Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-205/2019 18.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və Fərhad Kazım oğlu Əliyevdən ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X36, həmçinin, Məhkum4 və onun müdafiəçisi S6, Məhkum1 müdafiəçisi X3, Məhkum2 müdafiəçisi Müdafiəçi1, Məhkum3 müdafiəçisi Müdafiəçi2 və mülki iddiaçı- "xxxx" QSC-nin nümayəndəsi X4 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 308.2, 309.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, CM-in 179.3.1, 179.3.2 və 309.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum3, CM-in 179.3.1, 179.3.2, 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2, CM-in 179.3.1, 179.3.2 və 309.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum4 və qeyrilərinin barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2017-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi L6, Məhkum2 müdafiəçisi Müdafiəçi1, Məhkum4 və müdafiəçisi S6, Məhkum3 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikay ətlərinə və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim Əfqan Hacıyev, hakimlər Fikrət Qəribov və Zeynal Ağayevdən ibarət tərkibdə), Məhkum1, xx xxxxxxx 1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" Açıq Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, ev 130, mənzil 7-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 383 №-li bağ evində yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 308.2, 309.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 179.3.1 və 179.3.2-ci maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 308.2ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 309.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 313-cü maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüquqund an məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları əsas cəza ilə, əlavə cəzaları əlavə cəzalar ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcının 04.12.2015-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişd irilməməsi, Məhkum2, 07 mart 1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, «Bakı Fındıq Emalı Müəsissəsinin» direktoru vəzifəsində işləmiş, hazırda işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2011-ci il tarixli hökmünə əsasən CM-nin 179.3.2 və 313cü maddələri ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək həmin iş üzrə həbsdə saxlandığı müddət bu cəzadan çıxılmaqla üzərində şərti olaraq 8 il 4 ay 10 gün azadlıqdan məhrum etmə cəzası saxlanılaraq bu cəzaya CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilən cəza 4 il sınaq müddəti ilə şərti hesab edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X144 küçəsi, 2-ci dalan, 2 №-li bağ evində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 4-A, mənzil 28-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 228.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 179.3.1, 179.3.2-ci maddələri ilə barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 03 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.4-cü maddəsi ilə 01 (bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq, əlavə cəzanı əsas cəzaya bi rləşdirmək yolu ilə üzərində qəti olaraq 03 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2011-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 04 (dörd) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzasına 04 (dörd) il sınaq müddəti ilə şərti məhkum edilməsinin CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilməsi, həmin hökm üzrə çəkilməmiş qalan 08 (səkkiz) il 04 (dörd) ay 10 (on) gün müddət azadlıqdan məhrum etmə cəzasının CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qə ti olaraq 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və hazırki cinayət işi üzrə həbsdə olduğu 01 (bir) il 21 (iyirmi bir) gün CMnin 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində 03 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 11 (on bir) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilməsi, hökm qanuni qüvvəyə minə nədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 14 oktyabr 2016-cı il tarixdən hesablanması, Məhkum4, 24 dekabr 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 2 nəfər azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər "xxxx" Açıq Səhmdar Cəmiyyətin Nərimanov filialının direktoru vəzifəsində işləmiş, hazırda AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, ev 14, mənzil 1-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, ev 10, mənzil 1-də yaşayan, barəsində «polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 və 309.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 179.3.1 və 179.3.2-ci maddələri ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 309.2-ci maddəsi ilə 03 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilən əsas cəzanı əsas cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 03 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ba rəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilən azadlıqdan məhrumetmə cəzasının 03 (üç) il sınaq müddəti ilə şərti hesab edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməsi, Məhkum4 davranışı üzərində nəzarət onun daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Yasamal rayon İcra şöbəsinə həvalə edilməsi, Məhkum4 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, Məhkum3, 15 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 3 nəfər uşağı olan, ali təhsilli, "xxxx" Məhdud Məsul iyyətli Cəmiyyətin baş direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ************************ yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 və 309.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 179.3.1 və 179.3.2-ci maddələri ilə 07 (yeddi) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, CM-nin 309.2-ci maddəsi ilə 03 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilən əsas cəzanı əsas cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 03 (üç ) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcının 19 sentyabr 2015-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin, X70 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 308.2 və 309.2-ci maddələri ilə, X104 CM-nin 179.3.1, 179.3.2, 309.2 və 313-cü maddələri ilə, X105 CM-nin 179.3.1, 179.3.2, 309.2 və 313-cü maddələri ilə və X88 CM-nin 179.3.1, 179.3.2 və 309.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum1 Azərbaycan Respublikası CM-nin 179.3.1, 179.3.2, 308.2, 309.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 27 mart 2001-ci il tarixdən 02 aprel 2015-ci il tarixə kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi müddətdə bir neçə cinayətin törədilməsi məqsədilə həmin Cəmiyyətin Mərkəzi filialının müdiri vəzifəsində işləyən X104 və X88, həmin filialın müdir müavini, daha sonra isə müdiri vəzifələrində işləyən X70, Nəqliyyat filialının müdiri vəzifəsində işləyən X105, Nərimanov filialının müdiri vəzifəsində işləyən Məhkum4, qeyd olunan Cəmiyyətin balansında olan binaların mühafi zəsini həyata keçirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru vəzifəsində işləyən Məhkum3, yaxın dostu Məhkum2 və qeyriləri ilə qabaqcadan birləşib sabit cinayətkar qrup mütəşəkkil dəstə yaradaraq həmin dəstəyə rəhbərlik etmiş, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən talayaraq mənimsəyib "xxxx" ASC-nə külli miqdarda ziyan vurmuş, tamah və sair şəxsi niyyətlərlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı etmiş, həmçinin vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə və xidməti səlahiyyətlərin hüdudlarından açıqaşkar surətdə kənara çıxan hərəkətlər edib vəzifə səlahiyyətlərini aşmaqla hüquqi şəxs kimi "xxxx" ASC-nin hüquqlarına və qanuni mənafelərinə, həmçinin, dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur. Belə ki, o, "xxxx" ASC-nin İH-nin sədri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə təşkil etdiyi mütəşəkkil dəstənin üzvləri-həmin Cəmiyyətin Mərkəzi filialının müdiri vəzifəsində işləyən X104 və X88, qeyd olunan filialın müdir müavini, daha sonra isə müdiri vəzifələrində işləyən X70, Nəqliyyat filialının müdiri vəzifəsində işləyən X105, Nərimanov filialının müdiri vəzifəsində işləyən Məhkum4, qeyd olunan Cəmiyyətin balansında olan binaların mühafizəsini həyata keçirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru vəzifəsində işləyən Məhkum3, yaxın dostu Məhkum2 və qeyriləri ilə birlikdə 30 iyul 2008-ci il tarixdən 13 fevral 2015-ci il tarixədək olan müddət ərzində “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun, həmin Qanunun tələblərindən irəli gələn Azərbaycan Respublikası Mərkəzi X160 tərəfindən 18 noyabr 2008-ci il tarixdə təsdiq edilərək 10 dekabr 2008-ci il tarixdə müvafiq qaydada dövlət qeydiyyatına alınmış «Banklarda kreditlərin verilməsi qaydaları»nın və «Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərinin inkassasiyasının təşkili qaydaları»nın, habelə "xxxx" ASC-nin Müşahidə Şurasının 27 may 2009-cu il tarixli, 51 №-li protokolunun 2 №-li qərarı ilə təsdiq edilmiş «Bankın kredit s iyasəti»nin tələblərini pozaraq, eləcə də, 1.500.000 manat və ondan yuxarı məbləğdə verilən kreditlərin "xxxx" ASC-nin Müşahidə Şurasının qərarına əsasən rəsmiləşdirilməsini nəzərdə tutan həmin Şuranın 23 oktyabr 2009-cu il tarixli, 52 №-li protokolunun 2 №-li qərarının tələblərinə əməl etməyərək xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib vəzifə səlahiyyətlərini aşmaqla özü və digər şəxslər vasitəsi ilə "xxxx" ASC-nin filial müdirlərinə qanunsuz göstərişlər verib kollegial orqanının etmək hüququ olduğu hərəkətləri təkbaşına etməklə X59madan Nərimanov filialının müdiri Məhkum4, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından Məhkum4 tanışı X46 adına rəsmiləşdirilmiş 30 iyul 2008-ci il tarixli, 194 №-li kredit müqaviləsinə əsasən 31 iyul 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 242.700 manat təşkil edən 300.000 ABŞ dolları, təkrarən Məhkum3 həmin filiala göndərdiyi "xxxx" MMC-nin əməkdaşları – X7 adına rəsmiləşdirilmiş 05 avqust 2008-ci il tarixli, 196 №-li kredit müqaviləsinə əsasən 05 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 408.888,48 manat təşkil edən 505.050 ABŞ dolları, X15 adına rəsmiləşdirilmiş 05 avqust 2008-ci il tarixli, 197 №-li kredit müqaviləsinə əsasən 05 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 412.981,01 manat təşkil edən 510.105 ABŞ dolları, X8 adına rəsmiləşdirilmiş 05 avqust 2008-ci il tarixli, 198 №-li kredit müqaviləsinə əsasən 05 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 404.800 manat təşkil edən 500.000 ABŞ dolları, cəmi həmin günün mə zənnəsi ilə 1.226.669,49 manat təşkil edən 1.515.155 ABŞ dolları, təkrarən Nərimanov filialının müdiri Məhkum4, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından Məhkum3 filiala göndərdiyi "xxxx" MMC-nin əməkdaşları X47 adına rəsmiləşdirilmiş 14 avqust 2008-ci il tarixli, 202 №-li kredit müqaviləsinə əsasən 15 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 387.803,46 manat təşkil edən 476.300 ABŞ dolları, X23 adına rəsmiləşdirilmiş 14 avqust 2008-ci il tarixli, 203 №-li kredit müqaviləsinə əsasən 15 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 358.248 manat təşkil edən 440.000 ABŞ dolları, X48 adına rəsmiləşdirilmiş 14 avqust 2008-ci il tarixli, 204 №-li kredit müqaviləsinə əsasən 15 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 366.3 90 manat təşkil edən 450.000 ABŞ dolları, X24 adına rəsmiləşdirilmiş 14 avqust 2008-ci il tarixli, 205 №-li kredit müqaviləsinə əsasən 15 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 333.822 manat təşkil edən 410.000 ABŞ dolları, X89 adına rəsmiləşdirilmiş 14 avqust 2008-ci il tarixli, 206 №-li kredit müqaviləsinə əsasən 15 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 341.964 manat təşkil edən 420.000 ABŞ dolları, X49 adına rəsmiləşdirilmiş 14 avqust 2008-ci il tarixli, 207 №-li kredit müqaviləsinə əsasən 15 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 350.106 manat təşkil edən 430.000 ABŞ dolları, cəmi həmin günün məzənnəsi ilə 2.138.333,46 manat təşkil edən 2.626.300 ABŞ dolları, təkrarən Nərimanov filialının müdiri Məhkum4, filialın digər əməkdaşlarının və qeyriləri nin iştirakı ilə həmin filialın kassasından Məhkum3 filiala göndərdiyi "xxxx" MMC-nin əməkdaşları X9 adına rəsmiləşdirilmiş 21 avqust 2008-ci il tarixli, 210 №-li kredit müqaviləsinə əsasən 21 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 249.073,57 manat təşkil edən 306.100 ABŞ dolları, X106 adına rəsmiləşdirilmiş 21 avqust 2008-ci il tarixli, 211 №-li kredit müqaviləsinə əsasən 21 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 244.110 manat təşkil edən 300.000 ABŞ dolları, cəmi həmin günün məzənnəsi ilə 493.183,57 manat təşkil edən 606.100 ABŞ dolları, təkrarən Nərimanov filialının müdiri Məhkum4, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından Məhkum3 filiala göndərdiyi "xxxx" MMC-nin əməkdaşı X16 adına rəsmiləşdirilmiş 18 fevral 2009-cu il tarixli, 13 №-li kredit müqaviləsinə əsasən 23 fevral 2009-cu il tarixdə həmin günün məzənnəsi ilə 213.378 manat təşkil edən 265.000 ABŞ dolları, təkrarən Mərkəzi filialının müdiri A6, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından öz sürücüsü M6nun adına rəsmiləşdirilmiş 06 aprel 2009-cu il tarixli, 3502 №-li kredit müqaviləsinə əsasən həmin müqavilədə «borcalan»a aid qrafalardakı və onun adından bank filialına yazılmış tarixsiz müraciətdə «M6» yazılarının qarşısındakı imzaların saxtalaşdırılmasını, bununla da tamah və sair şəxsi niyyətlərlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsini təşkil edib vəzifə saxtarkarlığı etməklə 06 aprel 2009-cu il tarixdə həmin günün məzənnəsi ilə 9.575.798,4 manat təşkil edən 11.928.000 ABŞ dolları, təkrarən Nərimanov filialının müdiri Məhkum4, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından Məhkum3 filiala göndərdiyi "xxxx" MMC-nin əməkdaşı X10 adına rəsmiləşdirilmiş 24 sentyabr 2010-cu il tarixli, 10-209 №-li kredit müqaviləsinə əsasən 24 sentyabr 2010-cu il tarixdə 970.000 manat, Nəqliyyat filialının müdiri Kənan Orucovun, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından Məhkum3 filiala göndərdiyi "xxxx" MMC-nin əməkdaşları – X40 adına rəsmiləşdirilmiş 24 sentyabr 2010-cu il tarixli, 10678 №-li kredit müqaviləsinə əsasən 24 sentyabr 2010-cu il tarixdə 865.650 manat, X41 adına rəsmiləşdirilmiş 24 sentyabr 2010-cu il tarixli, 10679 №-li kredit müqaviləsinə əsasən 24 sentyabr 2010-cu il tarixdə 835.800 manat, X25 adına rəsmiləşdirilmiş 24 sentyabr 2010-cu il tarixli, 10680 №-li kredit müqaviləsinə əsasən 24 sentyabr 2010-cu il tarixdə 815.900 manat, Suraxanı filialından həmin filialın əməkdaşlarının və qeyrilərinin iştirakı ilə Məhkum3 filiala göndərdiyi "xxxx" MMC-nin əməkdaşları – X50 adına rəsmiləşdirilmiş 23 iyul 2010-cu il tarixli, 206/10 №-li kredit müqaviləsinə əsasən 24 sentyabr 2010-cu il tarixdə 905.460 manat, X90 adına rəsmiləşdirilmiş 02 avqust 2010cu il tarixli, 205/10 №-li kredit müqaviləsinə əsasən 24 sentyabr 2010-cu il tarixdə 915.410 manat, X107 adına rəsmiləşdirilmiş 09 avqust 2010-cu il tarixli, 204/10 №-li kredit müqaviləsinə əsasən 24 sentyabr 2010-cu il tarixdə 885.560 manat, cəmi 6.193.780 manat, təkrarən Mərkəzi filialının müdir müavini İlqar Abdullayev və filialın dig ər əməkdaşlarının iştirakı ilə Məhkum3 filiala göndərdiyi "xxxx" MMC-nin əməkdaşları – X91 adına rəsmiləşdirilmiş 22 sentyabr 2010-cu il tarixli, 5010 №-li kredit müqaviləsinə əsasən 27 sentyabr 2010-cu il tarixdə 726.350 manat, X12 adına rəsmiləşdirilmiş 22 sentyabr 2010-cu il tarixli, 5011 №-li kredit müqaviləsinə əsasən 27 sentyabr 2010-cu il tarixdə 885.550 manat, X51 adına rəsmiləşdirilmiş 22 sentyabr 2010-cu il tarixli, 5013 №-li kredit müqaviləsinə əsasən 27 sentyabr 2010-cu il tarixdə 925.350 manat, cəmi 2.537.250 manat, təkrarən Nəqliyyat filialının müdiri K6, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından Məhkum3 filiala göndərdiyi "xxxx" MMC-nin əməkdaşları – X52 adına rəsmiləşdirilmiş 24 sentyabr 2010-cu il tarixli, 10682 №-li kredit müqav iləsinə əsasən 28 sentyabr 2010-cu il tarixdə 895.520 manat, X71 adına rəsmiləşdirilmiş 24 sentyabr 2010-cu il tarixli, 10683 №-li kredit müqaviləsinə əsasən 28 sentyabr 2010-cu il tarixdə 955.220 manat pulun bank filialından götürülməsi barədə xəzinə məxaric orderində «müştərinin imzası» qrafasında Ü6 imzasının saxtalaşdırılmasını, bununla da tamah və sair şəxsi niyyətlərlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsini təşkil edib vəzifə saxtarkarlığı etməklə 955.220 manat, X53 adına rəsmiləşdirilmiş 24 sentyabr 2010-cu il tarixli, 10681 №-li kredit müqaviləsinə əsasən 28 sentyabr 2010-cu il tarixdə 945.270 manat pulun bank filialından götürülməsi barədə xəzinə məxaric orderində «müştərinin imzası» qrafasında Vüqar Sadıqovun imzasının saxtalaşdırılmasını, bununla da tama h və sair şəxsi niyyətlərlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsini təşkil edib vəzifə saxtarkarlığı etməklə 945.270 manat, cəmi 2.796.010 manat, təkrarən Nəqliyyat filialının müdiri K7, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından Məhkum3 filiala göndərdiyi "xxxx" MMC-nin əməkdaşı X17 adına rəsmiləşdirilmiş 24 sentyabr 2010-cu il tarixli, 10684 №-li kredit müqaviləsinə əsasən 29 sentyabr 2010-cu il tarixdə 895.500 manat, X26 adına rəsmiləşdirilmiş 21 sentyabr 2010-cu il tarixli, nömrəsiz kredit müqaviləsinə əsasən 29 sentyabr 2010-cu il tarixdə 935.300 manat, cəmi 1.830.800 manat, təkrarən Nəqliyyat filialının müdiri Kənan Orucovun, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından Məhkum3 f iliala göndərdiyi "xxxx" MMC-nin əməkdaşları X37 adına rəsmiləşdirilmiş 24 sentyabr 2010-cu il tarixli, 10686 №-li kredit müqaviləsinə əsasən 30 sentyabr 2010-cu il tarixdə 925.350 manat və X18 adına rəsmiləşdirilmiş 24 sentyabr 2010-cu il tarixli, 10687 №-li kredit müqaviləsinə əsasən 30 sentyabr 2010-cu il tarixdə 905.450 manat, cəmi 1.830.800 manat, təkrarən Nərimanov filialının müdiri Məhkum4, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından Məhkum2 əvvəllər mənimsəmə cinayətini törətməsi nəticəsində vurduğu külli miqdarda ziyanın ödənilməsi məqsədi ilə filiala göndərdiyi arvadı X27 adına rəsmiləşdirilmiş 10 mart 2011-ci il tarixli, 11-47 №-li kredit müqaviləsinə əsasən 10 mart 2011-ci il tarixdə 750.000 manat və tanışı X121 adına rəsmiləşdirilmiş 1 0 mart 2011-ci il tarixli, 11-48 №-li kredit müqaviləsinə əsasən 10 mart 2011-ci il tarixdə 780.700 manat, Suraxanı filialından həmin filialın əməkdaşlarının və qeyrilərinin iştirakı ilə Məhkum2 eyni məqsədlə filiala göndərdiyi tanışları X72 adına rəsmiləşdirilmiş 10 mart 2011-ci il tarixli, 298/11 №-li kredit müqaviləsinə əsasən 10 mart 2011-ci il tarixdə 750.000 manat, X73 adına rəsmiləşdirilmiş 10 mart 2011-ci il tarixli, 299/11 №-li kredit müqaviləsinə əsasən 10 mart 2011-ci il tarixdə 750.000 manat, Sahil filialından həmin filialın əməkdaşlarının və qeyrilərinin iştirakı ilə Məhkum2 eyni məqsədlə filiala göndərdiyi sürücüsü X74 adına rəsmiləşdirilmiş 10 mart 2011-ci il tarixli, 028 №-li kredit müqaviləsinə əsasən 10 mart 2011-ci il tarixdə 750.024 manat, Sabunçu filialından həmin fili alın əməkdaşlarının və qeyrilərinin iştirakı ilə Məhkum2 eyni məqsədlə filiala göndərdiyi tanışları X108 adına rəsmiləşdirilmiş 10 mart 2011-ci il tarixli, 3888 №-li kredit müqaviləsinə əsasən 10 mart 2011ci il tarixdə 750.000 manat və X54 adına rəsmiləşdirilmiş 10 mart 2011-ci il tarixli, 3889 №-li kredit müqaviləsinə əsasən 10 mart 2011-ci il tarixdə 750.000 manat, cəmi 5.280.724 manat, təkrarən Mərkəzi filialının müdiri Y6 və filialın digər əməkdaşlarının iştirakı ilə Məhkum2 eyni məqsədlə filiala göndərdiyi dostu Məhkum3 adına olan rəsmiləşdirilmiş 10 mart 2011-ci il tarixli, nömrəsiz kredit müqaviləsinə əsasən 11 mart 2011-ci il tarixdə 757.500 manat və onun arvadı X11 adına olan rəsmiləşdirilmiş 10 mart 2011-ci il tarixli, nömrəsiz kredit müqaviləsinə əsasən 11 mart 2011-ci il tarixd ə 757.500 manat, cəmi 1.515.000 manat, təkrarən Nəqliyyat filialının müdiri Kənan Orucovun, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından Məhkum3 filiala göndərdiyi "xxxx" MMC-nin əməkdaşları X25 adına rəsmiləşdirilmiş Kredit Komitəsinin 13 dekabr 2011-ci il tarixli qərarı əsasında, kredit müqaviləsi olmadan 20 dekabr 2011-ci il tarixdə 481.323 manat, X53 adına rəsmiləşdirilmiş Kredit Komitəsinin 13 dekabr 2011-ci il tarixli qərarı əsasında, kredit müqaviləsi olmadan 20 dekabr 2011-ci il tarixdə 550.844 manat, cəmi 1.032.167 manat, təkrarən Nəqliyyat filialının müdiri Kənan Orucovun, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından Məhkum3 filiala göndərdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları X40 adına Kredit Komitəsinin 13 dekabr 2011-ci il tarixli qərarı əsasında, kredit müqaviləsi olmadan 21 dekabr 2011-ci il tarixdə 564.744 manat, X41 adına rəsmiləşdirilmiş Kredit Komitəsinin 13 dekabr 2011-ci il tarixli qərarı əsasında, kredit müqaviləsi olmadan 21 dekabr 2011-ci il tarixdə 531.472 manat pulun bank filialından götürülməsi barədə xəzinə məxaric orderində «müştərinin imzası» qrafasında X6 imzasının saxtalaşdırılmasını, bununla da tamah və sair şəxsi niyyətlərlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsini təşkil edib vəzifə saxtarkarlığı etməklə 531.472 manat, cəmi 1.096.216 manat, təkrarən Sahil filialından həmin filialın əməkdaşlarının və qeyrilərinin iştirakı ilə Məhkum2 əvvəllər mənimsəmə cinayətini törətməsi nəticəsində vurduğu külli miqdarda ziyanın ödənil məsi məqsədi ilə filiala göndərdiyi qayınanası X28 adına rəsmiləşdirilmiş 28 dekabr 2011-ci il tarixli, 157 №-li kredit müqaviləsinə əsasən 28 dekabr 2011-ci il tarixdə 816.556 manat, təkrarən Nəqliyyat filialının müdiri Kənan Orucovun, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından Məhkum3 filiala göndərdiyi "xxxx" MMC-nin əməkdaşları X55 adına rəsmiləşdirilmiş 25 iyun 2014-cü il tarixli, 11355 №-li kredit müqaviləsinə əsasən 25 iyun 2014-cü il tarixdə 1.000.036 manat, X1 adına rəsmiləşdirilmiş 25 iyun 2014-cü il tarixli, 11356 №-li kredit müqaviləsinə əsasən 25 iyun 2014-cü il tarixdə 1.000.000 manat, X6 adına rəsmiləşdirilmiş 25 iyun 2014-cü il tarixli, 11357 №-li kredit müqaviləsinə əsasən 25 iyun 2014-cü il tarixdə 1.000.000 manat, cəmi 3.000.0 36 manat, təkrarən Nəqliyyat filialının müdiri Kənan Orucovun, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından Məhkum3 filiala göndərdiyi "xxxx" MMC-nin əməkdaşları X42 adına olan rəsmiləşdirilmiş 27 iyun 2014-cü il tarixli, 11361 №-li kredit müqaviləsinə əsasən 27 iyun 2014-cü il tarixdə 1.250.000 manat, X75 adına rəsmiləşdirilmiş 27 iyun 2014-cü il tarixli, 11358 №-li kredit müqaviləsinə əsasən 27 iyun 2014-cü tarixdə 1.250.000 manat, X19 adına rəsmiləşdirilmiş 27 iyun 2014-cü il tarixli, 11359 №-li kredit müqaviləsinə əsasən 27 iyun 2014-cü tarixdə 1.250.000 manat, X76 adına rəsmiləşdirilmiş 27 iyun 2014-cü il tarixli, 11360 №-li kredit müqaviləsinə əsasən 27 iyun 2014-cü il tarixdə 1.250.048 manat, cəmi 5.000.048 manat, təkrarən Nəqliyyat filialını n müdiri Kənan Orucovun, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından Məhkum3 filiala göndərdiyi "xxxx" MMC-nin əməkdaşı X92 adına rəsmiləşdirilmiş 13 fevral 2015-ci il tarixli, 11935 №-li kredit müqaviləsinə əsasən 13 fevral 2015-ci il tarixdə 324.520 manat, ümumilikdə 49 nəfərin adına 53 halda kredit kimi rəsmiləşdirilmiş, həmin dövrün məzənnəsi ilə 13.890.063 manat təşkil edən 17.240.555 ABŞ dolları və 33.253.907 manatı, cəmi 47.143.970 manat məbləğində pulları nağd şəkildə filialların aidiyyəti əməkdaşları və qeyriləri vasitəsi ilə filialların kassalarından götürüb ona etibar edilmiş külli miqdarda özgə əmlakını mütəşəkkil dəstə halında talayaraq mənimsəməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurmuşdur. Bundan başqa, o, təkrar ən öz qulluq mövqeyindən istifadə etməklə təşkil etdiyi mütəşəkkil dəstənin üzvləri, yəni həmin Cəmiyyətin Mərkəzi filialının müdiri vəzifəsində işləyən X104 və X88, qeyd olunan filialın müdir müavini, daha sonra isə müdiri vəzifələrində işləyən X70 və qeyriləri ilə birlikdə 01 yanvar 2009-cu il tarixdən 04 sentyabr 2015-ci il tarixədək olan müddət ərzində «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 40.1.1 və 40.3-cü bəndlərinin və Azərbaycan Respublikası Mərkəzi X120 29 dekabr 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması» Qaydalarının 4.1-ci bəndinin tələblərini pozaraq, bankların aidiyyəti şəxslərə və aidiyyəti şəxs adından hərəkət edən şəxslərə kollegial orqan olan "xxxx" ASC-nin Müşahidə Şurasının razılığı və İdarə H eyətinin yekdilliklə qəbul edilmiş qərarları olmadan, habelə digər müştərilərdən fərqli olaraq güzəştli kreditlərin verilməsi və ya güzəştli şərtlərlə digər əməliyyatların aparılması qadağan olunduğu halda, kollegial orqanının etmək hüququ olduğu hərəkətləri təkbaşına edərək xidməti səlahiyyətlərinin hüdudlarından açıqaşkar surətdə kənara çıxan hərəkətlər edib vəzifə səlahiyyətlərini aşmaqla özünün, arvadı X29, ögey qızı X30 və digər şəxslərin adlarına plastik kredit kart hesablarının açılması və həmin hesablara külli miqdarda pulların köçürülməsinə dair özü və qeyriləri vasitəsi ilə qanunsuz göstərişlər vermiş, Azərbaycan Respublikası Mərkəzi Bankının «Banklarda kreditlərin verilməsi Qaydaları»nın tələblərinə əməl etməyərək, özünün, ailə üzvlərinin və digər şəxslərin kredit kartları üzrə kredit tarixçələrində nəzərdə tutulan sənədlər təqdim edilmədən, ayrılmış kreditlərin şərtləri müəyyən olunmadan onların faizsiz və zəmanətsiz rəsmiləşdirilməsini təşkil edərək vahid niyyətlə əhatə olunan qəsdlə öz adına açılmış hesablar üzrə 16 ədəd plastik kartlar vasitəsi ilə 01 yanvar 2009-cu il tarixdən 04 sentyabr 2015-ci il tarixədək olan müddət ərzində aparılan əməliyyatlar nəticəsində həmin dövrün məzənnəsi ilə 24.338.561 manat təşkil edən 30.628.727 ABŞ dolları, 9.794.445 manat təşkil edən 9.368.007 avro, 4.351.693 manat təşkil edən 3.433.931 ingilis funt sterlinqi, eləcə də 8.616.062 manat məbləğində pulları, arvadı X29 adına açılmış hesablar üzrə 10 ədəd plastik kartlar vasitəsi ilə 01 yanvar 2009-cu il tarixdən 30 iyun 2015-ci il tarixədək olan müddət ərzində aparılan əməliyya tlar nəticəsində həmin dövrün məzənnəsi ilə 10.790.775 manat təşkil edən 13.556.279 ABŞ dolları, 3.038.858 manat təşkil edən 2.793.872 avro, eləcə də 4.600.068 manat məbləğində pulları, ögey qızı X30 adına açılmış hesablar üzrə 2 ədəd plastik kartlar vasitəsi ilə 01 yanvar 2009-cu il tarixdən 15 aprel 2015-ci il tarixədək olan müddət ərzində aparılan əməliyyatlar nəticəsində həmin dövrün məzənnəsi ilə 360.491 manat təşkil edən 449.192 ABŞ dolları məbləğində pulu, "xxxx" ASC-inin törəmə müəssisəsi olan "xxxx" MMC-nin əməkdaşı X68 adına açılmış hesab üzrə 1 ədəd plastik kart vasitəsi ilə 01 yanvar 2009-cu il tarixdən 11 oktyabr 2013-cü il tarixədək olan müddət ərzində aparılan əməliyyatlar nəticəsində həmin dövrün məzənnəsi ilə 11.370.925 manat təşkil edən 14.155.311 ABŞ dolları məbləğində p ulu, "xxxx" ASCnin əməkdaşları X56 və X77 hər birinin adlarına açılmış hesablar üzrə 1 ədəd plastik kartlar vasitəsi ilə 01 yanvar 2009-cu il tarixdən 28 dekabr 2009-cu il tarixədək olan müddət ərzində aparılan əməliyyatlar nəticəsində həmin dövrün məzənnəsi ilə müvafiq olaraq 12.650.828 manat təşkil edən 15.759.662 ABŞ dolları və 12.570.294 manat təşkil edən 15.657.949 ABŞ dolları məbləğində pulları, şəxsi sürücüsü M6nun adına açılmış hesablar üzrə 3 ədəd plastik kartlar vasitəsi ilə 01 yanvar 2009-cu il tarixdən 05 sentyabr 2013-cü il tarixədək olan müddət ərzində aparılan əməliyyatlar nəticəsində həmin dövrün məzənnəsi ilə 26.186.388 manat təşkil edən 32.991.022 ABŞ dolları, 20.196.986 manat təşkil edən 18.730.000 avro, eləcə də 10.859.802 manat məbləğində pulları, şəxsi mühafizəçisi X21 adına açılmış hesablar üzrə 4 ədəd plastik kart vasitəsi ilə 01 yanvar 2009-cu il tarixdən 10 mart 2015-ci il tarixədək olan müddət ərzində aparılan əməliyyatlar nəticəsində həmin dövrün məzənnəsi ilə 855.146 manat təşkil edən 1.064.226 ABŞ dolları, 166.210 manat təşkil edən 153.899 avro məbləğində pulları, şəxsi mühafizəçisi X22 adına açılmış hesablar üzrə 4 ədəd plastik kartlar vasitəsi ilə 01 yanvar 2009-cu il tarixdən 11 fevral 2015-ci il tarixədək olan müddət ərzində aparılan əməliyyatlar nəticəsində həmin dövrün məzənnəsi ilə 2.380.151 manat təşkil edən 2.985.269 ABŞ dolları, 1.325.681 manat təşkil edən 1.268.653 avro məbləğində pulları, ümumilikdə özünün, arvadının və daha 7 nəfərin adlarına açılmış 42 ədəd plastik kredit bank kartları vasitəsi ilə həmin dövrün məzənnəsi ilə 101.503.559 manat təşkil edən 127.247.637 ABŞ dolları, 34.522.180 manat təşkil edən 32.314.431 avro, 4.351.693 manat təşkil edən 3.433.931 ingilis funt sterlinqi və 24.075.932 manat məbləğində pulu, cəmi 164.453.364 manat məbləğində pulları həmin kart hesablarından Azərbaycan Respublikası və müxtəlif xarici ölkələrin ərazisində yerləşən bankomatlardan, Cəmiyyətin Mərkəzi filialının və «BankMBA-Moskva”» MMC-nin kassalarından mütəmadi olaraq nağd şəkildə çıxartma yolu, eləcə də POS terminallar vasitəsi ilə və internet üzərindən, habelə özünün və ailə üzvlərinin təyyarə biletlərinin, qızıl-zinət və sair şəxsi əşyaların alınması, təhsil haqqı xərclərinin ödənilməsi, X87 və Avropanın iri ticarət, gözəllik, sağlamlıq və istirahət mərkəzləri, mehmanxana, restoranlar və digər yerlərdə şəxsi məqsədlər i üçün özü, arvadı Zamirə Hacıyeva və qeyriləri tərəfindən aparılan əməliyyatlar nəticəsində ona etibar edilmiş külli miqdarda özgə əmlakını mütəşəkkil dəstə halında talayaraq mənimsəməklə "xxxx" ASC-yə külli miqdarda ziyan vurmuşdur. Bundan əlavə, o, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu»nun, həmin Qanunun tələblərindən irəli gələn Azərbaycan Respublikası Mərkəzi X160 tərəfindən 18 noyabr 2008-ci il tarixdə təsdiq edilərək 10 dekabr 2008-ci il tarixdə müvafiq qaydada dövlət qeydiyyatına alınmış «Banklarda kreditlərin verilməsi qaydaları»nın kreditlərin ödəniş müddətləri və şərtlərini tənz imləyən 4.1.4-cü maddəsi, borcalanlar haqqında maliyyə məlumatının verilməsini tənzimləyən 4.1.8-ci maddəsi, kredit dosyesinin (tarixçəsinin) məzmununu tənzimləyən 4.1.22-ci maddəsi, "xxxx" ASC-nin Müşahidə Şurasının 27 may 2009-cu il tarixli, 51 №-li protokolunun 2 №-li qərarı ilə təsdiq edilmiş «Bankın kredit siyasəti»nin 7.2.8-ci və 8-ci bəndləri, habelə Cəmiyyətin Nizamnaməsinin və X38 tələblərini pozaraq borcalanlardan krediti qaytarmaq qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə maliyyə hesabatlarının alınmasını, onların maliyyə vəziyyətinin qiymətləndirilməsinin sənədləşdirilməsini, kreditlərin verilməsi, monitorinqin və nəzarətin aparılması üçün tələb olunan minimum sənədlərin alınmasını, kreditin ödəniş müddətini kreditin məqsədindən, növündən, ödəmə mənbəyindən, borcalanın fəaliyy ətinin mövsümi və ya dövri xarakterindən, habelə real pul axınlarının proqnozundan asılı olaraq müəyyən edilməsini təmin etməli olduğu halda, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyd olunan vəzifələrini yerinə yetirməmiş, bundan başqa, «Banklar haqqında” Azərbaycan Respublikası Qanunu»nun, eləcə də 1.500.000 manat və ondan yuxarı məbləğdə verilən kreditlərin "xxxx" ASC-nin Müşahidə Şurasının qərarına əsasən rəsmiləşdirilməsini nəzərdə tutan həmin Şuranın 23 oktyabr 2009-cu il tarixli, 52 №-li protokolun 2 №-li qərarının tələblərini pozub xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək vəzifə səlahiyyətlərini aşmaqla kollegial orqanının etmək hüququ olduğu hərəkətləri təkbaşına edib X59madan həmin vaxt Mərkəzi filialının müdiri vəzifəsini müvəqqəti icra edən X43 qeyrisi vasitəsi ilə 19 fevral 2013-cü il tarixdə "xxxx" MMC ilə 1.500.000 manat pula dair 6707 №-li, 1.500.000 manat pula dair 6708 №-li və 1.500.000 manat pula dair 6709 №-li, cəmi 4.500.000 manat məbləğində pula dair "xxxx" MMC-nin paylarının alınması üçün eyni təyinatlı kredit müqavilələrininin, 07 mart 2013-cü il tarixdə "xxxx" MMC ilə 1.450.000 manat pula dair 6811 №-li, 1.450.000 manat pula dair 6812 №-li, 1.450.000 manat pula dair 6813 №-li və 1.000.000 manat pula dair 6814 №-li, cəmi 5.350.000 manat məbləğində pula dair biznes fəaliyyətinin inkişafı üçün eyni təyinatlı kredit müqavilələrinin bağlanılıb həmin pulların ayrılmasına və həmin pul vəsaitlərinin Mərkəzi filialdan kənar şəxslər tərəfindən çıxarılmasına dair qanunsuz göstərişlər vermiş, müqavilələrə əsasən alınmış kreditlər üzrə faizlərin hər rübün sonuncu ayının 20-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulduğu halda, buna əməl edilməmiş, faiz borcunun ödənilməməsi və beləliklə də 837.536,84 manat məbləğində faiz borcunun yaranması nəticəsində "xxxx" ASC-nin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. Hökmlə Məhkum4 Azərbaycan Respublikası CM-nin 179.3.1, 179.3.2 və 309.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 21 noyabr 2002-ci il tarixdən 07 iyul 2011-ci il tarixə kimi "xxxx" ASC-nin Nərimanov filialının müdiri vəzifəsində işlədiyi müddətdə həmin Cəmiyyətin İdarə Heyətinin sədri Məhkum1 bir neçə cinayətin törədilməsi üçün Cəm iyyətin Mərkəzi filialının müdirləri X104 və X88, həmin filialın müdir müavini, daha sonra isə müdiri X70, Nəqliyyat filialının müdiri X105, qeyd olunan Cəmiyyətin balansında olan binaların mühafizəsini həyata keçirən "xxxx" MMC-nin baş direktoru Məhkum3, eləcə də Məhkum1 yaxın dostu Məhkum2 və qeyriləri ilə qabaqcadan birləşib yaratdığı və rəhbərlik etdiyi sabit cinayətkar qrup - mütəşəkkil dəstənin tərkibinə daxil olmaqla öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş külli miqdarda özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən talayaraq mənimsəməklə "xxxx" ASC-yə külli miqdarda ziyan vurmuş, həmçinin vəzifəli şəxs olaraq xidməti səlahiyyətlərin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib vəzifə səlahiyyətlərini aşmaqla hüquqi şəxs kimi "xxxx" ASC -nin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur. Belə ki, o, "xxxx" ASC-nin Nərimanov filialının müdiri vəzifəsində işləyərkən Cəmiyyətin İdarə Heyətinin sədri Məhkum1, "xxxx" MMC-nin baş direktoru Məhkum3, eləcə də Məhkum1 yaxın dostu Məhkum2 və qeyriləri ilə birlikdə 30 iyul 2008-ci il tarixdən 10 mart 2011-ci il tarixə kimi «Banklar haqqında” Azərbaycan Respublikası Qanunu»nun, həmin Qanunun tələblərindən irəli gələn Azərbaycan Respublikası Mərkəzi X160 tərəfindən 18 noyabr 2008-ci il tarixdə təsdiq edilərək 10 dekabr 2008-ci il tarixdə müvafiq qaydada dövlət qeydiyyatına alınmış «Banklarda kreditlərin verilməsi qaydaları»nın və «Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatların ın aparılması və qiymətlilərinin inkassasiyasının təşkili qaydaları»nın, habelə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının 27 may 2009-cu il tarixli, 51 №-li protokolunun 2 №-li qərarı ilə təsdiq edilmiş «Bankın kredit siyasəti»nin tələblərini pozaraq, eləcə də 1.500.000 manat və ondan yuxarı məbləğdə verilən kreditlərin "xxxx" ASC-nin Müşahidə Şurasının qərarına əsasən rəsmiləşdirilməsini nəzərdə tutan həmin Şuranın 23 oktyabr 2009-cu il tarixli, 52 №-li protokolunun 2 №-li qərarının tələblərinə əməl etməyərək xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib vəzifə səlahiyyətlərini aşmaqla, Məhkum1 qeyriləri vasitəsi ilə verdiyi qanunsuz göstərişləri icra edərək öz növbəsində rəhbəri olduğu filialın digər aidiyyəti əməkdaşlarına qanunsuz gös tərişlər verib, onların iştirakı ilə X59madan filialın kassasından öz tanışı X46 adına rəsmiləşdirilmiş 30 iyul 2008-ci il tarixli, 194 №-li kredit müqaviləsinə əsasən 31 iyul 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 242.700 manat təşkil edən 300.000 ABŞ dolları, təkrarən Məhkum3 filiala göndərdiyi "xxxx" MMC-nin əməkdaşları – X7 adına rəsmiləşdirilmiş 05 avqust 2008-ci il tarixli, 196 №-li kredit müqaviləsinə əsasən 05 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 408.888,48 manat təşkil edən 505.050 ABŞ dolları, X15 adına rəsmiləşdirilmiş 05 avqust 2008-ci il tarixli, 197 №-li kredit müqaviləsinə əsasən 05 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 412.981,01 manat təşkil edən 510.105 ABŞ dolları, X8 adına rəsmiləşdirilmiş 05 avqust 2008-ci il tarixli, 198 №-li kredit müqaviləsinə əsasən 05 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 404.800 manat təşkil edən 500.000 ABŞ dolları, cəmi həmin günün məzənnəsi ilə 1.226.669,49 manat təşkil edən 1.515.155 ABŞ dolları, təkrarən Məhkum3 filiala göndərdiyi "xxxx" MMC-nin əməkdaşları – X47 adına rəsmiləşdirilmiş 14 avqust 2008-ci il tarixli, 202 №-li kredit müqaviləsinə əsasən 15 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 387.803,46 manat təşkil edən 476.300 ABŞ dolları, X23 adına rəsmiləşdirilmiş 14 avqust 2008-ci il tarixli, 203 №-li kredit müqaviləsinə əsasən 15 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 358.248 manat təşkil edən 440.000 ABŞ dolları, X48 adına rəsmiləşdirilmiş 14 avqust 2008-ci il tarixli, 204 №-li kredit müqaviləsinə əsasən 15 avqust 2008-ci il tarixdə həmin günün m əzənnəsi ilə 366.390 manat təşkil edən 450.000 ABŞ dolları, X24 adına rəsmiləşdirilmiş 14 avqust 2008-ci il tarixli, 205 №-li kredit müqaviləsinə əsasən 15 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 333.822 manat təşkil edən 410.000 ABŞ dolları, X89 adına rəsmiləşdirilmiş 14 avqust 2008-ci il tarixli, 206 №-li kredit müqaviləsinə əsasən 15 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 341.964 manat təşkil edən 420.000 ABŞ dolları, X49 adına rəsmiləşdirilmiş 14 avqust 2008-ci il tarixli, 207 №-li kredit müqaviləsinə əsasən 15 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 350.106 manat təşkil edən 430.000 ABŞ dolları, cəmi həmin günün məzənnəsi ilə 2.138.333,46 manat təşkil edən 2.626.300 ABŞ dolları, təkrarən Məhkum3 filiala göndərdiyi "xxxx" MMC-nin əməkdaşları – X9 ad ına rəsmiləşdirilmiş 21 avqust 2008-ci il tarixli, 210 №-li kredit müqaviləsinə əsasən 21 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 249.073,57 manat təşkil edən 306.100 ABŞ dolları, X106 adına rəsmiləşdirilmiş 21 avqust 2008-ci il tarixli, 211 №-li kredit müqaviləsinə əsasən 21 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 244.110 manat təşkil edən 300.000 ABŞ dolları, cəmi həmin günün məzənnəsi ilə 493.183,57 manat təşkil edən 606.100 ABŞ dolları, təkrarən Məhkum3 filiala göndərdiyi "xxxx" MMC-nin əməkdaşı X16 adına rəsmiləşdirilmiş 18 fevral 2009-cu il tarixli, 13 №-li kredit müqaviləsinə əsasən 23 fevral 2009-cu il tarixdə həmin günün məzənnəsi ilə 213.378 manat təşkil edən 265.000 ABŞ dolları, təkrarən Məhkum3 filiala göndərdiyi "xxxx" MMC-nin əməkdaşı X10 adına rəsmi ləşdirilmiş 24 sentyabr 2010-cu il tarixli, 10-209 №-li kredit müqaviləsinə əsasən 24 sentyabr 2010-cu il tarixdə 970.000 manat, təkrarən Məhkum2 əvvəllər mənimsəmə cinayətini törətməsi nəticəsində vurduğu külli miqdarda ziyanın ödənilməsi məqsədi ilə sonuncunun filiala göndərdiyi arvadı X27 adına rəsmiləşdirilmiş 10 mart 2011-ci il tarixli, 11-47 №-li kredit müqaviləsinə əsasən 10 mart 2011-ci il tarixdə 750.000 manat və eyni məqsədlə tanışı X121 adına rəsmiləşdirilmiş 10 mart 2011ci il tarixli, 11-48 №-li kredit müqaviləsinə əsasən 10 mart 2011-ci il tarixdə 780.700 manat, cəmi 1.530.700 manat, ümumilikdə 16 nəfərin adına kredit kimi rəsmiləşdirilmiş cəmi həmin dövrün məzənnəsi ilə 4.314.264,52 manat təşkil edən 5.312.555 ABŞ dolları və 2.500.700 manat, cəmi 6.814.964,52 manat məbləğində pulları nağd şəkildə filialın aidiyyəti əməkdaşları və qeyriləri vasitəsi ilə filialın kassasından götürüb ona etibar edilmiş külli miqdarda özgə əmlakını talayaraq mənimsəməklə "xxxx" ASC-yə külli miqdarda ziyan vurmuşdur. Hökmlə Məhkum3 Azərbaycan Respublikası CM-nin 179.3.1, 179.3.2 və 309.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 08 avqust 2005-ci il tarixdən 19 sentyabr 2015-ci il tarixə kimi "xxxx" MMC-nin baş direktoru vəzifəsində işlədiyi müddətdə "xxxx" ASC-nin İdarə Heyətinin sədri Məhkum1 bir neçə cinayətin törədilməsi üçün həmin Cəmiyyətin Mərkəzi filialının müdirləri X104 və X88, həmin filialın müdir müavini, daha sonra isə müdiri X70, Nəqliyyat filialının müdiri X105, Nərimanov filialının müdiri Məhkum4, eləcə də Məhkum1 yaxın dostu Məhkum2 və qeyriləri ilə qabaqcadan birləşib yaratdığı və rəhbərlik etdiyi sabit cinayətkar qrup - mütəşəkkil dəstənin tərkibinə daxil olmaqla öz qulluq mövqeyindən istifadə edib külli miqdarda özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən talayaraq mənimsəməklə "xxxx" ASC-yə külli miqdarda ziyan vurmuş, həmçinin vəzifəli şəxs olaraq xidməti səlahiyyətlərin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib vəzifə səlahiyyətlərini aşmaqla hüquqi şəxs kimi "xxxx" ASC-nin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur. Belə ki, o, "xxxx" MMC-nin baş direktoru vəzifəsində işləməklə "xxxx" ASC-nin balansında olan binaların mühafizəsini həyata keçirərkən yaxın münasibətdə olduğu "xxxx" ASC-nin İdarə Heyətinin sədri Məhkum1, Cəmiyyətin Mərkəzi filialının müdirləri X104 və X88, həmin filialın müdir müavini, daha sonra isə müdiri X70, Nəqliyyat filialının müdiri X105, Nərimanov filialının müdiri Məhkum4 və qeyriləri ilə birlikdə 05 avqust 2008-ci il tarixdən 13 fevral 2015-ci il tarixə kimi olan müddət ərzində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib vəzifə səlahiyyətlərini aşmaqla, Məhkum1 özü və digər şəxslər vasitəsi ilə ona rəhbəri olduğu "xxxx" MMC-nin əməkdaşlarının adlarına kreditlərin rəsmiləşdirilməsinə dair verdiyi qanunsuz tapşırıqları icra edərək öz növbəsində tabeçiliyində olan bir sıra əməkdaşlara bu barədə qanunsuz tapşırıqlar verib onları "xxxx" ASC-nin müxtəlif filiallarına göndə rmiş, nəticədə Nərimanov filialının müdiri Məhkum4, həmin filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından X7 adına rəsmiləşdirilmiş 05 avqust 2008-ci il tarixli, 196 №-li kredit müqaviləsinə əsasən 05 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 408.888,48 manat təşkil edən 505.050 ABŞ dolları, X15 adına rəsmiləşdirilmiş 05 avqust 2008-ci il tarixli, 197 №-li kredit müqaviləsinə əsasən 05 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 412.981,01 manat təşkil edən 510.105 ABŞ dolları, X8 adına rəsmiləşdirilmiş 05 avqust 2008-ci il tarixli, 198 №-li kredit müqaviləsinə əsasən 05 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 404.800 manat təşkil edən 500.000 ABŞ dolları, cəmi həmin günün məzənnəsi ilə 1.226.669,49 manat təşkil edən 1.515.155 ABŞ dolları, təkrarən Nərimanov filialının müdiri Məhkum4, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından X47 adına rəsmiləşdirilmiş 14 avqust 2008-ci il tarixli, 202 №-li kredit müqaviləsinə əsasən 15 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 387.803,46 manat təşkil edən 476.300 ABŞ dolları, X23 adına rəsmiləşdirilmiş 14 avqust 2008-ci il tarixli, 203 №-li kredit müqaviləsinə əsasən 15 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 358.248 manat təşkil edən 440.000 ABŞ dolları, X48 adına rəsmiləşdirilmiş 14 avqust 2008-ci il tarixli, 204 №-li kredit müqaviləsinə əsasən 15 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 366.390 manat təşkil edən 450.000 ABŞ dolları, X24 adına rəsmiləşdirilmiş 14 avqust 2008-ci il tarixli, 205 № -li kredit müqaviləsinə əsasən 15 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 333.822 manat təşkil edən 410.000 ABŞ dolları, X89 adına rəsmiləşdirilmiş 14 avqust 2008-ci il tarixli, 206 №-li kredit müqaviləsinə əsasən 15 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 341.964 manat təşkil edən 420.000 ABŞ dolları, X49 adına rəsmiləşdirilmiş 14 avqust 2008-ci il tarixli, 207 №-li kredit müqaviləsinə əsasən 15 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 350.106 manat təşkil edən 430.000 ABŞ dolları, cəmi həmin günün məzənnəsi ilə 2.138.333,46 manat təşkil edən 2.626.300 ABŞ dolları, təkrarən Nərimanov filialının müdiri Məhkum4, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından X9 adına rəsmiləşdirilmiş 21 avqust 2008-ci il tarixli, 21 0 №-li kredit müqaviləsinə əsasən 21 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 249.073,57 manat təşkil edən 306.100 ABŞ dolları, X106 adına rəsmiləşdirilmiş 21 avqust 2008-ci il tarixli, 211 №-li kredit müqaviləsinə əsasən 21 avqust 2008-ci il tarixdə həmin günün məzənnəsi ilə 244.110 manat təşkil edən 300.000 ABŞ dolları, cəmi həmin günün məzənnəsi ilə 493.183,57 manat təşkil edən 606.100 ABŞ dolları, təkrarən Nərimanov filialının müdiri Məhkum4, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından X16 adına rəsmiləşdirilmiş 18 fevral 2009-cu il tarixli, 13 №-li kredit müqaviləsinə əsasən 23 fevral 2009-cu il tarixdə həmin günün məzənnəsi ilə 213.378 manat təşkil edən 265.000 ABŞ dolları, təkrarən Nərimanov filialının müdiri Məhkum4, filialın dig ər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından X10 adına rəsmiləşdirilmiş 24 sentyabr 2010-cu il tarixli, 10-209 №-li kredit müqaviləsinə əsasən 24 sentyabr 2010-cu il tarixdə 970.000 manat, Nəqliyyat filialının müdiri K7, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından X40 adına rəsmiləşdirilmiş 24 sentyabr 2010-cu il tarixli, 10678 №-li kredit müqaviləsinə əsasən 24 sentyabr 2010-cu il tarixdə 865.650 manat, X41 adına rəsmiləşdirilmiş 24 sentyabr 2010-cu il tarixli, 10679 №-li kredit müqaviləsinə əsasən 24 sentyabr 2010-cu il tarixdə 835.800 manat, X25 adına rəsmiləşdirilmiş 24 sentyabr 2010-cu il tarixli, 10680 №-li kredit müqaviləsinə əsasən 24 sentyabr 2010-cu il tarixdə 815.900 manat, Suraxanı filialından həmin filialın əməkdaşlarının və qeyrilərinin iştirakı ilə X50 adına rəsmiləşdirilmiş 23 iyul 2010-cu il tarixli, 206/10 №-li kredit müqaviləsinə əsasən 24 sentyabr 2010-cu il tarixdə 905.460 manat, X90 adına rəsmiləşdirilmiş 02 avqust 2010-cu il tarixli, 205/10 №-li kredit müqaviləsinə əsasən 24 sentyabr 2010-cu il tarixdə 915.410 manat, X107 adına rəsmiləşdirilmiş 09 avqust 2010-cu il tarixli, 204/10 №-li kredit müqaviləsinə əsasən 24 sentyabr 2010-cu il tarixdə 885.560 manat, cəmi 6.193.780 manat, təkrarən Mərkəzi filialının müdir müavini İlqar Abdullayev və filialın digər əməkdaşlarının iştirakı ilə X91 adına rəsmiləşdirilmiş 22 sentyabr 2010-cu il tarixli, 5010 №-li kredit müqaviləsinə əsasən 27 sentyabr 2010-cu il tarixdə 726.350 manat, X12 adına rəsmiləşdirilmiş 22 sentyabr 2010-cu il tarixli, 50 11 №-li kredit müqaviləsinə əsasən 27 sentyabr 2010-cu il tarixdə 885.550 manat, X51 adına rəsmiləşdirilmiş 22 sentyabr 2010-cu il tarixli, 5013 №-li kredit müqaviləsinə əsasən 27 sentyabr 2010-cu il tarixdə 925.350 manat, cəmi 2.537.250 manat, təkrarən Nəqliyyat filialının müdiri K7, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından X52 adına rəsmiləşdirilmiş 24 sentyabr 2010-cu il tarixli, 10682 №-li kredit müqaviləsinə əsasən 28 sentyabr 2010-cu il tarixdə 895.520 manat, X71 adına rəsmiləşdirilmiş 24 sentyabr 2010-cu il tarixli, 10683 №-li kredit müqaviləsinə əsasən 28 sentyabr 2010-cu il tarixdə 955.220 manat, X53 adına rəsmiləşdirilmiş 24 sentyabr 2010-cu il tarixli, 10681 №-li kredit müqaviləsinə əsasən 28 sentyabr 2010-cu il tarixdə 945.270 manat, cəmi 2.796.010 manat, təkrarən Nəqliyyat filialının müdiri K7, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından X17 adına rəsmiləşdirilmiş 24 sentyabr 2010-cu il tarixli, 10684 №-li kredit müqaviləsinə əsasən 29 sentyabr 2010-cu il tarixdə 895.500 manat, X26 adına rəsmiləşdirilmiş 21 sentyabr 2010-cu il tarixli, nömrəsiz kredit müqaviləsinə əsasən 29 sentyabr 2010-cu il tarixdə 935.300 manat, cəmi 1.830.800 manat, təkrarən Nəqliyyat filialının müdiri K7, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə X37 adına rəsmiləşdirilmiş 24 sentyabr 2010-cu il tarixli, 10686 №-li kredit müqaviləsinə əsasən 30 sentyabr 2010-cu il tarixdə 925.350 manat və X18 adına rəsmiləşdirilmiş 24 sentyabr 2010-cu il tarixli, 10687 №-li kredit müqaviləsinə əsasən 30 sentyabr 2010-cu il tarixdə 905.450 manat, cəmi 1.830.800 manat, təkrarən Nəqliyyat filialının müdiri K7, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından X25 adına rəsmiləşdirilmiş Kredit Komitəsinin 13 dekabr 2011-ci il tarixli qərarı əsasında, kredit müqaviləsi olmadan 20 dekabr 2011-ci il tarixdə 481.323 manat, X53 adına rəsmiləşdirilmiş Kredit Komitəsinin 13 dekabr 2011-ci il tarixli qərarı əsasında, kredit müqaviləsi olmadan 20 dekabr 2011-ci il tarixdə 550.844 manat, cəmi 1.032.167 manat, təkrarən Nəqliyyat filialının müdiri K7, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə X40 adına Kredit Komitəsinin 13 dekabr 2011-ci il tarixli qərarı əsasında, kredit müqaviləsi olmadan 21 dekabr 2011-ci il tarixdə 564.744 manat, X41 adına rəsmil əşdirilmiş Kredit Komitəsinin 13 dekabr 2011-ci il tarixli qərarı əsasında, kredit müqaviləsi olmadan 21 dekabr 2011-ci il tarixdə 531.472 manat, cəmi 1.096.216 manat, təkrarən Nəqliyyat filialının müdiri Kənan Orucovun, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından X55 adına rəsmiləşdirilmiş 25 iyun 2014-cü il tarixli, 11355 №-li kredit müqaviləsinə əsasən 25 iyun 2014-cü il tarixdə 1.000.036 manat, X1 adına rəsmiləşdirilmiş 25 iyun 2014-cü il tarixli, 11356 №-li kredit müqaviləsinə əsasən 25 iyun 2014-cü il tarixdə 1.000.000 manat, X6 adına rəsmiləşdirilmiş 25 iyun 2014-cü il tarixli, 11357 №-li kredit müqaviləsinə əsasən 25 iyun 2014-cü il tarixdə 1.000.000 manat, cəmi 3.000.036 manat, təkrarən Nəqliyyat filialının müdiri Kənan Orucovun, filialı n digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından X42 adına olan rəsmiləşdirilmiş 27 iyun 2014-cü il tarixli, 11361 №-li kredit müqaviləsinə əsasən 27 iyun 2014-cü il tarixdə 1.250.000 manat, X75 adına rəsmiləşdirilmiş 27 iyun 2014-cü il tarixli, 11358 №-li kredit müqaviləsinə əsasən 27 iyun 2014-cü tarixdə 1.250.000 manat, X19 adına rəsmiləşdirilmiş 27 iyun 2014-cü il tarixli, 11359 №-li kredit müqaviləsinə əsasən 27 iyun 2014-cü tarixdə 1.250.000 manat, X76 adına rəsmiləşdirilmiş 27 iyun 2014-cü il tarixli, 11360 №-li kredit müqaviləsinə əsasən 27 iyun 2014-cü il tarixdə 1.250.048 manat, cəmi 5.000.048 manat, təkrarən Nəqliyyat filialının müdiri Kənan Orucovun, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından X92 adına rəs miləşdirilmiş 13 fevral 2015-ci il tarixli, 11935 №-li kredit müqaviləsinə əsasən 13 fevral 2015-ci il tarixdə 324.520 manat, ümumilikdə 37 nəfərin adına kredit kimi rəsmiləşdirilmiş, həmin dövrün məzənnəsi ilə 4.071.564,52 manat təşkil edən 5.012.555 ABŞ dolları və 25.641.627 manatı, cəmi 29.713.191,52 manat məbləğində pulları nağd şəkildə filialların aidiyyəti əməkdaşları və qeyriləri vasitəsi ilə filialların kassalarından götürüb külli miqdarda özgə əmlakını mütəşəkkil dəstə halında talayaraq mənimsəməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurmuşdur. Hökmlə Məhkum2 Azərbaycan Respublikası CM-nin 179.3.1, 179.3.2, 228.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, yaxın dostu - "xxxx" Açıq Səhm dar Cəmiyyətinin İdarə Heyətinin sədri Məhkum1 bir neçə cinayətin törədilməsi üçün həmin Cəmiyyətin Mərkəzi filialının müdiri X88, Nərimanov filialının müdiri Məhkum4 və qeyriləri ilə qabaqcadan birləşib yaratdığı və rəhbərlik etdiyi sabit cinayətkar qrup - mütəşəkkil dəstənin tərkibinə daxil olmaqla külli miqdarda özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən talayaraq mənimsəməklə "xxxx" ASC-yə külli miqdarda ziyan vurmuş, bundan başqa qanunsuz olaraq odlu və soyuq silahlar, odlu silahın komplekt hissəsini və döyüş sursatını əldə etmiş, gəzdirmiş, daşımış və saxlamışdır. Belə ki, o, "xxxx" MMC-nin baş direktoru vəzifəsində işlərkən rəhbərlik etdiyi müəssisənin baş mühasibi, mühasib-xəzinədarı və tədarükçüsü ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək mənimsəmə və v əzifə saxtakarlığı cinayətlərini törədib 17.564.283,05 manat məbləğində külli miqdarda özgə əmlakını talamaqla mənimsədiyi üçün barəsində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsində istintaq edilmiş cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən, cinayətlər nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın şəxsi vəsaiti ilə deyil, özgə əmlakı hesabına qanunsuz olaraq ödənilməsi, bununla da cinayət məsuliyyətinin yüngülləşdirilməsi məqsədi ilə yaxın dostu olan "xxxx" ASC-nin İdarə Heyətinin sədri Məhkum1, həmin Cəmiyyətin Mərkəzi filialının müdiri X88, Nərimanov filialının müdiri Məhkum4 və qeyriləri ilə birlikdə Məhkum1 qeyrisi vasitəsi ilə verdiyi göstərişə əsasən Nərimanov filialının müdir i Məhkum4, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından filiala göndərdiyi öz arvadı X27 adına rəsmiləşdirilmiş 10 mart 2011-ci il tarixli, 11-47 №-li kredit müqaviləsinə əsasən 10 mart 2011-ci il tarixdə 750.000 manat və tanışı X121 adına rəsmiləşdirilmiş 10 mart 2011-ci il tarixli, 1148 №-li kredit müqaviləsinə əsasən 10 mart 2011-ci il tarixdə 780.700 manat, Suraxanı filialından həmin filialın əməkdaşlarının və qeyrilərinin iştirakı ilə eyni məqsədlə filiala göndərdiyi tanışları X72 adına rəsmiləşdirilmiş 10 mart 2011-ci il tarixli, 298/11 №-li kredit müqaviləsinə əsasən 10 mart 2011-ci il tarixdə 750.000 manat və X73 adına rəsmiləşdirilmiş 10 mart 2011-ci il tarixli, 299/11 №-li kredit müqaviləsinə əsasən 10 mart 2011-ci il tarixdə 750.000 manat, Sahil filialından həmin filialın əməkdaşlarının və qeyrilərinin iştirakı ilə eyni məqsədlə filiala göndərdiyi sürücüsü X74 adına rəsmiləşdirilmiş 10 mart 2011-ci il tarixli, 028 №-li kredit müqaviləsinə əsasən 10 mart 2011-ci il tarixdə 750.024 manat, Sabunçu filialından həmin filialın əməkdaşlarının və qeyrilərinin iştirakı ilə eyni məqsədlə filiala göndərdiyi tanışları X108 adına rəsmiləşdirilmiş 10 mart 2011-ci il tarixli, 3888 №-li kredit müqaviləsinə əsasən 10 mart 2011-ci il tarixdə 750.000 manat və X54 adına rəsmiləşdirilmiş 10 mart 2011-ci il tarixli, 3889 №-li kredit müqaviləsinə əsasən 10 mart 2011-ci il tarixdə 750.000 manat, cəmi 5.280.724 manat, təkrarən Mərkəzi filialın müdiri Y6 və filialın digər əməkdaşlarının iştirakı ilə eyni məqsədlə filiala göndərdiyi dostu Məhkum3 ad ına rəsmiləşdirilmiş 10 mart 2011-ci il tarixli, nömrəsiz kredit müqaviləsinə əsasən 11 mart 2011-ci il tarixdə 757.500 manat və dostunun arvadı X11 adına rəsmiləşdirilmiş 10 mart 2011-ci il tarixli, nömrəsiz kredit müqaviləsinə əsasən 11 mart 2011-ci il tarixdə 757.500 manat, cəmi 1.515.000 manat, ümumilikdə 10 və 11 mart 2011-ci il tarixlərdə 6.795.724 manat məbləğində pulları nağd şəkildə filialların aidiyyəti əməkdaşları və qeyriləri vasitəsi ilə filialların kassalarından götürüb külli miqdarda özgə əmlakını mütəşəkkil dəstə halında talayaraq mənimsəməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurmuşdur. Bundan başqa, o, əvvəl törətdiyi mənimsəmə və vəzifə saxtakarlığı cinayətlərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2011-ci il tarixli hökmü ilə Azərbaycan Re spublikası CM-nin 179.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib şərti olaraq 8 il 4 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən qəsdən yuxarıda qeyd olunan cinayətə görə zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın ödənilməsi ilə əlaqədar vaxtı ilə həmin ziyanın onun yerinə tam ödənilməsini təmin etmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Məhkum1 qaytarılması məqsədi ilə qeyd olunan Cəmiyyətin Sahil filialından həmin filialın əməkdaşlarının və qeyrilərinin iştirakı ilə filiala göndərdiyi qayınanası X28 adına rəsmiləşdirilmiş 28 dekabr 2011-ci il tarixli, 157 №-li kredit müqaviləsinə əsasən 28 dekabr 2011-ci il tarixdə 816.556 manat məbləğində pulu nağd şəkildə filial ın aidiyyəti əməkdaşları və qeyriləri vasitəsi ilə filialın kassasından götürüb külli miqdarda özgə əmlakını mütəşəkkil dəstə halında təkrarən talayıb mənimsəməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, 07 mart 2003-cü ildə qaynı X57 tərəfindən istintaqa məlum olmayan mənbədən əldə edib ad günü münasibəti ilə ona hədiyyə edilmiş bir ədəd soyuq silah hesab edilən Katana tipində, kustar üsulla hazırlanmış, kəsici-deşici xassəyə malik olan qılıncı, bundan başqa, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq bir ədəd odlu silah hesab edilən 9 mm kalibrli olmaqla «Makarov» (PM) konstruksiyalı, nömrəsi silinmiş, zavod üsulu ilə hazırlanmış, atəş üçün yararlı, yivli odlu döyüş silahını, həmin tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi ol maqla, 8 ədəd 9 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçanı, eləcə də 9 mm kalibrli olmaqla, həmin kalibrə malik «Makarov» və avtomatik «Steçkin» konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış döyüş sursatı hesab edilən 6 ədəd patronları əldə edib üstündə gəzdirməklə daşıyaraq faktiki olaraq yaşadığı Bakı şəhəri, ********************** bağ evinə gətirməklə saxlamış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumatla əlaqədar Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 may 2015-ci il tarixli qərarına əsasən həmin tarixdə keçirilmiş axtarış və götürmə istintaq hərəkəti zamanı Məhkum2 yuxarıda qeyd edilən evinin 2-ci mərtəbəsindəki sobanın üst tərəfində divardan asılmış vəziyyətdə bir ədəd qılınc, bağ evinin həyətində yerləşən 2 otaqdan ibarət yardımçı tikilinin idman avadanlıqları quraşdırılan otaqdakı çarpayının üzərindəki yastığın altından göy rəngli məxməri parçadan olan torbaya bükülü vəziyyətdə bir ədəd «Makarov» konstruksiyalı tapança, bir ədəd sandıqça və 6 ədəd patron aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum1 mənafeyinə aid hissədə müdafiəçiləri – X13 və X138, Məhkum2 mənafeyinə aid hissədə müdafiəçisi X93, Məhkum4 mənafeyinə aid hissədə müdafiəçisi S6, Məhkum3 mənafeyinə aid hissədə müdafiəçisi X58 və məhkum X44 mənafeyinə aid hissədə müdafiəçisi X139 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Əflatun Qasımov, hakimlər Əmir Bayramov və Vüqar Məmmədovdan ibarət tərkibdə) 01 iyun 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum1 və qeyrilərinin məhkum edilmələrinə dair 14 oktyabr 2016-cı il tarixli hökmü mülki iddiaya aid hissədə dəyişdirilmiş, hökmdən Məhkum1 və Məhkum4 1.627.786,52 manatın müştərək qaydada alınaraq "xxxx" ASC-yə verilməsinə dair göstəriş xaric edilmiş, Məhkum1 1.627.786,52 (bir milyon altı yüz iyirmi yeddi min yeddi yüz səksən altı manat əlli iki qəpik) manat alınaraq "xxxx" ASC-yə verilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmünün Məhkum1 mənafeyinə aid hissədə müdafiəçiləri – X13 və X138, Məhkum2 mənafeyinə aid hissədə müdafiəçisi X93, Məhkum4 mənafeyinə aid hissədə müdafiəçisi S6, Məhkum3 mənafeyinə aid hissədə müdafiəçisi X58 və məhkum X44 mənafeyinə aid hissədə müdafiəçisi X139 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2017-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi L6, Məhkum2 müdafiəçisi Müdafiəçi1, Məhkum4 və müdafiəçisi S6, Məhkum3 müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayətləri, Məhkum1 tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 müdafiəçisi L6 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi zamanı bir çox vəsatətlər verilmiş və həmin vəsatətlər hər hansı bir əsaslandırma olmadan dərhal rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi heç bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlam ış, Məhkum4 aid edilən mülki iddia hissəsini dəyişdirərək, həmin hissənin Məhkum1 tutulmasını qərara almışdır. Kassator hesab edir ki, apellyasiya məhkəməsinin mübahisələndirdiyi qərarı qərəzli, qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən qərəzsizlik prinsipi pozulmaqla aparılmışdır. Məhkəmə CPM-nin 28-ci maddəsində nəzərdə tutulan cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini, CPM-nin 32-ci maddəsində nəzərdə tutulan cinayət prosesində tərəflərin çəkişməsi prinsipini pozmuşdur. Məhkum1 04 dekabr 2015-ci ildə CM-nin 179.3.2-ci maddələri ilə ittiham irəli sürülmüş prokurorun təqdimatı əsasında onun barəsində Nərimanov Rayon Məhkəməsinin Qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və müxtəlif vaxtlarda qətimkan tədbirinin müddəti artırılaraq 02 sentyabr 2016 -cı il tarixədək həbsdə saxlanması qərara alınmışdır. Məhkum1 barəsində həbs qətimkan tədbrinin seçilməsinin maddi və prosessual əsasları mövcud olmamışdır və həbsin seçilməsi eləcə də uzadılması qərarlarında da həbs qətimkan tədbrinin seçilməsi zəruriliyi əsaslandırılmamışdır. Bununla əlaqədar olaraq müdafiə tərəfindən verilən şikayətlər, eləcə də həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə məhkəməyə verilən vəsatətlər təmin edilməmişdir. Həbsin qanunsuz seçilməsindən, uzadılmasından Avropa Məhkəməsinə verilən şikayət icraata qəbul olunmuşdur. Məhkum1 həbs edildikdən sonra uzun müddət -38 gün müddətində qanuna zidd olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təcridxanasında saxlanılmış, tam təcrid edilərək psixoloji təzyiqlərə məruz qalmı şdır. Qanunla müəyyən edilmiş qaydada telefon danışıqlarından, məktublardan, evdən göndərilən sovqatlardan, sudan belə məhrum edilmişdir. Yalnız müdafiə tərəfinin şikayətlərindən sonra məhkəmə qərarı ilə Bakı İstintaq Təcridxanasına köçürülmüşdür. Məhkum1 ailəsi də cinayət təqiblərinə məruz qalmış həyat yoldaşı analoji qaydada Zamirə Hacıyevaya qarşı ittiham irəli sürülmüş, ittihama kreditlərə heç bir aidiyyatı olmayan bacısı Əminə Hacıyevanın ölkədən çıxmasına məhdudiyyətlər qoyulmuşdur. Hətta vərəsəlik işlərinin aparılmasına qeyri-qanuni göstərişlərlə süni əngəllər yaradılmışdır. X165 Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində aparıldığından Məhkum1 və müdafiəçiləri tərəfindən istintaq aidiyyatının dəyişdirilməsi barədə vəsatət və şikayət verilmişdir. İstintaq aidiyy atının dəyişdirilməsi barəsindəki vəsatət və şikayətin əsası bundan ibarət olmuşdur ki, 2005-ci ildə Məhkum1 həyat yoldaşı X154 İşlər Nazirliyinin bir qrup yüksək şəxslər tərəfindən təşkil edilmiş, Cinayət Axtarış İdarəsinin rəisi Z6 və onun müavini H6 rəhbərlik etdiyi qrup tərəfindən oğurlanmışdır. MTN-nin apardığı əməliyyat nəticəsində həmin qrup ifşa edilmiş və həbs edilmişdir. Hazırda həmin qrupun üzvləri məhkəmə tərəfindən təyin edilmiş cəzalarını çəkirlər. Bu gün Məhkum1 qarşı irəli sürülən ittihamların Daxili İşlər Nazirliyindən qaynaqlanması və eyni zamanda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılması, həmdə qeyri-obyektiv aparılması Daxili İşlər Nazirliyinin qərəzli mövqeyinin nəticəsidir. Bundan başqa, ittihamın xarakterinə görə həmin cinayət işi prokurorluq orqa nlarında aparılmalı idi. Lakin həmin vəsatət və şikayət rədd edilmişdir. Cinayət işi əvvəlcədən qeyri-obyektiv aparılmış, işin halları Məhkum1 ifadəsinə və işin hallarına uyğun tam və hərtərəfli araşdırılmamışdır. Ona görə də istintaqın yekunlaşmasını elan edərkən Məhkum1 və müdafiəçilər istintaqın yekunlaşmasına etiraz edərək istintaq hərəkətlərinin aparılmasına dair vəsatətlə çıxış etmişlər. Lakin vəsatət əsassız olaraq rədd edilmişdir. Məhkəmə istintaqı da ibtidai istintaqın Məhkum1 qarşı qərəzli mövqeyini təkrarlamış, çəkişmə prinsiplərini pozaraq müdafiə hüququnun təmin edilməsi işin hallarının araşdırılması ilə bağlı çox saylı vəsatətləri əsassız olaraq təmin etməmişdir. İşin obyektiv araşdırmasına imkan verən müdafiə tərəfinin aşağıdakı vəsatətlərinin təmin edilməməsi məhkəmənin itt iham mövqeyindən çıxış etməsinin göstəricisidir. Müdafiə hüququnun yüksək keyfiyyətli həyata keçirilməsi və obyektiv reallığın aşkar edilə bilməsi üçün lazımi sənədlərin və faktların aşkar olunması, sənədlərə çıxış hüququnun əldə edilməsi, sənədlərin lazım olan orqanlardan gətirilməsi yönündə verilmiş vəsatətlər məhkəmə tərəfindən əsassız rədd edilmiş, bu isə özlüyündə tərəflərin bərabərliyi prinsipini və çəkişmə prinsipini pozmuşdur. Məhkəmənin hökmü ilə Məhkum1 CM-nin 179.3.1, 179.3.2, 308.2, 309.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. CM-nin 179.3.1, 179.3.2-ci maddələri mütəşəkkil dəstə tərəfindən külli miqdarda vəsait mənimsənilməsini nəzərdə tutur. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir və ehtimallara əsaslanı r, təqsirsizlik prezumpsiyası prinsipinə ziddir. Məhkəmə ehtimal əsasında mütəşəkkil dəstə anlayışını Məhkum1 və başqalarına şamil edir. Belə bir yanaşmanın hüquqi və məntiqi əsası yoxdur. Çünki qanunvericilikdə mütəşəkkil dəstə anlayışının məzmunu və mahiyyəti şərh olunmuşdur. Çox təəccüblüdür ki, məhkəmə hansı meyarlara, sübutlara əsaslanaraq Məhkum1 mütəşəkkil dəstənin rəhbəri kimi təqsirləndirir? Halbuki iş materiallarında, məhkəmənin hökmündə belə bir əsaslandırma mövcud deyildir. Məhkum1 qrup başçısı göstərməklə ona əsassız olaraq daha ağır cəza vermişlər. Həmçinin ona da diqqət yetirilməlidir ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə icraatı zamanı, heç bir şəxs pulun birbaşa və ya dolayı olaraq Məhkum1 verilməsini iddia etməmişdir. Həmçinin kredit axımının mənbələri b əllidir və həmin mənbələr də qəti olaraq istisna edir ki, bu məbləğlərin benefisiarı birbaşa və dolayı yolla Məhkum1 olmuşdur. Kassator qeyd etmişdir ki, Məhkum1 ibtidai istintaqda, eləcə də məhkəmə istintaqındakı ifadələrində bildirmişdir ki, o özünü irəli sürən ittihamlarla təqsirli bilmir, fiziki şəxslərin adına rəsmiləşdirilən kredit vəsaitləri müvafiq layihələrə yönəldilmişdir, həmin layihələr Beynəlxalq Bankın girovundadır. Layihələr onun işlədiyi dövrdə fəaliyyətdə olmuş, kredit vəsaitlərinin çox böyük hissəsi qaytarılmışdır, heç bir vəsait mənimsənilməmişdir. Kredit vəsaitlərinin Məhkum1 və digər şəxslər tərəfindən mənimsənilməsinə dair sübut mövcud deyildir. Ümumiyyətlə, layihələrin maliyyələşdirilməsi məsələsi, layihələrin vəziyyəti, əvvəlki və hazırki təsisçilər qərəzli olaraq a raşdırılmamışdır. Məhkəmə bu istiqamətdə verilən vəsatətləri əsassız olaraq təmin etməmişdir. C.X102 İdarə Heyətinin sədri olan dövrlər mütəmadi olaraq müstəqil Beynəlxalq Audit, Vergilər Nazirliyi, Mərkəzi Bank tərəfindən yoxlanılmış və fəaliyyəti haqqında yüksək rəylər verilmişdir. Dövlət büdcəsindən heç bir vəsait almayan Beyləxalq Bankın illər üzrə fəaliyyəti təmiz gəlirlərin artım dinamikası ilə xarakterizə olunur. Ona görə də işin faktiki halları CM-nin 308.2, 309.2-ci maddələri üzrə də ittihamları istisna edir və hökmdə həmin maddələr üzrə təqsirləndirmələr ümumi ifadələrə əsaslanmaqla formal xarakter daşıyır. CM-nin 312-ci maddəsi üzrə təqsirləndirməyə gəldikdə isə hansı sənəddən söhbət getdiyi məlum deyil və məchulluğa əsaslanır. Kassator hesab etmişdir ki, Məhkum1 əməlində cinayə t tərkibi yoxdur və kredit-borcları ilə əlaqədar yaranan problem cinayət hadisəsi deyil, mülki icraat qaydasında həll edilməlidir. Tərəflərin bərabərliyi və işə çəkişmə prinsipi əsasında baxılması hüququ pozulmuşdur. Lakin bu iş üzrə birinci instansiya məhkəməsində məhkəmə araşdırmasında ittiham tərəfi arasında ədalətli balansa riayət edilməmiş, birmənalı şəkildə dövlət ittihamçısının mövqeyi hakim tərəfindən daim dəstəklənmişdir. Konvensiyanın 3-cü maddəsi, konfidensiallıqla bağlı hüquqları, təqsirsizlik prezumpsiyası, effektli müdafiə hüququ pozulmuşdur. Həmçinin təqsirləndirilən şəxslərin, o cümlədən Məhkum1 4 nəfərlə birlikdə kiçik şüşə qəfəsə salınması, şüşə ilə təcrid olunması, kənardakıları eşitməyə maneçilik edirdi. Bu barədə Məhkum1 və digər şəxslər dəfələrcə məhkəməyə etiraz etdi lər ki, məhkəmə gedişatını lazımi qaydada eşidə bilmirlər. Lakin onların tam prosesə adaptasiya oluna bilməsi üçün, eşitmələri üçün məhkəmə onları şüşə qəfəsdən çıxarmamışdır. Onların müdafiəsini qurmaq üçün sənədlərlə işləmək şəraiti demək olar ki, dar şüşə qəfəsdə mümkün olmamışdır. Məhkum1 şüşə qəfəsə salmışdır, qeydlər aparmaq üçün masa kimi əsas vasitələr olmamışdır, prosesi eşidə bilməmişdir, beləliklə Maddə 6.3 b-nin tələbləri pozulmuş və onun vəkilləri ilə ünsiyyəti çətinləşmişdir. Ümumiyyətlə iş mülki xarakterli işdir və Avropa Konvensiyasının 7-ci maddəsinin pozuntusu vardır. İşin baxılma tempi hədsiz sürətli olmuşdur. Məhkəmə ümumiyyətlə işin tez və sürətli yekunlaşma mövqeyini əvvəlcədən ortaya qoymuş, məhz buna görə də həftədə 3 dəfə proses təyin etmiş, müdafiə hüququnun həyat a keçirilməsi üçün lazımı şərait yaratmamış, müdafiəçilərin digər işlərinin olması səbəbindən, digər günlər müvəkkilinin yanında gedilməsi qeyri-mümkün olmuşdur. Həmçinin iş üzrə 19 cild işin olması nəzərə alınsa və hər cildə 300-400 səhifəlik işin olması, sənədlərin tədqiqi sırasında cəmi iki günə 19 cildlik işin içində olan sənədlərin məhkəmədə tədqiq edilməsi və tərəflərə nümayiş etdirilməsi qeyri-mümkündür. İstər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı adi məsələlər belə sifarişlə həyata keçirilmiş, ədalət mühakiməsində nəinki qərarlar, hətta texniki məsələlərdə siyasi sifarişlə idarə olunmuşdur, bu isə öz növbəsində ədalət mühakiməsinin kobud şəkildə pozulması ilə müşayiət olunmuşdur. Hakim sivil ölkələrə yaraşmayan tərzdə mühakimə etmiş, hətta prosesin təktərəfli aparılması, hakimin ittiham yönlü çıxışları, bəzi şəxsləri mühafizə etməsi, Məhkum1 və ona yaxınlığı ilə seçilən şəxslər üzərində məhkəmə təzyiqini əsdirməsi birbaşa sifarişin nəticəsidir. Bu isə onların həbsinin siyasi sifariş olmasının birbaşa göstəricisidir. Konvensiyasın 8-ci maddəsi pozulmuşdur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 65-ci maddəsinə əsasən məhkumlar bir qayda olaraq yaşadıqları ünvana yaxın yerdə cəzalarını çəkirlər. Həmçinin həmin maddənin tələbinə görə şəxsin sağlamlığında olan müstəsna hallara görə şəxsin cəza çəkdiyi ver dəyişdirilməlidir. Kassator qeyd etmişdir ki, onun yaşayış yerinin ətrafında xeyli sayda cəzaçəkmə müəssisələri mövcuddur ki, onun evinə daha yaxın və həmçinin səhhətinin daha da pisləşməməsi üçün ora köçürülməli idi. Lakin qə sdən onun ailəsindən və yaşayış yerindən ən uzaq, yolları ən bərbad, onun səhhəti üçün ən təhlükəli cəza çəkmə müəssisəsinin seçilməsi ona qarşı cəzadan əlavə cəza tədbiri qarşımıza çıxır. Həmçinin onun ailəsi ilə kommunikasiyasını qeyri-mümkün hala gətirir. Konvensiyanın 6-ci maddəsi tələb edir ki, dövlət daxili məhkəmələr həm mülki, həm də cinayət prosesində çıxardıqları qərarları əsaslandırmalıdırlar. Kassator bildirmişdir ki, hakimə işin ədalətli araşdırılması üçün onlarla vəsatət versələr də vəsatətləri rədd etmiş, qərar əsaslandırılmamış, ümumi ifadələrdən istifadə edilmişdir. İttiham tərəfi 84 şahidlə təmsil olunmuş, onların tərəfindən bir şahidin belə iştirakının təmin edilməsinə dair vəsatətləri təmin edilməmişdir. D6, X6, Ə6, İ6 və digər şəxslərin prosesə şahid kimi təqdim olunma sı yönündə 21 sentyabr 2016-cı il tarixli vəsatət versələr də, vəsatət təmin edilməmişdir. Əksinə məhkəməyə istintaq tərəfindən təqdim olunan şahidlərin, xüsusilə də Emin Mustafayev və A6in dindirilməsi zamanı, məhkəmə nə Məhkum1 və vəkillərinə, həmçinin digər şəxslərə həmin şahidlərə sual vermək üçün şərait yaratmamış və onları mühafizə etmişdir. Şəxsən hakim məhkəmə koridorunda prokurordan xahiş etmişdir ki, bankın rəhbərləri dindiriləndə onlara çox sual verilməsin. Bu proses zamanı da məlumdur. İşin hədsiz dərəcədə ədalətsiz olması da birbaşa siyasi sifarişlə əlaqəlidir. Kassator hesab etmişdir ki, prosesin hər kəsə aydın şəkildə kobud pozuntularla müşayiət olunması, hakimin sadəcə sifarişi icra edən olması müvəkkilinə avtomatik siyasi məhbus statusu verməkdədir. “İnsan Hüquqlarının və X39 Haqqında” Avropa Konvensiyasının 14-cü maddəsi ilə ayrıseçkilik qadağan olunur. Hökmdən və apellyasiya məhkəməsinin qərarından göründüyü kimi baxmayaraq ki, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi yoxdur, onların demək olar ki, hamısının statusu, təhsili, ailə vəziyyəti, diqqətəlayiq halları, bundan öncə məhkumluqlarının olmaması şərtləri eyni olsa da, bəzi şəxslərə nisbətdə məhkəmələrin azadlıqdan məhrum etmə cəza növü olmayan cəzanı seçməsi, xüsusilə də Məhkum1 nisbətdə ən ağır azadlıqdan məhrum etmə cəzası olan 15 il həbsin seçilməsi ayrı-seçkiliyin birbaşa göstəricisidir. Həmçinin kassator onu da qeyd etmişdir ki, Məhkum1 yararsız olan 15 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsi də ayrı-seçkiliyin davamıdır. Kassator göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 01 iyun 2017-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum1 əməlində cinayət tərkibi olmadığından, eləcə də cinayət hadisəsi olmadığına görə onun barəsində bəraətverici əsaslarla bütün ittihamlar üzrə cinayət işinə xitam verilməsini, mülki iddianın və xüsusi müsadirənin ləğv edilməsini və Məhkum1 münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 3, 5, 6, 7, 8, 14-cü maddələrinin pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum1 kassasiya şikayətinə əlavəni əsaslandıraraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 01 iyun 2017-ci il tarixli qərarı qanunsuz olmuş, əməlində cinayət tərkibi olmadığından, eləcə də cinayət hadisəsi olmadığına görə onun barəsində bəraət verici əsaslarla bütün ittihamlar üzrə cinayət işinə xitam verilməli, mülki iddianın və xüsusi müsadirənin ləğv edilməli, ona münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 3, 5, 6 və 7-ci maddələrinin pozuntusu tanınmalıdır. Belə ki, birinci və apellyasiya məhkəmələrinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, ehtimallara əsaslanır və təqsirsizlik prezumpsiyası prinsipinə ziddir. Məhkəmənin gəldiyi nəticəyə baxdıqda hökmün nə qədər qanunsuz və əsassız olduğu görünür. CM-nin 179.3.1, 179.3.2-ci maddələri mütəşəkkil dəstə tərəfindən külli miqdarda vəsaitin mənimsənilməsini nəzərdə tutur. Lakin məhkəmə ehtimallar əsasında mütəşəkkil dəstə anlayışını ona və başqalarına şamil etmişdir. Belə bir yanaşmanın hüquqi və məntiqi əsası yoxdur. Çünki qanunvericilikdə mütəşəkkil dəstə anlayışının məzmunu və mahiyyəti şərh olunmuşdur. O, ibtidai istint aqda, eləcə də məhkəmə istintaqındakı ifadələrində ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməmiş, fiziki şəxslərin adına rəsmiləşdirilən kredit vəsaitləri müvafiq layihələrə yönəldilmiş, həmin layihələr Beynəlxalq Bankın girovundadır, layihələr onun işlədiyi dövrdə fəaliyyətdə olmuş, kredit vəsaitlərinin çox böyük hissəsi qaytarılmışdır, heç bir vəsait mənimsənilməmişdir. Kredit vəsaitlərinin Məhkum1 və digər şəxslər tərəfindən mənimsənilməsinə dair sübut mövcud deyildir. O, X137 Heyətinin sədri olan dövrlər mütəmadi olaraq müstəqil Beynəlxalq Audit, Vergilər Nazirliyi, Mərkəzi Bank tərəfindən yoxlanılmış və fəaliyyəti haqqında yüksək rəylər verilmişdir. Dövlət büdcəsindən heç bir vəsait almayan Beynəlxalq Bankın illər üzrə fəaliyyəti təmiz gəlirlərin artım dinamikası il ə xarakterizə olunur. Ona görə də işin faktiki halları CMnin 308.2 və 309.2-ci maddələri üzrə də ittihamları istisna edir və hökmdə həmin maddələr üzrə təqsirləndirmələr ümumi ifadələrə əsaslanmaqla formal xarakter daşıyır. Əməllərində cinayət tərkibi yoxdur və kredit borcları ilə əlaqədar yaranan problemlər cinayət hadisəsi deyil və mülki icraat qaydasında həll edilməlidir. Kassator qeyd etmişdir ki, istər istintaq dövründə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin açıqlamalarında, istərsə də işin birnci və apellyasiya instansiya mərhələlərində Maliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri tərəfindən Məhkum1 və onun ailəsi barəsində mütəşəkkil cinayətkar qrup obrazı yaradılmış, indiyənədək o, və həyat yoldaşı Z8 barədə təqsirsizlik prezumpsiyasını pozan xəbərlər tirajlanmaqdadır. Bu məqamlar xüsusilə məhkəmə öncələri və ya məhkəmə prosesləri dövründə çoxalır ki, hər kəsin gözündə bu şəxslər barəsində cinayətkar obrazı yaratsınlar. Təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimə olunması üçün yetərli sübut təqdim etməlidir (Barbera, Messegi və Cabardo İspaniyaya qarşı, § 77; Yanoseviç İsveçə qarşı, § 97). Sübutetmə yükünün ittiham t ərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur (Telfner Avstriyaya qarşı, § 15). Sübütetmə yükü məhkəmə işinə xitam verilməsi barədə yekun qərardan sonra zərərin ödənməsi üzrə məhkəmə işində də tərsinə çevrilə bilməz. 6-cı Maddənin 2-ci bəndi cinayət təqibinin nəticəsindən asılı olmayaraq, yalnız ittihamın mahiyyətinə baxışı deyil, bütövlükdə cinayət mühakimə icraatını tənzimləyir. İcraat apellyasiya çərçivəsində davam edərkən birinci instansiya məhkəməsində icraatın təqsirləndirilən şəxs barədə ittiham hökmü ilə nəticələnməsi təqsirsizlik prezumpsiyasını qüvvədən salmır. Kassator ilkin həbs olunduğu gündən, yəni 04 dekabr 2015-ci ildən 38 gün qanunsuz olaraq Baş Mütəşəkkil Cinayərkarlıqla Mübarizəsinin müvəqqəti saxlama məntəqəsində saxlanılan zaman, ona ABŞ-da və İsveçrədə həkimləri tərəfindən təyin edilmiş dava-dərmanlarının istifadə edilməsinə şərait yaradılmamış, həmin dərmanların qəbul edilməsi qadağan edilmişdir. Hansı ki, həmin dərmanlar Azərbaycan bazarında mövcud deyildir. Həmin dərmanlar onun qohumları tərəfindən xaricdən təzhiz olunmaqdadır. Bundan əlavə o, 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan zaman ona təzyiq metodu kimi dərmanlarının verilməsi qadağan edilmiş, dəfələrcə müraciətlərimizə baxmayaraq onda olan unikal Haşimota sindromunun və daxili orqanların xəstəliklərinin stabil saxlanılması üçün özünün seçdiyi həkimlə müayinə olunmaq üçün şərait yaradılmamışdır. Həmçin müraciətlərimizə baxmayaraq onu Ədliyyə Nazirliyinin Müalicə müəssisəsinə yerləşdirməmişdilər. Bu isə onun səhhətində ciddi problemlərin olmasına şərait yaratmışdır. Bunun nəticəsində o həmin müddət ərzində demək olar ki, yatağından dura bilməmişdir. Həmin qanunsuz və qeyri-insani rəftar 1 saylı Bakı İstintaq Təcridxanasında da davam etmişdir. Penitensiar xidmətin istər çəzaçəkmə müəssisəsində, istər də istintaq təcridxanasında olan həkimlərinin gördüyü iş ancaq təzyiq ölçməkdən və vaxtı keçmiş ağrıkəsici dərmanların verilməsindən ibarət olmuşdur. Kassatorun tibb kitabçasında onun təzyiqi və digər sağlıq göstəriciləri barəsində olan qeydlər reallıqdan uzaqdır və normal görsənməsi üçün həkimlərin özünün təktərəfli apardığı qeydlərdir. Həmin qeydlərə kassatorun müdaxilə etmək imkanı olmadığı üçün, həmin qeydlər mötəbər sübut kimi hesab edilə bilməz. Lazımi tibbi xidmətlə bağlı məsələlərdə verilən şikayətlər cavabsız və nəticəsiz qaldığı üçün, onu deyə bilər ki, daxili orqanlar bu məsələnin həlli yönündə effektsizdir. Məhkum1 kassasiya şikayətinə əlavədə göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığından, eləcə də cinayət hadisəsi olmadığına görə onun barəsində bəraətverici əsaslarla bütün ittihamlar üzrə cinayət işinə xitam verilməsini, mülki iddianın rədd və xüsusi müsadirənin ləğv edilməsini və ona münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 3, 5, 6, 7, 8, 14-cü maddələrinin pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum2 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum2 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin baş direktoru vəzifəsində işləyərkən 17.564.283.05 manat məbləğində pul ilə əlaqədar mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsində cinayət məsuliyyətinə cəlb olunmuş və vurduğu maddi ziyanın ödənilməsi ilə bağlı yaxın dostu olan "xxxx" ASC-nin İdarə Heyətinin sədri Məhkum1 ona yaxın qohumlarının, eləcə də tanışlarının adlarına kredit götürməklə mənimsədiyi pulu ödəməsini bildirmişdir. Bundan sonra Məhkum1 verdiyi göstərişə əsasən "xxxx" ASC-nin Nərimanov, Suraxanı, Sahil, Mərkəzi filiallarından onun yaxın qohumları və tanışlarının adlarına ümumilikdə 10 və 11 mart 2011-ci il tarixdə 6.795.724 manat məbləğində pul nəğd şəkildə filialların əməkdaşları və qeyriləri vasitəsi ilə filialların kassalarından götürülmüşdür. Qohum və ta nışları filiallara gedərək adlarına rəsmiləşdirilmiş kredit müqavilələrinə, kassa məxaric orderlərinə imza etsələr də, pul onlar tərəfindən götürülməmiş, Məhkum1 göstərişi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin “Kapital bank”da olan depozit hesabına qoyulmuşdur. Əvvəl törətdiyi mənimsəmə və vəzifə saxtakarlığı cinayətlərinə görə vurduğu maddi ziyanın ödənilməsi ilə əlaqədar vaxtı ilə həmin ziyanın onun yerinə tam ödənilməsini təmin etmiş Məhkum1 qaytarılması məqsədi ilə "xxxx" ASC-nin Sahil filialından həmin filialın əməkdaşlarının və qeyrilərin iştirakı ilə filiala göndərdiyi qaynanası X28 adına rəsmiləşdirilmiş 816.556 manat məbləğində pulu nəğd şəkildə filialın aidiyyatı əməkdaşları və qeyrilərin vasitəsi ilə filialın kassasından götürülmüşdür. Yuxarıda qeyd edilən cinayətin törədilməsində özünü tam təqsirli bilir, lakin yaşadığı bağ evində aşkar olunmuş bir ədəd “Makarov” tipli tapança, daraq və 06 ədəd patrondan xəbəri olmamış, həmin silahın evinə hansı yolla gətirilməsini bilmir, silah ona məxsus deyil. Bağ evində aşkar olunmuş “Kotana” tipli qılınc ona məxsus olmuşdur, belə ki, həmin qılıncı ona 07.03.2003-cü il tarixdə qaynı X57 ad günü münasibəti ilə hədiyyə etmişdir. İş materiallarında olan məhkəmə-daktiloskopik ekspertizasının 19 may 2015-ci il tarixli 17/72 №li rəyindən görünür ki, 16 may 2015-ci il tarixdə Məhkum2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, İmaməliyev küçəsi 70 №li bağ evində aparılmış axtarış zamanı aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd “Maka rov” tipli tapançanın üzərindən götürülərək yapışqanlı lent kəsiyinə köçürülmüş bir ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olmaqla 07 mart 1962-ci ildə Bakı şəhərində anadan olmuş Məhkum2 oğunun sol əlinin orta barmağının əksi ilə eynilik təşkil edir. Kassator qeyd etmişdir ki, Məhkum2 CM-nin 228.1-ci maddəsi ilə ittiham elan edilmiş qərar və məhkəmə hökmü yuxarıda qeyd olunan şübhəli ekspertizalarının rəyində əsaslandırılmışdır. İşdə Məhkum2 bu maddəyə verilmiş ittihamların törədilməsində təqsirli olmasını təsdiq edən heç bir sübut yoxdur. Kassator həmçinin qeyd etmişdir ki, məhkəmənin hökmünə əsasən Məhkum2 yaşadığı Bakı şəhəri, ****************** bağ evində bir ədəd qılınc saxlanılmışdır. Məhkəmə-ballistik ekspertizasının 24.06.2015-ci il tarixli rəyindən görünür k i, qılınc Katana tipində kustar üsulla hazırlanmış kəsici-deşici xassəyə malik olan soyuq silahdır. Lakin, nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Qanunlarına görə soyuq silahı başqasına vermə, saxlama və daşıma cinayət məsuliyyətinə səbəb olmur. Kassator kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmünün və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2017-ci il tarixli qərarının Məhkum2 barəsində dəyişdirilməsini, Məhkum2 barəsində çıxarılmış CM-nin 228.1 və 228.4-cü maddələrinin ittihamdan xaric edilməsini, CM-nin 179.3.1 və 179.3.2-ci maddələri ilə ona həbslə əlaqədar olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum4 və müdafiəçisi S6 birgə verdikləri kassasiya şikayətini əsaslandıraraq qeyd etmişlər ki, Bakı Ağır Cinayətlər Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Məhkum4 barəsində olan cinayət işini araşdırarkən, hökm və qərar çıxararkən həmin hökmdə və qərarda gəldikləri nəticələrin işin faktiki hallarına uyğun olmamasına, cinayət və cinayət-prosessual qanunu normalarının düzgün tətbiq edilməməsinə, Məhkum4 ibtidai istintaqda hüquqlarının əhəmiyyətli dərəcədə pozulduğuna, onun əməlində cinayət tərkibi olmadığına, cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməli olduğu halda, əməli səhvən Azərbaycan Respublikası CM-nin 179.3.1, 179.3.2 və 309.2-ci maddələri ilə tövsif olunduğuna və ona cəza verildiyinə görə Bakı A pellyasiya Məhkəməsinin həmin qərarı qanunsuz, əsassız və ədalətsizdir. Kassator qeyd etmişdir ki, Məhkum4 özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilməmiş və göstərmişdir ki, 21.11.2002-ci ildən 07.07.2011-ci il tarixədək "xxxx" ASC-nin Nərimanov filialının müdiri vəzifəsində işləmişdir. 2008-ci ildən başlayaraq 2011-ci il də daxil olmaqla müxtəlif vaxtlarda "xxxx"ASC-nin Kredit Komitəsinin sədri vəzifəsində işləyən X179 Hacıyevin adından ona zəng edərək bir-neçə fiziki şəxslərin adına kredit vəsaiti rəsmiləşdirmək lazım olduğunu, buna görədə həmin şəxslərin filiala müraciət edəcəyini və həmin şəxslərin sənədlərini toplayıb kredit ayrılması üçün baş ofisə göndərməyi Bankın sədri Məhkum1 adından tapşırmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarında kreditlər q ayıtmadıqda Məhkum4 məhkəməyə müraciət etmədiyini göstərsə də, problemli kreditlərin məhkəməyə verilməsi filial müdirlərinin səlahiyyətinə aid olmadığı, bu səlahiyyətin ancaq "xxxx" ASC-nin özünə və Məhkum1 aid olmasını araşdırmamış, nəzərə almamış və belə bir səhv nəticəyə gəlmişdir. Məhkum4 əməlində Azərbaycan Respublikası CM-nin 309.2-ci maddəsinin tərkibinin əlamətləri də yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 308-ci maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışında və AR Konstitusiya Məhkəməsi Plenumunun “AR CM-nin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “Vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli Qərarında Bank filialının müdiri vəzifəsi vəzifəli şəxslər siyahısına daxil edilməmişdir. Kassator göstərmişdir ki, Məhkum4 bankın Nərimanov filialında işlədiyi bütün dövr ərzində bütün fəaliyyətini “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun, həmin Qanunun tələblərindən irəli gələn Azərbaycan Respublikası Mərkəzi X160 tərəfindən 18 noyabr 2008-ci il tarixdə təsdiq edilərək 10 dekabr 2008-ci il tarixdə müvafiq qaydada dövlət qeydiyyatına alınmış “Banklarda kreditlərin verilməsi qaydaları’nın və “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərinin inkassasiyasının təşkili qaydaları”nın, habelə "xxxx" ASC-nin Müşahidə Şurasının 27 may 2009-cu il tarixli,51 nömrəli protokolunun 2 №-li qərarı ilə təsdiq edilmiş “Bank kredit siyasəti’nin tələblərinə müvafiq həyata keçirmiş, həmin normativ sənədlərin tələblərini heç vaxt pozmamış və eləcə də 1.5 00.000 manat və ondan yuxarı məbləğdə verilən kreditlərin "xxxx" ASC-nin Müşahidə Şurasının qərarına əsasən rəsmiləşdirilməsini nəzərdə tutan həmin Şuranın 23 oktyabr 2009-cu il tarixli 52 №-li protokolunun 2 nömrəli Qərarının tələblərinə daimi riayət etmiş və X5madan öz qərarı ilə heç kimə kredit ayırmamış və nə də pul vəsaiti verməmişdir. Heç vaxt Bankın pul vəsaitini mənimsəməmişdir və filial müdiri olaraq xidməti səlahiyyətlərinin hüdudlarından kənara çıxan hərəkətlərə yol verməmiş, səlahiyyətlərini aşmamışdır. Bankın hüquqlarına və qanuni mənafelərinə heç bir zərər vurmamışdır. İşlədiyi bütün dövr ərzində cəmi iki dəfə iclaslarda qəbulunda olduğu "xxxx" ASC-nin İdarə Heyətinin sədri Məhkum1 ilə,Cəmiyyətin Mərkəzi Filialının müdirləri X104 və X88,həmin filialın müdir müavini və daha so nra müdiri X105, Cəmiyyətin nəzdində olan "xxxx" MMC-nin baş direktoru Məhkum3, eləcə də heç vaxt görmədiyi və tanımadığı, Məhkum1, İngiltərə krallığının vətəndaşı olan və uzun müddətdirki, daimi olaraq London şəhərində yaşayan arvadı X78,Məhkum2 və onun arvadı, heç vaxt tanımadığı və üzünü görmədiyi X79 ilə qabaqcadan əlbir olmamış, heç bir sabit cinayətkar qrup-mütəşəkkil dəstənin tərkibinə daxil olmamış, ”Azərbaycan Beynəlxalq Bankı” ASC-nin əmlakını mənimsəməmişdir. Bunu yuxarıda sadalanan şəxslərin hamısı da ibtidai araşdırma zamanı və məhkəmə istintaqı zamanı tam təsdiq etmişlər. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası heç bir araşdırma aparmadan qərarında göstərmişdir ki, məhkumlar - Məhkum1, Y6, Məhkum4, Məhkum3 və Məhkum2 məhkəmədə ittiham olunduqları əməllər üzrə özləri ni təqsirli bilməsələr də, "xxxx" ASC-də işlədikləri müddətdə cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş əməlləri törətmələrini guya sərbəst ifadələri ilə bilavasitə təsdiq etmişlər. Məhkəmə öz qərarında bu xüsusatı göstərsədə, hansı sərbəst ifadələr olduğunu göstərə bilməmişdir. Çünki belə bir ifadələr yoxdur. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarında göstərilmişdir ki, sənədlərdən görünür ki, Məhkum4 və əlbir olduğu mütəşəkkil dəstənin üzvləri tərəfindən "xxxx" ASC-dən 6.814.964.52 manat pul mənimsənilmiş, bunun 5.187.178 manatı qeyri-müəyyən şəxslər tərəfindən bağlanmış, 1.627.786.52 manatı isə açıq qalmışdır. Lakin nə ibtidai araşdırma orqanı, nə Bakı Ağır Cinayətlər Məhkəməsi və nə də Bakı Apelyasiya Məhkəməsi həqiqətdə həmin pul vəsaitinin kim tərəfindən mənimsə nildiyini və bağlanan vəsaitin kim tərəfindən bağlandığını müəyyən edə bilmədikləri halda həmin məbləğdə Məhkum4 əsassız olaraq ittiham irəli sürülmüşdür. Bu faktda onun təqsirsiz olduğuna bir sübutdur. Kassatorlar kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2016-cı il tarixli qərarının Məhkum4 barəsində ləğv edilməsini, Məhkum4 təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittihamlar üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişlər. Məhkum3 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum3 qarşı irəli sürülmüş əsassız ittihamın «təsdiq edilməsi» onun Azərbaycan Respublikasının milli qanunvericiliyi və qoşulduğu Beynəlxalq Konvensiyalar ilə təsbit olunan hüquq və azadlıqlarının kobud pozulması ilə aparılan məhkəmə prosesləri vasitəsilə həyata keçirilmişdir. Məhkum3 prosessual qanunvericilik normaları və «Avropa İnsan Hüquqları Konvensiyasının» 6-cı maddəsi ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququ, məhkəmənin çəkişmə prinsipi və sair hüquqları nəinki, ibtidai araşdırma zamanı, həmçinin çox böyük ümidlər ilə gözlənilən məhkəmə prosesində pozulmuşdur. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən müdafiə tərəfinin etirazlarına və təkidlərinə baxmayaraq araşdırma predmeti kifayət qədər böyük olan sənədlər və digər istintaq hərəkətləri üzrə məhkəmə prosesləri həftədə 3 dəfə təşkil olunmaqla tez-tələsik aparıla raq 1 ay 10 gün müddətinə yekunlaşdırılmışdır. Hansı ki, həmin məhkəmədə hansısa kiçik həcmli istintaq sənədləri olan cinayət işləri üzrə məhkəmə prosesləri aylarla, hətta illərlə aparılır. Bununla da müdafiə hüququ pozulmuşdur. Belə ki, müdafiəçi öz müdafiə etdiyi şəxslə təklikdə, konfidensial şəraitdə görüşmək, məsləhətləşmək və müdafiə strategiyasını qurmaq hüququndan tamamilə məhrum olunmuşdur. Bundan başqa, müdafiə tərəfinin məhkəmədə verdiyi vəsatətlərin heç biri təmin edilməmişdir. Baxmayaraq ki, məhkəmə vəsatətlərin müzakirəsini qəsdən proseslərin sonuna keçirməklə və digər formada həmin vəsatətlərin müzakirəsini gecikdirməklə həm yeni vəsatətlər verilməsinə mane olmuş, həm də verilən vəsatətləri heç bir qanuni əsas olmadan təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsində ilki n baxış zamanı müdafiə tərəfi bir çox vəsatətlərlə çıxış etmişdir. Vəsatətlərdən biri də eyni zamanda qismən və yaxud tam olaraq məhkəmə istintaqı ilə prosesin aparılması idi. Kassator qeyd etmişdir ki, buna dair haqlı arqumentləri də vardır. Əsas arqumentləri məhz birinci instansiya məhkəməsinin ümumiyyətlə sənədləri araşdırmadan, tədqiq etmədən, verilən çoxsaylı vəsatəti təmin etmədən gəldiyi mövqe ədaləti əks etdirmədiyini, məhkəmə hökmünün eynən ittiham aktının köçürülməsi olmasından ibarət idi. Həmçinin ittiham tərəfi 80 yaxın şahidlə təmsil olunsa da, müdafiə tərəfinin prosesə şahidləri cəlb etməsinə dair vəsatətlərinin təmin edilməməsi də məhkəmə prosesinin istintaqla aparılmasını zəruri edirdi. Vəsatətlərin təmin edilməməsi məhkəmə prosesinin apellyasiya baxışı zamanı istintaqla ke çirilməsini zəruri edən hallar sırasında idi. 9 dekabr 2016-cı il tarixli Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış qərarı ilə məhkəmə prosesi məhkəmə istintaqı aparılmadan əlavə sübutlar təqdim edilmədən baxışa təyin edilmişdir. Kassator qeyd etmişdir ki, işdə təqsirləndirilən bütün şəxslər də eyni vəsatətlə çıxış etmişdir ki, məhkəmə istintaqı qismən və ya tam hissədə həyata keçirilsin. Lakin çox təəssüf ki, məhkəmə bunu nəzərə almamışdır. Apellyasiya instansiya məhkəməsi zamanı yenidən bir çox vəsatətlər verilmiş və həmin vəsatətlər hər hansı bir əsaslandırma olmadan dərhal rədd edilmişdir. Kassator bildirmişdir ki, törədilən əmələ görə Məhkum3 CM-nin 179.3.1, 179.3.2 və 309.2-ci maddələrində nəzərdə tutulan əsassız ittiham elan olunmuşdur. İş materialları ilə tanış olarkən, ibtidai ist intaqı həyata keçirən orqan və vəzifəli şəxslərin işə biryönlü yanaşdıqları və işin hərtərəfli araşdırılmasının aparılmadığı aydın olur. Məhkum3 əməlində CM-in 179.3.1, 179.3.2 və 309.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri yoxdur, ona qarşı verilən ittiham tamamilə əsassız olduğundan rədd edilməlidir. Belə ki, o, CM-nin 179-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunur. İlk növbədə qeyd etmək lazımdır ki, CM-nin 179-cu maddəsi qanunvericilikdə iqtisadi cinayətlər kateqoriyasına aid edilib. Bu cinayət əməli ilə bağlı həm qanunvericilik, həm də həmin qanunvericiliyə verilən izah və şərhlərin mahiyyətindən müəyyən olunur ki, bu cinayətin törədəni (subyekti) xüsusi subyekt, yəni vəzifəli şəxs olmalıdır. Hazırkı ittihamdan isə Məhkum3 Azərbay can Beynəlxalq Bankın vəzifəli şəxsi olması müəyyən olunmur. Bundan başqa, ittihama əsasən Məhkum3 guya Azərbaycan Beynəlxalq Bankın sabiq rəhbəri Məhkum1 təşkil etdiyi hansısa mütəşəkkil dəstənin üzvü olub və bu cinayəti törədib. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20.04.1999-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” dedikdə, bir və ya bir neçə cinayətin törədilməsi üçün əvvəlcədən birləşmiş iki və yaxud daha çox şəxslərdən ibarət olan möhkəm cinayətkar qrup başa düşülməlidir. Məhkəmə araşdırması zamanı Məhkum3 hazırki ittiham üzrə digər təqsirləndirilən şəxslə r ilə belə bir dəstənin təşkil olunması, vəzifə bölgüsü və qeyd olunan hallarla bağlı hər hansı sövdələşməsinin olması, mötəbər və ya qeyri mötəbər sübutla müəyyən olunmamışdır. İşin faktiki hallarına əsasən nəinki, Məhkum3 hətta digər təqsirləndirilən şəxslər arasında mütəşəkkil dəstənin əlamətlərini əks etdirən hallar müəyyən edilməmişdir. Belə ki, Məhkum3 rəhbərlik etdiyi "xxxx" MMC-nin işçilərini Azərbaycan Beynəlxalq Bankına göndərməkdə hansısa məbləği talama, mənimsəmə niyyəti müəyyən olunmamışdır. Kredit müqavilələri üzrə bankdan verilən pulları nə özü, nə də işçilər götürməyib. Bu barədə ittiham məhkəməyə bir dənə də olsun nəinki mötəbər, hətta şübhəli sübut da təqdim etməmişdir. İttiham üzrə dindirilən şəxslər kredit müqavilələri üzrə ayrılan pulların müəyyən ölkədaxili və xarici layihələrə istifadə olunması göstərilir. Həqiqətən də pulların həmin layihələrə istifadə edilməsi ibtidai araşdırma zamanı sübut edilmişdir. Bir halda ki, iitiham tərəfi Azərbaycan Beynəlxalq Banka məxsus maliyyə vəsaitlərinin mənimsənilməsini iddia edirsə və Məhkum3 həmin pul vəsaitlərinin nəinki, götürmədiyi halda, heç məbləğini bilməyirsə, belə olan halda Məhkum3 nəyə əsasən talamada ittiham oluna bilər? Azərbaycan Beynəlxalq Bankına məxsus pulların qeyd olunan həmin layihələrə ayrılmasında, göndərilməsində və xərclənməsində heç bir rolu və sərəncamı olmamışdır. Qeyd edilən layihələrin Məhkum3 heç bir aidiyyəti yoxdur. Ona görə də, ittiham həmin layihələrin mənsubiyyətini müəyyən etməlidir. İş üzrə heç bir sübut yoxdur ki, Məhkum3 hansısa məbləğdə pulu götürüb və ya ona pul verilib. İ ş üzrə müəyyən olunmuşdur ki, Məhkum3 heç bir kredit müqaviləsindən və məbləğindən məlumatı yoxdur. İttihama əsasən müəyyən olunmuş həmin pulların istiqaməti ilə (layihələr, VİP kartlar və s.) Məhkum3 heç bir əlaqəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kreditlərin əksəriyyəti ödənilib, lakin ödənilən hissələrə dair yenə də əsassız ittiham verilmişdir. Məhkəmələrin Məhkum3 barəsində olan hökm və qərar çıxarılarkən qanunun yuxarıda göstərilən tələblərinə də əməl edilməmiş, qanunsuz və əsassız olaraq təqsiri olmayan şəxs ağır cinayət törətməkdə ittiham edilmişdir. Beləliklə, işin faktiki halları ilə bağlı yuxarıda göstərilən xüsusatlardan tamamilə aydın olur ki, hazırkı cinayət işi üzrə Məhkum3 təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona qarşı irəli sürülmüş ittiham tamamilə əsassız olduğundan, Məhkum3 barəsində aparılan cinayət təqibinə cinayət hadisəsi və əməlində həmin cinayətin tərkibinin olmaması əsası ilə ona bəraət verilməlidir. Məhkəmələrin hökm və qərarı ilə “İnsan hüquqlarının və X39 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur.Müdafiə tərəfinin çoxsaylı dəlillərinə məhkəmələr tərəfindən heç bir münasibət bildirilməmiş, həmin dəlillər nə təsdiq, nə də təkzib edilmədi, nəticədə 6-cı maddənin imperativ tələbləri kobud şəkildə pozulmuşdur. Kassator kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmünü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2017-ci il tarixli qərarını ləğv edərək, Məhkum3 əməllərində CM-nin 179.3.1, 179. 3.2 və 309.2ci maddələrinin tərkibi olmadığına görə, həmçinin təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində olan cinayət təqibi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, Məhkum1 müdafiəçisi L6nun, Məhkum2 müdafiəçisi Müdafiəçi1, Məhkum4 və müdafiəçisi S6, Məhkum3 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətlərinin və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əlavənin təmin olunmaları barədə Məhkum1 müdafiəçisi F6, Məhkum4 və onun müdafiəçisi S6, Məhkum2 müdafiəçisi Müdafiəçi1, Məhkum3 müdafiəçisi Müdafiəçi2, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin təmin edi lməmələrinə dair dövlət ittihamçısıK6 və mülki iddiaçı- "xxxx" QSC-nin nümayəndəsi X4 çıxışlarını dinləyərək hesab edir ki,aşağıdakı səbəblərə görə Məhkum1 müdafiəçisi L6, Məhkum2 müdafiəçisi Müdafiəçi1, Məhkum4 və müdafiəçisi S6 tərəfindən verilən kassasiya şikayətləri və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2017-ci il tarixli qərarı məhkumlar Məhkum1, Məhkum2 və Məhkum4 aid hissədə dəyişdirilmədən saxlanılmalı, Məhkum3 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2017-ci il tarixli qərarı Məhkum3 aid hissədə dəyişdirilməli və onun cəzası yüngülləşdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Pro sessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya kollegiyası ilk növbədə Məhkum1 müdafiəçisi L6, Məhkum2 müdafiəçisi Müdafiəçi1, Məhkum4 və müdafiəçisi S6 tərəfindən verilmiş kassasiya şika yətlərinin dəlillərinə və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əlavənin dəlillərinə münasibət bildirilməsini məqsədəmüvafiq hesab edir: Məhkum1 və müdafiəçisi kassasiya şikayətlərində Bakı Apellyasiya Məhkəməsinin 01 iyun 2017-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum1 əməlində cinayət tərkibi olmadığından, eləcə də cinayət hadisəsi olmadığına görə onun barəsində bəraətverici əsaslarla bütün ittihamlar üzrə cinayət işinə xitam verilməsini, mülki iddianın və xüsusi müsadirənin ləğv edilməsini, ona münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 3, 5, 6, 7, 8, 14-cü maddələrinin pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassator Müdafiəçi1 kassasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmünün və Bakı A pellyasiya Məhkəməsinin 01 iyun 2017-ci il tarixli qərarının Məhkum2 barəsində dəyişdirilməsini, CM-in 228.1 və 228.4-cü maddələrinin ittihamdan xaric edilməsini, CM-in 179.3.1 və 179.3.2-ci maddələri ilə ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Kassatorlar Məhkum4 və müdafiəçisi kassasiya şikayətlərində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2016-cı il tarixli qərarının Məhkum4 barəsində ləğv edilməsini, Məhkum4 ona istinad edilən cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişlər. 1.İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətlərinin də dəlillərində göstərilmiş və apellyasiya instansiy ası məhkəməsinin araşdırma predmeti olmuşdur.
2. Məhkəmə kollegiyası vurğulayır ki, işə baxan məhkəmələr sübutları Məhkum1, Məhkum2 və Məhkum4 aid hissədə CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, məhkumlara istinad edilən cinayət əməllərinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. (məhkəmələr məhkumların təqsirlilik məsələsini həll edərkən məhkumların öz ifadələrinə, şahidlərin bir-birinə uyğun ifadələrinə, ekspertiza rəylərinə və digər sübutlara əsaslanmışlar).
3. Birinci və apellyasiya instansiya məhkəmələrinin məhk umlar Məhkum1, Məhkum2 və Məhkum4 cinayət əməllərinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, məhkumlar Məhkum1 cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 308.2, 309.2 və 313-cü maddələri ilə, Məhkum2 cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 228.1 və 228.4-cü maddələri ilə və Məhkum4 cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 və 309.2-ci maddələri ilə tövsif edilmişdir.
4. Məhkəmə kollegiyası Məhkum1 münasibətdə “İnsan Hüquqlarının və X39 haqqında” Avropa Konvensiyasının müddəalarının pozulması barədə müdafiə tərəfinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, Konvensiyanın müddəalarının pozuntusunun konkret olaraq nədə ifadə olunması göstərilmədiyindən və bu xüsusat formal xarakter daşıdığından, habelə bununla bağlı hallar müəyyən olunmadığından müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.
5. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və X39 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, Məhkum1, Məhkum2 və Məhkum4 təqsirlərinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş və iş üzrə mötəbər sübutların məcmusu ilə məhkumların təqsirləri sübuta yetirilmişdir.
6. Məhkəmə kollegiyası Məhkum1 müdafiəçisinin məhkəmə baxışı zamanı verdiyi vəsa tətlərin təmin edilməməsi ilə bağlı şikayətin dəlillərinə münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, işə baxan məhkəmələr tərəfindən verilmiş vəsatətlər müzakirə olunmuş və əsaslı olmadığından təmin edilməmişdir.
7. Məhkumlar Məhkum1, Məhkum4 və Məhkum2 törətmiş olduqları cinayət əməlləri onların təqsiri özlərinin bilavasitə işin faktiki hallarına uyğun olan sərbəst ifadələri ilə, həmçinin iş üzrə mülki iddiaçının və zərərçəkmiş şəxs olan mülki iddiaçının nümayəndələrinin və çoxsaylı şahid ifadələri ilə, həmçinin keçirilmiş ekspertiza rəyləri ilə, eləcə də işdə olan digər sənədlərlə tam təsdiq olunmuşdur. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar iş materi alları ilə müəyyən edilməmişdir.
8. Məhkəmə kollegiyası Məhkum1 Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi müddətdə törətdiyi əməllərin cinayət hadisəsi sayılmaması və mülki mühakimə icraatının predmeti hesab olunması barədə müdafiə tərəfinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir:
9. Belə ki, məhkəmə araşdırmaları zamanı Məhkum1 ittiham olunduğu cinayət əməlləri üzrə özünü təqsirli bilməmiş və göstərmişdir ki, “ İttihamda 211 milyon manat ziyan vurulduğu yazılmasına baxmayaraq nə qədər hesablasa da, həmin məbləğ alınmır. Hesab edir ki, ödənilməyən kreditlər üzrə 15 milyon 497 min manat qalıb, qismən ödənilənlər üzrə 481 min manat, plastik kartlar üzrə öz adına 9 milyon 369 min dollar, 791 min avro, 1 milyon 81 min funtsterlinq, həyat yoldaşı Zamirənin adına 9 milyon dollar, 2 milyon 793 min avro, 4 milyon 600 min manat borc yazılıb, qızı Leylanın isə borcu yoxdur. A7in adına 26 milyon 991 min dollar, 14 milyon 137 min avro, 4 milyon 770 min manat ödənilsə də ittiham aktına salınmayıb. Moskvadakıların adına 88 milyondan bir az çox borc yazılıb. İttihamda verilənləri ayrı-ayrı hesablayanda da heç 211 milyon etmir. İttihamda göstərilənlər 20 il ərzində özü və ailə üzvlərinin kartlar üzrə dövriyyəsidir, kredit qalığı deyil. Kartlar üzrə olan vəsaitlərə səhmlər alınıb ki, Beynəlxalq Bankın kapitalı qaldırılsın. Hesab edir ki, Kredit borcu təxmini 88 milyon 800 min edir, heç cür 211 milyon etmir. Bu pullar istintaq dövrü yox, istintaqdan əvvəl qaytarılıb. Hesab edir ki, burada mütəşəkkil dəstə və qabaqcad an əlbirlik yoxdur. Özünün 1 milyon 800 min manatlıq səhmləri vardı ki, onunla da borcları bağlanmalı idi. Onun oğurlamaq niyyəti olsaydı, istintaqdan öncə ödəniş etməzdi. Kreditlərin fiziki şəxslərə konkret layihələrin maliyyələşməsi üçün verildiyini istintaqa verdiyi ifadədə də qeyd etmişdir. 2010-cu ilə qədər «Valyuta Tənzimlənməsi haqqında» qanuna görə qeyri rezidentlərə kredit vermək mümkün olmadığından məcbur qalıb fiziki şəxsin adına kredit vermiş, sonra da həmin pul başqa xarici hüquqi şəxslərin adına köçürülmüşdür. Kreditə götürülən pullar Möhtərəm Prezidentin fərmanına görə kənd təsərüffatı sahəsində yeni layihələrə yönəldilirdi. Limiti aşmış 1 milyon 500 min vəsait verib, düz edib. Hesab edir ki, Müşahidə Şurasının qərarı Banklar haqqında qanuna və Mülki Məcəlləyə ziddir. 2008-c i ildən Maliyyə Nazirliyi ilə münasibətlərində insident yaranıb. Beynəlxalq böhran olanda bütün dövlətlərin Mərkəzi Bankları və Maliyyə Nazirlikləri onlardan başqa digər banklara yardım etdi. 15 il sədr işləmişdir ki, bu illər ərzində Beynəlxalq Bankın reytinqi ölkənin ümumi reytinqindən 2 dəfə çox olmuşdur. 2014-cü ilin nəticəsi ilə bank 25 milyon xalis mənfəətlə çıxıb. Hesab edir ki, ziyan 211 milyon deyil, bu pul mənimsənilməyib. Kredit verib minlərlə iş yerləri yaratmışdır, odur ki, özünü təqsirli bilmir, digər təqsirləndirilən şəxslərlə də mütəşəkkil dəstə yaratmamışdır, onların çoxunu burada görüb. 2001-ci ildən 2015-ci ilə qədər İdarə Heyətinin sədri vəzifəsi işlərkən əsas vəzifəsi ümumi rəhbərlik olmuşdur. Kreditlər sədr səviyyəsinə çıxmamış, məbləğdən asılı olaraq kiçik və böyük k redit komitələri fəaliyyət göstərmiş və Kredit komitəsinin sədri Ümumi Yığıncaq tərəfindən və ya Müşahidə Şurası tərəfindən təyin olunmuş, Filial müdirləri İdarə Heyəti tərəfindən təyin olunmuş, Müşahidə Şurası haqqında qanun və Banklar haqqında qanun çərçivəsində hərəkət etmişlər. 1 milyon 500 minlə bağlı Müşahidə Şurasında müzakirə aparılsa da, nəticədə heç nə olmamış, yəni Müşahidə Şurasının bu qərarı ləğv olunmamışdır. Layihələrlə əlaqədar iş adamları müraciət etmişlər, müraciətlərə baxılaraq kredit ayrılmışdır. Konkret 49 nəfərdən kimlər müraciət etməsini xatırlamır, şirkətlər müraciət etmiş, onlar da maliyyələşdirmişlər. Bank kredit vermiş, həmin kreditin hansı layihələrə xərclədiyini müəyyən etmək onun səlahiyyəti daxilində olmamışdır. 2010-cu ilə qədər qeyri rezidentlərin birbaşa m aliyyələşdirməsi mümkün olmadığından layihəni həyata keçirən şəxs müraciət etdiyi halda da kredit onun adına deyil başqa şəxsin adına verilmişdir. Hesab edir ki, kreditin düzgün rəsmiləşdirilməsi onun səlahiyyətində deyil, göstəriş vermişdir ki, krediti fiziki şəxslərin adına vermək olar. Hesab edir ki, burda yeganə texniki səhv ondan ibarətdir ki, başqa şəxsin adına olan kredit digər başqa şəxsə verilib, bu iki şəxsin arasında borc müqaviləsi və sair sənədləşmə olmayıb. Kreditlərə isə konkret olaraq Emin Mustafayev və A6 baxmışdır. Hesab edir ki, o, kreditlərin verilməsi qaydasını pozmuşdur ki, bu da cinayət məsuliyyəti yaratmır. Layihəyə ayrılan pulların hara xərclənməsi ilə bağlı sənədlər təqdim edə bilmir, belə ki, həmin sənədələr bankda və Lüksemburq ofisindədir. Layihələrə pul ayrıld ıqdan sonra həmin layihəyələrə köçürülməsi hesaba köçürülmə yolları ilə Lüksemburq ofisində olan hesaba oturdulmuşdur. Bir daha bildirir ki, yalnız göstəriş verdiyi şəxslərə bidirmişdir ki, adlarına kredit götürüləcək elə şəxsləri seçsinlər ki, onlar sonradan problem yaratmasınlar. Kredit kimi rəsmiləşdirilərək götürülən pullar ölkə xaricində həyata keçirilən müxtəlif layihələrə yönəldilmişdir. Məhkum2la bağlı bildirir ki, sonuncu "xxxx" zavodunun müdiri olmuş, vəsait ona köçürülmüş, 17 milyon Məhkum2 cibinə getməmiş, layihənin bağlanmasına sərf olunmuş və Məhkum2 bu epizodla bağlı gedib cəzasını çəkib. Məhkum2 qohum və tanışlarının adlarına ayrılan kredit təyinatı üzrə verilib. Beynəlxalq Bankın rəhbəri kimi bilib ki, bir kredit bir neçə adamın adına yazılıb. Özünün ailə üzvlərinin adına 16 plastik kartla kredit ayrılıb, ailə üzvləri də həmin kredit kartlardan istifadə edib. Həmin kartlar vasitəsilə bank üçün səhmlər alınıb, səhmlərin alınması kapital yığımı üçün olmuşdur. Kartlarla bağlı məsələ özünün və ailəsinin son 15 ildə dövriyyəsidir, bankda bununla bağlı sənədlər var. Kredit ayrılmış hər bir şəxs haqqında ayrıca məlumatı olmayıb. Kreditin təminatsız verilməsinə qadağa olmadığından 0 faiz dərəcəsi ilə də verilib. Plastik karta göstərilən məbləğlər köçürülmüş və ailəsinin təhsilinə, gəzməyinə istifadə olunub ki, bu da xərc hissəsidir. Kartlar üzrə şəxsi xərclər olan 30 milyon qaytarılıb. Xaricdə işlənilən layihələrin icazəsini özü vermiş və ayrılan pullar layihələrə gedib. Əgər layihələr davam etsəydi pullar faizləri ilə birlikdə ödəniləcəkdi. Bütün layihələr Beynə lxalq Bankın girovundadır. Bank girovları qiymətləndirib, verilən kreditlərdən girovun dəyərini çıxıb, qalığı rəsmiləşdirib”.
10. Məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, cinayət işinin materiallarında olan sübutlar Məhkum1 ifadələrində və kassasiya şikayətinin dəlillərində göstərilən xüsusatları təkzib edir.
11. Belə ki, Məhkum4 məhkəmə araşdırmaları zamanı verdiyi ifadəsində göstərmişdir ki, “ 21.11.2002-ci il tarixdən 07.07.2011-ci il tarixədək "xxxx" ASC-nin Nərimanov filialının müdiri vəzifəsində işləmişdir. "xxxx" ASC-də Kredit Komitəsinin sədri vəzifəsində işləmiş A6 bir neçə dəfə ona zəng vuraraq demişdir ki, fiziki şəxslərin adlarına kredit vəsaiti rəsmiləşdirmək lazım olduğundan bir neçə şəxs filiala müraciət edəcək, həmin şəxslərin sənədlərini toplayıb kredit ayrılma sı üçün baş ofisə göndərsin. O da 2008-ci ildən başlayaraq 2011-ci il daxil olmaqla müxtəlif vaxtlarında A6in göstərişi ilə əvvəllər tanımadığı 15 nəfər fiziki şəxsə müxtəlif vaxtlarda müdiri olduğu Nərimanov filialından kreditlər rəsmiləşdirmişdir. Özü həmin şəxslərlə görüşməsə də kredit şöbəsinin rəisinə tapşırmışdır ki, həmin şəxsləri qəbul edib şəxsiyyətlərini yoxlayaraq sənədləri toplasın. Həmin şəxslərdən kredit verilməsi üçün müraciət ərizələri alınmış, hər bir şəxsə dair kredit memarandumu doldurulmuş, digər sənədlər toplanmış və Bankın baş ofisinə göndərilmişdir. Kredit komitəsi həmin şəxslərin adına kreditlərin verilməsinə dair verilmiş qərarı filiala göndərildikdən sonra həmin şəxslərin hər biri ilə kredit müqaviləsi imzalanmışdır. Onun özü kassa mədaxil orderinə imza etdikdən s onra pul olmadığı halda pulun filiala gətirilməsi üçün baş idarəyə sifariş göndərmiş və kreditə götürülmüş pullar müştəri tərəfindən kassada imza edilib götürülmüşdur. Lakin onlar həmin pul vəsaitini özləri ilə birgə filiala gəlmiş "xxxx" MMC-nin nümayəndəsinə vermişlər. Nümayəndənin adını xatırlamasa da, xatırlayır ki, Məhkum3 da bir dəfə eyni məqsədlə filiala gəlmişdir. Pulun filialın kassasından çıxarılması sənəd əsasında əksini tapmış, bank tərəfindən verilmiş pulun kredit təyinatı üzrə xərclənib-xərclənməməsindən məlumatı olmamışdır. Eşitdiyinə görə ayrı-ayrı şəxslərin adlarına filialdan kredit əsasında çıxarılmış həmin pulun əsas hissəsi Ukraynadan metal alınmasına, bir hissəsi "xxxx" ASC-nin sabiq sədri Məhkum1 biznes fəaliyyətinə sərf olunmuşdur. Belə ki, ilk dəfə 2008-ci ilin iyul ayında Məhkum1 sürücüsü A7 ona zəng edərək metal alveri ilə əlaqədar pul lazım olduğunu bildirdiyindən X46 adına 300.000 ABŞ dolları kredit rəsmiləşdirmiş, həmin vəsaitin kassadan götürülməsinə sonuncu imza etsə də, götürməmiş, pul baş ofisdən gələn şəxs tərəfindən götürülmüşdür. Digər fiziki şəxslərin də adlarına kreditlər rəsmiləşdirilərkən eyni üsullar tətbiq olunmuşdur. Rəhbəri olduğu filialdan həmin müştərilərə kreditlərin verilməsində təşəbbüskar olmamış, həmin şəxslərin adlarına kreditlərin rəsmiləşdirilməsinə dair ona A6 tapşırıq vermiş və ona da həmin göstərişin Məhkum1 tərəfindən verildiyini demişdir. Həmin kreditlərin ayrılmasına dair A6in imzası ilə Kredit Komitəsinin qərarları alınmış, özü də həmin filialın rəhbəri olaraq onlar tərəfindən irəli sürülmüş göstərişi icra etmiş v ə nəticə etibarilə X109, X31, X60, X32, X110, X80, X111, X81, X140, X112, X33, X155, X61, X34, X79 və X121 adlarına -ümumilikdə 16 nəfərin adına cəmi 6.814.964 manat kredit rəsmiləşdirilmişdir. Hesab edir ki, rəhbərliyin göstərişlərini yerinə yetirdiyindən heç bir qanunsuz hərəkət etməmişdir”.
12. Məhkum3 məhkəmə araşdırmaları zamanı ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməmiş və göstərmişdir ki, “direktoru olduğu "xxxx" MMC "xxxx" ASC-yə aid olan obyektlərin və inzibati binaların mühafizəsini təşkil etmişdir. O, MMC-nin direktoru işlədiyi dövrdə Bankın sabiq rəhbəri Məhkum1 və onun keçmiş sürücüsünün göstərişi əsasında tabeliliyində olan işçilərinə göstəriş vermişdir ki, hər birinin adına müəyyən məbləğlərdə kredit rəsmiləşdirilməsi üçün "xxxx" ASC-nin Mərkəzi, Nərimanov və Nəql iyyat filiallarına getsinlər. 2008-ci ildən 2015-ci il də daxil olmaqla müxtəlif vaxtlarda və tarixlərdə onun 37 nəfər işçisinin adlarına ümumilikdə 29.713.191,52 manat məbləğində kredit verilsə də işçilərindən heç biri bankdan pulu götürməmiş, yalnız imza etmişlər. İşçilərinin adlarına rəsmiləşdirilmiş kredit vəsaitinin bir hissəsi metal alverinə xərclənsə də, qalan pulun nəyə xərclənməsindən xəbəri olmamışdır”.
13. Məhkum2 məhkəmə araşdırmaları zamanı verdiyi ifadəsində göstərmişdir ki, “"xxxx" MMC-nin baş direktoru vəzifəsində işləyərkən 17.564.283,05 manat məbləğində pul ilə əlaqədar mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsində cinayət məsuliyyətinə c əlb olunmuş və vurduğu maddi ziyanın ödənilməsi ilə bağlı yaxın dostu olan "xxxx" ASC-nin İdarə Heyətinin sədri Məhkum1 ona yaxın qohumlarının, eləcə də, tanışlarının adlarına kredit götürməklə mənimsədiyi pulu ödəməsini bildirmişdir. Bundan sonra Məhkum1 verdiyi göstərişə əsasən "xxxx" ASC-nin Nərimanov, Suraxanı, Sahil, Mərkəzi filiallarından onun yaxın qohumları və tanışlarının adlarına ümumilikdə 10 və 11 mart 2011-ci il tarixlərdə 6.795.724 manat məbləğində pul nağd şəkildə filialların əməkdaşları və qeyriləri vasitəsi ilə filialların kassalarından götürülmüşdür. Qohum və tanışları filiallara gedərək adlarına rəsmiləşdirilmiş kredit müqavilələrinə, kassa məxaric orderlərinə imza etsələr də, pul onlar tərəfindən götürülməmiş, Məhkum1 göstərişi ilə Azərbaycan Respublikası Vergilər Nazir liyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin «Kapital bank»da olan depozit hesabına qoyulmuşdur. Əvvəl törətdiyi mənimsəmə və vəzifə saxtakarlığı cinayətlərinə görə vurduğu maddi ziyanın ödənilməsi ilə əlaqədar vaxtı ilə həmin ziyanın onun yerinə tam ödənilməsini təmin etmiş Məhkum1 qaytarılması məqsədi ilə "xxxx" ASC-nin Sahil filialından həmin filialın əməkdaşlarının və qeyrilərinin iştirakı ilə filiala göndərdiyi qayınanası X28 adına rəsmiləşdirilmiş 816.556 manat məbləğində pulu nağd şəkildə filialın aidiyyəti əməkdaşları və qeyriləri vasitəsi ilə filialın kassasından götürülmüşdür. Yuxarıda qeyd edilən cinayətin törədilməsində özünü tam təqsirli bilir, lakin, yaşadığı bağ evində aşkar olunmuş bir ədəd «Makarov» tipli tapança, daraq və 06 ədəd patrondan xəbəri olm amış, həmin silahın evinə hansı yolla gətirilməsini bilmir, silah ona məxsus deyil. Bağ evindən aşkar olunmuş «Kotana» tipli qılınc ona məxsus olmuşdur, belə ki, həmin qılıncın ona 07.03.2003-cü il tarixdə qaynı X57 ad günü münasibəti ilə hədiyyə etmişdir”.
14. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş şəxslərin tədqiq edilmiş ifadələri və istintaq sənədləri (19 iyun 2015-ci il tarixli mütəxəssis arayışı və "xxxx" ASC-nin Audit Komitəsinin 02.05.2016-cı il tarixli, AK-11 №-li məktub Cild 1 i.v 202-238), məhkəmə-mühasibatlıq ekspertizasının 13 aprel 2016-cı il tarixli 5912№-li və 02 may 2016-cı il tarixli 6625 №-li rəyləri) əsasında - X45, X141, X113, X62, X94, X95, X82, X114, X115, X63, X122, X83, X69, X142, X116, X123, X20, X124, X64, X2, X96, X61, X 34, X117, X156, X143, Məhkum3 Əziz oğlu, X35, X84, X125, X166, X79, X157, X118, X126, X127, X33, X155, X110, X140, X111, X112, X81, X80, X60, X32, X31, X109 və M6na kredit vəsaitlərinin verilməsində «Banklar haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Mərkəzi Bankının «Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydaları»nın, «Banklarda kreditlərin verilməsi Qaydaları»nın və "xxxx" ASC-nin 2006-cı il tarixli kredit siyasəti və prosedurları və 2009cu il tarixli kredit siyasəti tələblərinin pozulması hallarına yol verildiyi və eyni zamanda alınmış kreditlərin qaytarılması üçün məlum kredit müştəriləri ilə "xxxx" ASC-nin problemli kreditlər departamenti və şöbəsi tərəfindən danışıqların aparılması, müştəriyə bildiriş göndərilməsi, kreditin qaytarılmas ı real hesab edilmədiyi təqdirdə belə borcları qaytarmaq məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə və ya hüquq-mühafizə orqanlarına müraciət edilməsi üçün müştəri xidməti strukturlarına və ya Hüquq departamentinə müraciət etmək, problemli kreditlərin qaytarılmasını təmin etmək üçün müştəri xidməti strukturlarının iştirakı ilə borcalanlarla görüşlər keçirmək və s. kimi tədbirlərin görülmədiyi müəyyən edilmişdir.
15. Həmçinin, "xxxx" ASC-dən verilmiş kredit vəsaitlərinin vaxtında qaytarılmaması nəticəsində "xxxx" ASC-yə vurulmuş ziyanın məbləği və kreditlərin verilməsində məsul şəxslər kimi Müşahidə Şurası (Sədr və üzvləri), İdarə Heyəti (Sədr və üzvləri), Kredit Komitəsi (Sədr və üzvləri), Böyük Kredit komitəsi (Sədr və üzvləri), Kiçik Kredit komitəsi (Sədr və üzvləri), Kredit Departamenti (Direktoru və müavinləri), Müştəri Xidmətləri strukturları (indiki halda "xxxx" ASC-nin Mərkəz filialının müdiri, həmin filialın kredit şöbəsinin müdiri, kredit şöbəsinin mütəxəssisi və xəzinadarı, Müştəri xidmətləri menecerləri, Kredit nəzarətçisi olduğu müəyyən edilmişdir.
16. Qeyd edilməlidir ki, "xxxx" ASC-nin Audit Komitəsinin 02 may 2016-cı il tarixli AK-011/1 №-li məktubundan görünür ki, "xxxx" ASC tərəfindən fiziki şəxslərə, o cümlədən təqsirləndirilən şəxslərə istinad edilən ittihamlarda göstərilən 57 şəxsə kredit kimi pul vəsaitləri verildiyi tarixlərdə müvafiq filialların kassalarında kreditlərin nağd qaydada çıxarılmasına imkan verəcək məbləğlər mövcud olmuşdur.
17. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi, məhkumlar Məhkum1, Məhkum4, Məhkum3 və Məhk um2, həmçinin göstərilən şahidlərin məhkəmə araşdırmaları zamanı ifadələrində göstərdikləri xüsusatlar bu işin mülki mühakimə icraatı qaydasında mübahisələndirilə bilməsini istisna edir və məhkumlar Məhkum1, Məhkum4in və Məhkum2 cinayət əməllərinin sübuta yetirlməsinə dair işə baxan məhkəmələrin gəldikləri nəticələrin qanuni və əsaslı olmasına dair heç bir şübhə yeri qoymur.
18. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, sənədlərə əsasən "xxxx" ASC-dən Məhkum1 və əlbir olduğu mütəşəkkil dəstənin üzvləri tərəfindən 211.597.334 manatın mənimsənildiyi, bu məbləğin 102.538.597,61 manatının qeyri-müəyyən şəxlər tərəfindən Banka ödənildiyi, 109.058.736,39 manatın isə ödənilməmiş qaldığı müəyyən edilmişdir.
19. Cinayət işinin materiallarında olan sənədlərdən g örünür ki, Məhkum4 və əlbir olduğu mütəşəkkil dəstənin üzvləri tərəfindən "xxxx" ASC-dən 6.814.964,52 manat pul mənimsənilmiş, bunun 5.187.178 manatı qeyri-müəyyən şəxlər tərəfindən bağlanılmış, 1.627.786,52 manatı isə açıq qalmışdır; X70 və əlbir olduğu mütəşəkkil dəstənin üzvləri tərəfindən "xxxx" ASC-dən 45.818.152 manat pul mənimsənilərək sonradan tam şəkildə bağlanmış; X88 və əlbir olduğu mütəşəkkil dəstənin üzvləri tərəfindən "xxxx" ASC-dən 37.469.922 manat pul mənimsənilmiş, bunun 35.954.922 manatı qeyri-müəyyən şəxlər tərəfindən bağlanılmış, 1.515.000 manatı açıq qalmış; X105 və əlbir olduğu mütəşəkkil dəstənin üzvləri tərəfindən "xxxx" ASC-dən 16.910.597 manat pul mənimsənilmiş, bunun 7.995.180 manatı qeyri-müəyyən şəxlər tərəfindən bağlanılmış, 8.915.417 manatı açıq qalmış; Məhku m4 və əlbir olduğu mütəşəkkil dəstənin üzvləri tərəfindən "xxxx" ASC-dən 6.814.964,52 manat pul mənimsənilmiş, bunun 5.187.178 manatı qeyri-müəyyən şəxlər tərəfindən bağlanılmış, 1.627.786,52 manatı açıq qalmış; Məhkum2 və əlbir olduğu mütəşəkkil dəstənin üzvləri tərəfindən "xxxx" ASC-dən 7.612.280 manat pul mənimsənilmiş, bunun 311.200 manatı qeyri-müəyyən şəxlər tərəfindən bağlanmış, 7.301.080 manatı isə açıq qalmışdır. (Cild 17 i.v 3-29).
20. Məhkəmə-xəttşünaslıq ekspertizasının 03 may 2016-cı il tarixli 9225 №-li rəyi ilə, X122 ilə Nəqliyyat filialı arasında bağlanmış 24 sentyabr 2010-cu il tarixli 10683 saylı kredit müqaviləsində «Borc alan» qrafasındakı imzanın, X71 adından həmin filiala yazılmış ərizədə «X122» yazılarının qarşısındakı imzanın X122 tərəfindən icra olunduğu; X94 ilə N əqliyyat filialı arasında bağlanmış 21 sentyabr 2010-cu il tarixli 10936 saylı kredit müqaviləsinin 1-5-ci vərəqələrinin sağ küncündəki imzaların, 6-cı vərəqəsində «Borc alan» hissəsindəki imzanın, X94 ilə Nəqliyyat filialı arasında bağlanmış 24 sentyabr 2010-cu il tarixli 10679 saylı kredit müqaviləsində «Borc alan» hissəsindəki imzanın, X41 adından olan ərizədə «X94» yazılarının qarşısındakı imzanın, X41 adına olan 835.800 manat məbləğində pulun götürülməsi barədə məxaric kassa orderində «Məbləği aldım» qrafasındakı imzanın - X94 tərəfindən icra olunduğu; X128 ilə Nəqliyyat filialı arasında bağlanmış 27 iyun 2014-cü il tarixli 11360 saylı kredit müqaviləsinin 1-6-cı vərəqələrinin aşağı sağ küncündəki və 6-cı vərəqədə «Borc alan» qrafasındakı imzaların, X85 adından həmin filiala yazılmış ərizədə «X128» yazılarının qarşısındakı imzanın, X85 adına olan 1.250.048 manat məbləğində pulun götürülməsi barədə məxaric kassa orderində «Müştərinin imzası» qarşısındakı imzanın - X128 tərəfindən icra olunduğu; X114 ilə Nəqliyyat filialı arasında bağlanmış 07 sentyabr 2010-cu il tarixli 10933 saylı kredit müqaviləsinin 15-ci vərəqəsinin aşağı sağ küncündəki imzaların, 6-cı vərəqəsində «Borc alan» hissəsindəki imzanın, X114 ilə Nəqliyyat filialı arasında bağlanmış 24 sentyabr 2010-cu il tarixli 10681 saylı kredit müqaviləsinin 1-5-ci vərəqəsinin aşağı sağ küncündəki imzaların, 6-cı vərəqəsində «Borc alan» hissəsindəki imzanın, X53 adından olan 2 ədəd həmin filiala yazılmış ərizələrdə «X114» yazılarının qarşısındakı imzaların - X114 tərəfindən icra olunduğu müəyyən edilmişdir.
21. Həmçini n, X71 adına olan bankdan 955.220 manat pulun götürülməsi barədə məxaric kassa orderində «Müştərinin imzası» qrafasındakı imzanın - X122 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu; habelə X41 adına olan 531.472 manat məbləğində pulun götürülməsi barədə məxaric kassa orderində «Müştərinin imzası» qrafasındakı imzanın - X94 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu; bundan başqa X53 adına olan, bankdan 550.844 və 945.270 manat məbləğində pulun götürülməsi barədə məxaric kassa orderində «Müştərinin imzası» qrafalarındakı imzaların - X114 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu; bundan əlavə M6 ilə Mərkəz filialı arasında bağlanmış 06 aprel 2009-cu il tarixli 3502 №-li kredit müqaviləsində «Borc alan» qrafalarındakı imzaların, M6nun adından filiala yazılmış tarix siz müraciətdə «M6» yazılarının qarşısındakı imzanın - M6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir (Cild 17 i.v 215-216). 22. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin «Dövlətə məxsus səhmlərin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanın 1-ci hissəsinə, "xxxx" ASC ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti» arasında bağlanmış 11 avqust 2015-ci il tarixli müqaviləyə əsasən Məhkum2 epizodu üzrə 8 nəfərə kredit kimi verilmiş cəmi 7.007.423,87 manat məbləğində təqsirləndirilən şəxslər tərəfindən vurulmuş ziyanın onlardan tələb olunması ilə bağlı "xxxx" QSC 18 may 2016-cı il tarixli qərarla mülki iddiaçı qismində tanınmışdır. (Cild 20 i.v 27-46).
23. Cinayət işinin mate riallarında olan Protokoldan görünür ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin 14 may 2015-ci il tarixli məktubunda Məhkum2 qanunsuz olaraq odlu silah sayılan tapança əldə edib yaşadığı Bakı şəhəri, *************** bağ evində gizlədərək saxladığı qeyd olunmuş və 16 may 2015-ci il tarixdə Məhkum2 faktiki olaraq yaşadığı Bakı şəhəri, *************** bağ evində məhkəmə qərarı əsasında axtarış və götürmə istintaq hərəkəti keçirilmiş və 1 ədəd 9 mm kalibrli «Makarov» markalı nömrəsi olmayan tapança, onun 1 ədəd darağı (sandıqça) və 6 ədəd 9 mm kalibrli patronlar və 1 ədəd «Katana» tipli qılınc aşkar edilərək götürülmüşdür (Cild 1 i.v 124, 131-139).
24. Məhkəmə-ballistik ekspertizasının 24 iyun 2015-ci il tarixli 11233/11234/11235 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 9 mm kalibrli olmaqla «Makarov» konstruksiyalı (PM) markalı, nömrəsi silinmiş, zavod üsulu ilə hazırlanmış tapançadır, yivli odlu döyüş silahıdır, hissə-mexanizmləri tamdır, sazdır və atəş açmaq üçün yararlıdır. Tədqiq edilən 4 (dörd) ədəd predmet 9 mm kalibrli olmaqla, həmin kalibrə malik «Makarov» və avtomatik «Steçkin» konstruksiyalı tapançalarda, o cümlədən tədqiqata təqdim edilmiş tapançada istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patronlardır, döyüş sursatı hesab edilir və istifadəyə (atəşə) yararlıdırlar. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet «Makarov» konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 8 ədəd 9 mm kalibrli patro n tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır və istifadəyə yararlıdır. Tədqiqata təqdim edilən 1 (bir) ədəd qılınc Katana tipində kustar üsulla hazırlanmış kəsici-deşici xassəyə malik olan soyuq silahdır. Tədqiqata təqdim edilmiş tapançadan atəş (atəşlər) açılmış və sonuncu atəşdən sonra lüləsi yağlanmamışdır. (Cild 2 i.v 2, 22-24).
25. Məhkəmə-daktiloskopik ekspertizasının 19 may 2015-ci il tarixli 15/72 №-li rəyindən görünür ki, 16 may 2015-ci il tarixdə Məhkum2 məxsus Bakı şəhəri, *************** bağ evində aparılmış axtarış zamanı aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd «Makarov» tipli tapançanın üzərindən götürülərək yapışqanlı lent kəsiyinə köçürülmüş bir ədəd əlbarmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olmaqla 07 mart 1962-ci ildə Bakı şəhərində anadan olmuş Məhkum2 sol əlinin orta barmağının əksi ilə eynilik təşkil edir (Cild 1 i.v 151-158).
26. Hökmdən müəyyən edilir ki, birinci instansiya məhkəməsi sübutları tam, hərtərəfli və obyektiv surətdə tədqiq etmiş və iş üzrə biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusunu işin faktiki hallarına uyğun olaraq düzgün qiymətləndirmiş və məhkəmə istintaqı zamanı təsdiq edilmiş mötəbər və mümkün sübutlara istinad edərək gəldiyi nəticəni iş üzrə ittihamın əsası kimi qəbul etməkdə haqlı olmuşdur.
27. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, “bununla məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarını hərtərəfli tam və obyektiv araşdıran birinci instansiya məhkəməsi məhkumlar - Məhkum1, Məhkum4 və Məhkum2 əməllərinin hüquqi tövsifini müə yyən edərkən, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və X39 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutmaqla, onların törətdikləri cinayət əməllərini Cinayət Məcəlləsinin müvafiq maddələri ilə düzgün ixtisaslaşdırmışdır. Bir daha apellyasiya şikayətlərinin dəlilləri əsasında işi araşdıran məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, məhkumlar - Məhkum1, Məhkum4, Məhkum3 və Məhkum2 barəsində olan iş materialları ilə, həmçinin keçirilmiş məhkəmə iclaslarında bəraətin əsaslarını nəzərdə tutan CPM-in 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, onların təqsirli bilindikləri Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə onlara bəraət verilə bi lməz, bəraətin verilməsi haqqında apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Məhkum1, Məhkum4 və Məhkum2 inkriminə olunmuş cinayət əməllərini törətməkdə onların təqsiri düzgün müəyyən edilmişdir ki, həmin hallar bir daha cinayət işinin materialları ilə apellyasiya instansiyası məhkəməsinin iclaslarında da öz təsdiqini tapmışdır”.
28. Kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin bu mövqeyi ilə əsaslı olduğundan razılaşır və qeyd edir ki, cinayət işinin materiallarında məhkumlar Məhkum1, Məhkum4, Məhkum2 və Məhkum3 onlara istinad edilən cinayət əməlləri ilə bağlı bəraətverici əsaslarla cinayət işinin icraatına xitam vermək üçün heç bir sübut mövcud deyildir.
29. Sübutlar CPM-də müəyyən edilmiş üsulla rla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla - onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul ed ilə bilməz.
30. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz.
31. Məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiya məhkəmələrinin hökm və qərarından görünür ki, məhkəmələr tədqiq olunmuş və ittihamın əsası kimi qəbul etdikləri hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş və qanunsuz yolla əldə edilən sübu tlardan istifadə etməmişlər.
32. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır.
33. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəmə si Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir».
34. Məhkəmə kollegiyası Məhkum1 qabaqcadan birləşmiş sabit cinayətkar qrup mütəşəkkil dəstə yaradaraq həmin dəstəyə rəhbərlik etməklə, digər təqsirləndirilən şəxslərin isə həmin mütəşəkkil dəstənin tərkibinə daxil olmaqla cinayət əməlləri törətmələrinin hüquqi əsasları ilə bağlı müdafiə tərəfinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, cinayət qanununda mütəşəkkil cinayətkar dəstə əvəlcədən əlbir olan kriminal dəstədən əsasən «sabit»lik əlamətinə görə fərqlənir. Dəstənin sabitliyi onun tərkibinə da xil olan üzvülərinin kriminal fəaliyyətdə müntəzəm iştirakı ilə izah edilir. Yəni müntəzəm kriminal fəaliyyətdə dəstə üzvülərinin tərkibi əsasən dəyişmir. Müntəzəmlik isə cinayət hüquqi kateqoriyadır və dəstənin üç dəfə, yaxud daha artıq hallarda cinayət törətməsini nəzərdə tutur. 35. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə" anlayışının şərh edilməsi haqqında” Azərbaycan Respuplikası Konstitusiya Məhkəməsinin 20 aprel 1999-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, vaxtından və yerindən asılı olmayaraq, cinayətin birlikdə törədilməsi gedişində iki və ya daha çox şəxsin arasında hər hansı bir sadə razılığın mövcudlugu bir qrup şəxsin yeganə əlamətidir. Belə qrup tərkibində cinayət törədilməsindəki iştirakçılıq təsadüfi birləşmə, bird ən-birə ortaya çıxan hər hansı bir vəziyyət, habelə yanlış anlaşılan həmrəylik hissi kimi hallarda da mümkündür.
36. Qərarda həmçinin qeyd olunmuşdur ki, əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur.
37. Məhkəmə kollegiyası məhkumlar – Məhkum1, Məhkum4, Məhkum3 və Məhkum2 məhkəmədə sərbəst şəkildə vermiş olduqları ifadələrini, iş üzrə dindirilmiş mülki iddiaçının və mülki iddiaçının nümayəndəsinin, çoxsaylı şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış sənədlərlə bi rlikdə təhlil edərək belə qənaətə gəlir ki, Məhkum1 qabaqcadan birləşmiş sabit cinayətkar qrup mütəşəkkil dəstə yaradaraq, həmin dəstəyə rəhbərlik etməklə cinayət əməlləri törətməsi birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən düzgün müəyyənləşdirilmişdir.
38. Bundan başqa, məhkəmə kollegiyası Məhkum2 müdafiəçisinin Məhkum2 CM-in 228.1 və 228.4-cü maddələri ilə bəraətverici əsaslarla xitam verilməsinə dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsi tərəfindən məhkəmə qərarı əsasında Məhkum2 faktiki olaraq yaşadığı Bakı şəhəri, *************** bağ evində keçirilmiş axtarış və götürmə nəticəsində götürülmüş 1 ədəd 9 mm kalibrli «Makarov» markalı nömrəsi olm ayan tapança, onun 1 ədəd darağı (sandıqça) və 6 ədəd 9 mm kalibrli patronlar və 1 ədəd «Katana» tipli qılınc və həmin əşyalara dair keçirilmiş məhkəmə-ballistik ekspertizasının 24 iyun 2015-ci il tarixli 11233/11234/11235 №-li, habelə məhkəmə-daktiloskopik ekspertizasının 19 may 2015-ci il tarixli 15/72 №-li rəyləri və şahid ifadələri ilə Məhkum2 təqsiri tam sübuta yetirilmişdir.
39. Məhkəmə kollegiyası məhkumlar Məhkum1, Məhkum4 və Məhkum2 cəza təyini məsələsinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi məhkumlara cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının tövsiyyələrini və Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq konvensiyaların insan hüquq və azadlıqların təmin edilməsi barədə tələblərini nəzərə almış və onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın ədalətli həddi təyin edilmişdir.
40. Belə ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumlar - Məhkum1, Məhkum4 və Məhkum2 şəxsiyyətini, hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, habelə CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, yəni cinay ətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini düzgün nəzərə almışdır.
41. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası Məhkum1 və müdafiəçisi L6nun, Məhkum2 müdafiəçisi Müdafiəçi1, Məhkum4 və müdafiəçisi S6 kassasiya şikayətlərinin dəlillərini təkzibedilməz bir sübuta və tutarlı bir fakta söykənmədiyindən əsassız olması qənaətinə gəlir.
42. Məhkəmə kollegiyası Məhkum3 müdafiəçisinin kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri h esab edir:
43. İşin hallarından müəyyən olunur ki, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 və 309.2-ci maddələri ilə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 08 avqust 2005-ci il tarixdən 19 sentyabr 2015-ci il tarixə kimi "xxxx" MMC-nin baş direktoru vəzifəsində işlədiyi müddətdə "xxxx" ASC-nin İdarə Heyətinin sədri Məhkum1 bir neçə cinayətin törədilməsi üçün həmin Cəmiyyətin Mərkəzi filialının müdirləri X104 və X88, həmin filialın müdir müavini, daha sonra isə müdiri X70, Nəqliyyat filialının müdiri X105, Nərimanov filialının müdiri Məhkum4, eləcə də Məhkum1 yaxın dostu Məhkum2 və qeyriləri ilə qabaqcadan birləşib yaratdığı və rəhbərlik etdiyi sabit cinayətkar qrup - mütəşəkkil dəstənin tərkibinə daxil olmaqla öz qulluq mövqeyindən istifadə edib kü lli miqdarda özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən talayaraq mənimsəməklə "xxxx" ASC-yə külli miqdarda ziyan vurmuş, həmçinin vəzifəli şəxs olaraq xidməti səlahiyyətlərin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib vəzifə səlahiyyətlərini aşmaqla hüquqi şəxs kimi "xxxx" ASC-nin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur.
44. Belə ki, o, "xxxx" MMC-nin baş direktoru vəzifəsində işləməklə "xxxx" ASC-nin balansında olan binaların mühafizəsini həyata keçirərkən yaxın münasibətdə olduğu "xxxx" ASCnin İdarə Heyətinin sədri Məhkum1, Cəmiyyətin Mərkəzi filialının müdirləri X104 və X88, həmin filialın müdir müavini, daha sonra isə müdiri X70, Nəqliyyat filialının müdiri X105, Nərimanov filialının müdiri Məhkum4 və qeyriləri ilə birlikdə 05 avqust 2008-ci il tarixdən 13 fevral 2015-ci il tarixə kimi olan müddət ərzində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib vəzifə səlahiyyətlərini aşmaqla, Məhkum1 özü və digər şəxslər vasitəsi ilə ona rəhbəri olduğu "xxxx" MMC-nin əməkdaşlarının adlarına kreditlərin rəsmiləşdirilməsinə dair verdiyi qanunsuz tapşırıqları icra edərək öz növbəsində tabeçiliyində olan bir sıra əməkdaşlara bu barədə qanunsuz tapşırıqlar verib onları "xxxx" ASC-nin müxtəlif filiallarına göndərmiş, nəticədə Nərimanov filialının müdiri Məhkum4, həmin filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından X7, X15, X8, X47, X23, X48, X24, X89, X49, X9, X106, X16, X10, X4 0, X41, X25, X50, X90, X107, X91, X12, X51, X52, X71, X53, X17, X26, X37, X18, X25, X53, X40, X41, X55, X1, X6, X42, X75, X19, X76 və X92 adına ümumilikdə, 37 nəfərin adına kredit kimi rəsmiləşdirilmiş, həmin dövrün məzənnəsi ilə 4.071.564,52 manat təşkil edən 5.012.555 ABŞ dolları və 25.641.627 manatı, cəmi 29.713.191,52 manat məbləğində pulları nağd şəkildə filialların aidiyyəti əməkdaşları və qeyriləri vasitəsi ilə filialların kassalarından götürüb külli miqdarda özgə əmlakını mütəşəkkil dəstə halında talayaraq mənimsəməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurmuşdur.
45. Məhkəmə kollegiyası müdafiə tərəfinin «vəzifəli şəxs» anlayışı ilə bağlı şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin Qeyd hissəs inə 3-cü bəndinə əsasən «vəzifəli şəxs» dedikdə, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri; 4-cü bəndinə əsasən, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, digər kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati–sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər başa düşülür. 46. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli qərarının hüquqi mövqeyinə əsasən, qanunla müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərənc am vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar. Dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyrikommersiya təşkilatlarının işçilərinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəli şəxs sırasına aid edilməsi məsələsinə gəldikdə isə, həmin şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etdikdə vəzifəli şəxs hesab oluna bilərlər. Elə hərəkətlər hüquqi əhəmiyyət kəsb edən hesab olunurlar ki, onların edilməsi hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması kimi nəticələrə səbəb olur və ya səbəb ola bilər. Hüquqi əhəmiyyət kəsb edən hərəkətlər dedikdə onları etməyə səlahiyyəti olan şəxslərin hərəkətləri başa düşülür. Bu əlamətin mövcudluğu şəxsin müəssisə, idarə və təşkilatda daimi və ya müvəqqəti olaraq müəyyən vəzifə tutmasını (müəyyən işi görməsini) və buna müvafiq olaraq müəyyən hallarda hüquqi əhəmiyyətli hərəkətləri etməsini nəzərdə tutur. Cinayət qanununun məzmununa görə müəyyən olunmuş qaydada hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyətli şəxslər - müəssisə, idarə və təşkilatlarda (mülkiyyət formasından asılı olmayaraq) daimi və ya müvəqqəti olaraq vəzifə tutan və ya üzərlərinə qoyulmuş öhdəlikləri xüsusi tapşırıq əsasında icra edən, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətləri edən şəxslərdir.
47. Qanunvericiliyin və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarının mənasına görə, "xxxx" MMC-nin baş direktoru vəzifəsində işləmiş Məhkum3 «vəzifəli şəxs» statusunda olması işə baxan məhkəmələr tərəfindən düzgün müəyyən edilmişdir.
48. Bunlarla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarındakı sübutlardan - şahidlər X7, X15, X8, X47, X23, X48, X24, X89, X49, X9, X106, X16, X10, X40, X41, X25, X50, X90, X107, X91, X12, X51, X52, X71, X53, X17, X26, X37, X18, X25, X53, X40, X41, X55, X1, X6, X42, X75, X19, X76 və X92 ifadələrindən müəyyən olunur ki, göstərilən şəxslər Məhkum3 göstərişi əsasında Bankın filialına gedib kredit müqaviləsinə imza etsələr də, Bankdan onlara kredit müqaviləsind ə göstərilən məbləğ verilməmiş və onlar tərəfindən də Məhkum3 heç bir məbləğdə pul verilməmişdir.
49. Belə ki, Məhkum3 istintaq və birinci instansiya məhkəməsində verdiyi ifadələrində göstərmişdir ki, direktoru olduğu "xxxx" MMC "xxxx" ASC-yə aid olan obyektlərin inzibati binaların mühafizəsini təşkil etmişdir. O, MMC-nin direktoru işlədiyi dövrdə Bankın sabiq rəhbəri Məhkum1 və onun keçmiş sürücüsünün göstərişi əsasında tabeliyində olan işçilərinə göstəriş vermişdir ki, hər birinin adına müəyyən məbləğlərdə kredit rəsmiləşdirilməsi üçün "xxxx" ASC-nin Mərkəzi, Nərimanov Nəqliyyat filiallarına getsinlər. 2008-ci ildən 2015-ci il də daxil olmaqla müxtəlif vaxtlarda tarixlərdə onun 37 nəfər işçisinin adlarına ümumilikdə, 29.713.191,52 manat məbləğində kredit verilsə də, işçilərindən heç biri bankdan pulu götürməmiş, yalnız imza etmişlər. İşçiləri adlarına rəsmiləşdirilmiş kredit vəsaitinin bir hissəsi metal alverinə xərclənsə də, qalan pulların nəyə xərclənməsindən xəbəri olmamışdır.
50. Məhkum3 təqsirliyi bilindiyi epizodla əlaqədar birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X45 ifadəsində göstərmişdir ki, 2007-2011-ci illərdə "xxxx" MMC-də mühafizəçi işləmişdir. Həmin müddət ərzində bir dəfə 2010-cu ilin sentyabr ayında onun adına "xxxx" ASC-də böyük məbləğdə kredit rəsmiləşdirilmişdir. Belə ki, o, 2010-cu ilin sentyabr ayında "xxxx" MMC-nin baş ofisinə çağırılmış və baş direktor Məhkum3 tapşırığına əsasən əlavə bir neçə nəfər mühafizəçi ilə birlikdə "xxxx" ASC-nin Mərkəzi filialına getmiş və orada ona təqdim olunan sənədlərə imza etmişdir. Sənədlərdə olan məbləğə fikir verməmiş, pul götürmədən bankı tərk etmiş, adına rəsmiləşdirilən pulu kimin götürdüyünü və həmin vəsaitin necə və nəyə sərf edildiyini bilməmişdir. Sənədləri imzalamazdan əvvəl onları oxumamış və nə sənəd olduğunu dəqiq bilməmişdir. 2015-ci ilin yay aylarında Məhkum3 yanına getdiyi zaman sonuncu demişdir ki, 2010-cu ildə adına götürülən kreditin əsas borcu bağlanıb, faiz borcları ödənilməmiş qalıb, buna görə narahat olmasın, faiz borcları da idarə tərəfindən ödəniləcək. Məhkum3 həmçinin, demişdir ki, həmin tapşırığı bankın rəhbəri Məhkum1 göstərişi əsasında verib, faiz problemlərini də Məhkum1 özü həll edəcək. Özünün həmin işdə maddi marağı olmamış, baş direktora hörməti olduğu və işini itirməmək məqsədilə onun tapşırığını icra etmişdir. Bu məsələ ilə bağlı da onu heç vaxt b ankdan narahat edən olmamışdır. İbtidai istintaq zamanı ona təqdim olunan tarixsiz məktub, 22.09.2010-cu il tarixli 5011 №-li kredit müqaviləsi və 27.09.2010-cu il tarixli xəzinə məxaric orderində müştəri kimi ona aid qrafalardakı imzaların hamısı ona məxsus olmuş, həmin sənədlərə bankın Mərkəzi filialında imza etmiş, sənədlərə imza etsə də, adına rəsmiləşdirilən 885.550 manat pulu bankdan götürməmiş, həmin pulun kim tərəfindən götürüldüyünü və hansı məqsədlərə xərcləndiyini bilməmişdir.
51. Məhkəmədə şahid qismində dindirilmiş X141 ifadəsində göstərmişdir ki, 2006-2015-ci illərdə "xxxx" MMC-də işləmiş, müxtəlif vaxtlarda mühafizəçi, növbə rəisi və koordinator kimi fəaliyyət göstərmişdir. 2010-cu ilin sentyabr ayında şirkətin baş koordinatoru V6 onu baş ofisə çağıraraq baş direktor Məhkum3 tapşırığına əsasən ona şəxsiyyət vəsiqəsini də götürüb "xxxx" ASC-nin Mərkəzi filialına getməli olduğunu, orada adına kredit rəsmiləşdiriləcəyini və bankdan kredit götürüləcəyini demişdir. O da işini itirməmək üçün deyilən vaxtda gedərək şəxsiyyət vəsiqəsini bankın işçisinə vermişdir. Həmin vaxt baş ofisə ondan başqa əlavə bir neçə nəfər mühafizəçi də çağırılmış, onlara da eyni sözlər deyilmişdir. Odur ki, bank işçisinin ona təqdim etdiyi sənədlərə oxumadan qol çəkmiş və pul götürmədən bankı tərk etmişdir. İbtidai istintaqda ona təqdim olunan tarixsiz məktub, 22.09.2010-cu il tarixli 5010 №-li kredit müqaviləsi və 27.09.2010-cu il tarixli xəzinə məxaric orderində müştəri kimi ona aid qrafalardakı imzaların hamısı ona məxsus olmuş, həmin sənədlərə bankın Mərkəzi filialında imza etmiş, sənə dlərə imza etsə də, adına rəsmiləşdirilən 726.350 manat pulu bankdan götürməmiş, həmin məbləğdə pulun kim tərəfindən götürüldüyünü və hansı məqsədlərə xərcləndiyini bilməmişdir.
52. Məhkəmədə şahid qismində dindirilmiş X113 ifadəsində göstərmişdir ki, 2005-2015-ci illərdə "xxxx" MMC-də işləmiş, ilk üç il ərzində mühafizəçi, sonrakı illərdə isə növbə rəisi olmuşdur. 2010-cu ilin sentyabr ayında Məhkum3 ona zəng edərək şəxsiyyət vəsiqəsi ilə "xxxx" ASC-nin Mərkəzi filialına gedərək ona təqdim olunan sənədlərə qol çəkməsini tapşırmışdır. Bununla bağlı banka gedərək ona təqdim olunan sənədlərə qol çəkmiş, lakin bankdan pul götürməmiş, adına rəsmiləşdirilən pulu kimin götürdüyünü və həmin vəsaitin necə və nəyə sərf edildiyini bilməmiş, sənədlərə baş direktorun sözünə əsasən qol çəkmiş, bu işdə maddi marağı olmamışdır. Adma rəsmiləşdirilən kredit və onun faizləri ilə bağlı onu heç vaxt nə bankdan, nə də başqa təşkilatdan narahat edən olmamışdır. İbtidai istintaqda ona təqdim olunan tarixsiz məktub, 22.09.2010-cu il tarixli 5013 №-li kredit müqaviləsi və 27.09.2010-cu il tarixli xəzinə məxaric orderində müştəri kimi ona aid qrafalardakı imzaların hamısı ona məxsus olmuş, həmin sənədlərə bankın Mərkəzi filialında imza etmiş, sənədlərə imza etsə də, adma rəsmiləşdirilən 925.350 manat pulu bankdan götürməmiş, həmin məbləğdə pulun kim tərəfindən götürüldüyünü və hansı məqsədlərə xərcləndiyini bilməmişdir.
53. Məhkəmədə şahid qismində dindirilmiş X62 ifadəsində göstərmişdir ki, 2009-2010-cu illərdə "xxxx" MMC-də mühafizəçi işləmişdir. 2010-cu ilin sentyabr ayında şirkətin baş koordinat oru V6 ona və əlavə bir neçə nəfər mühafizəçiyə şəxsiyyət vəsiqələrini götürüb "xxxx" ASC-nin Nəqliyyat filialına getməyi tapşırmış və bu göstərişin şirkətin rəhbərliyi tərəfindən verildiyini demişdir. O da iş yoldaşları ilə birlikdə sənədlərini götürüb bankın filialına gedərək şəxsiyyət vəsiqələrini bankın işçisinə vermişlər. Bir müddət sonra isə bankın filialında onlara təqdim olunan sənədləri imzalayaraq şəxsiyyət vəsiqələrini götürüb bankı tərk etmişlər. Özü imza etdiyi sənədləri oxumamış və nəyə imza etdiyini bilməmişdir. Bankdan nağd pul götürməmişdir, təxminən 2-3 il əvvəl özünə kreditlə avtomobil almaq istədikdə adına böyük məbləğdə ödənilməmiş kredit borcu olduğunu bilmiş, avtomobil ala bilməmiş, məsələ ilə bağlı V6in yanına getmiş, sonuncu bildirmişdir ki, bu iş rəhbərlik tərəfin dən həll olunacaq. Adına nə qədər pul sənədləşdirildiyini, pulu kim tərəfindən və nə üçün götürüldüyünü, nəyə sərf edildiyini, sonradan əsas borcun kim tərəfindən ödənildiyini bilməmişdir. İbtidai istintaqda ona təqdim olunan tarixsiz məktub, 24.09.2010-cu il tarixli 10687 №-li kredit müqaviləsi və 30.09.2010-cu il tarixli xəzinə məxaric orderində müştəri kimi ona aid qrafalardakı imzaların hamısı ona məxsus olmuş, həmin sənədlərə bankın Nəqliyyat filialında imza etmiş, sənədlərə imza etsə də, adına rəsmiləşdirilən 905.450 manat pulu bankdan götürməmiş, həmin məbləğdə pulun kim tərəfindən götürüldüyünü və hansı məqsədlərə xərcləndiyini bilməmişdir.
54. Məhkəmədə şahid qismində dindirilmiş X94 ifadəsində göstərmişdir ki, 2007-2015-ci illərdə "xxxx" MMC-də bir il üç ay mühafizəçi, bundan s onra isə növbə rəisi olmuşdur. 2010-cu ilin sentyabr ayında Məhkum3 onu baş ofisə çağıraraq demişdir ki, şəxsiyyət vəsiqəsi ilə "xxxx" ASCnin Nəqliyyat filialına gedib ona təqdim ediləcək kredit sənədlərinə qol çəksin. O da bankın Nəqliyyat filialına gedərək oxumadan ona təqdim olunan bütün sənədlərə qol çəkib bankdan pul götürmədən oranı tərk etmişdir. 2015-ci ilin noyabr ayında bilmişdir ki, adına rəsmiləşdirilən kredit üzrə külli miqdarda faiz borcu var. İbtidai istintaqda ona təqdim olunan bankın Nəqliyyat filialında onun adma rəsmiləşdirilmiş kredit üzrə tərtib olunmuş sənədlərdəki imzalar ona məxsus olmuş, həmin sənədlərə imza etsə də 835.800 manat mobləğində pulun kim tərəfindən götürülməsi və hansı məqsədlərə xərclənməsi barədə məlumatı olmamışdır. Onun adına həmin filialda 21.09.2 010-cu il tarixli müqavilə ilə rəsmiləşdirilməklə 531.472 manat məbləğində pulun ona təhvil verilməsinə dair 21.12.2011-ci il tarixli məxaric orderindəki imza ona məxsus olmamış, həmin filialda yalnız bir dəfə olmuş, lakin adına rəsmiləşdirilmiş pulları bankdan götürməmişdir.
55. Kollegiya qeyd edir ki, bu epizod üzrə digər şahidlər də uyğun ifadələr vermişlər. Göründüyü kimi Məhkum3 mütəşəkkil dəstənin tərkibində olsa da, ona mənimsəməsi istinad edilən 29.713.191,52 manatı bilavasitə özü mənimsəməmiş, həmin məbləğin mütəşəkkil dəstənin təşkilatçısı və üzvləri tərəfindən mənimsənilməsində köməkçi kimi iştirak etmişdir.
56. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.6-cı maddəsinin tələbinə əsasən, mütəşəkkil dəstə və ya cinayətkar birlik yaratmış, yaxud onlara rəhbərlik etmiş şəxs bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələri ilə nəzərdə tutulan hallarda onları yaratmağa və rəhbərlik etməyə görə, habelə mütəşəkkil dəstənin və ya cinayətkar birliyin törətdiyi, bu şəxsin niyyəti ilə əhatə olunan bütün cinayətlərə görə məsuliyyət daşıyır. Mütəşəkkil dəstənin və ya cinayətkar birliyin digər üzvləri həmin cinayətlərdə iştirakına görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş hallarda, habelə hazırlanmasında və ya törədilməsində iştirak etdikləri cinayətlərə görə cinayət məsuliyyəti daşıyırlar.
57. Qanun normasının tələbinə görə mütəşəkkil dəstənin və ya cinayətkar birliyin digər üzvləri həmin cinayətlərdə iştirakına görə, yəni dəstənin tərkibində hansı cinayətlərin törədilməsində iştirak ediblərsə, həmin cinayət əməllərinə görə məsuliyyət da şıyırlar. Hazırki halda isə Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 və 309.2-ci maddələri ilə cinayət törətməsi istinad edilir.
58. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum3 istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkumun həm öz ifadələri, həm də çoxsaylı şahid ifadələri və ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir və işə baxan məhkəmələrin Məhkum3 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2ci maddəsi ilə tövsifi heç bir şübhə doğurmur. Məhkum3 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə tövsif olunmasına gəldikdə isə qeyd olunmalıdır ki, yuxarıda şərh olunanlar və cinayət işinin materiallarındakı digər sübu tlar onun 29.713.191,52 manat məbləğin mütəşəkkil dəstə tərəfindən mənimsənilməsində köməkçi qismində iştirak etdiyini təsdiq edir.
59. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır.
60. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.
61. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə ixtisaslaşdırılmış cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.3.1 və 32.5, 179.3.2-ci maddələrinə tövsif olunmalı və onun cəzası da tövsifə uyğun müəyyənləşdirilməlidir. Məhkəmə kollegiyası Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.3.1 və 32.5, 179.3.2-ci maddələri ilə cəza müəyyən edilməsinə dair aşağıdakıları qeyd edir:
62. Hökmlə Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə 07 (yeddi) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, CM-nin 309.2-ci maddəsi ilə 03 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilən əsas cəzanı əsas cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 03 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
63. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır.
64. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum3 ona istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törədərkən və hökm çıxarılarkən (14 oktyabr 2016) göstərilən maddənin (CM 179.3.1 və 179.3.2) sanksiyasında yeddi ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulurdu.
65. Lakin, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsind ə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3-cü maddəsinin sanksiyası yüngülləşdirilmiş və maddənin sanksiyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
66. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət qanununun zamana görə qüvvəsindən bəhs edən 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, l akin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir.
67. Məhkəmə kollegiyası hazırki qərarla Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə ixtisaslaşdırılmış cinayət əməllərinin CM-in 32.5, 179.3.1 və 32.5, 179.3.2-ci maddələrinə tövsif edilməsini və 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini, həmçinin iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, göstərilən Qanunun məhkumun vəziyyətini yümgülləşdirdiyindən barəsində tətbiq edilməsini və ona CM-in 179.3-cü maddəsinin sanksiyasının yeni redaksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ədalətli həddinin müəyyən edilməsinin qanuni, əsaslı və ədalətli olması qənaətinə gəlir.
68. Hökmdən müəyyən olunur ki, birinci instansiyası məhkəməsi Məhkum3 cəza təyin edərkən onun əvvəllər məhkum olunmamasını, iş və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.9 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir.
69. Apellyasiya in stansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum1 və qeyrilərinin məhkum edilmələrinə dair 14 oktyabr 2016-cı il tarixli hökmü mülki iddiaya aid hissədə dəyişdirilmiş, hökmdən Məhkum1 və Məhkum4 1.627.786,52 manatın müştərək qaydada alınaraq "xxxx" ASC-yə verilməsinə dair göstəriş xaric edilmiş, Məhkum1 1.627.786,52(bir milyon altı yüz iyirmi yeddi min yeddi yüz səksən altı manat əlli iki qəpik) manat alınaraq "xxxx" ASC-yə verilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmünün Məhkum1 mənafeyinə aid hissədə müdafiəçiləri – X13 və X138, Məhkum2 mənafeyinə aid hissədə müdafiəçisi X93, Məhkum4 mənafeyinə aid hissədə müdafiəçisi S6, Məhkum3 mənafeyinə aid hissədə müdafiəçisi X58 və məhkum X44 məna feyinə aid hissədə müdafiəçisi X139 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
70. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
71. Cinayət Məcəlləsinin 9-cu maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. 72. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbay can Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.
73. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
74. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
75. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalıdır. Başqa sözlə, cəza törədilən cinayətə adekvat olmalıdır. Ədalətlilik prinsipi konkret cinayətlərin və cinayətkarın şəxsiyyətinin dəyişən təhlükəliliyinə uyğun olaraq cəza təyin etmənin prinsiplərinin hər birinin təsirinin “xüsusi çəkisini” nəzərə almağa imkan verir. Eyni zamanda ədalətlilik prinsipinə görə cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirməsi baş verir. Təyin edilən cəzanın ədalətli olması həm də sosial ədalətin bərpasını təmin etdiyindən cinayət qanunu cəzanın ədalətli olmasına xüsusi əhəmiyyət verir. Təqsirə görə təyin edilən cəza növünə və müddətinə görə ədalət və humanizm prinsiplərinə söykənməlidir.
76. Məhkəmə kollegiyası qeyd edir ki, "Delcourt Belçikaya qarşı" iş üzrə 17 yanvar 1970-ci il tarixli, "Piersack Belçikaya qarşı" iş üzrə 01 oktyabr 1982-ci il tarixli və "X158rşı" iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarlarında isə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir: "Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir".
77. Odur ki, məhkəmə kollegyası belə qənaətə gəlir ki, Məhkum3 müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2017-ci il tarixli qərarı Məhkum3 aid hissədə dəyişdirilməli, onun Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə ixtisaslaşdırılmış cinayət əməlləri CM-in 32.5, 179.3.1 və 32.5, 179.3.2-ci maddələrinə tövsif edilməli, ona bu maddələrin sanksiyasının yeni redaksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ədalətli həddi müəyyən edilməlidir.
78. Kassasiya kollegiyası yuxarıda şərh olunanlara əsasən və Məhkum3 tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, ilk dəfə məhkum olunmasını, iş və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.9 və 59.2-ci maddələrinə əsa sən cəzanı yüngülləşdirən hallar kimi və cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin təyin olunan cəzanın sosial ədalətin bərpasına, məhkumun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün, habelə məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə ixtisaslaşdırılmış cinayət əməllərinin CM-in 32.5, 179.3.1 və 32.5, 179.3.2-ci maddələrinə tövsif edilməsini və 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin 179.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini nəzərə alaraq barəsində tətbiq edilməsini, Məhkum3 kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2017-ci il tarixli qərarının Məhkum3 aid hissədə dəyişdirilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.3.1 və 32.5, 179.3.2-ci maddələri ilə ona maddənin sanksiyasının yeni redaksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsini və hazırki qərarla müəyyən olunacaq cəzanın Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə on a təyin edilmiş 03 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilən əsas cəzanı əsas cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti cəzanın müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir.
79. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.15 və 416.0.21-ci maddələrinə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi bu törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişd irmək hüququna malik olduğunu təsbit edir.
80. Beləliklə, kassasiya kollegiyası kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlillərini cinayət işinin materiallarındakı sübutlarla, hökmün və qərarın təsviri-əsaslandırıcı hissələrində istinad olunan dəlillərlə müqayisəli surətdə tədqiq edərək belə nəticəyə gəlir ki, Məhkum1 müdafiəçisi L6, Məhkum2 müdafiəçisi Müdafiəçi1, Məhkum4 və müdafiəçisi S6 tərəfindən verilmiş kassasiya şikayətlərinin və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əlavənin əsassız olduğundan təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2017-ci il tarixli qərarının məhkumlar Məhkum1, Məhkum2 və Məhkum4 aid hissədə dəyişdirilmədən saxlanılması, Məhkum3 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinin q ismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2017-ci il tarixli qərarının Məhkum3 aid hissədə dəyişdirilməsi, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə ixtisaslaşdırılmış cinayət əməllərinin CM-in 32.5, 179.3.1 və 32.5, 179.3.2-ci maddələrinə tövsif edilməsini və 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini nəzərə alaraq barəsində tətbiq edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.3.1 və 32.5, 179.3.2-ci maddələri ilə ona törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, ilk dəfə məhkum olunmasını, iş və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.9 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi və cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin təyin olunan cəzanın sosial ədalətin bərpasına, məhkumun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatm aq üçün maddənin sanksiyasının yeni redaksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi və hazırki qərarla müəyyən olunan cəzanın Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə ona təyin edilmiş 03 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilən əsas cəzanı əsas cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti cəzanın müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin 416.0.15, 416.0.21, 419.10.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ:
1. Məhkum1 müdafiəçisi L6, Məhkum2 müdafiəçisi Müdafiəçi1, Məhkum4 və müdafiəçisi S6 tərəfindən verilən kassasiya şikayətləri və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2017-ci il tarixli qərarı məhkumlar Məhkum1, Məhkum2 və Məhkum4 aid hissədə dəyişdirilmədən saxlanılsın.
2. Məhkum3 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2017-ci il tarixli qərarı Məhkum3 aid hissədə dəyişdirilsin.
3. Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə ixtisas laşdırılmış cinayət əməlləri CM-in 32.5, 179.3.1 və 32.5, 179.3.2-ci maddələrinə tövsif edilsin. Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.3.1 və 32.5, 179.3.2-ci maddələri ilə (yeni redaksiyada) 05 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin.
4. Hazırki qərarla Məhkum3 müəyyən edilmiş cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə ona təyin edilmiş 03 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilən əsas cəzanı əsas cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhkum3 qəti olaraq 03 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin.
5. Cəzasının əvvəli hökmdə göstərildiyi vaxtdan – 19 sentyabr 2015-ci il tarixdən hesablansın.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2017-ci il tarixli qərarı Məhkum3 aid qalan hissədə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: İnqilab Nəsirov Hakimlər: İlqar Qılıcov Fərhad Əliyev