Məhkəmə qərarları › İş №1(102)-2042/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2042/2023

16.11.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2042/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli, 1(107)-23/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx.xx.1991-ci il tarixdə Şəki rayonu, Aşağı Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Şəki rayonu, Aşağı Göynük kəndində qeydiyyatda olmаqlа həmin ünvаndа yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qəsdən, tamah niyyəti və özgə əmlakını gizli yolla talama məqsədi ilə saxlanc yeri olan qаynаqçı sexinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgə əmlakını talama cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və vаhid niyyətlə əhаtə olunаn qəsdlə özgə əmlakını gizli yolla talama məqsədi ilə 08 iyun 2022-ci il tarixdə, saat 23 radələrində Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən həmin kənd sakini Şahid3 məxsus saxlanc yeri hesab edilən qаynаqçı sexinə və həmin sexdə yerləşən yarımtikiliyə qаpının аçıq olmаsındаn istifаdə edərək qanunsuz içəri daxil olmаqlа Şəki rayonu, Baş Göynük kənd sakini Zərərçəkmiş şəxs həmin sexə gətirib orаdа təmir etdiyi «Kаmаz55111» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 1 ədəd istifadə olunаn 600 manat dəyərində olan su radiatorunu, üzərində dəmir diskləri olan, hər birinin qiyməti 200 manat olmaqla 400 manat dəyərində işlənmiş 2 ədəd təkərləri, həmçinin həmin sexin həyətində sаxlаnılаn «Kаmаz-551 11» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən 1 metrdən 1,8 metrə qədər olаn müxtəlif ölçülərdə 15 ədəd ümumi uzunluğu 20 metr olаn əyləc sisteminə bağlanmış 200 manat dəyərində mis boruları, avtomobilin ön hissəsində olan 10 metr uzunluğunda, 300 manat dəyərində naqilləri, avtomobilin körpüsünün (ramanın) arasında olan, akkumulyatordan avtomobilin mühərrikinə doğru uzаnаn 3,5 metr uzunluğunda 55 manat dəyərində naqilləri, cəmi 1555 (bir min beş yüz əlli beş) manat dəyərində əmlаkını tаlаyаrаq oğurlаmışdır.

3. Şəki Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 1(075)-100/2022 nömrəli hökmü ilə (sədrlik edən hakim X7) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutumuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 02 (ik i) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum ibtidai istintaq zamanı tutularaq 21 iyun 2022-ci il tarixdən 23 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki günün təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından dərhal həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək saxlanılması, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 19 oktyabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin maddi sübutl ar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Birinci instansiya məhkəməsinin həmin hökmündən Azərbaycan Respublikası Baş prokurorunun müavini,2-ci dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxs Məhkum, onun müdafiəçisi X4 və Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli, 1(107)-23/2023 nömrəli qərarı ilə (hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X8 və X1 ibarət tərkibdə) təqsirləndirilən şəxs Məhkum, onun müdafiəçisi X4 və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Azərbaycan Respublikası Baş prokurorunun müavini, 2-ci dərəcəli dövlət ədliyyə müşavir i Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 1(075)-100/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilməsi, Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum ibtidai istintaq zamanı tutularaq 21 iyun 2022-ci il tarixdən 23 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki günün təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməsi, hö kmün baxılmış apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibtədə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli, 1(107)-23/2023 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Kassasiya şikayətinin dəlilləri qismində məhkumun barəsində olan yüngülləşdirici hallar (zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmaması, himayəsində yaşlı anasının və azyaşlı övladının olması, anasının onkoloji xəstə olması və.s) sadalayaraq, kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli, 1(107)-23/2023 nömrəli qərarının ləğv edilməsini və barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

9. Qərardan dövlət ittihamçısı kassasiya protesti verməmişdir. III.Proses iştirakçılarının çıxışları:

10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şiayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Pro sessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

15. Məhkum kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarı ilə ona cəza təyin edilərkən onun məsuliyyətini yüngülləşdirən (zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmaması, himayəsində yaşlı anasının və azyaşlı övladının olması, anasının onkoloji xəstə olması və.s) halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməs i haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPMin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli, 1(107)-23/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş ş əxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

18. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsir karın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

21. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

22. Cinayət qanunun da göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

23. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə c inayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

24. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

25. Belə ki, Məhkum barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb, əksinə məhkumun cəzasının yüngül olması, ona təyin edilmiş cəzanın onun şəxsiyyətin ə və törətdiyi cinayətin xarakterinə uyğun olmaması barədə apellyasiya protestinin dəlilləri ilə razılaşaraq Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Şəki Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 1(075)-100/2022 nömrəli hökmü ilə təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasını dəyişdirərək, ona 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab etmişdir.

26. Apellyasiya məhkəməsi apellyasiya protestinin dəlilləri ilə razılaşıb məhkumun cəzasını ağırlaşdırarkən ona əsaslanmışdır ki, Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab etmişdir ki, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasın da nəzərdə tutulan 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və əsaslı olmaqla cinayət qanunvericiliyinin tələblərinə uyğundur.

27. Belə ki, "8 noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci hissəsinə əsasən, əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür.

28. Qeyd olunan qərardan göründüyü kimi, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin cəzaları azaldıldıqda deyil, onlar cəzanı çəkməkdən tam azad edilərkən üzərlərindən məhkumluq götürülür.

29. İş materiallarında olan Şəki rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, məhkəmə özü amnistiya qərarının 7-ci bəndini deyil, 4-cü bəndini tətbiq etməklə Məhkum Şəki rayon məhkəməsinin 18 oktyabr 2019 -cu il tarixli hökmü ilə ona təyin edilmiş iki il səkkiz ay müddətə azadlıqdan məhrumetmə cəzası 06 ay müddətə azaldılmış, cəzanın qalan hissəsini isə sadəcə çəkib qurtardığı üçün cəzaçəkmə müəssisəsindən azad edilmişdir.

30. Belə olan halda isə Məhkum üzərindən məhkumluq götürülə bilməz və o, məhkumluğu olan şəxs hesab edilməli idi.

31. Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və qəbul edilmiş qərarın qanuni və əsaslı olmasını hesab edir.

32. Bundan əlavə, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Şəki Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmamış, əksinə təyin edilmiş cəzanın həddən artıq yüngül olmasına dair apellyasiya protestinin dəlilləri ilə razılaşaraq birinci instansiya məhkəməsinin hökmünü cəza təyini hissəsində dəyişdirərək, onun cəzasının ağırlaşdırılması qənaətinə gəlmişdir.

33. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar k imi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

34. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət - prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

35. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

36. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli, 1(107)-23/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda qeyd edilənlərə ə saslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli, 1(107)-23/2023 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar