Məhkəmə qərarları › İş №1(102)-2056/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2056/2025

22.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2056/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 128.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair hökmdən apellyasiya şikay əti vermə müddətinin bərpasından imtina edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 iyun tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin (X1) 2025-ci il 11 mart tarixli, 1(076)-48/2025 nömrəli hökmü ilə, xx.xx.1976-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayon, Dəllər-Cırdaxan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, azadlığın məhdudlaşdırılması növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətm əkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun xx.xx.2024-cü il tarixədən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 5 ay 22 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 11 ay 14 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulması, üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayo nu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələrinin qoyulması, cəzanın icrasının yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunması və cəzaçəkmə müddətinin əvvəlinin həmin şöbədə qeydiyyata alındığı andan hesablanması, ona narkomaniyadan məcburi müalicənin təyin olunması və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınması qərara alınmışdır. Həmçinin hökmlə məhkəmə məsrəflərinə və maddi sübutlara dair məsələlər həll edilmişdir. Hökmdən Dövlət ittihamçısı2 buraxı lmış apellyasiya protesti vermə müddətinin bərpa olunması ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2025-ci il 6 may tarixli qərarı ilə apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatət rədd edilmişdir. Həmin qərardan Dövlət ittihamçısı2 apellyasiya protesti verərək məhkəmənin qərarının ləğv edilməsini, apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X5 (sədrlik edən), X4 və X6 ibarət tərkibdə) 2025-ci il 3 iyun tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Məhkum Şəmkir rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 1(076)-48/2025 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə “Apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi haqqında” Şəmkir rayon Məhkəməsinin 6 may 2025-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, cinayət işinin materiallarından da göründüyü kimi birinci instansiya məhkəməsi hökmün surətini 3 gün müddətində dövlət ittihamçısına təqdim etməli olduğu halda bunu etməmiş, 11 mart 2025ci il tarixli hökm çıxarıldıqdan 22 gün sonra dövlət ittihamçısına təqdim edilmişdir. Azərbaycan Respublikası CPM-in 51-1.5-ci maddəsinə əsasən "Elekt ron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasına tərtib edilmiş prosessual sənədlər kağız daşıyıcıda olan sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. CPM-in 51-1.8-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim cinayət prosessual məcəlləyə müvafiq olaraq dövlət ittihamçısına verilməsi nəzərdə tutulmuş sənədləri və digər məlumatları onun həmin sistemdə yaradılmış elektron kabinetinə yerləşdirir və bu barədə ona həmin sistem vasitəsilə elektron qaydada məlumat verir. CPM-in 51-1.11-ci maddəsinin tələbinə uyğun olaraq "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə bu Məcəlləyə müvafiq olaraq qəbul etdiyi hökm, qərar və digər prosessual sənəd ləri elektron sənəd formasında tərtib edərək cinayət prosessual məcəlləsində həmin sənədlər üçün müəyyən edilmiş müddətlərdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirir. CPM-in 51-1.12-ci maddəsinin tələbinə görə "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmənin yekun qərarının nəticəvi hissəsi barədə məlumat həmin qərarın elan edildiyi gün hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirir. Dövlət ittihamçısı bildirmişdir ki, "Elektron məhkəmə" informasiya sistemində hökmün tərtib edilməklə yüklənmə tarixinə, hökmün tərəflərə göndəriş sənədlərinə və zərflərinə nəzər yetirilərsə, dövlət ittihamçısının mövqeyinin əsaslı olması öz təsdiqini tapar. Belə ki, 11 mart 2025-ci il tarixli hökm 22 gün sonra tə rəflərə təqdim edilib və göndərilib, yəni Novruz Bayramı ilə bağlı istirahət günlərindən (xx.xx.2025-xx.xx.2025), ilk iş günü olan 01 aprel 2025-ci il tarixdən sonra hökm təqdim edilmiş, həmin tarixdə isə apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş 20 günlük müddət keçmiş olmuşdur. Lakin Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərini nəzərə almamış, istər "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə, istərsə də çap variantında hökmün dövlət ittihamçısına təqdim edilməməsinə münasibət bildirmədən apellyasiya protesti verilməsi müddətinin üzrlü səbəbdən buraxılmasına dair dövlət ittihamçısının hər hansı mötəbər sübut təqdim etmədiyini göstərmişdir. Qeyd olunan hökmün surətinin 3 gün ərzində dövlət ittihamçısına təqdim edilmədiyinə görə məhkəmənin hökm üzrə əsasları ittiham tərəfinə aydın olmamış, həm hökmlə, həm də məhkəmə iclas protokolu ilə dövlət ittihamçısının tanış olmağı bir qədər artıq vaxt aparmış, yuxarıda qeyd edilən səbəblərdən faktiki olaraq qeyd olunan müddət daxilində hökmdən apelyasiya protesti vermək mümkün olmamışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Məhkum CM-in 128 və 234.1-ci maddələri İlə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəmkir rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 1(076)-48/2025 saylı hökmündən apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətin rədd edilməsi barədə 6 may 2025-ci il tarixli qərardan verilmiş apellyasiya protestinə baxılması ilə əlaqədar Gəncə Apelyasiya Məhkəməsinin 3 iyun 2025-ci il tarixli qərarının ləğv edilmə sini və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və Məhkum Azərbaycan Respublikası CM-in 128.1 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 iyun tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi mə sələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, müddətin bərpası ilə bağlı məsələyə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə hesab edir ki, kassasiya protesti təmin edilməməlidir. Belə ki, cinayət-prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: -384.1-ci maddəsinə əsasən ittiham və ya bəraət hökmündən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. -384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərə findən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi müddəti hökmün elan olunduğu vaxtdan hesablanır. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apellyasiya şikayəti verilməsi müddətini hökm elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıx armış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, dövlət ittihamçısı apellyasiya protesti vermə müddətini buraxmasını, hökmün surətinin ona gec təqdim edilməsi ilə əlaqələndirmişdir. Lakin CPM-də belə bir əsas və üzrlü səbəb nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensi yasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X10rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya protesti vermə müddəti üzrsüz səbəbdən buraxılmaqla verildi yindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından, apellyasiya protesti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 iyun 2025-ci il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya pr otesti təmin edilməsin. Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 iyun tarixli qərarı, dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar