Məhkəmə qərarları › İş №1(102)-207/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-207/2023

31.01.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-207/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum3 və onun müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlunun iştirakları ilə, Nizami Rayon Məhkəmə sinin 17 iyul 2021-ci il tarixli hökmü ilə Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 186.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə və CM-nin 139-1.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2021-ci il tarixli qərarından Məhkum3 müdafiəçisi R.M.Mirmehdizadə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Nizami Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Mehdiyev Nəriman Hüseynqulu oğlu) Məhkum3, 21 fevral 1986-cı il tarixdə Qazaxıstan Respublikasının Çimkent şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, "xxxx" MMC-nin nəzdindəki "xxxx" MMC-nin daxili audit xidmətinin rəhbəri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olan, Ünvan 2-də yaşayan, CM-nin 73-1.1-ci maddəsinə əsasən CM-nin 186.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək cinayət işi üzrə icraata həmin hissədə xitam verilmiş və o, CM-nin 139-1.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 139-1.1-ci maddəsi ilə 01 (bir) il müddətə, CM-nin 221.3-cü maddəsi 02 (iki) il müddətə, 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 02 (iki) il 06 (altı) ay müddətə, CM-nin 69.3-cü maddəsinin tələblərinə uğun olaraq onun 07 aprel 2020-ci il tarixdən 07 sentyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu, həmin tarixdən hökm çıxarılan tarixədək isə ev dustaqlığında olduğu cəmi 01 (bir) il 03 (üç) ay 10 (on) gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanıb cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzadan çıxılmaqla qəti olaraq 01 (bir) il 02 (iki) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-nin 70-ci maddəsinə əsasən həmin qəti cəza 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, məhkumun üzərinə isə yaşayış yeri üzrə probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmçinin Məhkum3 barəsində seçilmiş ev dustaqlığı qətim kan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmişdir. Həmin hökmlə həmçinin Məhkum4, Məhkum1 və Məhkum2 da, hər birisi CM-nin 139-1.1 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum olunmuş, CM-nin 186.1-ci maddəsi ilə isə CM-nin 73-1.1-ci maddəsinə əsasən onlar cinayət məsuliyyətindən azad edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, özgənin əmlakını qəsdən məhv etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuş, həmçinin karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Məhkum3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, özgənin əmlakını qəsdən məhv etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuş, həmçinin karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Məhkum3, Məhkum4, Məhkum1, Məhkum2 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri bir qrup şəxs halında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarına uyğun olaraq ölkə ərazisində yeni koronavirus (C OVİD-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədi ilə "xxxx" MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən “Atletlər kəndi” əmlak kompleksi ərazisindəki 11 nömrəli çoxmərtəbəli yaşayış binasında olan mənzildə karantinə yerləşdirilməsinə baxmayaraq Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməli olduğu halda 06 aprel 2020-ci il saat 12 radələrindən başlayaraq 07 aprel 2020-ci il saat 02 radələrinə kimi olan müddət ərzində davamlı olaraq qaldığı mənzilin və blokun həyətə açılan eyvanına çıxıb əsaslı səbəb olmadan ucadan onlara tibbi xidmət göstərən Səhiyyə Nazirliyinin tibb personalının və ərazinin mühafizəsi və təhlükəsizli yin təmini ilə bağlı xidməti vəzifələrini yerinə yetirən Daxili İşlər Nazirliyinin polis əməkdaşlarının ünvanına qeyri-etik, nalayiq ifadələr səsləndirməklə və səs-küy salmaqla karantində olar digər şəxslərin istirahəti və rahatlığını pozaraq ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozmuş, sakitliyə riayət olunması və xüsusi karantin rejimi qaydalarına əməl etmək barədə tibb işçiləri və daxili işlər orqanları əməkdaşları tərəfindən davamlı surətdə onlara edilmiş xəbərdarlıqlara məhəl qoymayıb blokun bağlı olan giriş qapısını açmağa çalışaraq karantin zonasını özbaşına tərk etməyə cəhd göstərmiş, bu zaman ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qay daya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, özgənin əmlakını qəsdən məhv etmək üçün Məhkum4, Məhkum1, Məhkum2 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qrupun üzvü Məhkum4 öz hüquqazidd hərəkətlərini davam etdirib 11-ci binanın 3-cü girişinin 3- cü mərtəbəsindəki dəyəri 150 manat təşkil edən eyvan qapısının lay şüşəsini sol yumruğu ilə vurub sındıraraq məhv etmiş, qrupun üzvü Məhkum1 öz hüquqazidd hərəkətlərini davam etdirib 11-ci binanın 3-cü girişinin 3-cü mərtəbəsindəki eyvandan hər birinin dəyəri 1 manat 90 qəpik təşkil edən 3 ədəd su ilə dolu 5 litr həcmli plastik su qablarını həyətə ataraq məhv etmiş, qrupun üzvü Məhkum2 öz hüquqazidd hərəkətlərini davam etdirib 11-ci binanın 2-ci girişinin 6-cı mərtəbəsindəki qaldığı otağın eyvanından dəyəri 1 manat 90 qəpik olan 1 ədəd su ilə dolu 5 litr həcmli plastik su qabını həyətə ataraq məhv etmiş, qrupun üzvü Məhkum3 öz hüquqazidd hərəkətlərini davam etdirib 11-ci binanın 4-cü girişinin 1-ci mərtəbəsindəki alüminium giriş qapısının tutacağını və qapının lay şüşəsini saxlamaq uçun nəzərdə tutulmuş sol yan çərçivəni yerindən qoparıb dəyəri 300 manat təşkil edən qapını və qopardığı tutacaq və çərçivədən silah qismində istifadə olunan əşya kimi istifadə edərək zərbələr endirib dəyəri 250 manat təşkil edən qapının lay şüşəsini sındıraraq məhv etmiş, qrupun şəxsiyyətləri istintaqla araşdırılan digər üzvləri 11-ci binanın qapılarını, pəncərələrini, plastik masa və oturacaqları, şkafları, çarpayıları, qab-qacaqları, elektrik çaydanları, hamam kabinalarını, internet avadanlığı və su qablarını mənzillərdə, həmçinin eyvanlardan həyətə atmaqla sındırıb özgənin əmlakını qəsdən məhv edərək zərərçəkmiş şəxs "xxxx" MMC-yə ümumilikdə 11.343 manat xeyli miqdarda maddi ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətləri törətmiş, həmçinin xüsusi karantin rejimini pozmaqla yeni koronavirus (COVİD19) infeksiyasının (xəstəliyin) yayılması üçün real təhlükə yaratmışdır. Hökmdən Məhkum3 tərəfindən verilmiş apellyasiya şikayətinə, onun müdafiəçisi R.M.Mirmehdizadə tərəfindən isə verilmiş apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Bakı Apellyasiya M əhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə) 15 oktyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və ona edilmiş əlavə təmin edilməmiş, hökm isə Məhkum3 aid hissədə və apellyasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2021-ci il tarixli qərarından Məhkum3 müdafiəçisi R.M.Mirmehdizadə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsə aid hissədə cinayət işinin icraatına bəraətverici əsasla, yəni Məhkum3 əməlində cinayət tərkibinin olmaması əsası ilə xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şika yətinin dəlilləri: İşin faktiki hallarını mübahisələndirən, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Al Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 17 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarlarına, habelə araşdırılmış sübutların bir qisminə və məhkəmələr tərəfindən hazırki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, müdafiə etdiyi şəxsin özünə və ailə vəziyyətinə aid olan hallara istinad edərək xuliqanlıq cinayətinin obyektiv cəhətinə təfsir verən müdafiəçi R.M.Mirmehdizadə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum3 “Atletlər kəndi” kompleksində olarkən ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən heç bir hərəkət etməmiş, bunun üçün tanımadığı şəxslərlə qrupda birləşməmiş və o, sadəcə karantində olarkən digər şəxslərin hərəkətlərini seyr etmişdir. Bu hallar iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla təsdiq edilsə də, məhkəmələr qanunun tələblərini pozaraq sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq etməmiş və nəticədə Məhkum3 barəsində çıxarılmış qanunsuz və ədalətsiz hökmü apellyasiya instansiyası məhkəməsi də qüv vədə saxlamışdır. Müdafiəçi həmçinin qeyd etmişdir ki, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən Məhkum3 hadisələr baş verən gün karantin rejimi qaydalarını pozması iddia olunsa da, o, həmin vaxt COVİD-19 virusuna yoluxmamış və heç kmi bu virusa yoluxması təhlükəsi altına qoymamış, lakin buna baxmayaraq ona qarşı əsassız olaraq CM-nin 139-1.1-ci maddəsi ilə də ittiham irəli sürülmüş və o, tam qanunsuz olaraq bu ittiham üzrə təqsirl bilinərək cəzalandırmışdır. Qeyd olunanları nəzərə alaraq müdafiəçi onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, işin faktiki hallarını mübahisələndirən müdafiəçi R.M.Mirmehdizadə həmin şikayətində məhkəmələr tərəfindən sübutların CPM-nin 143-146-cı maddələrinin tələb lərinə uyğun olaraq tədqiq edilməməsini, bunun da nəticəsində hüquqlarını müdafiə etdiyi şəxsn heç bir cinayət xarakterli, o cümlədən xüliqanlıq əməlini törətmədiyini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli və Məhkum3 barəsindəki cnayət işinin icraatına bəraətverici əsasla xitam verilməsi barədə qərarın qəbul edilməsi haqqında tələbini CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət tərkibinin əlamətləri olmadan və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyas ı məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Belə olan halda məhkəmə kollegiyası müdafiəçinin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum3 barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protest inə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyy ən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya mə hkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416.1-ci maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından bu əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya insta nsiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunvericiliyin şərh edilən normalarının tələblərindən belə nəticə hasil olur ki, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlər inə onların hüdudları çərçivəsində baxaraq və eyni zamanda bu müraciətlərin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətlərinə və ya apellyasiya protestlərinə əsasən işlərə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayaraq, bu yoxlamanın nəticəsində CPM-nin 416.1-ci maddəsində sadalanmış pozuntulara yol verilməsini müəyyən etdikdə həmin Məcəllərnin 419.10-cu maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul edir. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Digər tərəfdən bu müddəalar həmçinin hər bir insanın və ümumilikdə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əsaslarla cinayətkarlıqla səmərəli mübarizənin aparılmasını, cinayət törətmiş şəxslərin vaxtında aşkar edilərək onların törətdikləri əməllərə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilmələrini və təqsirlilikləri sübuta yetirildiyi halda onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini və cəzanın məqsədlərinə nail olunmasını da nəzərdə tutur. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-nin 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Mə cəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrində nəzərdə tutulmuşdur ki, cinayət prose sini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü m addəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cin ayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hə rtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məh kəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təs diqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən proses sual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Məhkum3 barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları tam, hərətərfli və obyektiv araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mən subiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum3 ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası isə hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə aşağıda göstərilən əsaslara görə yalnız qismən düzgündür ona görə ki, Məhkum3 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozması müəyyən olunsa da onun tərəfindən bu əməlin törədilməsi nəticəsində hər hansı xə stəliyin, o cümlədən koronavirus epidemiyasının yayılmasına səbəb olmasına və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratmasına, yəni CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutuulmuş cinayəti törətməsinə dair heç bir sübut əldə edilməmişdir. Göstərilən əsaslara görə, kassasiya şikayətində göstərilən dəlillərlə yalnız qismən razılaşan məhkəmə kollegiyası bununla belə qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum3 silah qismində əşya tətbiq edərək özgənin əmlakını məhv etməklə dgər şəxslərlə qrup şəklində xuliqanlıq cinayətini törətməsi üzrə təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş Məhkum3 heç bir təsir göstəri lmədən, müdafiəçinin iştirakı ilə verdiyi qismən etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, işə əlavə edilmiş videogörüntülərlə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Bu sübutların əlaqəli şəkildə təhlilindən görünür ki, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, işə mahiyyəti üzrə baxan məhkəmələr yuxarıda göstərilən cinayətlərin törədilməsi ilə bağlı işin faktiki hallarını belə müəyyən etmişlər ki, Məhkum3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, özgənin əmlakını qəsdən məhv etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuş, həmçinin karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Məhkum3, Məhkum4, Məhkum1, Məhkum2 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri bir qrup şəxs halında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarına uyğun olaraq ölkə ərazisində yeni koronavirus (COVİD-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədi ilə "xxxx" MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən “Atletlər kəndi” əmlak kompleksi ərazisindəki 11 nömrəli çoxmərtəbəli yaşayış binasında olan mənzildə karantinə yerləşdirilməsinə baxmayaraq Ümumdünya Səhiyyə Təş kilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməli olduğu halda 06 aprel 2020-ci il saat 12 radələrindən başlayaraq 07 aprel 2020-ci il saat 02 radələrinə kimi olan müddət ərzində davamlı olaraq qaldığı mənzilin və blokun həyətə açılan eyvanına çıxıb əsaslı səbəb olmadan ucadan onlara tibbi xidmət göstərən Səhiyyə Nazirliyinin tibb personalının və ərazinin mühafizəsi və təhlükəsizliyin təmini ilə bağlı xidməti vəzifələrini yerinə yetirən Daxili İşlər Nazirliyinin polis əməkdaşlarının ünvanına qeyri-etik, nalayiq ifadələr səsləndirməklə və səs-küy salmaqla karantində olar digər şəxslərin istirahəti və rahatlığını pozaraq ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış q aydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozmuş, sakitliyə riayət olunması və xüsusi karantin rejimi qaydalarına əməl etmək barədə tibb işçiləri və daxili işlər orqanları əməkdaşları tərəfindən davamlı surətdə onlara edilmiş xəbərdarlıqlara məhəl qoymayıb blokun bağlı olan giriş qapısını açmağa çalışaraq karantin zonasını özbaşına tərk etməyə cəhd göstərmiş, bu zaman ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, özgənin əmlakını qəsdən məhv etmək üçün Məhkum4, Məhkum1, Məhkum2 və şəxsiyyətləri istintaqla araş dırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qrupun üzvü Məhkum4 öz hüquqazidd hərəkətlərini davam etdirib 11-ci binanın 3-cü girişinin 3- cü mərtəbəsindəki dəyəri 150 manat təşkil edən eyvan qapısının lay şüşəsini sol yumruğu ilə vurub sındıraraq məhv etmiş, qrupun üzvü Məhkum1 öz hüquqazidd hərəkətlərini davam etdirib 11-ci binanın 3-cü girişinin 3-cü mərtəbəsindəki eyvandan hər birinin dəyəri 1 manat 90 qəpik təşkil edən 3 ədəd su ilə dolu 5 litr həcmli plastik su qablarını həyətə ataraq məhv etmiş, qrupun üzvü Məhkum2 öz hüquqazidd hərəkətlərini davam etdirib 11-ci binanın 2-ci girişinin 6-cı mərtəbəsindəki qaldığı otağın eyvanından dəyəri 1 manat 90 qəpik olan 1 ədəd su ilə dolu 5 litr həcmli plastik su qabını həyətə ataraq məhv etmiş, qrupun üzvü Məhku m3 öz hüquqazidd hərəkətlərini davam etdirib 11ci binanın 4-cü girişinin 1-ci mərtəbəsindəki alüminium giriş qapısının tutacağını və qapının lay şüşəsini saxlamaq uçun nəzərdə tutulmuş sol yan çərçivəni yerindən qoparıb dəyəri 300 manat təşkil edən qapını və qopardığı tutacaq və çərçivədən silah qismində istifadə olunan əşya kimi istifadə edərək zərbələr endirib dəyəri 250 manat təşkil edən qapının lay şüşəsini sındıraraq məhv etmiş, qrupun şəxsiyyətləri istintaqla araşdırılan digər üzvləri 11-ci binanın qapılarını, pəncərələrini, plastik masa və oturacaqları, şkafları, çarpayıları, qab-qacaqları, elektrik çaydanları, hamam kabinalarını, internet avadanlığı və su qablarını mənzillərdə, həmçinin eyvanlardan həyətə atmaqla sındırıb özgənin əmlakını qəsdən məhv edərək zərərçəkmiş şəxs "xxxx" MMC-yə ümumilikdə 11.343 manat xeyli miqdarda maddi ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətləri törətmişdir. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar ibtidai araşdırma zamanı qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş və qiymətləndirilmiş, məhkəmələr də yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum3 və şahidlərin dindirilmələri, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və həmin sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPMnin 125.2-ci maddəsi ndə göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Bütün bunlara baxmayaraq, Məhkum3 birinci instansiya məhkəməsinin məhkəmə iclasında 06 aprel 2020-ci il tarixdə saat 12 radələrindən başlayaraq 07 aprel 2020-ci il saat 02 radələrinə kimi olan müddət ərzində karantindən buraxılmayan digər şəxslərlə birləşib xuliqanlıq etmədiyini, yalnız qaldığı binanın birinci mərtəbəsində olan qapının şüşəsini sındırmasını bildirsə də, məhkəmə kollegiyasının qənaətinə görə, iş üzrə toplanmış və araşdırılmış sübutlar onun özünü müdafəi olunmasına yönəlmiş bu iddiasının və həmin ifadələrə uyğun kassasiya şikayətində irəli sürülmüş dəlillərin əsassız olmasına dəlalət edir. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası Məhkum3 ibtidai araşdırma zamanı sərbəst şəkildə, müdafiəçinin iştirakı ilə ve rdiyi ifadələrinə, habelə həmin dövrdə şahid qismində dindirilmiş arvadı Şahid7 ifadələrinə və videogörüntülərə baxış keçirilmsi haqqında protokola müracət edərək onların hazırki qərarda da təsvir edilməsini zəruri sayır. Belə ki, Məhkum3 ibtidai araşdırma zamanı şübhəli şəxs qismində 07 aprel 2020cı il tarixdə və təqsirləndirilən şəxs qismində 08 aprel 2020-ci il tarixdə müdafiəçinin iştirakı ilə dindirilərkən göstərmişdir ki, 06 mart 2020-ci il tarixdə o, Şahid7 ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuş, 3 gun sonra, yəni 09 mart 2020-ci il tarixdə onlar bal ayını keçirmək üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanından təyyarə ilə Maldiv adalarına uçmuş və 7 gecə orada oteldə qalıb istirahət etdikdən sonra Sinqapura gedib 4 gecə də oradakı oteldə qalmışlar. 21 mart 2020-ci il t arixdə Bakı şəhərinə qayıtmaq uçun Sinqapurla Azərbaycan arasında birbaşa təyyarə reysi olmadığından onlar Türkiyənin İstanbul hava limanına gəlmiş və oradan Bakı şəhərinə qayıtmışlar. Təyyarədən düşəndən sonra hava limanında koronavirus infeksiyasının daşıyıcısı olub-olmadıqlarını dəqiqləşdirməkdən ötrü həkim yoxlanışından keçmiş, onlardan analiz nümunələri götürülmüş, yerində testlər aparılmış və daha dəqiq yoxlanış üçün 14 gün ərzində karantində qalacaqları barədə onlara məlumat verilməklə təyyarədə olmuş 107 nəfər sərnişin polis əməkdaşlarının müşayiəti ilə avtobuslarla “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən “Atletlər kəndi”nə gətirilmişlər. “Atletlər kəndi”ndə o, və həyat yoldaşı, həmçinin eyni təyyarədə uçan ümumilikdə 107 nəfər sərnişin “Atletlər kəndi”ndəki 11-ci binanı n 4-cü girişindəki otaqlarda yerləşdirilmiş, ona və həyat yoldaşına 7-ci mərtəbədəki 72A saylı otaq ayrılmış, onlar da orada qalmışlar. 06 aprel 2020-ci il tarixdə saat 18 radələrində İlqar adlı həkim “Atletlər kəndi”nə gəlib həyətdə dayanaraq uca səslə qışqırıb onlara məlumat vermişdir ki, həmin gün 700 nəfərə yaxın şəxs karantindən evlərinə buraxılacaq, əşyalarını hazırlasınlar, onlar da evə buraxılacaqlarını ehtimal edərək hazırlıq görmüş, lakin polis əməkdşalrının həmin gün saat 23 radələrində həyətdə dayanaraq buraxılacaq şəxslərin siyahısını oxuduqda onların həmin siyahıda adlarının olmamasını müəyyən etmişdir. Bu məlumat və eyni zamanda eyvanda soyuq havada 1 saat qalmağı ona pis təsir etmiş, çünki onlara hər cür şərait yaradılmasına baxmayaraq evə getmək istəmişdir. Bu vaxt o, başq a binalarda yerləşdirilmiş şəxslərin eyvanlara çıxaraq səs-küy saldıqlarını, polis əməkdaşlarının və tibbi personalın ünvanına nalayiq ifadələr işlətməklə onları buraxmağı tələb etdiklərini görmüş, o, da ürəklənib həmin şəxslərə qoşularaq, polis əməkdaşlarının həyətdə dayanıb onları, yəni karantinə yerləşdirilmiş vətəndaşları intizama dəvət etmələrinə baxmayaraq uca səslə narazılığını bildirmiş, sonuncuların və həkimlərin ünvanına nalayiq ifadələr səsləndirmişdir. Həmin vaxt onların otağının yerləşdiyi 4-cü girişdəki üst mərtəbədən sakinlər ağ rəngli plastik oturacaqları həyətə atmağa başlamış, lakin bunun kimin tərəfindən edilməsini o, görməmişdir. Digər sakınlər də qoşulub içi su ilə dolu 5 litrlik su çənlərini həyətə atmışlar. Yaranmış vəziyyətdən o, bir az da ürəklənmiş və nəyin bahası na olursa olsun oranı tərk etmək üçün artıq 07 aprel 2020-ci il tarix gecə saat 01 radələrində liftlə 7-ci mərtəbədən 1ci mərtəbəyə düşmüşdür. Orada o, bağlı olan çöl qapısının qarşısında iki nəfər qadının dayandıqlarını, onlardan birisinin isə çıxış qapısının şüşəsini təpiklə vurmaqla sındırmağa çalışdığını görüb, əsəbi vəziyyətdə olduğu və yaranmış vəziyyətdən ürəkləndiyi üçün onları orada məcburi saxlayanların ünvanına nalayiq ifadələr səsləndirərək qapının içəri tərəfdən olan alüminium tutacaqını əli ilə güclə dartıb qopararaq həmin tutacaqla qapının böyük şüşəsini vurub sındırmış, bundan sonra sakitləşməyib qapının içəridən sağ tərəfindəki çərçivəni də qoparıb həmin çərçivə ilə qapıya bir neçə zərbə vurmuşdur. Bundan sonra o, qapının açılmadığını görüb etdiyi hərəkətlərin bir fayda verməyəcəyini, qapını aça bilməyəcəyini dərk edib liftə qaldığı otağa qayıtmışdır. Oxşar ifadələri həmçinin ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş, Məhkum3 arvadı Şahid7 da vermiş və eynilə göstərmişdir ki, 06 aprel 2020-ci il tarixdə karantindən evlərinə buraxılacaq şəxslərin siyahısında onların adları çıxmadığına görə, bu vaxtı “Atletlər kəndi” kompleksində karantinə yerləşdirilmiş bir çox şəxslərin etiraz etdiklərini görən həyat yoldaşı onların buraxılmamasının səbəblərini öyrənmək üçün aşağı enmiş və bır neçə dəqiqədən sonra yenidən otağa qayıdıb bildirmişdir ki, aşağıda bir neçə karantin rejimində saxlanılan şəxs evə buraxılmadıqları üçün etiraz edirlər. Həmin vaxt Məhkum3 vəziyyəti öyrənmək üçün daha bir neçə dəfə qaldıqları otaqdan həyətə düşmüş və növbəti dəfə otağa qa yıtdıqda 1-ci mərtəbədə qapının tutacağını yerindən çıxararaq həmin qapının şüşəsini sındırdığını bildirmişdir. Cinayət işinin materiallarına əavə edilmiş, Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı əldə edilmiş 06 aprel 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən “Atletlər kəndi" əmlak kompleksi ərazisində baş vermiş hadisələrin video görüntülərinə baxışla müəyyən edilmişdir ki, diskdə 4 ədəd: İLUO5585 adlı 40 saniyə, CNRO8189 adlı 29 saniyə, LAİJ2732 adlı 51 saniyə, MBXA4984 adlı 1 dəqiqə müddət ərzində davam edən video fayl və 2 ədəd fotoşəkil var. İLUO5585 adlı videofayldan görünür ki, Məhkum3 yerləşdirildiyi binanın giriş qapısının önündə göy rəngli gödəkçə geyinmiş və arxasında tünd rəngli gödəkçə geyinmiş qadınlar dayanmış, göy rəngli gödəkçə geyinmiş qadın giriş qapısının tutacağından yapışaraq onu qoparmağa cəhd göstərir, lakin buna müvəffəq ola bilmir. Həmin anda qara rəngli gödəkçə geyinmiş qadın onun arxasında dayanaraq müşahidə edir. Bu vaxt liftin qapısı açılaraq bir nəfər kişi cinsinə mənsub, göy rəngli cins şalvar və tünd rəngli gödəkçə geyinmiş, saçı seyrək, zahiri əlamətlərinə görə Məhkum3 ilə eynilik təşkil edən şəxs lifdən çıxaraq giriş qapısı önündə dayanmış qadınlara yaxınlaşır Məhkum3 həmin qadınların önünə keçərək giriş qapısının tutacağını özünə tərəf dartaraq tutacağı yerindən qoparır, həmin tutacaqla giriş qapısının lay şüşəsini iki dəfə zərbə endirir. Daha sonra göy rəngli gödəkçə geyinmiş qadın giriş qapısının lay şüşəsinin aşağı hissəsinə sağ ayağı i lə iki dəfə zərbə vurur. Həmin müddətdə Məhkum3 əlindəki, qoparıb çıxardığı tutacağı yerə ataraq giriş qapısının lay şüşəsini saxlamaq üçün nəzərdə tutulmuş sol yan çərçivəni dartaraq yerindən qoparır və həmin çərçivə ilə giriş qapısının lay şüşəsinə iki dəfə zərbə endirir. Bundan sonra o, həmin çərçivəni də yerə ataraq liftə doğru hərəkət edir, görüntüdəki iki qadın onun arxası ilə gedərək hər üçü liftə daxil olurlar. Bununla həmin fayldakı görüntü başa çatır. LAİJ2732 adlı video fayla baxışla müəyyən edilmişcir ki, giriş qapısının önündə çox sayda adamlar toplaşıb. Bir neçə saniyə sonra giriş qapısının lay şüşəsi sınaraq yerə tökülür. Sınması nəticəsində boş qalmış şüşə yerindən içəriyə polis əməkdaşları daxil olurlar. Həmin müddətdə içəridə olan çox saylı şəxslər polis əməkdaşlarına öz narazılıqlarını bildirərək münaqişəli vəziyyət yaradırlar. Bununla həmin fayldakı görüntü başa çatır. NRO8189 adlı fayla baxışla müəyyən edilmişdir ki, 11-ci binanın 3-cü mərtəbəsinin eyvanında bir neçə nəfər şəxs dayanıb. Onların qarşısında, eyvanın dirsək altlığı üzərində çox sayda içi su ilə dolu 5 litr həcmli plastik su qablarının olduğu görünür. Zahiri əlamətləri Məhkum1 ilə eynilik təşkil edən şəxs 3 dəfə su ilə dolu 5 litr həcmli plastik su qablarını 3-cü mərtəbənin eyvanından həyətə atır. Həmin müddətdə onun yanında dayanan, açıq rəngli gödəkçə geyinmiş bir qədər dolu bədən quruluşlu şəxsiyyəti istintaqla araşdırılan şəxs eyni ilə içi su ilə dolu 5 litr həcmli su qabını başı üzərinə qaldıraraq həyətə atır. Həmin müddətdə yan eyvanda dayanan şəxslər də, analoji hərəkətləri edirlər. Bununla həmin fayldakı görüntü başa çatır. BXA4984 adlı fayla baxışla müəyyən edilmişdir ki, 11-ci binanın girişlərindən birinin qarşısında, həyətdə zahiri əlamətləri Məhkum1 ilə eynilik təşkil edən şəxs və yanında bir neçə nəfər şəxslər dayanırlar, Məhkum1 orada olan polis əməkdaşlarına ucadan qışqıraraq və səs-küy salaraq öz etirazını bildirir. Daha sonra Məhkum1 əlinə içərisində nələrinsə olduğu polıetelen torbanı götürərək onu zərblə yerə çırpır və bununla sakitləşməyərək ucadan səslə etiraz etməyə davam edir Bununla həmin fayldakı görüntü başa çatır. Təsvir edilən sübutlardan görünən odur ki, Məhkum3 dövlət tərəfindən yaradılmış tam şəraitli otaqda karantinə yerləşdirilməsinə və mövcüd karantin qaydalarına uyğun olaraq həmin otağı, karantinə alındığı binanı isə ümumiyyətlə icazəsiz tərk etməməli olduğu halda, digər şəxslərin analoji hərəkətlər etməsindən həvəslənib onlara qoşularaq, yəni bir qrup şəklində qaldığı otağın eyvanına çıxaraq orada polis əməkdaşlarına etirazını bildirmiş, onların ünvanına qeyri-etik, nalayiq ifadələr səsləndirməklə və səs-küy salmaqla karantində olar digər şəxslərin istirahətini və rahatlığını pozaraq ictimai qaydanı pozub cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirmiş, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qarşıda ifadə olunan ictimai qaydanı kobud surətdə pozmuş və bu əməllərini davam etdirərək qaldığı binanın birinci mərtəbəsində giriş qapısını açmağa cəhd edərək bunun üçün həmin qapının tutacağından silah qismində istifadə edərək qapının şüşəsini, sonra isə çərçivəsini sındıraraq özgə əml akını məhv etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, işin müəyyən olunmuş bu faktiki halları təkcə Məhkum3 ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələri ilə deyil, həmçinin iş üzrə toplanmış və araşdırılmış digər sübutların məcmusu ilə təsdiq olunduğundan işə baxan məhkəmələr haqlı olaraq onun məhkəmə iclasında verdiyi ifadələri özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirmiş, yekun məhkəmə aktları qəbul edərkən isə məhkumun ibtidai araşdırma zamanı verdiyi ifadələrə üstünlük vermiş və araşdırılmış bütün sübutların fövqündə Məhkum3 06-07 aprel 2020-ci il tarixlərdə digər şəxslərlə qrup şəklində silah qismində istifadə olunan predmeti tətbiq edib özgə əmlakının məhv edilməsi ilə müşayiət olunan xuliqanlıq, yəni CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törə tməsi barədə əsaslı nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu nəticə təkcə toplanmış və aradırılmış sübutlara deyil, eyni zamanda elə müdafiəçi R.M.Mirmehdizadənin özünün kassasiya şikayətində xuliqanlıq cinayətinə verdiyi təfsirə də uyğundur. Belə ki, CM-nin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud surətdə pozulması; -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; -vətəndaşlar üzərində zor tətbiq o lunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmi yyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, xuliqanlığın əsas tərkibini təsbit edən CM-nin 221.1-ci maddəsinin dispozisiyasından, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və “Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 17 fevral 2006-cı il tarixli və 20 may 2011-ci il tarixli qərarlarından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiy yəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgə yaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ict imai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə aşıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalma qal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, CM-nin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstər məsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 3-cü bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tu tan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, təqsirkarın özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi q əbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətb iq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkə məsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 30-cu bəndində qeyd edilir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-nin 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanı n pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə CM-nə edilmiş dəyişikliyə görə, CM-nin 221.3-cü maddəsi aşağıdakı yeni redaksiyada verilmişdir: “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Göründüyü kimi CM-nin 221.3-ci m addəsinin mənasına görə, xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə bu maddədə nəzərdə tutulmuş nəticələrin baş verməsi – zərər çəkmişə qarşı fiziki zorun tətbiq edilməsi və ya əmlakın zədələnməsi və ya məhv edilməsi ilə müşayiət olunmalıdır. Bu o deməkdir ki, belə hallarda silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə nəticəsində zərər çəkmiş şəxsə fiziki ağrı və ya onun sağlamlığına dərəcəsi təyin olunmayan xəsarətlər və ya müxtəlif dərəcəli zərər yetirilməli, yaxud o, həyatdan məhrum edilməli, habelə onun əmlakı zədələnməli və ya məhv edilməlidir ki, əməlin CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməsi və bu maddə ilə tövsif edilməsi üçün nəticəyə gəlmək mümkün olsun. Beləl iklə, məhkəmə kollegiyası yuxarıda təsvir edilənlərə əsaslanaraq Məhkum3 xuliqanlıq cinayətini törətməməsi barədə kassasya şikayətinin dəlilləri ilə razılaşmır və həmin dəlilləri qəbul edilməz sayaraq şikayətin bu hissədə təmin olunmasını və məhkumun CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair hissədə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin icraatına təhlil edilən hissədə bəraətverici əsasla, yəni onun əməlində göstərilən cinayətin tərkib əlamətlərinin olmaması əsası ilə xitam verilməsini mümkün bilmir. Bununla belə, məhkəmə kollegiyası Məhkum3 CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməməsi və onun əsassız olaraq bu maddə ilə də təqsirli bilinib məhkum olunmasına dair kassasiya şikayətinin dlilləri ilə razıl aşır və bu mövqeyi ilə bağlı ilk növbədə qeyd etməyi zəruri bilir ki, şəxsin əməlində bu və ya digər cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-nin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da ifadə olumuşdur. Həmin Qərarda göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyə n etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibini n düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkum3 əsassız olaraq CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair kassasiya şikayətinin dəlilinə cavab olaraq məhkəmə kollegiyası digər işlər üzrə qəbul etdiyi qərarlarında bu məsələ ilə bağlı ifadə etdiyi mövqeyi təkrarlayaraq yenə də qeyd etməy lazım bilir ki, 2020-ci ilin əvvəllərindən başlayaraq bütün dünyada insanların həyatı və sağlamlıqları üçün təhlükəli olan COVİD-19 virusunun yayılmasının qarşısının alınması, digər tərəfdən insanların özlərinin də bu məsələyə münasibətdə məsuliyyətlərinin gücləndirilməsi məqsədilə, demək olar ki, dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycan Respublikasında həmin virusun fəsadlarına qarşı qanunvericilik və institusuonal tədbirlər həyata keçirilməyə başlanmış, digər ölkələrdə olduğu kimi, ölkəmizdə də pandemiya dövrü elan edilərək sərt tədbirlərlə müşaiyət olunan karantin rejimi tətbiq olunmuş və həm bu rejimin pozulmasına, həm də COVİD- 19 virusunun yayılmasına görə inzibati və cinayət məsuliyyətini nəzərdə tutan müvafiq normalar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavə edilmişdir. Belə normalardan biri də “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasısının 17 mart 2020-ci il tarixli 28VİQD nömrəli Qanunu ilə “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması” adı altında CM-nə əlavə edilmiş və iki hissədən ibarət olan CM-nin 139-1-ci maddəsidir. Belə ki, CM-nin 139-1.1-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda həmin əməlləri törətmiş şəxsin iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalan ilə cəzalandırılması nəzərdə tutulmuşdur. CM-nin 139-1.2-ci maddəsinə əsasən isə şəxs tərəfindən törədilmiş eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, belə şəxs üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin hazırki işin müəyyən edlmiş faktiki halları ilə birgə müqayisəli təhlili belə nəticəyə gəlmək üçün əsas verir ki, şəxsin COVİD-19 virusunun daşıyıcısı olmaqla ölkədə tətbiq edilən, müvafiq normativ aktlarla müəyyən edilmiş karantin rejiminin qaydalarını pozub icazə siz, hətta qoruyucu vasitələrdən istifadə etsə belə yaşayış yerini tərk etməsi, insanların toplaşdıqları yerlərə getməklə onların da həmin virusun, yəni koronavirus xəstəliyinin yayılması üçün real təhlükə yaratması onun göstərilən maddə ilə cinayət məsuliyyətinə cəlb edlməsinə səbəb olur. Qeyd olunmalıdır ki, göstərilən virusun hamıya məlum olan əlamətlərinə görə, onun daşıycısı olan şəxsin insanlar arasında olması həmin virusun yayılması riskini artıran əlamətlərdən biridir. Buna görə, təsadüfi deyil, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bunun qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarları ilə və digər normativ və qeyri-normativ aktlarla öz xüsusiyyətlərinə görə insanların həyatı və sağlamlığı üçün çox təhlükəli olan virusun yayılma sının qarşısının alınması məqsədilə 2020-ci ilin əvvəllərində başlayaraq çox sərt karantin rejimi tətbiq olunmuşdur ki, bu tədbirlərdən biri də virus daşıyıcıyalırının və həmin virusa yoluxa biləcəyi şəxslərin təcrid edilmələri ilə əlaqədar olmuşdur. Eyni zamanda, belə tədbirlərinin həyata keçirilməsi ilə bağlı “Azərbaycan Respublikasının İnzibati Xətalar Mcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 17 mart 2020-ci il tarixli 27-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 211-ci maddəsi də yeni redaksiyada verilmiş və həmin maddədə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. CM-nin 139-1-ci və İXM-nin 211-ci maddələrinin müq ayisəli təhlili göstərir ki, hər iki maddədə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə məsuliyyət nəzərdə tutulsa da, belə əməlin cinayət hesab edilməsi üçün onu törədən şəxsin hansısa infeksiyon xəstəliyə, o cümlədən koronavirus xəstəliyinə (COVİD-19 virusuna) yoluxması, onun bu xəstəliyə hava-damcı yolu ilə başqa şəxsləri də yoluxdurması və ya bunun üçün real təhlükə yaratması müəyyən edilməlidir. Yəni burda inzibati xətanı cinayət əməlindən fərqləndirilən əsas əlamət epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimini pozan şəxsin qeyd olunan xəstəliyə və ya digər infeksiyon xəstəliklərə yoluxmasıdır ki, bu hal müəyyən edilmədən onun cinayət məsuliyyətinə cəlb edilməsi istisna olunur. Şəxsin bu kimi xəstəliyə və ya xə stəliklərə yoluxub-yoluxmaması isə müvafiq tibbi tədqiqatlar aparılması, yaxud da ekspertizalar keçirilməsi yolu ilə müəyyən edilə bilər. Hazırki işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq qərarı ilə respublkanın bütün ərazisində karantin rejimi tətbiq olunmuş və infeksiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə, habelə operativ qərargahın qərarının icra edilməsi ilə bağlı xüsusi karantin rejiminin gücləndirilməsindən irəli gələn vəzifələrin icrasının təşkil edilməsi üçün 2020-ci ilin əvvəllərindən başlayaraq xarici ölkələrdən Azərbaycan Respublikas ına gələn şəxslərin 14 gün müddətində karantinə yerləşdirilməsi nəzərdə tutulmuşdur. Məhz buna görə, Məhkum3 arvadı Şahid7 ilə birlikdə İstanbul şəhərindən Bakı şəhərinə qayıtdıqda, onlar “Atlerlər kəndi” kompleksində karantinə yerləşdirilmiş, həm hava limanında, həm də karantində olduqları müddətdə onların COVİD-19 virusuna yoluxub-yoluxmamasının müəyyən edilməsi üçün onlardan test analizləri götürlmüş, lakin onların bu virusa, yəni koronavirus xəstəliyinə yoluxmaları müəyyən edilməmişdir. İş materiallarından göründüyü kimi, Məhkum3 06-07 aprel 2020-ci il tarixdə yerləşdirdiyi yaşayış kompleksində karantin rejiminin qaydalarını pozsa da, iş üzrə toplanmış və araşdırılmış sübutlarla onun həmin vaxt hər hansı infeksiyon xəstəlikdən əzab çəkməsi, o cümlədən koronavrus (COVİD-19) virusuna yol uxması, digər şəxsləri də bu kimi xəstəliklərə yoluxdurması və ya həmin xəstəliklərin yayılması üçün real təhlükə yaratması müəyyən olunmamış, belə halın olub-olmamasının müəyyən edilməsi üçün isə ilkin və ibtidai araşdırmalar zamanı hər hansı tibbi tədqiqat aparılmamış və müvafiq ekspertizalar keçirilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası CM-nin 139-1.1-ci maddəsinin tələblərindən və mənasından çıxış edərək hesab edir ki, iş üzrə göstərilən hallar müəyyən edilmədən Məhkum3 həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi və onun bu maddə ilə təqsirli bilinərək məhkum olunması əsassız olmuşdur. Buna görə, məhkəmə kollegiyası təhlil edilən məsələ ilə bağlı müdafiəçi R.M.Mirmehdizadənin kassasiya şikayətinin dəlili ilə razılaşır və həmin şikayətin bu hissədə təmin edilməsini mümkü n bilərək belə nəticəyə gəlir ki, Məhkum3 əməlində CMnin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmamasına görə (CPMnin 42.1.2-c maddəsində nəzərdə tutulmuş əsas) hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2021-ci il tarixli qərarında dəyişiklk edilməklə həmin qərar və onunla bağlı Nizami Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli hökmü Məhkum3 CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair hissədə ləğv edilməli və həmin hissədə cinayət işi üzrə icraata xitam verilməli, buna görə də ona CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinə dair müddəalar həmin yekun məhkəmə aktlarından xaric edilməklə onun üzərində CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi saxlanılmalı, CM-nin 70-ci maddəsinə əsasən isə məhz bu cəza məhkəmələrin müəyyən etdikləri sınaq müttəində şərti olaraq tətbiq edilməli və həmin sınaq müddəti apellyasiya instansiyası məhkəməsinin qüvvəyə mindiyi 21 oktyabr 2021-ci il tarixdən hesablanmaqla bitmiş, Məhkum3 isə məhkumluğu ödənilmiş şəxs hesab edilməlidir. Bu nəticəyə gələrkən, məhkəmə kollegiyası nəzər alır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə uyğun olaraq sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır, CPM-nin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, CM-nin 83.3.1-ci maddəsinə görə isə şərti məhkum edilmiş şəxslər barəsind ə tətbiq edilmiş sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Kassasiya şikayətində Məhkum3 barəsində cəza tədbirinin işin hallarına, onun şəxsiyyətinə və cəzanı yüngülləşdirən hallara uyğun olmaması mübahisələndirməsə də, məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq bu məsələ ilə bağlı da cinayət qanunu normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamış və müəyyən etmişdir ki, birinci instansiyası məhkəməsi bu məsələni həll edərkən cəza təyin etmənin şərtləri, prinsipləri, qaydaları və cəzanın məqsədi təsbit edilmiş CM-nin 2, 5, 8, 41, 58, 59, 61 və 70-ci maddələrinin tələblərinə əməl etmiş, onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halllar kimi qiymətləndirdiyi halları– Məhkum3 himayəsində bir azyaşlı uşağının olmasını, vurduğu ziyanı tamamilə ödəməsini və zərər çəkmiş hüquqi şəxsin rəhbərinin ona qarşı şikayətinin və tələbinin olmamasını, habelə iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu hallara əsaslanaraq ona təqsirli bilindiyi yuxarıdakı maddələrlə kifayət qədər ədalətli və qanuni cəzalar təyin etmiş, qəti cəzanın isə şərti olaraq tətbiq edilməsini mümkün bilmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq bu nəticə ilə razılaşmışdır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib müdafiəçi R.M.Mirmehdizadənin kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və Məhkum3 müdafiəçisi ilə birlikdə həmi n şikayətin təmin edilməsi, dövlət ittihamçısı H.B.İmranovun isə kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2021-ci il tarixli qərarında dəyişiklik edilməklə həmin qərar və onunla bağlı Nizami Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli hökmü Məhkum3 CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair hissədə, bu maddə ilə nəzərdə tutulmuş cinayətin tərkbinin olmaması əsası ilə ləğv edilərək həmin hissədə cinayət işi üzrə icraata xitam verilməli, ona CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə dair müddəalar göstərilən yekun məhkəmə aktlarından xaric edilməklə onun üzərində CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 08 (səkkiz) ay 20 (iyirmi) gün hissəsi saxlanılmalı, CM-nin 70-ci maddəsinə əsasən isə məhz həmin cəza məhkəmələrin müəyyən etdikləri 1 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməli və həmin sınaq müddəti apellyasiya instansiyası məhkəməsinin qüvvəyə mindiyi 21 oktyabr 2021-ci il tarixdən hesablanmaqla bitmiş, Məhkum3 isə məhkumluğu ödənilmiş şəxs hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.3 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum3 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2 021-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair hissədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2021-ci il tarixli qərarı və onunla bağlı olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli hökmü ləğv edilsin və həmin hissədə Məhkum3 əməlində bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin olmaması əsası ilə, yəni Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilsin. Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə dair müddəalar onun barəsindəki yekun məhkəmə aktlarından xaric edilsin, üz ərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin edilmiş cəzanın çəkilməmiş 08 (səkkiz) ay 20 (iyirmi) gün hissəsi saxlanılaraq, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən birinci instansiyası məhkəməsinin müəyyən etdyi 01 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq olunsun, sınaq müddəti başa çatmış hesab edilərək isə Məhkum3 məhkumluğu ödənilmiş şəxs hesab edilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar