şəxsiyyətinə, ailə vəziyyətinə və işin ha llarına uyğun gəlmir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarı n şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun zərərçəkmiş şəxslərin yaxın qohumları o lan hüquqi varisləri ilə barışıq əldə etməsini, onlara maddi yardım göstərməsini, zərərçəkmiş şəxslərin hüquqi varislərinin ona qarşı heç bir şikayət və tələblərinin, mülki iddialarının olmamasını, özünü təqsirli bilərək səmimi peşmançılıq çəkməsini, yaşını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkumun cəzasını yüngülləşdirən yuxarıda sadalanan halların mövcudluğu cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Bununla məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, məhkuma 4 (dörd) il m üddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə, CM-in 59.1.8, 59.1.10–59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən halların mövcud olduğu və cəzanı ağırlaşdıran halların olmadığı təqdirdə, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ağır cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsi rli bilindiyi Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə əsasən, Məhkum təyin edilə biləcək azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 7 (yeddi) il 6 (altı) ay təşkil edir. Yuxarıda qeyd olunan cəza təyin etməni tənzimləyən cinayət-hüquq normalarından göründüyü kimi, cəza yalnız məhkumun islah edilməsinə və yeni cinayətlərin qarşısının alınmasına deyil, eyni zamanda sosial ədalətin bərpasına xidmət etməlidir. Sosial ədalətin bərpası isə zərərçəkmiş şəxslərə münasibətdə cinayət nəticəsində pozulmuş hüquqların və qanuni mənafelərin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman təyin olunan cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərinin həcmini, habelə hüquq və azadlıqlarının məhdudlaşdırılmasının zərərçəkmiş şəxsə vurulmuş zərərlə mütənasibliyini təmin etməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmələr cinayət işinin hallarını və məhkumun şəxsiyyətini düzgün müəyyən etsələr də, cəza təyin edilərkən bu halları kifayət qədər nəzərə almamış, bununla da Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə tam riayət etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.1 və 58.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, Məhkum zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmasını, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, habelə yuxarıda sadala nan cəzanı yüngülləşdirən digər halların mövcudluğunu, onun cinayəti ilk dəfə və ehtiyatsızlıqdan törətməsini nəzərə alaraq, məhkuma təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş sanksiyanın aşağı həddində cəza təyin edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, Məhkum kassasiya şikayətinin dəlilləri təmin olunmalı, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 1(106)-1055/2024 nömrəli qərarı dəyişd irilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 1(106)-1055/2024 nömrəli qərarı dəyişdirilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 oktyabr 2024-cü il tarixli, 1(099)586/2024 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 4 (dörd) il müddətinə nəqliyyat vasi tələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Cəzasını Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində çəksin. Hökm və qərar qalan hissədə dəyişdirilməsin.
Məhkəmə qərarları › İş №1(102)-2041/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2041/2025
19.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver